Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-196/2021 18.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 2021-ci il tarixdə, Bakı şəhərində Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1999-cu il tarixdə İsmayıllı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, İsmayıllı şəhəri, R.Bədəlov küçəsi, ev 52 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Yekun protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə keçən gecə saat təxminən 00:20 radələrində yaşadığı evdə, yəni Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində şəxsi münasibətlər zəmnində aralarında baş vermiş münaqişə zamanı arvadı Zərərçəkmiş şəxs sifət, baş və boyun nahiyəsindən bir neçə dəfə əli ilə zərbələr endirərək ona sağ göz almasının ağlı qişasının qansızması, sağ alt göz qapağının, sağ yanağın, boyunun qançırları, boyunun sıyrıqları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2020-ci ilin iyul ayında rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Ailə həyatı qurduqdan bir müddət sonra Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, nömrəsiz fərdi yaşayış evində kirayədə yaşamağa başlamışlar. O, rəsmi olaraq heç bir yerdə işləməmiş, fəhlə kimi çalışmışdır. Dolanışıqları zəif olduğundan arvadı Zərərçəkmiş şəxs Buzovna qəsəbəsi, Albalılıq massivində yerləşən “Nargilə” adlanan kafedə ofisiant kimi işləməyə başlamışdır. Lakin, Zərərçəkmiş şəxs həmin günü evə gec gəldiyindən, Təqsirləndirilən şəxs arvadı Ayşənin kafedə işləməsinə etiraz etmiş və yeni iş yeri axtarmasını bildirmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə keçən gecə, saat təxminən 00:20 radələrində yaşadıqları qeyd olunan ünvanda olan zaman arvadı Zərərçəkmiş şəxs təkrar həmin kafedə işə düzəlmək istədiyini demişdir. İ.Еуbalıyev isə buna etiraz edərək ona başqa yerdə özünə iş tapmasını bildirmişdir. Bu zaman Ayşənlə onun arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs əsəbləşərək Zərərçəkmiş şəxs baş, boyun və çiyin nahiyələrindən əli ilə zərbələr endirmişdir. Sonra isə əli ilə Ayşənin boğazından tutub sıxaraq özündən kənara itələmiş və həmin vaxt Zərərçəkmiş şəxs müvazinətini saxlaya bilməyərək yerə yıxılmışdır. Bu zaman əsəbdən onun ürəyi sıxıldığı üçün halı pisləşmiş, sonra arvadı Zərərçəkmiş şəxs yaşadıqları evi tərk edərək çıxıb getmişdir. Hadisə zamanı evdə ondan və arvadı Zərərçəkmiş şəxs başqa heç kəs olmamışdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2020-ci ilin iyul ayında rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Ailə qurduqdan bir müddət sonra Bakı şəhəri. Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, nömrəsiz fərdi yaşayış evində kirayədə yaşamağa başlamışlar. Təqsirləndirilən şəxs fəhlə kimi çalışdığından qazancı az olduğu üçün o, da işləyib ailəsinin dolanışığına köməklik etmək istəmişdir. Bu məqsədlə Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivində fəaliyyət göstərən “Nargilə” kafesinə ofisiant kimi işə düzəlmişdir. Lakin, işə düzəldiyi ilk gün Zərərçəkmiş şəxs iş saatı gec qurtardığı üçün evə gecə saatlarında gəldiyindən əri İsmayıl onun kafedə işləməsinə etiraz edərək yeni iş yeri tapmasını söyləmişdir. xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə keçən gecə saat təxminən 00:20 radələrində yaşadıqları ünvanda olan zaman Təqsirləndirilən şəxs ilə aralarında qeyd olunan məsələ ilə bağlı mübahisə baş vermişdir. Belə ki, İsmayıl onun kafedə işləməsinə etirazını bildirmiş, o, isə İsmayıldan onun üçün başqa bir iş tapmasını tələb etmişdir. Mübahisələri bir neçə dəqiqə davam etdikdən sonra Təqsirləndirilən şəxs qəfildən əli ilə onun baş, boyun və çiyin nahiyələrinə ardıcıl zərbələr endirmişdir. Sonra isə əli ilə onun boğazından tutub sıxaraq kənara itələmişdir. Zərərçəkmiş şəxs isə müvazinətini saxlaya bilməyib yerə yıxılmışdır. Yerdə olan zaman da Təqsirləndirilən şəxs təpiklə onun qarın nahiyəsindən vurmuşdur. Sonradan Zərərçəkmiş şəxs polisə məlumat verəcəyini dedikdə, İsmayıl guya halının pisləşdiyini deyib halsız vəziyyətdə yerə əyləşmişdir. Bundan sonra Zərərçəkmiş şəxs əynini geyinib evi tərk etmişdir. Hadisə onların kirayədə qaldıqları Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivində yerləşən nömrəsiz fərdi yaşayış evində baş vermişdir. Hadisə zamanı evdə başqa heç kəs olmamışdır. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 141 saylı rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sağ göz almasının ağlı qişasının qansızması, sağ alt göz qapağının, sağ yanağın, boyunun qançırları, boyunun sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri qərarda göstərilən xx.xx.2021-ci il tarixdə törənmələri istisna olunmur və sağlamılığın qısa müddət pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, şikayət vermiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığı, İsmayıl tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və şikayət vermiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, şikayət vermiş şəxslə barışmasını, şikayət vermiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını, habelə tərəflərin birgə nikahda olmalarını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni şikayət vermiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-196/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-196/2021
18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver