Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-184/2020 01.12.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş mənbədən və istintaqla müəyyən edilməmiş vaxtda tərkibində həşiş qətranı narkotik vasitəsinin miqdarı şəxsi istehlak miqdarından artıq miqdarda, 0,729 qram təşkil edən 1 ədəd elektron siqaret müştüyünü və 1 konvalyutda 2 ədəd qırmızı rəngdə, üzərində “Firangiz Azayeva” və “Tramadol HCL 50mg“ sözləri yazılmış qabda isə 16 ədəd ağ rəngdə olmaqla ümumilikdə tramadol güclü təsir edən maddəsinin təsiredici miqdarı 1,25 qram təşkil edən 18 ədəd tramadol həblərini qanunsuz olaraq əldə etmiş, saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə üzərində “PLD” hərfləri yazılmış tünd çəhrayı rəngli çamadanın içərisindəki şəxsi geyim əşyalarının arasında gizlədərək xx xxxxxx 2019-cu il tarixdə Bakı-Moskva aviareysi ilə ölkə ərazisindən getməyə çalışarkən saat 18:39 radələrində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 X9” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə təkrar keçirmiş, bundan sonra saat 19 radələrində Hava Limanında steril zonada təyyarəyə gedərkən saxlanılmış və ondan tərkibində həşiş qətranı narkotik vasitəsinin miqdarı şəxsi istehlak miqdarından artıq miqdarda, 0,729 qram təşkil edən 1 ədəd elektron siqaret müştüyü və tramadol güclü təsir edən maddəsinin təsiredici miqdarı 1,25 qram təşkil edən ümumilikdə 18 ədəd tramadol həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır, ailəlidir, 2 azyaşlı övladı vardır. Əvvəllər yəni, 2007-2012-ci il tarixlərdə turizm şirkətində turizm meneceri vəzifəsində çalışmış, hazırda hər hansı fəaliyyətlə məşğul deyildir. Ağır avtomobil qəzası keçirdiyi üçün sümük ağrıları ilə əlaqədar 2013-cü ildən mütəmadi olaraq “Tramadol 50mg” dərman preparatını, o olmadıqda isə həmçinin metadon dərmanını qəbul edir. 2019-cu ilin sentyabr ayının axırında 15 illik tanışı Azərbaycan Respublikası vətəndaşı Babayev Etibar Rövşən oğlu onunla görüşərək poçt vasitəsilə X2 övladı üçün oyuncaqlar sifariş etmək fikri olduğunu söyləmiş, lakin həmin poçt bağlamasını onun adına göndərmək istədiyini bildirmiş, səbəbini isə Xırdalanda yaşadığı üçün poçt bağlamasının gətirilib çatdırılmamasını göstərmişdir. O, razılığını bildirmiş, anket məlumatlarını vermiş və Xətai rayonu, Yusif Səfərov küçəsi 8 ünvanında yerləşən Poçt mərkəzinin ünvanını vermişdir. Təxminən 2 həftə sonra Etibarla görüşmüş, həmin şəxsin internet əlaqəsi olmadığı üçün, onun mobil telefonu ilə izləmə kodu vasitəsilə Etibarın sifariş verdiyi poçt bağlamasının hazırki yeri ilə maraqlanmış, həmin vaxt Nigeriyada idi. Bu hadisədən sonra onlar 3-4 dəfə görüşmüşlər və o, hər dəfə həmin poçt bağlamasının Nigeriyada olduğunu görmüşdür. xx.xx.2019-cu il tarixdə Etibar ona zəng edərək həmin bağlamanın harada olduğuna baxmağını xahiş etmiş, o, yoxlamış və Etibara məlumat vermişdir ki, bağlama artıq Rusiya Federasiyasındadır. xx.xx.2019-cu il tarixdə saat 09:48-də onun +**********49 nömrəli telefonuna sms gəlmiş və bildirilmişdir ki, adına poçt bağlaması daxil olmuşdur, gəlib götürmək lazımdır. Yatdığı üçün həmin sms-i vaxtında oxuya bilməmiş, yalnız saat 14:00 yuxudan oyandıqdan sonra həmin sms-i oxumuş və başa düşmüşdür ki, bu Etibarın sifariş verdiyi bağlamadır. Saat 14:30-da Etibarla əlaqə saxlayıb bildirmişdir ki, özünün adına sifariş verdiyi bağlama gəlib gedib götürsün, həmin şəxs isə cavabında bağlamanı götürmək üçün onun şəxsiyyətini təsdiq edən sənəd lazım olduğunu söyləmişdir. O, Etibara bildirmişdir ki, hal-hazırda övladının dalınca məktəbə gedir, vaxtı olmadığı üçün Etibar yaxınlaşsın və özünün evindən həyat yoldaşından götürsün. Bundan sonra həyat yoldaşı ilə də əlaqə saxlamış və bildirmişdir ki, Etibar gələcək ona özünün şəxsiyyət vəsiqəsini versin. Bundan sonra saat 17:00 radələrində Etibar ona sms yazmışdır ki, onu “Poçt Göndərişləri” postunda saxlayıblar, o, dərhal həmin şəxsə zəng vurmuş, lakin həmin şəxs telefona cavab verməmişdir. O, bəzi tanışlarının vasitəsilə öyrənməyə başlamışdır ki, nə üçün Etibarı saxlayıblar, öyrəndikdən sonra bilmişdir ki, Etibar həqiqətən saxlanılmışdır. Bundan sonra saat 17:33-də Etibar ona zəng edərək bildirmişdir ki, ondan sadəcə izahat alıb buraxacaqlar, onlara özü lazımdır, çünki poçt bağlaması onun adınadır. O, dərhal ölkədən qaçmaq qərarına gəlmiş və internet vasitəsilə ən yaxın müddətə olan Bakı-Moskva aviareysinə bilet almışdır. Çamadanını qısa müddət ərzində yığıb Hava Limanına yola düşmüşdür. Orada Sərhəd nəzarətindən keçib təyyarəyə minmək istəyərkən iki nəfər gömrük əməkdaşı ona yaxınlaşmış və özünə məxsus əşyaları yoxlamaq üçün Hava Limanının gəliş zalında yerləşən yoxlama otağına dəvət etmişdirlər. Orada videoçəkilişdən istifadə olunmaqla aparılan yoxlama zamanı, ona məxsus üzərində “PLD” hərfləri yazılmış tünd çəhrayı rəngli çamadanın içərisindən şəxsi geyim əşyalarının arasından 1 (bir) konvalyutda 2 (iki) ədəd qırmızı rəngli tablet olmaqla “Tramadol” adlı dərman preparatı, üzərində “Firangiz Azayeva” və “Tramadol HCL 50mg“ sözləri yazılmış içərisində 16 (on altı) ədəd ağ rəngli tablet olan 1 (bir) qutu, 1 (bir) ədəd içərisində maye olan elektron siqaret müştüyü və 1 (bir) ədəd “Target mini” markalı elektron siqaret aparatı (Vape) aşkar olunmuş və protokol əsasında götürülmüşdür. Adına göndərilmiş poçt bağlamasındakı narkotik vasitələrdən əvvəlcədən məlumatı olmamışdır, bu barədə ilk əvvəl ona Etibar məlumat vermiş, daha sonra isə saxlanıldıqdan sonra idarədə ona bildirmişdirlər. Ona məxsus baqajdan aşkar edilərək götürülmüş 1 (bir) konvalyutda 2 (iki) ədəd qırmızı rəngli tablet olmaqla “Tramadol” adlı dərman preparatı, üzərində “Firangiz Azayeva” və “Tramadol HCL 50mg“ sözləri yazılmış içərisində 16 (on altı) ədəd ağ rəngli tablet olan 1 (bir) qutu tramadol həbləri qutunun da üzərindəki yazılardan göründüyü kimi həyat yoldaşı Firəngiz Azayevaya məxsusdur. 2018-ci ildə kiçik oğlu Osman ABŞ-da dünyaya gəlmişdir. Onlar həmin vaxt ailəlikcə orada olmuşlar. Həyat yoldaşı Firəngizin uşağın dünyaya gəlməsi ilə bağlı əməliyyatından sonra ona qeyd olunan preparatdan yazmışdılar və resept əsasında yoldaşına vermişdilər. ABŞ-da da belə bir qayda var idi ki, resept əsasında yazılan dərmanları aptekdən alarkən həmin resept dərman qutusunun üzərinə yapışdırılır. Qeyd olunan tramadol qutusunun üzərindəki yazıdan da göründüyü kimi, həmin resepti qutunun üzərinə yapışdırıb yoldaşına vermişdilər və Azərbaycana gələrkən də yoldaşının üzərində olmuşdur. ABŞ-dan qayıdarkən də 4 ölkə keçərək Azərbaycana qayıtmışdır və yoldaşı onu üzərində gətirmişdir və hər hansı problem olmamışdır. Qeyd olunan narkotik tərkibli müştüyü isə təxminən 1 il bundan qabaq hazırda ABŞ-da yaşayan Anar adlı tanışından almışdır. Anar arada bir Bakıya gəlib gedirmiş 2018-ci ilin yay ayında görüşərkən ona hədiyyə etmişdir. Anarın isə əlaqə məlumatlarını xatırlamır. İnternetdə bir ara danışırmış, lakin sonradan onunla əlaqəsi kəsilmişdir və hazırda da ABŞ-da yaşayır. Bundan artıq məlumatı yoxdur. Adına göndərilən poçt bağlamasında olan siqaretlər üçün müştüklərlə baqajında olan bir ədəd siqaret üçün müştükdəki həşiş qətranları tərkiblərinə görə eyni olsalar da müştüyün özləri fərqlidir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını, ilk dəfə cinayət əməli törətdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 bildirdi ki, o, DGK HNBGİ-nin Skanlaşdırma və TNVT şöbəsinin böyük inspektoru vəzifəsində çalışır. xx.xx.2019-cu il tarixdə xidməti vəzifəsini “Poçt Göndərişləri” gömrük postunda yerinə yetirmişdir. Həmin tarixdə X2 “EMS” poçt daşımaları şirkəti vasitəsi ilə daxil olmuş, üzərində alıcının ünvanı Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, alıcının adı isə Təqsirləndirilən şəxs kimi göstərilmiş ümumi çəkisi 3.150 kq, izləmə kodu EZ163064535US olan poçt bağlamasına “Poçt Göndərişləri” gömrük postunda özü rentgen aparatı vasitəsilə baxış keçirərkən, monitorda şübhəli əşyaların təsvirini görmüşdür. Həmin bağlamanın üzərinə yapışdırılmış CN23 gömrük bəyannaməsinə əsasən, bağlamanın içərisində olan əşyaların sənədlər, uşaq oyuncaqları, rəngli qələmlər, pazldan ibarət olduğu qeyd olunmuşdur. Bağlamaya yoxlama keçirilən zaman, bağlamanın içərisindən 11 ədəd uşaq oyuncağı, 6 qutu rəngli qələmlər, üzərində “puzzle” sözü yazılmış 3 qutu, üzərində “marijuanna product” sözləri yazılmış içərisində qırmızı rəngli maddə olan 8 ədəd ağ rəngli kiçik ölçülü paket aşkar olunmuşdur. Üzərində “puzzle” sözü yazılmış 3 qutu tərəflərindən açılmış və ümumilikdə 45 ədəd içərisində maye olan elektron siqaret müştüyü aşkar edilmişdir. Həmin gün saat 16:00 radələrində Azərbaycan Respublikası vətəndaşı Babayev Etibar Rövşən oğlu həmin bağlamanı götürmək üçün Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi ilə (AA*******) “Poçt Göndərişləri” gömrük postuna yaxınlaşmışdır. E.R.Babayev Təqsirləndirilən şəxs hazırda Londonda olduğunu, Londondan ona gizli nömrə ilə zəng edərək, evlərindən şəxsiyyət vəsiqəsini götürərək poçta yaxınlaşmasını və adına gələn bağlamanı götürməsini xahiş etdiyini bildirmişdir. Bundan sonra gömrük əməkdaşı Bahadur Qılıcov bağlama ilə birlikdə E.R.Babayevi araşdırma aparılması məqsədilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə aparmışdır. Sonradan ona məlum olmuşdur ki, Bahadur Qılıcov E.R.Babayevi şəxsi avtomobili ilə birlikdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə apararkən, yolun Babək prospekti ilə Heydər Əliyev prospektinin kəsişən hissəsində tıxac olduğundan o, asta surətlə hərəkətdə olan avtomobilin ani olaraq qapısını açaraq qaçmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid6 eyni məzmunlu ifadələr verərək Şahid10 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 bildirdi ki, o, DGK “Azərterminalkompleks” Birliyindən HNBGİ Poçt Göndərişləri gömrük postunun ezam olunmuş inspektoru vəzifəsində çalışır. xx.xx.2019-cu il tarixdə xidməti vəzifəsini “Poçt Göndərişləri” gömrük postunda yerinə yetirmişdir. Həmin tarixdə X2 “EMS” poçt daşımaları şirkəti vasitəsi ilə daxil olmuş, üzərində alıcının ünvanı Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, alıcının adı isə Təqsirləndirilən şəxs kimi göstərilmiş ümumi çəkisi 3.150 kq, izləmə kodu EZ163064535US olan poçt bağlamasına “Poçt Göndərişləri” gömrük postunda gömrük əməkdaşı Şahid10 tərəfindən rentgen aparatı vasitəsilə baxış keçirilərkən, monitorda şübhəli əşyaların təsviri əks olunmuşdur. Həmin bağlamanın üzərinə yapışdırılmış CN23 gömrük bəyannaməsinə əsasən, bağlamanın içərisində olan əşyaların sənədlər, uşaq oyuncaqları, rəngli qələmlər, pazldan ibarət olduğu qeyd olunmuşdur. Bağlamaya yoxlama keçirilən zaman, bağlamanın içərisindən 11 ədəd uşaq oyuncağı, 6 qutu rəngli qələmlər, üzərində “puzzle” sözü yazılmış 3 qutu, üzərində “marijuanna product” sözləri yazılmış içərisində qırmızı rəngli maddə olan 8 ədəd ağ rəngli kiçik ölçülü paket aşkar olunmuşdur. Üzərində “puzzle” sözü yazılmış 3 qutu tərəflərindən açılmış və ümumilikdə 45 ədəd içərisində maye olan elektron siqaret müştüyü aşkar edilmişdir. Həmin gün saat 16:00 radələrində Azərbaycan Respublikası vətəndaşı Babayev Etibar Rövşən oğlu həmin bağlamanı götürmək üçün Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi ilə (AA*******) “Poçt Göndərişləri” gömrük postuna yaxınlaşmışdır. E.R.Babayev Təqsirləndirilən şəxs hazırda Londonda olduğunu, Londondan ona gizli nömrə ilə zəng edərək, evlərindən şəxsiyyət vəsiqəsini götürərək poçta yaxınlaşmasını və adına gələn bağlamanı götürməsini xahiş etdiyini bildirmişdir. Bundan sonra o, bağlama ilə birlikdə E.R.Babayevi araşdırma aparılması məqsədilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə aparmaq üçün yola düşmüşdür. Yolun Babək prospekti ilə Heydər Əliyev prospektinin kəsişən hissəsində tıxac olduğundan Babayev Etibar Rövşən oğlu asta surətlə hərəkətdə olan avtomobilin ani olaraq qapısını açaraq qaçmışdır. O, dərhal bu hadisə barədə rəhbərliyə məruzə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 bildirdi ki, 2004-cü ildən gömrük orqanlarında xidmət edir. 2018-ci ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda inspektor vəzifəsində çalışır. Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs məktəb illərindən tanıyır. Ümumi tanışları vasitəsilə münasibəti yaranmışdır. Oxuduğu Bakı şəhəri 160 nömrəli orta məktəbə gəlib gedirmiş, şəhər uşağı kimi münasibəti yaranmışdır. Lakin son bir neçə ildir ki, onu görmür. Azərbaycan Respublikası vətəndaşı Babayev Etibar Rövşən oğlunu da Orxanı tanıdığı kimi, orta məktəb illərindən tanıyır. Həmçinin Orxanın dostu kimi bilirdi. Onu isə sonuncu dəfə 2019-cu ilin noyabr ayında poçt bağlamaları postunda olarkən görmüşdür. 2019-cu ilin noyabr ayının 28-də postda olarkən Etibar Babayevi görmüş, Etibarla poçt şöbəsinin qarşısında görüşərkən ona bildirmişdir ki, dostu Orxanın adına X2 göndərilən bağlamanı təhvil almaq üçün oraya gəlmişdir. O, da əlində olan izləmə kodu ilə yaxınlaşıb poçt əməkdaşlarına göstərməsini və həmin bağlamanı təhvil almasını bildirmişdir. Etibar yaxınlaşıb poçt əməkdaşına qeyd olunan izləmə kodunu göstərdikdən bir neçə dəqiqə sonra HNBGİ-nin əməliyyat şöbəsinin əməkdaşları gəlib Etibar Babayevi digər bir otağa dəvət etmişdirlər. O, orada əməkdaşlardan soruşduqda ona bildirmişdirlər ki, sonuncunun təhvil almaq üçün istədiyi bağlama nəzarətdə olan bağlama olmuşdur. Bir müddət sonra Orxan ona məxsus mobil telefon nömrəsinə zəng etmiş və dostu Etibarın poçt bağlamasını təhvil almaq üçün gələrkən orada saxlanıldığını, nə məsələ olduğunu soruşmuşdur. O, isə Orxana dəqiq məlumatı olmadığını və əməkdaşlar tərəfindən sorğu sual olunduğunu bildirmişdir. Bundan sonra Orxanla sağollaşmışdır. Həmin bağlama bir neçə saat əvvəlcədən gəlib artıq posta çatmışdır və nəzarətdə olan bağlama olmuşdur. Həmin vaxt o, bilmişdir ki, qeyd olunan bağlama Təqsirləndirilən şəxs adına göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, o, DGK HNBGİ Əməliyyat və X3 şöbəsində çalışır. xx.xx.2019-cu il tarixdə xidməti vəzifəsini X8 Aeroportunda yerinə yetirmişdir. Həmin gün Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən adına poçt bağlaması gələn Təqsirləndirilən şəxs və həmin bağlamanı götürməyə gələn Babayev Etibar Rövşən oğlunun müəyyənləşdirərək saxlanılması barədə əməliyyat qrupu yaradılmışdır. İdarəyə “Hədəflərin müəyyənləşdirilməsi şöbəsindən” məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs saat 19:00 radələrində Bakı-Moskva aviareysi ilə getmək üçün sərhəd nəzarət yoxlamasından keçmişdir. Bundan sonra Təqsirləndirilən şəxs steril zonada təyyarəyə gedərkən müəyyən olunub saxlanılaraq, əşyalarına yoxlama keçirilməsi üçün gəliş zalında yerləşən yoxlama otağına dəvət olunmuşdur. Otaqda tərəflərindən videoçəkilişdən istifadə olunmaqla aparılan yoxlama zamanı, Təqsirləndirilən şəxs məxsus üzərində “PLD” hərfləri yazılmış tünd çəhrayı rəngli çamadanın içərisində olan şəxsi geyim əşyalarının arasından əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, yazılı və ya elektron formada bəyan olunmamış 1 (bir) konvalyutda 2 (iki) tablet “Tramadol” adlı dərman preparatı, içərisində 16 (on altı) ədəd ağ rəngli tablet olan üzərində “Firangiz Azayeva” və “Tramadol HCL 50mg“ sözləri yazılmış 1 (bir) qutu, 1 (bir) ədəd içərisində maye olan elektron siqaret müştüyü və 1 (bir) ədəd “Target mini” markalı elektron siqaret aparatı (Vape) aşkar olunaraq, tərəflərindən protokol əsasında götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 bildirdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X10, ev 5/6Z ünvanında qeydiyyatdadır və ünvan 4 mənzil 54 ünvanında yaşayır. “xxxx” MMC-də fəhlə işləyir. xx.xx.2019-cu il tarixdə X2 “EMS” poçt daşımaları şirkəti vasitəsi ilə daxil olmuş, üzərində alıcının ünvanı Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, alıcının adı isə Təqsirləndirilən şəxs kimi göstərilmiş poçt bağlamasına yoxlama keçirərkən, gömrük əməkdaşı onun hal şahidi qismində iştirak etməyini xahiş etmiş, o, da qəbul etmişdir. Onunla birlikdə baxışda İsmayıl adlı digər hal şahidi də iştirak etmişdir. Bağlamaya yoxlama keçirilən zaman, bağlamanın içərisindən 11 ədəd uşaq oyuncağı, 6 qutu rəngli qələmlər, üzərində “puzzle” sözü yazılmış 3 qutu, üzərində “marijuanna product” sözləri yazılmış içərisində qırmızı rəngli maddə olan 8 ədəd ağ rəngli kiçik ölçülü paket aşkar olunmuşdur. Üzərində “puzzle” sözü yazılmış 3 qutu gömrük əməkdaşları tərəfindən açılmış və ümumilikdə 45 ədəd içərisində maye olan elektron siqaret müştüyü aşkar edilmişdir. Bu barədə gömrük əməkdaşı tərəfindən protokol tərtib olunmuş və o da həmin protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 eyni məzmunlu ifadələr verərək Şahid8 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Aparılmış təhqiqat zamanı şahid qismində izahatı alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 təhqiqat zamanı verdiyi izahatında qeyd edilmişdir ki, o, DGK HNBGİ Əməliyyat və X3 şöbəsinin rəis müavini vəzifəsində çalışır. xx.xx.2019-cu il tarixdə xidməti vəzifəsini X8 Aeroportunda yerinə yetirirmiş. Həmin gün Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən adına poçt bağlaması gələn Təqsirləndirilən şəxs və həmin bağlamanı götürməyə gələn Babayev Etibar Rövşən oğlunun müəyyənləşdirərək saxlanılması barədə əməliyyat qrupu yaradılmışdır. İdarəyə “Hədəflərin müəyyənləşdirilməsi şöbəsindən” məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs saat 19:00 radələrində Bakı-Moskva aviareysi ilə getmək üçün sərhəd nəzarət yoxlamasından keçmişdir. Bundan sonra Təqsirləndirilən şəxs steril zonada təyyarəyə gedərkən müəyyən olunub saxlanılaraq, əşyalarına yoxlama keçirilməsi üçün gəliş zalında yerləşən yoxlama otağına dəvət olunmuşdur. Otaqda tərəflərindən videoçəkilişdən istifadə olunmaqla aparılan yoxlama zamanı, Təqsirləndirilən şəxs məxsus üzərində “PLD” hərfləri yazılmış tünd çəhrayı rəngli çamadanın içərisində olan şəxsi geyim əşyalarının arasından əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, yazılı və ya elektron formada bəyan olunmamış 1 (bir) konvalyutda 2 (iki) tablet “Tramadol” adlı dərman preparatı, içərisində 16 (on altı) ədəd ağ rəngli tablet olan üzərində “Firangiz Azayeva” və “Tramadol HCL 50mg“ sözləri yazılmış 1 (bir) qutu, 1 (bir) ədəd içərisində maye olan elektron siqaret müştüyü və 1 (bir) ədəd “Target mini” markalı elektron siqaret aparatı (Vape) aşkar olunaraq, tərəflərindən protokol əsasında götürülmüşdür. Aparılmış təhqiqat zamanı şahid qismində izahatı alınmış Şahid5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid5 təhqiqat zamanı verdiyi izahatında qeyd edilmişdir ki, o, DGK HNBGİ Əməliyyat və X3 şöbəsində çalışır. xx.xx.2019-cu il tarixdə xidməti vəzifəsini X8 Aeroportunda yerinə yetirirmiş. Həmin gün Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən adına poçt bağlaması gələn Təqsirləndirilən şəxs və həmin bağlamanı götürməyə gələn Babayev Etibar Rövşən oğlunun müəyyənləşdirərək saxlanılması barədə əməliyyat qrupu yaradılmışdır. İdarəyə “Hədəflərin müəyyənləşdirilməsi şöbəsindən” məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs saat 19:00 radələrində Bakı-Moskva aviareysi ilə getmək üçün sərhəd nəzarət yoxlamasından keçmişdir. Bundan sonra Təqsirləndirilən şəxs steril zonada təyyarəyə gedərkən müəyyən olunub saxlanılaraq, əşyalarına yoxlama keçirilməsi üçün gəliş zalında yerləşən yoxlama otağına dəvət olunmuşdur. Otaqda tərəflərindən videoçəkilişdən istifadə olunmaqla aparılan yoxlama zamanı, Təqsirləndirilən şəxs məxsus üzərində “PLD” hərfləri yazılmış tünd çəhrayı rəngli çamadanın içərisində olan şəxsi geyim əşyalarının arasından əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, yazılı və ya elektron formada bəyan olunmamış 1 (bir) konvalyutda 2 (iki) tablet “Tramadol” adlı dərman preparatı, içərisində 16 (on altı) ədəd ağ rəngli tablet olan üzərində “Firangiz Azayeva” və “Tramadol HCL 50mg“ sözləri yazılmış 1 (bir) qutu, 1 (bir) ədəd içərisində maye olan elektron siqaret müştüyü və 1 (bir) ədəd “Target mini” markalı elektron siqaret aparatı (Vape) aşkar olunaraq, tərəflərindən protokol əsasında götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 29579/29642 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində :”202043 Azərbaycan Respublikası DGK Hava nəqliyyatında Baş Gömrük İdarəsi, AR vətəndaşı Təqsirləndirilən şəxs” yazısı olan paketdəki üzərində “Tramadol HCL 50 mq tabl” yazısı olan plastik qutuda, üzərində “AN 627” yazısı həkk olunmuş 16 (on altı) ədəd ağ rəngli dairəvi formalı həblər və 2 (iki) ədəd, üzərində “225” yazısı həkk olunmuş qırmızı rəngli dairəvi formalı həblər – tramadol hidroxlorid tərkibli dərman preparatıdır. 18 ədəd həbdən ibarət təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 1,25 qr təşkil edir ( 1 ədəd ağ rəngli həbdə 0,05 qr və 1 ədəd qırmızı rəngli həbdə 0,225 qr tramadol hidroxlorid olmaqla) Tramadol hidroxloridi tərkibli dərman preparatı xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların miqdarının” siyahısına daxildir. Tədqiqata təqdim edilmiş bir ədəd siqaret üçün müştükdə təmiz çəkisi 0,729 qram olan maddə narkotik vasitə həşiş qətranıdır. Tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli üzərində “Target mini” sözləri olan siqaret üçün aparatın üzərində narkotik vasitələrin hissəcikləri yoxdur. Qeyd: tədqiqat aparıldığı zamanı 2 həb tədqiqata sərf edildi, qalıq 16 həb(15 ədəd ağ və 1 ədəd qırmızı rəngli) Qeyd: Təqdim olunmuş müştükdəki həşiş qətranının təmiz çəkisi – 0,729 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,679 qramdır. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 7/14 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş birinci kağız paketdəki (vət. Təqsirləndirilən şəxs adına göndərilən poçt bağlamasında olan) siqaretlər üçün müştüklərdə və ikinci kağız paketdə (vət. Təqsirləndirilən şəxs baqajında olan) bir ədəd siqaret üçün müştükdə olan həşiş qətranları tərkiblərinə görə eynidirlər. Qeyd: Təqdim olunmuş müştüklərdəki həşiş qətranının ümumi çəkisi -23,426 qram, cəmi tədqiqata sərf edildi- 0,88 qram, qalıq 22,546 qram. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxx 2019-cu il tarixli, 2839 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və narkotik vasitələrə, psixotrop maddələrə aid olmayan, güclü təsir edən maddələrə aid olan tramadoldan sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə kompüter-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 30909 saylı rəydən görünür ki, bir ədəd həssas (sensorlu) təzyiqlə çalışan “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş “iPhone Xs Max” markalı “A1921” modeli “**********91794, **********27531” imei kodu mobil telefon olmaqla, halhazırda işlək vəziyyətdə olub, istifadə üçün yaralı hesab olunmuşdur. Təqdim edilmiş “iPhone Xs Max” markalı “A1921” modeli mobil (smartfon) telefonun yaddaşından pozulmuş “Cellebrite” firmasının “UFED TOUCH 2” markalı qurğunun tərtib etdiyi “Logical məlumatın əldə edilməsi metodu” (hesabat Report-Otçet məlumat və silinmiş faylların izləri “UFED TOUCH 2” markalı qurğunun proqram təminatının funksional imkanlarının nəticələridir) 62,7 KB həcmdə məlumatlar müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Xətai RİH-nin MKTB-nin 66 saylı MKİS-i tərəfindən verilən yaşayış yeri, ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayonu, F.Qəmbərov küçəsi, ev 6, mənzil 43 ünvanında digər ailə üzvlərilə yanaşı arvadı X6, övladları- 2013-cü il təvəllüdlü Azayev Omar və 2018-ci il təvəllüdlü Azayev Osman ilə birgə yaşayır və yaşadığı ərazi üzrə MKİS-nə ondan şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş “Şəxsin saxlanılması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs gömrük əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə steril zonada təyyarəyə gedərkən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CMin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını və törətmiş olduğu əməli səmimi etiraf etməsini, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi - əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən “Barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsində maddi sübut kimi saxlanılan, tərkibində 0,679 qram həşiş qətranı olan 01 ədəd elektron siqaret müştüyü və təsiredici miqdarı 1,25 qram təşkil edən 16 ədəd tramadol həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 348,94 (üç yüz qırx səkkiz manat doxsan dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1ci maddələri ilə təqsirli bilinsin, CM-nin 206.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsində maddi sübut kimi saxlanılan, tərkibində 0,679 qram həşiş qətranı olan 01 ədəd elektron siqaret müştüyü və təsiredici miqdarı 1,25 qram təşkil edən 16 ədəd tramadol həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə-bioloji və məhkəmə kompüter-texniki ekspertizası tədqiqatının dəyəri 348,94 (üç yüz qırx səkkiz manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (Dövlət Xəzinadarlığı Agentliyi, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-184/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-184/2020
01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver