Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-190/2025 01.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X3 qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə germəmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 iyun 2024-cü il tarixdə saat 15 radələrində "xxxx" MMC-yə məxsus, etibarnamə əsasında idarə etdiyi "Kamaz" markalı ** JE *** dövlət nömrə qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi ərazisindən keçən Binə-Qala yolunun üzərində yerləşən "Ruslan" marketin yaxınlığında Qala qəsəbəsi istiqamətində 30-40 km/saat sürətlə hərəkətdə olan zaman "X8" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət intensivliyini, nəqliyyat vasitələrinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərər almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və bununla da yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməmiş və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisindən keçən Binə - Qala yolunun üzərində yerləşən "Ruslan" marketin yaxınlığında Qala qəsəbəsi istiqamətində həmin vaxt yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan avtomaşının arxa təkəri ilə onun sol ayaq pəncəsinin üstündən keçməklə zərərçəkmiş Zərərçəkmiş şəxs sol ayağının İİİ daraq sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirilməsinə səbəb olan yol hərəkəti və nəqliyyat vastələrinin istismarı qaydalarını pozmaqla yol-nəqliyyat hadisəsi törətmiş, eyni zamanda o, «X8» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən yolnəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini tərpətməməli, zərərçəkənlərə ilk tibbi yardım göstərməli, təcili yardım maşını çağırmalı, zərərçəkəni xəstəxanaya aparıb yenidən hadisə yerinə qayıtmalı, hadisə barəsində müvafiq icra hakimiyyəti orqanına məlumat verməli olduğu halda, qanunun bu tələblərini pozaraq, yol-nəqliyyat hadisəsi yerindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının hadisə yerinə gəlməsini gözləmədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, “Kamaz 6520” markalı **-JE-*** dövlət qeydiyyat nişanli avlomobili yol vərəqəsi əsasinda idarə etmişdir. xx.xx.2024-cü il tarixdə saal 15 radələrində Binə qəsəbəsindən üzü Qala yolu istiqaməlində 20-30 km/saat sürəllə hərəkət edirmiş. O, həmin yol ilə biraz gəldikdən sonra “Ruslan” marketin yanina çatmışdır. O, həmin yerə çatan zaman yolun solunda dayanmış vəziyyətdə olan ağ rəngli mikroavlobus görmüşdür. O, həmin mikroavlobusun yanına çatan zaman mikroavtobusun arxasından bir nəfər qadının dayandığını görmüşdür. Həmin qadın onun idarə etdiyi maşını görsə də, anidən hərəkət etmiş və hər iki əli ilə maşının kabinasına toxunaraq yerə yıxılmışdır. O, Kamazı saxlamış və dərhal yerə düşmüşdür. O, yerə düşənə kimi avtobusdakı insanlar oraya yığışmışlar. Zərərçəkmiş şəxsin ayağına geyindiyi çəkmələrdə maşının təkər izi olmamışdır. Ora yığışan digər qadınlar həmin qadını yaxınlıqda olan klinikaya aparmışlar. Həmin vaxt o, telefon nömrəsini abtobusun sürücüsünə vermiş və çıxıb getmişdir. Daha sonra zərərçəkmiş şəxsin qohumu kimi özünü təqdim edən şəxs ona zəng vurmuş və bildirmişdir ki, 200 manat həkim üçün pul göndərsin. O, da bank kartına 100 və 100 manat olmaqla, cəmi 200 manat pul göndərmişdir. Daha sonra zərrəçəkmiş şəxs ondan 1500 manat pul istəmiş, lakin onun maddi imkanı olmadığından həmin pulu verə bilməmişdir. Bundan sonra yəni xx.xx.2024- cü tarixdə ona məxsus nömrəyə zəng gəlmiş və bildirmişdir ki, vurduğu qızın anasıdır. Onlar razılaşmışlar ki, xx.xx.2024-cü il tarixdə axşam görüşsünlər. Lakin sonra yəni 24.06 2024-cü il tarixdə ona polisdən zəng gəlmiş va onu polisə dəvət etmişlər. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 21 iyun 2024-cü il tarixdə təxminən saat 15 radələrində işdən yaşadığı evə gələn zaman Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolunda yerləşən "Ruslan" marketin qarşısında Qala qsəbəsindən Binə qəsəbəsinə gedən yolun sağ hissəsində avtobusdan düşüb avtobusun arxa hissəsindən yola çıxaraq Qala qəsəbəsində gələn tərəfə baxıb yolu keçəndə yolun ortasında onu Kamaz markalı maşın vurmuşdur. O, yolun sağ hissəsinə yıxılmışdır. Bu zaman avtobusda olan iş yoldaşları avtobusdan düşərək onun yanına gəlmişlər və onu avtobusa qoyaraq yaxınlıqda yerləşən "Avita" Diaqnoz mərkəzinə aparmışlar. Orada onu müayinə etdikdən sonra evə buraxmışlar. Hadisə nəticəsində ona 1500 manat maddi ziyan dəymiş, lakin ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, xx.xx.29024-cü il tarixdə təxminən saat 15 radələrində Bakı şəhəri, Binə qəsəbəsi, Bakavtomat zavodu yaxınlığında yerləşən məhəllədə "Ruslan" marketdə olan zaman mağazanın yanında səsküy qopduğunu eşitmiş və nə hadisə baş verdiyini orada olan şəxslərdən soruşduqda həmin şəxslər bildirmişlər ki, onun qonşusu Güneli avtomaşın vurmuşdur. Bilmişdir ki, Güneli mikroavtobusun sürücüsü digər şəxslərin köməyi ilə avtomaşına qoyaraq həkimə aparmışdır. O, da tez idarə etdiyi avtomaşını sürərək mikroavtobusun arxası ilə xəstəxanaya getmişdir. Orada Güneli müayinə etdikdən sonra bildirmişlər ki, xəstəxanaya pul ödənilməlidir. Bu zaman ona orada olan şəxslərdən biri mobil nömrə verərək bildirmişdir ki, bu nömrəni Güneli vuran sürücü vermişdir. O, da həmin mobil nömrə ilə əlaqə saxlayaraq bildirmişdir ki, 200 manat xəstəxanaya pul lazımdır. Bu zaman həmin şəxs ondan kart nömrəsi istəmiş və o, öz bank kartının nömrəsini həmin şəxsə verdikdən sonra həmin şəxs 100 manat pul göndərmişdir. O, 100 manat pulu bankomat vasitəsi ilə çıxardaraq Günelǝ vermişdir. O, xəstəxanadan Güneli çıxardaraq evlərinə aparmışdır. Sonra onun bank kartına yenidən 100 manat gəlmiş və Güneli vuran sürücü zəng edərək 100 manat göndərdiyini bildirmişdir. Digər Şahid2 məhkəmədə verdiyi ifadəsində bildirdi ki, etibarnamə əsasında “Hyunday” markalı ** ME *** dövlət qeydiyyat nömrəli mikroavtobusu idarə edirmiş. O, həmin avtomaşın ilə Zirə qəsəbəsində yerləşən istilikxanada işləyən fəhlələri yaşadıqları Binə qəsəbəsinə aparıb gətirirmiş. xx.xx.2024-cü il tarixdə təxminən saat 15 radələrində Zirə qəsəbəsinə getmiş və orada fəhlələri götürərək Qala qəsəbəsindən Binə qəsəbəsinə hərəkət edən zaman Binə qəsəbəsində “Ruslan” marketin qarşısında xanımlardan biri avtobusdan düşmək istəmişdir. O, mikroavtobusu yolun kənarına çəkərək saxlamış və Günel xanım mikroavtobusdan düşmüşdür. O, Günel düşdükdən sonra hərəkətə başlamış, lakin yan güzgüyə baxdıqda Günelin yıxıldığını görmüşdür. İdarə etdiyi mikroavtobusu saxlamış və sərnişinlərlə birlikdə Günelə yaxınlaşdıqda ona məlum olmuşdur ki, Güneli yolu sağdan sola keçən zaman Kamaz markalı su maşını vuraraq xəsarət yetirmişdir. Orada olanda Kamaz markalı su maşının sürücüsü onlara yaxınlaşmış, əlaqə saxlamaq üçün mobil telefonunu onlara vermək istəmiş, lakin o, mobil telefonunu mikroavtobusa qoyaraq düşdüyündən orada olan tanımadığı şəxsə mobil nömrəsini verərək çıxıb getmişdir. Bundan sonra mikroavtobusda olan şəxslərin köməkliyi ilə Güneli onun idarə etdiyi mikroavtobusa qoyaraq yaxınlıqdakı klinikaya aparmışlar. Orada Günelin yaxınları gəldikdən sonra o, klinikanı tərk edərək çıxıb işinə getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan, sxemdən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə-Qala yolunda hadisə yerinə baxış keçirilmiş və sxem çəkilərək cinayət işinə əlavə olunmuşdur; - Sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2033-cü il tarixədək etibarlı olan “BCD” kateqoriyalı BB 332730 nömrəli sürücülük vəsiqəsi verilmişdir; - xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, Kamaz 6520 markalı ** JE *** dövlət qeydiyyat nişanlı yük maşınının idarə edilməsi Təqsirləndirilən şəxs etibar edilmişdir; - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2- 182667/24 saylı məktubuna əsasən xx.xx.1963-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə (xx.xx.2033-cü il tarixədək etibarlı olan) BB 332730 nömrəli "B1 B C1 C D1 D" kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir; - xx.xx.2024-cu il tarixli "ifadənin yerində yoxlanılması" barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa vermiş olduğu ifadələrini təsdiq edərək əyani şəkildə hadisənin baş vermə mexanizmini göstərmiş və həmin vaxt fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 xx.xx.2024-cü il tarixli, 694 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxsı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol ayağının İİİ daraq sümüyünün yerdəyişməyən sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğuna görə bu Az ağır dərəcəli zərərvurmaya aiddir; - Məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024-cü il tarixli 8/2096 nömrəli rəyindən görünür ki, Kamaz 6520 markalı 77JE181 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X8» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kortatekasında heç bir məlumat yoxdur; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən aydın olur ki, hər birində 100 manat olmaqla iki dəfəyə cəmi 200 manat pul bank kartına köçürülmüşdür; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi A.Həsənov tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 264-cü maddəsinə əsasən bu məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 15-ci bəndində göstərilir ki, məhkəmələrin diqqəti ona cəlb edilsin ki, «X8» Qanuna müvafiq olaraq sürücü yolnəqliyyat hadisəsindən zərər çəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur («X8» Qanunun 37-ci maddəsinin İY hissəsi). Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq CM-nin 263-cü və ya 263-1-ci maddələri ilə yanaşı, həm də CMnin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın qismən ödənilməsini (CM- 59.1.14), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 264-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, azadlığın məhdudlaşdırılması cəzasının 02 günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli (CM-68.1.1-1), ona təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir (CM-66.2, 66.4),. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin mənasına uyğun olaraq:- şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı(CİM-67.2), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir(CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1 və 264cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanmaqla Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 85 manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə tutulsun (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 05 saat vaxta görə 30 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-190/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-190/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver