Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-188/2021 11.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şükürlü Murad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, 1) xx xxxxxx 1992-ci il tarixdə Zərdab rayonunun Çallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Zərdab rayonunun Çallı kəndində qeydiyyatda olmaqla Abşeron rayonunun Xırdalan qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 1(003)-188/2021 saylı qərarı ilə həbs qətimkan tədbiri ilə dəyişdirilmiş, həbsetmənin əvvəli tutulduğu 22 iyun 2021-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan – - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3-2 və 29,177.2.4-cü maddələri ilə və 2) xx xxxxx 1992-ci il tarixdə Zərdab rayonunun Çallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Zərdab rayonunun Çallı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 29,177.2.1, 29,177.2.3-2 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş hüquqi şəxsə məxsus xeyli miqdarda dövlət və ya ictimai əhəmiyyətli əmlakı gizli olaraq talayıb oğurluq etməyə cəhd etmiş, lakin öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə icraçı olaraq tamah niyyəti ilə 11 dekabr 2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən dövlət və ya ictimai əhəmiyyətli "xxxx" ASC-nin Xəzər RETSİ-nin balansında olan 48 saylı Transformator məntəqəsindən hər birinin dəyəri 3040 manat təşkil etməklə ümumilikdə dəyəri 6080 manat olan 2 ədəd Eleqaz (SF-6) açarını, hər birinin dəyəri 320 manat təşkil etməklə ümumilikdə dəyəri 1280 manat olan 4 ədəd cərəyan transformatorunu (200- 400/50), 1 ədəd dəyəri 440 manat olan şin ayırıcısını (630A) və bir metrinin dəyəri 18,40 manat təşkil etməklə ümumilikdə dəyəri 184 manat olan 10 metr uzunluğunda 5x50mm ölçülü mis materialdan sistem şinini gizli olaraq talayıb oradan uzaqlaşmaq istəyərkən həmin vaxt ərazidə xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X11 11-ci patrul bölüyünün əməkdaşları tərəfindən saxlanıldığından, öz iradəsindən asılı olmayan səbəblərə görə törətdiyi cinayət əməlini başa çatdıra bilməyib zərərşəkmiş hüquqi şəxs "xxxx" ASC-nə cəmi 7984 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş hüquqi şəxsə məxsus xeyli miqdarda dövlət və ya ictimai əhəmiyyətli əmlakı gizli olaraq talayıb oğurluq etməyə cəhd etmiş, lakin öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə icraçı olaraq tamah niyyəti ilə 11 dekabr 2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən dövlət və ya ictimai əhəmiyyətli "xxxx" ASC-nin Xəzər RETSİ-nin balansında olan 48 saylı Transformator məntəqəsindən hər birinin dəyəri 3040 manat təşkil etməklə ümumilikdə dəyəri 6080 manat olan 2 ədəd Eleqaz (SF-6) açarını, hər birinin dəyəri 320 manat təşkil etməklə ümumilikdə dəyəri 1280 manat olan 4 ədəd cərəyan transformatorunu (200- 400/50), 1 ədəd dəyəri 440 manat olan şin ayırıcısını (630A) və bir metrinin dəyəri 18,40 manat təşkil etməklə ümumilikdə dəyəri 184 manat olan 10 metr uzunluğunda 5x50mm ölçülü mis materialdan sistem şinini gizli olaraq talayıb oradan uzaqlaşmaq istəyərkən həmin vaxt ərazidə xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X11 11-ci patrul bölüyünün əməkdaşları tərəfindən saxlanıldığından, öz iradəsindən asılı olmayan səbəblərə görə törətdiyi cinayət əməlini başa çatdıra bilməyib zərərşəkmiş hüquqi şəxs "xxxx" ASC-nə cəmi 7984 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3-2 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Zərdab rayonunda yaşasa da işlə əlaqədar olaraq Bakı şəhərinə gəlmiş, fəhləlik edib pul qazanmışdır. Lakin iş qurtardıqdan sonra pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. O, sayğacların istismarı və quraşdırılması ixtisası üzrə texnikumu bitirdiyindən və atası Zərdab rayonunda işıq idarəsində işlədiyindən elektrik sahəsini bilir. Belə ki, hadisəni törətməmişdən təxminən 15 gün əvvəl Türkan qəsəbəsindən keçdikdə beton yolun kənarında işıq idarəsinə məxsus yarımstansiya görmüş və həmin yerdən oğurluq etmək qərarına gəlmişdir. 11 dekabr 2020-ci il tarixdə Xırdalan qəsəbəsində evdə olan zaman tanışı və həmyerlisi olan Güləhmədə zəng vuraraq Türkan qəsəbəsində yerləşən yarımstansiyadan oğurluq etməyi təklif etmiş, Güləhməd də onunla razılaşaraq idarə etdiyi “Mercedes-190” markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xırdalan qəsəbəsinə gəlib onu götürmüş və onlar Türkan qəsəbəsinə getmişlər. Türkan qəsəbəsində Güləhməd oğurluq edəcəkləri yarımstansiyanın yanında avtomobili saxlamış və onlar avtomobildən düşmüşlər. Təxminən saat 23 radələrində o, avtomobildən əvvəlcə özü ilə götürdüyü kəlbətin, vintaçan və açar dəstini götürmüş və yarımstansiyanın yan qapısını açmışdır. Yarımstansiyanın yan qapısı bir az aralı olduğundan, o, güc tətbiq etmədən qapını açmışdır. Güləhməd də içəridə telefonunun işığı ilə işıq salmış və o, yarımstansiyanın içərisindəki qurğuları sökərək iki ədəd vakkum açarını, hər birinin içərisində iki ədəd cərəyan transformatoru olan iki komplekt cərəyan transformatorunu, bir ədəd ayırıcı və bir neçə ədəd mis materialdan olan şinləri sökmüşlər. Əşyalar çox olduğundan və Güləhmədin avtomobilinə yerləşməyəcəyindən, o, Güləhməd və onun tanışı və həmyerlisi olan Şahid6 zəng vuraraq yük olduğunu və həmin yükü Xırdalana aparmaq lazım olduğunu bildirmişdir. Radim onunla yükü aparmağı 50 manata razılaşmış və bir müddət sonra yanlarına gəlmişdir. Güləhməd ilə o, oğurladıqları əşyaları Radimin idarə etdiyi “Ford” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı yük maşınının yanına yığmışlar. Bundan sonra oğurladıqları əşyaların bir qismini Radimin avtomobilinə yüklədikdə iki nəfər polis əməkdaşı onlara yaxınlaşmışdır. Polis əməkdaşları onların oğurluq etdiklərindən şübhələnərək digər başqa bir polis avtomobilini çağırmış və hadisə yerini onların iştirakı ilə müayinə etdikdən sonra onları Polis Şöbəsinə aparmışlar. Əməlindən peşmandır. Zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi zərəri ödəyərək onunla barışıq əldə etmişdir. Hazırda zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3-2 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Zərdab rayonunda qeydiyyatda olsa da işlə əlaqədar olaraq Bakı şəhərinə gəlmiş, fəhləlik edib pul qazanmışdır. 11 dekabr 2020-ci il tarixdə günorta saatlarında evdə olan zaman tanışı və həmyerlisi olan Dəyanət ona zəng vuraraq Türkan qəsəbəsində yerləşən yarımstansiyadan oğurluq etməyi təklif etmişdir. Pula ehtiyacı olduğu üçün, o, Dəyanətlə razılaşmış və idarə etdiyi “Mercedes-190” markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan qəsəbəsinə gəlib Dəyanəti götürmüş və onlar Türkan qəsəbəsinə getmişlər. Türkan qəsəbəsində o, oğurluq edəcəkləri yarımstansiyanın yanında avtomobili saxlamış və avtomobildən düşmüşlər. Təxminən saat 23 radələrində Dəyanət özü ilə götürdüyü kəlbətin, vintaçan və açar dəstini götürmüş və yarımstansiyanın yan qapısı bir az aralı olduğundan, güc tətbiq etmədən qapını açmışdır. O da içəriyə keçmiş və telefonunun işığı ilə içəriyə işıq salmışdır. Dəyanət yarımstansiyanın içərisindəki qurğuları sökərək iki ədəd vakkum açarını, hər birinin içərisində iki ədəd cərəyan transformatoru olan iki komplekt cərəyan transformatorunu, bir ədəd ayırıcını və bir neçə ədəd mis materialdan olan şini sökmüşdür. Əşyalar çox olduğundan və onun avtomobilinə yerləşməyəcəyindən, Dəyanət onların ümumi tanışı və həmyerlisi olan Şahid6 zəng vuraraq mal olduğunu və Xırdalana aparmaq lazım olduğunu bildirmişdir. Bir müddət sonra Radim yanlarına gəlmişdir. Dəyanət ilə o, oğurladıqları əşyaları Radimin idarə etdiyi “Ford” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı yük maşınına yükləyərkən iki nəfər polis əməkdaşı onlara yaxınlaşmışdır. Polis əməkdaşları onların oğurluq etdiklərindən şübhələnərək digər başqa bir polis avtomobilini çağırmış və hadisə yerini onların iştirakı ilə müayinə etdikdən sonra onları Polis Şöbəsinə aparmışlar. İlk dəfə törətdiyi əməldən peşmandır. Zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi zərəri ödəyərək onunla barışıq əldə etmişdir. Hazırda zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 11 dekabr 2020-ci il tarixdə beton yolunda, Türkan yolunun sağ hissəsində "xxxx" ASC-nin Xəzər RETSİ-nin xidmətində olan 48 saylı Transformator məntəqəsindən 2 ədəd Eleqaz açarı, 4 ədəd cərəyan transformatoru, 1 ədəd şin ayırıcı və 10 metr uzunluğunda sistem şini oğurlanmışdır. 2 ədəd Eleqaz açarının ümumilikdə qiyməti 7600 manat, 4 ədəd cərəyan transformatorunun ümumilikdə qiyməti 1600 manat, 1 ədəd şin ayırıcısının qiyməti 550 manat və 10 metr uzunluğunda sistem şininin qiyməti 230 manatdır. Həmin avadanlıqlar 2013-cü ildən quraşdırılaraq gərginlik altında olmuş, lakin yük daşımamışdır. Ümumilikdə "xxxx" ASC-nə 9980 manat maddi ziyan dəymişdir. Lakin onlar həmin avadanlıqların amortizasiya aşınması nəzərə alınmaqla ekspertiza rəyində göstərilmiş qiymətləri ilə razılaşırlar. Həmin ziyan hazırda tamamilə ödənildiyi üçün, nümayəndəsi olduğu hüquqi şəxs təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 göstərdi ki, o, Zərdab rayonunda yaşayır və Zərdab bazarında meyvə satmaqla məşğuldur. Dəyanətlə o, həmyerli olduqlarından münasibətləri vardır. 11 dekabr 2020-ci il tarixdə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində olduğu zaman təxminən saat 17 radələrində Dəyanət ona zəng vurub Türkan qəsəbəsində olduğunu demiş və yük daşımaq üçün onu çağırmış, əvəzində isə 50 manat verəcəyini bildirmişdir. O, Dəyanətlə razılaşmış və Türkan qəsəbəsinə Dəyanətin yanına getmişdir. Orada olarkən yol kənarında yarımstansiyanın yanında Güləhmədin avtomobilini görmüş və idarə etdiyi “Ford” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı yük maşınını onların yanında saxlamışdır. Həmin vaxt o, avtomobildən düşmüş və Dəyanətlə Güləhməd avtoomobilin yanına yığdıqları əşyaların bir qismini onun avtomobilinə yükləmişlər. Təxminən 5 dəqiqə sonra iki nəfər polis əməkdaşı yaxınlaşmış və onları Polis Şöbəsinə aparmışlar. X3rluq etdiklərindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən DİN ƏÇPA-nın 11-ci patrul bölüyünün polis nəfəri Şahid5 göstərdi ki, 11 dekabr 2020-ci il tarixdə Xəzər rayonu Türkan qəsəbəsi ərazisində 9676 saylı avtopatrulda xidmət yoldaşı Şahid1lə birlikdə xidmətdə olmuşdur. Həmin gün təxminən saat 23 radələrində Türkan qəsəbəsi ərazisində Türkan-Hövsan yolunda ərazidə gəzinti apararkən yolun sol hissəsində olan transformator məntəqəsinin yanında iki avtomobilin dayandığını görüb oraya yaxınlaşmış və iki nəfər şəxsin avtomobilə transformator məntəqəsindən sökülmüş avadanlıqları yüklədiyini, bir nəfər şəxsin də onların yanında dayandığını görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşaraq onların həmin məntəqədən oğurluq etdiklərini düşünüb ərazidə xidmət aparan digər 9674 saylı avtopatrulu köməyə çağırmış və Xəzər RPİ-nin növbətçi hissəsinə hadisə barədə məlumat vermişlər. Bundan sonra əraziyə 9674 saylı avtopatrul avtomobili və 1-ci PŞ-dən əməliyyat qrupu yaxınlaşmışlar. Əməliyyat qrupu hadisə yerini müayinə etdikdən sonra həmin şəxslər Polis Şöbəsinə aparılmış və bu barədə raportla şöbə rəisinə müraciət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1, Şahid2, Şahid3 Rafis oğlu, Şahid4 da eyni məzmunlu ifadələr verərək Şahid5 göstərdiklərini təsdiq etdilər. İş materiallarında olan Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində istiqamətləndirici hərəkətləri ilə bir daha təsdiq etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində istiqamətləndirici hərəkətləri ilə bir daha təsdiq etmişdir. İş materiallarında olan 14 dekabr 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması barədə protokoldan görünür ki, hadisə yeri Xəzər rayonu Türkan qəsəbəsində Türkan-Hövsan yolu ilə hərəkət etdikdə yolun sol tərəfində yerləşir. Həmçinin hadisə yerindən 2 ədəd Eleqaz açarı, 4 ədəd cərəyan transformatoru, 1 ədəd şin ayırıcı və 10 metr uzunluğunda sistem şini götürülmüşdür. İş materiallarında olan 08 yanvar 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs iş üzrə əldə olunmuş 2 ədəd Eleqaz açarının, 4 ədəd cərəyan transformatorunun, 1 ədəd şin ayırıcı və 10 metr uzunluğunda sistem şininin "xxxx" ASC-nə məxsus olmasını bildirmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 fevral 2021-ci il tarixli, 9/134 №-li rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, eləcə də qərarın təsviri hissəsində, təqdim edilmiş 08 yanvar 2021-ci il tarixli aktda və 18 yanvar 2021-ci il tarixli arayışda olan məlumatlara əsasən, tədqiq edilən dörd adda tədqiqat obyektlərinin hazırki vəziyyətdə, 11 dekabr 2020-ci il tarixə, yeddi il müddətinə amortizasiya aşınmasını nəzərə alaraq qiymətləri aşağıdakı kimi müəyyən olunur: bir ədəd Eleqaz açarının (SF-6) 3040,00 manat; bir ədəd Cərəyan transformatorunun 200- 400/50 320,00 manat; bir ədəd şin ayırıcısının 630A 440,00 manat; bir metr sistem şininin 5x50mm (mis) 18,40 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manat təşkil edir. İş materiallarından görünür ki, iş üzrə əldə olunmuş "xxxx" ASC-nə məxsus 2 ədəd Eleqaz (SF-6) açarı, 4 ədəd cərəyan transformatoru (200-400/50), 1 ədəd şin ayırıcısı (630A) və 10 metr uzunluğunda 5x50mm ölçülü mis materialdan sistem şini maddi sübut kimi tanınmış və "xxxx" ASC-yə təhvil verilmişdir. İş materiallarında olan və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onlara dəymiş maddi ziyan hazırda tamamilə ödənildiyi üçün, nümayəndəsi olduğu hüquqi şəxs təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur və bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Zərdab Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 1(035)-04/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilmiş, zərərçəkmiş şəxslər X6 və X4 münasibətdə yetirilmiş xəsarətlər dərəcəsinə görə sağlamlığa zərər vurmadığından, dərəcəsi təyin edilməyən xəsarətlərə aid olmaqla cinayət tərkibi yaratmadığından onlara münasibətdə Təqsirləndirilən şəxs2 bəraət verilmiş, zərərçəkmiş şəxs X5 münasibətdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 iş üzrə ibtidai istintaq zamanı 09 oktyabr 2019cu il tarixdən 12 oktyabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu müddəti nəzərə alaraq, 01 (bir) günə 02 (iki) gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-573/2019 saylı 12 dekabr 2019-cu il tarixli hökmü ilə barəsində təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 01 (bir) ay 24 (iyirmi dörd) gün hissəsi hazırkı hökmlə təyin edilmiş 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci madəsinə əsasən qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 28 dekabr 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 28 dekabr 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3-2 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmələri məhkəmə baxışı zamanı onların özlərinin etirafedici ifadələrindən başqa, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3-2 və 29,177.2.4-cü maddələri ilə tövsif edilmişdir və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə edərək dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3-2 və 29,177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 12 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 14 dekabr 2020-ci il tarixli qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-2. maddəsindən həmin Məcəllənin 29,177.2.1, 29,177.2.3- 2 və 29,177.2.4-cü maddələrinə tövsif edilmiş, 14 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3-2 və 29,177.2.4-cü maddələri ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 12 dekabr 2020-ci il tarixdən 14 dekabr 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 1(003)-188/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3-2 və 29,177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində həbsli axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ 1-ci PŞ tərəfindən məhkəməyə ünvanlanmış 22 iyun 2021-ci il tarixli 056-8072-1221 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3-2 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs, axtarışda olan xx xxxxxx 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 22 iyun 2021-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq 24 iyun 2021-ci il tarixdə saxlanılması üçün Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən məhkəməyə ünvanlanmış 24 iyun 2021-ci il tarixli 17/40-2436 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3-2 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs2 22 iyun 2021-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün 24 iyun 2021-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Zərdab Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 1(035)-04/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edilmiş, zərərçəkmiş şəxslər X6 və X4 münasibətdə yetirilmiş xəsarətlər dərəcəsinə görə sağlamlığa zərər vurmadığından, dərəcəsi təyin edilməyən xəsarətlərə aid olmaqla cinayət tərkibi yaratmadığından, onlara münasibətdə Təqsirləndirilən şəxs2 bəraət verilmiş, zərərçəkmiş şəxs X5 münasibətdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 iş üzrə ibtidai istintaq zamanı 09 oktyabr 2019-cu il tarixdən 12 oktyabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu müddəti nəzərə alaraq, 01 (bir) günə 02 (iki) gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-573/2019 saylı 12 dekabr 2019-cu il tarixli hökmü ilə barəsində təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 01 (bir) ay 24 (iyirmi dörd) gün hissəsi hazırkı hökmlə təyin edilmiş 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci madəsinə əsasən qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 52-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sorğusuna Zərdab rayon İcra və Probasiya şöbəsinin 11 avqust 2021-ci il tarixli 07 saylı cavab məktubundan görünür ki, Zərdab Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 1(035)-04/2021 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci madəsinə əsasən həmin cəzaya Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-573/2019 saylı 12 dekabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 01 (bir) ay 24 (iyirmi dörd) gün hissəsi qismən birləşdirilərək Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Zərdab Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli hökmü 16 may 2021-ci il tarixdə Zərdab rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Hökmün icrası ilə bağlı Təqsirləndirilən şəxs2 16 may 2021-ci il tarixdə şöbədə qeydiyyata alınmış, ona məhkəmə hökmü ilə üzərinə qoyulmuş hüquq və vəzifələri, azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməsinin qayda və şərtləri izah edilmiş və bu barədə ondan iltizam alınmışdır. Məhkum Təqsirləndirilən şəxs2 22 iyun 2021-ci il tarixədək cəzasının 01 (bir) ay 08 (səkkiz) gün hissəsi çəkilmiş, çəkilməmiş 02 (iki) il 04 (dörd) ay 22 (iyirmi iki) gün hissəsi qalmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs2 Zərdab Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl hazırkı iş üzrə təqsirli bilindiyi cinayət əməllərini törətdiyindən, hazırkı iş üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, Zərdab Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 22 iyun 2021-ci il tarixə çəkilməmiş qalan 02 (iki) il 04 (dörd) ay 22 (iyirmi iki) gün hissəsi Azərbaycan Respublikası CM-nin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 01 (bir) il 02 (iki) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 22 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə edərək dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3-2 və 29,177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 12 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 14 dekabr 2020-ci il tarixli qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-2. maddəsindən həmin Məcəllənin 29,177.2.1, 29,177.2.3- 2 və 29,177.2.4-cü maddələrinə tövsif edilmiş, 14 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3-2 və 29,177.2.4-cü maddələri ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 12 dekabr 2020-ci il tarixdən 14 dekabr 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Zərdab rayonunun Çallı kəndindəki fərdi evində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Zərdab rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut - 2 ədəd Eleqaz (SF-6) açarının, 4 ədəd cərəyan transformatorunun (200-400/50), 1 ədəd şin ayırıcısının (630A) və 10 metr uzunluğunda 5x50mm ölçülü mis materialdan sistem şininin zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birgə qaydada tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 29,177.2.1, 29,177.2.3-2 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ümumilikdə 45 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 20 saat) cəmi 270,00 (iki yüz yetmiş) manat, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 45 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 20 saat) cəmi 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3-2 və 29,177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 12 dekabr 2020-ci il tarixdən 14 dekabr 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Zərdab Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 22 iyun 2021-ci il tarixə çəkilməmiş qalan 02 (iki) il 04 (dörd) ay 22 (iyirmi iki) gün hissəsi Azərbaycan Respublikası CM-nin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 01 (bir) il 02 (iki) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 22 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3-2 və 29,177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində 12 dekabr 2020-ci il tarixdən 14 dekabr 2020-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Zərdab rayonunun Çallı kəndindəki fərdi evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - 2 ədəd Eleqaz (SF-6) açarının, 4 ədəd cərəyan transformatorunun (200-400/50), 1 ədəd şin ayırıcısının (630A) və 10 metr uzunluğunda 5x50mm ölçülü mis materialdan sistem şininin zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birgə qaydada 50,00 (əlli) manat eksperiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 270,00 (iki yüz yetmiş) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-188/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-188/2021
11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver