Məhkəmə qərarları › İş №1(003)-182/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-182/2020

20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-182/2020 20.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X2 Bakı Şöbəsinin prokuroru X3, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Gürcüstan Respublikaının Bolnisi rayonunda anadan olmuş, Azərbayan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Hazırkı iş üzrə tərtib edilmiş ittiham aktından görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda–ümumi təmiz çəkisi 19,439 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdarda–ümumi təmiz çəkisi 17,817 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlamaqla ünvan 2 saylı ünvanında daşımış və bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış zamanı saxlanılmış və saxlanıldığı zaman üzərinə şəxsi axatrış keçirilirkən əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən ümumilikdə 03 ədəd şəffaf selofan və 14 ədəd kağız bükümlərdə külli miqdarda - 19,439 qram çəkidə psixotrop maddə metamfetamini, ümumilikdə 04 ədəd şəffaf selofan və 02 ədəd kağız bükümlərdə külli miqdarda -17,817 qram çəkidə narkotik vasitə heroini və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin hərəkətlərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Məhkəmə iclasında dövlət ittihamçısı X4 vəsatətlə məhkəməyyə müraciət edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və iş materiallarının ibtidai araşdırmaya prosesual rəhbərlik edən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Vəsatətini onunla əsaslandırdı ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olması müəyyən edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş vəsatətə münasibət bildirərək onun həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatətin təmin edilməməsini xahiş etdi. Məhkəmə verilmiş vəsatəti müzakirə edib, tərəflərin həmin vəsatətə münasibətini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, hazırkı cinayət işinin baxılmasına xitam verilməli və iş prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Azərbaycan Respublikası CPM-in 318.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə iş üzrə ibtidai istintaq müddəti yekunlaşdırılmış və aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə qarşı daha ağır ittiham irəli sürülməsi məsələsinə baxılması əlavə araşdırılmanın aparılması və aparılmış istintaqın materiallarına yenidən baxılması ilə bağlı olduğundan təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iki ay müddətinə uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 84,307 və 318-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işinin materialları təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinun müddəti 02 (iki) ay müddətinə yəni xx xxxxxxx 2020-ci il tarixədək uzadılsın. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar