Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-183/2025 31.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ saat 10:20 X11 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(003)-183/2025 saylı qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrindən kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 60,488 qram xeyli miqdarda qurudulmuş marixuana əldə edib həmin narkotik vasitənin təmiz çəkisi 1,55 qram olan hissəsini 27 avqust 2024-cü il tarixdə əynində olan göy rəngli şalvarının sağ cibində 01 ədəd şəffaf rəngli selofana bükməklə üzərində, həmin narkotik vasitənin qalan təmiz çəkisi 59,938 qram olan hissəsini isə idarə etdiyi "Hyundai” markalı ** AK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının altında 01 ədəd yaşıl rəngli sellofan bükümünün içərisində gizlədib saxlamaqla Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Əli İsazadə küçəsində yerləşən dəmiryolunun yaxınlığına kimi həmin avtomobildə özü ilə daşımış, o, həmin gün saat 07:30 radələrində Xəzər rayon Pİ-nin PPXB-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq idarə etdiyi həmin avtomobil Pİ-nin inzibati binasının qarşısında saxlanılmaqla o, həmin Pİ-nin 3-cü PŞ-nin inzibati binasına gətirilmiş, 27 avqust 2024-cü il tarixdə saat 09:00 radələrində orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli şalvarının sağ cibində 01 ədəd şəffaf rəngli selofana bükməklə satış məqsədi olmadan saxladığı narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrindən kustar üsulla hazırlanmış təmiz çəkisi 1,55 qram narkotk vasitə qurudulmuş marixuana aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Bundan sonra daxil olmuş əməliyyat əsasında Təqsirləndirilən şəxs 27 avqust 2024-cü il tarixdə saxlanılarkən idarə etmiş olduğu “Hyundai” markalı ** AK *** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna həmin gün saxlandığı Xəzər RPİ-nin inzibati binasının qarşısında 28 avqust 2024-cü il tarixdə saat 04:30 radələrində həmin Pİ-nin Narkomaniya ilə mübarizə bölməsinin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçinin içtirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilən zaman avtomobilin sürücü oturacağının altında Təqsirləndirilən şəxs satış məqsədi olmadan gizlədib saxladığı təmiz çəkisi 59,938 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələrindən kustar üsulla hazırlanmış xeyli miqdarda qurudulmuş marixuana 01 ədəd yaşıl rəngli sellofan bükümünün içərisində aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində qeyd etmişdir ki, o, lizinqlə aldığı “Hyundai” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti ilə Türkan qəsəbəsində məşğul olduğu zaman onunla dostluq edən X6 zəng vuraraq Bİnə qəsəbəsinə taksi kimi gedə bilib bilməyəcəyini ondan soruşmuşdur. O, Davudu Suraxanı rayonu, Xəyal adası adlanan yerin yaxınlığında gözləmişdir. Çünki o, taksi fəaliyyəti ilə məşğul olduğuna görə həmin yerə müştəri apardığını və onu oradan götürə biləcəyini demişdir. Davud da həmin yerə yaxın olduğunu və yadında qalmayan tanışının nəqliyyat vasitəsi ilə ondan xahiş etdiyini və ancaq ora kimi gələ biləcəyini ona bildirərək ondan gözləməyini xahiş etmişdir. O, da Davuda etiraz etməmişdir. Davudu həmin yerdə gözləyən zaman nəqliyyat vasitəsindən düşüb siqaret çəkmişdir. Həmin yerdə siqaret çəkdiyi zaman yerdə şəffaf sellofanın içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə olduğunu aşkar etmişdir. Həmin kütləni tez götürərək idarə etdiyi nəqliyyat vasitəsinə minmiş və həmin şəffaf sellofanın içərisinə baxmış və həmin şəffaf sellofanın içərisində olan kütlənin narkotik vasitə olan marixuana olduğunu aşkar etmişdir. Həmin kütlədən bir çəkimlik götürüb cibinə qoyaraq, qalanını isə həmin şəffaf sellofanın içində nəqliyyat vasitəsinin oturacağının altında gizlətmişdir. Daha sonra Davud idarə etdiyi nəqliyyat vasitəsinə minərək Xəyal adaları adlanan yerdə görüşməli olduğunu və X8 aparmağı müqabilində ona 10 manat verəcəyini bildirmişdir. O. Davuddan hara getməklərini soruşduqda Davud ona Şahinlə görüşüb nə isə götürəcəyini deyərək ona heçnə deməmiş və o, da əlavə nəsə soruşmamışdır. Həmin vaxtı Şahini götürdükdən sonra Binə qəsəbəsinə getmişlər. Bir müddət sonra onlar yolda bir nəfər şəxsin gecə olduğu üçün yoldan keçən maşınlara ələ etdiyini görmüşlər. Şahin ondan xahiş etmişdir ki, dayanıb həmin şəxsi götürsün. O, da avtomobili saxlayıb həmin şəxsi götürmüşdür. Həmin vaxtı Şahinin boynunda yara olduğu üçün ondan Binə qəsəbəsi yaşıl aptek adlanan əraziyə sürməyini xahiş etmişdir. Yaşıl aptekin qarşısında saxladığı zaman Şahin yanında nəqliyyat vasitəsindən düşərək həmin aptekə daxil olmuşdur. Davud və tanımadığı şəxs avtomobildə Şahini gözləməyə başlamışlar. Bir müddət keçdikdən sonra polis əməkdaşları idarə etdiyi nəqliyyat vasitəsini saxlayaraq burada nə etdiyini ondan soruşmuşlar. Şahin həmin vaxtı aptekdən çıxdıqda polis əməkdaşlarını görüb qaçmağa başlamışdır. Davud və tanımadığı şəxs də bunu görüb qaçmışlar. Onu isə idarə etdiyi nəqliyyat vasitəsinin içərisində saxlayaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirmişlər. Orada baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə narkotik vasitə olan marixuana aşkar edilmişdir. Daha sonra isə o, könüllü olaraq “Hyundai” markalı “**-AK-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücü oturacağının altında olan 01 ədəd narkotik vasitə olan marixuana kütləsinin yerini söyləmişdir. O, səmimi olaraq nəqliyyat vasitəsində sürücü oturacağının altında olan 01 ədəd sellofanda olan narkotik vasitə-qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxtı mənim üzərində və idarə etdiyi avtomobilin içərisində narkotik vasitə olan qurudulmuş marixuananın olması barədə nə Şahinin, nə Davudun nə də ki, tanımadığı şəxsin heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs son sözündə ilk dəfə cinayət törətməsini, əməlindən peşiman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Xəzər RPİ-nin PPXB-nin polis nəfəri polis serjantıdır. 27 avqust 2024-cü il tarixdə saat 07:30 radələrində Bakı şəhəri, Xəzər rayonu. Binə qəsəbəsi, Əli İsazadə küçəsində yerləşən dəmir yolunun yaxınlığında Xəzər RPİ-nin PPXB-nin polis nəfərləri Şahid2 və Ülfət Qasımov ilə birlikdə onlara təhkim olunmuş xidməti avtomobil ilə xidmətdə olduqları zaman “Hyundai” markalı ** AK *** dövlət qeydiyyat nişanlı avtomobildə 3 nəfər şəxsin olduğunu və özlərini şübhəli apardıqları üçün onlara yaxınlaşmaq istəyən həmin avtomaşında olan iki nəfər şəxs qaçmışlar, lakin həmin avtomobilin sürücüsü adını sonradan bildiyi Təqsirləndirilən şəxs avtomobildə qalmışdır. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Xəzər RPİ-nin 3-cü PŞ-nə gəlmişdir. Təqsirləndirilən şəxs üzərində özü istifadə etmək üçün bir bükümə bükülmüş narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və əynində olan göy rəngli şalvarın sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə qurudulmuş marixuana çıxarıb təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “Huavey” markalı mobil telefon, içərisində 42 manat pul, özünə məxsus sürücülük və şəxsiyyət vəsiqəsi, 02 ədəd bank kartı olan qara rəngli pul kisəsi aşkar edilmişdir. Sonra onlar Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bükümə baxış keçirdik. Baxış zamanı həmin bükümdə narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlə narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin marixunanı 27 avqust 2024-cü il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən 10 manata alıb özündə saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, X7 Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Xəzər RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 28 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı ** AK *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilərkən o, iştirak etmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs avtomobilində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da idarə etdiyi “Hyundai” markalı ** AK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağın altından özü istifadə etmək üçün bir ədəd sellofanda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və həmin narkotik vasitəni çıxarıb təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs avtomobilinə axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən başqa heçnə aşkar edilməmişdir. Sonra onlar Təqsirləndirilən şəxs təqdim etdiyi sellofanda olan kütləyə baxış keçirmişlər. Baxış zamanı həmin sellofanda narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin marixunanı 27 avqust 2024-cü il tarixdə Suaraxanı rayonu, Xəyal Adaları adlanan yerdən tapıb özündə saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edildikdən sonra elan olunmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınmış videogörüntülərə baxış zamanı müəyyən edilir ki, Bakı şəhəri, Xəzər RPİnin 3-cü Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Nihad Mustafayev xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri, Xəzər RPİ-nin PPXB-nin polis nəfərləri Şahid2, Şahid1 və Ülfət Qasımovun iştirakları ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynidəki göy rəngli şalvarının sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edir və həmin bir ədəd bükümün içərisində kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, həmin narkotik vasitə qurudulmuş marixuananı Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən 10 manata alaraq saxlayıb gəzdirdiyini saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı 01 ədəd “Huavey” markalı mobil telefon, içərisində 42 manat pul, özünə məxsus sürücülük və şəxsiyyət vəsiqəsi, 02 ədəd bank kartı olan qara rəngli pul kisəsi aşkar edilmişdir. Təqsirləndirilən şəxsnın təqdim etdiyi bir ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan möhürü ilə möhürlənərək götürülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edildikdən sonra elan olunmuş xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyev tərəfindən tərtib olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı ** AK *** dövlət qeydiyyat nişanlı avtomobilinə axtarış aparılır, o, avtomobildəki sürücü oturacağının altından bir ədəd salafan təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi salafan açıldıqda məlum olur ki, salafanda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd salafanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, marixuananı Suraxanı rayonu Xəyal adaları adlanan yerdən tapıb gəzdirdiyini bildirir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edildikdən sonra elan olunmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınmış videogörüntülər olan diskə baxış zamanı müəyyən edilir ki, Bakı şəhəri, Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyev şübhəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri, Xəzər RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 iştirakı ilə Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah avtomobilində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı ** AK *** dövlət qeydiyyat nişanlı avtomobildəki sürücü oturacağının altından bir ədəd salafanı təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi salafan açıldıqda məlum olur ki, salafanda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd salafanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, marixuananı Suraxanı rayonu Xəyal adaları adlanan yerdən tapıb gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan möhürü ilə möhürlənərək götürülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edildikdən sonra elan olunmuş məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 7/1435 nömrəli ekspert rəyindən görünür ki, tətqiqata təqdim edilmiş zərfdə bir ədəd sellofan bükülüdə təmiz çəkisi 1,55 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 1,55 qram, tədqiqatan sərf edilmişdir 0,02 qram, qalıq 1,53 qram təşkil edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edildikdən sonra elan olunmuş ekspertiza xərclərinə dair xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, aparılmış ekpertiza tədqiqatının dəyəri 72 manat təşkil edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edildikdən sonra elan olunmuş məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 7/1442 nömrəli ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №43” möhür əksi olan bir ədəd şəffaf sellofanda təmiz çəkisi 59,938 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitikisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 59,938 qram, tədqiqatan sərf edilmişdir 0,05 qram, qalıq 59,888 qramdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edildikdən sonra elan olunmuş ekspertiza xərclərinə dair xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, aparılmış ekpertiza tədqiqatının dəyəri 70 manat təşkil edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edildikdən sonra elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X9-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2024-cü il tarixli 6529 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxsda kannabinoidlərin epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edildikdən sonra elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə X2 ambulator məhkəmə psixiatrik ekspertizasının 19 oktyabr 2024-cü il tarixli 3056 saylı rəyindən görünür ki, cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqətio pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edildikdən sonra elan olunmuş “Şübhəli şəxsin tutulması” haqqında 27 avqust 2024-cü il tarixli Xəzər RPİ-nin 3cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Nihad Mustafayev tərəfindən tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edildikdən sonra elan olunmuş 28 avqust 2024-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs ittiham vermək mümkün olmadığından saxlanıldığı Xəzər RPİ-nin MSY-dən azad edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edildikdən sonra elan olunmuş Bakı şəhəri Xəzər rayon məhkəməsinin 30 avqust 2024-cü il tarixli 4(003)- 339/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 avqust 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edildikdən sonra elan olunmuş xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xəzər Rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(003)-183/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, əməlindən peşiman olmasını onun cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirici halları, cinayətin törədilmə xarakterini, şəxsiyyətini, əvvəllər məhkum olunmamasını və ilk dəfə cinayət törətməsini nəzərə alaraq hesab edir ki, ona aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı cəmi 03 (ay) 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Bakı şəhəri Xəzər Rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(003)-183/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edildiyindən, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablandığından, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından ona narkomaniyadan məcburi müalicə təyin edilməməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 59,888 qram və 1,53 qram (kannabis) bitikisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 142 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı cəmi 03 (ay) 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimi cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 59,888 qram və 1,53 qram (kannabis) bitikisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 142 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi vaxta görə 180 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 37 saata görə 407 manat, məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(003)-183/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-183/2025
31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver