Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-185/2022 02.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784H saylı bağ evində qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,092 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinə daşıyaraq üzərində saxlamışdır. 09 fevral 2022-ci il tarixdə, saat 12:50 radələrində Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin və Xəzər RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784H ünvanda yerləşən yaşadığı bağ evinin yaxınlığında saxlanılaraq 1-ci Polis şöbəsinə dəvət olunmuşdur. Həmin gün saat 14:35 radələrində video çəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış, baxış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən siqaretin qızılı kağızına bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,092 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərdi ki, 1 il olar ki, narkotik vasitə marixuanadan və psixotrop maddə metamfetamindən istifadə edir. Marixuananı həftədə bir dəfə, metamfetamini isə pul olandan-olana istifadə edir. Lakin sonuncu dəfə nə vaxt istifadə etməsi yadında deyildir. 09 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784H ünvanında yerləşən yaşadığı bağ evində olarkən Həsən adlı polis əməkdaşı digər polis əməkdaşları ilə gələrək onu 1-cu Polis şöbəsinə aparmışlar. Həmin vaxt atası Çingiz evdə olmuşdur. Polis şöbəsində üzərində axtarış aparsalar da, üzərindən heç nə aşkar olunmamışdır. Sonra polis əməkdaşları metamfetamini və 70 manat pulu ona vermişlər. Ailəsi ona kömək etmək üçün yaxın durmadığından və polis əməkdaşları məcbur elədiklərindən çəkiliş zamanı psixotrop maddə metamfetaminin ona məxsus olduğunu və Suraxanı qəsəbəsindən aldığını demişdir. Lakin o, Suraxanıya getməmişdir. Polis şöbəsində polis əməkdaşları ona fiziki güc tətbiq etməmişlər. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri iş üzrə dindirilmiş şahidin ifadəsi və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdə, saat 12:50 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 784H saylı bağ evinin yaxınlığında şübhəli şəxs qismində saxlayaraq 1-ci Polis şöbəsinə dəvət etmişlər. Şöbədə şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində saxlanılması və daşınması qadağan edilmiş maddə və ya əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs qara şalvarın sağ yan cibindən siqaretin qızılı kağızına bükülmüş 01 ədəd bükülünü təqdim edərək içərisində psixotrop maddə “şüşə”, yəni metamfetamin olduğunu və şəxsi istifadəsi üçün Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən, polis şöbəsinə gətirərkən və üzərində axtarış aparılarkən ona qarşı hər hansı bir fiziki və ya psixi zorakılıq tətbiq etməmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 istintaq zamanı Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. 02 iyun 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında məzuniyyətdə olduğu üçün iştirak edə bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Şəxsi axtarış, baxış və maddi sübutun götürülməsi haqqında 09 fevral 2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların, dövriyyəsi qanunla qadağan edilmiş və məhdudlaşdırılmış digər əşyaların olub-olmaması soruşulmuş, üzərində yuxarıda göstərilən əşyaların olduğu təqdirdə təqdim olunması təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibində olan 1 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş, spesifik iyə məxsus, ağ rəngli, kristal formada psixotrop maddəyə oxşar kütləni təqdim etmişdir. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərinə, əynində olan paltarlarına şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən qanunla dövriyyəsi qadağan olunmuş digər predmet, əşya və narkotik vasitə aşkar edilməmişdir. Sorğu zamanı vətəndaş Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi əynindəki qara rəngli şalvarın sağ yan cibində olan 1 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş, spesifik iyə məxsus, ağ rəngli, kristal formada psixotrop maddə olan “Şüşə”dir, həmin psixotrop maddəni 09 fevral 2022-ci il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsində üzdən şifahi tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 15 manata almış, həmin psixotrop maddəni üzərində saxlamış və gəzdirmişdir. Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə ağ rəngli, kristal formada psixotrop maddəyə oxşar kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək qablaşdırılmış və Azərbaycan Respublikasının DİN-nin 157 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarına əlavə edilmiş 15 fevral 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibində olan 1 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş ağ rəngli kristal formada psixotrop maddəyə oxşar kütləni təqdim edərək həmin bükümün içərisində “Şüşə”, yəni psixotrop maddə olan “metamfetamin” olduğunu, həmin psixotrop maddəni 09 fevral 2022-ci il tarixdə Suraxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını və şəxsi istifadəsindən ötrü üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükülünün içində olan psixotrop maddəyə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Şahin Mustafayev tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən heç bir əşya və ya sənəd aşkar edilməmişdir. Videoçəkiliş polis baş leytenantı Şahid1 tərəfindən aparılmışdır. Video görüntü 03 dəqiqə 58 saniyədən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 09 fevral 2022-ci il tarixli, 6/801 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 157” möhür əksi və “Vət. Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,092 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra 1,042 qram qalıq qalmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin Ambulator X1 10 mart 2022-ci il tarixli, 1213 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 03 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs – Bakı şəhəri Səbail rayon Məhkəməsinin 09 dekabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum olunmuşdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 10 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanılıdığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdən 10 fevral 2022-ci il tarixədək həbsdə olduğu 1 (bir) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər RPİ-nin 11 fevral 2022-ci il tarixli, 055- 3174-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs atası Çingiz Talıbovu öldürmək istəməsi ilə bağlı mötəbər mənbədən əməliyyat məlumatı almışlar. Buna görə də, baş verə biləcək cinayətin qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs barəisndə həbs qətimkan tədbiri seçilməsi zəruridir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 11 fevral 2022-ci il tarixdən hesab olunmuş, Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdən 10 fevral 2022-ci il tarixədək 1 (bir) gün həbsdə olduğu müddət nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 11 fevral 2022-ci il tarixdən hesab olunmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi Ramil Mehdiyevin 10 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 1,042 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk isə maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 1,042 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt, məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə 8 (səkkiz) saat olmaqla ümumilikdə 28 (iyirmi səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də, 168 (yüz altmış səkkiz) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdən 10 fevral 2022-ci il tarixədək həbsdə olduğu 1 (bir) gün ona təyin olunmuş cəzadan çıxılaraq o, qəti olaraq 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 11 fevral 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 1,042 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 168 (yüz altmış səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-185/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-185/2022
02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver