Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-191/2022 16.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxx 1974-cü ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 1-ci Mədən nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etməklə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Ağdərə rayonundan məcburi köçkün düşmüş X1 adına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində dövlət tərəfindən tikilən məcburi köçkünlər üçün ev növbəsinə durmaq işini həll edəcəyi barədə vəd verib aldadaraq 2020-ci ilin aprel ayının əvvəlində Müğani Hümbətovun ailə üzvlərindən 3000 manat pulu hissə-hissə nağd olaraq, 23 aprel 2020-ci il tarixdə isə eyni məqsədlə öz adına olan **********410301 nömrəli "xxxx" kartına göndərilən 3000 manat pulu Xəzər rayonu, Mərdəkan qəsəbəsində bankomatdan çıxarıb ələ keçirməklə zərərçəkmiş şəxsə 6000 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2016-cı ilədək Təhsil Nazirliyi ilə müqavilə əsasında "xxxx" MMC-nin işçisi kimi komyuter və kamera təmiri mütəxəsisi kimi işləmişdir. Daha sonra fərdi qaydada komyuter mütəxəssisi kimi işləməyə başlamışdır. 2019-cu ilin sonlarında Müğani Hümbətovun arvadı Lalə xanımın sifarişi əsasında onun yaşadığı Xəzər rayonu, Binə qəsəbəsindəki evinə gedərək komyuter və notbuklarını təmir etmişdir. Həmin vaxt Müğani Hümbətov da, evdə olmuşdur. Söhbət əsnasında Lalə xanım onun Təhsil Nazirliyinin tərkibində komyuter mütəxəssisi kimi işləməyi öyrəndikdə ondan qızı Kəmalənin ingilis dili müəlliməsi kimi Xəzər rayonu ərasizində hər hansı məktəbə düzəltməklə ona köməklik etməyi bildirmişdir. O, bu barədə maraqlanıb məlumat verəcəyini demişdir. 2020-ci ilin yanvar ayının sonlarında Lalə xanımla vatsapla danışaraq Təhsil Nazirliyində olan tanışının vasitəsi ilə qızını 3000 manat pulun müqabilində Xəzər rayon ərasizindəki məktəblərdən birinə müəllimə düzəldə biləcəyini demişdir. Lalə xanım razı olduğu üçün onun 2020-ci ilin fevral ayının əvvəllərində Xəzər rayonu, Binə qəsəbəsindəki evində görüşərək 1500 manat pulu Lalə xanımdan almışdır. Həmin vaxt onun əri Muğani evdə olmuşdur. Lalə xanım qalan 1500 manat pulu qızı Kəmalə işə çıxdıqdan sonra verəcəyini demiş və o, razılaşmışdır. 2020-ci ilin mart ayında pandemiya başlamamışdan əvvəl Kəmalənin əri Türkiyə vətəndaşı olduğundan məcbur qalıb Türkiyəyə qayıtmışdır. Bu səbəbdən Lalə xanım qızı Kəmalənin müəllimə işinə düzəlməsinin daha lazım olmadığını bildirmiş və ona verdiyi 1500 manat pulu geri istəmişdir. O, 1 həftə sonra 1500 manat pulu Lalə xanıma Binə qəsəbəsində “Ağsaray” şadlıq evinin qarşısında qaytarmışdır. Həmin vaxt Lalə xanım dövlət tərəfindən Bakıxanov qəəbəsində məcburi köçkün kimi ayrılan evlərdən əri Müğaniyə ev ayrılmasını təşkil etməyi xahiş etmişdir. O, əlaqələri vasitəsi ilə bu məsələni həll edə biləcəyini demiş və bunun müqabilində 5500 manat pul lazım olduğunu demişdir. Bu barədə İsrafil adlı tanışı ilə danışmış və o, bu məsələni həll edə biləcəyini dediyi üçün bu barədə Lalə xanıma bildirmişdir. Lalə xanım razı olduğu üçün ilkin olaraq ona 1500 manat pulu qaytarmış və əlavə 1000 manat pul vermişdir. Daha sonra onun "xxxx" kartına hissə-hissə pul göndərmiş, ən son isə 23 aprel 2020-ci il tarixdə kartına 3000 manat pul göndərmişdir. O, həmin pulu Mərdəkan qəsəbəsində stansiya adlanan ərazidə "xxxx"a aid bankomatdan çıxarrtmışdır. Həmin məsələni həll etmək üçün danışıqlar aparsa da, tanışı İsrafil Əliyev adlı şəxs özünə qəsd edərək vəfat etdiyi üçün o, həmin pulu ondan ala bilməmiş, nə də ki, Zərərçəkmiş şəxs adına Bakıxanov qəsəbəsində məcburi köçkün kimi ev ayrılması məsələsini həll edə bilməmişdir. Həmin vaxtlar COVİD 19 virusu ilə bağlı işlər dayandığından maddi vəzyəti pis olduğundan Lalə xanımdan aldığı pulu geri qaytara bilməmişdir. O, sonradan Lalə xanımın ona atdığı bank kartına 500 manat pulu 2021-ci il tarixdə xatırlamadığı ayda ödəmiş və pulun əvəzindən 500 manatlıq «Samsung A 51» markalı mobil telefonu ona taksi ilə Binə qəsəbəsinə göndərtdirib özünə verdirmiş və həmin vaxtdan sonra Lalə xanım Türkiyəyə qızının yanına getmişdir. O, aldığı puldan 1750 manat ödəmiş, qalan pulu isə ödəyəcəkdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, dəymiş ziyanın qalan hissəsini də, ödəyəcəyini bildirərək yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadəsində göstərdi ki, qızı X5 Respublikasının vətəndaşıdır. O, 1992-ci ildən Ağdərə rayonundan məcburi köçkün düşdüyündən 3 il əvvəl dövlət tərəfindən məcburi köçkünlərə tikilən evlərə növbəyə durmuşdur. Qızı Kəmalə 2020ci ildə gələrkən onun ev növbəsinə durmağını bilmişdir. 2020-ci ilin aprel ayında qızı Kəmaləyə və arvadı Şahid Təqsirləndirilən şəxs adlı şəxslə onunla yanında danışaraq ev məsələsini tezləşdirmək adı ilə ilkin olaraq qızı X7 qəsəbəsində yaşadığı evdə 3000 manat pul vermişdir.O, həmin pulu qızından borc alaraq almışdır. Sonra isə Rzanın göndərdiyi **********410301 Kapital bank kartına 3000 manat pulu Binə qəsəbəsində “Araz” marketdən 23 aprel 2020-ci il tarixdə göndərmişdir. Rza onun adına məcburi köçkünlərə tikilən evlərdən ev ayrılması məsələsini 20 gün ərzində həll etdirəcəyini söz vermişdir. 2020-ci ildə 2-ci Qarabağ müharibəsi zamanı Rza onunla telefonda və vatsapda danışaraq torpaqlar qayıtdığından Bakıdan heç bir ev ayrılmayacağını və pulu qısa müddətə qaytaracağını demişdir. Xeyli vaxt keçsə də, Rza onları aldadaraq aldığı 6000 manat pulu qaytarmamışdır. Ona görə də, o, Xəzər RPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət etmişdir. O, qızı Kəmalənin Rzaya verdiyi 3000 manat pulu ona qaytarmışdır. Ona dəymiş ziyanın 1750 manatı ödənilmiş, qalan 1250 manat ziyanı iyul ayınadək ödəyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənilməsini tələb etdiyini, ona hər hansı cəza təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid Sabit qızı istintaq zamanı zərərçəkmiş şəxs X1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. 19 aprel 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, hal-hazırda ölkə xaricində olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini qeyd etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 28 oktyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1974-cü ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Mingəçevir şəhər Məhkəməsinin 25 may 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, əməlini etiraf etməsini, səmimi peşmançılığını, dəymiş ziyanın çox hissəsini ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Musa Məmmədovun 19 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək saxlanıldığı Xəzər RPİ-nin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 mart 2022-ci il tarixdən 19 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, zərərçəkmiş şəxs X4 yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişlər. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxs X4 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat, məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat olmaqla ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, 180 (yüz səksən) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 mart 2022-ci il tarixdən 19 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 1-ci Mədən ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-191/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-191/2022
16.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver