Məhkəmə qərarları › İş №1(003)-189/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-189/2024

07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-189/2024 07.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olmayan, Astara rayonu, Məçid məhəllə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat təxminən 00:30 radələrində sərxoş vəziyyətdə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan VAZ 2107 markalı, **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda mərkəzi yolda bir istiqamətli iki zolaqlı yolun soldan birinci zolağı ilə saatda 80 km/saat sürətlə hərəkət edən zaman sürücü Zərərçəkmiş şəxs3 idarə etdiyi Reno Megan markalı, **-UY-*** dövlət nömrə nişanlı avtomobil ilə qarşıda eyni zolaqla hərəkətdə olarkən Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 3-ci hissəsinin tələblərini pozmaqla yəni, yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək, 80 km/saat sürətlə idarə etdiyindən və onun hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək mövcud şəraitdə ehtiyatsızlıqdan həmin avtomobilin qabaq hissəsi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəqəbəsi, Südçülük savxozunda mərkəzi yolda bir istiqamətli iki zolaqlı yolun soldan birinci zolağı ilə sürücü Zərərçəkmiş şəxs3 idarə etdiyi Reno Megan markalı, **-UY-*** dövlət nömrə nişanlı avtomobilin dönmə işığını yandıraraq əks istiqamətli yola doğru dönmə əməliyyatı etmək üçün idarə etdiyi avtomobili hərəkətsiz vəziyyətə gətirmiş, Təqsirləndirilən şəxs isə idarə etdiyi avtomobili saxlaya bilməmiş və nəticədə idarə etdiyi avtomobil ilə Zərərçəkmiş şəxs3 idarə etdiyi avtomobili arxadan vurmuş, bundan sonra isə Zərərçəkmiş şəxs3 idarə etdiyi Reno Megan markalı, **-UY-*** dövlət nömrə nişanlı avtomobil əks istiqamətli yola çıxaraq həmin yol ilə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs4 idarə etdiyi Ford Transit markalı, **-MO-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuş və nəticədə ehtiyatsızlıqdan "Vaz 2107" markalı **-DE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində sərnişlər X6 baş-beynin yüngül dərəcəli əzilməsi, alın sümüyünün xətti sınığı, pnevmosefaliya, sol göz almasının ağlı qançırları, sağ saidin əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmiş və həyat üçün təhlükəli olduğundan Ağır dərəcəli zərərvurma və X7 ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ aşıq-baldır oynağının yumşaq toxumalarının əzilməsi, sağ üst səthinin əzilmiş yaraşı küt əşya (əşyalar) təsirindən törənmiş və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə Yüngül dərəcəli bədən xəsarəti, həmçinin "Reno Megan" markalı, **-UY- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsü Zərərçəkmiş şəxs3 sağ gicgahın hematoması, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşaiət olunan sağ gicgah-çənə oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə Yüngül dərəcəli bədən xəsarəti və nəqliyyat vasitəsinə 5115 manat maddi ziyan dəymiş, sürücü Zərərçəkmiş şəxs4 idarə etdiyi Ford Transit markalı, **-MO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində bədən xəsarətləri alan olmamış, nəqliyyat vasitəsinə 3080 mant maddi ziyan vurmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixində öz evində yemək yeyərkən spirtli içki qəbul etmişdir. Oğlanları "Leon" sadlıq sarayında afisant kimi çalışırlar. Havanın yağışlı olduğunu görüb maşınla onların dalınca getmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixində axşam saat 12 radələrində evdən çıxaraq uşaqlarının arxasınca getmişdir. Sözügedən sadlıq sarayı ilə yaşadığı evin arasında 6-7 km məsafə olmuşdur. Bu zaman uşaqları Şahid5, Hüseynzadə Ümidəmin və onların tanışları, onun sonradan adını öyrəndiyi X3 idarə etdiyi “VAZ 2107” markalı **-DE-*** dövlət qeyiyyat nişanlı nəqliyyat vasitəsinə mindirərək evlərinə doğru hərəkətə başlamışdır. "Leon" sadlıq sarayının qarşısından hərəkətə başlayıb təxminən 500 metr getdikdən sonra “şəhid bulağı” deyilən yerdə qarşısında hərəkətdə olan "Reno Megan" nəqliyyat vasitəsi bir anda sola dönmə əməliyyatı edərək dayanmışdır. Surəti yüksək olduğu üçün nəqliyyat vasitəsini saxlaya bilməyib qarşısında gedən "Reno Megan" nəqliyyat vasitəsi ilə toquşmuşdur. Bu zaman “Reno Mügan” markalı nəqliyyat vasitəsi əks yola çıxaraq əks yolda hərəkət edən "Ford Tranzit" markalı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Onun idarə etdiyi nəqliyyat vasitəsində arxa sol tərəfdə oturmuş X6 xəsarət almışdır. Onlar aşağı düşdükdə qarşıda olan “Reno Megan” nəqliyyat vasitəsinin və Ford Tranzit markalı nəqliyyat vasitələrinin əzilməsini görmüşdür. Əlavə olaraq təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, gənc olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X6 ifadəsində bildirdi ki, boş vaxtlarında "Leon" şadlıq sarayında ofisiant kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixində evinə getmək üçün işdən çıxmışdır. İş yoldaşları İlyas və Ümid atalarının arxalarınca gələcəyini, yağış yağdığına və gec olduğuna görə onlarla gedə biləcəyini bildirmişər. Bu zaman onların arxasınca gələn Vüsalın idarə etdiyi nəqliyyat vasitəsinin qabaq oturacağına İlyas, arxa oturacağına isə Ümid və o oturmuşlar. Nəqliyyat vasitəsinə minərkən Vüsalın spirtli içkilərdən isdifadə etdiyini bilmişdir. Bir qədər avtomobillə hərəkət etdikdən sonra Vüsalın idarə etdiyi "VAZ 2107" markalı avtomobilin harasa çırpıldığını, başında və qolunda şiddətli ağrılar olmasını hiss etmişdir. Onun başı nəqliyyat vasitəsinin oturacağına dəymiş, qolunu isə nəqliyyat vasitəsinin şüşəsi kəsmişdir. Bu zaman onun huşu itmiş və “Neyrocərrahiyə” Klinikasında ayılmışdır. Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəmişdir. Ona görədə onun şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X7 ifadəsində qeyd etdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. O, boş vaxtlarında "Leon" şadlıq sarayında ofisiant kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixində qardaşı İlyas ilə birlikdə həmin şadlıq sarayında işdə olmuşlar. Hava yağışlı olduğundan və artıq işləyib yorulduqlarına görə qardaşı İlyas atalarına zəng vuraraq onları avtomobillə götürməsini xaiş etmişdir. Bu zaman iş yoldaşları Namiq də onlarla birlikdə getmək qərarına gəlmişdir. Namiq və o, atalarının idarə etdiyi "VAZ 2107” markalı nəqliyyat vasitəsində arxada əyləşmişlər. Qardaşı İlyas isə atasının yanında qabaqdakı oturacaqda oturmuşdur. Bir qədər yol getdikdən sonra atasının idarə etdiyi nəqliyyat vasitəsinin harasa çırpıldığını və ayağında şiddətli ağrıların baş verməsini hiss etmişdir. Yanında oturan Namiqin isə başı əzilmişdir. Ona ilkin tibbi yardım olduğu üçün həkimlər onu evə göndərmişlər. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tə ləbinin olmadığını bildirərək ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 verdiyi ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixində Hövsan qəsəbəsində yığıncaqda iştirak etmək məqsədi ilə ora getmişdir. Saat təxminən 00 radələrində məclisdən çıxıb 2 oğlu ilə birlikdə onun idarə etdiyi "Ford tranzit" markalı nəqliyyat vasitəsi ilə evlərinə doğru hərəkət etməyə başlamışlar. Bir qədər getdikdən sonra Xəzər Rayonu, Binə qəsəbəsi Südçülük Sovxozunda üzü Binə qəsəbəsi istiqamətində birinci yol ilə hərəkətdə olduğu zaman təxminən 5-6 metr qalmış ""Reno Megan" markalı nəqliyyat vasitəsi qarşıda nəqliyyat vasitələrin dönmə əməliyyatı etməsi üşün nəzərdə tutulmuş hissədə dönərək ona yol vermək məqsədi ilə dayanmışdır. Bu zaman onun hərəkətdə olduğu yolun əks istiqamətində hərəkət edən “VAZ 2107” markalı nəqliyyat vasitəsi sürətlə hərəkət edərək “Reno Megan” markalı nəqliyyat vasitəsini arxa hissəsindən vurmuşdur. Zərbədən həmin avtomobil onun idarə etdiyi nəqliyyat vasitəsinə çırpılaraq qəzaya səbəb olmuşdur. Hadisə zamanı onun idarə etdiyi nəqliyyat vasitəsində heç kəs xəsarət almamışdır. Nəqliyyat vasitǝsinə maddi ziyan dəymişdir. Ona vurulan maddi ziyan ödənilmiş və o, təqsirləndirilən şəxlə barışmışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Cəlilabad rayonundan qohumlarının yas mərasimindən Binə qəsəbəsi, Südçülük savxozunda yerləşən evlərinə qayıdırmış. O, “Reno Megan” markalı **-UY-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edirmiş. İdarə etdiyi nəqliyyat vasitəsi ilə Binə qəsəbəsində hərəkətdə olan zaman yaşadığı Mehriban qonşular küçəsinə dönərkən nəqliyyat vasitəsini hərəkətsiz vəziyyətə gətirərək dönmək üçün ayrılmış hissədə dönmə əməliyyatı üçün dayanmışdır. Bu zaman qəfildən nəqliyyat vasitəsinin arxa hissəsindən nəyinsə onların nəqliyyat vasitəsinə çırpıldığını eşitmiş və onun idarə etdiyi nəqliyyat vasitəsi əks yola çıxaraq əks yolda hərəkətdə olan “Ford Tranzit” markalı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Bu toqquşma nəticəsində onun baş nahiyəsi və bədəninin müxtəlif yerləri əzilmişdir. Hadisədən sonra nəqliyyat vasitəsindən yerə düşərək onun nəqliyyat vasitəsi ilə toqquşan nəqliyyat vasitəsinin “Vaz 2107” markalı nəqliyyat vasitəsi tərəfindən vurulduğunu bilmişdir. Xəsarət aldığına görə hadisə yerinə Təcili Tibbi Yardımstansiyasının əməkdaşları gələrək onlara tibbi yardım göstərmişlər. Hadisə nəticəsində yüngül bədən xəsarəti almış və nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Mirzǝhüseyn oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixində Cəlilabad rayonundan qohumlarının üzür mərasimindən Binə qəsəbəsində yerləşən evlərinə qayıdırmışlar. “Reno Megan” markalı avtomobili oğlu Nağiyev Rais idarə edirmiş. Avtomobildə ondan başqa həyat yoldaşı Şahid4 və nəvəsi X8 olmuşdur. Binə qəsəbəsində yaşadıqları Mehriban qonşular küçəsinə dönən zaman oğlu avtomobili döndərmək üçün dayandırmışdır. Bu zaman qəfildən maşının arxa hissəsindən nəyinsə onların nəqliyyat vasitəsinə çırpıldığını eşitmişdir. Bu zaman onların maşını əks yola çıxmış, əks yolda hərəkətdə olan “Ford Tranzit” markalı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəqliyyat vasitəsindən düşən zaman onların maşınına “Vaz 2107” markalı nəqliyyat vasitəsinin çırpıldığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 Mirzǝhüseyn oğlunun ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirdi ki, boş vaxtlarında "Leon" şadlıq sarayında ofisiant kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixində qardaşı Ümid ilə birlikdə həmin şadlıq sarayında işləyirmişlər. Hava yağışlı olduğundan və artıq işləyib yorulduqlarına görə o, atalarına zəng vuraraq onları “Leon” şadlıq sarayından götürməsini xahiş etmişdir. Bu zaman iş yoldaşları Namiq də onuda aparmalarını xahiş etmişdir. Namiq onların yolunun üstündə yaşadığını nəzərə alaraq onuda aparmağa etiraz etməmişlər. Təxminən 500-600 metr getdikdən sonra yerlər yaş olduğundan atası nəqliyyat vasitəsində idarə etməni itirərək qarşıda hərəkət edən “Reno Megan” markalı nəqliyyat vasitəsinə çırpılmışdır. Hadisə vaxtı o, heç bir xəsarət almamışdır. Arxa oturmuş qardaşı Ümidin ayağı, Namiqin isə başı əzilmişdir İbtidai araşdırma zamanı şahid qismində verdiyi ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində qeyd etmişdir ki, xx.xx.2023- cü il tarixində xalası oğlu Adilin əsgərlikdən gəlmə münasibəti ilə keçirilən yığıncaqda istirak etdikdən sonra gecə saat təxminən 12:50 radələrində Adilgildən çıxaraq evlərinə gəlirmişlər. O, atasının idarə etdiyi "Ford Tranzit " markalı 99- MO-578 d.q.n nəqliyyat vasitəsində arxa sol tərəfdə sürücünün arxasında əyləşmişdir. "Mehriban Qonşular" küçəsindən keçərkən onların yolunun üzərində təxminən yadında qaldığına görə tünd göy rəngli "Reno Megan" markalı nəqliyyat vasitəsi geriyə dönmə əməliyyatı edirmiş. Hadisə baş verən gün hava yağmurlu olub. Bu zaman onların hərəkət etdiyi yolun əks istiqamətində hərəkət edən “VAZ 2107” markalı nəqliyyat vasitəsi yüksək sürətlə gələrək "Reno Megan" nəqliyyat vasitəsini arxa tərəfindən vuraraq onların hərəkətdə olduğu yola tərəf atmış və “Reno Megan” markalı nəqliyyat vasitəsi atası Zərərçəkmiş şəxs4 idarə etdiyi “Ford Tranzit” markalı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə zamanı o hər hansı bir xəsarət almamışdır. İbtidai araşdırma zamanı şahid qismində verdiyi ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 17 iyul 2023-cü il tarixli, 1/4059 saylı aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmuşdur; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər RPİ-nin DYŞ-nin 11 oktyabr 2023-cü il tarixli, 42/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ vardır və heç bir məhduduiyyəti yoxdur; - Məhkəmə-tibbi ekspertizasının 27 iyul 2022-ci il tarixli, 830 saylı rəyindən görünür ki, 2007-ci il təvəllüdlü X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər-baş-beynin yüngül dərəcəli əzilməsi, alın sümüyünün xətti sinığı, pnevmosefaliya, sol göz almasının ağlı qişasının qansızması, sol və sağ gözaltı nahiyyəsinin, sol üst göz qapağının qançırları, sağ saidin əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmiş və həyat üçün təhlükəli olduğundan Ağır dərəcəli zərərvurmaya aiddirlər. - Məhkəmə-tibbi ekspertizasının 27 iyul 2022-ci il tarixli, 831 saylı rəyindən aydın olur ki, 2009-ci il təvəllüdlü X4 bədəni üzərində aşkar edilmiş xəsarətlər -ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ aşıq-baldır oynağının yumşaq toxumalarının əzilməsi, sağ ayağın üst səthinin əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmiş və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə Yüngül dərəcəli zərərvurmaya aiddirlər. - Məhkəmə-tibbi ekspertizasının 27 iyul 2022-ci il tarixli, 781 saylı rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 Mirzəli oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər –sağ gicgahın hematoması, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ gicgah-çənə oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar Yüngül dərəcəli zərərvurmaya aiddirlər. - Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 01 sentyabr 2023-ci il tarixli, 8/2436 saylı rəyindən görünür ki,

1. «VAZ-2107» markalı, ** DE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Hüseynov avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək, 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunuzluq olmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı tələb və şikayəti yoxdur. - Zərərçəkmiş şəxs X5 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı tələb və şikayəti yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-1.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda- dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslər X6, X7, Zərərçəkmiş şəxs4 ilə maddi ziyanı ödəməklə barışıq əldə etməsini cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, 85 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə tutulsun. Maddi sübut və mülki iddia yoxdur. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saat vaxta görə 150 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar