Məhkəmə qərarları › İş №1(003)-196/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-196/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-196/2025 06.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs , Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndidirlən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Taləddin oğlunun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq,, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, zərərçəkmiş şəxsin qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 16 dekabr 2024-cü il tarixdə, saat 17 radələrində yaşadığı ünvan 2 ünvanının qarşısından piyada keçərək yaşadığı evə doğru gedən əvvəldən gül satışı mağazasında birlikdə işləməklə tanıdığı Zərərçəkmiş şəxs sözlə verdiyi salamın cavabında onun ünvanına təhqiramiz söyüşlər işlətməsi səbəbindən aralarındakı ŞƏXSİ münasibətlərin pozulması zəminində təhqiramiz söyüşlər işlətməsi səbəbindən aralarındakı şəxsi münasibətlərin pozulması zəminində Zərərçəkmiş şəxs təşəbbüsü ilə yaranmış mübahisə zamanı qəsdən qisas almaq məqsədilə sağ əlinin yumruğu ilə Zərərçəkmiş şəxs sağ gözaltı nahiyyəsindən qəsdən bir dəfə vuraraq ona sağ göz almasının ağlı qişasının qansızması, sağ gözaltı nahiyyəsinin qançırı kimi yaraları ilə nəticələnən Zərərçəkmiş şəxs sağlamlığına qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında anası ilə birlikdə yaşayırmış. Zərərçəkmiş şəxs əvvəllər onun işlətdiyi gül mağazasında satıcı işləyirmiş. 16 dekabr 2024-cü il tarixdə saat 17 radələrində o, qardaşı Məmmədov Saleh və qardaşı Salehin dostu X6 yaşadığı ünvanın qarşısında dayanmışdır. Bu zaman qardaşı Saleh həmin vaxt onların yaşadıqları evin qarşısından keçən Zərərçəkmiş şəxs salam vermiş, lakin Azad Salehin salamını almamışdır. Onlar Azadin salamı eşitmədiyini zənn edib bir neçə dəfə yenə salam vermişlər. Azadın salamı eşidib, lakin bilərəkdən salamı almadığını gördükdə o, Azada uca səslə "niyə salam almırsan" deyə sual vermişdir. Bu zaman Azad əsəbi halda geri çevrilərək onların hər üçünün əzizlərini təhqir edəcək formada söyüş söymüşdür. O, Azad söyüş söydüyü üçün hirslənmiş və Azada yaxınlaşaraq üz nahiyyəsinə bir dəfə yumruqla zərbə endirmişdir. Daha sonra qardaşı Saleh və Azər onların dalaşdıqlarını görüb dərhal gələrək onları aralamağa başlamışlar. Sonra Azad çıxıb getmişdir. Mübahisə təxminən 10-15 saniyə davam etmişdir. Daha sonra onlar hər üçü Salehə məxsus avtomobilə əyləşərək getmişlər. O, Xəzər rayonunda, daş bazarının yanında yerləşən gül mağazasında avtomobildən enmişdir. Saleh və Azər isə şəhərə getmişlər. Hadisə baş verən zaman yaxın ətrafda Saleh, Azər və ondan başqa kənar şəxslərin olmadığını bildirmişdir. Azadi Saleh və Azərin vurmadığını, sadəcə özü bir dəfə yumruqla üz nahiyyəsinə vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışdığını bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 16 dekabr 2024-cü il tarixdə saat 17 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi ilə piyada yaşadığı mənzilə tərəf gedirmiş. Həmin vaxt onunla eyni küçədə yaşayan Təqsirləndirilən şəxs onun piyada getdiyi yolun üzərində ara küçədə öz yaşadığı evin qarşısında dayanmışdır. Həmin vaxt Fəridin yanında qardaşı X7 və sonradan adının X6 olduğunu bildiyi şəxs dayanmışdır. Onlar öz aralarında söhbət edirmişlər. O, piyada onların yanından keçdikdən sonra arxadan Fərid uca səslə ona "dovşan" deyə səslənmişdir. O, Fəridə məhəl qoymayaraq yoluna davam etmişdir. Sonra Fərid yenə uca səslə ona nalaiq söyüş söyərək təhqir etmişdir. O da Fəridə cavab olaraq arxaya çevrilmiş və onu söyərək təhqir etmişdir. Bu zaman Fərid hirslənərək iti addımlarla ona tərəf gəlmiş və yumruqla bir dəfə üz nahiyyəsindən zərbə vurmuşdur. Daha sonra Fəridin yanında olan qardaşı Saleh və Azər adlı şəxs celd onlara tərəf gələrək onları ayırmışlar və mübahisə bununla da sona çatmışdır. O, dərhal oradan uzaqlaşaraq yaşadığı mənzilə getmişdir. Mübahisə təxminən 10-15 saniyə davam etmişdir. Daha sonra isə bu barədə polisə müraciət etmişdir. Fəridin yanında olan Saleh və Azər adlı şəxslərin ona qarşı heç bir təzyiq göstərmədiyini və Fəridin onu vuran zaman əlində heç bir soyuq silah və alət olmadığını bildirmişdir. Təhqiqata verdiyi ilkin izahatda Fəridlə yanaşı Saleh və Azərin də onu vurduğunu bildirsə də, əslində hadisə baş verən zaman havanın bir qədər qaranlıq olduğu üçün baş verənləri dəqiq görə bilmədiyini, bundan əlavə Fəridlə dalaşan zaman bunu görən Saleh və Azərin onlara tərəf qaçaraq gəldiyi üçün səhvən onların da onu vuracaqlarını güman etdiyini, həmçinin də Fərid tərəfindən zərbə aldığı üçün baş verən prosesləri düzgün qiymətləndirə bilmədiyi üçün səhvən Saleh və Azərin də onu vurduğunu bildirmişdir. Əslində isə onu yalnız Fərid bir dəfə yumruqla üz nahiyyəsinə vurmuşdur. Hadisə baş verən zaman ətrafda ondan, Azər, Fərid və Salehdən başqa kənar şəxslərin olmadığını bildirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəmiş, sonuncu ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış X8 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. X3 ibtidi istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayırmış. Zərərçəkmiş şəxs əvvəldən tanıyırmış, belə ki, o, qardaşı Fərid yaşadığı evin yaxınlığında yaşayırmış və əvvəldən onunla tanışlıq münasibətim olmuşdur. 16 dekabr 2024-cü il tarixdə saat 17 radələrində o, qardaşı Təqsirləndirilən şəxs və dostu X1 rayonu, Yesenin küçəsi 13 Ünvanının qarşısında, yəni qardaşı Fəridin yaşadığı ünvanın qarşısında dayanıb söhbət edirmişlər. O, həmin vaxt qeyd etdiyi ünvanın qarşısından keçən Zərərçəkmiş şəxs salam vermiş, lakin Azad onun salamını almamışdır. O, Azadın salamı eşitmədiyini zənn edib bir neçə dəfə yenə salam vermişdir. Azadın salamı eşidib, lakin bilərəkdən salamı almadığını gördükdə qardaşı Fərid Azada uca səslə "niyə salam almırsan" deyə səslənmiş və Azada zarafatla "doşan" demişdir. Bu zaman Azad əsəbi halda geri çevrilərək onların hər üçünün əzizlərini təhqir edəcək formada söyüş söymüşdür. Bu zaman qardaşı Fərid Azad söyüş söydüyü üçün hirslənmiş və Azada yaxınlaşaraq onun üz nahiyyəsinə bir dəfə yumruqla zərbə endirmişdir. Daha sonra o və Azər Fərid və Azadın dalaşdığını görüb dərhal gedərək onları aralaşdırmışlar. Sonra Azad çıxıb getmişdir. Mübahisə təxminən 10-15 saniyə davam etmişdir. Daha sonra onlar hər üçü ona məxsus avtomobilə əyləşərək getmişlər. X15 rayonunda, daş bazarının yanında yerləşən gül mağazasında avtomobildən düşürtmüşlər. Daha sonra dostu Azər ilə birlikdə şəhərə getmişlər. Hadisə baş verən zaman yaxın ətrafda Azad, Fərid, Azər və ondan başqa heç kəsin olmadığını bildirmişdir. Fərid Azadı vuran zaman əlində hər hansı alət və ya soyuq silah olmadığını bildirmişdir. Hadisə baş verən zaman Azadı sadəcə qardaşı Fərid yumruqla bir dəfə üz nahiyyəsinə zərbə vurmuşdur. O və Azər ümumiyyətlə Azadı vurmamışlar, Azər və o sadəcə Fərid və Azad mübahisə edən zaman onları ayırmışlar. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış X6 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. X4 ibtidi istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs Əvvəldən tanımırmış. Onu ilk dəfə hadisə baş verən gün, yəni 16 dekabr 2024-cü il tarixdə görmüşdür. 16 dekabr 2024-cü il tarixdə saat 17 radələrində o, dostu Məmmədov Saleh və Salehin qardaşı Təqsirləndirilən şəxs ünvan 6 ünvanda dostu Salehin qardaşı Fərid yaşayırmış. Onlar orada dayanıb söhbət edirmişlər. Bu zaman dostu Saleh həmin vaxt qeyd etdiyi ünvanın qarşısından keçən sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsə salam vermiş, lakin Azad Salehin salamını salamını almamışdır. Saleh onun salamı eşitmədiyini zənn edib bir neçə dəfə yenə salam vermişdir. Onun salamı eşidib, lakin bilərəkdən salamı almadığını zənn edib Fərid uca səslə "niyə salam almırsan" deyə Azada səslənmişdir. Daha sonra isə zarafatla ona "doşan" demişdir. Bu zaman Azad əsəbi halda geri çevrilərək onların hər üçünün əzizlərini təhqir edəcək formada söyüş söymüşdür. Bu zaman Fərid söyüş söydüyü üçün hirslənərək Azada yaxınlaşmış üz nahiyyəsinə bir dəfə yumruqla zərbə endirmişdir. Daha sonra o ve dostu Saleh Fərid və Azadın dalaşdıqlarını görüb dərhal gədərək yaxınlaşıb Azad və Fəridi aralamağa başlamışlar. Sonra Azad çıxıb getmişdir. Mübahisə təxminən 10-15 saniyə davam etmişdir. Daha sonra onlar hər üçü Salehə məxsus avtomobilə əyləşərək getmişlər. Fəridi Xəzər rayonunda, daş bazarının yanında yerləşən gül mağazasında avtomobildən endirmişlər. Saleh və o isə şəhərə getmişlər. Hadisə baş verən zaman həmin ərazidə ondan, Azad, Fərid və Salehdən başqa kənar şəxslərin olmadığını bildirmişdir. Hadisə baş verən zaman Azadi o və Salehin ümumiyyətlə vurmadıqlarını, Azadi sadəcə Fəridin bir dəfə yumruqla üz nahiyyəsinə vurduğunu bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi publik hüquqi şəxsin 16 dekabr 2024-cü il tarixli 1527 nömrəli rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs sağ göz almasının, sağ göz almasının ağlı qişasının qansızması, sağ gözaltı nahiyyənin qançırı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər.Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur.; - xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs cinaət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; -06 yanvar 2025-ci il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs Taləddin oğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və 08 yanvar 2025-ci il tarixdə şübhəli şəxs statusu saxlanılmaqla MSY-dən azad edilmişdir. 08 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Taləddin oğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, qeyd edilən tarixdə tərəfimdən ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə əsasən müəyyən olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, və 177.2.3 -cü 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. - Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-c il tarixli ərizədən aydın olur ki, o, zərərçəkmiş şəxslərlə barışmasını və ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alaraq barəsində olan cinayət iuşi üzrə icraata xitam verilməsi xahiş etmişdir; - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir; Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslərlə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saat vaxta görə 90 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar