Məhkəmə qərarları › İş №1(003)-187/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-187/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-187/2023 16.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olan, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozunda yaşayan və barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təkrarən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan və ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci il tarixdə, saat 00:10 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən ictimai yer hesab olunan «Luks Plaza» şadlıq sarayının yaxınlığında özünü müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək qəsdən silah qismində istifadə etdiyi bıçağı ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən «Luks Plaza» şadlıq sarayının gözətçisi Zərərçəkmiş şəxs1 real hədə ilə vurmaq üçün tətbiq edərkən yanındakı Şahid1 müdaxiləsinə görə Zərərçəkmiş şəxs1 xəsarət yetirə bilməmiş, bununla belə etdiyi hərəkətləri ilə qərəzli xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, 22 sentyabr 2022-ci il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində küçədə özünü müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs2 ilə heç bir əsaslı səbəb olamadan mübahisə etmiş mübahisə zamanı silah qismində istifadə etdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə sonuncunun kürək nahiyəsindən qəsdən vuraraq ona sol çiyin nahiyəsinin deşilmiş-kəsilmiş yarası və sol baldırın əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin törətdiyi əməl məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilərək göstərdi ki, 05 sentyabr 2022-ci il tarixdə, təxminən saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən «Luks Plaza» şadlıq sarayının arxasına dostları Ceyhun və Elçin ilə birlikdə, Ceyhunun idarə etdiyi «NAZ LİFAN» markalı avtomobili ilə gəlib orada dayanmışlar ki, oradan məsləhət edib şəhərə getsinlər. Bu vaxtı orada mühafizəçi işləyən, adını sonradan bildiyi Elşən adlı şəxs onlara yaxınlaşaraq kobud surətdə orada dayanmamağı, getməyi onlara bildirmiş və nalayiq ifadələr işlətmişdir. O, Elşənə sakit olmağı bildirmiş, lakin Elşən sakit olmayıb qışqırmağa davam etdiyindən o, əsəbiləşib özünü saxlaya bilməmiş və yaxınlıqda olan «NAZ LİFAN» avtomobildə olan çantasından cib bıçağını götürmüş və Elşəni vurmaq istəmişdir. Bu vaxtı orada olan tanışı Elçin bıçağı onun əlindən almaq istədikdə, bıçaq onun əlinə batmışdır. O, Elçini vurmaq istəməmişdir, sadəcə ehtiyatsızlıqdan bıçaq təsadüfən Elçinin əlinə batmışdır. Sonra onlar Ceyhunun avtomobili ilə oradan uzaqlaşmışlar və yolda da yadında qalmayan yerdə bıçağı atmışdr. Bundan başqa, 22 sentyabr 2022-ci il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, «BİNƏ AGRO» istixanasının yaxınlığında tanışı Altun ilə birlikdə söhbət edə-edə piyada gedərək «AL» marketə çatanda Altuna bildirmişdir ki, ona siqaret alsın. Altun da marketə girib ona siqaret almışdır. Marketdən çıxan zaman Altunun bir nəfərlə mübahisə etdiyini görmüşdür. O, nə baş verdiyini bilmək üçün onlara yaxınlaşmışdır. Həmin vaxtı adını sonradan bildiyi Qalib adlı şəxs onu söyüb və əlindəki əsa ilə onun çiyin nahiyyəsindən vurmuşdur. O, buna qəzəblənərək üstündə gəzdirdiyi mətbəx bıçağı ilə bir dəfə Qalibin çiyin nahiyyəsindən vurmuş və sonra hadisə yerindən uzaqlaşaraq getmişdir. O, hadisə vaxtı xəsarət almamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, 05 sentyabr 2022-ci il tarixdə saat 00:10 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən gözətçi işlədiyi «Luks Plaza» şadlıq sarayının arxasında 2 nəfər oğlanla bir nəfər adını sonradan bildiyi Aytac adlı qızın uca səslə söhbət etdiklərini görmüş, onlara yaxınlaşaraq orada söhbət etməməmələrini və oradan uzaqlaşmalarını bildirmişlər. Lakin Aytac onun sözlərinə məhəl qoymamış, onu söyüb təhqir etmişdir. O, Aytaca sakit olmasını bildirsə də Aytac sakitləşmək əvəzinə yanında dayandığı «NAZ Lifan» markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobildən götürdüyü bıçaqla onun üzərinə gəlmiş, onu söyərək bıçaqla vuracağını bildirmişdir. Lakin Aytacın yanında olan şəxslər Aytacın ona yaxınlaşmasına imkan verməmiş onu sakitləşdirmişlər və avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, 22 sentyabr 2022-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, «BİNƏ AQRO» istixananın yaxınlığında yerləşən «AL» marketdən siqaret alıb çıxarkən tanıdığı və qonşuluqda yaşayan Altun adlı şəxslə rastlaşmış və ona irad tutaraq məhəllədə əxlaqsız hərəkətlər edib, pozqun qadanları məhəlləyə gətirdiyini bildirmişdir. Çünki o, marketə girən zaman marketin qarşısında tüfeyli həyat tərzi keçirən, pis vərdişlərlə məşğul olan (narkotik istifadəçisi) məhkumluq həyatı yaşamış, Altunun tanışı Aytac adlı qadını marketin qarşısında görmüşdür. Ona görədə bir böyük, bir əmi kimi Altuna öz iradını bildirmiş və «oğlum ayıbdır, bu işlərini yığışdır, sənin də anan bacın var» demişdir. Onlar bu barədə Altun ilə birlikdə mübahisə edərək marketdən küçəyə çıxmışlar və orada da sözlə mübahisə etmiş, lakin dalaşmamışlar. Bu vaxtı həmin sözü gedən və Altunu marketin qarşısında gözləyən Aytac adlı qadın da onlara yaxınlaşaraq qəfil üzərindən çıxatrdığı mətbəx bıçağı ilə bir dəfə onun sol çiyin nahiyyəsindən vuraraq ona xəsarət yetirmişdir. Sonra o, tanımadığı taksi ilə 3 saylı şəhər xəstəxanasına getmişdir. O, Altunla sözlə mübahisə etsə də, nə Altun onu, nə də Altun onu vurmamışdır, eləcə də Aytacı vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 qonşu kimi tanıyır və normal münasibətləri var. Aytacı da bir neçə müddətdir ki, tüfeyli həyat tərzi keçirən, daimi yaşayış yeri olmayan, yarımçıq tikililərdə yaşayan, məhkum olunmuş biri kimi tanıyır. Aytac pis vərdişlərlə məşğul olduğundan qoşular da ona bir neçə dəfə narazılıq bildirmişlər. Çünki hər dəfə Aytac məhəlləyə gələn zaman narahatçılıq yaradırdı. Hətda o, da Aytaca xəbərdarlıq etmişdir ki, məhəlləyə gəldiyi zaman insanları narahat etməsin. 22 sentyabr 2022-ci il tarixdə saat 23:30 radələrində Aytacın onların məhəlləsinə gələrək onu axtardığını bilmiş, o, da tez Aytacı taparaq söz-söhbət olmasın deyə onunla söhbət edə-edə məhəllədən uzaqlaşdırmışdır. Aytac «BİNƏ AGRO»nun yaxınlığında olan «AL» marketdən ona siqaret almağı bildirmiş, o da ona siqaret alıb marketdən çıxarkən qonşuları Qalib ilə rastlaşmışdır. Qalib ona bildirmişdir ki: «Aytacı yenə niyə gətirmisən məhəlləyə?» O, isə Qalibə Aytacın məhəlləyə gəlməsindən xəbəri olmadığını bildirmişdir. Onlar sözlə mübahisə edərək marketdən küçəyə çıxmışlar. Bu vaxtı Aytac da onlara yaxınlaşmış və həmin vaxt Qalib Aytaca bildirmişdir ki: «sən yenə nə üçün bizim məhəlləyə gəlmisən». Buna qəzəblənən Aytac Qalibin üzərinə hücum edərək qəflətən əlində olan bıçaqla Qalibin çiyin nahiyyəsindən bir bıçaq zərbəsi vuraraq ona xəsarət yetirmişdir. Hadisə ani olduğundan o, bıçağı Aytacın əlində görməmiş, lakin araya girib onları sakitləşdirmişdir. Sonra Qalib çiynindən qan gəldiyini görmüş, yolüstü taksi ilə xəstəxanaya getmişdir. O, isə Aytaca öz iradını bildirərək buna görə onun məhəlləyə gəlməyinə hər kəs narazılıq etdiyini demişdir. Sonra oradan hər kəs öz evinə getmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, 05 sentyabr 2022-ci il tarixdə saat 00:10 radələrində tanışları Ceyhun və Aytac ilə birlikdə Ceyhunun idarə etdiyi «NAZ LİFAN» markalı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən «Luks Plaza» şadlıq sarayının arxasına gəlmişlər və birlikdə avtomobildən düşərək avtomobilin yanında söhbət edərək şəhərə getməyi düşünmüşlər. Bu vaxt orada mühafizəçi işləyən, adını sonradan bildiyi Elşən adlı şəxs onlara yaxınlaşaraq kobud surətdə orada dayanmamağı, getməyi onlara bildirib və nalayiq ifadələr işlətmişdir. Aytac da Elşənə sakit olmağı bildirmiş, lakin Elşən sakit olmayıb qışqırmağa davam etmişdir. Aytac Elşənin bu hərəkətlərinə əsəbiləşmiş, özünü saxlaya bilməmiş, avtomobildə olan çantasından götürdüyü bıçaqla Elşənin üzərinə gedib onu vurmaq istəmişdir. Aytac çox əsəbi olduğundan o, Aytaca mane olmuş, sakitləşdirməyə və bıçağı ondan almağa çalışmışdır. Sonra Aytac sakitləşmiş və onlar oradan çıxıb getmişlər. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun ifadəsini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması barədə qərardan və protokoldan görünür ki, 25 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qimsində cəlb etmə barədə qərardan görünür ki, 26 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qimsində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətindən həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizası ilə bağlı 23 sentyabr 2022-ci il tarixli 1292 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibb ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.Zərərçəkmiş şəxs2 bədəni üzərində sol çiyin nahiyəsinin deşilmiş-kəsilmiş yarası və sol baldırın əzilmiş yarası aşkar edildi. Qeyd olunan xəsarətlərdən sol çiyin nahiyəsinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici təsirə malik alətin (ola bilsin bıçaq): sol baldrın səthi əzilmiş yarası isə küt əşya təsirindən onun "X1" X2 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə törənmələri istisna olunmur və dərəcələrinə görə: sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. 2.Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 29 gün olmaqla, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Kompleks Ambulator Məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 06 oktyabr 2022-ci il tarixli 2653 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyət pozuntusu müəyyən edilir. Yoxlanılan şəxsdə müəyyən edilən emosional davamsız tip şəxsiyyət pozuntusu, o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl zamanı öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Buna görə də ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisəni törədərkən etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman güclü ruhi həyəcan vəziyyətində olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 07 dekabr 2022-ci il tarixli, 3/1654 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində onun təyinatını dəyişdirən hər hansı düzəliş edilməmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 29 gün olmaqla, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası şərti olaraq tətbiq edilmiş və 01 il sınaq müddəti müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, onu bağışlamış, ona qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmiş, cəza təyin edərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin Təqsirləndirilən şəxs təkrarən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan və ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı qərəzli hərəkətlər edərək xuliqanlıq etməsi özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxsnun əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi əmələ görə həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əməli etiraf edərək, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxsnun cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu əməlin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların mövcud olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin olunmuş 03 il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs 64,00 (əlli beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə Xəzər RPİ-də saxlanılan maddi sübut – 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayəthüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnun CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxsnun dövlət hesabına hüquqlarını ibtidai araşdırma zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin olunmuş 03 il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3(üç) il 2(iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsnun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 64,00 (əlli beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə Xəzər RPİ-də saxlanılan maddi sübut – 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı zamanı (90 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 210 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar