Məhkəmə qərarları › İş №1(003)-180/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-180/2025

03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-180/2025 03.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X9, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz küçəsi, dalan 1, ev 1-də qeydiyyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq tərkibində narkotik maddələr olan, əkilib becərilməsi qadağan olunmuş xeyli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərinin toxumlarını əldə edib yaşadığı ünvan 1 ünvanının həyətindəki boş torpaq sahəsində 10 may 2024-cü il tarixdə əkib onlara aqrotexniki qaydada qulluq göstərib suvarmaqla cücərdib böyütməklə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməklə cəmi 04 ədədini tam inkişaf fazasına çatdırmış, bunlardan 01 ədədini həyətin sol tərəfində yerləşən birinci istixananın girişində sol tərəfdə tam inkişaf fazasında əkilmiş vəziyyətdə olmaqla, həmçinin 03 ədədini kökü ilə birlikdə torpaqdan təzə çıxartmaqla narkotik tərkibli çətənə bitkilərini, eyni zamanda çətənə bitkisinin qopardıb topladığı qol- budaqlarını həyətin sol tərəfində hasarın yanında quru otların içində gizlədib saxlamış, 03 avqust 2024-cü il tarixdə saat 16:40 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanının həyətinə baxış keçirilən zaman orada 01 ədəd əkilib yetişdirilmiş vəziyyətdə həyətin sol tərəfində yerləşən birinci istixananın girişində sol tərəfdə, eyni zamanda 03 ədəd kökü ilə birlikdə, eyni zamanda çətənə bitkisinin qopardıb topladığı qol-budaqları həyətin sol tərəfində hasarın yanında quru otların içində yenicə torpaqdan çıxarılmış vəziyyətdə qol-budaqları ilə birlikdə yaş vəziyyətdə ümumi çəkisi 7730 qram olmaqla əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri əkilib yetişdirilməklə ümumilikdə 04 ədəd xeyli miqdarda kultivaiya edilmiş vəziyyətdə aşkar olunaraq Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs verdiyi ifadəsində ittiham olunduğu əməlin törədilməsində özünü təqsirli bilərək ifadəsində bildirdi ki, bir müddət əvvəl şəxsi istifadəsi üçün aldığı marixuana toxumlarını həyətində əkmişdir. 03 avqust 2024-cü il tarixdə polis əməkdaşları ondan icazə alaraq həyətinə baxmaq isdədiklərini bildirmişlər. Baxış zamanı polis əməkdaşları marixuana toxumları ilə əkdiyi, istixanada olan narkotik vasitə marixuananın kolunu görmüşlər. O, ilkin olaraq yaladan həmin kolun özözünə çıxdığını demişdir. Həmin marixana kollarının 03 ədədini zibilin altında gizlətmişdi. Daha sonra polis əməkdaşlarına etiraf edərək zibilin altında gizlətdiyi kollarında yerini göstərmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə o, X11 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində xidmətdə olmuşdur. Həmin vaxt onun iştirakı ilə Türkan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində əkərək bəslədiyi kolu təqdim etmişdir. Həmin kolun narkotik vasitə olan marixuna olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində olmuşdur. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra ona bildirmişlər ki, Türkan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçiriləcəkdir. Ondan həmin baxışda istirak etməyini istəmişlər. Ondan başqa həmin baxışda polis əməkdaşlar, aqranom və adını baxış zamanı bildiyi digər hal şahidi X3 iştirak etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilən zaman yaşadığı evin həyətində əkərək bəslədiyi kolu təqdim etmişdir. Həmin kolun narkotik vasitə olan marixuna olduğunu bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X6 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsı məhkəmə iclasında elan edilmişdir İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X6 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Həyətə və evə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolundan aydın olur ki, baxış Təqsirləndirilən şəxs məxsus Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz küçəsi, döngə 1, ev 1 ünvanda keçirilir. Həmin evin həyətinin qapısı dəmirdəndir. Evin həyətinə daxil olduqda sol tərəfdə sanitar qovşaq, qovşaqla üzbə-üz ev və qaraj yerləşir, həyətin 4 tərəfi daş hasarla çevrələnib. Həmin həyətdə olan 1-ci istixananın girəcəyində dəmir qapının yanıda yaşıl rəngli narkotik tərkibli bitki bitkiyə bənzər kol aşkar edilmişdir. Həmçinin həmin istixananın yanıda ot tayası aşkar edilmişdir. Həmin ot tayasının yanında 3 ədəd yerdən çıxarılmış narkotik tərkibli kol və kolların qol-budaqları aşkar edilmişdir. Aşkar edilmiş narkotik tərkibli bitki kolları və onların qol-budaqları götürülmüşdür. Həmin həyətdə olan 2-ci istixananın heç bir şey aşkar olunmamışdır. Həyətin sol tərəfində olan daş hasarın içərisindən 1 ədəd ov tüfənginə məxsus giliz aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həyətindən götürülmüş əşyalar müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Baxış və götürmə zamanı fotoşəkillər çəkilərək tərtib olunmuş protokola əlavə olunmuşdur; - xx.xx.2024-cü il tarixli mütəxəssis-aqronom X4 rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə Xəzər RPİ-nin əməkdaşları və hal şahidlərinin iştirakları ilə ünvan 3 ünvanında fərdi həyətyanı sahəyə baxış keçirilən zaman həyətyanı sahənin sol tərəfində yerləşən 1-ci istixananın girişində sol tərəfdə tam inkişaf fazasında olan bir ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilmişdir. Çətənə bitkisinə aqrotexniki qulluq göstərilmiş, kultivasiya tədbirləri yerinə yetirilmiş, suvarılmışdır. Həyətyanı sahənin sol tərəfində hasarın yanında quru otların içində torpaqdan təzə ıxarılmış üç ədəd narkotik tərkibli çətənə bitkisi kökü ilə birlikdə, əlavə olaraq çətənə bitkisinin qoparılmış qol-budaqları aşkar olunaraq götürülmüşdür. Ümumilikdə cəmi dörd narkotik tərkibli çətənə bitkisi(kolu) və qoparılmış budaqları götürülərək polis əməkdaşları tərəfindən qablaşdırılmışdır. Bitkilərin hündürlüyü otralama bir metrdən yuxarı olmuşdur; - Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi Hüseyn Məmmədov tərəfindən Azərbaycan Respublikasının CM-nin 237.1cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs saxlanıldığı X10 azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7/1280 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş AR DİN "zərflər üçün No 244" möhür əksi, "İmha: Şübhəli şəxs: /imza/ Təqsirləndirilən şəxs; Hal şahidləri: 1. /imza/; 2. /imza/; aqronom /imza/; Müstəntiq /imza/ M.Əliyev" yazıları olan bağlamadakı ümumi sayı 04 (dörd) ədəd yaş vəziyyətdə ümumi çəkimi - 7730,0 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqranomun rəyinə əsasən təqdim edilmiş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir; -İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1968-ci ildə Bakı şəhərində doğulmuş İbrahimov X2 Rayon Xalq Məhkəməsinin 10 iyun 1986-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Sovet Sosialist Respublikasının 112, 113-cü maddələri təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı şəhər Məhkəməsinin 18 dekabr 1986cı il tarixli qərarı ilə Əzizbəyov Rayon Xalq Məhkəməsinin 10 iyun 1986-cı il tarixli hökmü ləğv edilərək işin yenidən məhkəmə baxışına verilməsi qərara alınmış, 26 oktyabr 1987-ci il tarixli Leninsk Rayon Xalq Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 112-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilmidir. Bakı şəhər Məhkəməsinin 26 oktyabr 1987-ci il tarixli Leninsk Rayon Xalq Məhkəməsinin qərarı ləğv edilərək yenidən məhkəmə baxışına göndərilmişdir. 20 noyabr 1987-ci il tarixli qərarı ilə iltizamla azad edilmişdir. 21 iyun 1994-cü il tarixli Əzizbəyov Rayon Xalq Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102-ci maddəsinin 1-ci hissəsi ilə və 41-ci maddə ilə 03 il müddətinə azadlıqdan məhrum edilmiş və 21 iyun 1994-cü il tarixdən məhkəmə zalından azad edilmişdir. Nizami Rayon Xalq Məhkəməsinin 26 yanvar 1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 101,220-2, 38,39-cu maddələri ilə tqsirli bilinərək 03 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Nərimanov Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cıl il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50-2-ci maddəsi ilə 01 il 11 ay müddətinə şərti azad edilmişdir. Nizami Xalq Məhkəməsinin 30 aprel 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220-3, 39-cu maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1987-ci il tarixli amnistiya qərarının 1,5-ci maddəsinə əsasən azad edilmişdir.xx.xx.2007-ci il tarixli Əzizbəyov Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5, 221.3, 228.4 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 62-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək barəsində 03 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və həbsdə olduğu müddət nəzərə alınmaqla zaldan azad edilmişdir; - 22 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs tutularaq Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 25 oktyabr 2024-cü il tarixli, 6992 saylı rəyindən aydın olur ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının tətbiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəsitəliyinə düçar olmuş şəslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal- hazırda Təqsirləndirilən şəxs 1 dərəcəli əlil olması ilə əlaqədar ona narkomaniyadan müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkologi dispanserində qeydiyyata alınması məsləhət görünür; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli 3120 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayib. Hamin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur; - 24 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsində saxlanılması haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) — üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir.Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür.” Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, 1-ci qrup əlil olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilmədi), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs kimi tutulduğu 04 gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə o, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi saxlanılan qalıq 7729,8 qram çətənə (kannabis) bitkisi qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 60 manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün olmaqla, cəmi 04 (dörd) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablansın və üzərində 10 (on) ay 26 (iyirmi altı)) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 7729,8 qram çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X5, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saat vaxta görə 180 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar