Məhkəmə qərarları › İş №1(003)-189/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-189/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-189/2023 17.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs 5x15 ölçüdə, 10 m³ quru taxta materialını satmağı vəd edib adına olan **********043140 nömrəli "xxxx" debet kartı vasitəsilə sonuncuya məxsus 2300 manat pulu 01 mart 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Araz Market”-in yaxınlığında yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan nağdlaşdırmaqla talayaraq zərər çəkmiş şəxsə 2300 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, cinayət işinin aidiyyəti Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə aid deyil və iş aidiyyəti üzrə Zaqatala rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir Hazırki cinayət işi üzrə tərtib edilmiş ittiham aktından görünür ki, zərər çəkmiş şəxs 2300 manat pulu Zaqatala şəhərində yerləşən “Büllur Market”də e-manat ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus **********043140 nömrəli "xxxx" debet kartına köçürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq maddi tərkibli cinayət olduğundan, həmin cinayət əmlak (əmlaka olan hüquq) ələ keçirildikdən sonra təqsirkarın ona sərəncam vermək imkanının yarandığı andan başa çatır. Göründüyü kimi hazırki iş üzrə təqsirləndirilən şəxsə istinad edilən dələduzluq əməlinin predmeti olan 2300 manat məbləğində pul vəsaiti zərər çəkmiş şəxs tərəfindən onun debet kartına köçürülmüş və bununla da təqsirləndirilən şəxsin həmin pul vəsaitinə sərəncam vermək imkanı yaranmışdır. Təqsirləndirilən şəxsin həmin pul vəsaitinə sərəncam vermək imkanının onun debet kartına pul vəsaiti köçürüldükdən dərhal sonra yarandığını nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət əməlinin törədilmə yeri Zaqatala şəhəri müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Məhkəmə işin müəyyən edilən faktiki hallarını nəzərə alaraq və qanunvericiliyin istinad edilən normalarının tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti törətdiyi yer Zaqatala rayonunun ərazisi hesab olunduğundan cinayət işi həmin yerin yurisdiksiyasına uyğun olaraq baxılması üçün aidiyyəti üzrə Zaqatala Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 74, 75, 299 və 300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan Zaqatala Rayon Məhkəməsinə göndərilsin. Qərardan şikayət verilə bilməz. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar