Məhkəmə qərarları › İş №1(003)-195/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-195/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-195/2024 29.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ə.Ağayev küçəsi ev 16-da qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 03 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərən “Murad” adlı kafeyə hasardan girib arxa tərəfdə olan qapının açıq olmasından istifadə edərək içəri daxil olub, 1 ədəd 300 manat dəyərində "Acer" markalı və 1 ədəd 400 manat dəyərində "Toshiba" markalı komputerləri, 1 ədədinin dəyəri 40 manat olmaqla ümumi dəyəri 80 manat olan 2 ədəd "Nokia" markalı mobil telefonları, 1 ədəd 80 manat dəyərində planşeti, 1 ədəd 120 manat dəyərində "Samsung" markalı mobil telefonu, 1 ədəd 150 manat dəyərində kamera yaddaşı üçün aparatı və 2870 manat pul vəsaitini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 4000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 30 manat müqabilində bir ədəd gümüşü rəngli kağıza bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı"na (Siyahı İ) daxil olan 0,250 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edib üzərində saxlayaraq, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə daşımış, xx.xx.2023-cü il tarixdə saat 20:30 da Xəzər RPİ- nin 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ə.Ağayev küçəsində saxlanılıb, Xəzər RPİ-nin 2-ci polis şöbəsinə gətirilmiş və üzərinə xx.xx.2023-cü il tarixdə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş həmin 0,250 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddət narkotik vasitələrdən istifadə etmişdir. Yaşadığı evin yaxınlığında, yəni Buzovna qəsəbəsində fəaliyyət göstərən "Murad" adlı kafenin 00:00-dan sonra işləmədiyini bilmiş, bu səbəbdən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə, saat 03 radələrində həmin kafenin yaxınlığına gələrək heç kəsin olmadığına tam şəkildə əmin olandan sonra hasardan tullanaraq həyətə daxil olmuşdur. Kafenin arxa tərəfinə keçib qapının açıq olduğunu görüb, içəri daxil olmuşdur. Həmin kafedən 2 ədəd komputer, 2 ədəd mobil telefonu, 1 ədəd planşeti, 1 ədəd kamera yaddaşı üçün aparatı və 1500 manat pul vəsaitini götürüb həmin yerdən çıxmışdır. Pulu şəxsi ehtiyacları üçün xərcləmiş, digər əşyaları isə yaşadığı evdə gizlətmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsində yaşadığı Ə.Ağayev küçəsində piyada hərəkətdə olan zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq şübhəli şübhəli olduğu üçün onlarla birlikdə Xəzər RPİ-nin 2-ci PŞ-nə aparmışlar. Həmin zaman üzərində narkotik vasitə olmamışdır. Həmin vaxt qorxduğundan üzərində narkotik vasitə olmasını bildirmişdir. Daha sonra oğurluq etdiyini və oğurladığı əşyaları yaşadığı evində gizlətdiyini etiraf etmişdir. Əlavə olaraq təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibatidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən "Murad" adlı kafeni işlədir. Həmin kafeni xx.xx.2023-cü il tarixdə saat 23:50-də bağlamışdır. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində kafeni açan zaman orada oğurluq baş verdiyinin şahidi olmuşdur. Naməlum şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə işlətdiyi kafeyə hasardan daxil olaraq arxa qapıdan kafeyə daxil olub, 1 ədəd 300 manat dəyərində “Acer" markalı və 1 ədəd 400 manat dəyərində "Toshiba" markalı komputerləri, 1 ədədinin dəyəri 40 manat olmaqla ümumi dəyəri 80 manat olan 2 ədəd "Nokia" markalı mobil telefonu, 1 ədəd 80 manat dəyərində planşeti, 1 ədəd 120 manat dəyərində “Samsung” markalı mobil telefonu, 1 ədəd 150 manat dəyərində kamera yaddaşı üçün aparatı və 2870 manat pul vəsaitini gizli olaraq talaması nəticədə ümumilikdə 4000 manat ziyan vurmuşdur. Təhqiqat araşdırması zamanı dəymiş ziyanı təxmini 4370 manat göstərmiş, əslində tam olaraq dəymiş ziyan 4000 manat təşkil etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 2-ci PŞ-nin cinayət- axtarış üzrə əməliyyat müvəkkili Şahid2 bildirdi ki, xx.xx.2023-cü il tarixdə "Xalıq" adlı şəxsin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı alınmışdır. Həmin məlumat yoxlanılarkən müəyyən edilmişdir ki, məlumatda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu bildirilən "Xalıq” adlı şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə o və Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin sahə rəisi Şahid1 ibarət əməliyyat qrupu yaradılmış və onlar 17 avqust 2023-cü il tarixdə, saat 20 radələrində ünvan 1 ünvanının yaxınlığına getmişlər. Həmin gün saat 20:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında müəyyən etdikdən sonra ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs 2-ci Polis Şöbəsində xidməti otaqların birində təhqiqatçı Fariz Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Dəvət edilmiş müdafiəçi və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl ona üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxardıb təqdim etmiş və həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində "Murad" adı ilə fəaliyyət göstərən kafedə olan əmlakları da oğurlamış, həmin əşyaların yaşadığı evdə olduğunu və həmin əşyaları könüllü təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi və içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd bükülü təhqiqatçı tərəfindən kağız zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ya ərizə daxil olmadığı üçün həm zərf, həm də protokol onun və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ərizə yazaraq oğurladığı əşyaları təqdim etmək üçün yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən sonra onunla birlikdə ünvan 2 ünvanında yerləşən evə getmişlər. Təqsirləndirilən şəxs oğurladığı əşyalardan 1 ədəd "Acer" markalı və 1 ədəd "Toshiba" markalı kompyuterləri, 1 ədəd "Nokia" markalı mobil telefonu, 1 ədəd planşeti, 1 ədəd "Samsung" markalı mobil telefonu, 1 ədəd kamera yaddaşı üçün aparatı təqdim edərək, həmin əşyaları xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində "Murad" adı ilə fəaliyyət göstərən kafedən oğurladığını bildirmişdir. Təqsirləndirilən şəxs hər-hansı fiziki zorakılıq və ya psixi təsir edilməmişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə rəisi Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.Eyvazov küçəsində fəaliyyət göstərən “Murad” kafesində baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - xx.xx.2023-cü il tarixli "Əşyanın könüllü təqdim edilməsi və götürülməsi haqqında protokol"dan görünür ki, xx.xx.2023-cü il tarixdə, "Murad" adlı kafedə baş vermiş oğurluqla bağlı Təqsirləndirilən şəxs evindən 1 ədəd "DVR" aparatı, 1 ədəd "Toshiba" markalı və 1 ədəd "Acer" markalı noutbuk, 1 ədəd "Nokia" markalı mobil telefon, 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd "Samsung" markalı planşet, bundan əlavə üzərində "“Tramadol 50mg” markalanma göstəricisi olan 2 ədəd konvalyutda ümumilikdə 15 ədəd, üzərində "Preqabalin Kpka 150mg" markalanma göstəricisi olan bir ədəd konvalyutda ümumilikdə 10 ədəd, üzərində "Ketilept 100mg" markalanma göstəricisi olan bir ədəd konvalyutda 10 ədəd dərman həbi aşkar edilərək götürülmüşdür. Protokol hal şahidləri, müdafiəçi, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır; - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurluq etməsi və qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması ilə bağlı faktlara əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; - “Əşyalara baxış keçirilməsi haqqında” 18 avqust 2023-cü tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 1 ədəd "Newtech" markalı DVR cihazına, 1 ədəd "X7 4" markalı planşetə, 1 ədəd “Acer” və 1 ədəd "Toshiba" markalı noutbuklara, 1 ədəd "Nokia" markalı və 1 ədəd “Samsung” markalı mobil telefonlara baxış keçirib həmin əşyaların ona məxsus olduğunu və əlamətlərindən tanıdığını bildirmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur; - xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, CMnin 234.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:30-da tutulmuşdur; - xx.xx.2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:40-22:00 radələrində X2 üzərinə videoçəkilişlə baxış keçirilərkən o, əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş, içərisində narkotik vasitə -heroin olan bükümü təqdim etmişdir. - Təqsirləndirilən şəxs Xəzər RPİ-nin təhqiqatçısına verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində bir ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə heroini qanunsuz əldə edib üzərində saxladığını və xx.xx.2023-cü il tarixdə gecə saat 03 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərən “Murad” adlı kafeyə hasardan girib arxa tərəfdə olan qapının açıq olmasından istifadə edərək içəri daxil olub oğuruq etdiyini etiraf etmiş və “izahata əlavəm yoxdur” qeyd edərək imzalamışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4428 saylı rəyindən aydın olur ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...(imza) Təqsirləndirilən şəxs” yazısı, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,250 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4429 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün N193" dairəvi möhur əksi, "vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş... (imza) Təqsirləndirilən şəxs" yazısı və imzalar olan zərfdəki, üzərində: "Tramadol 50 mg" markalanma göstəricisi olan 2 ədəd konvalyutda ümumilikdə 15 ədəd ağ-göy rəngli kapsul tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 15 ədəd kapsuldan ibarət tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 0,75 qramdır (üzərində olan göstəricisinə əsasən bir kapsulda 0,05 qram tramadol hidroxlorid olmaqla) - üzərində "Preqabalin Kpka 150mg" markalanma göstəricisi olan bir ədəd konvalyutda 10 ədəd üzərində "P150" yazısı olan ağ-narıncı rəngli kapsul preqabalin tərkibli dərman preparatidir və 10 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1,5 qramdır ( üzərində olan göstəricisinə əsasən bir kapsulda 0,15 qram preqabalin olmaqla). - üzərində "Ketilept (kvetialin) 100 mg" markalanma göstəricisi olan bir ədəd konvalyutda 10 ədəd ağ rəngli həblərin tərkibində 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”-na və 18 mart 2016-cı il tarixli "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"na, eləcə də "Zəhərli maddələrin siyahısı"na daxil olan maddələr yoxdur. Preqabalin və tramadol hidroxlorid tərkibli dərman preparatları 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"-na daxildir. - Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(003)-402/2023 nömrəli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. - Diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd diskdə olan görüntü, şəxsi axtarış, baxış və götürmə aparılması haqqında xx.xx.2023cü il tarixli protokola uyğun olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 5632 saylı rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nətcəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 3- 16-16/2- 9/6570/2023 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 06 adda malların istifadədə olması və rəydə qeyd olunan xüsusatlar nəzərə alınmaqla 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 350,00 manat müəyyən olunur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi Şəxsin komisyon ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023cü il tarixli 2575 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 29, 177.2.3, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməmiş, xx.xx.2018-ci il tarixində cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “amnistiya elan edilməsi” barədə Qərarının 2.4-cü bəndinə əsasən xx.xx.2022-ci ildə cəzasının çəkilməmiş qalan 05 ay 04 gün hissəsindən azad edilmişdir. - Sübutların qiymətləndirilməsi haqqında 0.11.2023-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 240-cı maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs oğurluq hadisəsi üzrə yalnız 1500 manat pul oğurlaması həmçinin üzərində narkotik vasitə olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq üçün verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0.250 qram olan narkotik vasitə– heroin istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanı qismən ödəməsini (CM- 59.1.14) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. “8 Noyabr – Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının: - 2.4-cü bəndinə əsasən bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər cəzalardan azad edilsinlər; - 7-ci hissəsinə görə bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya haqqında Qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan 05 ay 04 gün hissəsindən azad edilməsi ilə bağlı olaraq, həmin Qərarın 7-ci hissəsinə əsasən o, halhazırda məhkumluğu olmayan şəxs hesab edilir. Bu səbəbdən də onun hazırki əməlləri cinayətlərin residivi kimi nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), daha əvvəl də onun iki dəfə məhkum edilməsinə baxmayaraq, yenidən qəsdən cinayət törətməsini, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi kimi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,200 qram narkotik maddə heroin, tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 0.75 qram olan ümumilikdə 15 ədəd ağ-göy rəngli kapsul, preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1.5 qram olan ağ-narıncı rəngli 10 ədəd kapsul, üzərində “Ketilept (kvetialin) 100 mg” markalanma göstəricisi olan 10 ədəd ağ rəngli həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd kamera yaddaş aparatının (DVR), 01 ədəd “Toshiba” markalı” və 01 ədəd “Acer” markalı noutbukların, 01 ədəd “Nokia” markalı, 01 ədəd “Samsung” markalı mobil telefonların, 01 ədəd “Samsung” markalı planşetin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, 1 ədəd “CD” formatlı disk iş materiallarında saxlanılmalı (CPM 132), iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 81 manat məbləğində pul vəsaiti ondan tutularaq dövlət nəfinə keçirilməlidir (CPM 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,200 qram narkotik vasitə olan heroin, tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 0.75 qram olan ümumilikdə 15 ədəd ağ-göy rəngli kapsul, preqabalin təsiredici maddəsinin ümumi miqdarı 1.5 qram olan ağ-narıncı rəngli 10 ədəd kapsul, üzərində “Ketilept (kvetialin) 100 mg” markalanma göstəricisi olan 10 ədəd ağ rəngli həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut kimi tanınmış 01 ədəd kamera yaddaş aparatının (DVR), 01 ədəd “Toshiba” markalı” və 01 ədəd “Acer” markalı noutbukların, 01 ədəd “Nokia” markalı, 01 ədəd “Samsung” markalı mobil telefonların, 01 ədəd “Samsung” markalı planşetin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 278 (iki yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən sərf etdiyi 30 saat vaxta görə 180 manat, məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar