Məhkəmə qərarları › İş №1(003)-196/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-196/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-196/2023 22.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Caparidze küçəsi ev 21-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, H.Əliyev küçəsində yerləşən nömrəsiz evdə yaşayan və barəsində başqa yerə getməmək haqqında «iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqəsdi ilə 28 avqust 2022-ci il tarixdə axşam saatlarında işlədiyi- Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Həci Mövlan bağları sahəsində yerləşən fermada heç kəsin olmamasından istifadə edib fermanın anbarına qanunsuz daxil olaraq dəmir çəlləklərdə olan 1 kiloqramı 0,50 manat olmaqla ümumi dəyəri 500 manat olan 1000 kiloqram (1 ton) arpa dənini hər bir kisəsi 50 kiloqram tutumda olmaqla 20 ədəd kisəyə yığıb gizli olaraq talayaraq fermadan uzaqlaşmaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli olaraq talama məqəsdi ilə 15 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında iş yoldaşı- Şahid ilə cinayət əlaqəsinə girərək işlədikləri-Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Həci Mövlan bağları sahəsində yerləşən fermada heç kəsin olmamasından istifadə edib fermanın anbarına qanunsuz daxil olaraq dəmir çəlləklərdə olan 1 kiloqramı 0,50 manat olmaqla ümumi dəyəri 2000 manat olan 4000 kiloqram (4 ton) arpa dənini kisələrə yığıb və 01 ədədi 17 manat olmaqla ümumi dəyəri 1700 manat olan 100 ədəd plasmas dipçəyi gizli olaraq talayaraq fermadan uzaqlaşmaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 3700 (üç min yeddi yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli olaraq talama məqəsdi ilə 17 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında iş yoldaşı- Şahid ilə cinayət əlaqəsinə girərək işlədikləri-Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Həci Mövlan bağları sahəsində yerləşən fermada heç kəsin olmamasından istifadə edib fermanın anbarına qanunsuz daxil olaraq dəmir çəlləklərdə olan 1 kiloqramı 0,50 manat olmaqla ümumi dəyəri 2600 manat olan 5200 kiloqram (5 ton 200 kq) arpa dənini kisələrə yığıb və 01 ədədi 17 manat olmaqla ümumi dəyəri 1700 manat olan 100 ədəd plasmas dipçəyi gizli olaraq talayaraq fermadan uzaqlaşmaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 4300 (dörd min iki yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Mövlan bağlar massivində fəaliyyət göstərən Hacı Nizama məxsus fermada təxminən 19 ildir ki, fəhlə kimi işləyir. Həmin fermadan ondan başqa İrşad adlı şəxsdə var gözətçi fəhlə işləyirmiş. Təxminən 2022-ci ilin avqust ayının 27-28 tarixində qərara gəlmişdir ki, fermanın ərazində olan və içərisində arpa dənindən oğurlayıb satıb pul əldə etsin. Onlar həmin fermada fəhləlik işləri ilə məşqul olsalarda, orada olan anbarlara giriş çıxışlara ferma sahibi olmadan icazələri yoxdur. O, ilkin öncə tək olaraq fermanın yaxılığına getmiş və ətrafda kimsənin olmadığından əmin olub fermanın saxlanc yeri olan anbarının qapısında olan lakin kiliddən bağlanmamış qıfılını yerindən çıxarıb gizlincə anbara daxil olmuş, bundan sonra kimsənin olmasından əmin olub qarajda olan Qazel markalı yük avtomaşınını işə salıb qarajdan çıxaraq arpa yığılan anbara gətirmişdir. Daha sonra o, dəmir çəlləklərdə saxlanılan arpanı bir neçə saat ərzində kisələrə dolduraraq 20 kisə arpanı yük avtomaşınına yükləmişdir. Qeyd etmişdir ki, o, içəridə iş gördüyü üçün həmin anbarın qapsını bağlamışdır ki, birdən kənardan kimsə keçərsə görməsin. Sonra maşını idarə edərək Şüvəlan qəsəbəsi ərazisində fəaliyyət göstərən daş karxanasının yaxınlığında boş sahəyə apararaq kisələri oraya boşaltmışdır ki, səhər olanda gedib oradan kisələrdə arpanı götürüb aparıb satar. Daha sonra maşını ferma ərazisinə qaytarıb qaraja salmışdır. Qeyd edmişdir ki, həmin Qazel markalı yük maşının idarə etmək üçün onun etibarnaməsi var və rəhbərlik tərəfindən yüklərin daşınması üçün maşın ona etibar edilmişdir. Səhər olduqda saat 08 radələrində o, arpanı gizlətdiyi əraziyə gəlmiş, orada Zil markalı yük maşını sifariş edərək həmin arpanı aparıb Sabunçu rayonu Maştağa qəsəbəsində hazırda yerini tanımadığı yem dükanına bir kiloqramı təxminən 43 qəpik olmaqla satmışdır. Həmin 20 kisə arpadan ümumilikdə 850 manat qazanc əldə etmiş, həmin pulun 35 manatını yük avtomaşınının sürücüsünə vermişdir. Qalan 815 manat pulu isə özü üçün xərcləmişdir. Bundan bir müddət sonra, yəni xx.xx.2022-ci il tarixdə iş yoldaşı İrşad ilə qərara gəlmişdir ki, fermadan arpa oğurlayaraq satıb qazanc əldə edsinlər. Lakin o, İrşada tək oğurlayıb satdığı arpa bardə heç bir şey deməmişdir. Onların əsas işi gündüz vaxt olur, lakin düşünmüşdür ki, fermanın bütün çıxışlarını bilir ki, onlar hardan girsələr görən olmaz. Bu məqsəd ilə o, xx.xx.2022-ci il tarixdə 23:30 radələrində fermaya getmişdir. Həmin vaxt İrşad fermada olmuş və onu gözləyirmiş. Qeyd etdiyi kimi, bir daha əlavə etmişdir ki, onlar həmin fermada fəhləlik işləri ilə məşğul olsalarda, orada olan anbarlara giriş çıxışlara ferma sahibi olmadan icazəsi olmamışdır. Onlar fermanın yaxınlığına getmiş və atrafda kimsənin olmadığından əmin olub fermanin saxlanc yeri olan anbarının qapısında olan lakin kiliddən bağlanmamış qıfılı yerindən çıxarıb gizlincə anbara daxil olmuşdular, bundan sonra kimsənin olmasından əmin olub o, etibarnamə ilə ona etibar edilmiş fermada olan qarajdakı Qazel markalı yük avtomaşınını çıxararaq arpa yığılan anbara gətirmiş, daha sonra onlar İrşadla birlikdə dəmir çəlləklərdə saxlanılan arpanı kisələrə dolduraraq 20 kisə arpanı yük avtomaşınına yükləmiş. Sonra o, arpanı Şüvəlan qəsəbəsi ərazisində fəaliyyət göstərən əvvəldə boşaldığı yerə, yəni daş karxanasının yaxınlığında boş sahəyə apararaq oraya boşaltmışdır ki, səhər olanda gedib oradan kisələrdə arpanı götürüb aparıb satsınlar. İrşad isə fermada qalıb qapını bağlamışdır. O, kisələrı özü tək aparıb boşaltmış, arpanı boşaltdıqdan sonra avtomaşını fermaya gətirib qarajda saxlamışdır. Səhər olduqda saat 08 radələrində o və İrşad ilə birlikdə onun arpanı gizlətdiyi əraziyə gəlmiş. İrşad yoldan tanımadığı Qazel markalı yük avtomaşını sifariş etmiş və həmin arpa kisələrini həmin yük avtomaşınına yükləyərək satmaq üçün Zirə yoluna aparmışdır. Orada tanımadığı yem dükanına həmin arpanın bir kiloqramı 43 qəpikdən olaraq satmış və 850 manat pul əldə etmiş. Həmin pulun 30 manatını yük avtomaşınının sürücüsünə vermiş. Qalan pulu isə İrşad ilə aralarında bərabər şəkildə bölmüş və hər birinə 410 manat pul çatmışdır. Bundan sonra, xx.xx.2022-ci il tarixdə o və İrşadla yenədə qərara gəlmişdir ki, yenidən anbardan arpa oğurlayıb sataraq qazanc əldə edsin. Həmin gün saat 23:30 radələrində İrşadla yenidən fermaya gəlmiş və eyni qayda da yükavtomaşınını qarajdan çıxarıb anbardan 20 kisə arpanı yük avtomaşınına yükləyib fermadan oğurlasın. O, həmin arpa kisələrini əvvəlki yerə aparıb boşaltmışdır. xx.xx.2022ci il tarixdə saat 08 radələrində o, yatıb qaldığı üçün İrşad tək gedərək arpa kisələrini tanımadığı və nömrə nişanını bilmədiyi yük avtomaşınına yükləyərək Türkan qəsəbəsi ərazisində yerləşən tanımadığı yem dükanına aparıb kilosunu 43 qəpiyə sataraq yenidən 850 manat pul əldə etmişdir. Həmin pulun 30 manatını yük avtomaşınının sürücüsünə vermiş, qalan 820 manat pulu isə İrşad onunla aralarında bərəbər şəkildə bölmüş, hər birlərinə 410 manat pul düşmüşdür. həmin cinayətdə başqa heç kim olmamışdır, yalnız o və İrşad olmuşdular. Həmin arpaları satdıqlar şəxslər oğurluq olmalarını bilmirmişlər, belə ki, onlar həmin şəxslərə əmlakın özlərinə məxsus olduğunu deyib satırmış, həmin ünvanları təsadüfü tapmış, yerlərini tanımırmış. Həmin dibçəkləri kimin oğurladığını bilmir, qeyd etdiyi kimi onlar yalnız arpa oğurlamışdılar. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini, zərər çəkmiş şəxslə barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 2007-cildən etibarən Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Mövlan bağlar massivində ferma işlədir. Orada olan əmlakların hər biri onundur və şəxsi hesabından alınmış əmlaklardır. Fermanın ərazisində olan anbarda tonlarla heyvan qidası olan arpa və ağacların saxlanılması üçün çoxlu sayda dipçəklər olmuşdur. Həmin əmlaka müəyyən vaxtlarda sayıb nəzarət edirmiş. Həmin fermada Pərviz, onun qardaşı Cavid və İrşad adlı fəhlələr var. 26 sentyabr 2022-ci il tarixdə axşam üstü fermanın anbarında olan dipçəklərə nəzər yetirərkən orada olan bir ədədi 17 manat olan 200 ədəd dipçəyin və bir kiloqramı 0,50 manat olan 10 ton apranın yerində olmasnı və naməlum şəraitdə oğurlanmasını başa düşüb bu barədə dərhal fəhlələrdən soruşsada bir şey deyən olmamışdır, daha sonra ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin dipçəkləri və arpanı hissə-hissə olaraq fermada fəhlə işləyən İrşad və Cavid oğurlayıb aparıb satmışdılar. Əlavə olaraq onuda qeyd edmişdir ki, Cavidin qardaşı Pərviz uzun ilərdir ki, həmin fermada fəhlə işləyir, lakin onun Cavidlə İrşadın bu əməli törətmələrindən heç bir məlumatlı olmamışdır, olmuş olardısa Pərviz öz növbəsində ona məlumat verərmiş, çünki o, fermada olmadıqda nəzarətin əsas hissəsini Pərvizə tapşırmış. Beləliklə həmin fermadan oğurlanmış əmlak nəticəsində ona ümumilikdə 8500 manat maddi ziyan dəymişdir. Belə ki, həmin 8500 manat pulun 5100 manatı 10 ton 200 kiloqram arpanın puludur, qalan 3400 manatı isə hər biri 17 manat olmaqla 200 ədəd dipçəyin puludur. Əlavə olaraq onuda qeyd edmişdir ki, həmin əmlakların kokret olaraq nə vaxt və saat neçədə oğurlanması barədə heç bir məlumatı olmamışdır, yalnız bilmişdir ki, həmin əmlakın 2022-ci ilin may ayından etibarən oğurlanmışdır. O, ilkin təhqiqatda arpanın çəkisini təxmin olaraq 10 ton kimi qeyd etmiş, lakin məlum olduğu kimi dəyəri 5100 manat olan 10 ton 200 kiloqram heyvan üçün arpa qidası oğurlanmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid Rəfael oğlu məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid Rəfael oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Hacı Mövlan bağlar massivində fəaliyyət göstərən Hacı Nizama məxsus fermada təxminən 5 ildir ki, gözətçi kimi işləyir. xx.xx.2022-ci il tarixdə iş yoldaşı Cavid ilə qərara gəlmişdir ki, fermadan arpa oğurlayaraq satıb qazanc əldə etsinlər. Onların əsas işi gündüz vaxt olur. Lakin fermanın bütün çıxışlarını bilirdilər ki, hardan girsələr onları görən olmayacaqdır. Bu məqsədlə Cavidlə xx.xx.2022-ci il tarixdə qərara gəlmişdir ki, fermadan arpa oğurlayaraq satıb qazanc əldə etsinlər. Lakin o, İrşada tək oğurlayıb satdığı arpa barədə heç bir şey deməmişdir. Onların əsas işi gündüz vaxt olur, lakin düşünmüşdür ki, fermanın bütün çıxışlarını bilir ki, onlar hardan girsələr görən olmaz. Bu məqsəd ilə Cavid xx.xx.2022-ci il tarixdə 23:30 radələrində fermaya getmişdir. Həmin vaxt o, fermada olmuş və o, Cavidi gözləyirmiş. Qeyd etdiyi kimi, bir daha əlavə edmişdir ki, onlar həmin fermada fəhləlik işləri ilə məşqul olsalarda, orada olan anbarlara giriş çıxışlara ferma sahibi olmadan icazəsi olmamışdır. Onlar fermanın yaxınlığına getmiş və atrafda kimsənin olmadığından əmin olub fermanin saxlanc yeri olan anbarının qapısında olan lakin kiliddən bağlanmamış qıfılı yerindən çıxarıb gizlincə anbara daxil olmuşdular, bundan sonra kimsənin olmasından əmin olub Cavid fermada olan qarajdakı Qazel markalı yük avtomaşınını çıxararaq arpa yığılan anbara aparmış, daha sonra onlar Cavidlə birlikdə dəmir çəlləklərdə saxlanılan arpanı kisələrə dolduraraq 20 kisə arpanı yük avtomaşınına yükləmiş. Sonra Cavid arpanı Şüvəlan qəsəbəsi ərazisində fəaliyyət göstərən əvvəldə boşaldığı yerə, yəni daş karxanasının yaxınlığında boş sahəyə apararaq oraya boşaltmışdır ki, səhər olanda gedib oradan kisələrdə arpanı götürüb aparıb satsınlar. O, isə fermada qalıb qapını bağlamışdır. Cavid yenidən maşını aparıb qaraja qoymuşdur. Səhər olduqda saat 08 radələrində o və Cavid ilə birlikdə onun arpanı gizlətdiyi əraziyə gəlmiş. O, yoldan tanımadığı Qazel markalı yük avtomaşını sifariş etmiş və həmin arpa kisələrini yük avtomaşınına yükləyərək satmaq üçün Zirə yoluna aparmış. Orada tanımadığı yem dükanına həmin arpanın bir kiloqramı 43 qəpikdən olaraq satmış və 850 manat pul əldə etmiş. Həmin pulun 30 manatını yük avtomaşınının sürücüsünə vermiş. Qalan pulu isə Cavid ilə aralarında bərabər şəkildə bölmüş və hər birinə 410 manat pul çatmışdır. Bundan sonra, xx.xx.2022-ci il tarixdə o və Cavidlə yenədə qərara gəlmişdir ki, yenidən anbardan arpa oğurlayıb sataraq qazanc əldə etsin. Həmin gün saat 23:30 radələrində Cavidlə yenidən fermaya gəlmiş və eyni qayda da yükavtomaşınını qarajdan çıxarıb anbardan 20 kisə arpanı yük avtomaşınına yükləyib fermadan oğurlasın. Cavid arpanı aparıb həmin arpa kisələrini əvvəlki yerə aparıb boşaltmışdır. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Cavid yatıb qaldığı üçün o, tək gedərək arpa kisələrini tanımadığı və nömrə nişanını bilmədiyi yük avtomaşınına yükləyərək Türkan qəsəbəsi ərazisində yerləşən tanımadığı yem dükanına aparıb kilosunu 43 qəpiyə sataraq yenidən 850 manat pul əldə etmişdir. Həmin pulun 30 manatını yük avtomaşınının sürücüsünə vermiş, qalan 820 manat pulu isə o Cavidlə aralarında bərəbər şəkildə bölmüş, hər birlərinə 410 manat pul düşmüşdür. həmin cinayətdə başqa heç kim olmamışdır, yalnız o və Cavid olmuşdular. Həmin arpaları satdıqlar şəxslər oğurluq olmalarını bilmirmişlər, belə ki, onlar həmin şəxslərə əmlakın özlərinə məxsus olduğunu deyib satırmış, həmin ünvanları təsadüfü tapmış, yerlərini tanımırlar. Həmin dibçəkləri kimin oğurladığını bilmir, qeyd etdiyi kimi onlar yalnız arpa oğurlamışdılar. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş 27 sentyabr 2022-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl AR CM-nin 177.2.3-cü maddəsindən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə olunmuş 27 sentyabr 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 28 sentyabr 2022-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl AR CM-nin 177.2.3-cü maddəsindən AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə olunmuş 28 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında barışıq əldə edilmiş, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Bu səbəbdən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanı tam olaraq ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, ekspert rəyinə, zərər çəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, H.Əliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat məbləğində pul vəsaiti, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat pul vəsaiti, ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar