Məhkəmə qərarları › İş №1(003)-193/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-193/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-193/2024 24.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi- Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 2001-ci il tarixdə Naxçıvan MR, Sədərək rayonu, Qaraağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, ali təhsilli, evli, işləməyən, Naxçıvan MR, Sədərək rayonu, Qaraağac kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxx 1981-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edib qızları X14 və X5 atestat alacağına dair yalan vəd edib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2022ci ilin yanvar ayı ərzində ünvan 2 ünvanında yerləşən 101 saylı orta məktəbin qarşısında 600 manat, ünvan 3 ünvanında 1000 manat olmaqla ümumilikdə 1600 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs12 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib arvadı Günel Mirzəyevanı Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən məktəblərin birinə direktor müavini düzəldəcəyinə dair yalan vəd edib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin mart ayı ərzində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən çay evində 2500 manat, ünvan 3 ünvanında hissə-hissə olmaqla 7500 manat, ümumilikdə 10000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs8 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib arvadı Natavan Rəhimovanı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən 89 nömrəli orta məktəbə təsərrüfaçı kimi işə düzəldəcəyinə dair yalan vəd edib aldadaraq 2022-ci ilin may ayında Zərərçəkmiş şəxs12 vasitəsi ilə sonunucunun yaşadığı ünvan 3 ünvanında 5500 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs7 həmin məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib arvadını və baldızını Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 18 saylı bağçaya müəllimə və tibb bacısı kimi işə düzəldəcəyinə dair yalan vəd edib aldadaraq 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs12 vasitəsi ilə ünvan 3 ünvanında 5000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs9 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 arvadı Kəmalə Qasımovanı Bakı şəhəri ərazisində yerləşən məktəblərin birində müəllimə kimi işə düzələdəcəyini yalandan vəd edib aldadaraq 18 iyul 2022-ci il tarixdə ünvan 4 ünvanda yerləşən «Sapfir» restoranında 1600 manat, 21 iyul 2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən «Sənan» marketdə quraşdırlımış «e-manat» ödəmə terminalı vasitəsi ilə 150 manat, 10 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsi 3158/3156 məhəlləsində yerləşən «Kapital bank» ödəmə terminalı vasitəsi ilə 1000 manat, 15 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Qara Qarayev prospekti 91 ünvanın qarşısında 1000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs3 ümumilikdə 3750 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə pedoqoji təhsilli Zərərçəkmiş şəxs4 ixtisası üzrə işə qəbul etdirəcəyini vəd edib aldadaraq 05 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 56-da yerləşən «Nefçilər» metrostansiyasının qarşısında 500 manat, 30 sentyabr 2022-ci il tarixdə həmin ünvanda 2000 manat, 02 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 15a/4 ünvanında yerləşən «28 mall» ticarət mərkəzində 2000 manat və 20 noyabr 2022-ci il tarixdə «Million» ödəniş terminalı vasitəsi ilə 2000 manat pulunu ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 6500 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 Bakı şəhəri 182 saylı tam orta məktəbdə müddətli müqavilə ilə ibtidai sinif müəlliməsi işləyən arvadı X20 həmin işdə daimi saxlatdırmağını təmin edəcəyini yalandan vəd edib aldadaraq 02 oktyabr 2022-ci il tarixdə ünvan 9 ünvanında yerləşən 182 saylı tam orta məktəbin qarşısında 2500 manat, 10 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 56 ünvanında yerləşən «Neftçilər» metrostansiyasının qarşısında 3000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs5 ümumilikdə 5500 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 Quba rayonunda müəllimə işləyən arvadı Süsən Zeynalovanın iş yerinin Sumqayıt şəhərinə dəyişdirilməsini təmin edəcəyini yalandan vəd edib aldadaraq 23 noyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon, ünvan 11 ünvanının qarşısında Zərərçəkmiş şəxs6 3500 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs6 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs10 özünü istənilən şəxsi müəllim kimi işə düzəldə biləcəyi barədə köməklik göstərən şəxs kimi təqdim edərək həmin sahədə bütün məsələləri həll etmək imkanının olmasına dair formalaşdırdığı inam və etibardan sui-istifadə edib bununla bağlı ona müraciət edən Zərərçəkmiş şəxs10 qızı X6 Ağsu rayonunda yerləşən orta məktəblərin birində müəllim kimi işə düzəldəcəyinə inandıraraq qeyd edilən işin həll edilməsi üçün maddi nemət olan 1500 manat məbləğində pul vəsaitinin verilməsinin zəruri olmasını bildirib aldadaraq, Zərərçəkmiş şəxs10 ilə razılaşmaqla sövdələşmiş, həmin niyyətlə 29 noyabr 2022-ci il tarixdə saat 12 radələrində Şamaxı rayonu, Muğanlı dairəsinin yaxınlığında Zərərçəkmiş şəxs10 ilə görüşüb sonuncudan 1500 manat məbləğində pul vəsaitini alıb əldə edərək şəxsi ehtiyaclarına sərf edib, Zərərçəkmiş şəxs10 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyətə malik olmadığı halda Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yaşayan Zərərçəkmiş şəxs11 Elm və Təhsil Nazirliyinin təşkil etdiyi imtahanın müsahibə mərhələsindən keçirəcəyini vəd etməklə aldadıb 05 dekabr 2022-ci il tarixdə saat 16 radələrində Xaçmaz rayonu, Köhnə- Xaçmaz kənd orta məktəbində sonuncunun 3000 manat pulunu ələ keçirib vədinə əməl etmədən Zərərçəkmiş şəxs11 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyətə malik olmadığı halda Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yaşayan Zərərçəkmiş şəxs11 Xaçmaz rayonu, Köhnə-Xaçmaz kənd orta məktəbinə direktor təyin etdirəcəyini vəd etməklə aldadıb 15 dekabr 2022-ci il tarixdə saat 13 radələrində Xaçmaz rayonu, Köhnə- Xaçmaz kənd orta məktəbində sonuncunun 2000 manat pulunu ələ keçirib vədinə əməl etmədən Zərərçəkmiş şəxs11 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 qardaşı X15 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 288 saylı orta məktəbə təsərrüfat işçisi və qardaşının həyat yoldaşı X7 isə 292 saylı orta məktəbə Riyaziyyat müəllimi vəzifəsinə işə düzəltməyi vəd etməklə etibarından sui-istifadə etmə və aldatma yolu ilə 30 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi ərazisində 7500 manat pulunu ələ keçirməklə vədinə əməl etmədən zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X8 təhsil aldığı X1 imtahan kəsrlərini düzəltdirəcəyini vəd etməklə 2023-cü ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi ərazisində Heybət Ağabəylinin anası Zərərçəkmiş şəxs1 Qulam qızına məxsus 1100 manat pulu ələ keçirib vədinə əməl etmədən zərərçəkmiş Zərərçəkmiş şəxs1 Qulam qızına həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edib qızları X14 və X5 atestat alacağına dair yalan vəd edib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2022ci ilin yanvar ayı ərzində ünvan 2 ünvanında yerləşən 101 saylı orta məktəbin qarşısında 600 manat, ünvan 3 ünvanında 1000 manat olmaqla ümumilikdə 1600 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs12 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib arvadı Günel Mirzəyevanı Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən məktəblərin birinə direktor müavini düzəldəcəyinə dair yalan vəd edib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin mart ayı ərzində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən çay evində 2500 manat, ünvan 3 ünvanında hissə-hissə olmaqla 7500 manat, ümumilikdə 10000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs8 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs7 etibanndan sui-istifadə edib arvadı Natavan Rəhimovanı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən 89 nömrəli orta məktəbə təsərrüfaçı kimi işə düzəldəcəyinə dair yalan vəd edib aldadaraq 2022-ci ilin may ayında Zərərçəkmiş şəxs12 vasitəsi ilə sonunucunun yaşadığı ünvan 3 ünvanında 5500 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs7 həmin məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib arvadını və baldızını Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 18 saylı bağçaya müəllimə və tibb bacısı kimi işə düzəldəcəyinə dair yalan vəd edib aldadaraq 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs12 vasitəsi ilə ünvan 3 ünvanında 5000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs9 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, dələduzluq edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vurmuş olduğu 1100 manat ziyandan tam olaraq ödəniş etmiş, Zərərçəkmiş şəxs2 vurmuş olduğu 7500 manat ziyandan heç bir ödəniş etməmiş, Zərərçəkmiş şəxs3 vurmuş olduğu 3750 manat ziyandan heç bir ödəniş etməmiş, Zərərçəkmiş şəxs4 vurmuş olduğu 6500 manat ziyandan 3000 manat ödəmiş, 3500 manatını isə ödəməmiş, Zərərçəkmiş şəxs5 vurmuş olduğu 5500 manat ziyandan heç bir ödəniş etməmiş, Zərərçəkmiş şəxs6 vurmuş olduğu 3500 manat ziyandan heç bir ödəniş etməmiş, Zərərçəkmiş şəxs10 vurmuş olduğu 1500 manat ziyandan heç bir ödəniş etməmiş, Zərərçəkmiş şəxs11 vurmuş olduğu 5000 manat ziyandan heç bir ödəniş etməmiş, Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs2 ilə vurmuş olduqları 5500 manat ziyandan ona aid olan 2500 manat hissəsində heç bir ödəniş etməmiş, Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs2 ilə vurmuş olduqları 10000 manat ziyandan ona aid olan 3000 manat hissəsində heç bir ödəniş etməmiş, Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs2 ilə vurmuş olduqları 5000 manat ziyandan ona aid olan 1600 manat hissəsində heç bir ödəniş etməmiş, Zərərçəkmiş şəxs12 Təqsirləndirilən şəxs2 ilə vurmuş olduqları 1600 manat ziyanı isə tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, cinayət əməlləri nəticəsində vurmuş olduğu ziyandan qismən ödəməsini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs1 ilə vurmuş olduqları 5500 manat ziyandan ona aid olan 3000 manat hissəsində tam olaraq ödəniş etmiş, Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs1 ilə vurmuş olduqları 10000 manat ziyandan ona aid olan 7000 manatın 6500 manat hissəsini ödəniş etmiş, Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs1 ilə vurmuş olduqları 5000 manat ziyandan ona aid olan 3400 manat hissəsində tam olaraq ödəniş etmiş, Zərərçəkmiş şəxs12 Təqsirləndirilən şəxs1 ilə vurmuş olduqları 1600 manat ziyanı isə tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, onlarla barışıq əldə etdiyini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını bildirərək ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Qulam qızı bildirdi ki, oğlu X21 Azərbaycan X36 Akademiyasının tələbəsi imiş. Heybətin oxuduğu Akademiyada kəsrləri olduğu üçün qonşuluqda yaşayan Nəsirov X11 bu işdə köməklik edə biləcəyini bildirmişdir. Belə ki, Əhməd özü onunla görüşüb söhbət edərkən bildirmişdir ki, Elm və Təhsil nazirliydə yaxşı tanışları var və Heybətin kəsrlərinin düzəlməsinə köməklik edəcək. Əhməd həmin işin 1100 manata başa gələcəyini bildirmiş və o da razılaşmışdır. 2023-cü ilin fevral ayının əvvəllərində oğlu Heybətin kəsrlərinin həll edilməsinə köməklik göstərilməsi məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsi ərazisində hissə-hissə olmaqla Əhmədə ümumilikdə 1100 manat pul vermişlər. Əhməd kəsrləri tez bir zamanda həll edəcəyinə söz vermişdir. Bundan sonra Əhmədlə dəfələrlə əlaqə saxlasalarda Əhməd müxtəlif bəhanələr gətirərək nə kəsrləri düzəltmiş, nədəki pulu qaytarmışdır. Belə ki, Əhməd etibarından istifadə edib 1100 manat pulu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, Təqsirləndirilən şəxs1 qəsəbə sakini kimi tanıyır. Söhbət zamanı Əhməd Elm və Təhsil nazirliyində yaxşı tanışlarının olduğunu və lazım olsa ona və yaxınlarına köməklik edə biləcəyini bildirmişdi. Həmin ərəfədə qardaşı X22 və qardaşının həyat yoldaşı X16 işsiz olduğu üçün Əhməddən onların işə düzəlməsinə köməklik etməyini xahiş etmişdir. Əhməd bildirmişdi ki, Rasimi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 288 saylı orta məktəbə təsərrüfat işçisi və qardaşının həyat yoldaşı Zeynəbi isə 292 saylı orta məktəbə Riyaziyyat müəllimi vəzifəsinə işə düzəldə bilər. O da Əhmədlə razılaşdığından Əhməd həmin işin ümumilikdə 7500 manata başa gələcəyini bildirmişdi. 30 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi ərazisində 7500 manat pulu sayıb Əhmədə vermişdir. Əhməd pulu alıb tez bir zamanda işi həll edəcəyini bildirib çıxıb getmişdir. Bundan sonra onunla dəfələrlə əlaqə saxlasa da Əhməd müxtəlif bəhanələr gətirərək nə qardaşını, nə qardaşının yoldaşını işə düzəltmiş, nə də ki, pulunu qaytarmışdır. Belə ki, Əhməd onun etibarından istifadə edib 7500 manat pulunu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdə təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, 2022-ci ilin iyul ayında arvadı X17 işə düzəltmək istəmiş və bu barədə bacısı oğlu X9 demişdir. Bir-iki gün sonra bacısı oğlu Samir ona demişdir ki, dostu Əhməd Təhsil Nazirliyində işləyir, Əhmədə demiş, Əhməd onun arvadını işə düzəltməyə söz vermiş, gedib onunla görüşə bilər və Əhmədin nömrəsini ona vermişdir. O da Əhmədə zəng vurub danışmış, Əhməd onu Nizami rayonu, B.Çobanzadə küçəsindəki “Sapfir” restoranına görüşməyə çağırmışdır. O, "Sapfir" restoranına gedib orada Təqsirləndirilən şəxs1 ilə görüşmüş, ona da arvadını işə düzəltmək istədiyini demişdir. Əhməd ona demişdir ki, arvadını işə düzəldə bilər və bunun üçün 3500 (üç min beş yüz) manat və sənədləri də hazırlamaq üçün əlavə olaraq 250 (iki yüz əlli) manat verməlidir. O, razı olmuşdur. Həmin söhbətdən 4 gün sonra günorta vaxtı Əhmədə zəng vurub demişdir ki, 1600(bir min altı yüz) manat pul düzəldib, görüşüb ona versin. Əhməd onu "Sapfir" restoranına çağırmış, o, ora gedib 1600(bir min altı yüz) manat pulu Əhmədə vermişdir. Bundan təxminən 10 gün sonra Əhməd ona zəng vurub soruşmuşdur ki, “pulu düzəltmisənmi?” O demişdir ki, üstündə 150 (bir yüz əlli) manat pul var, Əhməd demişdir ki, ona kart nömrəsi göndərəcək, pulu həmin karta vurarsan və az sonra Əhməd onun mobil telefonuna **********777511 hesab kartının nömrəsini göndərmiş və o da Binəqədi rayonu "Azadlıq" metro stansiyasının yanındakı “E manat" terminalından Əhmədin göndərdiyi karta köçürmüşdür. Bir müddət sonra 1000(bir min) manat pulu yenə də "Azadlıq” metro stansiyasının yanındakı "UniBank"-ın içərisindəki terminal vasitəsi ilə Əhmədin həmin kartına köçürmüşdür. Bundan təxminən bir həftə sonra Nizami rayonu "Neftçilər" metro stansiyasının yaxınlığında Əhmədə 1000(bir min) manat pul vermiş, yəni bununla da Əhmədlə danışıb razılaşdığımız 3750 (üç min yeddi yüz əlli) manat pulu Əhmədə vermiş və Əhməd ona demişdir ki, imtahanların nəticəsini gözləsin, hər şey danışılıb, yaxşı olacaq, heç narahat olmasın. 2022-ci il sentyabr ayının 05-də imtahan keçirilmiş, onun yoldaşı imtahanda iştirak etsə də, imtahandan keçə bilməmişdir. O, Əhmədə zəng vurub bu barədə demiş, Əhməd ona dedişdir ki, narahat olmasın, onun arvadının keçid balını artıracaqlar, işi düzələcək. Bundan təxminən 10 gün sonra o, Əhmədə zəng vurub arvadının məsələsinin nə yerdə olduğunu soruşmuş, Əhməd ona demişdir ki, ballari artıra bilməmişlər, gözləsinlər imtahanların ikinci turu olacaq, arvadı həmin imtahanda iştirak edib işə qəbul olunacaq. Lakin, noyabr ayının əvvəlinə kimi heç bir təkrar imtahan olmamış, o, Əhmədə zəng vurub danışmış, Əhmədə demişdir ki, işi düzəltmədiyi üçün verdiyi pulunu və arvadının sənədlərini qaytarsın. Əhməd onu "Neftçilər” metro stansiyasının yanına görüşə çağırmış, onunla orada görüşmüşlər, Əhməd demişdir ki, əlavə 1000(bir min) manat da versin, işlərini düzəltsin. Həmin vaxt Əhmədin yanına bir qız yaxınlaşmışdır. Əhmədə demişdir ki, pulu yoxdur, pullarını və sənədləri qaytarıb versin. Sonra Əhməd ona 050:490-00-08 GSM nömrəsini verib bildirmişdir ki, həmin nömrə Fuad Babayevə məxsusdur, o, Təhsil Nazirliyində şöbə rəisidir, o, özü ona zəng edəcək. O, təxminən 15 gün gözləmiş, ona heç bir zəng olunmamışdır. Başa düşmüşdür Əhməd onun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edərək pulunu ələ keçirmişdir. Əhmədə 18 iyul 2022-ci il tarixdə ünvan 12 ünvanda yerləşən «Sapfir» restoranında 1600 manat nağd pul, 21 iyul 2022-ci il tarixdə Binəqədi rayonu 7- ci mikrarayon Xarici Dairəvi 64 ünvanında yerləşən "Sənan" marketda olan E-manat vasitəsi ilə 150 manat, 10 avqust 2022-ci il tarixdə Binəqədi rayonu 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov 3158/3156 məhəlləsində yerləşən kapital bank ödəmə terminalı ilə 1000 manat, 15 avqust 2022-ci il tarixdə Qara Qarayev prospekti 91 ünvanın qarşısında görüşərək Təqsirləndirilən şəxs1 1000 manat ödəniş etmiş və ümumilikdə ona 3750 manat miqdarda ziyan dəymişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdə təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, 2022-ci ilin sentyabr ayında ixtisası üzrə müəllimə kimi işə düzəlmək istəmiş və bu barədə tanıdığı X13 dedikdə o bildirmişdi ki, Əhməd Nəsirli adlı qohumu var və onu işə düzəldə bilər. Bu məqsədlə Gülşadın iştirakı ilə Əhməd Nəsirli ilə görüşmüşdür. İlk görüşdə Əhməd onu işə düzəltmək üçün 5000 manat pul istəmişdir. Onunla razılaşıb beh olaraq Nizami rayonu Neftçilər metrosunun yaxınlığında Gülşadın iştirakı ilə ona 500 manat pul vermişdir. Həmin vaxtadək artıq bütün müsabiqələrdən keçmişdir. Bundan sonra 2022-ci ilin sentyabrın axırlarında o, işə düzələndən sonra oktyabrda 2000 manat və noyabr ayında isə 2000 manatı, yəni daha 4000 manatını da Əhmədə Nizami rayonu Rüstəm Rüstəmov küçəsində Əhmədin nişanlısı kimi təqdim etdiyi Zəhra adlı xanımın yanında vermişdir. Bundan sonra onun qrup yoldaşı Ülkərə bildirmişdir ki, o, Əhmədin vasitəsi ilə işə düzəlmişdir. Ona görə də Əhmədin əlaqə nömrəsini Ülkərə vermiş və sonradan ona məlum olmuşdur ki, Ülkərin həyat yoldaşı İsmayıl Əhmədlə görüşərək ona 2500 manat pul vermişdir. Lakin Ülkərin işi alınmamışdır. Bundan sonra o, başa düşmüşdür ki, o özü işə düzəldiyi halda Əhməd onu aldadıb pulunu ələ keçirmişdir. Bundan əlavə Ülkər Əhmədə verdiyi pulu geri ala bilmədiyinə görə Ülkərin həyat yoldaşı Nərimanov rayon polis idarəsinə şikayət etmişdir. Bu səbəbdən onun adı da həmin şikayətdə hallanmaması üçün Əhmədin Ülkərdən aldığı pulun 2000 manatını o özü Ülkərə qaytarmışdır. Bundan sonra isə daha Əhməd onun telefon zənglərinə və SMS-lərinə cavab verməmişdir. X18 4500 manatını ələ keçirmiş və onun Ülkərdən aldığı pulun 2000 manatını o özü ödədiyini də hesaba almaqla ona 6500 manat ziyan vurmuşdur. Əlavə olaraq bildirmişdir ki, o, 5 sentyabr 2022-ci il tarixdə Nizami rayonu, Qara Qarayev prospekti, 56 ünvanında yerləşən Nefçilər Metrostansiyanın qarşısında Təqsirləndirilən şəxs1 500 manat ödəmiş, 30 sentyabr 2022-ci il tarixdə eyni ünvanda 2000 manat pul ödəmiş, bir də sonuncu pulu ona Nəsimi rayonu Azadlıq prospekti 15a/4 ünvanda yerləşən "28 mall" ticarət mərkəzində 2000 manat pul ödəmişdir. Bildirmişdir ki, həmin 4500 manatdan əlavə izahatında göstərdiyi kimi, o, Təqsirləndirilən şəxs1 əvəzinə tanıdığı və Əhməd ilə tanış etdiyi Ülkər adlı tanışına 2000 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyandan 3000 manatı ödənilmiş, 3500 manatı isə ödənilməmişdir, bu səbəbdə təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirdi ki, həyat yoldaşı X3 rayonu 32 saylı tam orta məktəbdə ibtidai sinif müəlliməsi kimi müddətli fəaliyyət göstərirdi ki, işlədiyi ünvanda daimiləşməsi üçün hazırlıq kurslarında olan zaman orada gedən söhbətlər əsnasında yoldaşı ona Təqsirləndirilən şəxs1 adlı şəxsin ona köməklik edə biləcəyi barədə mənə məlumat vermişdir ki, o da həmin şəxsin, yəni Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrəsinə zəng vurub onunla ilk dəfə 02 oktyabr 2023-cü il tarixdə X25 işlədiyi 182 saylı tam orta məktəbin qarşısında görüşmüş və sözü gedən məsələ barədə danışdıqda o, onu əmin etmişdir ki, həqiqətən heç bir problem olmadan həyat yoldaşının məktəbdə müəllimə kimi işləməsini daimiləşdirə bilər. Bu səbəbdən də ondan ümumilikdə 5500 manat pul istəmişdir ki, həmin pulun 2500 manatı ünvan 16 ünvanında yerləşən 182 saylı orta məktəbin qarşısında vermiş, məbləğin digər hissəsini 10 oktyabr 2022-ci il tarixdə Nizami rayonu Qara Qarayev prospekti 56 ünvanda yerləşən Neftçilər metrosunun yaxınlığında Təqsirləndirilən şəxs1la görüşmüş və ona əlavə olaraq 3000 manat pul vermişdir. O isə tezliklə yəni təxminən 1 aya qədər müddət ərzində işləri həll olacağını ona bildirdikdən sonra o, həmin şəxsdən müsbət bir cavab gözlədiyi halda ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 dələduzluq etmiş, artıq onun barəsində şikayətlər olmuşdur. O da məcbur olub həmin şəxsin ona qarşı etdiyi dələduzluq əməlinə qarşı şikayət etməli olmuşdur. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdə təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 bildirdi ki, Nəsirli Əhməd adlı şəxsi iki aydan çox olar ki, tanıyır. Belə ki, Əhməd Nəsirli həyat yoldaşının qrup yoldaşı Gülnarın tanışıdır. Gülnar daimi onun həyat yoldaşı Zeynalova Süsən ilə ünsiyyətdə olmuşdur. Gülnar yoldaşı ilə danışarkən yoldaşına bildirmişdir ki, müəllimə kimi Nəsirli Əhməd adlı şəxs onu işə düzəldəcəkdir, eləcə də Gülnar həyat yoldaşına bildirmişdir ki, əgər istəyirsə iş yerini həmin şəxs Sumqayıta dəyişdirə bilər. Onun həyat yoldaşı Quba rayonunda müəllimə işlədiyindən onlar həyat yoldaşının iş yerini Sumqayıt şəhərinə dəyişdirmək qərarına gəlmiş və Əhmədin onunla əlaqə yaratması üçün yoldaşı Susən Gülnara onun telefon nömrəsini vermişdir. Eləcə də Gülnar bildirmişdir ki, Əhməd Nəsirli həyat yoldaşının iş yerini Sumqayıt şəhərinə dəyişdirməsi üçün 3500 AZN pul istəyir. O da etiraz etməmiş və həmin məbləği Əhməd Nəsirliyə vermək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə Əhməd Nəsirli ona özünə məxsus ***-***-**-** nömrəsindən zəng edərək onunla görüşmək və pulu ondan götürmək istədiyini bildirmişdir. O da 13-cü mikrorayona gəlməsini Əhmədə demişdir. Həmin günü o, iş yoldaşı Elvin ilə, Əhməd Nəsirli ilə Sumqayıt şəhəri 13-cü mikrorayonda görüşmüşlər. X29 bildirmişdir ki, iki ay müddətində həyat yoldaşının iş yerini Sumqayıt şəhərinə dəyişdirmə işini həll edəcəkdir. O da inanmış və Elvinin yanında 3500 AZN pulu Əhmədə vermişdir. Əhməd pulu alıb onların yanından uzaqlaşmışdır. Dekabr ayında o, bir-iki nəfərdən eşitmişdir ki, Əhməd bir neçə şəxsdən iş görmək adı ilə pul almışdır. Bu səbəbdən Əhməddən pulunu geri almaq qərarına gəlmiş və onunla görüşərək pulunu geri qaytarmasını tələb etmişdir. Əhməd isə ona vaxt verməsini xahiş edib 2023-cü ilin yanvar ayının 5-nə kimi iş düzəldəcəyini söz vermişdir. O, yenidən Əhmədə inanmışdır. Lakin Əhməd söz verdiyi kimi vədinə əməl etməmiş və artıq onun zənglərinə cavab verməmiş, yalnız vatsapda yazaraq hər dəfə işi düzəldəcəyini yazmışır. Bununla da Nəsirli Əhməd onu aldadaraq həyat yoldaşının iş yerini Sumqayıt şəhərinə dəyişdirəcəyi adı ilə Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən "Azza" şirniyyat mağazasının qarşısında yəni Sumqayıt şəhəri 13-cü mikrorayon ünvan 11 ünvanda ondan 3500 AZN alıb pulunu dələduzluq yolu ilə ələ keçirmişdir və nəticədə ona 3500 AZN maddi ziyan vurmuşdur. Qeyd etmişdir ki, Əhməd Nəsirliyə pul verməsi ilə bağlı aralarında notariat qaydasında hər-hansı rəsmi müqavilə bağlanılmamışdır. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdə təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 bildirdi ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin noyabr ayından tanımaqla, həmin şəxslə əvvəllər münasibəti olmamışdır. X43 Azərbaycan Dillər Universitetinin ingilis dili fakultəsini bitirmişdir, müəllim işləmək üçün imtahanlar versə də, keçid balını keçə bilmədiyi üçün müəllim kimi işləyə bilməmişdir. Təxminən 2022-ci ilin noyabr ayının ortalarında qızı Cəmalə ona demişdir ki, qrup yoldaşının Gülnar adlı tanışını Əhməd adlı şəxs 5000 (beş min) manata müəllim kimi daimi işlə təmin edib, buna görə də həmin şəxslə danışıb onu müəllim kimi işləməsi üçün işə düzltməsini istəmişdir. Bundan sonra qızı Cəmalə ***-***-**-** saylı mobil nömrəsi ilə Gülnar adlı xanımın istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə zəng edib danışmış, Gülnarla danışan zaman sonuncu bildirmişdir ki, Əhməd adlı şəxs onu 5000 manata Bakı şəhərində müqaviləsiz daimi işlə təmin edib, hal-hazırda da, müəllim kimi işləyir, danışdıqdan sonra X30 nömrəsini istəmişdir. Gülnar Əhmədin mobil nömrəsini verdikdən sonra sonuncunun ***-***-**-** saylı mobil nömrəsinə zəng edib ona nömrəsini Gülnar adlı xanımdan aldığını, qızını müəllim kimi işə düzəltmək istədiyini deyib, qızı Cəmaləni müəllim kimi işə düzəldib, daimiləşdirə bilib-bilməyəcəyini soruşmuşdur, Əhməd adlı şəxs ona Cəmaləni işə düzəldə və daimiləşdirə biləcəyini dedikdən sonra onunla üz-üzə görüşüb, bu barədə söhbət etmək istədiyini təklif etmişdir. Əhməd adlı şəxs razılaşdıqdan sonra təxminən 26 noyabr 2022-ci il tarixdə təxminən saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsində yerləşən "Ayxan" marketin qarşısında görüş təyin etmişlər. Yuxarıda göstərdiyi tarixdə və saatda xalam oğlu X31 ilə birlikdə Əhməd adlı şəxslə təyin etdiyi görüş yerinə getmişlər. Əhməd adlı şəxs gəldikdən sonra işlə bağlı söhbət etmiş, söhbət zamanı Əhməd adlı şəxs bildirmişdir ki, Ağsu rayon 5 saylı tam orta məktəbdə 7 saat vakant yer olduğunu və Cəmaləni oraya 13 dekabr 2022-ci il tarixə kimi olan müddət ərzində müqaviləsiz işə düzələcəyini, həmçinin işini daimiləşdirəcəyini deyib, Cəmaləni işə düzəltmək qarşılığında ondan 1500 (min beş yüz) manat pul istəmişdir, Əhməd adlı şəxsə üzərində dediyi məbləğdə pul olmadığını, ilkin tanışlıq üçün gəldiyini, rayona qayıtdıqdan sonra istədiyi məbləğdə pulu verə biləcəyini demiş, Əhməd adlı şəxs bir iki günə Qəbələ rayonuna, oradan da Yevlax rayonuna gedəcəyini, yolüstü onunla görüşüb, dediyi məbləği ala biləcəyini demiş, o, Əhməd adlı şəxslə razılaşdıqdan sonra qohumu Cəlal ilə birlikdə oradan uzaqlaşmışlar. Təxminən 29 noyabr 2022-ci il tarixdə, saat 12 radələrində Ağsu rayonu ərazisində olan zaman Əhməd adlı şəxs ona zəng edib Bakı şəhərindən çıxdığını və Şamaxı rayonu istiqamətində gəldiyini, bir saatdan sonra Şamaxı rayonu, Muğanlı kəndinə görüşməyi təklif etmişdir. O, həmin şəxslə danışdıqdan sonra razılaşdıqları 1500 manat məbləğində pulu götürüb, təxminən saat 15 radələrində Şamaxı rayonu, Muğanlı kəndi ərazisində yerləşən "Muğanlı" dairəsinə gəlmiş, həmin vaxt Əhməd adlı şəxslə görüşüb, 1500 manat pulu ona vermiş, Əhməd adlı şəxs pulu aldıqdan sonra markası və dövlət qeydiyyat nişanını görmədiyi qara rəngli sedan avtomobilə minmiş, lakin onun hansı istiqamətdə getməsinə fikir vermədən Ağsu şəhərinə qayıtmışdır. 13 dekabr 2022-ci il tarixinə kimi Cəmalənin işə qəbulu haqda xəbər gözləmiş, lakin 13 dekabr 2022-ci il tarixinə kimi heç bir məlumat olmamışdır. Buna görə 13, 14 dekabr 2022-ci il tarixlərində bir neçə dəfə Əhməd adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, lakin həmin şəxs zənglərinə cavab verməmiş, buna görə də Gülnar adlı xanıma zəng edib məsələ bardə ona danışıb, ona demişdir ki, Əhməd adlı şəxsə zəng edib desin ki, onun zənglərinə cavab versin. Bir neçə dəqiqə keçdikdən sonra Gülnar ona zəng edib Əhmədin telefonu açacağını demiş, bundan sonra o, Əhmədə zəng etmiş və işin nə yerdə olduğunu soruşmuşdur. Əhməd adlı şəxs xəstə olduğunu və buna görə Cəmalənin işini düzəldə bilmədiyini deyib ondan iki gün vaxt istəmişdir. O, Əhmədlə razılaşıb iki gün də, gözləməyə qərar vermiş, lakin iki gün keçməsinə baxmayaraq Cəmalənin işi ilə bağlı cavab olmadığından sonuncu dəfə təxminən 24,25 dekabr tarixlərində Əhməd adlı şəxsə zəng etmiş, sonuncu yenə də, zənglərinə cavab verməmişdir. Cəmalə Əhmədin göstərdiyi mobil nömrəsinə mesac yazaraq zəngə cavab verməsini istəmiş və bundan sonra Əhmədə zəng etmiş, Əhməd qızı Cəmalənin zənginə cavab vermiş və Əhmədlə danışmağa başlamışlar. Telefon danışığı zamanı Əhməd verdikləri 1500 manat pulun az olduğunu, əlavə 1250 manat da, verməli olduğunu, əgər 1250 manat pulu versə, 04 yanvar 2023-cü il tarixdən Cəmalənin işə qəbul olunacağını demiş, 04 yanvar 2023-cü il tarixində qeyri iş günü olduğu üçün bilmişdir ki, Əhməd onu aldadır və ona artıq qızını işə düzəltmək istəmədiyini deyib, verdiyi 1500 manat pulu geri qaytarmasını tələb etmişdir. Əhməd adlı şəxs iki gün ərzində ondan aldığı 1500 manat pulu Şamaxı rayonuna gəlib geri qaytarcağını bildirmiş, iki gün keçdikdən sonra Əhmədə zəng etmiş, lakin Əhməd zənglərinə cavab vermədiyi üçün 27 dekabr 2022-ci il tarixdə saat 17 radələrində bu səfər Gülnar adlı xanıma zəng etmiş, Gülnarla telefonda danışan zaman onun da, Əhməd adlı şəxs tərəfindən aldandığını, buna görə də polisə məlumat verdiyini deyib, onun da hadisə barədə polisə məlumat verməsini məsləhət görmüşdür, Bua görə də həmin tarixdə Əhməd adlı şəxsin onu aldadıb 1500 manat pulunu ələ keçirməsi ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, həmin vaxt Ağsu şəərində olduğundan hadisə ilə bağlı Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edə bilməmişdir. 29 dekabr 2022-ci il tarixdə vaxt edib hadisə barədə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, özünü Əhməd kimi təqdim edən şəxsdən şikayət və tələbi göndərdiyi 1500 manat pulunu geri qaytarmasıdır, başqa tələbi yoxdur. O, qızı X38 rayonunda müəllim kimi işə düzəltmək məqsədilə özünü Əhməd kimi təqdim edən şəxsə 1500 (min beş yüz) manat pulu təxminən 29 noyabr 2022-ci il tarixdə Şamaxı rayonu, Muğanlı kəndində yerləşən Muğanlı dairəsində vermiş, həmin vaxt orada Əhməd və ondan başqa heç kim olmamışdır. Özünü Əhməd kimi təqdim edən şəxsin Bakı şəhəri Təhsil idarəsində işləyib-işləməsi ilə bağlı maraqlanmış, həmin idarədən həmin şəxsin göstərilən idarədə işləməməsi barədə ona məlumat verdikdən sonra özünü Əhməd kimi təqdim edən şəxsin onu aldatmasını müəyyən etmiş, lakin artıq gec olmuş, pulu ona vermişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdə təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 bildirdi ki, Xaçmaz rayonu, Köhnə-Xaçmaz kənd tam orta məktəbində təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir və məktəb direktoru olmadığına görə iki il olar ki, direktor vəzifəsini də icra edir. Bildirmişdir ki, 2022-ci ilin avqust ayında Elm və Təhsil Nazirliyi orta məktəbələrə direktor təyini ilə bağlı imtahan elan etmiş və o da öz sənədlərini Elm və Təhsil Nazirliyinə təqdim etmişdir. 05 sentyabr 2022-ci il tarixdə o, Elm və Təhsil Nazirliyinin təşkil etdiyi test imtahanında iştirak edərək lazımı nəticəni göstərib növbəti mərhələyə buraxılmışdır. 01 oktyabr 2022-ci il tarixdə «esse», yəni yazılı mərhələ keçirilmiş və o, həmin imtahandan yüksək nəticə göstərmişdir. Üçüncü mərhələ isə müsahibə mərhələsi olmuşdur. O, eşitmişdir ki, kiminsə köməkliyi olmadan həmin mərhələni keçmək çox çətindir. 19 noyabr 2022-ci il tarixdə Bakı şəhərində rəfiqəsi İradə ilə görüşüb söhbət edərkən ondan müsahibə mərhələsindən keçməyin asan olubolmadığını soruşmuş, İradə də ona demişdir ki, Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsində Təqsirləndirilən şəxs1 işləyir, Əhməd onun müsahibə mərhələsindən keçməyinə köməklik göstərə bilər, istəyirsə onu Əhmədlə tanış etsin. O, İradənin təklifi ilə razılaşmışdır. Bir neçə gün keçdikdən sonra İradə ona zəng vurub demişdir ki, razıdırsa Əhmədin istifadəsində olan mobil telefon nömrəsini ona desin, o özü zəng vurub onunla danışsın. O da İradəyə demişdir ki, özü Əhmədlə danışsın, razı olsa sonra özü onunla danışar. Bir müddət keçdikdən sonra İradə yenidən ona zəng vurub demişdir ki, Əhmədlə danışmışdır, Əhməd onun müsahibə mərhələsindən keçməyinə köməklik göstərə bilər. İradədən bunun üçün hansı məbləğdə pul lazım olduğunu soruşduqda isə demişdir ki, Əhməd müsahibə mərhələsindən keçməyi ilə bağlı 3000 manat pul istəmişdir. O, razılaşmış və 05 dekabr 2022-ci il tarixdə Əhməd özü ona zəng vurub demişdir ki, işi ilə bağlı Quba rayonuna gəlir, Quba rayonunda işlərini qutardıqdan sonra Xaçmaz rayonuna gəlib onunla görüşəcəkdir, o, olduğu yerin ünvanını ona göndərsin. O, mobil telefonu vasitəsi ilə olduğu yerin, yəni ünvan 19 ünvanını Əhmədə göndərmişdir. 05 dekabr 2022ci il tarixdə təxminən saat 15 radələrində Əhməd Xaçmaz rayonu, Köhnə- Xaçmaz kənd tam orta məktəbinə gələrək onunla görüşmüşdür. Üzbəüz söhbət edərkən Əhməd əvvəlcə ondan məktəb barədə, şagirdlərin sayı, nə vaxtdan məktəb direktorunu əvəz etməsi, məktəb direktoru olmaq istəməyi barədə soruşmuş, sonra isə məktəbin bir qrup şagirdləri ilə fotoşəkil çəkdirmişdir. Bundan sonra Əhməd imtahanla bağlı onunla söhbət edərək demişdir ki, müsahibə mərhələsindən keçməyində köməklik göstərəcəkdir, ona 3000 manat pul versin. O, inandığı üçün Əhmədlə razılaşmış və 05 dekabr 2022-ci il tarixdə təxminən saat 16 radələrində Xaçmaz rayonu, Köhnə- Xaçmaz kənd tam orta məktəbinin binasında oturduğu otaqda 3000 manat pulu sayaraq Əhmədə vermişdir. Əhmədə 3000 manat pulu verərkən yanlarında başqa kənar şəxs olmamışdır. Əhməd 3000 manat pulu ondan aldıqdan sonra bir daha müsahibə mərhələsindən keçməyində köməklik göstərəcəyini bildirərək demişdir ki, imtahana gəlməmişdən bir gün əvvəl ona məlumat versin. 13 dekabr 2022-ci il tarixdə Quba rayonunda yaşayan hansısa bir müəllimənin Xaçmaz rayonu, Köhnə-Xaçmaz kənd tam orta məktəbinə direktor təyin olduğunu eşidib Əhmədə zəng vuraraq bu barədə soruşmuş, Əhməd də ona demişdir ki, yəqin həmin müəllimənin tanışı var, əlavə 2000 manat pul versə yuxarı təşkilatlara bildirər, həmin qadın müəlliməni başqa məktəbə direktor təyin edərlər. O isə Xaçmaz rayonu, Köhnə- Xaçmaz kənd tam orta məktəbinə direktor təyin olunar. O, Əhmədlə razılaşmış və 15 dekabr 2022-ci il tarixdə təxminən saat 13 radələrində Əhməd Xaçmaz rayonu, Köhnə- Xaçmaz kənd tam orta məktəbinə gələrək onunla görüşmüşdür. Üzbəüz söhbət edərkən də Əhməd ona demişdir ki, 2000 manat pul versin, o, Elm və Təhsil Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə danışar, həmin qadın müəlliməni başqa şəhər məktəbinə direktor təyin edərlər, o isə Xaçmaz rayonu, Köhnə-Xaçmaz kənd tam orta məktəbinə direktor təyin olunar. Əhməd onun işinin həll olunması üçün Elm və Təhsil Nazirliyində işləyən şəxslə danışacağını desə də, həmin şəxsin adını və ya hansı vəzifədə işləməsini ona deməmişdi. O, inandığı üçün yenə də Əhmədlə razılaşmış və 15 dekabr 2022-ci il tarixdə, təxminən saat 13 radələrində ünvan 19 binasında, oturduğu otaqda 2000 manat pulu sayaraq Əhmədə vermiş, Əhmədə 2000 manat pulu verərkən də yanlarında başqa kənar şəxs olmamışdır. Əhməd 2000 manat pulu ondan aldıqdan sonra məktəbdən çıxıb getmişdir. 23 dekabr 2022-ci tarixdə o, müsahibə mərhələsində iştirak etmək üçün Bakı şəhərinə 202 saylı tam orta məktəbə getmişdir. İmtahana girməmişdən əvvəl mesac yazıb bu barədə Əhmədə bildirmiş, Əhməd də cavab olaraq ona mesac yazmışdır ki, «siz müsahibəyə daxil olun, başqa bir şey lazım deyil, həll olacaq». O, Əhməddən müsahibədə kimlərin olacağını soruşmuş, o da səsli mesac göndərərək müsahibədə Mehriban Vəliyevanın, psixoloqun, ya 252 ya da ki, 74 nömrəli məktəbin direktorunun olacağını demişdir. O, məktəbə daxil olub müsahibədə iştirak etdikdən sonra mesac yazıb bu barədə Əhmədə bildirmişdir. Bir neçə saat keçdikdən sonra mobil telefonuna mesac gəlmiş və o oxuyanda görmüşdür ki, müsahibə mərhələsindən keçməmişdir. O dərhal bu barədə Əhmədə bildirmişdir. Əhməd də ona mesac yazmışdır ki, narahat olmasın, xəbəri var, Mehriban xanımla danışmışdır, həftənin birinci günü müsahibədən keçməyi ilə bağlı mesac yenilənəcək, 26 dekabr 2022-ci ildə müsahibədən keçməyi ilə bağlı heç bir yenilik olmamış və o, Əhməddən tələb etmişdir ki, ondan aldığı 5000 manat pulu qaytarsın. Əhməd isə müxtəlif bəhanələr gətirərək ondan aldığı pulu qaytarmamış və o, məcbur olub onun barəsində Xaçmaz RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, Əhmədə verdiyi 5000 manat pulun hamısı onun özünə məxsus olmuş, Əhməd Elm və Təhsil Nazirliyinin təşkil etdiyi imtahanın müsahibə mərhələsindən keçməyində kömək göstərəcəyini deyərək 3000 manat pulunu, Xaçmaz rayonu, Köhnə- Xaçmaz kənd orta məktəbinə direktor təyin edirəcəyini deməklə isə 2000 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdə təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 bildirdi ki, qapı qonşusu olan Rövşənlə söhbət edərkən evinə tez-tez gələn adamın kim olduğunu soruşmuş, o da yaxın adam olduğunu, qızlarının imtahanları ilə əlaqədar olduğunu söyləmiş, həmin zaman o da evdə yoldaşının diplomunun olduğunu, lakin işinin olmadığını bildirərək Rövşənin Əhmədlə danışmağını istəmişdir. Rövşən Əhmədlə danışan zaman məsələnin alınacağını və Yeni Suraxanıda yerləşən 89 nömrəli məktəbə ibtifdai sinif müəlliməsi kimi işə düzəldə biləcəyini, lakin şəxsiyyətini təsdiq edən sənəd ilə birlikdə diplomun şəklini atmağını istəmiş, o, həmin zaman özü üçün xahiş edərək özünə aid bir iş olsa deməsini bildirmişdir. Rövşən Əhmədə deyən zaman olar demiş və ümumiyyətlə işlədiyini və nə kimi işləyə biləcəyini soruşmuş, o da ticarətçi olduğunu, lakin indi işləmədiyini bildirmişdir. Əhməd də yenə də 89 nömrəli tam orta məktəbə təsərüfatçı kimi işə düzələdə biləcəyini bildirmiş, 5.000 manat yoldaşı üçün və 4.000 manat isə özü üçün razılaşmış, o, axşam saatlarında qonşusunun yaşadığı evin həyətinə gələrək 5.500 manat pulu Rövşənə vermiş, bir neçə gündən sonra Əhmədlə əlaqə saxlamış və 5.500 manat pulun onda olduğunu soruşduqda, ona çatdığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, ona bu hadisə nəticəsində 5.500 manat məbləğində ziyan dəymiş, Əhməd adlı şəxsin Təhsil idarəsində nə kimi işlədiyinə dair xidməti vəsiqəsini soruşmamış, lakin dostu Rövşən soruşmuş, Əhməd isə hər dəfəsində müxtəlif bəhanələr gətirmişdir. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs1 aid hissədə ödənilməmişdir, bu səbəbdən də Təqsirləndirilən şəxs1 şikayətçidir, lakin ona dəymiş ziyan Təqsirləndirilən şəxs2 aid hissədə 3000 manat olmaqla ödənilmiş, bu səbəbdən də Təqsirləndirilən şəxs2 ilə barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 bildirdi ki, dostu Rövşənin ifadəsində verdiyi kimi həmin ərəfələrdə onun ailəvi dostu olan Rövşəngilə gedib gəlmiş, söhbət əsnasında Rövşənə bildirmişdir ki, yoldaşı Günel də işsizdir və bu adamın elə bir əlaqələri varsa onlara da köməklik göstərməsini istəmişdir, dostu Rövşən də Əhmədə zəng edərək onun işini Rövşənə başa salmış, Rövşən də bu işə razılıq vermiş və onlar Nizami rayonunda Planet şadlıq sarayının qarşısında yerləşən çay evində görüşmüş, müzakirələr olmuş və yoldaşını 8,000 manat dəyərində Suraxanı rayonunda yerləşən 4 məktəbdən birinə müavin kimi təyin etməsini bildirmişdir. Rövşən ona iş yerindəki müdürü ilə tanış olmaqlarını istəmiş, təxminən mart ayının əvvəllərində o, dostu Rövşən, Əhməd və Elməddin adlı şəxlə Suraxanı rayonunda yerləşən badu kubə adlı yerdə görüşərərək onun məsələsi ilə əlaqədar müzakirələr olunmuş və orada Əhməd adlı şəxsə 2.500 manat məbləğində pul vermiş, təxminən 15 gündən sonra Əhməd yenidən Rövşəni yığaraq apreldə imtahanlar olacağını bildirmiş, Rövşən isə onun özü ilə əlaqə saxlamağını məsləhət görmüşdür, səhərisi gün o, Rövşənin yaşadığı evə gələrək danışılan 8.000 manatdan 4.500 manat pulu həyətdə Əhmədə təqdim etmişdir. Təxminən 3 gündən sonra Əhməd yenidən Rövşənə zəng edərək imtahanlarda problem olduğunu və çətinləşdirilərək elektron imtahan da salındığını və buna görə də qiymət artımı olduğunu bildirərək, 8.000 manatın üstünə əlavə 2.000 manat da qoyulmalıdır demişdir, Rövşən onunla əlaqə saxlayıb ona deyəndə razılaşmış, lakin evdə o qədər pulunun olmadığını bildirərək borc kimi Rövşənin Əhmədə 1.000 manat pul verməsini istəmişdir. Rövşən də evdə yaşayan anasından 1.000 manat pulu götürərərək yaşadığı evdə Əhmədə vermiş, sonradan təxminən 10 gündən sonra o, Rövşənə olan borcunu bağlamış və iyun ayında 2.000 manatı da Rövşənin yaşadığı evin həytində Rövşənə vermiş, Rövşən də Əhmədə təqdim etmiş, sonradan Əhmədin özü ilə əlaqə saxlamış, Əhməd də pulun Rövşən tərəfindən ona çatdığını qeyd etmişdir. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs1 aid hissədə ödənilməmişdir, bu səbəbdən də Təqsirləndirilən şəxs1 şikayətçidir, lakin ona dəymiş ziyan Təqsirləndirilən şəxs2 aid hissədə 6500 manat olmaqla ödənilmiş, bu səbəbdən də Təqsirləndirilən şəxs2 ilə barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 bildirdi ki, o, iş yerində olarkən həm iş yoldaşı, həm də dostu olan Rövşənin yanına gəldiyi zaman telefonda Əhməd adlı şəxslə iş barəsində danışdığını eşidərək yoldaşının da bir müddət evdə olduğunu, əgər alınarsa yoldaşı üçün də iş düzətməsini istəmişdir, Rövşən Əhmədlə danışmış, Əhməd isə müdiri Elməddinlə məsləhətləşdikdən sonra xəbər edəcəyini bildirmiş, səhəri Əhməd Rövşəni yığaraq müsbət cavab vermiş və işin alınacağını söyləmişdir. Sonra Rövşən ona zəng edərək Əhmədin özü ilə əlaqə saxlamağı bildirmiş, o da əlaqə saxlamış və yoldaşını Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 18 nömərəli bağçaya müəllimə kimi 5.000 manat qarşılığında düzələcəyini bildirmiş və həmin günü 5.000 manat pulu iş yerində əlbəəl Rövşənə verərək Əhmədə çatdırmağını istəmiş, axşam Əhməd Rövşənin yaşadığı evə gələrək 5.000 manatı götürüb getmişdir. Sonradan o özü Əhmədlə danışmış, Əhməd də pulun ona çatdığını bildirmişdir. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs1 aid hissədə ödənilməmişdir, bu səbəbdən də Təqsirləndirilən şəxs1 şikayətçidir, lakin ona dəymiş ziyan Təqsirləndirilən şəxs2 aid hissədə 3400 manat olmaqla ödənilmiş, bu səbəbdən də Təqsirləndirilən şəxs2 ilə barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 bildirdi ki, qızları X23 və X10 təhsildən geri qaldığından, yəni oxuduqları məktəbdə 2021-ci ildə imtahan verə bilmədikləri üçün atestat ala bilmədiklərindən qızlarına atestat almaq üçün sosial şəbəkələrdə bu problemin həll edilmə yollarını axtararkən Təqsirləndirilən şəxs1 adlı şəxslə tanış olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 «İnstagramda» eksternat imtahanları ilə bağlı köməklik edə biləcəyi barədə elan vermişdi. Orada telefon nömrəsi də olduğundan həmin nömrəyə zəng etmiş və telefona cavab verən Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, Bakı şəhər Təhsil İdarəsində yaxşı tanışları var. O, qızlarının problemlərini Əhmədə dedikdə Əhməd bildirmişdi ki, Bakı Təhsil idarəsinin kadrlar üzrə müdiri Elməddin onun rəisidir, bu barədə ona köməklik edə bilər. 2021-ci ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ilə Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi 101 nömrəli məktəbin qarşısında görüşmüşlər. Təqsirləndirilən şəxs1 qızlarına atestat almağa köməklik edəcəyini, qızlarını yenidən imtahana salacağını, yaxşı qiymətlər yazdıracağını, habelə yeni imtahan keçirilməsi üçün rüsum ödənilmək lazım olduğunu bildirib ondan bunun üçün 1600 manat pul istəmişdir. O da 2022-ci ilin yanvar ayında 101 nömrəli məktəbin qarşısında 600 manat, daha sonra öz evində 1000 manat pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ilə dostlaşmış və o evlərinə gəlibgetməyə başlamışdır. Bu minvalla Təqsirləndirilən şəxs1 tanışları Zərərçəkmiş şəxs8 10000 manat pulunu, Zərərçəkmiş şəxs7 5500 manat pulunu və Zərərçəkmiş şəxs9 5000 manat pulunu müxtəlif bəhanələrlə ələ keçirmişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam şəkildə ödənilmişdir. Bu səbəbdən onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2001-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1981-ci ildə Naxçıvan MR-nin, Şərur rayonunda doğulmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Qulam qızının məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslə barışmış və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 məhkəməyə ünvanladığı ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs1 aid hissədə ödənilməmişdir, bu səbəbdən də Təqsirləndirilən şəxs1 şikayətçidir, lakin ona dəymiş ziyan Təqsirləndirilən şəxs2 aid hissədə 3400 manat olmaqla ödənilmiş, bu səbəbdən də Təqsirləndirilən şəxs2 ilə barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan qərardan görünr ki, ********* nömrəli cinayət işi üzrə 01 fevral 2023-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis baş-leytenantı X26 tərəfindən Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan qərardan və protokoldan görünür ki, 28 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 saxlanılaraq Suraxanı RPİ-nin MSY-nə təqdim edildiyindən həmin tarixdə ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat Suraxanı RPİ-nin İŞnin müstəntiqi, polis baş-leytenantı X26 tərəfindən təzələnmişdir. İş materiallarında olan qərardan görünr ki, ********* nömrəli cinayət işi üzrə 30 mart 2023-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis baş-leytenantı X26 tərəfindən Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında Suraxanı Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 08 may 2023-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli, 28 mart 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında Suraxanı Rayon Məhkəməsinin 06 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbs saxlanma müddəti 2 ay olmaqla, yəni 08 iyul 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında Xəzər Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbs saxlanma müddəti 28 gün olmaqla, yəni 05 avqust 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında Xəzər Rayon Məhkəməsinin 05 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbs saxlanma müddəti 02 ay 28 gün olmaqla, yəni 02 noyabr 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında Xəzər Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbs saxlanma müddəti 20 gün olmaqla, yəni 22 noyabr 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 30 mart 2023-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis baş-leytenantı X26 tərəfindən Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan qərardan görünür ki, 03 iyul 2023-cü il tarixdə ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinə tövsif olunmuşdur. İş materiallarında olan qərardan görünür ki, 03 iyul 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan qərardan görünür ki, 02 avqust 2023-cü il tarixdə Xəzər RPİ İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Neman Şirinov Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin materialları, eləcə də Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunmuşdur. İş materiallarında olan qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 28 aprel 2023-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis baş-leytenantı X26 tərəfindən Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qərardan görünür ki, 19 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X12 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X12 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs12 ilə barışıq əldə etməsini, onlara dəymiş ziyanı tam ödəməsini, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs12 ondan şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində zərər çəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə iş üzrə zərər çəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsini və digər halları nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ağır cəza növünü, yəni azadlıqdan məhrum etmə cəzasını təyin edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, “Bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir.” Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs12 dəymiş 1600 manat məbləğində ziyanın 800 manat məbləğində olan hissəsi, Zərərçəkmiş şəxs8 dəymiş 10000 manat məbləğində ziyanın 7000 manat məbləğində olan hissəsi, Zərərçəkmiş şəxs9 dəymiş 5000 manat məbləğində ziyanın 3400 manat məbləğində olan hissəsi və Zərərçəkmiş şəxs7 dəymiş 5500 manat məbləğində ziyanın 3000 manat məbləğində olan hissəsi Təqsirləndirilən şəxs2 aiddir. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs12 dəymiş 1600 manat məbləğində ziyanın 800 manat məbləğində olan hissəsi, Zərərçəkmiş şəxs8 dəymiş 10000 manat məbləğində ziyanın 3000 manat məbləğində olan hissəsi, Zərərçəkmiş şəxs9 dəymiş 5000 manat məbləğində ziyanın 1600 manat məbləğində olan hissəsi və Zərərçəkmiş şəxs7 dəymiş 5500 manat məbləğində ziyanın 2500 manat məbləğində olan hissəsi Təqsirləndirilən şəxs1 aiddir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 28 mart 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işində saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 13 saata görə 78 (yetmiş səkkiz) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 13 saata görə 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar