Məhkəmə qərarları › İş №1(003)-193/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-193/2025

23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-193/2025 23.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Saat 12:20 X11 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası ƏN-nin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 13 mart 2024-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Ç.Mustafayev küçəsində yerləşən nömrəsiz fərdi evin alt hissəsində yerləşən saxlanc yeri olan zirzəmisinin içərisində olan otağa qapısının kilidini dəmir parçası ilə sındırmaqla qanunsuz daxil olub orada saxlanılan bir topunun dəyəri 63,5 manat olan 1X4-lük 4 top kabeli, bir topunun dəyəri 41 manat olan 1x2,5-lik 9 top kabeli, bir metrinin dəyəri 3.9 manat olan 34 metr uzunluğunda Зх6-lıq kabeli, bir metrinin dəyəri 10.5 manat olan 17 metr uzunluğunda 5x10-lik kabeli götürüb aparmaqla özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb zərərçəkmiş şəxs X6 ümumilikdə 1034.10 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 08 may 2024-cü il tarixdə gecə saatlarında vətəndaş Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən yarımtikili evinin yaşayış sahəsinə qanunsuz daxil olmaqla orada saxlanılan hər birinin dəyəri 100 manat olan altı rulon elektrik naqillərini, 70 manat dəyərində 15 metr mis naqili, hər birinin dəyəri 2 manat olan 30 ədəd elektrik qutularını, 30 manat dəyərində böyük ölçülü elektrik qutusunu, 20 manat dəyərində izoliyaedici lentləri, bundan əlavə otaqlarda divara çəkilmiş cəmi 500 manat dəyərində elektrik naqillərini və dəyəri 100 manat olan 100 metr olan mis kabeli götürüb aparmaqla özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1.380 (min üç yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2024-cü il tarixdə vətəndaş X2 məxsus ünvan 4 ünvanının plastik pəncərəsini məlum olmayan alətlə açaraq evin yaşayış sahəsi olan qonaq otağına qanunsuz daxil olmaqla oradakı stolun üzərindən 1.000 manat dəyərində 01 ədəd “Google Pixel” markalı noutbuku, həmin otaqda olan televizorun altındakı saxlanc yeri olan dolabın çəkməcəsindən hər biri 500 manat dəyərində olmaqla 02 ədəd və həmin evin dəhlizindəki saxlanc yeri olan dolabın çəkməcəsindən 01 ədəd qızıl üzüyü olmaqla ümumilikdə 1.500 manat dəyərində 3 ədəd qızıl üzüyü götürüb aparmaqla özgənin əmlakını saxlanc yerinə və yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb zərərçəkmiş şəxs X2 ümumilikdə 2.500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2024-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs4 məxsus Binə qəsəbəsi Atçılıq yeni yaşayış masivi N.Gəncəvi küçəsində yerləşən fərdi yaşayış evinin saxlanc yeri olan həyətinə hasardan keçərək qanunsuz daxil olmaqla oradan bir metrinin dəyəri 4 manat olan 20 ədəd 3 metrlik armaturu, ümumi dəyəri 162 manat təşkil edən 3 (üç) ədəd hər biri 4.5 metr olan diametri 50 mm-lik dəmir su borularını, 250 manat dəyərində 01 ədəd manqalı və ümumi dəyəri 160 manat təşkil edən 4 (dörd) ədəd dəmir barmaqlıqları bərkitmək üçün başlıqları, evin yaşayış sahəsi olan dəhlizinə qanunsuz daxil olmaqla orada saxlanılan ümumi dəyəri 21 manat təşkil edən 30 metr uzunluğunda elektrik naqilini götürüb aparmaqla özgənin əmlakını yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 833 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 0,664 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 25 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, N.İbrahimov küçəsinə kimi daşımış, həmin gün orada piyada hərəkətdə olarkən saat 10:03-də Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərində qanunsuz olaraq hər hansı əşya və predmetin olub-olmaması barədə videoçəkilişlə şifahi sorğu-sual edilməklə üzərində olduğu halda təqdim etməsi tələb edildikdə o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirərək əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,664 qram olmaqla xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilərək bildirdi ki, təxminən mart ayının əvvəllərində gecə saatlarında Buzovna qəsəbəsində oğurluq etmək məqsədilə gəzərkən təmiri tamamlanmamış, heç kəsin yaşamadığı ev görmüşdür. Evin həyətyanı sahəsinə arxa tərəfə olan boçkanın üzərinə çıxaraq hasardan aşıb həyətyanı sahəyə göz gəzdirdikdə oğurlanmalı heç bir əşya tapmamışdır. Sonra evin padval hissəsinin qapısına dikt vurulduğunu görüb əli ilə açıb daxil olduqda orada bağlı dəmir qapı görmüşdür. Həmin dəmir qapını da oradan tapdığı dəmir parçası ilə qıfılını sındırıb orada olan təxminən 10 top müxtəlif növ elektrik naqillərini oğurlamışdır. Sonra gəldiyi yol ilə geri qayıdıb həmin əşyaları çöllük ərazidə gizlətmişdir. Bir neçə gün sonra həmin elektrik naqillərini boş bir ərazidə yandırıb mis halına salıb Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsində olan dəmir yığımı ilə məşğul olan şəxsə yaxınlaşıb mislərin özünə məxsus olduğunu bildirmişdir. Həmin şəxs də ondan şəxsiyyət vəsiqəsini istədikdə o, şəxsiyyət vəsiqəsini itirdiyini, bu misləri isə çalışdığı yerdən tullantı kimi atılmış naqilləri ev sahibinin icazəsi ilə götürüb əritdiyini bildirmişdir. Bundan sonra həmin şəxs ondan ad, soyadını, təvəllüdünü və yaşadığı ünvanı ondan soruşmuşdur. O da anket məlumatlarını ona dedikdən sonra həmin şəxs onları bir kağız parçasına qeyd edib misləri 200 manat müqabilində ondan almışdır. Bundan sonra o, həmin şəxsdən aldığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa təxminən may ayının əvvəllərində səhər saatlarında Buzovna qəsəbəsində oğurluq etmək məqsədilə gəzərkən təmiri tamamlanmamış heç kəsin yaşamadığı ev görmüşdür. Evin həyətyanı sahəsinə hasardan aşıb həyətyanı sahəyə göz gəzdirdikdə oğurlanmalı heç bir əşya tapmamışdır. Sonra evin plastik pəncərəsini əli ilə açıb daxil olduqda otaqda elektrik naqillərini və elektrik şitləri görmüşdür. Orada olan istifadə olunmamış müxtəlif növ elektrik naqillərini, divara bərkidilmiş elektrik naqillərini və istifadə olunmamış elektrik şitlərini oğurlamışdır. Sonra gəldiyi yol ilə geri qayıdıb həmin əşyaları çöllük ərazidə gizlətmişdir. Həmin günün səhəri həmin elektrik naqillərini boş bir ərazidə yandırıb mis halına salıb Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsində olan dəmir yığımı ilə məşğul olan şəxsə yaxınlaşıb mislərin özünə məxsus olduğunu bildirmişdir. Əridilmiş misləri həmin şəxsə 150 manata satmışdır. Həmin evdən götürdüyü elektrik şitlərini Sabunçu bazarına aparıb tanımadığı şəxslərə 50 manat müqabilində satıb həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa təxminən 25 iyul 2024-cü il tarixdə saat təxminən 17 radələrində Buzovna qəsəbəsi, Atçılıq yaşayış massivində oğurluq etmək məqsədi ilə gəzərkən qapısı qıfıllı ev görmüşdür. Ətrafa göz gəzdirdikdən sonra heç kəsin olmadığına əmin olub hasardan həyətyanı sahəyə aşmışdır. Sonra həyətyanı sahədə oğurlamağa heç nə tapmadığından evin plastik pəncərəsinə yaxılaşıb əlindəki dəmir parçası ilə açdıqdan sonra otağa daxil olmuşdur. Ətrafa göz gəzdirdikdə otaqdakı balaca masanın üzərində olan noutbukun işləyib-işləməməsini görmək üçün onu yandırmışdır. Sonra otaqdakı televizorun alt hissəsindəki dolabın siyirməsini açmışdır. Orada qızıl və büjuteriya qabını götürdükdə içərisində 1 ədəd qaşsız qızıl üzük bir ədəd də qadın üçün qaşlı qızıl üzük olduğunu görüb onu götürmüşdür. Sonra həmin otaqdan çıxıb evin koridorunda olan dolaba yaxınlaşmışdır. Dolabın siyirməsini açıb orada qızılqabını görüb onu götürüb içərisinə baxdıqda 02 ədəd qızıl üzük görüb onu və masanın üzərindəki noutbuku da götürüb əvvəlcədən özü ilə gətirdiyi sarı rəngli salafan torbaya qoyub gəldiyi yol ilə çıxıb getmişdir. Hasardan yerə atlayarkən əlindəki torbanın zərblə yerə dəydiyini hiss etmişdir. Lakin, əhəmiyyət verməyərək həmin yerdən uzaqlaşıb getmişdir. Təxminən 1 km uzaqlaşdıqdan sonra salafan torbanın içərisində olan noutbuku çıxarmış və noutbukun sındığını görmüşdür. Elə həmin yerdə noutbuku atıb getmişdir. Sonra həmin evdən götürdüyü qızıl üzüklərdən birini də itirdiyini aşkarlamışdır. Həmin qızılları isə 1-2 gün sonra satmaq üçün “Moskva” univermağına aparmışdır. Univermaqda qızıl üzükləri oradakı alıcılara göstərdikdə həmin qızılları yalnız ona məxsus şəxsiyyət vəsiqəsini təqdim etdikdə ala biləcəklərini bildirmişlər. Həmin vaxt onun şəxsiyyət vəsiqəsi itdiyindən onlara şəxsiyyət vəsiqəsinii təqdim edə bilməyəcəyini bildirmişdir. Lakin satıcılardan heç biri onunla razılaşmamışdır. Bundan sonra o həmin univermağın qarşısında dayanıb siqaret çəkərkən tanımadığı bir neçə şəxsin univermağın qarşısında qızıl aldıqlarını görmüşdür. Tez həmin şəxslərə yaxınlaşıb onda bir ədəd qaşsız kişi və bir ədəd də qaşlı qadın üzüklərinin olduğunu bildirmişdir. Həmin şəxslər də ondan şəxsiyyət vəsiqəsini istədikdə onlara da şəxsiyyət vəsiqəsini itirdiyini və həmin üzüklərin yoldaşı ilə ona aid olduğunu bildirdib maddi vəziyyətləri bağlı üzükləri satmaq istədiyini bildirmişdir. Bundan sonra həmin şəxs ondan hər iki üzü cəmi 150 manata ala biləcəyini bildirmişdir. O da razılaşmış və üzükləri 150 manata həmin tanımadığı şəxsə satıb pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa təxminən 2024-cü ilin sentyabr ayının sonlarında gecə saatlarında Buzovna qəsəbəsində oğurluq etmək məqsədilə gəzərkən təmiri tamamlanmamış heç kəsin yaşamadığı ev görmüşdür. Evin həyətyanı sahəsinə darvazanın yanındakı qaz turbasından tutmaqla hasarın üzərinə çıxıb hasardan aşıb həyətyanı sahəyə göz gəzdirdikdə evin giriş qapısının yanında olan manqalı götürmüşdür. Manqal ağır olduğundan onu birtəhər qonşunun balaca hasarının üstündən digər həyətə tərəf atmışdır. Sonra onu aparıb boşluq ərazidə gizlətmiş və təkrarən həmin həyətə qayıtmışdır. Həyətyanı sahədə 3 ədəd təxminən 3 metrlik su boruları da götürüb manqalı apardığı yol ilə aparıb yolun qırağına qoymuşdur. Bundan sonra yenidən həmin həyətyanı sahəyə qayıdıb orada olan təxminən 18 ədəd armaturları və bəzi dəmirləri oğurlayıb həmin həyətyanı sahənin yan tərəfində olan hasarın üzərindən atıb oradan da küçəyə yığıb gəldiyi yol ilə geri qayıdıb həmin əşyaları çöllük ərazidə gizlətmişdir. Sonra yenidən həmin həyətyanı sahəyə qayıdıb evin açıq pəncərəsindən içəri daxil olub otaqdakı təxminən 25-30 metr elektrik naqillərini də götürüb oradan uzaqlaşmışdır. Həmin günün səhəri manqalı Binə qəsəbəsi, Atçılıq massivində yerləşən dəmir yığımı ilə məşğul olan məntəqəyə yaxınlaşmışdır. Əvvəl ərinmiş misləri satdığı həmin şəxsə yaxınlaşıb manqalı ona göstərmişdir. Həmin şəxs də manqala görə 40 manat ödəniş edə biləcəyini bildirmişdir. O da razılaşmış və 40 manatı alıb oradan uzaqlaşmışdır. Bir neçə gün sonra qalan əşyaları ərazidə dəmir yığımı ilə məşğul olan şəxslərə 120 manat müqabilində satıb həmin pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa təxminən 3 ildir ki, tüfeyli həyat keçirir. Elə həmin müddətdən də “şüşə” kimi tanıdığı narkotik vastədən istifadə etmişdir. Son vaxtlarda Buzovna qəsəbəsində küçələrdə yaşamışdır. Oğurluq etməklə və dəmir tullantıları yığmaqla dolanmışdır. Narkotik vasitələrdən uzun müddətdir ki, istifadə etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2024-cü il tarixdə, gündüz saatlarda Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata gələcəkdə şəxsi istifadə etməyi məqsədi ilə alıb üzərində gəzdirmişdir. xx.xx.2024-cü il tarixdə, qeyd olunan narkotiki aldıqdan sonra gündüz saatlarda Xəzər rayonu, Buzovna qəsəbəsi, N.İbrahimov küçəsində piyada hərəkətdə olan zaman üç nəfər polis əməkdaşları telefon vasitəsi ilə videoçəkiliş edərək ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim etmişlər. Həmin polis əməkdaşları ondan adını soruşduqda o da onlara özünü təqdim etmişdir. Bundan sonra üzərində hər hansı bir qadağanedici əşya və ya predmet olub-olmaması soruşulduqda o, əynində olan boz rəngli pencəyinin sağ cibindən siqareti, sol cibindən alışqanı və qara rəngli şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağıza bükülmüş içərisində "şüşə" kimi bildiyi metamfetamin olan psixotrop maddəni təqdim etmiş və bildirmişdir ki, həmin psixotrop maddə ona məxsusdur, onu tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Həmin büküm polis əməkdaşları tərəfindən götürülmüş və polis əməkdaşları onu Xəzər RPİ-nin 2-ci polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Orada videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş büküm qablaşdırlaraq o və iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşimandır. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsində yerləşən ünvanda özünə fərdi bağ evi tikdirmişdir. Bu zaman orada müxtəlif fahlə və ustalar çalışmışdır. Həmin şəxslərlə heç vaxt şəxsi qərəzliyi və yaxud da ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixində həmin fərdi bağ evi üçün evində elektirik avadanlıqlarını quran Ramin adlı şəxs ilə birlikdə Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzindən evi üçün lazım olan elektirik məhsulları almışdır. Birinci dəfə gələn məhsullar ustalar tərəfindən evinə quraşdırılmışdır. İknci dəfə isə məhsullar xx.xx.2024-cü il tarixində gəlmişdir. İkinci dəfə onun bağına 1X4-lük kabel hər bir topu 63,5 qəpikdən 4 top ümumi dəyəri 254 manat, 1x2,5-lik kabel hər bir topu 41 manat ümumi dəyəri 369 manat, Зх6-lıq kabel 34 metrə ümumi qiyməti 132,6, 5x 10-lik kabel 17 metrə ümumi qiyməti 178,5 manat onun bağına gəlmişdir. Həmin məhsulları ustaları evinin alt tərəfində olan məhsulları yığmaq üçün nəzərdə tutulmuş dəmir qapının arxasına yığmışlar. Həmin dəmir qapının ağzı bağlı olmuşdur. Açarlar isə ustalarda olmuşdur. Həmin məhsullar xx.xx.2024-cü il tarixində həmin ünvana saat 17:00 radələrində dükan tərəfindən göndərilmişdir. Həmin məhsullar zirzəmiyə yığılaraq yadında qalmayan usta tərəfindən ona zəng vurub məlumat verilmişdir. Sabahı gün ona evi tikməkdə məsul olan Anar adlı şəxs ona zəng vuraraq evin arxasında olan zirzəminin qapsının açıq olduğunu demişdir. O da Anardan xahiş etmişdir ki, həmin otaqda kabel olub olmamasını ona bildirməsini xaiş etmişdir. Anar həmin otağa baxıb orda heç bir kabelin olmadığını ona bildirmişdir. O, dərhal dəqiqləşdirmək üçün məhsulları aldığı dükana zəng vurmuşdur. Onlar kabelləri göndərib göndərmədiklərini dəqiqləşdirmişdir. Onlar aldığı hər bir şeyi göndərdiklərini və ünvana təhvil verdiklərini demişlər. O, sonra Raminə yığaraq kabelləri təhvil alıb almadığını soruşduqda Ramin hamsını təhvil aldığını və bütün kabelləri otağa yığıb qapını bağladığını demişdir. O, Ramindən dərhal bağa gəlməsini tələb etmişdir. Ramin dərhal onun bağına gəlmişdir. O da həmin ünavana çatdığı zaman həmin otağa baxmışlar. Həmin kabellər olan otaqda ona məxsus 934,1 manatlıq kabellərinin olmadığını müəyyən etmişdir. Həmin otaqdan əlavə yarımçıq qalmış dəyəri 100 manatlıq kabellərin də oğurlandığını görmüşdür. Həmin hadisə nəticəsində ona 1034,10 manat maddi ziyan dəymişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qarabağ küçəsində yerləşən ünvanda özünə fərdi bağ evi tikdirmişdir. Oraya kamera da qoydurmuşdur. Axırıncı dəfə xx.xx.2024-cü il tarixində saat 15:00 radələrində həmin bağdan çıxıb yaşadığı ünvana getmişdir. xx.xx.2024-cü il tarixda qonşusu Mahmud ona zəng vuraraq kamerasının sındırıldığını demişdir. Mahmud bir nəfərin kameraya düşdüyünü və həmin şəxsi tanıyıb tanımadığını soruşmuşdur. Bu məqsədlə o, həmin Qarabağ küçəsində yerləşən fərdi bağ evinə gəlmişdir. Mahmudun yaşadığı ünvana heç kəsin girmədiyini gördükdən sonra o, şübhələnib öz evinə baxmışdır. Həmin evin pəncərəsinə baxan zaman pəncərənin açıldığını görmüşdür. Evin içinə girdiyi zaman hər birinin dəyəri 100 manat olan altı top elektrik naqillərinin, 70 manat dəyərində 15 metr mis naqilin, hər biri 2 manat olan 30 adəd elektrik qutularının, 30 manat dəyərində böyük ölçülü elektrik qutusunun, 20 manat dəyərində lentlərin, bundan əlavə, otaqlara çəkilmiş 500 manat dəyərində elektrik naqillərinin və dəyəri 100 manat olan 100 metr olan mis kabelin oğurlandığını görmüşdür. Kamerada oğurlayan şəxs düşsə də üzü düşməmişdir. Həmin hadisə nəticəsində ona 1.380 manat maddi ziyan dəymişdir. Oğurluğu təqsirləndirilən şəxsin etdiyinə inanmır. Çünki evə pəncərədən daxil olunmasına inanmır. Ona vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində o, şəxsi işləri ilə bağlı yaşadığı evdən çıxaraq getmişdir. Onun Xəzər rayonu, Binə Atçılıq yaşayış massivində yerləşən nömrəsiz fərdi tikili olan evi 1 mərtəbədən ibarətdir. Evinin dörd bir tərəfi mişar daşı ilə hörülmüşdür. Evinin pəncərələrinin üzərində dəmir barmaqlıqlar yoxdur. Həmin gün saat 22:30 radələrində o, yaşadığı evə gəlmişdir. Evinin giriş qapısını açarla özü açmışdır. Daha sonra o, evinin həyətinə nəzər yetirməyə başlamışdır. Evin arxa tərəfində olan pəncərənin üzərindəki torun yerə düşdüyünü görmüşdür. O, həmin pəncərəyə yaxınlaşanda naməlum şəxslər tərəfindən həmin pəncərəyə dəmir parçası ilə müdaxilə oldunduğunu və pəncərənin açılaraq evinə qanunsuz daxil olunduğunu görmüşdür. Daha sonra o, evə daxil olmuşdur. Onun evi 5 otaqdan ibarətdir. O, evinin qonaq otağında olan televizorun altındakı dolabın və yataq otağında olan dolabdakı paltarların və çarpayının üzərində olan döşəklərin dağınıq olduğunu görmüşdür. O, həmin vaxt müəyyən etmişdir ki, evinin qonaq otağında olan televizorun altındakı dolabdan naməlum şəxslər ona məxsus ağ rəngli 750 əyyarlı üzərində briliyant qaş olmayan 4 qram olan kişi üzüyünün, 750 əyyarlı sarı rəngli üzərində bir ədəd briliyant qaş olan 6 qram olan qadın üzüyünün, 750 əyyarlı sarı rəngli üzərində xırda briliyant qaşlar olan 6 qram qadın üzüyünün və həmin otaqda masanın üzərində olan bir ədəd “GOOGLE PİXEL” markalı notebookun naməlum şəxslər tərəfindən oğurlandığını və ona ümumilkdə 2.500 manat maddi ziyan dəydiyini bildirmişdir. Ona vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə ona məxsus Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsində yerləşən tikintisi tamalanmış, lakin təmiri tamamlanmamış evinə baş çəkmişdir. Hər şeyin qaydasında olduğunu görüb yaşadığı evə getmişdir. Təxminən xx.xx.2024-cü il tarixdə saat 11 radələrində həmin tikiliyə gəldikdə darvazanı açarla açıb həyətə daxil olmuşdur. Həyətyanı sahəyə baxış keçirdikdə evin qapısının yanında olan 250 manat dəyərində bir ədəd manqalın, həyətyanı sahədə olan ümumi dəyəri 240 manat olan (1 metri 4 manat) 20 ədəd 18-lik armaturun (3 metrlik), ümumi dəyəri 162 manat olan ( 1 metrinin qiyməti 12 manat) 3 ədəd 10-luq metal borunun ( hər biri 4.5 metrlik), ümumi dəyəri 160 manat olan 4 ədəd dəmir barmaqlıqların yan tərəflərinin oğurlandığını aşkarlamışdır. Sonra evin içərisinə daxil olduqda orada ümumi dəyəri 21 manat olan (1 metri 70 qəpik) 30 metr elektrik naqillərinin də naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını görmüşdür. Ona ümumilkdə 833 manat maddi ziyan dəymişdir. Manqal ağır olduğu üçün təqsirləndirilən şəxs manqalı qaldırmaq imkanına malik deyildir. O hesab edir ki, manqalı təqsirləndirilən şəxs oğurlamamışdır. Ona vurulmuş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 2024-cü ilin mart ayının əvvəllərində bir nəfər şəxs metal qəbulu məntəqəsinə yaxınlaşıb onda ərimiş mis olduğunu bildirmişdir. O da həmin şəxsdən şəxsiyyət vəsiqəsini istədikdə o, vəsiqəsini itirdiyi bildirmişdir. Bundan sonra ondan özünü təqdim etməyini istədikdə o, Binə qəsəbəsi, Atçılıq massivində yaşadığını və özünü təqdim edərək Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Sonra o, ondan doğum tarixini soruşduqda Təqsirləndirilən şəxs xx.xx.1983-cü il təvəllüdlü olduğunu və həmin misləri heç bir yerdən oğurlamadığını bildirmişdir. O, Rüfətdən misin oğurluq olub-olmamasını soruşduqda o, bildirmişdir ki, misləri söküntülərdən ev sahibinin icazəsi ilə yığmışdır. Bundan sonra onun verdiyi məlumatları kağızda qeyd etdikdən sonra ondan ərinmiş misləri ala biləcəyini bildirmişdir. Onun gətirdiyi misləri çəkdikdə çəkisinin 20 kq olduğunu görüb ona 200 manat pul vermişdir. O da pulu aldıqdan sonra sağollaşıb getmişdir. Bundan sonra təxminən may ayının əvvəllərində həmin şəxs yenidən ona yaxınlaşıb onda ərinmiş mis olduğunu bildirmişdir. O da həmin zaman misləri yenidən çəkmiş və təxminən 150 manatlıq mis olmuşdur və o, həmin məbləği ona verdikdən sonra sağollaşıb getmişdir. Bundan başa həmin şəxs sentyabr ayını sonlarında yenidən onun işlətdiyi metal qəbuluna yaxınlaşıb özünə məxsus manqah satmaq istədiyini bildirmişdir. O, manqalın dəmirinin qalın və materialının keyfiyyətli olduğunu görüb həmin manqala 40 manat verə biləcəyini bildirmişdir. Manqalın çəkisi hardasa 40-60 kq olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 izahatında bildridi ki, 25 oktyabr 2024-cü il tarixdə saat 10-un yarısı məlumat daxil olmuşdur. Şahid2 və Seymur Əlizadə ilə getmişlər. Şəxsə yaxınlaşaraq üzərində nə olduğunu soruşmuşlar. O da könüllü üstündəki, narkotik vasitəni təqdim etmişdir. Məlum olmuşdur ki, üzərindəki narkotik vasitə metamfetamindir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 25 oktyabr 2024-cü il tarixdə saat 10-un yarısı məlumat daxil olmuşdur. O, Şahid3 və Seymur Əlizadə ilə getmişdir. Şəxsə yaxınlaşaraq üzərində nə olduğunu soruşmuşlar. O da könüllü üstündəki, narkotik vasitəni təqdim etmişdir. Məlum olmuşdur ki, üzərindəki narkotik vasitə metamfetamindir. Sonra onu bölməyə aparmışlar. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 3-16-16/2/5009 saylı 26 oktyabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 193" dairəvi möhür əksi olan, "Şübhəli şəxs: Təqsirləndirilən şəxs" sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,664 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmiş psixotrop maddə- metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,614 qram təşkil edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 184 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində qanunsuz hər hansı əşya və predimet olması sorğu sual edildikdə Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü təqdim edərək içərisində “patı” kimi tanıdığı psixotrop maddə olduğunu və həmin psixotrop maddə metamfetamini Maştağa qəsəbəsindən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 2-ci PŞ-ə dəvət edilərək üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir və əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olmadığını bildirir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən götürdükləri bir ədəd qızılı rəngli kağıza bükülmüş bükümü çıxardıb təqdim edirlər. Təqsirləndirilən şəxs həmin bükümün ona aid olmasını bildirir. Təqdim edilən bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, bu psixotrop maddə metamfetamini Maştağa qəsəbəsindən tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməyə görə əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan edilmiş xx.xx.2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10:05-də tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan edilmiş vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində vəsatətin müdafiə edilməsindən imtina edilmiş, MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan edilmiş qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(003)-407/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan edilmiş ifadəsinin yerində yoxlanması barədə protokollardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, o, istintaqa verdiyi ifadələrini bir daha təsdiq edərək hadisənin yerlərini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan edilmiş şəxsin tanınmaya təqdim edilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şahid4 Təqsirləndirilən şəxs kimi göstərdiyi şəxsi tanınmaya təqdim edilən şəxslərin arasından seçib göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan əməli törətməsi ilə əlaqədar verilmiş ittiham öz təsdiqini tapdığından həmin maddələr ilə barəsində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 33-cü bəndində göstərilmişdir ki, “Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Ali məhkəmə plenumunun yuxarıda göstərilən qərarında göstərilmiş tövsiyyəni də nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu hazırkı məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanılmalı, onun ibtidai istintaq zamanı veridiyi ifadəyə isə əsaslanılması, bunun motivlərinin göstərilməsi və hansı səbəbdən həmin ifadəyə üstünlük verilməsinin göstərilməsi, ibtidai istintaq zamanı verilmiş ifadə iş üzrə digər sübutlarla öz təsdiqini tapmadığından əsaslı hesab edilə bilməz və mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-cü maddəsinə əsasən Oğurluq, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, ifadənin yerində yoxlanılması haqqında protokola, tanınma barədə protokola və yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisələri ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilməlidir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə olan halda, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,614 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş materiallarında olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saat vaxta görə 180 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 34 saata görə 374 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 28 oktyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,614 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işinin materiallarında olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saat vaxta görə 180 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 34 saata görə 374 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar