Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-195/2022 02.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 25 dekabr 2021-ci il tarixində, saat 16 radələrində və 27 dekabr 2021-ci il tarixdə, saat 17 radələrində tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, vahid niyyətlə əhatə olununan qəsdlə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə hasardan aşıb qanunsuz olaraq daxil olmaqla oradan hər birinin dəyəri 50 manat olan 3 ədəd 5 metr uzunluqda elektrik dirəkləri, 01 ədəd 50 manat dəyərində palçıq qarışdırmaq üçün dəmir vanna, 80 manat dəyərində 25 metr uzunluqda dəmir tor, evin hasar divarının həyət tərəfdəki hissəsindən 40 manat dəyərində 01 ədəd elektrik sayğacı, divarla çəkilmiş 120 manat dəyərində 150 metr uzunluqda elektrik naqilləri sökülməklə, 250 manat dəyərində kustar üsulla hazırlanmış 01 ədəd dəmir manqal, dəyəri 30 manat olan 01 ədəd əl-üz yuma təhnəsi, 07 ədəd hər birinin dəyəri 5 manat olan bellər, 01 ədəd 4 manat dəyərində dırmıq aləti, 80 manat dəyərində 20 metr uzunluqda rezin şlanq, 01 ədəd 50 manat dəyərində 5 litrlik dəmir odun samovarı, 01 ədəd 50 manat dəyərində köhnə divan, evin pəncərə çərçivəsi hissəsindən qanunsuz olaraq daxil olmaqla divardan sökülməklə 750 manat dəyərində 500 metr uzunluqda 4 mm-lik elektrik naqilləri, 14 ədəd ümumilikdə 126 manat dəyərində elektrik açarları divardan sökülməklə, ümumilikdə 20 manat dəyərində 8 ədəd lampa patronları, ümumilikdə 10 manat dəyərində olan 8 ədəd elektrik lampaları, 300 metr uzunluqda 300 manat dəyərində aliminum elektrik naqilləri, ümumilikdə 15 manat dəyərində 20 ədəd elektrik şitləri divardan çıxarılmaqla, 01 ədəd 25 manat dəyərində uzadıcı naqil, ümumilikdə 14 manat dəyərində 7 ədəd, uzadıcı naqil başlıqları, hər birinin dəyəri 25 manat olan 02 ədəd dəmir kravat, 01 ədəd 100 manat dəyərində taxta jurnal stolu, hər birinin dəyəri 30 manat olan 02 ədəd əl arabaları, mətbəxdən 01 ədəd 40 manat dəyərində kiçik qaz balonu, 3 ədəd hər birinin dəyəri 5 manat olan boyalar və həmin boyaların hər birinin dəyəri 3 manat olan 02 ədəd şotkalar, 01 ədəd 3 manat dəyərində plastik vanna və içində olan ümumilikdə 30 manat dəyərində qarşıq mismar və şurublar, 30 manat dəyərində 15 metr uzunluqda evə gələn mis elektrik naqili gizli olaraq talayıb Zərərçəkmiş şəxs 2533 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq 0,229 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivinə daşımışdır. 11 yanvar 2022-ci il tarixdə, saat 15 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd rəngli göy cins şalvarın sağ yan cibindən 01 ədəd siqaret kağızı bükümündə təmiz çəkisi 0,229 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, X1 qəsəbəsində məhlədən tanışıdır. Mahir də, onun kimi narkotik vasitə heroin istifadəçisidir. O, iki il olar ki, narkotik vasitə heroindən inyeksiya yolu istifadə edir. 25 dekabr 2021-ci il tarixdə pula ehtiyac olduğundan Mahirlə oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə həmin gün saat 16 radələrində Türkan qəsəbəsi bağlar massivində gəzərkən taxta darvaza qapısı olan yarımçıq tikili evin həyətinə hasardan daxil olmuşlar. Oradan 1 ədəd borunu oğurlayıb Türkan qəsəbəsində metal qəbul edən Raqib adlı şəxsə 20 manat pula satmışlar. Həmin pula isə narkotik vasitə alaraq Mahirlə birlikdə istifadə etmişlər. Bundan 2 gün sonra saat 17 radələrində özü tək həmin evin həyətinə darvazadan daxil olaraq oradan 01 ədəd dəmir vanna və 1 ədəd dəmir toru oğurlayaraq yaxınlıqdakı evinin yanına gətirmişdir. Daha sonra Raqib adlı şəxsə zəng edərək evinin yanına çağırmış və Raqib öz avtomobili ilə gələrək dəmir vanna və dəmir tor üçün ona 40 manat pul vermişdir. Bundan başqa həmin həyətdən başqa əşya oğurlamamışdır. Bundan əlavə 10 yanvar 2022-ci il tarixdə Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manat pula 1 büküm heroin almışdır. massivində piyada gedərkən iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitələr gəzdirməsi ilə bağlı 1-ci Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkilin yanında video çəkilişlə üzərinə axtarış keçirilməmişdən əvvəl üzərində gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etməsini təklif etmişlər. O, üzərində olan bir büküm heroini təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Saxlanılarkən və üzərinə axtarış keçirilərkən ona qarşı fiziki və ya psixoloji zor tətbiq edilməmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən yüngül cəzanın təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivində 44 sot torpaq sahəsini hasara alaraq orada bir mərtəbəli mansarlı bağ evi tikdirmişdir. Evin qapısı quraşdırılıb damı qoyulsa da, pəncərələri qoyulmamışdır, yəni təmir işləri başa çatmamışdır. Sonuncu dəfə 23 dekabr 2022-ci il tarixdə səhər saatlarında bağ evinə gəlib təmir işləri ilə məşğul olmuş və axşam çıxıb yaşadığı evə qayıtmışdır. 29 dekabr 2022-ci il tarixdə, saat 15 radələrində meyvə ağacları əkmək üçün Türkan qəsəbəsindəki bağ evinə getmişdir. Darvaza qapısının tam açıq olduğunu görüb həyətə daxil olduqda evin divarının kənarı ilə çəkilmiş naqillərin söküldüyünü görüb DİN-in 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. 1-ci Polis şöbəsinin əməkdaşları gələrək həyətə baxış keçirmişlər və bağdan hər birinin dəyəri 50 manat olan 3 ədəd 5 metr uzunluqda elektrik dirəkləri, 01 ədəd 50 manat dəyərində palçıq qarışdırmaq üçün dəmir vanna, 80 manat dəyərində 25 metr uzunluqda dəmir tor, evin hasar divarının həyət tərəfdəki hissəsindən 40 manat dəyərində 01 ədəd elektrik sayğacı, divarla çəkilmiş 120 manat dəyərində 150 metr uzunluqda elektrik naqilləri sökülməklə, 250 manat dəyərində kustar üsulla hazırlanmış 01 ədəd dəmir manqal, hər birinin dəyəri 30 manat olan 01 ədəd əl-üz yuma təhnəsi, 07 ədəd hər birinin dəyəri 5 manat olan bellər, 01 ədəd 4 manat dəyərində dırmıq aləti, 80 manat dəyərində 20 metr uzunluqda rezin şlanq, 01 ədəd 50 manat dəyərində 5 litrlik dəmir odun samovarı, 01 ədəd 50 manat dəyərində köhnə divan, evin pəncərə çərçivə hissəsindən daxil olmaqla divardan sökülməklə 750 manat dəyərində 500 metr uzunluqda 4 mm-lik elektrik naqilləri, 14 ədəd ümumilikdə 126 manat dəyərində elektrik açarları divardan sökülməklə, ümumilikdə 20 manat dəyərində 8 ədəd lampa patronları, ümumilikdə 10 manat dəyərində olan 8 ədəd elektrik lampaları, 300 metr uzunluqda 300 manat dəyərində aliminum elektrik naqilləri, ümumilikdə 15 manat dəyərində 20 ədəd elektrik şitləri divardan çıxarılmaqla, 01 ədəd 25 manat dəyərində uzadıcı naqil, ümumilikdə 14 manat dəyərində 7 ədəd, uzadıcı naqil başlıqları, hər birinin dəyəri 25 manat olan 02 ədəd dəmir kravat, 01 ədəd 100 manat dəyərində taxta jurnal stolu, hər birinin dəyəri 30 manat olan 02 ədəd əl arabaları, mətbəxdən 01 ədəd 40 manat dəyərində kiçik qaz balonu, 3 ədəd hər birinin dəyəri 5 manat olan boyalar və həmin boyaların hər birinin dəyəri 3 manat olan 02 ədəd fırçalar, 01 ədəd 3 manat dəyərində plastik vanna və içində olan ümumilikdə 30 manat dəyərində qarşıq mismar və şurublar, 30 manat dəyərində 15 metr uzunluqda evə gələn mis elektrik naqillərinin kəsilməklə oğurlandığını müəyyən etmişlər. Oğurluq nəticəsində ona2483 manat dəyərində maddi ziyan dəymişdir. Sonradan qonşuluqda bağ evi olan Ceyhun adlı şəxsin Mahir adlı şəxslə əlbir olaraq bağ evindən oğurluq etməsini bilmişdir. 31 may 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyan Təqsirləndirilən şəxs ailəsi tərəfindən ödənildiyindən ona qarşı şikayətçi olmadığını, gələcəkdə heç bir şikayət və tələbinin olmayacağını, ona cəza verilməsini istəmədiyini bildirmişdir. Məhkəmə iclasında Şahid3 göstərdi ki, Türkan qəsəbəsində “Türkan” marketin yanında yerləşən metal qəbulu məntəqəsini icarə əsasında işlədir. Təqsirləndirilən şəxs Türkan qəsəbəsindən tanıyır. 2021-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs ona zəng edərək Türkan qəsəbəsindəki evinə gələrək satmaq istədiyi turbanı götürməyini xahiş etmişdir. O, da özünə məxsus «Qazel» markalı, **-RB-*** dövlət nömrə nişanlı yük avtomobili ilə Ceyhunun yaşadığı evə gedərək evin həyətindən 01 ədəd 3 metrlik dəmir tubanı 20 manata alaraq maşını ilə gətirmişdir. Sonra həmin turbanı Dərnəgül qəsəbəsində digər metallarla birlikdə satmışdır. Bundan 1-2 gün sonra Ceyhun onun işlətdiyi metal qəbulu məntəqəsinə gələrək özü ilə gətirdiyi təxminən 1 kiloqram çəkidə yanmış mis naqilləri ona satmış və o, Ceyhuna 10 manat pul ödəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona başqa metal satmamışdır. 27 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs dəmir turbadan başqa qonşusu Zərərçəkmiş şəxs evindən oğurladığı 01 ədəd dəmir vannanı və 01 ədəd dəmir toru 40 manata almamışdır. Ceyhun ona satdığı dəmir turbanı və mis naqilləri ona satarkən özünə məxsus olduğunu və pula ehtiyacı olduğundan satdığını demişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin sahə inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 1-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1la birlikdə onu 11 yanvar 2022-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsində şühəli şəxs qismində saxlayaraq 1-ci Polis şöbəsinə dəvət etmişlər. Şöbədə təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla paltarında, əşyalarında və ya bədənində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs tünd rəngli göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd olan qızılı siqaret kağızına bükülünü təqdim edərək içində “kakos” adlanan heroin olduğunu və 10 manata bir gün əvvəl Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılsa da, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman və üzərində şəxsi axtarş həyata keçirilən zaman ona qarşı hər hansı fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 istintaq zamanı Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. 25 may 2022-ci il tarixdə məhkəməyə Şahid1 ərizəsi daxil olmuşdur. Ərizədə xidməti yerinin dəyişməsi ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əlavəsi olmadığını qeyd etmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 11 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, 11 yanvar 2022-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PŞnin əməliyyat müvəkkili Şahid1, 1-ci PŞ-nin sahə inspektoru Şahid2 iştirakı ilə keçirilmiş əməliyyat tədbiri zamanı Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivində saxlanılaraq 1-ci PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı David Yusifov tərəfindən müdafiəçisi kimi dəvət edilmiş 8 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə şəxsi axtarış keçirilərkən ona təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan olunmuş əşya və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd rəngli göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd olan qızılı rəngli siqaret kağızı bükümündə olan toz şəkilli narkotik vasitə heroinə bənzər maddəni təqdim edərək “kakos” adlanan heroin olmasını, həmin narkotiki 10 manata bir gün əvvəl Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını və üzərində saxlayaraq daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddə təhqiqatçı tərəfindən zərfə qoyularaq üzəri möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videoçəkiliş olan 01 ədəd DVD diskə baxış protokolundan görünür ki, 11 yanvar 2022-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı David Yusifov tərəfindən müdafiəçisi kimi dəvət edilmiş 8 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə şəxsi axtarış keçirilərkən ona təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qadağan olunmuş əşya və predmetin olduğu təqdirdə təqdim etməsi təklif edilir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd rəngli göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd olan qızılı rəngli siqaret kağızı bükümündə olan toz şəkilli narkotik vasitə heroinə bənzər maddəni təqdim edərək “kakos” adlanan heroin olmasını, həmin narkotiki 10 manata bir gün əvvəl Suraxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını və üzərində saxlayaraq daşıdığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddə təhqiqatçı tərəfindən zərfə qoyularaq üzəri möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 12 yanvar 2022-ci il tarixli, 6/163 nömrəli rəyindən görünür ki, “Azərbaycan Respublikası DİN Zərflər üçün №157” möhür əksi, üzərində “şübhəli şəxs:...İştirak etdilər Təqsirləndirilən şəxs... sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,229 qram olan qəhvəyi rəngli maddədə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra 0,179 qram qalıq qalmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserinin ambulator məhkəmə-narkoloji ekspertizasının 03 mart 2022-ci il tarixli, 1070 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 04 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs – Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 256.2-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum olunmuşdur, məhkumluğu ödənilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 11 yanvar 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 11 yanvar 2022-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Musa Məmmədovun 14 mart 2021-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,179 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,179 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 40 (qırx) saat vaxt, Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 240 (iki yüz qırx) manat məbləğində vəsait vəkil X3, 60 (altmış) manat məbləğində vəsait vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla o, qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 11 yanvar 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,179 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs istintaqda göstərdiyi hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil X3 və Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-195/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-195/2022
02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver