Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-19/2022 10.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, 26 avqust 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, döngə 1, ev 7A-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və onun yaxın qohumu haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə “İnstagram” sosial şəbəkəsində “___8___8__8” və “na_zrin.mamedo_va.84_” adlı səhifələr yaradıb 31 oktyabr 2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanda yerləşən evində istifadə etdiyi «Huawei» markalı mobil telefon vasitəsilə həmin instagram səhifələrindən Zərərçəkmiş şəxs eyni sosial şəbəkədə “hamidnarimanli1” adı ilə qeydiyyatdan keçmiş səhifəsinə 30 oktyabr 2020-ci il tarixdən 03 yanvar 2021-ci il tarixədək olan müddət ərzində «İntim video X7 Şok», daha sonra “bir saata hesaba baxıram, pul orada olmasa şəkilləri hər yerə yayacam, pulu karta yox, millliön vasitəsi ilə etopazda olan 26174066 hesaba göndər, özüm götürəcəyəm”, “Həmid sən məni aldadırsan, iki balamın canına and olsun bu gün 600 manat pul göndərməsən, daha götürməyəcəm, onsuzda o pulu başqa yolla çıxaracam, adamlar var ki, o şəkillərə pul verir və onlara verəcəm, paylaşacam. Sənə son sms yazıram bir saata 600 manat pul kartda olmasa dediyimi edəcəm. Mən sadəcə 11-də girib hesaba baxacam, hesabda pul olmasa hər şeyi özün görəcəksən. Pulu necə ödəyəcəyini isə özüm sənə deyəcəm” və s. məzmunlu yazılar yazıb Zərərçəkmiş şəxs yaxın qohumu olan atası Milli Məclisin Vİ çağırış deputatı İqbal Məmmədovun intim şəkillərinin olduğunu, pul verməyəcəyi halda, mətbuatda və sosial şəbəkələrdə həmin şəkilləri yaymaqla Zərərçəkmiş şəxs və sonuncunun yaxın qohumu - atası İqbal Məmmədovu rüsvay edəcəyi ilə hədələmiş, hədəni real qəbul edən Zərərçəkmiş şəxs özü və atasının rüsvay olacaqlarından ehtiyatlanaraq onunla razılaşmış, bundan sonra o, cinayətkar planının davamı olaraq ilkin olaraq Zərərçəkmiş şəxs “www.etopaz.az” internet səhifəsində 28 oktyabr 2020-ci il tarixdə «Nazrin Mamedli» adı ilə «Elektron ünvan » e-mail ilə qeydiyyatdan keçirdiyi 26174066 saylı hesabına 500 manat pul göndərməsini tələb etdikdə, sonuncu 31 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən «Milli Ön» ödəmə terminalı vasitəsilə həmin hesaba 500 manat pul göndərdikdən sonra, cinayətkar əməlini davam etdirərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs “İnstagram” sosial şəbəkəsində “___8___8__8” və “na_zrin.mamedo_va.84_” adlı səhifələrdən yazmaqla Zərərçəkmiş şəxs və sonuncunun atası İqbal Məmmədovun barəsində rüsvayedici məlumatların sosial şəbəkədə yayacağı ilə hədələrini davam etdirmiş və gəldiyi hədəqorxuların nəticəsində, Zərərçəkmiş şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “4173 5815 7909 7470” saylı ödəniş kartından özünə məxsus olmaqla «+**********59» ad və «cina1992» şifrə ilə qeydiyyatdan keçirdiyi «az.1xbet.com» internet səhifəsindəki ********* saylı mərc oyunları hesabına 25 dekabr 2021-ci il tarixdən 26 dekabr 2021-ci il tarixə keçən gecə 491 manat 41 qəpik, eyni tarixdə 148 manat 44 qəpik, 03 yanvar 2021-ci il tarixdə 321 manat 80 qəpik, eyni tarixdə 102 manat 16 qəpik, 04 yanvar 2021-ci il tarixdə isə 204 manat 31 qəpik olmaqla ümumilikdə 1768 manat 12 qəpik məbləğində pulun göndərilməsinə və həmin pulu idman mərc oyunlarına sərf etməklə ələ keçirib Zərərçəkmiş şəxs və sonuncunun yaxın qohumu - atası İqbal Məmmədov haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgənin, yəni Zərərçəkmiş şəxs ümumilkdə 1768 manat 12 qəpik məbləğində əmlakını hədə-qorxu ilə tələb etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, onun Zərərçəkmiş şəxs və onun atası ilə yaxşı münasibətləri olmuşdur. O, həmişə onların işlərini görmüşdür. Sonradan onun pulu verilməmişdir. Bu səbəbdən də o, Mirhəmidə zəng etmişdir, Mirhəmidin “İnstagram” sosial şəbəkəsindən istifadə etdiyini bilirdi. Bu məqsədlə də, öz istifadəsində olan “Huawei” markalı mobil telefondan istifadə edərək “İnstagram” sosial şəbəkəsində “___8__8__8” və “na_zrin.mamedo_va.84” adlı profillər yaratmışdır. Nəzrin Məmmədova adlı şəxs yoxdur, bunu özündən uydurub yaratmışdır. Bu 2 profil əslində eyni profillər olmuş, sadəcə onların adını tez-tez dəyişmişdir. Oktyabr ayının sonunda bu profildən istifadə edərək Mirhəmidin “hamidnarimanli1” adlı səhifəsinə mesajlar yazaraq onda atası – Milli Məclisin deputatı İqbal Məmmədovun intim şəkillərinin olduğunu demiş və ona pul verməyəcəyi təqdirdə onları mətbuatda və sosial şəbəkələrdə yayacağını bildirmişdir. Bu minvalla o, Zərərçəkmiş şəxs ümumilikdə 1768 manat 12 qəpik pul almışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, gənc olduğunu, yeni ailə həyatı qurduğunu, ilk dəfə cinayət əməli törətdiyini, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslə barışıq əldə etdiyini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, atası İqbal Məmmədov hazırda Milli Məclisin Lerik rayonundan seçilmiş deputatıdır. X4 evdar qadındır. O, 2015-2019-cu illərdə Türkiyə Respublikasının İstanbul şəhərində Bahçeşehir Universitetinin iqtisadiyyat fakültəsində ali təhsil almışdır. Universitetdən məzun olduqdan sonra 2020-ci ildə Türkiyə Respublikasında İstanbul şəhərində İstanbul Universitetinin iqtisadiyyat fakültəsində magistratura səviyyəsində oxumağa başlamışdır. Hazırda ali təhsilini davam etdirir və "xxxx" MMC şirkətinin idarə heyətinin sədr müavini vəzifəsində çalışır. 31 oktyabr 2020-ci il tarixində istifadə etdiyi ona məxsus əvvəl istifadəçi adı “hamidnarimanli1”, hazırda isə “hnioo1” İnstaqram hesabına tanımadığı “na_zrin.mamedo_va.84” adlı İnstaqram hesabının sahibi, intim fotoşəkil göndərərək şəkildəki şəxsi tanıyıb tanımadığını soruşmuş, fotoşəkildəki şəxsin üz nahiyyəsi bağlı olduğundan fotoşəkildəki şəxsi tanımadığını bildirmişdir. Həmin instagram hesab istifadəçisi isə ona həmin fotoşəkildəki şəxsin atası olduğunu bildirmişdir. Belə olan halda özünü itirmişdir. Bundan sonra həmin hesab istifadəçisi ondan 500 manat məbləğində pul tələb etmiş və tələb olunan pulu “TOPAZ” hesabına göndərməyəcəyi təqdirdə həmin şəkli sosial şəbəkələrdə yayacağını bildirməklə ona hədə-qorxu gəlmişdir. Həmin şəxsin ona göndərdiyi intim şəkil hazırda onda yoxdur. Həmin şəkildə üzü bağlı formada olsa da, şəxsin başında olan saçları görünmüş və başındakı saçları atasının saç rənginə uyğun gəlmiş, bu səbəbdən həmin şəxsin ona göndərdiyi şəklin real olduğunu və yaya biləcəyini fikirləşmişdir. Yəni həmin şəxsin onu atasının intim şəkli ilə hədələməsi onu çox qorxutmuşdur. Bu barədə utandığından atasına da deməmişdir. Çıxış yolu kimi həmin gün, yəni xx.xx.2020-ci il tarixində təxminən saat 18:00 radələrində “MilliÖn” ödəmə sistemi vasitəsilə yuxarıda qeyd etdiyi İnstaqram hesabının sahibinin instagram sosial şəbəkəsindəki ona göndərdiyi “TOPAZ” hesabına (hesab nömrəsi: ********) 500 manat məbləğində pul ödəmişdir. 500 manat məbləğində pulu ödədikdən sonra həmin şəxsdən bir müddət səs soraq gəlməmişdir. Həmin şəxslə instagramda danışıq zamanı ona hansı səbəbdən kart nömrəsini göndərmədiyini bildirəndə cavabında ona güvənmədiyini, kart nömrəsi ilə özünü tapa biləcəyini, “TOPAZ” hesabının təhlükəsiz olduğunu demişdir. xx.xx.2020-ci il tarixdə həmin səhifədən ona yenidən oxşar məzmunlu hədə məktubu gəlmişdir. Lakin həmin sosial səhifə istifadəçisi artıq adını “na_zrin.mamedo_va.84”-dan “____8___8__8” adına dəyişmişdir. Həmin istifadəçi ilk dəfə göndərdiyi şəkli mətbuata buraxacağı ilə yenidən onu hədələmişdir. O da hər dəfə həmin səhifə istifadəçisi ona yazanda həmin şəxsə göndərdiyi hesablara müvafiq olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə 500 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 200 manat və xx.xx.2021-ci il tarixdə isə 300 manat olmaqla ümumilikdə 1700 manat məbləğində pul göndərmişdir. Bir dəfə 500 manat olmaqla həmin şəxsin “TOPAZ” hesabına daxil olaraq “MilliÖn” hökümət portalından hesabına pul yükləmişdir. Sonrakı 1200 manat məbləği isə müvafiq olaraq “____8___8__8” adlı İnstaqram hesabının sahibinə ona göndərdiyi “1XBET az” saytına məxsus İD kodu ********* saylı hesaba öz şəxsi Kapital bank kartından ödəmişdir. “____8___8__8” adlı İnstaqram hesabının sahibi bəzən öz istifadəçi adını “nazriii” adı ilə dəyişərək həmin ad altında da ona ismarıclar göndərmişdir. Bundan əlavə həmin səhifə istifadəçisi İnstaqram sosial şəbəkəsində onun adından saxta profil hesabı yaratmış və özü ilə yazışaraq şəhidlərin ünvanına nalayiq sözlər yazmışdır və həmin yazdıqlarının ekran görüntüsünü çəkərək ona göndərmiş və pul verməyəcəyi təqdirdə ona aid olmayan bu yazışmaları sosial şəbəkələrdə kütləvi nümayiş etdirməyi ilə onu hədələmişdir. O, həmin şəxsin ona hədə-qorxu gəlməsindən bezərək 2021-ci ilin yanvar ayının əvvəllərində bununla bağlı rəsmi qaydada Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etmiş və onu instagram sosial şəbəkəsində hədələyən şəxsin istintaqla müəyyən olunduğu, həmin şəxsin əmisi Çingiz Məmmədova məxsus Lerik rayonu, Hamar meşə kəndində yerləşən “Relax” istirahət mərkəzində şoumen və aparıcılıqla məşğul olan Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs 5-6 il olar ki, tanıyır, onunla yaxşı münasibətləri vardır. Belə ki, “Relax” istirahət mərkəzinə gedərək tez-tez orada istirahət edir və oradan həmin şəxsi tanımışdır. Rəşidin ona qarşı hansı səbəbdən belə etdiyini anlamır. Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, sonuncu dəfə yanvar ayının 03-də sonuncu məbləğ olan 300 manatı “____8___8__8” adlı İnstaqram hesabının sahibinə göndərdikdən sonra ona həmin hesabdan heç bir ismarıc gəlməmişdir. “____8___8__8” adlı İnstaqram hesabının sahibi onun istifadəsində “hamidnarimanli1” hazırki adı “hnioo1” olan İnstaqram hesabına göndərilən bütün ismarıcları silmişdir. Bu səbəbdən hazırda onun İnstaqram hesabında həmin şəxs tərəfindən göndərilən ismarıclar yoxdur. Lakin onun istifadəsində olan “hamidnarimanli1” hesabı ilə “____8___8__8” adlı İnstaqram hesabının sahibi arasında apardıqları bəzi danışıqların ekran görüntüsünü həmin zaman çəkmişdir. Həmin şəkillər təxminən 2020-ci ilin oktyabr-dekabr aylarına aiddir. Həmin şəkilləri könüllü surətdə istintaqa təqdim etmişdir. Həmin müddət ərzində Relax istirahət mərkəzinin sahibi və direktoru əmisi Çingiz Məmmədov olmuşdur. Əmisi Vergilər Nazirliyindən fiziki şəxs kimi qeydiyyatdan keçmişdir. Təqsirləndirilən şəxs ifadəsində yalan deyir. O, işçilərə orada maaş paylamamış, oranın mühasibi mövcuddur və maliyyə məsələlərini muhasib həll edir. Rəşidin pandemiya dövründə əmək haqqı alıb almaması ilə bağlı məlumatı yoxdur. Bildiyi qədəri ilə Rəşid həmin müəssisəyə yay aylarında gəlmiş və həftə sonları işləmişdir. 2021ci ilin əvvəllərində o, "xxxx" MMC-yaradaraq həmin müəssisəni MMC-in adına keçirtmiş və oranın təsisçisi hazırda özü, direktoru isə Şahid2dur. Təqsirləndirilən şəxs ilə əmisi Çingiz Məmmədov arasında Təqsirləndirilən şəxs işlədiyi dövr ərzində hər hansı müqavilə bağlanması barədə onun dəqiq məlumatı yoxdur. İnstagram səhifəsinə Samsung Galaxy A5 markalı telefonla daxil olmuşdur. Həmin telefonu yalnız sosial şəbəkəyə daxil olmaq üçün istifadə edir. Həmin instagram səhifəsinin istifadəçi adı “hnioo1”, parolu isə “hamid715715”-dir. Təqsirləndirilən şəxs instagram hesabından onun “hamidnarimanli1” instagram hesabının yazışma(direct) bölümünə hədə-qorxu ismarıclarını qəbul edərkən yaşadığı ünvanda, yəni ünvan 2 dəfə də, yəni xx.xx.2021-ci il tarixdə Rəşiddən ona ismarıc gələrkən yaşadığı mənzildə olmuşdur. O, ilk dəfə adını sonradan bildiyi Təqsirləndirilən şəxs 500 manat pulu sonuncunun «Topaz» hesabına daxil olaraq “MilliÖn” hökümət portalından ona verdiyi hesabına yükləmişdir. Sonradan isə 25 dekabr 2020-ci il tarixdən 26 dekabr 2020-ci il tarixə keçən gecə Təqsirləndirilən şəxs “1XBET az” saytına məxsus İD kodu ********* saylı hesaba öz şəxsi Kapital bank kartından 491 manat 41 qəpik və 148 manat 44 qəpik, daha sonra isə 03 və 04 yanvar 2021-ci il tarixlərdə həmin hesaba 321 manat 80 qəpik, 102 manat 16 qəpik və 204 manat 31 qəpik pul ödəmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs 1768 manat 12 qəpik pul ödəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 5 il olar ki, Bakı şəhərində yerləşən müxtəlif restoranlarda ofisiant işləyir və ailəsinə yardım edir. Təqsirləndirilən şəxs atasının bibisi nəvəsidir, onunla bir həyətdə yaşayırlar. Münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs bir neçə ildir ki, müxtəlif yerlərdə aparıcı, şoumen işləyir. Bildiyi qədəri ilə Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzində də şoumenlik edərək pul qazanmışdır. 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılmış, orada hazırda adını xatırlamadığı əməkdaş onun şəxsiyyət vəsiqəsi ilə “etopaz”-da hesab açıldığını və həmin hesaba şantaj yolu ilə pul yükləndiyini bildirmişdir. O, həmin şəxsə özünə məxsus “etopaz” hesabının olduğunu, lakin həmin hesabdan uzun müddət ərzində istifadə etmədiyini bildirmişdir. Onların ona təqdim etdikləri 26853566 nömrəli “etopaz” hesabı onun adına açılsa da, həmin hesabın açılmasından xəbərsiz olmuşdur. Ona DTX-da bildirmişlər ki, onun adına açılmış Topaz hesabına Zərərçəkmiş şəxs adlı şəxs atasının intim fotoşəklinin internetdə yayılacağı ilə bağlı “İnstagram” sosial şəbəkəsində hədələndikdən sonra həmin hesaba “Milliön” ödəmə terminalı vasitəsilə 500 manat məbləğində pul yüklənmişdir. 2020-ci ilin yay aylarında qohumu Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək hardansa pul gəlməli olduğunu və onun vəsiqəsi ilə həmin əməliyyatı icra edə bilmədiyini bildirərək şəxsiyyət vəsiqəsinin şəklini göndərməyini istəmiş və o da həmin vaxtı Rəşidə şəxsiyyət vəsiqəsinin şəklini göndərmişdir. Sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs onun şəxsiyyət vəsiqəsinin şəklinin özündə olmağından istifadə edərək onun adına “Topaz”-da hesab yaratmışdır. Təqsirləndirilən şəxs kiməsə hədə-qorxu gəlməsindən və kimdənsə hansısa məbləğdə pul almasından onun xəbəri olmamışdır. DTX-ya dəvət olunduqdan sonra Rəşiddən bir neçə dəfə məsələnin mahiyyəti barədə öyrənməyə çalışsa da, hər dəfəsində bu söhbətdən yayınmışdır və ona konkret bir söz deməmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 2012-ci ildən Relax istirahət mərkəzində işləyir. 22 iyun 2021-ci il tarixdən Relax Resort and Spa otelin direktoru kimi işləyir, əvvəllər mühasib işləmişdir. Relax Resort and Spanın təsisçisi isə bu ildən Mirhəmid Nərmanlıdır. Amma idarəçiliklə o, məşğul olur. Təqsirləndirilən şəxs mərkəzlərinə turla müştərilər gətirmiş, sonuncuya endirimlə otağı 60 manata vermişlər, Rəşid isə həmin müştərilərə mərkəzlərində şoumen-aparıcılıq etmişdir. Rəşidin özündən isə qalma pulu və yemək pulu almamışlar. Rəşid əsasən 6 və bazar günləri gəlmiş, turlardan pul qazanmışdır. Müştərilərdən isə pulu yəqin ki, özü almışdır. Rəşid mərkəzlərində cəmi 2 və ya üç həftə sonu qalmışdır. Çünki pandemiya ilə bağlı çox qısa müddətdə işləmişlər. Rəşidlə heç bir əmək müqaviləsi bağlanmamış və sonuncuya əmək haqqı verilməmişdir. 2020-ci ilin iyun-iyul ayları ərzində otelləri pandemiya ilə bağlı könüllü olaraq xəstələr üçün karantin kimi fəaliyyət göstərmişdir. Rəşad Quliyevlə münasibətləri yaxşı olmuş, onunla istirahət mərkəzində hamının münasibəti yaxşı olmuşdur. Əvvəllər İstirahət mərkəzinin sahibi olan Çingiz Məmmədovun qardaşı oğlu Zərərçəkmiş şəxs təxminən 1 ay öncə onlara demişdir ki, keçən il onlara turla müştəri gətirən Təqsirləndirilən şəxs onu hədələyərək pulunu almışdır. Rəşidin Mirhəmidddən nə qədər və hansı hədə ilə pul almasını bilmirlər, Mirhəmid onlara bu barədə dəqiq heç nə deməmişdir. Eşitdiyinə görə Təqsirləndirilən şəxs başqa profillə instaqram vasitəsi ilə Mirhəmidlə yazışaraq, orada Mirhəmidə hədə gəlmiş və sonuncuya hesab nömrəsi vermiş, Mirhəmid də həmin hədələr əsasında Rəşidə bilmədiyi məbləğdə pul göndərmişdir. Mirhəmid həmin hədələrlə bağlı hüquq mühafizə orqanlarına şikayət etmişdir. Həmin şikayətdən sonra hədə-qorxu ilə Mirhəmiddən pul alan gizli profilin sahibinin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Şahid2 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs onlarla əmək müqaviləsi olmamışdır. Əgər Rəşidlə əmək haqqı danışılsaydı, bunu o, etməli olmuş, çünki, belə işlərə direktor kimi o, nəzarət edir və o, məşğul olur. Zərərçəkmiş şəxs idarəçiliklə məşğul olmur. Təqsirləndirilən şəxs mərkəzə turla müştərilər gətirmiş, sonuncuya endirimlə 70 manatlıq otağı 60 manata vermişlər, Təqsirləndirilən şəxs isə həmin müştərilərə mərkəzdə şoumen-aparıcılıq etmişdir. Rəşidin özündən isə qalma pulu və yemək pulu almamışlar. Rəşid əsasən 6 və bazar günləri gəlmişdir. Rəşid çox güman ki, turlardan pul qazanmışdır. Müştərilərdən isə pulu yəqin ki, özü almışdır. Onlara müştərilərin qalma pulunu Təqsirləndirilən şəxs vermişdir. Rəşid onların mərkəzində cəmi 2 və ya üç həftə sonu qalmışdır. Çünki pandemiya ilə bağlı bir çox qısa müddətdə işləmişlər. 2020-ci ilin iyun və iyul ayları otel karantin kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs özünə haqq qazandırmaq üçün yalandan deyir ki, guya onlardan 500-600 manat maaş almalı olmuş, özü də bunu Mirhəmidlə danışması inandırıcı deyil, sadəcə Mirhəmidin geniş imkanları olmasını nəzərə alıb sonuncudan hədə ilə pul almış, özünü müdafiə üçün isə guya ona aid maaşı bu yolla alması barədə yalan ifadə verir. Təqsirləndirilən şəxs əvvəllər də mərkəzə eyni qaydada gəlmişdir. Ancaq həftə sonları Bakıdan turla müştəri gətirir və onları əyləndirmişdir. Əvvəlki illərdə Rəşidə həftə sonları əyləncə üçün 200-300 manat pul da vermişlər. Pulu Rəşidə vermişdir. Buna dair hansısa qəbz və ya sənəd yoxdur. Rəşid təxminən 2017-ci ildən bu qaydada onlarla ancaq yay mövsümündə işləmiş, onunla hansısa rəsmi müqavilələri olmamışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 2016-ci ildən Relax istirahət mərkəzində işləyir. Hazırda da orada mühafizəçi işləyir. Relax Resort and Spa MMC-nin idarəçiliyi ilə direktor Şahid2 məşğul olur, sonuncunun müavini isə Şahid4dur. Təqsirləndirilən şəxs keçən ildən tanıyır, sonuncu keçən il mərkəzdə şoumen-aparıcı kimi işləmişdir. Daha doğrusu Rəşid mərkəzə turla müştərilər gətirmiş və onlara əyləncələr təşkil etmişdir. Rəşid keçən il mərkəzdə cəmi 2 və ya üç həftə sonu qalmışdır. Çünki pandemiya ilə bağlı mərkəz çox qısa müddətdə işləmişdir. 2020-ci ilin iyun-iyul ayları ərzində otelləri Covid 19 xəstəliyi pandemiyası ilə bağlı xəstələr üçün karantin kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxslə münasibətləri yaxşı olmuş, onunla istirahət mərkəzində hamının münasibəti yaxşı olmuşdur. Direktor Şahid2 bir həftə olar ki, əvvəllər İstirahət mərkəzinin sahibi olan Çingiz Məmmədovun qardaşı oğlu Zərərçəkmiş şəxs keçən il onlara turla müştəri gətirən Təqsirləndirilən şəxs hədələyərək pulunu aldığını eşitmişdir. Rəşidin Mirhəmiddən nə qədər, hansı yolla və hansı hədə ilə pul almasını bilmir. Mirhəmidin həmin hədələrlə bağlı hüquq mühafizə orqanlarına şikayət etməsini bilir. Həmin şikayətlərdən sonra hədə-qorxu ilə Mirhəmiddən pul alan gizli profilin sahibinin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bunu eşitdikdə bu hala təəcüblənmişdir. Rəşiddən belə şey gözləməmiş, çünki sonuncuya hamının münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs mərkəzin işçisi olmamış, sonuncu keçən il cəmi iki həftə 6 və bazar günləri gəlmiş və özünün gətirdiyi müştəriləri əyləncə proqramları ilə əyləndirmişdir. Təqsirləndirilən şəxs əvvəllər də mərkəzə eyni qaydada gəlmiş, ancaq həftə sonları Bakıdan müştəri gətirmiş və əyləndirmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 2008-ci ildən Relax istirahət mərkəzində işləyir. 2018-ci ildən mərkəzdə direktor olmuş, 2019-cu ildən isə hazıradək direktor müavini vəzifəsində işləyir. X5 and Spa MMC kimi fəaliyyət göstərən mərkəzin təsisçisi isə bu ildən Mirhəmid Nərmanlıdır. Amma idarəçiliklə direktor Şahid2 məşğul olur. Təqsirləndirilən şəxs keçən il mərkəzdə şoumen-aparıcı kimi işləmişdir. Daha doğrusu Rəşid mərkəzə turla müştərilər gətirmiş, onlar Rəşidə endirimlə otağı 60 manata vermişlər, Rəşid isə həmin müştərilərə onların mərkəzində əyləncə proqramları təşkil etmişdir. Rəşidin özündən isə qalma pulu və yemək pulu alınmamışdır. Rəşid əsasən 6 və bazar günləri gəlmiş, sonuncu turlardan pul qazanmışdır. Müştərilərdən isə pulu yəqin ki, özü almışdır. Rəşid mərkəzdə cəmi 2 və ya üç həftə sonu qalmışdır. Çünki pandemiya ilə bağlı bir çox qısa müddətdə işləmişlər. Rəşidlə heç bir əmək müqaviləsi bağlanmamış, sonuncuya əmək haqqı verilməmiş və danışılmamışdır. 2020-ci ilin iyun-iyul ayları ərzində otelləri Covid 19 xəstəliyi pandemiyası ilə bağlı könüllü olaraq xəstələr üçün karantin kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxslə münasibətləri yaxşı olmuş, onunla istirahət mərkəzində hamının münasibəti yaxşı olmuşdur. Əvvəllər İstirahət mərkəzinin sahibi olan Çingiz Məmmədovun qardaşı oğlu Zərərçəkmiş şəxs (hazırda MMC-nin təsisçisi) təxminən 1 ay öncə onlara keçən il onlara turla müştəri gətirən Təqsirləndirilən şəxs onu hədələyərək pulunu almasını bildirmişdir. Rəşidin Mirhəmidddən nə qədər və hansı hədə ilə pul almasını bilmirlər, Mirhəmid onlara bu barədə dəqiq heç nə deməmişdir. Eşitdiyinə görə Təqsirləndirilən şəxs başqa gizli profillə instaqram vasitəsi ilə Mirhəmidlə yazışaraq, orada Mirhəmidə hədə gəlmiş və sonuncuya hesab nömrəsi vermiş, Mirhəmiddə həmin hədələr əsasında Rəşidə bilmədiyi məbləğdə pul göndərmişdir. Mirhəmid həmin hədələrlə bağlı hüquq mühafizə orqanlarına şikayət etmişdir. Həmin şikayətdən sonra hədə-qorxu ilə Mirhəmiddən pul alan gizli profilin sahibinin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Onlar bu hala təəccüblənmişlər. Rəşiddən belə şey gözləməmişlər. Təqsirləndirilən şəxs onlarla əmək müqaviləsi olmamışdır. Əgər Rəşidlə əmək haqqı danışılsaydı, bunu direktor Şahid2 etməli olmuş, çünki, belə işlərə direktor kimi Famil nəzarət edir və məşğul olur. O isə bununla bağlı rəy tərtib edir. Zərərçəkmiş şəxs idarəçiliklə məşğul olmur. Təqsirləndirilən şəxs özünə haqq qazandırmaq üçün yalandan danışır ki, guya onlardan 500-600 manat maaş almalı olmuş, özü də bunu Mirhəmidlə danışması inandırıcı deyil, sadəcə yəqin ki Mirhəmidin geniş imkanları olmasını fikirləşib sonuncudan hədə ilə pul almış, özünü müdafiə üçün isə guya özünə aid verilməyən maaşı bu yolla alması barədə yalan ifadə verir. Təqsirləndirilən şəxs əvvəllər də mərkəzə eyni qaydada gəlmişdir. Ancaq həftə sonları Bakıdan turla müştəri gətirmiş və onları əyləndirmişdir. Əvvəlki illərdə Rəşidə həftə sonları əyləncə üçün 200-300 manat pul da vermişlər. X6 Kərimov vermişdir. Buna dair hansısa qəbz və ya sənəd tərtib olunmamışdır. Rəşid təxminən 2017-ci ildən bu qaydada onlarla ancaq yay mövsümündə işləmiş, onunla hansısa rəsmi müqavilələri olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş kompyuter-texniki ekspertizasının 20 sentyabr 2021-ci il tarixli, 5/944 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, təqdim edilmiş bir ədəd sensor ekran və «Android 8.0.0» əməliyyat sistemi ilə təhciz olunmuş «Samsung Galaxy A5» markalı «SM-A520K» modelli «**********63837» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekran və «Android 10» əməliyyat sistemi ilə təhciz olunmuş «Huawei P40 lite» markalı «JNY-LX1» modelli «**********16334, **********26341» imei kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir. Təqdim edilmiş «Samsung Galaxy A5» markalı «SM-A520K» modelli smartfonun yaddaşından toplanmış hal-hazırda mövcud olan məlumatlar müəyyən olunmuşdur. Təqdim edilmiş «Samsung Galaxy A5» markalı «SM-A520K» modelli mobil smartfonun yaddaşından «UFED TOUCH 2» markalı qurğu vasitəsilə əldə edilmiş hesabat əsasən pozulmuş məlumat müəyyən olunmamışdır. Təqdim edilmiş «Huawei P40 lite» markalı «JNY-LX1» modelli mobil smartfonun yaddaşından əldə edilməsi mümkün ola biləcək hal-hazırda mövcud olan və pozulmuş məlumatlar müəyyən olunmuşdur. Təqdim edilmiş «Huawei P40 lite» markalı «JNY-LX1» modelli mobil smartfonun yaddaşında «İnstagram» sosial şəbəkəsinə aid «biggroupofficial» və «mcbigman_official» adlı istifadəçi profilinin «Direct» bölməsində məlumat mübadiləsi aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş 28 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, AR DTX-nin İBİ-nin baş müstəntiqi, ədliyyə kapitanı Nurlan Əlizadə tərəfindən Təqsirləndirilən şəxs 28 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində barəsində AR DTX-nin İBİ-nin baş müstəntiqi, ədliyyə kapitanı Nurlan Əlizadə tərəfindən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş 22 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, AR Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, istintaq qrupunun rəhbəri, İİ dərəcəli hüquqşünas Nəriman Nərimanlı tərəfindən Təqsirləndirilən şəxs 22 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 28 iyul 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən evinə baxış keçirilərkən Təqsirləndirilən şəxs məxsus üzərində «4169 7332 1378 6895» nömrələri əks olunmuş bank kartı, bir ədəd tünd göy rəngli «**********75207/78» İMEİ kodlu Xiaomi markalı mobil telefon, bir ədəd qara rəngli «**********16334» İMEİ kodlu Huawei markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə stasionar kompüterdə «Google Chrome» adlı brauzerə daxil olunaraq, həmin brauzerin axtarış səhifəsində «az.1xbet.com» səhifəsinin adı yazılaraq həmin səhifəyə daxil olunmuşdur. Həmin səhifə brauzerdə açıldıqda səhifənin mərc oyunları səhifəsi olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs alınan «+**********59» ad və «cina1992» şifrə vasitəsilə Təqsirləndirilən şəxs məxsus «az.1xbet.com» səhifəsindəki mərc oyunları səhifəsinə daxil olunmuş və Təqsirləndirilən şəxs səhifənin ona məxsus olduğunu və həmin səhifə vasitəsilə mərc oyunlarında iştirak etdiyini bildirmişdir. Daha sonra açılan səhifənin sol tərəfində aşağı hissədə yerləşən «vəsait hərəkətləri» bölməsinə daxil olunmuşdur. Həmin bölməyə daxil olduqda müəyyən olunmuşdur ki, qeyd olunan bölmədə Təqsirləndirilən şəxs məxsus səhifəyə daxil olan və çıxan pul məbləğləri barədə məlumatlar əks olunmuşdur. Həmin bölmədə açılan səhifənin aşağı hissəsində tarixlər üzrə axtarış aparılarkən səhifədəki 6 saylı sıralamaya daxil olduqda orada xx.xx.2020-ci il tarixdə saat 00:05-də «417358*******7470» nömrəli kart vasitəsilə 145,06 manat ödənişin daxil olması qeyd olunmuşdur. Həmçinin səhifədə olan 5 saylı bölməyə daxil olduqda Təqsirləndirilən şəxs məxsus hesaba xx.xx.2021-ci il tarixdə saat 02:03-də «417358*******7470» nömrəli kart vasitəsilə 314,97 manat ödənişin daxil olması, xx.xx.2021-ci il tarixdə saat 13:30-da «417358*******7470» nömrəli kart vasitəsilə 199,98 manat ödənişin daxil olması müəyyən olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdi ki, göstərilən mərc oyunları hesabı həqiqətən də ona məxsusdur, həmin hesaba vurulan göstərilən məbləğlər Zərərçəkmiş şəxs məxsus plastik kart vasitəsilə sonuncu tərəfindən göndərilmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi çıxarışlar 3 vərəqdir. Çıxarışların 1-ci vərəqinin yuxarı hissəsində bank kartının kimə məxsus olması barədə xüsusi qeydlər aparılmışdır. Həmin qeydlərə əsasən bank kartı «NARİMANLİ MİRHAMİD İQBAL» məxsusdur və kart nömrəsi 417358******7470-dir. Çıxarışlarda Zərərçəkmiş şəxs məxsus bank kartı ilə aparılan əməliyyatlar barədə qeydlər əks olunmuşdur. Həmin qeydlər xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi olan müddəti əhatə edir. Çıxarışlara nəzər saldıqda miüəyyən edildi ki, Zərərçəkmiş şəxs məxsus bank kartından 25 dekabr 2020-ci il tarixli əməliyyatla «Purchase PMTPAY WORLD, MOSCOW, RU / 25-DEC-20» ünvana 491,41 manat və 148,44 manat köçürmələr edilmiş, 25 dekabr 2020-ci il tarix şənbə və bazar günlərini əhatə etdiyi üçün həmin məbləğlər çıxarışda 28 dekabr 2020-ci il tarixdə əks olunmuşdur. Bundan başqa, çıxarışlara baxış keçirilərkən Zərərçəkmiş şəxs məxsus bank kartından 03 yanvar 2021 və 04 yanvar 2021-ci il tarixli əməliyyatlarla «Purchase MATEPAY ER, KAZAN, RU / 03-JAN-21» və «Purchase MATEPAY ER, KAZAN, RU / 04- JAN-21» ünvana 321,80 manat, 102,16 manat, 204,31 manat köçürmələr edilmiş, 03 və 04 yanvar 2021-ci il tarixlər bayram günləri olduğu üçün həmin məbləğlər çıxarışda 06 yanvar 2021-ci il tarixdə əks olunmuşdur. İş materiallarında olan könüllü təqdim olunan əşyanın götürülməsi haqqında 24 avqust 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus «Samsung Galaxy A5» markalı mobil telefon sonuncudan götürülmüşdür. İş materiallarında olan "xxxx" QSC-nin 30 avqust 2021-ci il tarixli 060/21 nömrəli məktubunda göstərilmişdir ki, 26174066 saylı hesab Nazrin Mamedli adı ilə qeydiyyatdan keçirilmişdir. Qeydiyyat tarixi xx.xx.2020-ci il tarixidir. Bu hesaba xx.xx.2020-ci il tarixdə 500 manat pul vəsaiti Milli Ön ödəmə terminalı vasitəsilə mədaxil edilmişdir. Həmin pul məbləğinin məxaric edilməsi əməliyyatları, şəxsin identifikasiya məlumatları təsdiq olunmadığına görə baş tutmamışdır. Həmin pul vəsaiti mərc qoyuluşlarına yönəldilmiş və tam şəkildə uduzulmuşdur. 26853566 saylı hesab Şahid1 adı ilə qeydiyyatdan keçirilmişdir. Qeydiyyat tarixi xx.xx.2020-ci ildir. Hesaba heç bir pul vəsaiti mədaxil edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********204 saylı Zərərçəkmiş şəxs tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə dəymiş ziyanı ödənilmiş, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etmiş, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədəqorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilibedilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur.Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir.Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir.Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur.Nəzərdən qaçırılmamalıdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda, bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Hədə-qorxu ilə tələb etmə cinayətinin predmeti qismində hədəqorxu ilə tələb edilməsinə görə Cinayət Məcəlləsinin digər maddələri ilə cinayət məsuliyyəti müəyyən edilmiş xüsusi predmetlər istisna olmaqla (məsələn, Cinayət Məcəlləsinin 227-ci maddəsində talanmasına və hədə-qorxu ilə tələb edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş radioaktiv maddələr) istənilən daşınar və daşınmaz özgə əmlakı, o cümlədən nağd və nağdsız pul vəsaitləri, qiymətli kağızlar, əmlaka olan hüquqlar (yəni bu və ya digər əmlaka münasibətdə sənədələrlə təsdiq olunmuş mülkiyyət və yaxud sahiblik hüququnun həyata keçirilməsi imkanı), o cümlədən tələb etmək hüququ və müstəsna (məsələn, müəlliflik, patent hüququ kimi) hüquqlar çıxış edirlər.Hədə-qorxu ilə yerinə yetirilməsi tələb edilən əmlak xarakteri daşıyan digər hərəkətlər dedikdə isə əmlakın verilməsini, bilavasitə əmlaka dair mülkiyyət hüququnun və yaxud digər əşya hüquqlarının təqsirkara keçməsini nəzərdə tutmayan hərəkətlər, məsələn adi mülki dövriyyədə əvəzli olan bu və ya digər işlərin əvəzsiz görülməsi, xidmətlərin əvəzsiz göstərilməsi, təqsirkarın əvəzinə öhdəliklərin icrası, təqsirkardan borcun ödənilməsini, işlərin yerinə yetirilməsini, xidmətlərin göstərilməsini tələb etmək hüququndan imtina başa düşülür.Hədə-qorxu ilə tələb etmə cinayətindən zərərçəkmiş şəxs qismində fiziki və yaxud maddi və yaxud mənəvi zərərə məruz qalmış yalnız əmlakın mülkiyyətçisi, əmlaka olan hüququn daşıyıcısı deyil, ona faktiki sahiblik edən (məsələn, əmlakı mühafizə edən, bu və ya digər əsaslarla əmlaka çatımlığı olan), hüquqverən sənədləri saxlayan şəxslər də çıxış edirlər.Əmlakın verilməsi barədə cinayətkar tələbin ünvanlandığı şəxslə bilavasitə hədəyə, zor tətbiq etməyə məruz qalmış şəxs eyni olmadıqda, məsələn təqsirkar mülkiyyətçiyə ünvanladığı (çatdırdığı) onda olan əmlakın verilməsi barədə tələbi sonuncunun yaxın qohumuna zor tətbiq etməklə möhkəmləndirdikdə, hədə-qorxu ilə tələb etmə cinayətindən zərərçəkmiş şəxs qismində mülkiyyətçi ilə yanaşı əmlakın mülkiyyətçisi və yaxud ona faktiki sahiblik etməyən şəxs də (hədələməyə, zorakılığa məruz qalmış yaxın qohum) tanına bilər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 182.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, gənc olmasını, yeni ailə həyatı qurmasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən “Hədəqorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahidlərin ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsində maddi sübut kimi saxlanılan 01 ədəd “Huawei” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 53,65 (əlli üç manat altmış beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli 10 may 2022-ci il tarixdən hesablansın. Cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsində maddi sübut kimi saxlanılan 01 ədəd “Huawei” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 53,65 (əlli üç manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-19/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-19/2022
10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver