Məhkəmə qərarları › İş №1(003)-186/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-186/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-186/2023 11.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 vəkili X3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1984-cü ildə Yardımlı rayonu, Əsədabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, Yardımlı rayonu Əsədabad kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu fərdi evdə yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1975-ci ildə Lənkəran rayonu, Daşdatük kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, Lənkəran rayonu Daşdatük kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxs halında, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2, xx.xx.2022-ci il tarixdə saat 17:45 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Savxozu yaşayış massivində yerləşən “Al market” mağazasının qarşısında dayanan zaman yaşadığı evinin yaxınlığında fəaliyyət göstərən “Tumurcuq” uşaq bağçasının müdirəsi işləyən Zərərçəkmiş şəxs1 həmin vaxt küçədən keçdiyini görüb ona yaxınlaşaraq bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd edərək gücünü nümayiş etdirmək və qalmaqal salmaq niyyəti ilə Zərərçəkmiş şəxs1 əsassız olaraq uşaq bağçasını bağlamasını tələb etmiş, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, ehtinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib ünvanına nalayiq söyüşlər söymüş, xuliqanlıq əməllərini davam etdirərək həmin vaxt orada olan tanışı-Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 əri Zərərçəkmiş şəxs2 kobud zorakılıqla sarsıtmaq, onda vahimə yaratmaqla onu müvəqqətidə olsa öz iradəsinə tabe etdirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 bir neçə dəfə qəsdən yumruqla Zərərçəkmiş şəxs2 sinəsinə vuraraq onu kənara itələmiş, bu zaman Məzahir Fərhatov yaranmış vəziyyətdə bir neçə dəfə qəsdən təpiklə Zərərçəkmiş şəxs1 qarın nahiyyəsindən vuraraq sonuncuya ağrı sindromu və hərəkət məhdudluğu ilə müşaiyət olunan qarnın ön divarının yumşaq toxumalarının əzilməsi və qansızması kimi sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxs halında, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 17:45 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Savxozu yaşayış massivində yerləşən “Al market” mağazasının qarşısında tanışı X1 həmin ünvanın yaxınlığında fəaliyyət göstərən “Tumurcuq” uşaq bağçasının müdirəsi işləyən Zərərçəkmiş şəxs1 ilə münaqişə etdiyini görüb həmin yerə gəlmiş, daha sonra Zərərçəkmiş şəxs1 əri -Zərərçəkmiş şəxs2 kobud zorakılıqla sarsıtmaq, onda vahimə yaratmaqla onu müvəqqətidə olsa öz iradəsinə tabe etdirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, ehtinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib ünvanına nalayiq ifadələr işlədərək yaranmış münaqişədə o, bir neçə dəfə qəsdən yumruqla Zərərçəkmiş şəxs2 sinəsinə vuraraq sonuncuya döş qəfəsinin piqmentasiya sahəsi sağalmış qançır izi kimi sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilməyən xəsarət yetirməklə onu kənara itələmiş, bu zaman Məzahir Fərhatov yaranmış vəziyyətdə bir neçə dəfə qəsdən təpiklə Zərərçəkmiş şəxs1 qarın nahiyyəsindən vurması nəticəsində sonuncuya ağrı sindromu və hərəkət məhdudluğu ilə müşaiyət olunan qarnın ön divarının yumşaq toxumalarının əzilməsi və qansızması kimi sağlamlığa yüngül zərərvurmaya aid, Zərərçəkmiş şəxs2 isə döş qəfəsinin piqmantasiyası sahəsinin qançırı ilə müşayiət olunan sağlamlığa zərərvurmayan xəsarətlərə aid olmaqla dərəcəsi təyin edilməyən xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək bildirdi ki, hazırda yaşadığı evin yanında Zərərçəkmiş şəxs1 təxminən 5-6 aya yaxındır ki, ev kirayə götürərək həmin evi uşaq bağçası kimi işlədir. Dəfələrlə qonşular ilə onun arasında bağçadan gələn səs-küyə görə münaqişələr olmuşdur. xx.xx.2022-ci il tarixdə bağçada Zərərçəkmiş şəxs1 qızının ad gününü qeyd etmişdir. Həmin zaman orada iştirak edən şəxslər musiqiyə yüksək səs tonu verərək onu və ətrafda yaşayan qonşuları narahat etmişlər. O və bir necə qonşu bağçanın qapısı qarşısına gedib orada Zərərçəkmiş şəxs1 həyat yoldaşına və orada gözətçi işləyən atası Şahid2 bu barədə öz iradlarını bildirmişlər. Zərərçəkmiş şəxs1 həyat yoldaşı musiqinin səsini azaltmayacağını bildirmişdir. Onun bu sözünə görə onların aralarında sözlə mübahisəsi olmuşdur. Sonradan qonşusu Elxan adlı şəxslə yaşadığı evin yanında yerləşən “AL” marketin yanında dayanıb. Zərərçəkmiş şəxs1 bağçadan çıxdığı zaman onun orada dayandığını görmüş, nalayiq söyüşlər söymüş və aralarında münaqişə olmuşdur. Zərərçəkmiş şəxs1, atası Şahid2 və Zərərçəkmiş şəxs1 həyat yoldaşı onun yanına gəlmişlər. Şahid2 ona yumruq atmış və o, özünü qorumaq ücün Fərhada təpik atdığı zaman təpik Zərərçəkmiş şəxs1 qarnında dəymişdir. Həmin şəxslər onu vurduğu zaman o, yerə yıxılmış və yerə yıxıldığı zaman həmin şəxslər onu təpiklə vurmuşlar, lakin hansı bir şəxsin onu vurduğunu görməmişdir. Məhkəmə-tibbi ekspertizasının rəyində onun bədəninin üzərində travma alınmasını göstərən xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməməsi barədə heç bir şey deyə bilməmişdir. Hadisə təxminən 15 dəqiqə davam etmişdir. Hadisə zamanı həmin yerə kənar şəxslər və vətəndaşlar toplaşmışlar. Bunların nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 17:40 radələrində yaşadığı evin həyətində işləyən zaman küçədən dava-dalaş səsi eşitmişdir. “AL” marketin yaxınlığında adını sonradan bildiyi Məzahir adlı şəxsin orada bağça işlədən, adını sonradan biliyi Leyla adlı qadın ilə dava etdiyini eşitmişdir. Həmin vaxt orada qonşusu Elxan, qazi İlkin və tanımadığı bir neçə nəfər şəxs olmuşdur. O, həmin şəxsləri ayırmaq üçün Mahiri ətələmişdir. Daha sonra hadisə yerinə gəlmiş digər şəxslər də, Leyla ilə Məzahiri ayırmışlar. Bundan sonra ara sakitləşmiş və o, evinə qayıtmışdır. Məhkəmətibbi ekspertizasının rəyində göstərilmiş, Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlərin Zərərçəkmiş şəxs1 hadisə zamanı hansı şəraitdə xəsarət yetirildiyini bilmir. Hadisə zamanı hər hansı bir şəxə xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs2 hadisə zamanı vurmamış, yalnız itələyərək ayırmağa çalışmışdır. Bunların nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 bildirdi ki, o, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz yaşayış massivində çörək zavodunun yaxınlığında “Tumurcuq” uşaq bağçasının müdirəsi işləyir. xx.xx.2022-ci il tarixdə qızı X4 ad günü keçirmişdir. Ad günü keçirilərkən saat 18:30 radələrində bağçanın qonşuluğunda yaşayan Məzahir adlı şəxs həyətə daxil olaraq musiqiçinin, klounun və digər iştirakçıların üzərinə gedərək onlara həyəti tərk etməyi və müsiqini söndürməyi tələb etmişdir. Bu zaman əri Mahir, Məzahirə yaxınlaşaraq sakitləşməsini tələb etmiş və ad günü keçirildiyi üçün musiqi səsləndirildiyini, artıq ad gününün yekunlaşdığını bildirmişdir. Lakin Məzahir əsəbi şəkildə burada bir daha tədbir keçirilməməsini və bağçanın bağlanması tələb etmişdir. O, Mahir və Məzahirə buranın hər bir sənədinin olduğunu, bağçanın xalqa xidmət məqsədi ilə fəaliyyət göstərdiyini bildirmişdir Bundan sonra Məzahir deyinərək bağçanın giriş qapısının qarşısına küçəyə çıxmış, həmin vaxt orada Elxan adlı digər bir şəxs də, olmuşdur. Elxan Məzahirə qıcıqlandırıcı sözlər deyərək Məzahiri mübahisə etməyə sövq etmiş, onunla münaqişə etməsini istəmişdir. Bundan təxminən 30 dəqiqə sonra məclis yekunlaşmış və qonaqlar çıxıb getmiş, bağçada o, işçiləri- xadimə işləyən Samidə, İlqarə müəllimə və rəfiqələri Nigar ilə Günay qalmışdır. Məclis qurtardıqdan sonra o, qonşuya tort vermək üçün küçəyə çıxmış və tortu verib qayıdan zaman Elxan və Məzahirin küçədə “AL” marketin yaxınlığında dayandıqlarını görmüşdür. O, həmin şəxslərin yanından keçən zaman Elxan Məzahirə nə isə demişdir. Bu zaman Məzahir ona eşitdirmək niyyəti ilə “gör başına nə oyun açacam” demişdir. O, Məzahirin dediklərini eşitmiş, Məzahirə yaxınlaşmış, qonşu kimi düzgün etməməyi barədə iradını bildirmiş, Məzahirin də ad günü keçirə biləcəyini, bu hadisənin Məzahirin də, başına gələ biləcəyini demişdir. Məzahir cavabında ona demişdir ki, “mənə olar, sənə olmaz”. Bu zaman Fərhad onlara yaxınlaşmış, Məzahirə düzgün hərəkət etmədiyini demişdir. Məzahir atasına cavabında nalayiq ifadə işlətmişdir. Bu sözdən qəzəblənən atası Məzahirin üzərinə tərəf gələrkən Elxan atasının yaxasından tutub sıxmışdır. Məzahir atasına və ona nalayiq ifadələr işlədərək onları söyməyə başlamışdır. Yaranmış səs-küyə Məzahirin tanışları yanına toplaşmışlar. Həmçinin, Mahir küçəyə çıxmış və onların yanına gəlmişdir. Mahir Məzahirə yaxınlaşmış, sakitləşməyini və münaqişə yaratmamasını tələb etmişdir. Bundan sonra Məzahir onu əli ilə itələmişdir. Elxan həmin vaxt ora gəlmiş, qazi kimi tanıdığı şəxs Mahiri dartıb kənara çəkməyə başlamış və Mahiri dartıb divara tərəf aparmışdır. Bundan sonra Məzahir onu nalayiq ifadələr ilə söyməyə davam etmişdir. O, Məzahirə “ayıb olsun! Mənə nə söyürsənsə hamsı özünə qayıtsın” demişdir. Məzahir üzərinə qaçaraq təpiklə iki dəfə qarın nahiyyəsinə zərbələr vurmağa başlamışdır. Bu zaman hadisə yerinə gəlmiş tanımadığı qadın Məzahiri ayırıb evinə tərəf aparmışdır. Bundan sonra o, DİN-in “102” mərkəzi zəng xidmətinə məlumat vermiş və PŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. Həmin vaxt onun qanaxması başlamışdır. Belə ki, o həmin vaxt hamilə olmuş və aldığı zərbələrin təsirindən hamiləliyi pozulmuşdur. Hadisə zamanı orada o, Mahir, atası Fərhad, həmçinin, Məzahir, Elxan, adını bilmədiyi, lakin qazi kimi tanıdığı bir şəxs və başqa bir neçə nəfər tanımadığı şəxslər olmuşlar. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hadisə zamanı onu başqa şəxslər vurmamışlar. Hazırda o, Təqsirləndirilən şəxs2 ilə barışmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 bildirdi ki, Zərərçəkmiş şəxs1 onun qeyri rəsmi arvadıdır. Zərərçəkmiş şəxs1 Xəzər rayonu, Binə qəsəbəsi, Savxoz yaşayış massivində çörək zavodunun yaxınlığında “Tumurcuq” uşaq bağçasının müdirəsi işləyir. xx.xx.2022-ci il tarixdə qızları Rüqəyya Pənahovaya ad günü keçirmişlər. Ad günü keçirilərkən saat 16:15 radələrində bağçanın qonşuluğunda yaşayan Məzahir adlı şəxs həyətə daxil olaraq musiqiçinin, klounun və digər iştirakçıların üzərinə gedərək onlara həyəti tərk etməyi və müsiqini söndürməyi tələb etmişdir. Bu zaman o, Məzahirə yaxınlaşaraq sakitləşməsini tələb etmiş və ad günü keçirildiyi üçün musiqi səsləndirildiyini, artıq ad gününün yekunlaşdığını bildirmişdir. Lakin Məzahir əsəbi şəkildə burada bir daha tədbir keçirilməməsini və bağçanın bağlanması tələb etməyə başlamışdır. O və Leyla Məzahirə buranın hər bir sənədinin olduğunu, bağçanın xalqa xidmət məqsədi ilə fəaliyyət göstərdiyini bildirmişlər. Bundan sonra Məzahir deyinərək bağçanın giriş qapısının qarşısına küçəyə çıxmışdır. Həmin vaxt orada Elxan adlı digər bir şəxs də, olmuşdur. Elxan Məzahirə qıcıqlandırıcı sözlər deyərək onu mübahisə etməyə sövq etmişdir. Elxan Məzahiri qıcıqlandırmış, Məzahirin onlarla münaqişə etməsini istəmişdir. Bundan təxminən 30 dəqiqə sonra məclis yekunlaşmış və qonaqlar çıxıb getmişlər. O da, istirahət etmək üçün yaxınlıqda yerləşən evinə getmiş, lakin Leyla və işçiləri bağçada qalmışlar. Təxminən 17:40 radələrində evdə olarkən küçədən səs gəldiyini eşitmiş və dəhal küçəyə çıxmışdır. Həmin vaxt küçədə “AL” marketin yaxınlığında Elxan və Məzahirin Leyla ilə mübahisə etdiklərini və Leylaya qarşı təhqiramiz sözlər işlətdiyini görmüşdür. Bu zaman Leylanın atası Fərhad da yaranmış səs-küyə görə həmin yerə gəlmişdir. Fərhad və o, Məzahirə sakitləşməyi və etdiyi hərəkətlərin düzgün hərəkət olmadığını bildirmişlər. Məzahir cavabında onlara nalayiq ifadələr demişdir. Bu sözdən qəzəblənən Fərhad Məzahirin üzərinə tərəf gələrkən Elxan onun yaxasından tutub sıxmışdır. Məzahir onlara nalayiq ifadələr işlətmiş, onları söyməyə başlamışdır. Yaranmış səs-küyə Məzahirin tanışları yanına toplaşmışlar. Bundan sonra Məzahir Leylanı əli ilə itələmişdir. Həmin vaxt adını sonradan bildiyi Fərid adlı şəxs onu itələyərək divara sıxmışdır. Fərid də, Məzahirə kömək etmiş, Məzahirin onu və Leylanı vurmağa şərait yaratmışdır. Bu zaman Məzahir təpiklə bir neçə dəfə Leylanın qarın nahiyyəsindən zərbə vurmuşdur. Daha sonra yaranmış səs-küyə kənar şəxslər gəlmiş və onları ayırmışlar. Bundan sonra Leyla DİN-in “102” mərkəzi zəng xidmətinə məlumat vermiş və PŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. Həmin vaxt onun qanaxması başlamışdır. Belə ki, Leyla hamilə olmuş və aldığı zərbələrin təsirindən hamiləliyi pozulmuşdur. Hadisə xx.xx.2022-ci il tarixdə saat 17:45 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, südçülük savxozu yaşayış massivində “Al” marketin yaxınlığında baş vermişdir. Hadisə zamanı orada o, Leyla və atası Fərhad , həmçinin, Məzahir, Elxan, adını bilmədiyi, lakin qazi kimi tanıdığı bir şəxs və başqa bir neçə nəfər tanımadığı şəxslər olmuşdur. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hazırda o, Təqsirləndirilən şəxs1 ilə barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Hacıxələf oğlu bildirdi ki, təxminən 4 ay müddətdir ki, Zərərçəkmiş şəxs1 tanıyır. Belə ki, Zərərçəkmiş şəxs1 o yaşadığı məhəllədə “Tumurcuq” uşaq baxçası açdıqdan sonra tanımışdır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində işdən çıxaraq yaşadığı evə gəlmişdir. Onun evi həmin baxçanın yaxınlığında yerləşmişdir. Evdə olarkən küçədən səs gəldiyini eşitmiş və küçəyə çıxmış, Zərərçəkmiş şəxs1 və qonşusu Məzahir mübahisə etdiyini görmüşdür. O, yaxınlaşaraq Məzahir və Leylanı ayırmış, sonra isə evinə qayıtmışdır. Bundan sonra saat 17:40 radələrində o, yenidən küçəyə çıxmış və Məzahirin küçədə “AL” marketin yaxınlığında dayandığını görmüşdür. Məzahirə yaxınlaşmış və söhbət etməyə başlamışdır. Həmin vaxt bağçada şənlik yekunlaşmışdır. Bu zaman Leyla küçədən keçərkən onlara yaxınlaşmış, Məzahirə onun uşağının şənliyini korladığı üçün iradını bildirmişdir. Bu zaman Leylanın atası da, həmin yerə gəlmişdir. Bundan sonra Məzahir ilə Leyla arasında mübahisə yaranmış və yaranmış səs-küyə Leylanın əri Mahir və digər qonşular gəlmişlər. Bundan sonra onlar arasında dava-dalaş başlamışdır. Qonşuluqda yaşayan Fərid adlı şəxs Leylanın əri Mahiri vurmuş, onu itələyərək divar tərəfə aparmışdır. Dava nəticəsində hadisə yerinə kənar şəxslər toplaşmışlar. Həmin şəxslər davanı sakitləşdirmiş və Məzahir ilə Leylanı ayırmışlar. Bundan sonra o, yaşadığı evə gəlmişdir. Hadisə zamanı orada o, Leyla və əri Mahir, atası Fərhad, həmçinin, Məzahir, qonşusu Fərid, İlkin, adını bilmədiyi bir neçə nəfər tanımadığı şəxslər olmuşdur. Hadisə zamanı ona xəsarət yetirən olmamış, o da, heç kəsə xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 bildirdi ki, Zərərçəkmiş şəxs1 onun tanışıdır. Zərərçəkmiş şəxs1 Xəzər rayonu, Binə qəsəbəsi, savxoz yaşayış massivində çörək zavodunun yaxınlığında “Tumurcuq” uşaq bağçasının müdirəsi işləyir. O isə bağçada həmin vaxt müəllimə işləmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 qızı Rüqəyyaya ad günü keçirmişdir. Ad günü keçirilərkən saat 16:15 radələrində o, bağçanın içində uşaqlar üçün tort kəsmişdir. Həmin vaxt Leyla bağçanın həyətinə çıxmış, bir neçə dəqiqədən sonra içəri qayıdan zaman bağçanın qonşuluğunda yaşayan Məzahir adlı şəxs həyətə daxil olaraq musiqiçinin, klounun və digər iştirakçıların üzərinə gedərək onlara həyəti tərk etməyi və müsiqini söndürməyi tələb etdiyini, mübahisə yaradaraq oradan getdiyini bildirmişdir. Bundan təxminən 30 dəqiqə sonra məclis yekunlaşmışdır. Həmin gün saat 17:40 radələrində o, bağçanın içində uşaqların paltarlarını geyindirmiş və bu zaman küçədən səs gəldiyini eşitmiş, dəhal küçəyə çıxmışdır. Həmin vaxt küçədə “AL” marketin yaxınlığında Elxan və Məzahirin Leyla ilə mübahisə etdiklərini və Leylaya qarşı təhqiramiz sözlər işlətdiyini görmüşdür. O, həmin şəxslərə yaxınlaşan zaman Leylanın atasının əlində bel ilə küçəyə çıxdığını və hadisə yerinə yaxınlaşdığını görmüşdür. Dərhal Leylanın atası Fərhada yaxınlaşaraq beli onun əlindən almış və evlərinin həyətinə qoymuşdur. Daha sonra Fərhad da, hadisə yerinə gəlmiş və Məzahirə yaxınlaşaraq ona sakitləşməyi, etdiyi hərəkətlərin düzgün hərəkət olmadığını bildirərək iradını bildirmişdir. Məzahir isə Leylaya nalayiq ifadələr işlətmişdir. Yaranmış səs-küyə coxlu adam hadisə yerinə toplaşmışlar. Bundan sonra Məzahir Leylanı əli ilə itələmişdir. Həmin vaxt adını sonradan bildiyi Fərid adlı şəxs Mahiri sərt ş\kildə itələyərək divara sıxmışdır. Bu zaman Məzahir təpiklə bir neçə dəfə Leylanın qarın nahiyyəsindən zərbə vurmuşdur. Daha sonra yaranmış səs-küyə görə gələn şəxslər onları ayırmışlar. Hadisə zamanı orada o, Mahir, Leyla, Məzahir, Elxan və adını bilmədiyim lakin qazi kimi tanıdığı bir şəxs və başqa bir neçə nəfər tanımadığı şəxslər olmuşlar. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hadisə zamanı onu vuran və ya xəsarət yetirən olmamışdır. Hadisə zamanı o, tərəfləri ayırmağa çalışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirdi ki, Zərərçəkmiş şəxs1 onun qızıdır. Zərərçəkmiş şəxs1 Xəzər rayonu, Binə qəsəbəsi, savxoz yaşayış massivində çörək zavodunun yaxınlığında “Tumurcuq” uşaq bağçasının müdirəsi işləyir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 qızı Rüqəyyaya ad günü keçirmişdir. Ad günü keçirilərkən saat 16:15 radələrində bağçanın qonşuluğunda yaşayan Məzahir adlı şəxs həyətə daxil olaraq musiqiçinin, klounun və digər iştirakçıların üzərinə gedərək onlara həyəti tərk etməyi və müsiqini söndürməyi tələb etmişdir. Həmin vaxt o, baxçanın giriş hissəsində dayanmış və Məzahirin hərəkətlərini müşahidə etmişdir. Bu zaman yeznəsi Mahir Məzahirə yaxınlaşaraq sakitləşməsini tələb etmiş və ad günü keçirildiyi üçün musiqi səsləndirildiyini bildirmişdir. Həmçinin, Mahir ona artıq ad gününün yekunlaşdığını və musiqinin az sonra kəsiləcəyini demişdir. Lakin Məzahir əsəbi şəkildə burada bir daha tədbir keçirilməməsini və bağçanın bağlanmasını tələb etmişdir. Bundan sonra Məzahir deyinərək bağçanın giriş qapısının qarşısına -küçəyə çıxmışdır. Həmin vaxt orada Elxan adlı digər bir şəxs də, olmuşdur. Elxan Məzahirə qıcıqlandırıcı sözlər deyərək onu mübahisə etməyə sövq etmişdir. Elxan Məzahiri qıcıqlandırmış, Məzahirin onlarla münaqişə etməsini istəmişdir. Bundan təxminən 30 dəqiqə sonra məclis yekunlaşmış, qonaqlar çıxıb getmişlər. O, evinin bağında işləmək üçün evinə getmişdir. Təxminən 17:40 radələrində evinin bağında işləyən zaman küçədən səs gəldiyini eşitmiş və dəhal küçəyə çıxmışdır. Həmin vaxt küçədə “AL” marketin yaxınlığında Elxan və Məzahirin Leyla ilə mübahisə etdiklərini və Leylaya qarşı təhqiramiz sözlər işlətdiyini görmüş, həmin vaxt o, bağda işlədiyi bel ilə küçəyə çıxmışdır. Bu zaman baxçada işləyən Günay adlı qadın onun qəzəbləndiyini görmüş və beli əlindən almışdır. O, Məzahirə yaxınlaşaraq sakitləşməyi və etdiyi hərəkətlərin düzgün hərəkət olmadığını bildirmişdir. Məzahir isə ona nalayiq sözlər işlətmişdir. Bu sözdən o, daha da qəzəblənmişdir. Həmin vaxt orada olan Elxan adlı şəxs onun yaxasından tutmuş, sıxmış və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Məzahir isə ona qarşı nalayiq ifadələr işlədərək onu və Leylanı söyməyə başlamışdır. Yaranmış səsküyə Məzahirin tanışları yanına toplaşmış. Bundan sonra Məzahir Leylanı əli ilə itələmişdir. Həmin vaxt adını sonradan bildiyi Fərid adlı şəxs Mahiri vuraraq divara sıxmışdır. Fərid adlı şəxs Məzahirə kömək etmiş, Məzahirin Leylanı vurmasına şərait yaratmışdır. Bu zaman Məzahir təpiklə bir neçə dəfə Leylanın qarın nahiyyəsindən zərbə vurmuşdur. Daha sonra yaranmış səs-küyə kənar şəxslər gəlmiş və onları ayırmışlar. Bundan sonra Leyla DİN-in “102” mərkəzi zəng xidmətinə məlumat vermiş və PŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. Həmin vaxt Leylanın qanaxması başlamış, Leyla hamilə olmuş və aldığı zərbələrin təsirindən hamiləliyi pozulmuşdur. Hadisə zamanı orada o, Mahir, Leyla, Məzahir, Elxan və adını bilmədiyi, lakin qazi kimi tanıdığı bir şəxs və başqa bir neçə nəfər tanımadığı şəxslər olmuşlar. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hadisə zamanı Elxan adlı şəxs onun yaxasından tutaraq sıxmış və ünvanına nalayiq ifadələr işlətmişdir. Lakin o, heç kimə xəsarət yetirməmiş və heç kimi hədələməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 1207 saylı ekspert rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 məhkəmə-tibb ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.M.İ.Fərhatovun bədəni üzərində travma almasını göstərən xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilmədi. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 1206 saylı ekspert rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibb ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər — ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan qarnın ön divarının yumşaq toxumalarının əzilməsi və qansızması küt eşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. 2.Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər müxtəlif şəraitədə, o cümlədən kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. 3.Zərərçəkmiş şəxs1 hamilə-olub olmaması, hamilə olmuşdursa hamiləliyin pozulmasının travma ilə səbəbli əlaqəsi barədə konkret olaraq fikir söyləmək mümkün deyildir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 03 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 02 ay 23 gün müddətində, yəni xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 06 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat və vəsatət təmin edilməmiş və o, dərhal məhkəmə zalından həbsdən azad edilmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 1376 saylı ekspert rəyindən görünür ki, 1994-cü il təvəllüdlü İbrahimov Maһir Əli oğlunun məhkəmətibb ekspertizasına əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət — döş qəfəsinin piqmentasiya sahəsi sağalmış qançır izi olub küt əşya təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixdə törənməsi istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarət aid olduğuna görə dərəcəsi təyin edilmir. 2.Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə zalından həbsdən azad edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1984-cü ildə Yardımlı rayonunda doğulmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1975-ci ildə Lənkəran rayonunda doğulmuş Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 870 saylı ekspert rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizasına, tibbi sənədlərə əsaslanaraq, ilkin məlumatı nəzərə alıb, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir:

1. Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. 2-5. Zərərçəkmiş şəxs1 adına “29 saylı Birləşmiş Şəhər Xəstəxanası” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən, onda uşaqlıq boşluğunda 3-4 həftəlik hamiləlik təyin edildi. X10 tərəfindən tərtib edilmiş arayışa əsasən Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə spontan abortdan sonrakı qanaxma ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 hamiləliyin pozulmasının travma ilə əlaqəsi barədə konkret olaraq fikir söyləmək mümkün deyil. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağı vardır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik Hüquqi şəxs X10 Publik Hüquqi şəxsin məhkəməyə ünvanladığı xx.xx.2023-ci il tarixli DHŞ-6-17/2-691/2023 saylı məktubundan görünür ki, xəstə Pənahova X2 şöbəsində xx.xx.2022 tarixdən saat 01:23 — də "Abortdan sonrakı vəziyyət” ” diaqnozu ilə stasionar müalicəyə qəbul edilmiş, xx.xx.2022 tarixdə saat 03:15 — də isə evə yazılmışdır. Hadisənin video görüntüsü olan bir ədəd CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin diskdə iki ədəd video görüntü var. Həmin diskdə olan 1-ci video görüntüyə baxış keçirilən zaman müəyyən edildi ki, iş üzrə təqisləndirilən Təqsirləndirilən şəxs2 əynində qırmızı qısaqol köynək, açıq mavi rəngli cins şalvar və idman ayaqqabısı ilə xx.xx.2022-ci il tarixdə saat 16:15 radələrində bağçanın həyətinə daxil olmuşdur. Təqsirləndirilən şəxs2 əvvəlcə musiqiçilər tərəfə getmiş və onlara nəisə deyir. Daha sonra isə bağçanın inzibati binasının giriş qapısına yaxılnlaşaraq iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 çağırır və bağçanın həyətində onlar ilə danışır. Baxış zamanı hər hansı bir münaqişənin olması müəyyən edilməmişdir. Həmin video görüntü 56 saniyə davam edir. 2-ci video görüntüyə baxış keçirilən zaman isə müəyyən edilmişdir ki, xx.xx.2022ci il tarixdə saat 17:45 radələrində iş üzrə Təqsirləndirilən şəxs2 küçədə zəzərçəkmiş şəxslər Layla Pənahova və Zərərçəkmiş şəxs2 ilə dava edir və həmçinin həmin dava zamanı iş üzrə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 sinəsindən bir neçə dəfə zərbələr vurur. Hadisə yerinə toplaşmış şəxslər onları ayırmağa çalışırlar. Hadisə zamanı bir nəfər qadın Təqsirləndirilən şəxs2 ayrıararq kənara aparır. Həmin video görüntü 24 saniyə davam edir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli xuliqanlıq hərəkətləri etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara elan edilmiş ittihamda özlərini məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, lakin onların həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişlər. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir və onlar, həmin maddə ilə təqsirli bilinərək barələrində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən - Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 3 azyaşlı uşağının olmasını, Zərərçəkmiş şəxs2 onunla barışmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət qanununun təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbs və ev dustaqlığında olduğu 03 oktyabr 2022-ci il tarixdən 11 may 2023-cü il tarixə qədər saxlanıldığı müddət 07 (yeddi) ay 08 (səkkiz) gün müddət 01 (bir) günə 02 (iki) gün hesablanmaqla Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu fərdi evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 oğlunun şübhəli şəxs qismində 06 oktyabr 2022-ci il tarixdən 08 oktyabr 2022-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət 01 (bir) günə 02 (iki) gün hesablanmaqla Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin ediəcək azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu fərdi evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

h ö k m e t d i:

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1ci maddələri ilə təqsirli bilinsin və ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbs və ev dustaqlığında olduğu 03 oktyabr 2022-ci il tarixdən 11 may 2023-cü il tarixə qədər saxlanıldığı müddət 07 (yeddi) ay 08 (səkkiz) gün müddət 01 (bir) günə 02 (iki) gün hesablanmaqla Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 il 9 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu fərdi evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1ci maddələri ilə təqsirli bilinsin və ona 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 oğlunun şübhəli şəxs qismində 06 oktyabr 2022-ci il tarixdən 08 oktyabr 2022-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət 01 (bir) günə 02 (iki) gün hesablanmaqla Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu fərdi evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 210 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar