Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-190/2022 20.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Sabir küçəsi dalan 1 ev 7 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 05 noyabr 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Şüvəlan qəsəbəsində “Briqantina” düşərgəsi kimi tanınan ərazidən Zərərçəkmiş şəxs şəxsi təsərrüfatına məxsus, hər birinin dəyəri 270 manat olan, ümumilikdə 540 manat dəyərində iki baş qoyunu gizli yolla talayaraq zərərçəkmiş şəxsə qeyd edilən məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, fərdi əməklə məşğul olur. 2017-ci ildən Şüvəlan qəsəbəsində yerləşən, “Briqantina” düşərgəsi kimi tanınan əraziyə gözətçilik edir. Zərərçəkmiş şəxs onun uzaq qohumudur, lakin aralarında münasibətlər soyuqdur. Natiq şəxsi təsərrüfatına məxsus olan 12-13 baş qoyunu onun gözətçilik etdiyi ərazidə otarır. Natiq qoyunlara nəzarət etməyi ona tapşırmamış, qoyunlara görə heç bir məsuliyyət daşımamış, Natiqə də qoyunlara baxmağa söz verməmişdir. Natiq hər gün saat 08-dən axşam saat 18 radələrinə kimi qoyunları əraziyə buraxmış, qoyunları özü gəlib aparmışdır. Natiq qoyunlara görə ondan heç vaxt heç nə soruşmamış, qoyunlara baxmağa görə ondan xahiş etməmişdir. O, həmin əraziyə kənar şəxslərin daxil olmamasına nəzarət etmiş və məvacibi buna görə almışdır. Sözügedən əraziyə onun sərbəst giriş-çıxışı vardır. Pula ehtiyacı olduğuna görə 05 noyabr 2021-ci il tarixdə saat 13 radələrində Natiqə məxsus olan iki baş qoyunu oğurlamaq qərarına gəlmişdir. Həmin vaxt kənarda heç kimin ona fikir vermədiyinə əmin olduqdan sonra Natiqə məxsus qoyunlardan birini götürərək özünə məxsus qara rəngli “VAZ-2107” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirmiş, sonra geri qayıdaraq daha bir qoyunu götürmüş və avtomobilinin yük yerinə - digər qoyunun yanında yerləşdirmişdir. Bundan sonra Pirallahı rayonuna gedərək orada dayısı oğlu Tərlan ilə görüşmüş, ona şəxsi təsərrüfatına məxsus iki baş qoyunu pula ehtiyacı olduğuna görə ucuz qiymətə satdığını bildirib onu həmin qoyunların ona aid olduğuna əmin etmişdir. Tərlan onun əvvəllər qoyunçuluqla məşğul olduğunu bildiyinə görə ona inanmışdır. İki baş qoyunu ümumilikdə 150 manata almağı Tərlana təklif etmiş, o isə maddi imkanı olmadığına görə iki baş qoyunu ala bilməyəcəyini demişdir. Tərlanla qoyunlardan birini götürməyə və həmin qoyuna görə imkanı olanda ona 70 manat pul verəcəyinə razılaşmışdır. Bundan sonra bir baş qoyunu Tərlana vermiş, digər qoyunu isə yenidən avtomobilinin yük yerinə qoyaraq geriyə qayıtmışdır. Müştəri tapa bilmədiyinə görə həmin qoyunu özünə məxsus fərdi yaşayış evinə gətirmişdir. Evdə tək yaşadığına görə həmin qoyunu özü üçün kəsib doğramış, bir neçə gün ətini yeyib istifadə etmişdir. Əməlindən peşman olaraq Natiq ilə barışmış və ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Hazırda Natiqin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, fərdi əməklə məşğul olur. Bir neçə baş xırda buynuzlu mal-qara qoyundan ibarət şəxsi təsərrüfatı var. Şəxsi təsərrüfatına aid qoyunları əksər hallarda Şüvəlan qəsəbəsi ərazisində “Briqantina” düşərgəsi kimi tanınan ərazidə otarır. Demək olar ki, hər gün şəxsi təsərrüfatına aid qoyunları səhər saatlarından axşam saat 18-ə kimi həmin əraziyə otlamaq üçün buraxır. Həmin qoyunları qeyd edilən ərazidə otarmağa ona təmənnasız olaraq icazə verilib. Boş sahə olduğuna görə həmin ərazidə qoyunları otarmaq onun üçün əlverişlidir. Həmin qoyunlara əksər vaxt özü nəzarət edir. Qeyd edilən ərazidə gözətçi işləyən Təqsirləndirilən şəxs onun uzaq qohumudur, tüfeyli həyat tərzi sürdüyünə görə onunla münasibəti yoxdur. Xanlar həmin əraziyə nəzarət etsə də, şəxsi təsərrüfatına aid qoyunlara nəzarət etməyi ona tapşırmamış, nə də ki, bununla bağlı ondan heç vaxt xahiş etməmişdir. Şəxsi təsərrüfatına aid qoyunlara özü nəzarət etmiş, arabir qeyd edilən əraziyə gəlib qoyunların yerində olub-olmadığına baxmışdır. Şəxsi təsərrüffatına aid qoyunların həmin ərazidə otarılmasına Xanlara heç bir aidiyyatı yoxdur. 05 noyabr 2021-ci il tarixdə iki baş qoyunun yerində olmadığını aşkar etmiş, lakin bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyi lazım bilməmişdir. 26 dekabr 2021ci il tarixdə daha iki baş qoyunun yerində olmadığını aşkar etmiş və bundan sonra ərizə ilə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, polis əməkdaşları tərəfindən şəxsi təsərrüfatına aid iki baş qoyunu Təqsirləndirilən şəxs 05 noyabr 2021-ci il tarixdə oğurlaması və onlardan birini Pirallahı rayonunda Tərlan adlı şəxsə satması müəyyən edilmişdir. Həmin bir baş qoyun ona qaytarılmışdır. Hazırda Xanlar onunla barışaraq ona dəymiş maddi ziyanı tamamilə ödədiyindən, onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq İbrahimə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, fərdi əməklə məşğul olur. 2021-ci ilin noyabr ayının əvvəllərində atasının bibisi oğlu Təqsirləndirilən şəxs günortadan sonra yaşadığı ünvana gələrək öz şəxsi təsərrüfatına məxsus bir baş qoyunu satmaq istədiyini bildirmiş, bundan sonra da qara rəngli “VAZ-2107” markalı avtomobilin yük yerindən bir baş qoyunu çıxardaraq ona vermişdir. Xanlar pula ehtiyacı olduğu üçün bir baş qoyunu satdığını, bir baş qoyun üçün ondan 120 manat istəmiş, həmin qoyuna görə 120 manat verə bilməyəcəyini, üzərində cəmi 70 manat olduğunu bildirmişdir. Xanlar 70 manata qoyunu satmağa razılaşmamış, bir baş qoyunu 120 manata satdığını bildirmişdir. Xanlar uzaq məsafəli yol qayıdacağını səbəb göstərib avtomobilin yük yerində bir baş qoyunu saxlamaq istəmədiyini bildirərək ondan həmin bir baş qoyunu özünə məxsus həyətyanı sahədə şəxsi təsərrüfatına aid xırdabuynuzlu mal-qara ilə birlikdə saxlamağı xahiş etmiş, o da Xanların təklifinə etiraz etməmişdir. Xanlarla 120 manat pulu düzəldə biləcəyi təqdirdə həmin bir baş qoyunu ondan satın alacağına razılaşmış, 120 manat pulu düzəldə bilməcəyi təqdirdə qoyunu onun özünə qaytaracağını bildirmişdir. Bundan sonra Xanlar avtomobilinə əyləşərək çıxıb getmişdir. 2021-ci ilin dekabr ayının sonlarında polis əməkdaşları ona yaxınlaşaraq Xanların ona xırdabuynuzlu mal-qara satıb-satmadığını soruşmuş, o da Xanların ona bir baş qoyunu satdığını, həmin qoyunu Pirallahı rayonunda özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində şəxsi təsərrüfatına aid xırdabuynuzlu mal-qara ilə birlikdə saxladığını bildirmişdir. Daha sonra Xanların ona satmaq istədiyi bir baş qoyunun oğurluq olduğu, Xanların həmin qoyunu Xəzər rayonu ərazisində oğurlaması məlum olmuşdur. Xanların ona satmaq istədiyi bir baş qoyunun oğurluq olduğunu bilməmiş, Xanlar həmin qoyunun öz şəxsi təsərrüfatına aid olduğunu, həmin bir baş qoyunu maddi ehtiyacı olduğuna görə satmaq istədiyini demişdir. İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarından görünür ki, maddi sübut olan bir baş qoyun Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəmiş, o da onunla barışmışdır. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayət və ya tələbi yoxdur, barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 22 fevral 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talaması faktı onun özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş maddi ziyanı tamamilə ödəməsini və onun ondan heç bir şikayətinin olmamasını, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 30 dekabr 2021-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmiş, 10 mart 2022-ci il tarixdə təqsirləndirilən şəxsə CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona CM-nin 177.1-ci maddəsi ilə yeni ittiham elan edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 28 dekabr 2021-ci il tarixdən 30 dekabr 2021-ci il tarixə qədər 01 (bir) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut - bir baş qoyunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsnın dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 60,00 (altmış) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60,00 (altmış) manat olmaqla ümumilikdə 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 28 dekabr 2021-ci il tarixdən 30 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - bir baş qoyunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 60,00 (altmış) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60,00 (altmış) manat, ümumilikdə 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-190/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-190/2022
20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver