Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-190/2024 29.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, 20 Yanvar küçəsi, ev 39-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə "X6" kimi, doğum tarixi isə xx.xx.1975-ci il kimi qeyd olunan AZE 13506526 seriyalı saxta şəxsiyyət vəsiqəsi, həmçinin xx.xx.2013-cü il tarixdə həmin şəxsiyyət vəsiqəsi əsasında "X6" adına C00074220 seriyalı saxta pasport əldə edərək həmin tarixdən özünü X2 təqdim etməklə müxtəlif günlərdə və vaxtlarda, sonuncu dəfə isə 2 may 2023-cü il tarixdə İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən "X10 Aeroportu" sərhəd nəzarəti məntəqəsinə gələrək qeyd olunan tarixdə saat 14:53-də həmin pasportdan bilə-bilə istifadə edib, sərhəd nəzarətinə təqdim edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 318.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2006-cı ildən etibarən Türkiyə Respublikasının, Tekirdağ rayonuna xadimə kimi işləməyə getmişdir. Ona məxsus pasportun etibarlılıq müddəti 2011-ci ildə başa çatmasına baxmayaraq 2013-cü ilədək Türkiyə Respublikasında yaşamışdır. 2013-cü ildə isə Türkiyə Respublikasından 5 il müddətinə deport olunmuşdur. Ölkəyə qayıtdıqdan sonra maddi baxımdan sıxıntı çəkdiyi üçün, yenidən Türkiyə Respublikasına necə qayıdacağını düşünmüşdür. Həmin vaxt Gəncə şəhərində adı Fəridə və ya Validə olan qadınla tanış olmuş və həmin qadına xx.xx.1975-ci ildə doğulmuş X6 adında doğma bacısı olduğunu, sonuncunun 1994-cü ildə ürəktutmasından vəfat etdiyini və onu Xanlar rayonunun, Nadel kəndində dəfn etdiklərini bildirmişdir. Həmin vaxt bacısının ölüm kağızını almamışlar. Bundan istifadə edərək qərar vermişdir ki, bacısının adı ilə yeni şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu alsın. Bundan sonra vəfat etmiş bacısının qırmızı pasportunu və doğum haqqında şəhadətnaməsini götürüb Kəpəz RPŞ-yə getmiş, orada özünü Zülfiyyə kimi təqdim edərək bu vaxta qədər şəxsiyyət vəsiqəsi almadığını, özünə yeni şəxsiyyət vəsiqəsi almaq istədiyini bildirmişdir. Bundan sonra xx.xx.2013-cü il tarixdə ona bacısının adına şəxsiyyət vəsiqəsi verilmiş, həmin şəxsiyyət vəsiqəsini aldıqdan sonra ümumvətəndaş pasportu almışdır. Həmin pasportu və şəxsiyyət vəsiqəsini istifadə edərək ölkə sərhədini X2 keçib Türkiyə Respublikasına gedib-gəlmişdir. Sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə həmin sənədlərdən istifadə edərək Türkiyyə Respublikasından Azərbaycan Respublikasına gəlmiş, Heydər Əliyev adına X8 yenə Zülfiyyə kimi özünü təqdim etmiş və həmin sənədləri orada olan müvafiq qurumun əməkdaşlarına göstərmiş, sənədlərində hər hansı bir problem olması müəyyən edilmədiyindən, oradan da Gəncə şəhərinə gəlmişdir. Hər iki sənədinin müddəti başa çatdığı üçün Gəncə Asan xidmət mərkəzinə müraciət etmiş, müraciət edən zaman qərar vermiş ki, öz əsl adına qayıtsın və buna görə də orada ki, əməkdaşa hər şeyi etiraf etmiş və bacısı Zülfiyyənin adına olan şəxsiyyət vəsiqəni və pasportu orada təhvil almışlar. Əlavə olaraq bildirdi ki, əməlindən peşmandır, öhdəsində azyaşlı uşağı var. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid Təqsirləndirilən şəxs anası olduğunu qeyd etmiş və sonuncunun ifadəsinə oxşar məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxta sənəddən istifadə etməsi faktı ilə bağlı Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; - xx.xx.2023-cü il tarixli baxış aparılması barədə protokoldan aydın olur ki, Göy-göl rayonu, Nadel kəndində yerləşən qəbirstanlığa baxış keçirilən zaman məzar daşlarının birinin üzərində qadın şəkili, kiril qrafikası ilə “X4” xx.xx.1975-xx.xx.1994 yazıları müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli baxış aparılması barədə protokoldan görünür ki, 1 saylı Gəncə “ASAN xidmət” mərkəzindən təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinə, ümumvətəndaş pasportlarına, doğum haqqında şəhadətnamələrə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, doğum haqqında şəhadətnamə xx.xx.1979-cu ildə Təqsirləndirilən şəxs verilmiş, atası X13, anası Şahiddır. AZE 13506526 nömrəli şəxsiyyət vəsiqəsi xx.xx.2013-cü il tarixdə Gəncə- Kəpəz RPİ tərəfindən xx.xx.1975-ci ildə doğulmuş X5 verilmişdir. P1990815 nömrəli ümumvətəndaş pasportu xx.xx.1979-cu ildə doğulmuş Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək verilmişdir. C00074220 nömrəli ümumvətəndaş pasportu xx.xx.1975-ci ildə doğulmuş X5 xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək verilmiş, sonuncu dəfə həmin sənədlə xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasından Bakı şəhərində yerləşən “Heydər Əliyev” X7 X12 Məntəqəsindən ölkə ərazisinə daxil olarkən istifadə edilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsi ilə ittiham elan olunmuşdur; - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsnun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, X3 adına rəsmiləşdirilmiş saxta C00074220 nömrəli pasport cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. - 07 sentyabr 2023-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs CM-nin 318.1 və 320.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X6 əvvəllər məhkum edilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsnun əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 318.1 və 320.2-ci-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, maddi sübut kimi tanınan C00074220 nömrəli pasport cinayət işinin materillarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CMnin 318.1-ci maddəsi ilə 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası, CM-nin 320.2-ci maddəsi ilə 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınan C00074220 nömrəli pasport cinayət işinin materillarında saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 12 saat vaxta görə 72 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-190/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-190/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver