Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-183/2024 14.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxsin müdafiəçisi və nümayəndəsi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, cavabdeh kimi ondan xx.xx.2018-ci il tarixdən başlayaraq övladları, xx.xx.2009-cu il təvəllüdlü Xəlilova (Axundova) Safura Məmmədbağır qızının və xx.xx.2012-ci il təvəllüdlü Xəlilov (Axundov) Sabir Məmmədbağır oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa 200,00 manat olmaqla, cəmi 400,00 manat məbləğində alimentin tutularaq zərərçəkmiş şəxs Ağayeva (Axundova) Leyla Bəxtiyar qızına ödənilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(003)-472/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xəzər Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən xx.xx.2023-cü il tarixədək 11660,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Ağayeva (Axundova) Leyla Bəxtiyar qızının xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2018-ci il tarixdən başlayaraq övladları Safura və Sabirin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat məbləğində alimentin tutularaq Leylaya ödənilməsi qət edilmişdir. Qətnaməsinin icrasını həyata keçirə bilmədiyinə görə 09 fevral 2023-cü ildə 08 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq,11660 manat məbləğində aliment borcunu ödəyə bilməmişdir. Ödəməməyinin səbəbini fərdi əməklə, yəni fəhləliklə məşğul olmaqla ayda çox az məbləğdə pul qazanması olmuşdur. Belə ki, fəhləliklə əldə etdiyi gəlir öz dolanışığına güclə çatmışdır. Hal-hazıradək borcundan heçnə ödəyə bilməmişdir. Zərərçəkmiş şəxsin müdafiəçisi və nümayəndəsi Müdafiəçi məhkəmə iclasında bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(003)-472/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq övladları, xx.xx.2009-cu il təvəllüdlü Xəlilova (Axundova) Safura Məmmədbağır qızının və xx.xx.2012-ci il təvəllüdlü Xəlilov (Axundov) Sabir Məmmədbağır oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa 200,00 manat olmaqla, cəmi 400,00 manat məbləğində aliment ödəməlidir. Lakin təqsirləndirilən şəxs qərəzli olaraq aliment öhdəliyindən uzun müddətdi ki, yayınır. Baxmayaraq ki, təqsirləndirilən şəxs əmək qabiliyyətli şəxsdir o, borcundan heç bir ödəniş etməmişdir. Bunları nəzərə alaraq barəsində daha ağır cəza olan azadlıqdan məhrumetmə cəzasının ətyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Ağayeva (Axundova) Leyla Bəxtiyar qızı ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq övladları, xx.xx.2009-cu il təvəllüdlü Xəlilova (Axundova) Safura Məmmədbağır qızının və xx.xx.2012-ci il təvəllüdlü Xəlilov (Axundov) Sabir Məmmədbağır oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa 200,00 manat olmaqla, cəmi 400,00 manat məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinə dair Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(003)-472/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xəzər Rayon Məhkəməsinin 09 fevral 2023cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2023-cü il tarixədək 11660,00 manat məbləğində aliment borcunu fərdi əməklə məşğul olmaqla, ayda 800,00-900,00 manat məbləğində qazanc əldə etməsinə baxmayaraq, qərəzli olaraq ödəməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2018ci il tarixdən başlayaraq övladları, Xəlilova (Axundova) Safura Məmmədbağır qızının və Xəlilov (Axundov) Sabir Məmmədbağır oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 200,00 manat olmaqla, cəmi 400,00 manat məbləğində alimentin tutularaq zərərçəkmiş şəxs Ağayeva (Axundova) Leyla Bəxtiyar qızına ödənilməsinə dair Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(003)-472/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xəzər Rayon Məhkəməsinin 09 fevral 2023cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Daha sonra onun yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2023-cü il tarixədək 11660,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Ağayeva (Axundova) Leyla Bəxtiyar qızının xeyrinə qərəzli olaraq ödəməmişdir. Bu səbəbdən də toplanmış materiallar xx.xx.2023-cü il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru Şahid2, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilmiş xüsusatları bir daha təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 yanvar 2019cu il tarixli, 2(003)-472/2019 saylı qətnaməsindən və icra vərəqəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq övladları, xx.xx.2009cu il təvəllüdlü Xəlilova (Axundova) Safura Məmmədbağır qızının və xx.xx.2012-ci il təvəllüdlü Xəlilov (Axundov) Sabir Məmmədbağır oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa 200,00 manat olmaqla, cəmi 400,00 manat sabit pul məbləğində alimentin tutularaq Ağayeva (Axundova) Leyla Bəxtiyar qızına verilməsi qət edilmişdir; - İcraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(003)-472/2019 saylı icra vərəqəsi üzrə həmin tarixdə icraata başlanmış və tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmişdir; Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş və mənzildə tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir; Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məcburi gətirilməsi qərara alınmışdır; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır; - Xəzər rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, borclu Təqsirləndirilən şəxs axtarışa verilmişdir; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir; - Xəzər rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli bildirişindən aydın olur ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(003)- 472/2019 saylı icra vərəqəsi üzrə tələbin 10 gün müddətində icra edilməsi bildirilmiş, əks təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət olunacağı barədə xəbərdarlıq edilmiş və borclu tərəfindən bildiriş imza edilməklə qəbul olunmuşdur; - Xəzər rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq məktubundan görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2019-cu il tarixli, 2(003)-472/2019 saylı icra sənədi üzrə yaranmış borcunu yenidən təyin olunmuş 10 gün müddətində ödəməyəcəyi təqdirdə CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət olunacağı barədə xəbərdarlıq edilmiş və borclu tərəfindən bildiriş imza edilməklə qəbul olunmuşdur; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Xidməti Sabunçu rayon Məşğulluq Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs işaxtaran kimi qeydiyyata alınmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir; - Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə- iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs törətdiyi hazırki cinayətin xarakterini belə qiymətləndirir ki, onun qəsdən icra etmədiyi məhkəmə qətnaməsi alimentin ödənilməsi, yəni 02 azyaşlı uşağının saxlanması üçün təyin edilmiş məbləği ödəməkdən qərəzli olaraq yayınmasıdır. Eyni zamanda Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları araşdırarkən məhkəmə, onun aliment öhdəliyini mütəmadi olaraq yerinə yetirmədiyinə görə dəfələrlə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq inzibati tənbehə məruz qalmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza olan azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi təqdirdə cəzanın məqsədinə nail oluna bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə o, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi vaxta görə 180 (yüz səksən) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 22 saata görə 132 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-183/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-183/2024
14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver