Məhkəmə qərarları › İş №1(003)-19/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-19/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-19/2025 27.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2nın, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Ələsgər oğlunun iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Ələsgər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Ələsgər oğlu öz əməllərini təkrar davam etdirərək tamah niyyəti ilə etibarından sui istifadə etmə, aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2022ci ilin noyabr ayında Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsində fəaliyyət göstərən “X10” adlı kafeni qazanc əldə etmədiyi üçün sahibinə təhvil verməyindən istifadə edərək, həmin kafedə istifadə edilən sonuncuya məxsus əşyaları dəyərindən baha qiymətə satıb, ona iki il müddətində hissə-hissə olmaqla artıq məbləğdə pul verəcəyinə inandırıb, 1 ədədinin dəyəri 1500 manat olmaqla ümumi dəyəri 3000 manat olan soyuducu, 1 ədədinin dəyəri 500 manat olmaqla ümumi dəyəri 1000 manat olan 2 ədəd dönər aparatı, 1 ədəd 350 manat dəyərində toster aparatı, 1 ədəd 150 manat dəyərində ət doğramaq üçün kötüyü, 1 ədəd 100 manat dəyərində elektrik sobanı, 1 ədədinin dəyəri 250 manat olmaqla ümumi dəyəri 500 manat olan samavarı, 1 ədədinin dəyəri 100 manat olan ümumi dəyəri 200 manat olan qaz balonu, 1 ədədinin dəyəri 75 manat olmaqla ümumi dəyəri 150 manat olan su qızdırıcısınısı da daxil olmaqla ümumi dəyəri 5350 manat olan adı gedən əşyaları qeyd olunan kafedən özü ilə aparmaqla ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, öz əməllərini təkrar davam etdirərək tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə 2023-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs müəllim kimi məktəbə işə düzəldəcəyi ilə aldadıb, sonuncunun yaşadığı Bakı şəhəri, Binə qəsəbəsi, X2 nömrəsiz fərdi yaşayış evində 5200 manat pulunu ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, öz əməllərini təkrar davam etdirərək tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə 2023-cü ilin fevral ayında Zərərçəkmiş şəxs ölmüş anasına məxsus təqaüdün qızının adına keçirib onun alacağına inandırıb, Binə qəsəbəsi, X5 nömrəsiz fərdi yaşayış evində 7200 manat pulu ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, öz əməllərini təkrar davam etdirərək tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə 2022-ci ilin noyabr ayından xx.xx.2023-cü il tarixə qədər olan müdət ərzində Zərərçəkmiş şəxs “Bolt” şirkətinə şərik edib, qazanc əldə edəcəklərinə inandıraraq, sonuncu 900 manat pulu Bakı şəhəri, Binə qəsəbəsi, X5 nömrəsiz fərdi yaşayış evində alıb, hissə-hissə olmaqla ümumilikdə 20000 manat pulu ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Ələsgər oğlu ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs təxminən 4-5 ay olar tanıyır. Onunla aralarında heç bir düşmənçikləri və ədavətləri yoxdur, münasibətləri yaxşı olmuşdur. Zərərçəkmiş şəxs “Mercedes ML” markalı ** RV *** dövlət qeydiyyat nişanlı və “Chevrolet Volt” markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilləri icarə əsasında almışdır. Həmin avtomobillərin pulunu hissə-hissə ödəməli imiş, pulu qutarandan sonra maşın onun olma idi. Qeyd olunan avtomobillərə görə aylıq hissə-hissə olmaqla ümumilikdə 4500-5000 manat arası pul ödəmişdir. Zərərçəkmiş şəxs baş etibarnamə əsasında “Chevrolet Volt” markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomibili xx.xx.2023-cü il tarixdə “Mercedes ML” markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobili 2023-cü ilin fevral ayında ona aylıq icarə əsasında satmışdır. Həmin avtomobiləri digər şəxslərə gündəlik icarəyə vermişdir və bunun müqabilində pul qazanıb, Zakirin pulunu ödəyirmiş. Sonradan Zakirin qiymət dəyişikliyi etmək istədiyini görüb, “Chevrolet Volt” markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobili dostunun anası Surayənin adına “Mercedes ML” markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobili isə öz anası Sevdanın adına keçirtmişdir. Çünki onun gələcəkdə onu aldadıb, pulu alandan sonra maşını baş etibarnaməsini ləğv edəcəyindən qorxmuşdur. Sonradan Zakirin onun barəsində şikayət etdiyini görüb, şübhəli şəxs kimi dindilən zaman ifadəsini yalandan vermiş, təqsirləndirilən şəxs kimi isə ifadə verməkdən imtina etmişdir. Çünki onun Zakir ilə çox yaxşı münasibətləri olmuş, onun bu münasibətlərin qarşılığında onun barəsində şikayət etməyi xoşuna gəlməmiş və yalan danışmaqla istintaqdan yayınacağını düşünmüşdür. 2023-cü ilin yanvar ayının ortalarında Zakir ona müəllim kimi işə düzəlmək üçün 2600 manat pulu Binə qəsəbəsində yaşadığı evdə vermişdir. Əlavə olaraq 2023-cü ilin fevral ayında Zakir anasının təqaüdünü qızının adına keçirtmək üçün 2800 manat da pulu yaşadığı evdə vermişdir. Həmçinin ona obyektdən yığılan əşyaları da satmaq üçün vermişdir. Razılaşmalarına əsasən iki il müddətində həmin əşyaların pulunu verməli imiş. Lakin onun obyektdə olan əşyalarla bağlı qiymətləri şişirdilmiş qiymətlərdir. Bundan əlavə ondan Bolt şirkətinə şərik etmək üçün və borc kimi əlavə pullar almamışdır. İlk dəfə cinayət əməli törətdiyini, əməlini səmimi etiraf etdiyini və törətdiyi cinayət əməllərindən peşman olduğunu. Zərəçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə 2022-ci ilin noyabr ayında tanış olmuşdur. İşsiz olduğunaa görə Bakı şəhəri, Həzi Aslanov metrostansiyasının yaxınlığında “X10” adlı kafeni icarəyə götürmüşdür. Kafeyə bəzi əşyalar almaq üçün yolun kənarında taksi gözləyən zaman Sərxan öz maşını ilə köməklik etmiş, gediş haqqını götürməmiş və onların münasibətləri yaranmışdır. Kafedə işləri alınmadığı üçün 2022-ci ilin noyabr ayında kafeni bağlamışdır. Təqsirləndirilən şəxs maşın danışmış kafedə olan əşyaları onun öz tanıdığı Yeni Günəşli qəsəbəsində olan avtomobil ilə duracağa aparmışdır. Sərxan ona məxsus əşyaları satıb qazanc əldə etməyə köməklik edəcəyini bildirmişdir. Ona məxsus əşyaların ümumi dəyəri 5350 manat olmuşdur. O, isə həmin əşyaları nisbətən baha qiymətə satıb, ona ümumilikdə 9700 manat verəcəyinə söz vermişdir. O, 1 ədədinin dəyəri 1500 manat olmaqla ümumi dəyəri 3000 manat olan soyuducu, 1 ədədinin dəyəri 500 manat olmaqla ümumi dəyəri 1000 manat olan 2 ədəd dönər aparatı, 1 ədəd 350 manat dəyərində toster aparatı, 1 ədəd 150 manat dəyərində ət doğramaq üçün kötüyü və 1 ədəd 100 manat dəyərində sobanı, 1 ədədinin dəyəri 250 manat olmaqla ümumi dəyəri 500 manat olan samavarı, 1 ədədinin dəyəri 100 manat olan ümumi dəyəri 200 manat olan qaz balonu, 1 ədədinin dəyəri 75 manat olmaqla ümumi dəyəri 150 manat olan su qızdırıcısını satmış, iki il müddətində hissə-hissə ödəməli olduğu pulu ona verməyib, əslində isə 5350 manat ziyan vurmuşur. Həmin ərəfələrdə Sərxan ilə münasibətləri yaxşı olduğu üçün onu aldatdığını başa düşməmişdir. Özümə məxsus Mercedes ML-320 markalı ** RV *** nömrəli avtomobili aylıq 500 manat olmaqla 30 ay müddətində ümumi 15000 manata Namiq adlı şəxsə satmışdır. O, da hər ay pulunu vaxtında vermişdir. Namiq 4 ay 500 manat 1 ay isə 400 manat ödəniş etmişdir. Bu məsələni Sərxan biləndən sonra həmin maşına görə 3 qat ödəniş edəcəyini bildirdib, Namiqin pulunu qaytarmağını və maşını ona verməyimi xahiş eləmişdir. O, əvvəlcə razılaşmasada sonradan Sərxan etdiyi təklif qane etdiyinə görə məni razı sala bilmişdir. Namiqin xəbəri olmadan Sərxanın apardığı 18 saylı notariat kontorunda etibarnaməni ləğv elətmirmiş, Namiqin pulunu qaytarmış və sürmək üçün etibarnaməni yaşadığı evdən yəni Binə qəsəbəsində sosial şəbəkə vasitəsilə Sərxana vermişdir. Sərxan 2022-ci ilin dekabr ayının 11-dən başlayaraq, Mercedes ML-320 markalı ** RV *** nömrəli avtomobilə görə əvvəlcə 25 manat, 4-5 gün sonra isə 32 manatdan ödəniş etməyə başlamışdır. Mercedes ML-320 markalı ** RV *** nömrəli avtomobilə görə aylıq 960 manat olmaqla 36 aya razılaşmışdır. Buraxılış ili 2002-ci il olan Mercedes ML-320 markalı ** RV *** nömrəli avtomobilin real dəyəri 12000 manatdır. Sərxan onun etibarını qazanadıqdan sonra “Chevrolet Volt” markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik 88 manat olmaqla 36 ay ərzində ödəniş etmək şərti ilə ona 6 saylı notariat kontorunda baş etibarnamə əsasında vermişdir. Sərxan maşını dövlətli adamlara sürmək üçün verəcəyini bunun müqabilinda pul qazanacağını bildirib, “Chevrolet Volt” markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomilə görə onu aldadıb baş etibarnamə istəmişdir. O, da etiraz etməyib ona yanvar ayının xx.xx.2023-cü il tarixdə etibar etdiyi üçün baş etibarnamə vermişdir. Buraxılış ili 2015-ci il olan “Chevrolet Volt” markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilin real dəyəri 35000 manatdır. Sərxan iki maşına görə ümumilikdə ona 4410 manat pul ödəmişdir. Bundan başqa 2022-ci ilin noyabr ayından dekabr ayının sonuna kimi olan müddət ərzində hissə-hissə olmaqla Sərxan guya onu “Bolt” şirkətinə şərik edəcəyi adı ilə aldadaraq, ümumilikdə 20000 manat pul alıb aldatmışdır. Sərxan bir çox maşınlarının olduğunu və Bolt şirkəti ilə işlədiyini demişdir. Ona da təklif eləmişdir ki, onunla birlikdə işləsin. O, pulu onun verməyini təklif edib, Bolt şirkətində şərik işləyərcəkləri, qazancın 60 faizini onun qalan 40 faizini isə özünün götürəcəyini bildirmişdir. Əlavə olaraq Sərxan mərhum anasının təqaüdünü azyaşlı övladının adına keçirəcəyi adı ilə aldadadaraq 2023-cü ilin yanvar ayının əvvələrində 5200 manat onu da müəllim kimi işə düzəldəcəyi adı ilə aldadaraq 2023-cü ilin fevral ayının əvvələrində 7200 manat pul alıb aldatmışdır. Sonradan onu aldatdığını başa düşüb müraciət etmək qərarına gəlmiş və həmçinin onun səslərini özündə qeyd etməyə başlamışdır. Bundan başqa Sərxan pula ehtiyacı olduğunu bildirdib, xahiş eləmişdir ki, bankdan öz adına pul götürsün. O, da bu xahişini nəzərə alıb, bankdan fevral ayının xx.xx.2023-cü il tarixdə 6000 manat pul Həzi Aslanov metrostansiyasının yaxınlığında götürüb, həmin yerədədə Sərxana borc kimi vermişdir. Sərxan 2022-ci ilin noyabr ayının əvvələrində kafeyə aid əşyaları guya baha qiymətə satıb, aylıq pulunu verəcəyi adı ilə aldadıb, 5350 manat dəyərində əşyaları ələ keçirmişdir. Bundan başqa o, 2023-cü ilin fevral ayında 12000 manat dəyərində “Mercedes ML-320” markalı, xx.xx.2023-cü il tarixdə 35000 manat dəyərində “Chevrolet Volt” markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilləri pulunu hissə-hissə verəcəyi adı ilə alıb, başqa adamların adına keçirtmişdir. Ona məxsus əşyalara görə artıq pul verəcəyini bildirib, onun da maddi ehtiyacları olduğuna görə ona inanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Bolt şirkətinə ona şərik edəcəyi adı ilə aldadaraq, 2022-ci ilin noyabr ayından xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində hissə-hissə olmaqla 20000 manat pul almışdır. O, əvvəlcə ona cədvəl göndərmiş, sonra həmin cədvəl əsasında guya şərik olacağını bildirdib, aldatmışdır. Əlavə olaraq Sərxan anasının təqaüdünü azyaşlı övladının adına keçirəcəyi adı ilə aldadadaraq, 2023-cü ilin yanvar ayının ortalaraında yaşadığı evdə 5200 manat onu da müəllim kimi işə düzəldəcəyi adı ilə aldadaraq, 2023-cü ilin fevral ayında 7200 manat pul alıb aldadıb. O, 20000 manat pulun sonuncu pulu xx.xx.2023-cü il tarixdə 900 manatı öz yaşadığı Binə qəsəbəsində evdə vermişdir. Ona pul verən zaman ikisində əlavə heç kəs olmamışdır. Bundan başqa Sərxan ondan 6000 manat borc pul almışdır. Həmin pulu fevral ayında xx.xx.2023-cü il tarixdə “Bank of Baku” adlı bankın Həzi Aslanov metrostansiyası yaxınlığında olan filialından çıxartmışdır. Bununla da Təqsirləndirilən şəxs ona ümumilikdə 90 min 750 manat ziyan vurmuşdur. Sərxan ona 4933 manat deyil, 4410 manat pul qaytarıb. Chevrolet Volt” markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 35000 manatdır. İlk ifadəsində maşının dəyərini 35000 manat göstərmişdir, Sərxan tərəfindən verilən pulu isə düzgün hesablamamışdır. Sonradan hesablamışdır ki qaytarılan pul 4410 manatdır. Bolt şirkətinə şərik olmaqla üçün 20000 manat pul vermiş, əlavə borc kimi də 6000 manat da vermişdir. İlkin ifadəsində onunla da bağlı anlaşılmazılıq olmuşdur. Hazırda Təqsirləndirilən şəxs Ələsgər oğlu tərəfində ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmiş, onunla barışıq əldə etmişdir. Buna görə də onun Təqsirləndirilən şəxs Ələsgər oğluna qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı notarial təstiq edilmiş ərizəni məhkəməyə təqdim edir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 göstərdi ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır. Zərərçəkmiş şəxs şəxsən tanımasada, onun qardaşı Sərxan ilə iş birliyinin olduğunu eşitmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçiləndən sonra onunla 3 saylı istintaq təcridxanasında görüşlərinin birində Zərərçəkmiş şəxs “Mercedes ML” markalı ** RV *** dövlət qeydiyyat nişanlı və “Chevrolet Volt” markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə ilə icarə əsasında götürdüyünü bildirmişdir. Həmin avtomobillərə görə Sərxan 4500-5000 manat arası pul ödəmişdir. Onların şifahi razılığına əsasən avtomobillərə görə müəyyən məbləğdə pul ödədikdən sonra həmin avtomobillər qardaşı Sərxanın adına keçirilməli olmuşdur. Sərxan isə həmin avtomobillər “Rent A Car” kimi istifadə edir. Onların arasında olan şifahi razılaşmaya Zakir əməl etmədiyinə görə Sərxan ehtiyat edib, baş etibarnamə əsasında verilən avtomobillərdən “Chevrolet Volt” markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobili dostunun anası Surayə adlı şəxsin adına “Mercedes ML” markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobili isə öz anası Sevdanın adına keçirtmişdir. Lakin onların heç birinin hansı səbəbə avtomobilllərin onların adına keçirilməsi barədə məlumatı olmamışdır. Sərxan ümumiyyətlə maşın alqı-satqısı və icarəsi işi ilə məşğul olur. O, aldığı avtomobilləri həmişə ailə üzvlərinin və digər tanışlarının adına keçirdir. Sərxanın niyyəti avtomobilləri ödədiyi 4500-5000 manat arası pulun müqabilində ələ keçirmək olmayıb, sadəcə olaraq Zakir müəyyən sözlərə əməl etmədiyi üçün eyni zamanda ondan ehtiyat etdiyinə görə gələcəkdə aldanmaması üçün bu şəkildə maşınları yaxınlarının adına keçirtmişdir. Belə ki, Zakir ilkin olaraq Mercedes ML” markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobili Sərxanın dediyinə görə başa şəxsə icarəyə vermiş, sonradan isə həmin şəxsə məlumat vermədən, etibarnaməni ləğcv edib, maşını icarə əsasında qardaşı Sərxana vermişdir. Sərxanda müəyyən məbləğdə pul ödəyəndən sonra gələcəkdə Mercedes ML” markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kimi eyni halllar ilə rastlaşmaması üçün maşınları yaxınlarının adına keçirtmişdir. Zakirin maşınlarla bağlı heç bir gecikməsi və şifahi sövdələşmənin pozulamamsına baxmayaraq şikayət etmişdir. “Chevrolet Volt” markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobili X1 adına keçirtmişdir. Surayə hal-hazırda səhhəti ilə əlaqədar olaraq istintaqda iştirak edə bilmir. Bu səbəbdən sosial şəbəkə vasitəsilə ona baş etibarnamə vermiş o da həmin avtomobili Zərərçəkmiş şəxs adına keçirtmişdir. “Mercedes ML” markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobil anası Şahid2 adınadır, hər iki avtomobil “Rent a Car” kimi istifadə olunurdu. Yuxarıda qeyd etdiyi kimi avtomobillərə görə Sərxan 4500-5000 manat arası pul vermişdir. Onların arasında olan digər pul məsələlərindən isə məlumatsızdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Zərərçəkmiş şəxs şəxsən tanımasada, onun Sərxan ilə iş birliyinin olduğunu eşitmişdir. Sərxan maşın alqısatqısı işləri ilə məşğul olur. O, aldığı maşınları çox vaxt onun adına sənədləşdidir. “Mercedes ML” markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobili də onun adına sənədləşdirmişdir. Sonradan eşitmişdir ki, bundan başqa Chevrolet markalı avtomobil də daxil olmaqla Zakir adlı şəxs oğluna icarəyə vermişdir. Sərxan həbs olunandan sonra telefonla onunla danışmış və maşınların icarə haqqı kimi Zakirə 4500-5000 manat arası pul ödəmişdir. Onların şifahi razılığına əsasən avtomobillərə görə müəyyən məbləğdə pul ödədikdən sonra həmin avtomobillər Sərxanın adına keçirilməli idi. Sərxan isə həmin avtomobillər “Rent A Car” kimi istifadə edirdi. Onların arasında olan şifahi razılaşmaya Zakir əməl etmədiyinə görə Sərxan ehtiyat edib, baş etibarnamə əsasında verilən avtomobillərdən “Chevrolet Volt” markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobili dostunun anası Surayə adlı şəxsin adına “Mercedes ML” markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobili isə onun adına keçirmişdir. Sərxanın niyyəti avtomobilləri ödədiyi 4500-5000 manat arası pulun müqabilində ələ keçirmək olmayıb, sadəcə olaraq Zakir müəyyən sözlərə əməl etmədiyi üçün eyni zamanda ondan ehtiyat etdiyinə görə gələcəkdə aldanmaması üçün bu şəkildə maşınları yaxınlarının adına keçirtmişdir. Belə ki, Zakir ilkin olaraq Mercedes ML” markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobili Sərxanın dediyinə görə başa şəxsə icarəyə vermiş, sonradan isə həmin şəxsə məlumat vermədən, etibarnaməni ləğv edib, maşını icarə əsasında Sərxana vermişdir. Sərxanda müəyyən məbləğdə pul ödəyəndən sonra gələcəkdə “Mercedes ML” markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kimi eyni halllar ilə rastlaşmaması üçün maşınları yaxınlarının adına keçirtmişdir. Zakirin maşınlarla bağlı heç bir gecikməsi və şifahi sövdələşmənin pozulmamasına baxmayaraq şikayət etmişdir. “Chevrolet Volt” markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobili X1 adına keçirtmişdir. İbtidai istintaq zamanı Şahid3 bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Onun Bakı şəhəri Xətai rayonu, X.Məmmədov küçəsində ümumi səhəsi 90 kvadrat obyekti var. Həmin obyekti 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs aylıq 2200 manata icarəyə vermişdir. Zərərçəkmiş şəxs obyekti icarəyə verəndə adı “X11” olmuşdur. Zakir də özünə məxsus əşyaları həmin obyektə yığmış və onunla aylıq razılaşdığı icarə haqqını ödəmiş və işləməyə başlamışdır. Təxminən 1 aya yaxın müddət keçəndən sonra özünə məxsus obyektə baxanda qapısının bağlı olduğunu görüb Zərərçəkmiş şəxs ilə əlaqə saxlamışdır. Zərərçəkmiş şəxs ona məxsus obyekti bağladığını əşyalarını yığıb aparacağını bildirmişdir. O, da tələb eləmişdir. Ki, əşyaları yığıb aparsın. Zərərçəkmiş şəxs bir neçə gün sonra gəlib əşyaları yığmışdır. Kafeni təhvil verən zaman isə əşyaları kimin iştirkaı ilə yığdığı barədə məlumatsızdır. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmişdir. İş materiallarında olan şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Ələsgər oğlu xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismindən tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, əməl Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə tövsif olunaraq istintaqı davam etdirilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Ələsgər oğlu xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs Ələsgər oğlunun barəsində 04 ay, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs Ələsgər oğlunun barəsində 04 ay, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri alternativ olan ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, əməl Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək istintaqı davam etdirilmiş, ona həmin maddələr ilə ittiham yenidən elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ələsgər oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş ərizədən və notarial qaydada təstiq edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs Ələsgər oğlu ilə barışmış, mülki iddiadan imtina etmiş, dəymiş maddi ziyan ödənilmiş, buna görə də ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Ələsgər oğlunın özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək təkrarən dələduzluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs Ələsgər oğlunın cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs Ələsgər oğlunın ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməlləri etiraf edərək peşman olmasını, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın tamamilə ödəyərək onlarla barışıq əldə eməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Ələsgər oğlunın cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Ələsgər oğluna cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ələsgər oğlu xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, ona həmin maddə ilə ittiham elan edildikdən sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-194/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 315/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Ələsgər oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri alternativ olan ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 381/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Ələsgər oğlunun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 656/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Ələsgər oğlunun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti məhkəmə hazırlıq iclasında qətimkan tədbiri məsələsi həll edilənədək xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 656/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Ələsgər oğlunun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, Xəzər Rayon Polis İdarəsinin 21 noyabr 2023-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs Ələsgər oğlu 18 noyabr 2023-cü il tarixdə saxlanılaraq 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 106/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Ələsgər oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri alternativ olan ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 106/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Ələsgər oğlunun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, Xəzər Rayon Polis İdarəsinin 11 dekabr 2024-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs Ələsgər oğlu 10 dekabr 2024-cü il tarixdə saxlanılaraq 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ələsgər oğlunun 10 aprel 2023-cü il tarixdən-12 sentyabr 2023-cü il tarixədək, 18 noyabr 2023-cü tarixdən 06 avqust 2024-cü il tarixədək, 10 dekabr 2024-cü il tarixdən 27 yanvar 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 1 il 3 ay 8 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Ələsgər oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs Ələsgər oğlunun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Ələsgər oğlu azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - yaşadığı ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs Ələsgər oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs Ələsgər oğluna elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs Ələsgər oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Abşeron rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs Ələsgər oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər probasiya İdarəsinə həvalə edilməlidir. Zərərçəkmiş şəxs dəymiş 41000 manat maddi ziyanın tam şəkildə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Ələsgər oğlunın CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, Azərbaycan Respublikası CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Zərərçəkmiş şəxs mülki iddiadan imtinası qəbul edilməli, mülki iddia üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdən-12 sentyabr 2023-cü il tarixədək, 18 noyabr 2023-cü tarixdən 06 avqust 2024-cü il tarixədək, 10 dekabr 2024cü il tarixdən 27 yanvar 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 1 il 3 ay 8 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 gün hesablanmaqla ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 5 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o dərhal, məhkəmə iclasından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanı axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddiadan imtina qəbul edilsin, mülki iddia üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 150 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar