Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-188/2022 25.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb edərək maddi ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə hədə-qorxu yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə istintintaq məlum olmayan mənbədən və vaxtda əldə etdiyi tanışı Zərərçəkmiş şəxs intim görüntüləri olan yaddaş kartını əldə edib 26 dekabr 2021-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxsla Xəzər rayonu, Şimal DRES qəsəbəsi, L.Starçuk küçəsində görüşərək həmin videogörüntüləri ona göstərib ondan 1200 manat pul tələb edərək əks halda videogörüntüləri yayacağı ilə hədələmişdir. Zərərçəkmiş şəxs həmin videogörüntülərin yayılaraq rüsvay olacağından qorxduğundan 27 dekabr 2021-ci il tarixdə, səhər saat 08 radələrində ailə mülkiyyətində olan “5555” kodlu “ALBALİ KARTİ”-nı ona vermiş, Təqsirləndirilən şəxs qeyd olunan tarixdə həmin kartdan Bakı şəhəri, Xəzər rayonu, Şimal DRES qəsəbəsində müvafiq olaraq “KAPİTAL BANK” və BEYNƏLXALQ BANK”dan ümumilikdə 1495 manat pul çıxardıb həmin pulun 350 manatını Zərərçəkmiş şəxs qaytarıb qalan 1145 manatını isə özünə götürüb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs 1145 manat məbləğində maddi ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən onun istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İstintaq zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə bir məhəllədə yaşayır və uşaqlıqları bir yerdə keçmişdir. 2021-ci ilin oktyabr ayının sonlarında saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində avtomobil yolunun kənarı ilə piyada gedərkən yolun kənarında ekranı sınmış və yararsız vəziyyətdə olan markasını xatırlamadığı mobil telefona görüb götürmüşdür. Mobil telefonun üzərində olan yaddaş kartı zədələnmədiyinə görə həmin telefonu Bakı şəhəri, Şüvəlan qəsəbəsi ərazisində zibil qutusuna atmış, yaddaş kartını isə cibinə qoymuşdur. Telefonun üzərində sim kart olmasına fikir verməmişdir. Bir neçə gün sonra yaddaş kartının içərisində olan fayllara baxarkən bir neçə porno videoçarx, o cümlədən fotoşəkillər görmüşdür. Fotoşəkillərdəki şəxsləri tanımamış, lakin yaddaş kartında bir videoçarx onun diqqətini çəkmişdir. Həmin videoçarxa baxdıqda videoçarxda onun məhəllə uşağı olmuş Zərərçəkmiş şəxs iki nəfər kişi cinsli şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu görmüşdür. Zahidin ailəli bir şəxs, o cümlədən övlad sahibi olduğunu fikirləşib videoçarxda olan şəxsin Zahid deyil, ona çox bənzəyən bir şəxs olduğunu zənn etmiş, lakin həmin yaddaş kartını özündə saxlamışdır. Utandığından Zahidə bu barədə bir söz deməmişdir. Həmin videoda olan şəxsin Zahid olub-olmamağını dəqiqləşdirmək istəmiş və videodakı şəxsin Zahid olduğunu dəqiqləşdirəcəyi təqdirdə odan həmin videoçarxı yaymamaq üçün pul tələb edə biləcəyini fikirləşmişdir. Həmin gün axşam saat 19 radələrində anası X1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun “Whatsapp” proqramı vasitəsilə Zahidə mesaj yazaraq onu bir nəfər şəxsin axtardığını demişdir. Mesajı yazdıqdan sonra həmin mesajı silmişdir. Bundan sonra Zahid işdən gəldikdən sonra onu yaşadıqları məhəllədə olan avtobus dayanacağının yaxınlığına çağırmış və Zahidlə ona məxsus olan qara rəngli “Toyota Prius” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, avtomobildə Zahid ondan onun haqqında maraqlanan şəxsin kim olduğunu, haradan gəldiyini dəqiqləşdirməyi xahiş etmişdir. Zahidin özünü şübhəli aparmağı və onu axtaran şəxs barədə dediklərinin Zahidi həyəcanlandırması onda videoçarxdakı şəxsin Zahid olmasına inamını artırmışdır. Bundan iki gün sonra axşam saatlarında Zahidlə Şimal DRES qəsəbəsində elektrik stansiyasının yaxınlığında görüşmüş və Zahidə onu axtaran şəxslə görüşdüyünü, həmin şəxsin ona Zahidin intim görüntüsünün əks olunduğu videoçarx olan yaddaş kartını verdiyini bildirərək Zahidə yaddaş kartını təqdim edib Zahidə “ala, bax, sənin videondu” demişdir. Zahidin əlləri əsməyə başlamış və Zahid həmin videoya baxaraq ağlamağa başlamışdır. Həmin videoçarxda olan şəxsin həqiqətən də, Zahid olduğunu anlamış və ona 1200 manat pul verməsə, həmin videoçarxı orda-burda göstərib onu biabır edəcəyini bildirmişdir. Bundan sonra Zahid “sabah səhər saat 08-də yoldaşım işə gedir, ondan sonra gəl, nə lazımdı edərəm” demişdir. Zahidin bu təklifindən sonra 27 dekabr 2021-ci il tarixdə, saat 08 radələrində Zahidlə yaşadıqları məhəllədə görüşmüş və Zahid ona bir ədəd “ALBALİ” ödəniş kartını vermiş, ona “bu kartın kodu 5555-dir, get nə qədər pul varsa çıxart gəl” deyərək yaşadığı evə getmişdir. Bundan sonra pulun bir hissəsini Şimal DRES qəsəbəsində “ARAZ MARKET”-in qarşısında yerləşən «Azərbaycan Beynəlxalq Bankı»na aid bankomatdan, bir hissəsini isə Şimal DRES qəsəbəsində elektrik stansiyasının girişində zavodun yaxınlığında “Kapital Bank”a aid bankomatdan Zahidi ona verdiyi kodu daxil edib nağdlaşdırmaqla kart hesabından ümumilikdə 1495 manat pulu çıxararaq nağdlaşdırmışdır. Nağdlaşdırdığı pulu götürüb yaşadıqları məhəlləyə gəlmiş, Zahidlə məhəllədə görüşmüşdür. Zahid ona “o puldan nə qədər ürəyin istəyir götür, ama xahiş edirəm heç olmasa 350 manatını mənə saxla, mənim də ehtiyacım var” demişdir. Bundan sonra Zahidə yazığı gələrək nağdlaşdırdığı 1495 manat puldan 350 manat pulu Zahidə vermiş, qalan 1145 manat pulu isə özünə götürmüşdür. Həmin gün Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb onu 1-ci Polis şöbəsinə dəvət etmiş, orada 1131 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə 20 il olar ki, bir məhlədə yaşayırlar. Görüntülər olan kartı tanımadığı şəxs vermişdir. O, həmin görüntüləri zərərçəkmiş şəxsə göstərərək ondan həmin görüntüləri yaymamaq üçün pul isətmişdir, lakin nə qədər pul istəməsi yadında deyildir. O, zərərçəkmiş şəxsin kartından 1145 manat pulu bankomatdan çıxartmışdır. Bundan sonra video görüntülər olan kartı zərərçəkmiş şəxsin yanında yandırmışdır. Lakin bank kartını zərərçəkmiş şəxsə qaytarmamışdır. Məhkəmədən müharibə iştirakçısı olmasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsiri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun məhəllə uşağıdır. Varaşil ona yaxınlaşaraq iki nəfər şəxsin onu axtardığını bildirmiş, lakin o, həmin şəxsləri tanımadığını, həmin şəxslərin Varaşilə onlarda onun iki nəfər kişi cinsli şəxslə qeyritəbii yolla cinsi əlaqədə olmağı ilə bağlı videoçarxın olduğunu bildirmişdir. Varaşilə həmin şəxslərlə yenidən görüşməyi, onun intim görüntüləri olan videoçarxın olduğu yaddaş kartını həmin şəxslərdən almağı xahiş etmişdir. Bundan bir neçə gün sonra Varaşil onunla görüşmüş və yaddaş kartını həmin şəxslərdən aldığını bildirmişdir. Varaşil ona pul verməyəcəyi halda intim görüntüləri olan yaddaş kartını hamıya yayacağını, onu rüsvay edəcəyini demişdir. Bunun müqabilində Varaşil ondan 1200 manat pul istəmişdir. Varaşildən yaddaş kartını heç kimə göstərməməyi xahiş etmiş, və istədiyi pulu ona verəcəyini demişdir. 26 dekabr 2021-ci il tarixdə, saat 21 radələrində Varaşillə məhəllədə görüşmüş və ona 27 dekabr 2021-ci il tarixdə saat 8-dən arvadı Elnarənin işə gedəcəyini və evdə heç kimin olmayacağını, o işə getdikdən sonra onun istifadəsində olan və özünə məxsus “ALBALİ KART”-ı Varaşilə verəcəyini demişdir. Bundan sonra Varaşil cibindən yaddaş kartını çıxartmış və həmin yaddaş kartında olan videoçarxı ona göstərmişdir. 27 dekabr 2021-ci il tarixdə, saat 09 radələrində Varaşillə yaşadıqları məhəllədə görüşərək ona “ALBALİ KART”-ını vermiş və kodunun 5555 olduğunu demişdir. Birə qədər sonra Varaşil qayıdaraq kartdan 1495 manat pul çıxartdığını bildirmiş, pulun 350 manatını ona vermiş, 1145 manat pulu isə özünə götürmüşdür. Videoçarxdakı intim görüntüləri olan yaddaş kartını salfet kağızına bükərək od vurub yandırmışdır. O, Varaşilin ona göstərərək yayacağı hədə-qorxusu ilə tələb etdiyi yaddaş kartında olan videoçarxdakı görüntülərə baxmış, həmin videoçarxda olan görüntülərdəki şəxslərdən biri olmuş, həmin videoçarxdakı görüntülərdə onun iki nəfər kişi cinsli şəxslə intim münasibətləri əks olunmuşdur. Lakin həmin şəxslərin kim olduğunu xatırlamır. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirərək ona ən ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınmış 09 mart 2022-ci il tarixli çıxarışdan görünür ki, 27 dekabr 2021-ci il tarixdə saat 07:43 dəqiqədən saat 08:11 dəqiqəyə Zərərçəkmiş şəxs adına olan ödəmə kartından pul nağdlaşdırılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dai 22 fevral 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs 1) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 02 avqust 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10% dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. 2) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 03 oktyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, 10 sentyabr 2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir, məhkumluğu ödənilməmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 30 dekabr 2021-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 28 dekabr 2021-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat olmaqla, ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 28 dekabr 2021-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-188/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-188/2022
25.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver