Məhkəmə qərarları › İş №1(003)-181/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-181/2024

24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-181/2024 24.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri Universal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, Babək küçəsi 40 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədilə İrzaquliyev Cümşüd İsmayıl oğluna məxsus hər birinin dəyəri 800 manat olan 50 baş, hər birinin dəyəri 715 manat olan 6 baş, dəyəri 710 manat olan 01 baş iri buynuzlu heyvanı 45 000 manata satın almaq barədə sonuncuya yalan vəd verərək 2020-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs istifadəsində olan fermadan sözü gedən 57 baş iri buynuzlu heyvanı götürüb, tez bir vaxtda satıb pulunu ödəyəcəyi barədə bildirib, dələduzluq yolu ilə ələ keçirməklə, bir müddət sonra Zərərçəkmiş şəxs ilə bütün əlaqələri kəsib sonuncu ilə ünsiyyətdən yayınmaqla, həmçinin müxtəlif bəhanələrlə pulunu ödəməkdən imtina edərək Zərərçəkmiş şəxs cəmi 45000 manat, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişdir. Lakin Təqsirləndirilən şəxs sonradan verdiyi ifadəsində özünü CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, İrzaquliyev Cümşüd İsmayıl oğlunu uzun müddətdir ki, tanıyır və aralarında münasibətlari yaxşı olmuşdur. 2020-ci ildə Cümşüddən iribuynuzlu heyvan almışdır. Həmin heyvanları ucuz satdığından Cümşüdün pulunu ödəyə bilməmişdir. Həmin pul ilə Gürcüstandan heyvan alıb burada sataraq pul qazanmaq istəmişdir. Lakin pulu göndərdiyi şəxs tutulduğundan Cümşüdün pulunu vaxtında qaytara bilməmişdir. Hal-hazrda o, zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tam olaraq ödədiyini, işi üzrə dəymiş ziyanın 25 %-ini dövlət nəfinə ödədiyini, və iş üzrə icraaa bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İrzaquliyev Cümşüd İsmayıl oğlu ifadəsində göstərdi ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi "atçılıq" massivində ferması var, həmin fermada iribuynuzlu heyvan saxlayırmış. Fermada ümumilikdə 57 (əlli yeddi) baş iribuynuzlu heyvan saxlayırmış, həmin heyvanları satmaq qərarına gəlmişdir. 2020-ci ilin noyabr ayında Ağdaş şəhərində yaşayan tanışı Məhərrəm ilə söhbət edərkən Məhərrəmə özünə məxsus iribuynuzlu heyvanları satmaq istədiyini bildirmiş, Məhərrəm də ona məxsus iribuynuzlu heyvanları özünün almaq istədiyini demişdir. 2020-ci ilin noyabr ayının əvvəllərində Məhərəm ilə birlikdə Bakı şəhəri Binə qəsəbəsi atçıllıq massivində yerləşən ona məxsus fermaya getmişlər, fermada Məhərrəm ona məxsus iribuynulzu heyvanlara baxmış, heyvanları satın alacağı ilə razılaşmış, o, Məhərrəm ilə heyvanları 45000 ( qırx beş min) manata satın alacağı ilə razılaşmışdır. Məhərrəm heyvanların pulunu satdıqdan sonra, ödəyəcəyini bildirmiş, o, da Məhərrəmə inanıb razılaşmışdır. Bundan sonra xx.xx.2020-ci il tarixdə Məhərrəm dörd ədəd iri yük maşınını Bakı şəhəri Xəzər rayonu atçılıq massivinə gətirmiş, ona məxsus iribuynuzlu heyvanları gətirdiyi yük avtomobilinə yığaraq aparmışdır. Lakin Məhərrəm iribuynuzlu heyvanları apardıqdan sonra heyvanların pulunu ödəməmişdir. Həmin vaxtdan sonra Məhərrəmi görə bilməmiş, Məhərrəm ilə dəfələrlə mobil telefon ilə danışmış, telefonda Məhərrəm hər dəfə müxtəlif bəhanələr gətirərək, yaxın günlərdə ona olan borcunu ödəyəcəyinə söz vermiş, lakin ödəməmişdir. Sonradan Məhərrəm telefon nömrəsini dəyişmiş, o, da Məhərrəmin yeni telefon nömrəsini tapıb yenidən zəng etmişdir, Məhərrəm telefonda söz vermişdir ki, uzağı 10-15 günə qədər pulunu qaytaracaq, lakin yenədə qaytarmamış, həmin telefon nömrəsini də dəyişmişdir. Sonuncu dəfə 2022-ci ilin aprel ayının sonlarında Məhərrəm ilə mobil telefonarla danışmış. Lakin həmin vaxtdan sonra Məhərrəmin telefon nömrəsinə zəng çatmamışdır. Məhərrəm dələduzluq yolu 45000 manat pulunu ələ keçirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam olaraq ödəmiş, sonuncu ilə barışmış və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə iclasında iştirak etmədiyindən şahid X2 ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində şahid X5 bildirmişdir ki, Zərərçəkmiş şəxs qayınatasıdır. Qayınatası Cümşüdün Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi "atçılıq" massivində ferması var, həmin fermada iribuynuzlu heyvan saxlayırmış. Qayınatası Cümşüd özünə məxsus fermada ümumilikdə 57 (əlli yeddi) baş iribuynuzlu heyvan saxlayırmış. Həmin heyvanları satmaq qərarına gəlmiş, 2020-ci ilin noyabr ayında Ağdaş şəhərində yaşayan tanışı Məhərrəm ilə söhbət edərkən Məhərrəmə özünə məxsus iribuynuzlu heyvanları satmaq istədiyini bildirmiş, Məhərrəm də Cümşüdə məxsus iribuynuzlu heyvanları özünün almaq istədiyini demişdir. 2020-ci ilin noyabr ayının əvvəllərində Məhərrəm ilə birlikdə Bakı şəhəri, Binə qəsəbəsi, atçılıq massivində yerləşən həmin fermaya getmişlər. X4 məxsus iribuynulzu heyvanlara baxmış, Məhərrəm iribuynuzlu heyvanları satın alacağı ilə razılaşmış, Məhərrəm ilə heyvanları 45000 manata satın alacağı ilə razılaşmış, lakin Məhərrəm heyvanların pulunu aparıb satdıqdan sonra ödəyəcəyini bildirmişdir. Cümşüd də Məhərrəmə inanıb onunla razılaşmış, buna görə də, xx.xx.2020-ci il tarixdə Məhərrəm dörd ədəd iri yük maşınını Bakı şəhəri Xəzər rayonu atçılıq massivinə gətirmiş, Cümşüdə məxsus iribuynuzlu heyvanları gətirdiyi yük avtomobilinə yığaraq aparmış, lakin Məhərrəm iribuynuzlu heyvanları apardıqdan sonra heyvanların pulunu Cümşüdə ödəməmişdir. Həmin vaxtdan sonra Cümşüd Məhərrəmi görə bilməmiş, Məhərrəm ilə dəfələrlə mobil telefon ilə danışmış, lakin Məhərrəm telefonları dəyişərək gizlənməyə başlamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İrzaquliyev Cümşüd İsmayıl oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır; - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur; - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutlmuş ittiham elan edilmişdir; - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yer getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır; - Zərərçəkmiş şəxs İrzaquliyev Cümşüd İsmayıl oğlu tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli ərizələrdən aydın olur ki, ona vurulmuş maddi ziya tam ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur; - Təqsirləndirilən şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən məlum olur ki, o, barəsində olan 1(003)-181/2024 saylı cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razıdır. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət işi üzrə dəymiş ziyanın 25 %-i, yəni 11250 (onbir min iki yüz əlli) manat dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyindən xitam verilməsinə razı olduqlarını bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın məbləği 45.000 manat olmuş, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarı 11250 manat təşkil etmiş, Təqsirləndirilən şəxs tərəfindən həmin məbləğdə dövlət büdcəsinə ödəniş edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.-1.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı, dəymiş ziyanı tamamilə ödədiyi və cinayət nəticəsində vurulmuş ziyanın 25 %-i miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün cinayət məsuliyyətindən azad edilsin və həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saat vaxta görə 180 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar