Məhkəmə qərarları › İş №1(003)-193/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-193/2022

14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-193/2022 14.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu yeni yaşayış sahəsində yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 13 mart 2022-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu yeni yaşayış sahəsində arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı əli və stul ilə sonuncunun bədəninin müxtəlif yerlərinə vuraraq ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2010-cu ildə ailə qurmuş və həmin nikahdan 1 uşaqları vardır. 13 mart 2022-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu yeni yaşayış sahəsində yaşadığı evə gedərkən qızı üçün peçennik almışdır. Peçenniki qızı Zeynəbə versə də, qızı peçenniki yerə atmışdır. Buna görə də, arvadına həmin peçenniki götürüb qızına verməsini demişdir. Bununla bağlı aralarında yaranmış mübahisə zamanı arvadı onu nəlayiq sözlərlə təhqir edərək vəfat etmiş anası Gözəl Mustafayevanın divarda asılmış şəklini ayaq altına atmışdır. Buna görə də, o əsəbləşərək əli və uşağın oturduğu balaca stol ilə arvadının bədəninin müxtəlif yerlərinə vurmuşdur. Məhkəmədən yüngül cəzanın təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi və toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 13 mart 2022-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu yeni yaşayış sahəsində yaşadığı evdə olarkən əri Cavanşir gələrək qızı Zeynəbə peçennik vermişdir. Qızı Zeynəbə peçenniki yerə atdığından aralarında mübahisə yaranmış və əri stul və əli ilə onun bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Təqsirləndirilən şəxs ilə barışmadığını bildirərək ona hər hansı cəzasının təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin məhkəmə-tibbi ekspertizasının 14 mart 2022-ci il tarixli, 273 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – boynun, sol əlin qançırları, sol əlin, sağ saidin sıyrıqları, ağrı sindromu və hərəkət məhdudluğu ilə iüşayiət olunan boynun yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən bir gün əvvəl olmaqla, qərarda göstərilən 13 mart 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 25 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs - 1) Xətai rayon Xalq Məhkəməsinin 07 mart 1990-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 143-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək CMnin 23-1-ci maddəsinə əsasən 2 il əməyə mütləq cəlb olunmaqla cəzası şərti təyin edilmişdir. 16 noyabr 1992-ci ildə Milli Məclisin 15 iyul 1992-ci il tarixli Amnistiya qərarının 8-ci bəndinə əsasən azad edilmişdir. 2) Nərimanov rayon Xalq Məhkəməsinin 23 dekabr 1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 144-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 20 noyabr 1998-ci ildə cəzasının sonu ilə azad edilmişdir. 3) Nizami rayon Xalq Məhkəməsinin 07 sentyabr 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 113-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 11 iyun 2005-ci ildə cəzasının sonu ilə azad edilmişdir, məhkumluğu ödənilmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, əməlini etiraf etməsini, bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs rəsmi olaraq heç bir yerdə işləməməsini və qazancının olmamasını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqat zamanı göstərdiyi hüquqi yardıma görə 5 (beş) saat vaxt, Müdafiəçi əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 5 (beş) saat vaxt sərf etmişdir. Ona görə də, 30 (otuz) manat məbləğində vəsait vəkil X1 və 30 (otuz) manat məbləğində vəsait vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu yeni yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X2 oğlu əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqatda göstərdiyi hüquqi xidmətə görə 30 (otuz) manat, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ**********0000001944, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil X1 və Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar