Məhkəmə qərarları › İş №1(003)-197/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-197/2020

30.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-197/2020 30.07.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə iki dəfə məhkum edilmiş, sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən CM-nin 263.1-1-ci maddəsi ilə təyin edilmiş cəzadan azad edilmiş, xx xxxx 2015-ci il tarixli hökmdən CM-nin 66.3 və 66.4-cü maddələri xaric edilmiş və CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə üzərində 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-27/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirərək qaçırmış və təkrar olaraq yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə gecə saat 04:30 radələrində X1 etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsus “Tofaş Şahin minik” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi ərazisində işıqforun yanında Mərdəkan-şəhər şosesində yerləşən köşkün qarşısında talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi YYM-də yerləşən Zərərçəkmiş şəxs7 məxsus yaşayış sahəsinə hasardan aşaraq qanunsuz daxil olmaqla evin pəncərəsinin dəmir barmaqlıqlarını sındıraraq plastik pəncərəni əli ilə açmış və evdən 01 ədəd kombi aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 680 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən xx xxxxxx 2019-cu il tarixdə gecə saat 01 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi YYS-də yerləşən Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış evinin saxlanc yeri olan zirzəmisinə qapını açmaq yolu ilə qanunsuz daxil olaraq oradan 180 manat dəyərində 01 ədəd “BOSCH” markalı dreli, 350 manat dəyərində 01 ədəd “BOSCH” markalı prefaratoru, 170 manat dəyərində 01 ədəd “Bort” markalı laqondanı, 60 manat dəyərində 01 ədəd odun samovarını, 80 manat dəyərində 01 ədəd “Hitachi” markalı lobziki, 130 manat dəyərində 01 ədəd “Devalt” markalı mismarvuran aparatı, 70 manat dəyərində 50 metrlik baraban formasına elektrik uzadıcısını və 15 manat dəyərində 01 ədəd elektrik uzadıcısını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 1055 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi “Çiçək” düşərgəsində yerləşən Zərərçəkmiş şəxs9 məxsus evin mətbəx otağının pəncərəsini açaraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla oradan sonuncuya məxsus 1500 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 ümumilikdə 1500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən xx xxxxxx 2020-ci il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq yataq otağında çarpayının üzərindəki bir ədəd qiyməti 10 manat olan namaz qılarkən istifadə edilən qadın üçün paltar dəstini, qonaq otağında olan bir ədəd ümumilikdə qiyməti 300 manat olan “Super General” markalı plazma televizoru və pultunu, bir ədəd qiyməti 10 manat olan “Receiver” markalı peyk antenası cihazının pultunu, bankanın içərisində olan 230 manat nağd pulu, ümumilikdə qiyməti 20 manat olan oyuncaq maşınları, bir ədəd qiyməti 5 manat olan işlənmiş çayniki, bir ədəd qiyməti 20 manat olan “Kumbi” markalı elektrik üzqırxan maşını, bir ədəd qiyməti 25 manat olan “Bosh” markalı feni, bir ədəd qiyməti 60 manat olan adyalı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 680 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 21 radələrində Zərərçəkmiş şəxs6 məxsus Xəzər rayonu Binə qəsəbəsi Bakavtomat adlanan ərazidə yerləşən yaşayış sahəsi olan evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq evin zirzəmisindən hər birinin qiyməti 30 manat olmaqla ümumilikdə 90 manat dəyərində 3 ədəd işıq plafonunu və ümumilikdə qiyməti 70 manat olan 60 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 cəmi 160 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 22 radələrində Zərərçəkmiş şəxs4 məxsus Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evin həyətinə hasardan keçmə yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs4 məxsus bir ədəd qiyməti 270 manat olan velosipedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 270 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 15 radələrində Zərərçəkmiş şəxs5 məxsus Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq yataq otağından bir ədəd qiyməti 300 manat olan 583 əyarlı qızıl üzüyü, hər birinin qiyməti 200 manat olmaqla ümumilikdə qiyməti 400 manat olan 583 əyarlı iki ədəd sırğa dəstlərini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 cəmi 700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 112 saylı texniki peşə məktəbində yerləşən yaşayış sahəsi olan evə qapının qıfılını sındırma yolu ilə qanunsuz daxil olaraq oradan bir ədəd qiyməti 350 manat olan “Samsung” markalı “UE32N4000AU” model LED televizoru və bir ədəd qiyməti 4 manat olan mətbəx bıçağını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 354 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına görə barəsində Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilmiş və onun Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, əvvəllər iki dəfə məhkum olunmuşdur. Sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə həbsdən azad olunmaqla azadlığa çıxmışdır. Azadlığa çıxandan sonra iş axtarsa da, məhkum olduğunu səbəb kimi göstərərək onu heç kim işlə təmin etməmişdir. Buna görə də oğurluq etmək qərarına gələrək Xəzər rayonu ərazisində təxminən 7-8 evdən oğurluq etmiş, bir dəfə də talama məqsədi olmadan avtomobil qaçırtmışdır. Belə ki, xx xxxxxxx 2019-cu il tarixdə gecə saat 04:30 radələrində tanışı Şahinin idarə etdiyi - sərnişin kimi əyləşdiyi “Tofaş Şahin minik” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən Xəzər rayonu Şağan qəsəbəsi ərazisində Mərdəkan-şəhər şosesində yerləşən köşkün qarşısında Şahin avtomobili saxlayaraq açarı avtomibilin üstündə qoyub köşkdən siqaret almağa getmiş, avtomobildə ondan başqa olan Hikmət adlı Binə qəsəbə sakini isə yatmış vəziyyətdə olmuşdur. Həmin vaxt ani olaraq ağlından avtomobili sürmək keçmiş və o, İlqardan icazə almadan avtomobili sürüb getmişdir. Hikmət Ramana qəsəbəsi ərazisində yuxudan oyanmış və avtomobili onun idarə etdiyini görərək maşını saxlamağını və onu maşından düşürtməyini istəmişdir. O da avtomobili yolun kənarına verib saxlamış və Hikmət həmin yerdə düşüb getmişdir. Bundan sonra o, avtomobili idarə edərək Nərimanov rayonu H.Əliyev prospektinə gəlmişdir. Həmin yerdə idarəetməni itirərək avtomobilin qabaq hissəsi ilə işıq dirəyinə çırpılmış və avtomobil yararsız vəziyyətə düşmüşdür. Buna görə də avtomobildən düşüb avtomobili həmin yerdə qoyaraq çıxıb getmişdir. Bundan başqa, xx xxxxxxx 2019-cu il tarixdə saat 23 radələrində Xəzər rayonu Qala qəsəbəsi YYM-də yerləşən, sonradan adını bildiyi Züleyxa adlı qadına məxsus evə oğurluq məqsədi ilə girmişdir. Belə ki, həmin vaxt Binə qəsəbəsi Bakavtomat deyilən ərazidə gəzərək oğurluq etmək üçün ev axtararkən bir ev tapmış və hasardan boylanıb içəriyə baxmışdır. Həyətdən səs-küy gəlmədiyi üçün evdə heç kimin olmadığına əmin olmuş, hasardan həyətə keçmişdir. Evin yan tərəfində olan plastik pəncərənin dəmir barmaqlıqlarını sökərək yerə qoymuş və plastik pəncərəni əli ilə itələyərək açmışdır. Evi axtarmış və evdən 01 ədəd kombi aparatını götürüb oradan uzaqlaşmışdır. Həmin kombi aparatını səhərisi gün Sabunçu bazarına aparıb orada tanımadığı şəxsə 200 manata satmış, əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, xx xxxxxx 2019-cu il tarixdə gecə saat 01 radələrində Xəzər rayonu Binə qəsəbəsi YYS-də yerləşən sonradan adını bildiyi Vəli adlı şəxsə məxsus evin zirzəmisinə qapını açmaq yolu ilə daxil olmuş və zirzəmidən 01 ədəd drel, 01 ədəd laqonda, 01 ədəd prefarator, 01 ədəd odun samovarı, 01 ədəd lobzik, 01 ədəd mismarvuran aparatı, boru və 01 ədəd elektrik uzadıcısı götürüb oradan çıxmışdır. Oğurladığı əşyaları həmin günün səhərisi Sabunçu bazarına apararaq əvvəllər tanımadığı ayrı-ayrı şəxslərə hazırda yadında qalmayan qiymətə satmış, əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 15 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Çiçək” düşərgəsində yerləşən, sonradan adını bildiyi Zərərçəkmiş şəxs9 yaşadığı evə oğurluq məqsədi ilə girmişdir. Belə ki, həmin vaxt bir evə yaxınlaşaraq heç kimin olmamasına əmin olmaq məqsədi ilə əvvəlcə qapını döymüş, qapını heç kəs açmadığına görə evdə heç kimin olmadığına əmin olub mətbəx otağının pəncərəsini açaraq içəri daxil olmuş və evi axtarıb 1500 manat pul tapmışdır. Daha sonra həmin pulu cibinə qoyaraq evə girdiyi yerdən çıxıb oradan uzaqlaşmış, oğurladığı pulun hamısını şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə gecə saat 01 radələrində Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən, sonradan adını bildiyi Rəfail adlı şəxsin yaşadığı evə oğurluq məqsədi ilə girmişdir. Belə ki, həmin vaxt hasardan keçib əvvəlcə həyətə, daha sonra isə evin sağ tərəfində olan pəncərəni açaraq içəri daxil olmuş və yataq otağında çarpayının üzərindən namaz qılarkən istifadə olunan qadın üçün paltar dəstini, qonaq otağından bir ədəd “Super General” markalı plazma televizoru və pultunu, bir ədəd peyk antenası cihazının pultunu, bankanın içərisində olan 230 manat nağd pulu, bir neçə oyuncaq maşını, bir ədəd işlənmiş çayniki, bir ədəd elektriklə işləyən üzqırxan maşını, bir ədəd feni, bir ədəd adyalı oğurlamış və evə daxil olduğu pəncərədən çıxaraq getmişdir. Oğurladığı əşyaları həmin gün səhər tezdən Sabunçu bazarında tanımadığı şəxslərə hazırda xatırlamadığı qiymətə satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsi Bakavtomat adlanan ərazidə yerləşən, sonradan adını bildiyi Nadir adlı şəxsin yaşadığı evdən oğurluq etmişdir. Belə ki, həmin vaxt pəncərəni itələyib açmaqla evə daxil olmuş, yeni tikilmiş ev olduğunu görmüş, bundan sonra evin zirzəmisinə düşmüş və oradan 3 ədəd işıq plafonu və üç top elektrik naqilini götürüb evə girdiyi yerdən çıxaraq həmin yerdən uzaqlaşmışdır. Daha sonra həmin işıq plafonlarını və elektrik naqillərini 30 manata sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 22 radələrində Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən, sonradan adını bildiyi Rəsul adlı şəxsin evinin həyətindən oğurluq etmişdir. Belə ki, həmin vaxt hasardan keçmə yolu ilə həyətə daxil olub bir ədəd velosipedi oğurlayıb aparmışdır. Həmin velosipedi ertəsi gün səhər tezdən Sabunçu bazarına apararaq orada tanımadığı şəxsə 40 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 15 radələrində Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən, sonradan adını bildiyi Əbdülağaya məxsus evdən oğurluq etmişdir. Belə ki, həmin vaxt plastik pəncərəni açma yolu ilə evə daxi olub diplomat çamadanın içərisində olan 2 cüt qızıl sırğa dəstini və bir ədəd qızıl üzüyü oğurlamış, onları həmin gün axşam Sabunçu bazarında tanımadığı şəxsə ümumilikdə 90 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 12 radələrində Xəzər rayonu Binə qəsəbəsi 112 saylı texniki peşə məktəbində yaşayan qohumu Diləfruz xanımın evindən oğurluq etmişdir. Belə ki, həmin vaxt qapının qıfılını sındıraraq evə daxil olmuş və evdən bir ədəd “Samsung” markalı televizoru və bir ədəd mətbəx bıçağını götürüb oğurlamışdır. Həmin televizoru Sabunçu bazarına apararaq orada işləyən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə 80 manata satmış, bıçağı isə tullamışdır. Televizoru satdığı şəxsi 3-cü PB-nin əməkdaşlarına təqdim etmişdir və həmin televizor onu alan şəxsdən götürülərək sahibinə qaytarılmışdır. Təqsirləndirilən şəxs daha sonra göstərdi ki, o, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı etirafedici ifadələr verərək ittiham olunduğu cinayətlərin hamısını törətdiyini bildirmişdir. Lakin hazırda həqiqəti söyləyir və bildirir ki, o, həmin cinayətlərin hamısını törətməmişdir, yalnız Zərərçəkmiş şəxs2 məxsus “Tofaş Şahin minik” markalı **- TB-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmış və sonra qaytarmış, həmçinin ona dəymiş maddi zərəri tamamilə ödəmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 evindən bir ədəd “Samsung” markalı televizoru və bir ədəd mətbəx bıçağını götürüb oğurlamış, televizoru Sabunçu bazarında işləyən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə 80 manata satmış, bıçağı isə tullamışdır. Televizoru satdığı şəxsi 3-cü PB-nin əməkdaşlarına təqdim etmişdir və həmin televizor onu alan şəxsdən götürülərək sahibinə qaytarılmışdır. Hazırda adlarını çəkdiyi zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Həmin iki əməli törətdiyinə görə peşmandır, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bir daha bildirir ki, digər oğurluqları etməmişdir, əvvəllər etirafedici ifadə verməyinin səbəbini isə indi açıqlamaq istəmir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, yaşadığı ev bir otaqdan və bir dəhlizdən ibarətdir. xx xxxxxx 2020-ci il tarixdə saat 09:40 radələrində yaşadığı evin taxta qapısını qıfılla bağlayıb Binə qəsəbəsində yaşayan bacısıgilə getmiş, təxminən saat 13:30 radələrində evə qayıtdıqda evin giriş qapısının qıfılının qırıldığını görmüşdür. Evə girəndə görmüşdür ki, şkafın üzərinə qoyduğu “Samsung” markalı plazma televizoru, bir ədəd mətbəx bıçağı oğurlanmışdır. Oğurlanmış televizorun qiyməti 500 manat, mətbəx bıçağının qiyməti 4 manat olmuş, qıfılının sındırılması nəticəsində isə ona 5 manat ziyan dəymişdir. Dərhal DİN “102” zəng mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları gələrək evinə baxış keçirmişlər. O, hadisə barədə ərizə vermiş və qeyd etmişdir ki, evindən oğurluq edən şəxs qohumu Təqsirləndirilən şəxsdur. Ona məxsus olan həmin televizor qaytarıldığından, hazırda o, İlqar ilə barışmışdır, ondan heç bir şikayəti yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq İlqara yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2göstərdi ki, onun şəxsi “Tofaş Şahin minik” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili xx xxxx 2019-cu il tarixdə X2 3800 manata almış və həmin vaxt Nihad ona baş etibarnamə vermişdir. Avtomobili alandan sonra onu bir müddət özü sürmüş, xx xxxxxxx 2019-cu il tarixdən etibarən isə taksi kimi işləyib pul qazanması üçün tanışı X3 vermişdir. Şahinlə razılaşmışdır ki, əldə etdiyi gəlirdən gündəlik olaraq 5-10 manat da ona versin. xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 09 radələrində özünü polis kimi təqdim edən bir nəfər onun telefonuna zəng edərək ona məxsus “Tofaş Şahin minik” markalı avtomobillə yol-nəqliyyat hadisəsi törədildiyini bildirmişdir. O, həmin şəxsə avtomobilin ona məxsus olsa da, onun tərəfindən idarə olunmadığını bildirmiş və onunla sağollaşmışdır. Bundan sonra Şahinə zəng etmiş, lakin onun mobil telefonuna zəng çatmamışdır. Həmin gün axşam təxminən saat 19 radələrində Şahin ona zəng edərək bildirmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə gecə saat 04:30 radələrində avtomobil Şağan qəsəbəsi ərazisində Mərdəkan-şəhər şosesində yerləşən köşkün qarşısında İlqar adlı şəxs tərəfindən onun icazəsi olmadan ələ keçirilərək qaçırılmışdır və o, bu barədə polisə müraciət etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 830 manat məbləğində maddi ziyan dəymişdir. Avtomobil ona qaytarıldığından və dəymiş maddi ziyan tamamilə ödənildiyindən, hazırda o, İlqar ilə barışmışdır, ondan heç bir şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq İlqara yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3göstərdi ki,xx xxxxxx 2019-cu il tarixdə saat 10:00 radələrində bayramla əlaqədar olaraq Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən evindən çıxıb evin və həyətin qapısını bağlayaraq ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu Cəyli kəndində yerləşən ata evinə getmiş və evdə heç kəs qalmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində evinə qayıtdıqda görmüşdür ki, evin sağ tərəfində olan pəncərəni naməlum şəxs açaraq evə daxil olmuş və yataq otağında çarpayının üzərində olan bir ədəd qiyməti 10 manat olan namaz qılarkən istifadə olunan qadın üçün paltar dəstini, qonaq otağında olan bir ədəd ümumilikdə qiyməti 300 manat olan “Super General” markalı plazma televizoru və pultunu, bir ədəd qiyməti 10 manat olan “Receiver” markalı peyk antenası cihazının pultunu, bankanın içərisində olan 230 manat nağd pulu, ümumilikdə qiyməti 20 manat olan oyuncaq maşınları, bir ədəd qiyməti 5 manat olan işlənmiş çayniki, bir ədəd qiyməti 20 manat olan “Kumbi” markalı elektrik üzqırxan maşını, bir ədəd qiyməti 25 manat olan “Bosh” markalı feni, bir ədəd qiyməti 60 manat olan adyalı oğurlamışdır. Hadisə nəticəsində ona ümumilikdə 680 manat ziyan dəymişdir. O, evindən oğurluq edən şəxsin tapılıb cinayət məsuliyyətinə cəlb edilməsini və ona dəymiş ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Hazırda İlqar ilə barışmışdır, ondan heç bir şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq İlqara yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4göstərdi ki, ailəsi ilə birlikdə Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yaşayır. xx xxxxxx 2020-ci il tarixdə saat 13:30 radələrindən xx xxxxxx 2020-ci il tarixdə saat 18:50 radələrinədək olan müddət ərzində evdə olmadıqları vaxt naməlum şəxs ona məxsus evin həyətinə hasardan keçmə yolu ilə daxil olaraq oradan bir ədəd qiyməti 270 manat olan velosipedi oğurlayıb aparmışdır. Ona dəymiş ziyanın ödənilməsində köməklik göstərilməsini və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 göstərdi ki, ailəsi ilə birlikdə Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yaşayır. xx xxxxxx 2020-ci il tarixdə saat 12:00 radələrindən həmin gün saat 19:00 radələrinədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər ona məxsus evə pəncərəni açma yolu ilə daxil olaraq qonaq otağında olan çarpayının altındakı çemodanın içərisindən bir ədəd qiyməti 300 manat olan 583 əyarlı qızıl üzüyü, hər birinin qiyməti 200 manat olmaqla ümumilikdə qiyməti 400 manat olan 583 əyarlı iki ədəd sırğa dəstini oğurlamışdır. Hadisə nəticəsində ona ümumilikdə 700 manat ziyan dəymişdir. Ona dəymiş ziyanın ödənilməsində köməklik göstərilməsini və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 göstərdi ki,Xəzər rayonu Binə qəsəbəsi Bakavtomat adlanan yeni yaşayış sahəsində şəxsi evi vardır, lakin həmin evdə yaşayış yoxdur. xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində həmin evə gedərkən evindən oğurluq olduğunu aşkar etmiş və bu barədə ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslərin yaşayış olmayan evinə plastik pəncərəni açma yolu ilə daxil olaraq evin içərisindən hər birinin qiyməti 30 manat olmaqla ümumilikdə 90 manat dəyərində 3 ədəd işıq plafonunu və ümumilikdə qiyməti 70 manat olan 60 metr uzunluğunda elektrik naqilini oğurladıqlarını bildirmişdir. Hadisə nəticəsində ona ümumilikdə 160 manat məbləğində ziyan dəymişdir. Hazırda İlqar ilə barışmışdır, ondan heç bir şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq İlqara yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə xəbərdar edilmiş Zərərçəkmiş şəxs7 xx xxxx 2020-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq hazırda Rusiya Federasiyası ərazisində olduğuna və karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasına gələ bilmədiyinə görə üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmədiyini, təqsirləndirilən şəxsə qarşı şikayətçi olmadığını bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs7 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, 2019-cu ilin oktyabr ayında Binə qəsəbəsi Bakavtomat adlanan ərazidə fərdi yaşayış evi almışdır, lakin həmin evə köçməmişdir və evdə yaşayış yoxdur. xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 17:00 radələrində həmin evə gedərək ev üçün aldığı radiator və kombi cihazını evə qoymuş, xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 11:00 radələrində həmin evə baxmağa gedərkən görmüşdür ki, evin plastik pəncərəsi açıq vəziyyətdədir. Evə daxil olduqda ona məlum olmuşdur ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 18:00 radələrindən xx xxxxxxx 2019cu il tarixdə saat 11:00 radələrinədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər ona məxsus olan evə plastik pəncərəni açıb daxil olaraq qiyməti 680 manat olan bir ədəd kombi cihazını oğurlamışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs8göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə ərizə ilə Xəzər RPİ 3-ci PB-nə müraciət edərək bildirmişdir ki, yaşadığı Binə qəsəbəsi YYS fərdi evdə olduğu zaman naməlum şəxs ona məxsus evin zirzəmisinə daxil olaraq oradan ümumi dəyəri 700 manat olan bir ədəd dreli, bir ədəd laqondanı, bir ədəd prefaratoru, dəyəri 60 manat olan bir ədəd odun samovarını, dəyəri 80 manat olan bir ədəd lobziki, dəyəri 130 manat olan bir ədəd mismarvuran aparatı, dəyəri 70 manat olan 50 metrlik boruları və dəyəri 15 manat olan elektrik uzadıcısını oğurlamışlar. Belə ki, xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə keçən gecə evdə olduğu zaman naməlum şəxs həyətə qanunsuz daxil olaraq evin alt hissəsində saxlanc yeri olan zirzəminin qapısını açaraq oradan 180 manat dəyərində 01 ədəd “BOSCH” markalı dreli, 350 manat dəyərində 01 ədəd “BOSCH” markalı prefaratoru, 170 manat dəyərində 01 ədəd “Bort” markalı laqondanı, 60 manat dəyərində 01 ədəd odun samovarını, 80 manat dəyərində 01 ədəd “Hitachi” markalı lobziki, 130 manat dəyərində 01 ədəd “Devalt” markalı mismarvuran aparatı, 70 manat dəyərində 50 metrlik baraban formasına elektrik uzadıcısını və 15 manat dəyərində 01 ədəd elektrik uzadıcısını oğurlamışdır. Ümumilikdə ona 1055 manat məbləğində maddi ziyan dəymişdir. Naməlum şəxs evin zirzəmisinə daxil olub oğurluq edərkən o və ailə üzvləri həmin vaxt bunu hiss etməmişlər. xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında işə gedərkən ləvazimatları götürmək istəyəndə görmüşdür ki, yuxarıda sadalanan əşyalar oğurlanmışdır. Ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs9göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində evdən çıxaraq şəxsi işlərilə bağlı getmiş və həmin gün saat 17 radələrində evə qayıtdıqda görmüşdür ki, evin mətbəx otağının pəncərəsi açıq vəziyyətdədir və evə kimsə daxil olub oğurluq etmişdir. O, evin əşyalarını nəzərdən keçirtmiş və aşkar etmişdir ki, evdən onun 1.500 manat pulu oğurlanmış, bundan başqa heç bir əşya oğurlanmamışdır. Bu barədə Xəzər RPİ 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır, ondan heç bir şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq İlqara yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 göstərdi ki, o, etibarnamə əsasında “Tofaş” markalı **-TB-*** dövlət nömrə nişanlı avtomaşın alaraq taksi kimi fəaliyyət göstərməyə başlamışdır. xx xxxxxxx 2019-cu il tarixdə saat 00:30 radələrində avtomaşını ilə hərəkətdə olan zaman tanıdığı, eyni zamanda müştəri olan Şahid3 onun mobil telefonuna zəng edərək sifariş etmiş, bu səbəbdən də Hikmətin qeyd etdiyi ünvana, yəni Xəzər rayonu Binə qəsəbəsinə getmişdir. Orada Hikmət yanında olan qonağı ilə birlikdə onun idarə etdiyi avtomaşına əyləşmiş və o, onları “Qara Qarayev” metrostansiyasının yaxınlığına apararaq həmin yerdə olan kafenin yaxınlığında avtomaşını saxlamışdır. Hikmət ona bildirmişdir ki, o da onunla kafedə əyləşsin, daha sonra onu Yasamal rayon ərazisindəki “Nərimanov heykəli” adlanan ünvana aparsın. O da öz razılığını bildirərək Hikmət və yanında olan adını sonradan bildiyi Əfqan adlı şəxslə birlikdə həmin kafeyə daxil olub birlikdə yemək yeməyə başlamışlar. Həmin vaxt kafedə Binə qəsəbə sakini kimi tanıdığı, lakin ünsiyyəti olmayan İlqar adlı şəxslə rastlaşmışdır. Onlar yemək yedikdən sonra İlqar ondan xahiş etmişdir ki, onu da Binə qəsəbəsinə aparsın. O da İlqara etiraz etməmiş və bildirmişdir ki, əvvəlcə Yasamal rayonuna gedib Hikmətin qonağı olan Əfqanı düşürtdükdən sonra Binə qəsəbəsinə gedəcəkdir. Həmin tarixdə saat 02:30 radələrində kafedən çıxaraq avtomaşına əyləşib Əfqanı Yasamal rayonu ərazisinə aparıb düşürtdükdən sonra oradan qayıdaraq Xəzər rayonu istiqamətinə doğru hərəkət etməyə başlamışlar. Yolun şəhər-Mərdəkan istiqamətində hərəkətdə olarkən yanacaq almaq, eyni zamanda Şüvəlanqəsəbəsində yaşayan Hacı adlı şəxsə müvafiq sənədləri vermək üçün Binə qəsəbəsinə daxil olmadan yolun Mərdəkan istiqamətində olan “SOCAR” yanacaqdoldurma məntəqəsinə daxil olaraq yanacaq aldıqdan sonra Şüvəlan istiqamətinə hərəkət edərək Hacı adlı şəxslə görüşdükdən sonra Binə qəsəbəsi istiqamətində hərəkətə başlamışdır. Yolun Mərdəkan-şəhər istiqamətində olan Şağan işıqforunun yanında köşkdən siqaret almaq üçünavtomaşını saxlamış və düşüb köşkə yaxınlaşaraq siqaret alan zaman qəflətən görmüşdür ki, idarə etdiyi avtomaşın yolun Mərdəkan-şəhər istiqaməti ilə hərəkət edilməklə içində olan sərnişinlə birlikdə həmin yerdən uzaqlaşmışdır. O, köşkdə işləyən, adını bilmədiyi satıcının mobil telefonu ilə DİN “102” zəng mərkəzinə məlumat vermiş, sonra yaşadığı ünvana gəlmişdir. Bu zaman ona məlum olmuşdur ki, Hikmət onun yaşadığı ünvana ondan öncə gəlmiş və avtomaşının İlqar tərəfindən qaçırıldığını, həmçinin onu yolun Ramana istiqamətində düşürtdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 23 radələrində tanıdığı və dostluq münasibəti olan X5 onunla görüşmək üçün Binə qəsəbəsinə gəlmiş, Əfqan ilə bir qədər söhbət etdikdən sonra qərara gəlmişlər ki, Nizami rayonu ərazində yerləşən kafeyə getsinlər. Bundan sonra tanıdığı taksi kimi fəaliyyət göstərən X4 ilə telefon əlaqəsi saxlamış və təxminən 20-30 dəqiqədən sonra Şahin onun olduğu ünvana gəlmişdir. O, Əfqanla birlikdə Şahinin idarə etdiyi “Tofaş” markalı **-TB-*** dövlət nömrə nişanlı avtomaşına əyləşmiş və Nizami rayonu ərazisində yerləşən kafeyə Şahinlə birlikdə daxil olmuşlar. Onlar kafedə yemək yeyərkən Binə qəsəbə sakini İlqar adlı şəxslə rastlaşmışlar. İlqar Şahindən xahiş etmişdir ki, əgər Binə qəsəbəsinə gedəcəksə, onu da aparsın. Kafedən çıxdıqdan sonra Əfqan və İlqar avtomaşının arxa oturacağında, o isə ön oturacaqda əyləşmişdir. Əfqanı Yasamal rayonu ərazində düşürtdükdən sonra evə qayıtmaq üçün Xəzər rayonu istiqamətində hərəkətə başlamışlar. Şahin evə getməmişdən öncə Şüvəlan qəsəbəsində yaşayan Hacı adlı şəxslə görüşməli olduğunu bildirmiş, o da etiraz etməmişdir. Şahin Şüvəlan qəsəbəsində yaşayan Hacı ilə görüşdükdən sonra Binə qəsəbəsinə gəlmək üçün yolun Mərdəkan-şəhər istiqamətinə doğru hərəkətə başladıqda o, avtomaşında yuxulayaraq yatmışdır. Yuxudan ayıldıqda görmüşdür ki, avtomaşın yüksək sürətlə hərəkətdə olmaqla İlqar tərəfindən idarə olunur. Özündən asılı olmayaraq qorxmuş və İlqardan avtomobili saxlamağı xahiş edib yolun Ramana qəsəbəsi ərazisindən keçən hissəsində avtomobildən düşmüşdür. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunmuş ifadəsi ilə müəyyən edildi ki, o, Sabunçu bazarında köhnə işlənmiş malların alqısatqısı ilə məşğul olur. xx xxxxxx 2020-ci il tarixdə plazma televizor aldığı və sonradan adının İlqar olduğunu bildiyi şəxs bir qrup polis əməkdaşı ilə birlikdə işlədiyi yerə gəlmişlər. Həmin vaxt polis əməkdaşları ondan İlqarın ona televizor satıb-satmadığını soruşmuş, o da onlara İlqardan 80 manata bir ədəd “Samsung” markalı plazma televizor aldığını bildirmişdir. Bu zaman polis əməkdaşları ona İlqarın həmin televizoru Binə qəsəbəsində yaşayan bir nəfərin evindən oğurladığını bildirmişlər. Bundan sonra o, İlqardan aldığı “Samsung” markalı plazma televizoru könüllü olaraq polis əməkdaşlarına təhvil vermiş və bu barədə protokol tərtib olunmuşdur. O, həmin televizorun cinayət yolu ilə əldə edildiyini bilməmişdir, əgər bilsəydi, onu almazdı. İş materiallarında olan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokollarından və fotoşəkillərdən görünür ki, o, ifadəsində qeyd etdiyi oğurluq cinayətlərinin ünvanlarını göstərərək ifadəsini təsdiq etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli götürmə aparılması barədə protokoldan görünür ki, bir ədəd “Samsung” markalı televizor Şahid1 götürülmüşdür. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli baxışkeçirilməsibarədəprotokoldangörünürki, Zərərçəkmiş şəxs1işüzrəəldəolunmuş 01 ədəd“Samsung”markalı plazma televizora baxış keçirib əlamətlərindən tanıyaraq ona məxsus oğurlanmıştelevizor olduğunubildirmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12mart2020-ci il tarixli, 9/114 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Rusiyada 2018.12 tarixdə istehsal edilmiş “Samsung” markalı, “UE32N4000AU” model LED televizorun istifadədə olması nəzərə alınmaqla hazırki vəziyyətdə 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 350,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manatdır. İş materiallarında olan qəbzdən görünür ki, maddi sübut - Zərərçəkmiş şəxs1naməxsus 01 ədəd “Samsung” markalı, “UE32N4000AU” model LED televizor sahibinə qaytarılmışdır. İş materiallarında olan və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs9tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəymiş maddi ziyan ödənildiyinə görə onların ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edirlər. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. İşmateriallarındaolanAzərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 400 (dörd yüz) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxxx 2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən CM-nin 263.1-1-ci maddəsi ilə təyin edilmiş cəzadan azad edilmiş, xx xxxx 2015-ci il tarixli hökmdən CM-nin 66.3 və 66.4cü maddələri xaric edilmiş və CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə üzərində 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx xxxxxx 2019cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı özünün qismən etirafedici ifadəsi ilə yanaşı, onun ilkin ifadələri, hadisə yerlərinə baxış keçirilməsi barədə protokollar, ifadələrin yerində yoxlanılması haqqında protokollar, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, onun ilkin ifadələri, hadisə yerlərinə baxış keçirilməsi barədə protokollar, ifadələrin yerində yoxlanılması haqqında protokollar, zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir, ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini qismən etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərin bir neçəsi ilə barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxslərin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (və ya götürülməməsinə) baxmayaraq yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün – azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut – Zərərçəkmiş şəxs1naməxsus 01 ədəd “Samsung” markalı, “UE32N4000AU” model LED televizorun sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın qismən ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən müxtəlif məbləğlərdə maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın qismən ödənilməsi nəzərə alınsın. Maddi sübut – Zərərçəkmiş şəxs1naməxsus 01 ədəd “Samsung” markalı, “UE32N4000AU” model LED televizorun sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx”ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar