Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-186/2025 19.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Muhammad Arşadın, Təqsirləndirilən şəxsin müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X10 iştirakı ilə, 05 yanvar 2006-cı il tarixdə Pakistan İslam Respublikası, Gujrat şəhərində doğulmuş, Pakistan İslam Respublikasının vətəndaşı, subay, orta təhsili, işləməyən, əvvəllər məhkum olunmamış, Pakistan İslam Respublikasının Gujrat şəhərində pasport qeydiyyatında olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Muhammad Arşadın Azərbaycan Respublikası CM-nin 29, 318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs Muhammad Arşad yaşamaq və işləmək məqsədilə İspaniya Krallığına getmək üçün viza əldə edə bilmədiyindən, 7 dekabr 2024-cü il tarixdə R-0146 nömrəli Lahor-Bakı aviareysi ilə Pakistan İslam Respublikasından Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən “X14 Hava Limanı" dövlət sərhədindən buraxılış məntəqəsinə gələrək, həmin gün, saat 17:16-da özgəsinin, yəni Pakistan İslam Respublikasının vətəndaşı olan Ali X1 adına rəsmiləşdirilmiş VA1823031 nömrəli pasportdan bilə-bilə istifadə edərək, sərhəd nəzarətinə təqdim etməklə, həmin pasportdakı məlumatların özünün məlumatları olduğunu bəyan etməklə saxtalaşdırıb, Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Pakistan İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd etmiş, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin əməkdaşları tərəfindən onun təqdim etdiyi VA1823031 nömrəli pasportda olan fotoşəkildəki şəxsə oxşamadığı aşkar edilərək saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Muhammad Arşad özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, atası rəhməhətə getmişdir. Pakistanda iş tapa bilməmiş, əmisi oğlu ilə danışaraq ona iş tapmasını xahiş etmişdir. O da Ali Osman adlı adlı şəxslə danışmış və onun köməklik edəcəyini demişdir. Ali Azərbaycana gəlməsini, ordan da necə gələcəyini demişdir. Azərbaycana gələndə ona verilən sənəd saxta çıxmışdır. Ancaq sənədin saxta çıxmasını qabaqcadan bilməmişdir. Anası xəstədir, iki azyaşlı bacısı vardır. Onlara baxan yoxdur. Əli həmin pasportu İspanyaya daxil olan zaman təqdim etməsini bildirmişdir. Ona verilən pasport əmisioğlunun adına olmuşdur. Üzərində iki pasport olmuşdur. Həmin pasportun biri özünə, digəri isə əmisioğluna məxsus olmuşdur. Əmisioğluna məxsus pasportu poçt vasitəsi ilə Pakistanda əldə etmişdir. Aliyə 3000 ABŞ dolları göndərmişdir. Həmin pulun içərisində biletin də pulu olmuşdur. Təqsirləndirilən şəxs son sözündə ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “X14 Hava Limanı” sərhəd nəzarəti şöbəsinin növbə rəisi, mayor Şahid1 bildirdi ki, 7 dekabr 2024-cü il tarixdə saat 09:00-dan saat 20:00-dək X14 Hava Limanı SNŞ-də 1 №-li Terminalda xidmətdə olan zaman Pakistan İslam Respublikasından Azərbaycan Respublikasına gələn şəxsin Ali X1 saxta pasport ilə sərhədi keçməsi müəyyən edilmişdir. Sonra ona məruzə olunmuşdur. VA1823031 nömrəli pasportu təqdim edən şəxs əlavə olaraq Ali X3 məxsus, E26312210 nömrəli İspaniya Krallığında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini də təqdim etmişdir. E26312210 nömrəli İspaniya Krallığında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi Ali X3 məxsus olmaqla həmin icazə vəsiqəsində olan fotoşəkil VA1823031 nömrəli pasportda olan fotoşəkil ilə eynilik təşkil etmişdir. Sorğu-sual zamanı VA1823031 nömrəli pasportu və E26312210 nömrəli İspaniya Krallığında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini təqdim edən şəxs özünün Pakistan İslam Respublikasının vətəndaşı, 5 yanvar 2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Muhammad Arşad - WR1824261 nömrəli pasportun sahibi olduğunu bildirmişdir. O, həmçinin verilən suallara cavab verə bilməmiş, Fransız dilini bildiyini demişdir. Daha sonra müvafiq olaraq sənədləşdirilərək, aidiyyəti üzrə qruma təhvil verilmişdir. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “X14 Hava Limanı" sərhəd nəzarəti şöbəsinin nəzarətçisi, baş gizir Şahid2 məhkəmə islasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə Şahid2 göstərmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən X14 Hava Limanı SNŞ-də nəzarətçi vəzifəsində, baş gizir hərbi rütbəsində xidmət etməkdədir. 7 dekabr 2024-cü il tarixdə, saat 09:00-dan saat 20:00-dək X14 Hava Limanı SNŞ-də 1 №-li Terminalda gəlmə xəttində “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Xidmətdə olduğu zaman 7 dekabr 2024-cü il tarixdə, saat 17:16 radələrində R-0146 saylı Lahor-Bakı aviareysi ilə Pakistan İslam Respublikasından Azərbaycan Respublikasına gələn şəxsin Ali X1 adına rəsmiləşdirilmiş VA1823031 nömrəli təqdim etdiyi pasportun rəsmiləşdirilməsi zamanı həmin pasportda olan fotoşəkildəki şəxsə oxşamadığı və sözügedən VA1823031 nömrəli pasportun özgəsinə məxsus olması ilə bağlı şübhələndiyi üçün bu barədə “Növbə rəisi” sərhəd naryadı xidmətində olan mayor Şahid1 məruzə etmişdir. Şahid1 özünü Pakistan İslam Respublikasının vətəndaşı Ali X6 kimi təqdim edən şəxsin sərhəd naryadına təqdim etdiyi VA1823031 nömrəli pasportda olan fotoşəkillə həmin şəxs arasında vizual eyniləşdirmə aparmışdır. VA1823031 nömrəli pasportu təqdim edən şəxs əlavə olaraq Ali X3 məxsus, E26312210 nömrəli İspaniya Krallığında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini də təqdim etmişdir. E26312210 nömrəli İspaniya Krallığında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi Ali X3 məxsus olmaqla həmin icazə vəsiqəsində olan fotoşəkil VA1823031 nömrəli pasportda olan fotoşəkil ilə eynilik təşkil etmişdir. Sorğu-sual zamanı VA1823031 nömrəli pasportu və E26312210 nömrəli İspaniya Krallığında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini təqdim edən şəxs özünün Pakistan İslam Respublikasının vətəndaşı, 5 yanvar 2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Muhammad Arşad - WR1824261 nömrəli pasportun sahibi olduğunu bildirmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, VA1823031 nömrəli pasportu və E26312210 nömrəli İspaniya Krallığında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini sərhəd nəzarətinə təqdim edən şəxs əslində 5 yanvar 2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Muhammad Arşaddır və o, 7 dekabr 2024-cü il tarixdə, saat 17:16 radələrində sərhəd nəzarətinə qəsdən Ali X1 adına rəsmiləşdirilmiş pasportu və İspaniya Krallığında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini təqdim etməklə dövlət sərhədini “X14 Hava Limam" SNŞdən qanunsuz olaraq keçərək Pakistan İslam Respublikasından Azərbaycan Respublikasına gəlməyə cəhd etmişdir. Bundan sonra özünü sərhəd nəzarətinə Pakistan İslam Respublikasının vətəndaşı 5 yanvar 2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Muhammad Arşad kimi təqdim edən Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Muhammad Arşad 7 dekabr 2024-cü il tarixdə, saat 17:16 radələrində “X14 Hava Limanı” SNŞ-də saxlanılaraq müvafiq sənədləşdirmə işləri aparılmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş sənədlərin texniki ekspertizasının və məhkəmə portret ekspertizasının 28 dekabr 2024-cü il tarixli, 5/1380-3/1950 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş Təqsirləndirilən şəxs adına olan WR seriyalı, ******* nömrəli və X18 adına olan VA seriyalı, ******* nömrəli Pakistan İslam Respublikasına məxsus pasportların, VA seriyalı, ******* nömrəli pasportun 6-cı səhifəsində olan vizanın və X17 adına olan E seriyalı, 26312210 nömrəli İspaniya Krallığında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin blankları ofset, çoxçalarlı intaqlio və metalloqrafik üsulla çap olunub, poliqrafik, texnoloji və fiziki-kimyəvi mühafizə vasitələri ilə təchiz edilmişdir. Təqdim edilmiş sənədlərdə hər-hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) edilməmişdir, vəqərləri dəyişdirilməmişdir. Pasportda olan möhür və ştamp əksləri relyef klişelər vasitəsilə birbaşa vurulmuşdur. İspaniya Krallığının müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin, İspaniya Krallığına aid şengen vizanın və Pakistan İslam Respublikasının pasportunun nümunəsi mövcud olmadığı üçün təqdim olunmuş sənədlərdə aidiyyəti ölkələrinin müvafiq sənədlərə uyğunluğunun müəyyən edilməsi üzrə tədqiqat aparılmamışdır. Tədqiqata təqdim edilmiş WR1824261 nömrəli pasportdakı fotoşəkildə və VA1823031 nömrəli pasportda, həmçinin E26312210 nömrəli İspaniya Krallığında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindəki fotoşəkildə müxtəlif şəxslər əks olunmuşdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, 05 yanvar 2006-cı ildə Pakistan İslam Respublikası Gujrat şəhərində doğulmuş Təqsirləndirilən şəxs Muhammad Arşadın məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti təhqiqat qrupunun tərtib etdiyi «inzibati qaydada tutma haqqında» xx.xx.2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Muhammad Arşad həmin tarixdə, saat 18:20-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 12:35-də Təqsirləndirilən şəxs Muhammad Arşad Azərbaycan Respublikası CM-nin 29, 318.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətin İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, ədliyyə leytenantı X16 tərəfindən tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Muhammad Arşad Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətin İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, ədliyyə leytenantı X16 tərəfindən Azərbaycan Respublikasının CM-nin 29, 318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən AR CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə Təqsirləndirilən şəxs Muhammad Arşad barəsində 02 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X9 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Muhammad Arşadın əməli Azərbaycan Respublikası CM-nin 29, 318.1 və 320.2-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu madəsinə əsasən “Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət əməli törətməsini, əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Həmin Məcəllənin 320.2-ci madəsinə əsasən “Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənəd) istifadə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs Muhammad Arşad tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təqsirləndirilən şəxsə təyin edilməsini məhkəmə ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərəkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyətini də nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmasa da Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş materiallarında olan bir ədəd “Tecno Spark 8C” markalı mobil telefon və onun işlək vəziyyətdə saxlanılmasını təmin edən qidanlandırıcı cihaz hökm qanuni qüvvəsini aldıqdan sonra Ali X2ytarılmalı, Ali X1 adına rəsmiləşdirilmiş VA1823031 nömrəli pasport və E26312210 nömrəli İspaniya Krallığında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 520 (beş yüz iyirmi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs Muhammad Arşaddan alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur, xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Muhammad Arşad Azərbaycan Respublikası CM-nin 29, 318.1 və 320.2-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddəsi 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs Muhammad Arşada qəti olaraq 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 07 dekabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Muhammad Arşad barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 520 (beş yüz iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Muhammad Arşaddan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X7, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Təqsirləndirilən şəxs Muhammad Arşad əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Maddi sübut olan “bir ədəd “Tecno Spark 8C” markalı mobil telefon və onun işlək vəziyyətdə saxlanılmasını təmin edən qidanlandırıcı cihaz hökm qanuni qüvvəsini aldıqdan sonra Ali X2ytarılsın, Ali X1 adına rəsmiləşdirilmiş VA1823031 nömrəli pasport və E26312210 nömrəli İspaniya Krallığında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs Muhammad Arşada isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-186/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-186/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver