Məhkəmə qərarları › İş №1(003)-197/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-197/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-197/2022 14.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, 1) xx xxxxxx 1958-ci il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 744Q nömrəli bağ evi ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin) 177.2.1 və 177.2.4-cü maddələri ilə və 2) xx xxx 1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 744Q nömrəli bağ evi ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs2 özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında 20 aprel 2021-ci il tarixdən 28 aprel 2021-ci il tarixədək olan müddət ərzində dövlətin müstəsna mülkiyyətində olmaqla Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyinə verilmiş və Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi keçmiş X15nun hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 910 kvadrat metr hissəsində cinayətə aidiyyəti olmayan ekskavator və buldozer sürücülərinin vasitəsi ilə istismar dərinliyi 2,5 metr olmaqla ümumilikdə 2275 kub metr həcmdə qazıntı işləri aparıb yerin təkindən çıxarılmış itki və tullantılar nəzərə alınmaqla qarışıqdan ibarət torpağı cinayətə aidiyyəti olmayan yük avtomobillərinin sürücüləri vasitəsi ilə Bakı şəhəri Suraxanı rayonu Binə sovxozu ərazisində yerləşən qum ələmə məntəqəsinə gətirib orada emalını təşkil etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”ə uyğun olaraq ümumi dəyəri 22740 manat təşkil edən 1137 kub metr həcmdə qum şəklində xammal hasil edib həmin qumu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb hüquqi şəxs Abşeron Rayon İcra Hakimiyyətinə 22740 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs1 özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında 20 aprel 2021-ci il tarixdən 28 aprel 2021-ci il tarixədək olan müddət ərzində dövlətin müstəsna mülkiyyətində olmaqla Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyinə verilmiş və Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi keçmiş X15nun hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 910 kvadrat metr hissəsində cinayətə aidiyyəti olmayan ekskavator və buldozer sürücülərinin vasitəsi ilə istismar dərinliyi 2,5 metr olmaqla ümumilikdə 2275 kub metr həcmdə qazıntı işləri aparıb yerin təkindən çıxarılmış itki və tullantılar nəzərə alınmaqla qarışıqdan ibarət torpağı cinayətə aidiyyəti olmayan yük avtomobillərinin sürücüləri vasitəsi ilə Bakı şəhəri Suraxanı rayonu Binə sovxozu ərazisində yerləşən qum ələmə məntəqəsinə gətirib orada emalını təşkil etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”ə uyğun olaraq ümumi dəyəri 22740 manat təşkil edən 1137 kub metr həcmdə qum şəklində xammal hasil edib həmin qumu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb hüquqi şəxs Abşeron Rayon İcra Hakimiyyətinə 22740 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Təqsirləndirilən şəxs1 Xəzər rayonu Şüvəlan qəsəbəsi QRES adlanan ərazidə yerləşən, ünvanını dəqiq bilmədiyi bağ evində 2020-ci ilin dekabr ayından ailə üzvləri ilə birlikdə yaşadığı zaman tanış olmuşdur. Həmin vaxtlar arvadı X13 həmin bağ evinin qulluğunu, təmizliyini edirmiş, o isə bağın təhlükəsizliyi üçün qarovulçu dayanırmış. 04 aprel 2021-ci il tarixdə Tərlan ona bildirmişdir ki, istəsə ona iş tapsın ki, işləyə bilsin, demişdir ki, Şahid11 adlı tanışı vardır, Suraxanı rayonu Binə qəsəbəsi Sovxoz adlanan ərazidə karxanası vardır, oranı işlədir. Orada gedib məsul şəxs kimi yük gətirib-aparan avtomobillərin qeydiyyatını aparmaq lazımdır. Tərlan bildirmişdir ki, ona bu işə görə Nicad 500 manat maaş verəcəkdir. O da razılıq vermişdir. Bundan bir gün sonra Tərlan Nicad ilə telefonda danışmış, Nicad Tərlanın bağ evinə gəlmiş və onu oradan götürüb Suraxanı rayonunda olan karxanaya aparmışdır. Bu hadisəyə qədər o, Nicadı tanımamışdır. Karxanaya getdikdə görmüşdür ki, ora karxanaya oxşamır, əvvəllər karxana olmuşdur, lakin daha çox qum, torpaq ələmə yeridir. Çünki orada qum, torpaq ələmək üçün xüsusi üçkünc dəmir ələklər və aşağı hissəsində yuvaları olmuşdur. Nicad onu orada Gülər ilə tanış etmiş və bildirmişdir ki, Gülər hesabatlarını aparır, işlərə nəzarət edir. Nicad ona demişdir ki, bura gələn yük avtomobillərinin hər birinin dövlət qeydiyyat nişanını yazmaqla neçə dəfə kütlə gətirməsini qeyd etsin. Həmçinin ələnən qumların yükləndiyi və satışa gedən qum kütləsini daşıyan yük avtomobillərinin də eyni qaydada qeydiyyatını aparmaq lazımdır. Ondan başqa eyni işi görən İlkin, Fərman, Fərid, Hüseyn adlı şəxslər də olmuşlar. İlkin və Fərman Nicadın yükləyici traktorunu idarə edən operatorlar olmuşdur. Nicad ona 500 manat maaş verəcəyini və yalnız işinin qeydiyyat aparmaqdan ibarət olacağını demişdir. 12 aprel 2021-ci il tarixə kimi o, Nicadın dediyi kimi xammal torpaq-qum qarışığını gətirən və daha sonra qum bazarlarına satış üçün aparılan qum kütləsini daşıyan yük avtomobillərinin qeydiyyatını aparmışdır. Həmin zamanlarda da, Gülər hər gün işə gəlib-gedir, qumun tərkibinə baxır, qaimə yazır, ümumi işə nəzarət edirmiş. 12 aprel 2021-ci il tarixdən sonra Nicad qum ələmə yerinə gələrək bildirmişdir ki, artıq bu işlə məşğul olmayacaqdır. 20 aprel 2021-ci il tarixə kimi heç bir iş olmamışdır, iş dayanmışdır və qum ələmə yerində işləyən texnikalar da oradan aparılmışdır. Orada bir ədəd yükləyici traktor Nicadın olmuş, qalan texnikalar isə icarədə olmuşdur. Həmin zamana qədər qum ələmə yerinə gətirilən qum-torpaq qarışığının haradan gətirildiyini bilməmiş və bu barədə maraqlanmamışdır. 20 aprel 2021-ci tarixə kimi o, qum ələmə yerinə gəlib-getmişdir. 20 aprel 2021-ci il tarixdən isə qum ələmə yerində yenidən iş bərpa olunmuşdur, çünki Nicad işdən ayrıldıqdan sonra texnikalar qum ələmə yerində olmadığından iş dayanmış, fasilə yaranmışdır. 20 apreldən sonra Gülər qum ələmə yerini işlətməyə və orada texnikalar təşkil etməyə başlamışdır. Gülər ondan bir neçə özüboşaldan yük avtomobili tapmağı xahiş etmiş, o da Ağdaşdan olan tanışları Rövşən və Tehranı tapmış, həmin şəxslər də 20 aprel 2021-ci il tarixdən Türkan qəsəbəsində olan yerdən qum ələmə yerinə torpaq və qum kütlərini daşımağa başlamışlar. Həmin zamana qədər o, yalnız eşitmişdir ki, gətirilən xammal Türkan qəsəbəsindən gətirilir, lakin yerini dəqiq bilmirmiş. Bir az keçdikdən sonra bir neçə yük avtomobilinin sürücüsü narazılıq etməyə başlamışdır ki, avtomobilləri həddindən artıq çox yüklənir. Bundan sonra o, Gülərin tapşırığı ilə Türkan qəsəbəsinə xammal torpaq kütləsinin daşındığı yerə gedərək orada Qismət adlı ekskavator operatorundan yük avtomobillərini çox yükləməməsini xahiş etmişdir. 28 aprel 2021-ci il tarixdə qum ələmə yerinə polis əməkdaşları gələrək onların iş fəaliyyətini dayandırmışlar. Həmin zaman o, bilmişdir ki, qum ələmə yerinin fəaliyyəti və oraya daşınan qum və torpaq kütləsi ilə bağlı olan, həmçinin qum satışı fəaliyyəti qanunsuz imiş. Həmin zamana qədər o, elə bilirmiş ki, bütün içində olduğu iş qanunidir. Qum ələmə yerinə Türkan qəsəbəsindən gətirilən torpaq və qum kütləsi orada ələkdən keçirilib satış üçün yararlı vəziyyətə gətirildikdən sonra yük avtomobilləri ilə qum bazarlarına satış məqsədi ilə daşınırmış. 2020-ci ilin aprel ayında istifadəsində ********** və ********** mobil nömrələri olmuşdur. Müdiri kimi Nicadı tanımış, Gülər isə Nicadın işçisi olmuşdur. 12 aprel 2021-ci il tarixə kimi hər gün Nicad qum ələmə yerində olmuşdur. 20 aprel 2021-ci il tarixdən isə Nicad deyil, bütün işlərə Gülər rəhbərlik etmişdir. Tərlan 2 dəfə qum ələmə yerinə gəlmiş, birinci dəfə Nicad işləyən zaman, sonra isə 20 aprel 2021-ci il tarixdən sonra gəlmiş və onu yoxlamışdır ki, işləyir, ya yox, işi ilə maraqlanmışdır. O, yalnız həmyerliləri olan X5 və Şahid7 Gülərin xahişi ilə qum daşımaq işinə cəlb etmişdir. Qalan şəxsləri o heç bir işə cəlb etməmişdir. Həmin şəxslər ilə heç bir pul söhbəti aparmamışdır. Sadəcə olaraq həmin texnikalar qoşqulu tırlarla qum ələmə yerinə gətirilən zaman o qarşılamış, Gülərin ona verdiyi pulları qoşqulu avtomobillər üçün sürücülərə vermişdir. İlkin olaraq texnika sahibləri onu tanımış olduğundan, onun adını vermişlər. Lakin bu o demək deyil ki, o, hansısa işin təşkilatçısı olmuşdur. Bununla belə, bu işdə təqsiri olan bir şəxs kimi deyil, işin sonrakı mərhələlərində adının hallanmaması və bundan sonra məhkəməyə gəlib-getməməsi üçün zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi zərəri tamamilə ödəmişdr. Hazırda zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Hesab edir ki, onun əməlində cinayət tərkibi yoxdur, əvvəllər də heç bir cinayət törətməmişdir. Artıq 64 yaşı vardır, böyük bir ailənin başçısıdır, məhkəməyə təqdim etdiyi - “Oksigen” klinik xəstəxanası, X20 adına Milli Oftalmologiya Mərkəzi və digər tibb müəssisələri tərəfindən verilmiş müayinə və müalicə sənədlərindən görünür ki, o, baş beyin və göz xəstəliklərindən əziyyət çəkir, mütəmadi olaraq müayinə və müalicə olunur, gözünün biri görmür, digər gözü isə görmə qabiliyyətinin yarısını itirmişdir, təcili əməliyyat olunmalıdır, əməliyyat olunmaq üçün göz klinikalarının birində növbəyə yazılmışdır və tezliklə əməliyyat olunacaqdır. Bunların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Şahid11 2021-ci ilin əvvəllrindən tanıyır. 2021-ci ilin mart və ya aprel aylarında Nicad ona yaxınlaşıb demişdir ki, Türkan qəsəbəsi ərazisində yerləşən Nazilə xanıma məxsus olan daş karxanasının fəaliyyət göstərməsi üçün daş karxanasının üzəri açılmalı və üzərində olan tullantı torpaq kütləsi götürülməlidir. Nicad bildirmişdir ki, Suraxanı rayonu Binə qəsəbəsində qum ələmə yeri vardır. Həmin ona dediyi daş karxanasından çıxarılan tullantı torpaq kütləsini aparıb öz qum ələmə yerində ələtdirərək satacaqdır. Onun Nicadla heç bir şərikliyi olmamışdır, sadəcə, Nicad ondan bir dost kimi xahiş etmişdir ki, sənədləşmə işlərində ona köməklik etsin. Nicad özü ona Nazilə ilə olan müqaviləsini təqdim etmiş və xahiş etmişdir ki, sənədləri ilə maraqlansın ki, təqdim etdiyi sənədləri işləməsinə kifayət edir ya yox. O da Xəzər Rayon Polis İdarəsində olan polis əməkdaşları tanışlarına Nicadın təqdim etdiyi müqaviləni göstərib maraqlanan zaman məlum olmuşdur ki, həmin müqavilə görmək istədiyi iş üçün kifayət etmir. Bundan sonra ekologiya sənədi tələb olunduğunu bildiyindən Nicad ona karxana müdiri Nazilə xanımın ekoloji icazə sənədini göstərmiş, o, həmin sənədi Xəzər RPİ-də olan polis tanışlarına təqdim etmişdir. Bundan sonra ona təqdim olunmuş sənədlər əsasında Nicadın fəaliyyət göstərə biləcəyi bildirilmişdir. 05 aprel 2021-ci il tarixdən Nicad Türkan qəsəbəsi ərazisində yerləşən karxananın üzərindən tullantı torpaq kütləsinin öz qum ələmə yerinə daşınıb oradan ələnib satılması işinə başlamışdır. Həmin iş başlayan zaman işə ehtiyacı olan Bakiri işə götürməsini Nicaddan xahiş etmişdir. Nicad da Bakiri onun xahişi ilə işə götürmüşdür. Həmin zaman Nicadın işlərini qum ələmə yerində Gülər adlı yaxın tanışı görürmüş. Bir neçə gündən sonra Nicad işini dayandırmış, Gülər ilə aralarında mübahisə yaranmış və narazılıq olduğundan, Nicad işə aid olan sənədlərini ona vermişdir ki, Gülərə çatdırsın. Bundan sonra da Gülər qum ələmə yerində fəaliyyətini davam etdirmişdir. Olmuşdur ki, Gülər qadın olduğundan ondan bəzən xahiş etmişdir ki, işlərinə aid olan yük avtomobilini yol polisi saxlayan zaman zəng edib sənədlər əsasında izah edib xahiş etsin, o da xahiş etmişdir ki, yük avtomobilini buraxsınlar. Bundan başqa bir-iki dəfə qum ələmə yerinə gedib Bakirin işi ilə maraqlanmışdır. Nicad ilə və ya digər şəxslə yerin təkindən qanunsuz torpaq kütləsinin çıxarılmasını və satılmasını təşkil etməmiş, həmçinin heç bir texnika və yük avtomobillərini qeyd olunan iş üzrə təşkil etməmişdir. O, sadəcə dost kimi Nicada ifadəsində qeyd etdiyi köməkliyi göstərmiş, onunla heç bir torpaq sahəsində qazıntı işləri aparmamışdır. Nicad gətirib ona əvvəl ifadəsində qeyd etdiyi sənədləri vermiş, o da həmin sənədləri aparıb Xəzər RPİ-də hüquqşünasa vermişdir. Ona da deyilmişdir ki, tullantı torpaq götürülə bilər, o da bu barədə Nicada demişdir. Onun bu işdə heç bir xeyiri olmamışdır, insan kimi, yoldaş kimi Nicada köməklik etmişdir. Bununla belə, bu işdə təqsiri olan bir şəxs kimi deyil, işin sonrakı mərhələlərində adlarının hallanmaması və bundan sonra məhkəməyə gəlib-getməmələri üçün digər Təqsirləndirilən şəxs2 zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi zərəri tamamilə ödəmişdr. Hazırda zərərçəkmiş hüquqi şəxsin onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur. Hesab edir ki, onun əməlində cinayət tərkibi yoxdur, əvvəllər də heç bir cinayət törətməmişdir. Himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan iki uşağı vardır. Məhkəməyə təqdim etdiyi Azərbaycan və Türkiyə tibb müəssisələri tərəfindən verilmiş müayinə və müalicə sənədlərindən görünür ki, oğlu Toğrul ağır göz xəstəliklərindən əziyyət çəkir, mütəmadi olaraq müayinə və müalicə olunur. Bunların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, İnzibati ərazi olaraq Xəzər rayonu Türkan qəsəbəsi X15 Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyindədir, həmin əraziyə cavabdeh Abşeron Rayon İcra Hakimiyyətidir. İnzibati ərazi vahidi olaraq X15 Bakı şəhəri Xəzər rayonunun ərazisində yerləşdiyindən və Abşeron rayonunun hüdudlarından aralıda olduğundan, bu əraziyə gündəlik nəzarət etmək demək olar ki, mümkün deyil. Buna görə çox vaxt həmin ərazidə nəyin baş verdiyini sonradan öyrənirlər. X15 ərazisinə aid bütün torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlardır. X15 ərazisində qanunsuz olaraq qazıntı işləri aparılıb yerin təkindən torpaq sahəsi çıxarıldığını onlar Bakı Şəhər Baş Polis İdarəsindən daxil olmuş məlumat əsasında öyrənib bildikdən sonra nümayəndələri əraziyə gedib əyani baxış keçirmiş və həqiqətən də X15nun hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 910 kvadrat metr hissəsində istismar dərinliyi 2,5 metr olmaqla ümumilikdə 2275 kub metr həcmdə qazıntı işləri aparılıb yerin təkindən çıxarılmış itki və tullantılar nəzərə alınmaqla qarışıqdan torpağın çıxarıldığının şahidi olmuşlar və bu barədə Abşeron Rayon İcra Hakimiyyətinə məlumat vermişlər. Araşdırma ilə məlum olmuşdur ki, qanunsuz qazıntı işləri nəticəsində Abşeron Rayon İcra Hakimiyyətinə 22740 manat maddi ziyan vurulmuşdur. Hadisənin necə baş verdiyi barədə məlumatı yoxdur, belə bir hadisənin baş verməsini polisdən daxil olmuş məlumat əsasında bilmişlər. Hazırkı məhkəmə iclasında bildirir ki, inzibati ərazi olaraq Xəzər rayonu Türkan qəsəbəsi X11 yerin təkinin pozulması olmuş, torpağın təyinatı barədə Ekologiyaya aiddir, onların bu işdə heç bir səlahiyyəti yoxdur. Hər hansı bir ziyanın ödənilib-ödənilməməsini bilmir, heç bir ziyan tələb etmirlər. Hadisə yerinə o, getməmişdir, nümayəndələr getmişlər. Hərraclar keçirilir, onlara ziyan vurulmayıb. Baxış protokolu yoxdur. onlara zəng olunmuşdur ki, torpaq daşınıb. Bu, aktlaşdırılmalı idi. Ziyanın məbləğini polisin yığdığı materiallar üzrə demişlər. Həmin ərazinin harada yerləşdiyi onlardan soruşulmuş, istintaq zamanı onu cavablandırmışlar. Məhkəməyə məktub ünvanlayaraq bildirmişlər ki, hazırda təqsirləndirilən şəxslər tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinə dəymiş zərər tamamilə ödənilmişdir, buna görə də təqsirləndirilən şəxslərdən heç bir şikayətləri və ya digər tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 göstərdi ki, onun VÖEN-i vardır, 3-4 ildir ki, torpaq işi ilə məşğul olur, Xəzər rayonu Türkan qəsəbəsi X11 buldozerlə işləmişdir. Həmin buldozer ona məxsusdur. Nicadın da buldozeri vardır. Sənədi də var, 4 gün yarım işləmiş, lakin pulu ona verilməmişdir. O, hamarlamaya baxmışdır. İstintaqda ifadəsini kiril əlifbası ilə yazmışdır, sonra onun ifadəsini latınca yazıb ona qol çəkdirmişlər, çünki, özü oxuya bilmir, ancaq imza etmişdir. Bakiri tanıyır, onu 2 dəfə görmüşdür. Bakir ona zəng edərək onlara yolu düzəltməyi, karyer tullantılarını yığmalamaları barədə göstərişlər vermişdir. Onlar yer qazmamışlar, ancaq yolu hamarlamışlar, Bakirlə söhbətləri olmuşdur. O, buldozerlə torpağın üst qatını sıyırır, Qismət isə daşları yığırmış. Onlara 450 manat pul verilməli idi, lakin həmin pul verilməmişdir. O, Təqsirləndirilən şəxs1 tanımır, istintaqda da bunu bildirmişdir. Tutulmamışdan əvvəl torpağı sıyırmış, 3-4 m olan qayaları da gəlib götürmüşlər. Tutulduqları gün bilmişlər ki, gördükləri iş qanunsuzdur. 5 gün işlədiyi müddətə müqavilə bağlamamışlar, onlara deyilmişdir ki, yol çəkilir. Qismət maşınlara qumm, çınqıl yığıb aparmamışdır. Məhkəmə iclasında Şahid5 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X10 məxsus 1987-ci il buraxılışlı “Buldozer T 130” markalı 64-T-070 dövlət qeydiyyat nişanlı buldozerin (tırtıllı yer hamarlayıcı) operatorluğunu edir. Əsasən texnikanı Bakı şəhəri Binəqədi rayonu Dərnəgül şosesi üzərində olan “Elit” ticarət mərkəzi ilə üzbəüz yerləşən dayanacaqda saxlayır. Adətən texnika icarəyə götürmək istəyən müştərilər ora gəlir. 20 aprel 2021-ci il tarixdə tanışı Şahid4 ********** mobil nömrəsindən onun istifadə etdiyi ********** mobil nömrəsinə zəng edərək Bakir adlı şəxsin yaxınlaşdığını və Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi ərazisində olan daş karxanasının üzərindəki torpaq kütləsinin götürülməsi işi üçün texnikanı icarə üçün sifariş etmək istədiyini demişdir. Qismət ona bildirmişdir ki, çıxarılan torpaq göl qurutma işində istifadə olunacaqdır, çıxarılan torpaq kütləsi isə daş karxanasına məxsusdur, Bakirin dediyinə görə heç bir problem olmayacaqdır. Həmin zaman onun başqa sifarişi olduğundan bir neçə gün sonra həmin işi görə biləcəyini demişdir. 24 aprel 2021-ci il Qismət onunla əlaqə saxlamış və Dərnəgüldən Türkan qəsəbəsinə qoşqulu tır ilə buldozerinin gətirilməsini həll etmişdir. O, bundan sonra, Türkan qəsəbəsində qazılan yerlərin hamarlanma, torpaq qatının sıyrılması işlərini görmüşdür. Bu işi görməyə gündəlik 150 manata razılaşmışdır. O, özü əraziyə gəlib-gedən Bakiri işlədiyi yerdə bir neçə dəfə görmüşdür. Bakir də ona Qismətin dediklərini bir daha təsdiq etmiş və heç bir problemin olmayacağını, müvafiq icazə sənədlərinin qaydasında olduğunu demişdir. Bakir söz vermişdir ki, hər 10 gündən bir onun zəhmət haqqını verəcəkdir. 25 aprel 2021-ci il tarixdən, səhər saat 08:00-dan axşam saat 18-19 radələrinə qədər qeyd olunan ərazidə işləmişdir. O, texnikası ilə torpaq səthini sıyırır, Qismət isə yeri qazaraq Bakirin göstərdiyi yerdə yeri qazmağa, gələn müxtəlif yük avtomobillərinə yükləmə işlərini görürmüş. 28 aprel 2021-ci il tarixdə polis əməkdaşları işlədiyi yerə gələrək fəaliyyəti dayandırmışlar. O, əvvəldən işləyən zaman Bakirin bütün işləri gördüyünü və işin qanuni olduğunu bilmişdir. Çünki Bakir bir gündən bir, bəzən hər gün işlədiyi əraziyə gəlir, sorğu-sual edir, bundan başqa, hər gün Qismət ilə əlaqə saxlayırmış. Bakir ona söz vermişdir ki, hər 10 gündən bir onun pulunu verəcəkdir, lakin vədinə əməl etməmiş, sifarişi ilə gördüyü işə görə ona 450 manat pul verməlidir, hazırda isə telefonları açmır. Araşdırma zamanı o, bilmişdir ki, Bakir onu və Qisməti aldatmışdır. Belə ki, əvvəldən işləri özünün gördüyünü, bütün işlərin qanuni olduğunu, sənədlərinin qaydasında olduğunu, çıxarılan torpaq kütləsinin göl qurutmasında istifadə olunacağını bildirsə də, araşdırma zamanı o, bilmişdir ki, Bakir Tərlan adlı şəxsin göstərişi ilə bu işləri görmüş, Türkan qəsəbəsi ərazisində qazılaraq yük avtomobillərinə yüklənilən torpaq kütləsini Binə qəsəbəsində Tərlan adlı şəxsin işlətdiyi qum ələmə yerinə aparılmış və orada ələkdən keçirildikdən sonra satılmışdır. Şahid11 uzun illərdir ki, tanıyır, dostu İdrakın oğludur, normal münasibəti olmuş və vardır. Belə ki, uzun illərdir ki, özünə məxsus olan sarı rəngli “T-130” markalı 64-T-070 dövlət qeydiyyat nişanlı buldozeri idarə edib tikinti yerlərində xidmət haqqı müqabilində işləyir. Bir qayda olaraq Bakı şəhəri ərazisində yerləşən “Elite” ticarət mərkəzinin yaxınlığında durur və kimə isə buldozer lazım olduqda ora gəlib sifariş edərək razılaşdırılmış məbləğ qarşılığında həmin sifarişi yerinə yetirir. 2021-ci ilin aprel ayının ilk günlərində Şahid11 onun durduğu “Elite” ticarət mərkəzinin yaxınlığındakı yerə gəlib ona müraciət edərək bildirmişdir ki, iş görmək lazımdır, daş karxanasında artıq qazılaraq kənara atılmış tullantı torpağı koma şəklinə gətirmək lazımdır ki, ekskavator həmin tullantı torpağı yük avtomobillərinə doldursun, gündəlik 4-5 yük maşını tullantı torpaqla doldurulmalıdır, bu işi bacarıb-bacarmayacağını ondan soruşanda bildirmişdir ki, razılaşdırılmış məbləğə bunu edə bilər. Beləliklə, qiyməti Nicadla razılaşdırmışlar və Nicad ağır tonnajlı texnikanın daşınmasında istifadə olunan “Dayman” markalı avtomobili onun durduğu “Elite” ticarət mərkəzinin yaxınlığındakı yerə göndərmiş, onun idarə etdiyi buldozer həmin “Dayman” markalı yük avtomobilinə yüklənmiş və Nicad oradan onu Türkan qəsəbəsi ərazisində yerləşən daş karxanasına gətirmişdir. Həmin daş karxanasını işlədən şəxs Şahid12 onları qarşılamış, işlər aparılacaq yeri göstərmişdir. Orada torpaq sahəsi artıq qazılmış və tullantı torpaq kənara atılıbmış, həmin tullantı torpaq sahəsini koma şəklinə salmalı idi ki, iş yoldaşı Qismət idarə etdiyi ekskavatorla yük avtomobillərinə doldursun. 08 aprel 2021-ci il tarixdən işə başlamış və 4 gün orada işləmişdir. 12 aprel 2021-ci il tarixdə Nicad ona bildirmişdir ki, işi dayandırır, orada artıq işləməyəcək və pulunu ödəmişdir. Həmin gün, yenidən “Dayman” markalı yük avtomobili ilə idarə etdiyi buldozer başqa iş gördüyü yerə, Hövsan qəsəbəsindəki “Ləvəngi” restoranının yanına aparılmışdır. 20 aprel 2021-ci il tarixdə tanışı Şahid4 ona zəng edərək Bakir adlı şəxsin yaxınlaşdığını və Türkan qəsəbəsi ərazisində torpaq kütləsinin götürülməsi işi üçün texnika sifariş etdiyini bildirmişdir. Qismət ona demişdir ki, Bakirin bildirdiyinə görə çıxarılan torpaq göl qurutmada istifadə olunacaqdır, heç bir problem olmayacaqdır, iş qanunidir. Həmin vaxt onun əlində başqa sifarişi olduğundan bir neçə gün sonra bu işi görə biləcəyini Qismətə demişdir. 24 aprel 2021-ci il Qismət onunla əlaqə saxlamış və idarə etdiyi buldozerlə Türkan qəsəbəsindəki iş görüləcək yerə gəlmişdir. Həmin yer buna qədər, 2021-ci ilin aprel ayının 8-12-si aralığında Nicadın işini yerinə yetirdiyi yerdən təxminən 1-1,5 kilometr aralıda yerləşirmiş. O, özü bir neçə dəfə Bakiri işlədiyi yerdə görmüşdür, Bakir əraziyə gəlib-gedirmiş. Bakir də ona Qismətin dediklərini bir daha təsdiq etmiş və heç bir problemin olmayacağını, müvafiq icazə sənədlərinin qaydasında olduğunu demişdir. Bakir söz vermişdir ki, hər 10 gündən bir onun zəhmət haqqını verəcəkdir. 25 aprel 2021ci il tarixdən, səhər saat 08:00-dan axşam saat 18-19 radələrinə kimi qeyd olunan ərazidə işləmişdir. O, buldozerlə torpaq səthini sıyırır, Qismət isə yeri qazaraq Bakirin göstərdiyi yerdə yeri qazmağa, gələn müxtəlif yük avtomobillərinə yükləmə işlərini görürmüş. 28 aprel 2021-ci il tarixdə polis əməkdaşları işlədiyi yerə gələrək fəaliyyəti dayandırmışlar. O, əvvəldən işləyən zaman Bakirin bütün işləri gördüyünü və işin qanuni olduğunu bilmişdir. Çünki Bakir bir gündən bir, bəzən hər gün işlədiyi əraziyə gəlir, sorğusual edir, bundan başqa, hər gün Qismət ilə əlaqə saxlayırmış. Araşdırma zamanı bilmişdir ki, Bakir onu və Qisməti aldatmış, Tərlan adlı şəxsin göstərişi ilə bu qanunsuz işi onlara gördürmüşdür, Türkan qəsəbəsi ərazisində qazılaraq yük avtomobillərinə yüklənilən torpaq kütləsi Binə qəsəbəsində Tərlan adlı şəxsin işlətdiyi qum ələmə yerinə aparılmış və orada ələkdən keçirildikdən sonra emal olunub satılmışdır. Bakir adlı şəxsin sifarişi ilə 25 aprel 2021-ci il tarixdən 28 aprel 2021-ci il tarixədək olan müddət ərzində iş gördüyü dövrdə Nicadı bir dəfə belə olsun həmin ərazidə görməmiş və onunla hər hansı bir əlaqəsi olmamışdır. Həmin müddətdə, yəni 25 aprel 2021-ci ildən 28 aprel 2021-ci il tarixə kimi olan müddətdə gördüyü işin sahibi Təqsirləndirilən şəxs1 olmuş və işinə nəzarət edən Bakir adlı şəxs olmuşdur. O, görülən işin qanunsuz olduğunu qəti bilməmişdir, əks halda, bu işi yerinə yetirməzdi. Tərlan və Bakir onu və digər işçiləri aldadıb guya işin qanuni olduğunu onlara yalandan deyərək onları bu işə cəlb etmişlər. Şahid5 məhkəmə iclasında düzgün ifadə verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, o, həmin sahədə Elsevərə məxsus şəxsi ekskalatorda işləmiş, qum ələmiş, tullantıları ayırmış, 500-600 manat maaş almışdır. Qum daşlı gəlirmiş, səbətə atırmışlar, qum narın olaraq tökülürmüş. Qum sonra maşınlara yüklənib aparılırmış. Orada qanuni işləyibişləməmələri ilə maraqlanmamış, bu barədə heç nə bilməmişdir. Təqsirləndirilən şəxs1 1- 2 dəfə obyektə gəlmişdir, Bakir üzərlərində ümumi nəzarətçi, müdirləri isə Elsevər olmuşdur. Şəmsi adlı mexanik texnikanı aparır pulu danışır, maaşlarını da verirmiş. Gülər də orada olur, ərazidə gəzirmiş, onun başqalarına göstəriş verməsini bilmir, hər gün onu görürmüş, yeməkxanada olurmuş. Gülər ona ümumi göstəriş verməmişdir, sürücülərlə, işçilərlə danışırmış. Nicat adlı adam tanımır. Onlar orada işlədikləri vaxt 5-6 nəfər polis əməkdaşı gəlib onları Bakı şəhər BPİ-nə aparmışlar. Məhkəmə iclasında Şahid3 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X6 “Hyundai R 300LC-9S” markalı 90- C-500 dövlət qeydiyyat nişanlı ekskavatorunun operatorudur, yəni həmin ekskavatoru idarə edir. 25 aprel 2021-ci il tarixdə Elsevərin işlərini görən köməkçisi Şahid2 ona zəng edib bildirmişdir ki, Suraxanı rayonu Binə qəsəbəsində iş vardır, oraya getmək lazımdır. Texnika onun iştirakı ilə Binə qəsəbəsində qum ələmə yerinə çatdırılmışdır. Həmin zaman o, konkret görəcəyi işi bilmiş və həmin yerdə elə bir vəziyyət yaranmışdır ki, o, elə bilmişdir ki, bütün işlər qanunidir. Bu barədə heç kimdən bir söz də soruşmamışdır. Texnika tırtıllı olduğundan qoşqulu tır vasitəsi ilə həmin ünvana çatdırılmışdır. Həmin qoşqulu tır onların tərəfindən deyil, Bakir adlı şəxs tərəfindən tapılmış və sifariş edilmişdir. Qeyd etdiyi qum ələmə yerində 25 aprel 2021-ci il tarixdən 28 aprel 2021-ci il tarixə kimi 3 gün müddətində hər gün səhər saat 9-dan axşam saat 6-ya qədər işləmişdir. Onun işi müxtəlif markalı və tanımadığı sürücülər tərəfindən idarə olunan yük avtomaşınları ilə qum ələmə yerinə gətirilən torpaq, qum və daş qarışıq olan kütləni yerdən götürüb üçkünc formada olan dəmir ələyin üzərinə atmaqdan ibarət olmuşdur. Təxminən onun hesablamalarına görə gün ərzində 140-150 ton daş, qum kütləsini o, üçkünc formada olan dəmir ələyin üzərinə atmışdır. Atılan kütlənin bir hissəsi tullantı, qalan hissəsi ilə ələnmiş formada qum halına salınmışdır. Ələnmiş qumu isə aşağı hissədə olan tırtıllı yer hamarlayıcısı oradan götürüb yük avtomobillərinə yükləyir və oradan yük avtomobilləri sifariş yerlərinə gedirmiş. Həmin yerdə işləyən zaman o, Bakir adlı şəxsi işlərə nəzarət edən, qeydiyyat aparan şəxs kimi tanımışdır. Tərlan adlı şəxsi bir dəfə görmüş, həmin yerə gəlmişdir. Onun bu hadisədə Bakir və ya digər bir şəxslə telefon əlaqəsi olmamışdır. O, ********** mobil nömrəsini istifadə edir. 28 aprel 2021-ci il tarixdə o, qum ələmə yerində işləyən zaman polis əməkdaşları ora gəlib görülən işlərin qanunsuz olduğunu bildirmiş və o, oradan həmin zaman aralanmışdır. Polis əməkdaşları orada olan zaman Bakir polis əməkdaşlarına bildirmişdir ki, bu işin sahibi var və gələcəkdir. Bundan sonra baş verən hadisələrin şahidi olmamışdır. Binə qəsəbəsində qum ələmə yerində oranı işlədən şəxslərin fəaliyyəti dayandırıldıqdan sonra ətrafdan, insanların etdiyi söhbətlərdən bilmişdir ki, həmin yeri Şahid11 da işlətmişdir. Şahid11 o, görməmişdir, tanımır, sadəcə adını qanunsuz olaraq qum əldə edilməsi ilə bağlı hadisədə eşitmişdir. Şahid13 qum ələmə yerində görmüşdür, lakin konkret olaraq nə işlə məşğul olduğunu bilməmişdir. Bəzən demişlər ki, Gülər yemək bişirəndir, bəzən demişlər bura gəlib-gedəndir. Təqsirləndirilən şəxs2 ora gələn-gedən avtomobillərin qeydiyyatını aparmışdır. Şahid3 məhkəmə iclasında düzgün ifadə verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid13 göstərdi ki, Təqsirləndirilən şəxs1la 2021-ci ilin mart ayında 2019-cu ildən tanıdığı Nicad vasitəsilə tanış olmuşdur. Daş gəlirmiş, ələkdən keçirilib daşınıb aparılırmış, Tərlan həmin işə şərik olmuşdur. Onun Suraxanı rayonu Binə Sovxozu ərazisində, beton zavodunun yaxınlığında 4 sot torpaq sahəsi olmuşdur ki, içində 1 sot ərazidə fərdi yaşayış evi, bundan başqa, saxlanc yeri kimi istifadə olunan xırda anbar olmuş, qalan ərazi isə boş olmuşdur. Əvvəllər bir müddət həmin fərdi yaşayış evində yaşamış, lakin şəhərdən bir qədər uzaq olduğuna görə sonra şəhərə köçmüş və ev boş qalmışdır. Nicad da ev barədə məlumatlı olmuşdur. Nicad sifariş veriləndən sonra ona təklif etmişdir ki, həmin torpaq sahəsini icarəyə götürsün və birlikdə işlətsinlər, daha doğrusu, bu işdə, yəni tullantı torpaq sahəsinin emal edilməsində və sonra satışı işində o, ona köməklik etsin, işi yoluna qoyandan sonra əldə ediləcək gəlirdən asılı olaraq ona da gəlirdən müəyyən faiz ayıracaqdır. O, evi Nicada vermiş, lakin ona pul verilməmişdir, çünki, işi dayandırmışlar. Sonra Nicad bildirmişdir ki, icarə adından çıxarılaraq başqa adama verilsin. Oranı Tərlan və Bakir işlətmişdir, ona pulu Tərlan vercəkmiş. Daş gətirirmişlər, boş sahə olmuşdur, orada qum ələnirmiş. Evi onlara icarəyə vermiş, onlar isə evdən ofis kimi istifadə edirmişlər, 12 aprel 2021-ci il tarixdə öz aralarında işi dayandırmışlar. Torpaq sahəsinə sənədəri vardır, oranın mülki etibarnaməsi, sərəncamı vardır, çıxarışı yoxdur. Ehtiyacı olduğundan artıq həmin yeri satmış, başqa şəxsin adına keçirmişdir. Oranı ayda 250-300 manata icarəyə verirmiş. Ona oraya gəlməsi, kömək etməsi deyilmişdir. Onun heç bir qaimədən xəbəri yoxdur, qaimə tərtib etməmişəm. O, heç kəsi işə götürməmişdir, onu Bakir işə götürmüşdür, iş icraçısı olmamış, torpaq satışı ilə məşğul olmamışdır, ona heç bir qiymət deyilməmişdir, ayın 1-də hesab olacaqmış, nə qədər pul olsaymış, həmin puldan ona da ayrılacaqmış, əgər razı olsaymış, qalıb işləyəcəkmiş. Kabel və boruların doldurulması üçün tanıdığı şəxsləri də onlara yönəltmişdir, onlar özləri danışmışlar. Onun əmr, sərəncam vermək funksiyası olmamışdır, pula ehtiyacı olduğu üçün işləmişdir, tək anası ilə yaşayır. Tərlan ilə Nicad bir yerdə işləmişlər. O, tək Nicadla müqavilə bağlamışdır, bu barədə səs yazıları da vardır. Oraya hər gün gəlib-getmişdir, evi təmir etdirmişdir, gəlib evə baxmışdır, onlara qurulu ev vermişdir, nəzarət etmişdir. Karyer üstü daşlar olmuşdur, karyerin üst hissəsi olmuşdur. Onlar texnikadan istifadə edirmişlər, birinci karyerdən mal gətirilirmiş, ələnmə gedirmiş, biri yükləyirmiş. Yük maşınları var imiş, həm malı gətirirmişlər, həm də malı aparırmışlar, 35-40 maşın hazır məhsul çıxırmış. O, Nicada köməklik edirmiş. Sənədləri istintaqa Tərlan vermişdir, sonra telefonu onun yanında açıq qoyaraq vəkillə danışmışdır, sənədləri də istintaqa göndərmişlər. O, onlara güvənmişdir, sonra bilmişdir ki, qanunsuz iş görülmüşdür. Məhkəmə iclasında Şahid13 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2017-2019-cu illər ərzində tullantı torpaq sahəsinin satışı işi ilə məşğul olmuş, yəni tullantı torpaq alan şəxslərlə münasibəti olduğundan satmışdır. Tullantı torpaq sahəsi əsasən yol tikintisində və yeni tikilmiş hündürmərtəbəli yaşayış binalarının katlavan deyilən hissəsinin bina tikiləndən sonra dörd tərəfdən kənarları boş olan hissələrinin doldurulmasında istifadə olunur. Eyni işi Şahid11 da görürmüş və tanışlıqları da məhz həmin ərəfələrdə, eyni işi gördükləri müddətdə yaranmışdır. Sonradan Nicadla yaxın münasibəti yaranmışdır. 2021-ci ilin mart ayının ortalarında Nicada bir şirkətdən təklif gəlmiş, həmin təklif tullantı torpaqla bağlı olmuşdur, yəni adını xatırlamadığı şirkət tikintidə tullantı torpaqdan istifadə ilə bağlı Nicada sifarişlər vermişdir. Onun Suraxanı rayonu Binə Sovxozu ərazisində, beton zavodunun yaxınlığında 4 sot torpaq sahəsi olmuşdur ki, içində 1 sot ərazidə fərdi yaşayış evi, bundan başqa, saxlanc yeri kimi istifadə olunan xırda anbar olmuş, qalan ərazi isə boş olmuşdur. Əvvəllər bir müddət həmin fərdi yaşayış evində yaşamış, lakin şəhərdən bir qədər uzaq olduğuna görə sonra şəhərə köçmüş və ev boş qalmışdır. Nicad da ev barədə məlumatlı imiş. Nicad sifariş veriləndən sonra ona təklif etmişdir ki, həmin torpaq sahəsini icarəyə götürsün və birlikdə işləsinlər, daha doğrusu, bu işdə, yəni tullantı torpaq sahəsinin emal edilməsində və sonra satışı işində köməklik etsin, işi yoluna qoyandan sonra əldə ediləcək gəlirdən asılı olaraq ona da gəlirdən müəyyən faiz ayıracaqdır. Nicad bildirmişdir ki, Təqsirləndirilən şəxs1 adında şəriki də vardır, sonuncu ilə bu işi görəcək, o da köməklik etdiyi təqdirdə gəlirdən asılı olaraq ona gəlirdən müəyyən faiz pul ayrılacaqdır. Nicadın bu təklifi ilə razılaşmışdır. Ondan icarəyə götürüləcək əraziyə tullantı torpaq gətirilib orada emal həyata keçirilməli imiş və sonra həmin ərazidə yük avtomobillərinə yüklənib satış nöqtələrinə daşınmalı imiş. Daha sonra Nicad Xəzər rayonu Türkan qəsəbəsi ərazisində daş karxanası olan Nazilə adlı qadın və işçisi Şahid12la danışıb razılığa gəlmişdir ki, karxanadan tullantı torpaq götürəcəkdir və aralarında müqavilə bağlanmışdır. Bunu ona Nicad demişdir. Həmin iş Nicadın adına olmuşdur, yəni fiziki şəxs olaraq vergi ödəyicisi kimi Şahid11 adı ilə bağlı olmuş, bütün sənədləşdirmə Nicadın adından aparılmalı imiş, lakin həqiqətdə Nicad və Tərlan şərikinə bu işi görürmüşlər. 05 aprel 2021-ci il tarixdən işə başlamışlar, belə ki, Nicad və Tərlanın icarəyə götürdükləri texnikanın bir qismi Türkan qəsəbəsi ərazisində yerləşən karxanada işləyib tullantı torpaq yük avtomobilləri ilə ondan icarəyə götürülmüş əraziyə gətirilirmiş, texnikanın bir qismi isə ondan icarəyə götürülmüş ərazidə işləyib tullantı torpaq sahəsi emal olunaraq yük avtomobilləri ilə satış nöqtələrinə göndərilirmiş. Onun işi qaimələri tərtib etmək, yəni Nicadın ona verdiyi boş qaimə blanklarına zəruri məlumatları daxil etmək və satış nöqtələri ilə telefonla danışıb hara mal lazımırsa ora göndərilməsini təşkil etməkdən ibarət olmuşdur. Qaiməni tərtib edəndən sonra o, Tərlanın işçisi olan Bakirə verirmiş, Bakir qaimələri sürücülərə verirmiş və öz dəftərində gələn mal, emal olunan hissə, göndərilən mal və əldə edilən gəlirlə bağlı qeydiyyat aparırmış. İşin gedişində Tərlan müəllim və Nicad bir gündən bir ondan icarəyə götürülmüş əraziyə gəlib işin gedişi ilə maraqlanır və pulu götürürmüşlər. Tərlan tərəfdən işə nəzarət edən və hesabat aparan Bakir olmuş, Nicad tərəfdən isə o olmuşdur. O və Bakir gündəlik ondan icarəyə götürülmüş ərazidə olub bütün işə nəzarət edirmişlər. Tərlan müəllim bir neçə dəfə Nicadla Türkan qəsəbəsi ərazisindəki karxanaya getmişdir. 10 aprel 2021-ci il tarixdə onun Nicadla mübahisəsi olmuş, işlə bağlı deyil, şəxsi münasibətləri ilə bağlı olmuşdur və o, həmin işdən ayrılıb evinə getmişdir. 16 aprel 2021-ci il tarixdə ona Bakir zəng vuraraq təklif etmişdir ki, həmin işi davam etsinlər, bundan ötrü onun iş yerinə, yəni ondan icarəyə götürülmüş əraziyə gəlməsini və əvvəlki qaydada işləməyi xahiş etmişdir. O, bildirmişdir ki, Nicadla mübahisəsi olmuşdur və Nicad olan yerdə o, olmayacaqdır. Bakir isə bildirmişdir ki, 12 aprel 2021-ci il tarixdə Nicad işi Tərlan müəllimə təhvil vermişdir və artıq həmin işlə məşğul olmur, iş bütövlükdə Tərlan müəllimindir, buna görə onunla işləmək istədiklərini deyib Tərlan müəllimin həmin işlə bağlı müzakirə aparmaq üçün onunla görüşmək istədiyini əlavə etmişdir, razılaşmışdır. Həmin gün, yaxud ertəsi gün o, Tərlan müəllimin bağ evinə getmiş, bağ evi Şüvəlan qəsəbəsində, “McDonalds” restoranı ilə üzbüz yerləşirmiş. Bakir də orada olmuşdur. Üçü söhbət etmişlər, Tərlan müəllim bildirmişdir ki, Nicad bu işdən ayrılıb işi təhvil vermişdir və bu işi davam etdirmək istəyir, satış nöqtələrini o bildiyindən, bu işi onunla görmək istəyir, növbəti ayın birinə kimi işləməyi və gəlirdən asılı olaraq ona müəyyən faiz pul ayrılacağını vəd etmişdir. O da Nicad artıq bu işdə olmadığından, Tərlan müəllimin təklifi ilə razılaşmışdır. Səhv etmirsə, 19-20 aprel 2021-ci il tarixdə o, Türkan qəsəbəsindəki daş karxanasını işlədən Şahid12 zəng vurub bildirmişdir ki, Tərlan müəllim işi davam etdirmək istəyir, tullantı torpağı vardırsa, daşımağa hazırdırlar. Abbas isə ona cavab vermişdir ki, işlətdiyi karxananın ərzisində olan tullantı torpağı Nicad artıq daşımışdır və karxanasında hələ ki, tullantı torpaq yoxdur. Həmin gün Tərlan müəllim və Bakirlə ondan icarəyə götürülmüş ərazidə görüşəndə bu barədə demiş, Tərlan müəllim isə bildirmişdir ki, həmin ərazidə çoxlu daş karxanaları vardır, Abbasın yeri olmasın, başqa yerdən tullantı torpaq götürəcəklər. Beləliklə, 20 aprel 2021-ci il tarixdən 28 aprel 2021-ci il tarixədək işi yenidən davam etdirmişlər. Yenə qaimələri o tərtib edirmiş və həmin qaimələr əvvəlki kimi Şahid11 adına olmuşdur. O, bunu bilib Tərlan müəllimə demişdir ki, qaimələri dəyişdirmək lazımdır, çünki Nicad artıq işləmir, Tərlan müəllim isə yaxın günlərdə bunu edəcəyini, bu vaxta kimi isə köhnə qaimələr əsasında, yəni Nicadın adına olan qaimələrlə işi davam etdirməyi söyləmişdir. O da Nicadın adına olan qaimələrə öz xətti ilə zəruri məlumatları daxil edib imzasız qaimələri ofis kimi istifadə etdikləri onun fərdi yaşayış evindəki masa üzərinə qoyurmuş, sonra həmin qaimələri Bakir götürüb imza etdirərək sürücülərə verirmiş. 28 aprel 2021-ci il tarixdə isə polis əməkdaşları gəlib işi dayandırmışlar. Göstərdiyi müddətdə təxminən 40-50 yük avtomobilində ümumilikdə 1500 kub emal olunmuş torpaq satılmışdır, belə ki, bir yük avtomobili 30 kub torpaq daşıya bilir. Həmin vaxt ona məlum olmuşdur ki, Tərlan müəllim qazıntı işini Şahid11 əvvəllər işlədiyi daş karxanasında deyil, karxananın sərhədləri xaricində, başqa torpaqda aparıb tullantı torpaq çıxartmışdır. Hələ Nicad işlədiyi müddətdə, yəni 05 aprel 2021-ci il tarixdən 12 aprel 2021-ci il tarixə kimi olan müddət ərzində Tərlan müəllim Türkan qəsəbəsi ərazisində yerləşən daş karxanasına getmiş və işin harada aparıldığını yaxşı bilirmiş. Nicad işdən ayrılandan sonra isə Tərlan müəllim başqa ərazidə bu işi təşkil etmiş və qazıntı işlərini gördürüb tullantı torpaq çıxartmışdır, bu işi Bakirlə birlikdə etmişdir. Onun bu barədə əvvəlcədən məlumatı olmuşdur, belə ki, ifadəsində qeyd etdiyi kimi 2-ci dəfə bu işə başlayan ərəfədə özü Şahid12 zəng vuranda ona bildirmişdir ki, karxanasında tullantı torpaq qalmamışdır. O da bu barədə Tərlan müəllimə və Bakirə məlumat vermiş, sonuncular isə ona demişlər ki, həmin ərazidə karxanalar çoxdur, başqa yerdən tullantı torpaq götürəcəklər. Lakin o, bilməmişdir ki, Tərlan və Bakir dövlətin torpağını qanunsuz qazıb tullantı torpaq götürmüşlər. Bunu o, polisdə araşdırma aparılan müddətdə öyrənib bilmişdir. Özü heç vaxt Türkan qəsəbəsi ərazisində yerləşən daş karxanasında olmamışdır. 28 aprel 2021-ci il tarixdə polis işi dayandıran gün ilk olaraq Bakir, Tərlan müəllim və digər şəxslər polisə çağırılıb izahat vermişlər. o isə 30 aprel 2021-ci il tarixdə polisə dəvət olunmuşdur. 28 aprel 2021-ci il tarixdən 29 aprel 2021-ci il tarixə keçən gecə, saat 01:00 radələrində Tərlan müəllim ***-***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng vuraraq təcili görüşmək lazım olduğunu deyib onu öz bağ evinə dəvət etmişdir. Ora getmiş, görüşəndə Tərlan müəllim ona bildirmişdir ki, daimi istifadə etdiyi mobil telefonu və üzərindəki nömrə polisdə qalmışdır, bundan sonra yeni nömrəsi ilə əlaqə saxlamağı və yeni nömrəsinin də dostunun adına olduğunu bildirmişdir. Tərlan müəllim bildirmişdir ki, polis araşdırma aparır, onun da çağırılacağını və bu işlə bağlı izahat alınacağını deyib xahiş etmişdir ki, polisdə adını hallandırmasın, Nicadın işdən aralaşandan sonra onlara, yəni ona və Bakirə kömək etdiyini izahatında yazsın, narahat olmamağı, yuxarılarla bu işi danışdığını və polisdə işin bağlanılacağını demişdir. O da Tərlan müəllimə inanıb buna görə izahatında yazmışdır ki, guya Nicad işdən uzaqlaşandan sonra onlara köməklik etmişdir. Əslində bu izahatı verməsini Tərlan müəllim ondan xahiş etmişdir. O da həqiqətən də işin polisdə bağlanılacağını düşünüb bu izahatı vermişdir. Şahid13 məhkəmə iclasında düzgün ifadə verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid10 göstərdi ki, Nicadgil 05 aprel 2021-ci il tarixdən 12 aprel 2021-ci il tarixədək tullantı daşımışlar, aprelin 12-də Nicad bildirmişdir ki, işləmək istəmir, onun artıq burada işim qurtarmışdır. Nicad Gülər xanımla bir yerdə işləyib, o, obyektə gəlmirmiş. Tərlanı və Bakiri tanımır, Nicadla Güləri tanıyır. O, rus dillidir, müstəntiq ifadəsini kompyuterdə yazmış, o da ifadəsini oxumadan imzalamışdır. Məhkəmə iclasında Şahid10 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hüquqi ünvanı Abşeron rayonu X7 “Şüvəlandaşı” müəssisəsi mərhum əri X17 tərəfindən 12 oktyabr 1998-ci ildə təsis edilərək həmin tarixdə dövlət qeydiyyatına alınmış və çıxarış verilmişdir. Müəssisə ona ayrılmış və daş karxanası kimi fəaliyyət göstərdiyi torpaq sahəsində mişar daşının istehsalı və satışı fəaliyyət növü ilə məşğul olmuş və hazırda da eyni fəaliyyət növü ilə məşğul olur, bununla bağlı vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. 12 oktyabr 2019cu il tarixdə əri vəfat edəndən sonra sonuncuya məxsus “Şüvəlandaşı” müəssisəsi vərəsəlik qaydasında onun mülkiyyətinə keçmiş, beləliklə, həmin müəssisə yenidən təsis edilmiş və nizamnamə kapitalının 100% -i ona məxsus olmaqla 11 mart 2021-ci il tarixdə çıxarış verilmişdir. Hazırda ona məxsus “Şüvəlandaşı” müəssisəsi Abşeron rayonu X11, “Türkan-İ” əhəngdaşı yatağının ərazisində yerləşir və müəssisənin ərazisi 11,0 hektar təşkil edir. “Şüvəlandaşı” müəssisəsinin dağ-mədən işləri ilə məşğul olması haqqında Fövqəladə Hallar Nazirliyindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq icazələr alınmışdır. Əri vəfat edəndən sonra o, “Şüvəlandaşı” müəssisəsini idarə etməyə başlamışdır, torpaq sahəsində mişar daşının əldə edilməsi və satışı ilə məşğul olur. Bu işlə o, 2021-ci ilin əvvəllərindən etibarən şəxsən məşğul olur və işimə nəzarəti işçisi Şahid12 həyata keçirir. Ona məxsus müəssisənin ərazisində fəhlələr üçün tikilmiş kafedən başqa tikilli yoxdur və sahənin kənarları hasara alınmamışdır, yəni sərhədləri dəmir tor, hasar və ya başqa predmetlərlə əhatə olunmamışdır, kənar hüdudları fiziki olaraq müəyyən edilməmiş ərazidir. “Şüvəlandaşı” müəssisəsi daş karxanası olaraq ona ayrılmış torpaq sahəsində mişar daşını istehsal etmək üçün öncə yer qatının üst təbəqəsi qazılaraq götürülməli və lazım olan dərinliyə çatdıqdan sonra artıq mişar daşının istehsalı prosesi başlana bilər. Bundan ötrü zəruri texnikaları da vardır, yəni daş kəsən kombayn, daşı düzbucaq formaya salmaqdan ötrü istifadə olunan “palasovka” deyilən qurğu və sair. Eyni zamanda öz karxanasında qazıntı işləri aparmaq üçün bir nəfər şəxslə razılığa gəlmişdir və həmin şəxs daimi onun sahəsində olub xidmət haqqı müqabilində göstərilən yerdə qazıntı işləri aparıb lazım olan dərinliyə qədər tullantı torpaq sahəsini ekskavatorla çıxarıb kənara atır. Bütün daş karxanalarında mişar daşı istehsal etmək üçün lazım olan dərinliyə çatmaqdan ötrü qazılıb çıxarılmış tullantı torpaq sahəsi əsasən yol tikintisində, asfaltın altına tökülməklə tikinti materialı kimi istifadə olunduğundan, həmin tullantı torpağın karxanaların ərazisindən daşınması ucuz başa gəlir, adətən bir yük avtomobili üçün karxana sahibləri 5-10 manat pul ödəyirlər, çünki həmin tullantı torpağı daşıyan şəxslər sonra onu satıb qazanc əldə edirlər. Nicat Abbasovu 2021-ci ilin əvvəllərindən qiyabi olaraq tanımışdır, belə ki, bir neçə dəfə daş karxanasının ərazisinə gəlib mişar daşı almışdır. 2021-ci ilin mart ayının sonlarına yaxın sahibi olduğu müəssisənin ərazisində qazıntı işləri aparıb mişar daşı istehsal etmək üçün lazım olan dərinliyə çıxmış və qazılmış torpaq sahəsini karxanasının ərazisindən daşınması üçün yük maşınları lazım olmuşdur. Həmin ərəfədə Abbas ona bildirmişdir ki, onlardan əvvəllər də mişar daşı almış Nicad bu işlə məşğul olur, görüşüb söhbət etmək lazımdır və uyğun olsa, müqavilə bağlayıb daimi əsasla işləyərik, beləliklə, karxanasının ərazisində tullantı torpaq qalmaz, Nicad da bu işləri görmüş olar, razılaşmışlar. Həmin ərəfədə, 2021-ci ilin mart ayının sonlarında Nicad Abbasla birlikdə yaşadığı və daimi olduğu ünvan 5 ünvanına gəlmişlər və söhbətləri olmuşdur. Söhbət zamanı razılığa gəlmişlər ki, podrat müqaviləsi bağlayaq və Nicad karxananın ərazisində onun işçiləri tərəfindən qazılaraq kənara atılmış tullantı torpaq sahəsini daşıyacaqdır. Nicad da həmin tullantı torpağı tikinti materialı kimi satıb gəlir əldə etməli idi, bütün karxanalar bu şəkildə işləyirlər. Razılığa gəlmişlər ki, hər yük avtomobili üçün Nicada 5 manat pul verəcək və sonuncu karxananın ərazisindən tullantı torpağı daşıyacaqdır, beləliklə, karxanasının ərazisində tullantı torpaq qalmayacaq və bu da onun işləməsi üçün zəruri şərt olmuşdur ki, daş yatağı olan yerlərdə qazıntı işləri gördürüb mişar daşı istehsal etsin. Özü karxananın ərazisində olmur, bir qayda olaraq 15-20 gündən bir gedib baxır, Abbas isə gündəlik olaraq daş karxanasının ərazisində olub işə bilavasitə nəzarət edir, fəhlələrin işini koordinasiya edir, sair texniki işləri yerinə yetirir. 01 aprel 2021-ci il tarixdə Nicadla podrat müqaviləsini imzalamışlar və təxminən 3- 4 gün sonra, 05 aprel 2021-ci il tarixdə Nicad karxanasının ərazisinə Yaponya istehsalı olan ekskavator və yük avtomobillərini gətizdirib artıq qazılaraq kənara atılmış tullantı torpaq sahəsini daşımağa başlamışdır. Hətta Nicad sifariş əsasında dəyərini ödəməklə daş karxanasının ərazisindəki digər daş yatağı olan yerlərdə qazıntı işləri də görüb tullantı torpağı daşımışdır. 2021-ci ilin aprel ayında Nicad təxminən bir həftə işləyəndən sonra ona demişdir ki, artıq işləmək istəmir, “müəllim” özü işləri davam etdirəcəkdir. Həmin danışıq zamanı Nicadın öz sözündən bilmişdir ki, “müəllim” dediyi şəxs Təqsirləndirilən şəxs1dur. Özü şəxsən Tərlanı görməmişdir, münasibəti olmamışdır, hazırda da yoxdur. Buna baxmayaraq, Nicad işi davam etdirmiş və ümumilikdə təxminən 10 gün karxananın ərazisində iş görmüşdür. 15 aprel 2021-ci il tarixdə evində olarkən Abbas gəlib bildirmişdir ki, Nicad onlarla bağlanmış müqavilədən istifadə edərək onların karxanasının ərazisinə aid olmayan, təxminən 150-200 metr aralıda yerləşən boş torpaq sahəsində qazıntı işləri aparıb qum çıxararaq oradan daşıyır. O, dərhal Abbasla karxananın ərazisinə gəlmiş və həqiqətən də görmüşdür ki, karxanasının sərhədindən təxminən 150 metr aralıda ekskavator, yük maşınları qumu qazıb çıxararaq aparırlar. Nicad orada olmamışdır, yalnız fəhlələr orada olub iş görürmüşlər. O da dərhal Nicadın mobil telefon nömrəsinə zəng vurub irad tutaraq nə səbəbdən onun karxanasının ərazisində deyil, başqa ərazidə qazıntı işləri aparıb qum çıxartdığını soruşanda, cavab vermişdir ki, “narahatçılıq yoxdur, yuxarılardan icazə almışam, sənin də işini görəcəm, həmin yerdən də qum çıxarıb aparacam”. O isə qəti şəkildə işi dayandırmasını və bütün texnikanı oradan aparmasını tələb etmişdir, çünki narahat olmuşdur ki, sonra ona problem yaranar. Bundan sonra bir neçə dəfə Nicad ona zəng vurub xahişlər edərək işini davam etməsinə mane olmamağı istəmiş, o isə qəti şəkildə etiraz edərək qazıntı işləri gördüyü əraziyə onun aidiyyətinin olmadığını, onunla bağladığı podrat müqaviləsindən istifadə edərək bu işləri gördüyünü, müqaviləni ləğv etməyi və bundan sonra özü bilər, harada istəyirsə, qazıntı işləri aparmasını demişdir. Həmin müddətdə polis əməkdaşları da gəlib dediyi əraziyə baxış keçirmişlər. Özü də müəyyən araşdırma aparmış və məlum olmuşdur ki, gündüzlər Nicad və şəriki Tərlan adlı şəxs onun karxanasının ərazisində tullantı torpağı daşımış, gecə saatlarında isə kənara çıxıb 150-200 metr aralıda yerləşməklə ona aidiyyəti olmayan torpaq sahəsində qazıntı işləri aparıb qum çıxartmış və daşımışlar. O, Nicadla razılığa gələndə öz müəssisəsinin ərazisində həmin işləri görməyə razılıq vermişdir və Nicadla Tərlanın qazıntı işləri aparıb qum çıxardıqları ərazi barədə heç bir danışıq və ya razılaşması olmamışdır, ola da bilməzdi, çünki ona məxsus olmayan ərazidir, orada qazıntı işlərinin aparılması və qum çıxarılması ona lazım da olmamışdır. Ona lazım olan isə öz müəssisəsinin ərazisində bu işlərin görülməsi və mişar daşı istehsal etmək üçün lazım olan dərinliyə qədər qazıntı işlərinin aparılması olmuşdur. Nicad və Tərlan isə onun göstərdiyi və ona məxsus müəssisənin ərazisində deyil, güman edir ki, müəssisənin ərazisindəki torpaq sahəsi tikinti materialı-qum kimi istifadə üçün yararsız olduğundan əlavə gəlir əldə etməkdən ötrü başqa ərazidən, ona aid olmayan yerdən tikinti materialı-qum olan ərazidə qazıntı işləri aparıb qumu çıxararaq sonradan emal etdirib satmışlar. O, Nicada öz daş karxanasında olan tullantı torpaq sahəsini götürüb aparmasını demiş və məhz bununla bağlı podrat müqaviləsi bağlamışdır. Nicad və Tərlan isə onun daş karxanasına aidiyyəti olmayan torpaq sahəsində qazıntı işləri aparıb qum çıxararaq satmışlar. Beləliklə, Nicad və Tərlan onunla bağlanmış podrat müqaviləsi ilə öz qanunsuz əməllərini pərdələmək istəmişlər. İstintaqa təqdim etdiyi podrat müqaviləsindən görünür ki, öz daş karxanasında olan tullantı torpaq sahəsinin daşınması üçün müqavilə bağlamışdır. Nicad isə şəriki Tərlanla birgə onun daş karxanasında iş görə-görə gedib karxananın yerləşdiyi ərazidən 100-200 metr aralı məsafədə yerləşən dövlətə aid olan torpaq sahəsini qanunsuz istismar etmişlər. Sonradan isə əməllərini ört-bastır etmək üçün onunla bağlanmış podrat müqaviləsindən istifadə etməyə çalışmışlar. Nə o, nə də onun işçilərindən heç kim Nicada gedib qanunsuz fəaliyyət göstərdiyi ərazidə iş görməsi barədə bir söz deməmişdir. Nicadın qanunsuz istismar etdiyi və qum çıxartdığı torpaq sahəsi “Şüvəlandaşı” müəssisəsinə aid deyil və karxananın ərazisinin hüdudlarından kənarda yerləşir. Onun bu işə heç bir aidiyyəti yoxdur, heç bir marağı olmamış və əksinə özü bu işi dayandırmağı Nicaddan tələb etmişdir. Nicadın ifadə verərək guya qum çıxartdığı ərazini onun və ya işçilərinin göstərməsi ilə bağlı dedikləri tam yalandır, məsuliyyətdən boyun qaçırmaq üçün bunu demişdir. Şahid10 məhkəmə iclasında düzgün ifadə verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid12 göstərdi ki, o, Tərlan və Bakiri tanımır, onları burada, məhkəmədə görmüşdür. Nicad ona bildirmişdir ki, karyerdən tullantı aparmaq istəyirlər, sonra aprelin 12-də zəng etdi ki, işləmir, Tərlan adlı şəxs gəlib işləyəcəkdir. Nicad texnikaların aparılmasını, o da materiallarının qurtarmasını bildirmişdir. İstintaq zamanı da bildirmişdir ki, Tərlanı tanımır, Gülər xanımı tanıyır. Tərlangilin ona zəngləri də olmayıb. Gülər xanım demişdir ki, Tərlan gəlib işləyəcəkdir, o da ona bildirmişdir ki, işləmək üçün materialı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid12 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid11 təxminən 6 il olar ki, tanıyır, normal münasibəti olmuşdur. Belə ki, həmin ərəfədə o, yük avtomobili sürücüsü işləyib xidmət haqqı müqabilində tikinti yerlərinə və daş bazarlarına mişar daşlarını daşıyırmış. Şahid11 da onu kimi sürücü işləyib eyni işi görürmüş və bu şəkildə tanışlıqları yaranmışdır. Şahid10 təxminən 2 il olar ki, tanıyır, onun direktor müavini işlədiyi “Şüvəlandaşı” müəssisəsinin təsisçisi və direktorudur. 2021-ci ilin aprel ayının ortaları olmuşdur ki, Şahid11 onun direktor müavini işlədiyi Abşeron rayonu X11, “Türkan-İ” əhəngdaşı yatağının ərazisində yerləşən daş karxanasının ərazisinə gəlib ona bildirmişdir ki, karxananın ərazisindəki tullantı torpaq sahəsini daşımaq istəyir. Daş karxanasının normal fəaliyyət göstərməsi üçün karxana ərazisi daimi tullantı torpaqlardan təmizlənməlidir ki, daş emalı prosesi aparılsın. Tullantı torpaq sahəsi yol tikintisində və sair işlər üçün tikinti materialı kimi istifadə olunduğundan əksər vaxtlarda onların daş karxanasının ərazisindəki tullantı torpaq sahəsi də kimə lazım olurdusa onlar tərəfindən daşınıb aparılır və karxananın ərazisi tullantı torpaqdan təmizlənirmiş. Nicadın təklifinə cavab olaraq bildirmişdir ki, işlədiyi “Şüvəlandaşı” müəssisəsinin direktoru olan Nazilə xanımla bu barədə danışıb məlumat verəcəkdir. Nicad həmçinin bildirmişdir ki, yolda yük maşınları yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmasın deyə müqavilə bağlamaq və daimi əsasla bu işi görmək lazımdır. Həmin ərəfədə Nazilə xanıma Nicadın bu təklifi barədə məlumat vermişdir. 2021-ci ilin mart ayının sonlarında o Nicadla birlikdə Nazilə xanımın yaşadığı və daimi olduğu ünvan 5 ünvanına getmiş və Nazilə xanımla Nicad söhbət edib razılığa gəlmişlər ki, podrat müqaviləsi bağlansın və Nicad onların karxanasının ərazisindən tullantı torpaq sahəsini daşıyıb aparsın. 05 aprel 2021-ci il tarixdən etibarən Nicad onların karxanasının ərazisinə texnika gətirmiş və artıq onlar tərəfindən qazılaraq çıxarılıb kənara atılmış tullantı torpağı yük avtomobillərinə yüklətdirib aparmağa başlamışdır. İşi bilavasitə fəhlələr həyata keçirirmiş, Nicad isə idarə edib rəhbərlik edirmiş. Nicadın iş gördüyü yer onların karxanasının sərhədindən təxminən 1- 1,5 kilometr içəriyə doğru yerləşirmiş. 7 gün iş getmiş, yəni Nicad onların karxanasının ərazisindəki onlar tərəfindən qazılaraq kənara atılmış tullantı torpağı yük maşınları ilə həmin müddətdə aparmışdır. 12 aprel 2021-ci il tarixdə iş dayanmış, texnika onların karxanasının ərazisində olmuşdur, lakin heç bir iş getmirmiş və bu 3 gün belə davam etmişdir. Artıq 15 aprel 2021-ci il tarixdə Nicad bildirmişdir ki, işi davam etdirmək istəmir, “müəllim” özü, onsuz işləri davam etdirəcəkdir. Danışıq zamanı məlum olmuşdur ki, Nicadın “müəllim” dediyi şəxs Təqsirləndirilən şəxs1dur. Özü şəxsən Tərlanı görməmiş, heç bir münasibəti olmamışdır, hazırda da yoxdur. Səhv etmirsə, 17 aprel 2021-ci il tarixdə Nicadın gətirdiyi bütün texnika onların karxanasının ərazisindən çıxarılmışdır. 17 aprel 2021-ci il tarixədək onların karxanasının yaxınlığında, təxminən 150-200 metr aralı məsafədə yerləşən sahədə heç bir qazıntı işləri aparılmamışdır, həmin qazıntı işləri 17 aprel 2021-ci il tarixdən 28 aprel 2021-ci il tarixədək aparılmışdır. Həmin tarixdə, yəni 28 aprel 2021-ci il tarixdə polis əməkdaşlarının həmin əraziyə, onların karxanasının yaxınlığına, təxminən 150-200 metr aralıda yerləşən sahəyə gəldiklərini görmüşdür. Nicadın onların karxanasının ərazisindən çıxartdığı texnika da orada olmuşdur. Polis əməkdaşlarının gəlişini görüb yaxınlaşanda məlum olmuşdur ki, orada qazıntı işləri aparılıb qum çıxarılmışdır. O da bu barədə Nazilə xanıma məlumat vermişdir. O vaxta kimi, yəni 28 aprel 2021-ci il tarixədək, polis əməkdaşları gələnə kimi onlar qonşu ərazidən qumun çıxarıldığını bilməmişlər. Polis əməkdaşları gələndən sonra o, bu barədə Nazilə xanıma məlumat vermiş, Nazilə xanım da karxananın ərazisinə gəlmiş və qazıntı işləri aparılıb qum çıxarıldığını özü görərək onun yanında Nicada zəng vurub narazılığını bildirməklə nə səbəbdən onların karxanasının ərazisində deyil, qonşu ərazidən qum çıxartdıqlarını soruşanda Nicad bildirmişdir ki, narahatçılıq yoxdur, yuxarılarla məsələ danışılıb razılaşdırmış və müvafiq icazə alınmışdır. Onların Nicadla razılaşması “Şüvəlandaşı” müəssisəsinin ərazisindəki karxanadan tullantı torpaq sahəsinin daşınması ilə bağlı olmuşdur və Nicada karxananın ərazisindəki yeri göstərib oradan tullantı torpaq sahəsini daşımağı demişlər. Həmin yer sonradan qazıntı işləri aparılaraq qum çıxarılmış yerdən təxminən 1-1,5 kilometr aralıda yerləşir, karxananın sərhəddindən götürəndə isə 150-200 metr aralı məsafədə. Beləliklə, Nicad və Tərlan onlarla bağlanmış podrat müqaviləsi ilə öz qanunsuz əməllərini pərdələmək istəmişlər. Nə o, nə Nazilə xanım, nə də digər işçiləri Nicada qanunsuz fəaliyyət göstərdikləri ərazidə iş görməsi barədə bir söz deməmişlər. Nicad və Tərlanın qanunsuz qazıntı işləri apardıqları torpaq sahəsi “Şüvəlandaşı” müəssisəsinə aid deyil və karxananın ərazisinin hüdudlarından kənarda yerləşir. Nicadın ifadə verərək guya qum çıxarılmış ərazini onlara göstərməsi barədə dedikləri tam yalandır, məsuliyyətdən boyun qaçırmaq üçün bunu demişdir, onlar öz karxanasının ərazisini, artıq özləri tərəfindən qazılaraq çıxarılıb kənara atılmış tullantı torpaq sahəsinin olduğu yeri göstərmişlər ki, həmin yer onların karxanasının sərhədləri daxilində yerləşməklə sonradan qanunsuz olaraq qazıntı işləri aparılmış yerdən təxminən 1-1,5 kilometr aralı məsafədədir. Şahid12 məhkəmə iclasında düzgün ifadə verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid11 göstərdi ki, Tərlanı və Bakiri tanıyır. Şəhərdə paltar dükanında işləyirmiş, Tərlanı oradan tanıyır. O, karyeri bir müddət işlətmiş, lakin tək çatdıra bilmədiyi, ziyana düşdüyü, gəlir əldə edə bilmədiyi üçün Tərlana bunu bildirmişdir. Ona görə karyerlə əlaqədar müqavilə bağlayaraq Bakiri bunun üzərində nəzarətç qoymuşlar. 12 aprel 2021-ci ildə işi saxlamış, görmüşdür ki, qumu gətirib satmaq sərf etmir, hamısını təhvil vermiş, texnikaların da pulunu vermişdir. Tək olduğu üçün bu işdə əsəbləri korlanmışdır. Tərlana borcunun çox olmasını, tək qaldığını, işləyə bilmədiyini demiş, o da işi ona verməsini bildirmişdir. Səhəri gün sənədləri Tərlana təhvil vermişdir. Ələnmə üçün olan setkaları o, düzətdirmişdir, onu 130.000 manata qiymətləndirmişlər. “Kon” adlı aparat işləyirmiş, demişdir ki, almaq istəmirlərsə, icarə kimi işlətsinlər, onlar da razılaşdılar. Sonradan Tərlan zəng edərək Bakı şəhər BPİ-nə gəlməsini demiş, o da işi dayandırıb, gedib indi dediyi kimi orada ifadə vermişdir. Bakı şəhər BPİ-də ona oranı onun işlətdiyini demişlər. “Kon” texnikadır, onda torpaq ələyirdilər. Mən ona həmin texnikanı alana qədər icarə pulunu verməsini demişdim. Orada Elşəni, Heydəri, Bakiri, Fərmanı, İlkini görmüşəm. Onun özünün “KAMAZ”ları olmuşdur, torpaq işində işləmişdir, katlavan işi ilə məşğul olmuşdur. Tullantı işlərini daşımaqla 1 həftə işləmişdir, möhürləri, sənədləri olmuşdur. Kubikin qırıntıları olmuşlar, onlar mişar daşları kəsmirlərmiş, onun qırıntılarını vermişdir. Oraya 18.000 manat vəsait qoymuşdur, lakin batmışdır, qazana bilməmişdir, iflasa uğramış və ziyan etmişdir. O, bu hadisədən sonra tullantı işləri ilə məşğul olmamışdır, yenidən məşğul olmağı barədə də polisə çağırılmamışdır. Bakiri işə o, qoymuşdur. Onun işi reysləri yazmaq, yükə nəzarət etməkdən ibarət olmuş, Gülər isə bazara mal yerləşdirirmi. Qaimənin üstünü orada olan bir uşaq yazırmış və Gülər yazırmış, ancaq üzərini o, imza edirmiş. Tərlanla hər bir şeyi öz aralarında danışmışlar, smetanı həll etmişlər, ona bir böyük kimi “gəlin, işləyək” demişdir. Tərlan oraya heç bir pul qoymayıb, heç bir mal yüklətdirib göndərməyib, qaimə yazmayıb, maneçilik etməyib. Orada olan fəhlələr, yük daşıyanlar hamısı isə ona aid olmuşdur. 20-28 aprel 2021-ci il tarixlərdə Bakir və Tərlanla işləməmişlər. Şərikli kimlər rəhbərlik edib, bilmir, kim işləyib, bilmir. Möhür onun adına olmuşdur və o, həmin möhürü Tərlan müəllimə bir böyük kimi vemişdir. O, “Kon”u satdığı üçün oraya gedirmiş, həmin obyektin orada işləməsini görmüşdür. İşləmədiyi müddətdə oraya texnikaların gəlməsini təmin etməmişdir, Tərlan demişdir ki, ona buldozer lazımdır, o da ona kömək məqsədi ilə onu Qoşqar adlı şəxslə tanış etmişdir, Qoşqarda maşınlar olmuşdur. O, Məhəmmədi tanımır. 04 aprel 2021-ci ildə Tərlan müəllimlə karyerə baxmışlar. Bakir onun qohumudur, şərikli işləməmişdir, sadəcə Tərlan müəllim demişdir ki, siz tərəfdən burada adam olsun, o da demişdir ki, Bakiri qoyarlar, nəzarət edər. Bakir qaiməni yazıb, o da imza etmişdir. Oranın lisenziyasını Tərlan özü həll edəcəkdi, çünki, onun lisenziyası olmamışdır. Orada qazanılan puldan maaş veriləcəkdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid11 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, fiziki şəxs kimi vergi uçotuna alınıb fərdi qaydada fəaliyyət göstərən sahibkardır. Şahid12 adlı şəxsi təxminən 7-8 ildir ki, tanıyır, normal münasibəti vardır, ədavət və düşmənçiliyi olmamışdır və hazırda da yoxdur. Şahid10 isə Şahid12 görə 2021-ci ilin mart ayında tanımışdır, ədavət və düşmənçiliyi olmamışdır və hazırda da yoxdur. Tanışı Şahid12 Türkan qəsəbəsi ərazisində daş karxanası işlətdiyini bilirmiş. Həmin ərəfədə, yəni 2021-ci ilin mart ayında o yük avtomobilləri vasitəsilə yükdaşıma, yəni tikinti materiallarının daşınması işi ilə məşğul olurmuş. 2021-ci ilin mart ayının ortalarında Şahid12la görüşəndə təklif etmişdir ki, daş karxanası işlətdiyindən tullantı torpaq sahəsini ona versin, o isə həmin tullantı torpağı işlətdiyi karxana ərazisindən daşıyaraq emal etdirib tikinti materialı kimi istifadə edəcəkdir, Abbas isə müdiri Nazilə xanımla bu barədə danışıb ona xəbər verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 1 ildən artıq müddətdir ki, tanıyır, ticarətlə məşğul olduğunu, geniş əlaqələrinin olduğunu bilirmiş. 2021-ci ilin fevral ayının sonu-mart ayının əvvəllərində Tərlan ilə görüşüb söhbət edən zaman tullantı torpaq sahəsinin emalı və tikinti materialı-qum şəklinə salındıqdan sonra satışı işi ilə məşğul olmaq barədə fikrini izah edib bu işi şərikli görməyi təklif etmiş, gəliri də yarı böləcəklərini demiş, Tərlan razılaşmışdır. Razılaşmaya görə işi görmək üçün vəsaiti o ödəməli imiş, Tərlan isə qumun çıxarılması üçün aidiyyəti qurumlardan icazə almalı, qumun daşınması zamanı yolda yük avtomobilləri saxlanıldığı halda yol polisi ilə məsələni həll etməli, bir sözlə dövlət qurumları ilə digər bütün texniki məsələləri həll etməli imiş. 2021-ci ilin mart ayının sonlarında Nazilə xanımla Abbasın vasitəsilə görüşüb söhbət edən zaman demişdir ki, daş istehsal etmək üçün torpağın üst qatını qazıb çıxartdığını və buna vəsait sərf etdiyini, yəni qazıntı işləri aparmaqdan ötrü fəhlələrə və qazıntını bilavasitə aparan ekskavator sürücüsünə pul xərclədiyini bilir, bunu bütün karxana sahibləri edir, təklif etmişdir ki, öz texnikasını karxanasına gətizdirib bu işi, yəni qazıntı işini özü görsün, beləliklə müəyyən xərclərdən azad olsun, əvəzində ona qazılan tullantı torpaq sahəsini versin, o da həmin torpaq sahəsini emal etdirib tikinti materialı kimi istifadə edəcəkdir, yəni satacaqdır. Nazilə xanım razılaşıb hər yük avtomobili üçün ona 5 manat pul ödəyəcəyini bildirmişdir. Niyyəti olmuşdur ki, tullantı torpaq sahəsini emal etdirib tikinti materialı olan qum kimi tikinti bazarlarında satışını təşkil etsin və pul qazansın. Bundan sonra Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində, icarə əsasında tanışı Şahid13 torpaq sahəsini icarəyə götürüb müəyyən avadanlıqları, yəni «kon», «ekskavator» və «buldozer» texnikalarını, tullantı torpağın ələnib qum hasil edilməsi üçün dəmir tor (setka) gətizdirib yerləşdirmişdir. 01 aprel 2021-ci il tarixdə o Şahid10 rəhbəri olduğu “Şüvəlandaşı” müəssisəsi ilə podrat müqaviləsi bağlamışdır ki, daş karxanasında çıxarılacaq mişar daşı yatağının üzərində olan tullantı torpaq sahəsini qazıb çıxararaq daşıyacaqdır. Bundan sonra şəriki Tərlan ilə birlikdə Nazilə xanımın daş karxanasına ekskavator gətizdirmiş və xidmət haqqı müqabilində fəhlələr işə başlamışlar. 05 aprel 2021-ci il tarixdən 12 aprel 2021-ci il tarixədək olan müddət ərzində bu işi görmüş, yəni Nazilə xanımın daş karxanası ərazisindən işçisi Şahid12 ona göstərdiyi yerdən tullantı torpaq sahəsini ekskavatorla qazdırıb yük avtomobillərinə yüklətdirib Suraxanı rayonu ərazisindəki, Şahid13 icarəyə götürdüyü torpaq sahəsinə gətizdirib orada ələtdirərək qum emal edib tikinti bazarlarında satışını təşkil etməyə başlamışdır. İş gedən müddətdə Tərlan da tez-tez emal həyata keçirilən həmin torpaq sahəsinə gəlib işi nəzarətdə saxlayırmış, bir dəfə də Nazilə xanımın karxanasına getmişdir. 12 aprel 2021ci il tarixdə, yəni bir həftə işləyəndən sonra görmüşdür ki, ziyanına işləyirlər, belə ki, tullantı torpaq sahəsinin çıxarılıb Suraxanı rayonu ərazisindəki icarəyə götürdüyü torpaq sahəsinə daşınaraq orada emal edilib qum şəklinə salındıqdan sonra yük avtomobilləri ilə tikinti materialları bazarlarına daşınıb satışından əldə edilən gəlir bu işə sərf edilən pul vəsaitindən xeyli aşağıdır, bir sözlə ziyan edirlər, buna görə həmin işi dayandırmaq qərarına gəlmiş və bu barədə Abbasa məlumat vermişdir. Sonra şəriki Tərlana bildirmişdir ki, bu işdən çəkilmək istəyir, iş onun üçün yenidir, çətinlik çəkir, buna görə işi davam etdirmək istəmir. Tərlan bildirmişdir ki, bu işə görə əziyyət çəkmişdir, neçə nəfərə ağız açmışdır, icazələr almışdır, işə də nəzarət etmişdir, işi yarımçıq buraxmaq istəmir, təklif etmişdir ki, özü işi görsün, gəlirdən də onun payını versin. O isə yorulduğunu və işi davam etdirmək istəmədiyini, özü işi davam etdirmək istəyirsə 130000 manat pula bütün texnika və tullantı torpaq sahəsinin ələnməsi üçün dəmir torları sata biləcəyini və sonra işi özünün onsuz görə biləcəyini demişdir, Tərlan da razılaşmışdır. Beləliklə Tərlan ona 130000 manat pulu ödəmiş, o da dediyi texnika və avadanlıqları satmışdır. Həmçinin Nazilə xanımın karxanasında işləyən ekskavator sürücüsü və yük avtomobillərinin sürücülərinin pullarını ödəyərək bu işdən kənarlaşdığını demişdir. Bundan başqa, razılığa gəlmişlər ki, onunla Nazilə xanım arasında bağlanmış podrat müqaviləsini Tərlan dəyişdirərək öz adına yenidən bağlayacaq, Tərlan bunu edəcəyinə söz vermişdir və ayrılmışlar. Sonra evinə getmiş və təxminən 10 gün keçmiş, səhv etmirsə 22 aprel 2021ci il tarixdə Tərlan ona zəng vuraraq bildirmişdir ki, polis əməkdaşları karxananın ərazisinə gəlib işi dayandırmışlar, araşdırma başlanmışdır, onun günahkar olduğunu iddia edib gəlib cavab verməsini istəmişdir. O, nədə günahkar olduğunu soruşanda, bildirmişdir ki, Həsən adlı mexanik ondan polisə şikayət etmiş və polis əməkdaşlarını karxananın ərazisinə gətirib qum daşındığını polisə göstərmişdir. O bu işə artıq aidiyyətinin olmadığını, işi təhvil verdiyini deyib podrat müqaviləsini öz adına dəyişdiribdəyişdirmədiyini soruşanda ona bildirmişdir ki, hələ bunu etməmişdir, buna görə narazılığını söyləmişdir. O işi təhvil verəndən sonra nəyin necə baş verdiyini bilməmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində torpaq emalı işi ilə heç bir əlaqəsinin və onunla şərikliyinin olmadığını deməsi ilə bağlı suala cavab olaraq bildirmişdir ki, Tərlanla şərik olmuşdur, o bu işdən ayrıldıqdan sonra Tərlan özü bütün işi idarə etmiş və 12 aprel 2021-ci il tarixdən sonra Tərlan işi görmüşdür. Şahid11 məhkəmə iclasında düzgün ifadə verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şöhlət oğlu göstərdi ki, ekskavatorlar lazım olduqda dəvət olunur, texnika boş olanda üstünə yazılır, zəng gələndə gündəlik işə göndərirlər. Əmək müqaviləsini texnikanın sahibi Elsevərlə bağlamışdır. Əgər texnikada nə isə qırılırdısa, ehtiyat hissələri tapılırmış, düzəldilirmiş. Texnika 4-5 gün işləmiş, heç pul da ala bilməmişlər, ara qarışmışdır. Bakir zəng edərək məlumat vermişdir. İstintaqda əmək müqaviləsi təqdim olunmayıb, tələb olunmamışdır. Kartla ona ödəniş olurmuş, əmək müqaviləsi ona verilmişdir. O, həmin yerə 1 dəfə getmiş, ehtiyat hissələri aparmışdır. Bakiri orada 1 dəfə görmüşdür, Bakir nə işlə məşğul idi, orda müdiriyyət kimdir, yer kimə məxsusdur, bilmir. Məvacib söhbəti olmuşdur, orada tanımadığı bir qadın olmuşdur, pulu onunla telefonla danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şöhlət oğlunun elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X6 tikinti, qazıntı və söküntü işlərinin aparılmasında istifadə olunan ağır texnikalarının işlədilməsinə nəzarət edir. İşi müştəri tapmaq, texnikanı lazımı yerə çatdırmaq, təmir etdirməkdən ibarətdir. Texnikaları o, “Elit” ticarət mərkəzi ilə üzbəüz yerləşən dayanacaqda saxlayır və adətən müştərilər texnika kirayələmək üçün həmin ünvana gəlir. 25 aprel 2021-ci il tarixdə ona “Elit” ticarət mərkəzinin yaxınlığında ağır texnikaların icarəsi ilə məşğul olan, hazırda yadında qalmayan maklerlərdən biri zəng edərək Bakir adlı şəxsin yaxınlaşdığını və ekskavator kirayə götürmək istədiyini bildirmişdir. Bundan sonra, Bakir hazırda yadında qalmayan mobil telefon nömrəsindən onun istifadə etdiyi ********** mobil nömrəsinə zəng edərək onunla danışıb bildirmişdir ki, Binə qəsəbəsində qum, torpaq ələmə yerində ondan kirayə götürəcəyi ekskavatordan ələyin üzərinə torpaq atmaq üçün istifadə edəcəkdir. Bakir onu arxayın etmişdir ki, gördüyü işlər sənədli və icazəlidir. Bundan sonra, o, Bakir ilə günlük 250 manata, texnikanı idarə edən operatorun əmək haqqı onların tərəfindən ödənilmək şərti ilə razılıq əldə etmişdir. Onun adına olan, lakin faktiki olaraq Elsevərin olan “Hyundai R 300LC-9S” markalı 90-C-500 dövlət qeydiyyat nişanlı ekskavatoru Bakirin qeyd etdiyi Bakı şəhəri Suraxanı rayonu Binə qəsəbəsi ərazisində yerləşən qum ələmə yerinə çatdırmışdır. Texnikanı idarə etmək isə operator Şahid3 həvalə edilmişdir. Bundan sonra, 28 aprel 2021-ci il tarixə kimi texnika qeyd olunan ərazidə işlədilmiş və sonradan operator Məhəmməd də bilmişdir ki, Bakir Tərlan adlı şəxsin işlərinə nəzarət edən şəxs imiş, Binə qəsəbəsi ərazisində yerləşən qum ələmə yerində işləri Tərlan adlı şəxs təşkil etmişdir. O, Bakiri və Tərlanı görməmişdir, qeyd etdiyi kimi, maklerin vasitəsilə Bakir ilə mobil telefonla danışıb razılıq əldə etmiş, Binə qəsəbəsində baş verən proseslərdə iştirak etməmişdir. Həmçinin Binə qəsəbəsində qum ələmə yerinə torpaq, qum və daş kütləsinin haradan gətirilməsini bilmir. Bakirə və ya Tərlana qeyd etdiyi texnikadan başqa texnika icarəyə verməmişlər. Binə qəsəbəsində qum ələmə yerində oranı işlədən şəxslərin fəaliyyəti dayandırıldıqdan sonra ətrafdan, insanların etdiyi söhbətlərdən bilmişdir ki, həmin yeri Nicat Abbasov da işlətmişdir. Nicatı o, görməmişdir, tanımır, sadəcə, onun adını qanunsuz olaraq qum əldə edilməsi bağlı hadisədə eşitmişdir. Şahid2 Şöhlət oğlu məhkəmə iclasında düzgün ifadə verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid9 göstərdi ki, həmin yerdə işləyən zaman o, Bakir adlı şəxsi işlərə nəzarət edən, qeydiyyat aparan şəxs kimi tanımışdır. Tərlan adlı şəxsi bir dəfə görmüşdür, həmin yerə gəlmiş, Bakir Tərlanı öz müdiri kimi təqdim etmişdir. Onun bu hadisədə Bakir və yaxud digər bir şəxslə telefon əlaqəsi olmamışdır. O, ********** mobil nömrəsini istifadə edir. 28 aprel 2021-ci il tarixdə o, qum ələmə yerində işləyən zaman polis əməkdaşları ora gəlib görülən işlərin qanunsuz olduğunu bildirmiş, müvafiq tədbirləri görməyi davam etdirərək həmin yerdə iş prosesinin qanunsuz olduğunu demişlər. Gülər adlı qadını qum ələmə yerində uzaqdan görmüş, lakin konkret olaraq nə işlə məşğul olduğunu bilməmişdir. Həmin ərazinin sahibi xanım olmuşdur. Operator xəstələndiyi üçün, texnikanın sahibi onun əvəzinə onu ora göndərmiş, o da orada 2 gün işə çıxmış, gələn malların yayılması ilə məşğul olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid9 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X18 “Buldozer 085RX15” markalı 18-T-784 dövlət qeydiyyat nişanlı tırtıllı yer hamarlayıcısının operatorudur, həmin texnikanı idarə edir və texniki qulluğunu həyata keçirir. İdarə etdiyi texnika Bakı şəhəri Qaradağ rayonu Xocəsən qəsəbəsi Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yerləşdiyi yerin yaxınlığında dayanacaqda dayanır. Adətən texnika axtaran müştərilər ora gəlir. 21 aprel 2021-ci il tarixdə Bakir adlı şəxs maklerlərin vasitəsi ilə Bakı şəhəri Suraxanı rayonu Binə qəsəbəsində iş olduğunu və ora getmək lazım olduğunu bildirərək demişdir ki, Binə qəsəbəsində qum, torpaq ələmə yerində ondan kirayə götürəcəyi texnika vasitəsi ilə yerdə olan torpaq-qum kütləsini orada ələyin üzərinə torpaq atmaq üçün istifadə edilən ekskavatorun qarşısında kürümək lazımdır. Bakir adı yadından çıxmış makleri arxayın etmişdir ki, gördüyü işlər sənədli və icazəlidir. Onlar günlük 250 manata, yanacaq Bakir tərəfindən təmin edilməsi şərti ilə razılıq əldə etmişlər. O, Bakiri sifariş verən şəxs kimi birbaşa görməsə, söhbət etməsə də, iş sifariş verdiyi yerə çatan zaman tanış olmuş və bir daha vasitəçi vasitəsi ilə ona deyilən sözləri təsdiq etmişdir. Texnika onun iştirakı ilə Bakı şəhəri Suraxanı rayonu Binə qəsəbəsində qum ələmə yerinə çatdırılmışdır. Texnika tırtıllı olduğundan qoşqulu tır vasitəsi ilə həmin ünvana çatdırılmışdır. Həmin qoşqulu tır Bakir tərəfindən tapılmış və sifariş edilmişdir. Qeyd etdiyi Bakı şəhəri Suraxanı rayonu Binə qəsəbəsində olan qum ələmə yerində 21 aprel 2021-ci il tarixdən 28 aprel 2021-ci il tarixə kimi 7 gün müddətində hər gün səhər saat 9-dan axşam saat 6-ya qədər işləmişdir. Bakir söz vermişdir ki, bir həftədən bir zəhmət haqqını verəcəkdir. Onun işi müxtəlif markalı və tanımadığı sürücülər tərəfindən idarə olunan yük avtomaşınları ilə bilmədiyi yerdən qum ələmə yerinə gətirilən torpaq, qum və daş qarışıq olan kütləni eskavatorun olduğu yerə kürüməkdən ibarət olmuşdur. Ekskavator ilə üçkünc formada olan dəmir ələyin üzərinə həmin kütləni yerdən götürüb atırməş ki, qum yaxşı ələnsin. Atılan kütlənin bir hissəsi tullantı, qalan hissəsi ilə ələnmiş formada qum halına gətirilirmiş. Ələnmiş qumu isə aşağı hissədə olan başqa tırtıllı yer hamarlayıcısı oradan götürüb yük avtomobillərinə yükləyir və oradan yük avtomobilləri sifariş yerlərinə gedirmiş. Həmin yerdə işləyən zaman o Bakir adlı şəxsi işlərə nəzarət edən, qeydiyyat aparan şəxs kimi tanımışdır. Tərlan adlı şəxsi bir dəfə görmüş, həmin yerə gəlmişdir, Bakir Tərlanı öz müdiri kimi təqdim etmişdir. Onun bu hadisədə Bakir və yaxud digər bir şəxslə telefon əlaqəsi olmamışdır. O, ********** mobil nömrəsini istifadə edir. 28 aprel 2021-ci il tarixdə o, qum ələmə yerində işləyən zaman polis əməkdaşları ora gəlib görülən işlərin qanunsuz olduğunu bildirmişlər. Polis əməkdaşları orada olan zaman Bakir polis əməkdaşlarına bildirmişdir ki, bu işin sahibi var, “Tərlan müəllimdir”, onu gözləmək lazımdır, gələcəkdir. Polis əməkdaşları isə müvafiq tədbirləri görməyi davam etdirərək həmin yerdə iş prosesinin qanunsuz olduğunu demişlər. Gülər adlı qadını qum ələmə yerində görmüş, lakin konkret olaraq nə işlə məşğul olduğunu bilməmişdir. Gülər çox vaxt Bakirin yanında gəzirmiş. Bakir ora gələn-gedən avtomobillərin, gətirilən və yüklənib aparılan qumun qeydiyyatını aparırmış. Bakir ona bütün işlərin müvafiq icazə əsasında aparıldığını, heç bir problemin olmayacağını, müdirinin Tərlan adlı şəxs olduğunu və hər şeyə özünün nəzarət etdiyini bildirmişdir. Tərlanın bu işlərə rəhbərlik etdiyini həm orada onun kimi işləyən şəxslərdən, bundan başqa, şəxsən Bakirin özündən eşitmiş və Tərlan özü şəxsən qum ələmə yerinə gəlmiş və o, onu orada görmüşdür. Şahid9 məhkəmə iclasında düzgün ifadə verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, o, Türkanda yerləşən karyerdə 4-5 gün işləmiş, yerdə olan daşı yükləmişdir. Onu şəxsi traktorun sahibi çağırmış, iş olduğunu, işləmək lazım olduğunu bildirmiş və onu Bakirlə tanış etmişdir. Bakiri orada 2 dəfə görmüşdür, Bakir ora gələndə o, ona müdiriyyətin sözünü demiş, texnikanın pulunun nə vaxt veriləcəyini soruşmuşdur. Pul söhbəti müdiriyyətlə danışılırmış, Nicat heç vaxt karyerə gəlməmişdir, onun maaşını günə 20 manat olmaqla Nicat verirmiş. O, torpaq yükləməmişdir, yalnız qaya yükləmişdir, onunla mütəmadi telefon əlaqəsi olmamışdır. İstintaqda olan ifadəni o, yazmamışdır, yazmışlar, o da oxumadan imza etmişdir. Müstəntiq 300-400 ton torpaq yığdığını yazmışdır, halbuki, traktor heç işləməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X10 məxsus 2011-ci il buraxılışlı “Hyundai R 250 LG-7” markalı 10-X-019 dövlət qeydiyyat nişanlı ekskavatorun operatorudur. Bundan başqa, həmin texnikanın icarəsi, işlədilməsi, təmiri işləri ilə məşğul olur, texnikanın sahibi bütün işləri ona tapşırmışdır. Əsasən texnikanı Bakı şəhəri Binəqədi rayonu Dərnəgül şosesi üzərində olan “Elit” ticarət mərkəzi ilə üzbəüz yerləşən dayanacaqda saxlayırmış. Adətən texnika icarəyə götürmək istəyən müştərilər ora gəlir. 20 aprel 2021-ci il tarixdə Bakir adlı şəxs onun operatoru olduğu “Hyundai R 250 LG-7” markalı 10-X-019 dövlət qeydiyyat nişanlı ekskavatorun yanına yaxınlaşmış və icarəsi ilə maraqlanmışdır. Həmin zaman o, Bakir ilə danışmış, Bakir ona bildirmişdir ki, tam sənədləri və icazəsi vardır, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi ərazisində olan daş karxanasının üzərindəki torpaq kütləsinin götürülməsi işi üçün texnikanı icarəyə istəyir. O, çıxarılan torpaq sahəsinin nə üçün çıxarıldığını, hara aparılacağını soruşduqda Bakir ona demişdir ki, çıxarılan torpaq göl qurutma işində istifadə olunacaqdır, çıxarılan torpaq kütləsi isə daş karxanasına məxsusdur, heç bir problem olmayacaqdır. Bakir onu arxayın etdiyindən, o, yanacaq məsrəfi Bakirə aid olmaq şərti ilə gündəlik 200 manat qarşılığında ekskavatoru qeyd etdiyi yerdə işlətməyə razılıq vermişdir. Daha sonra Bakir demişdir ki, ekskavatordan başqa ona daş karxanasında buldozer (tırtıllı yer hamarlayıcı) də lazımdır. O da tanışı, buldozer sahibi Şahid5 bu barədə bildirmişdir. Rizvanın əvəzindən o, Bakir ilə danışıq etmiş və gündəlik buldozer üçün yanacaq məsrəfi Bakirdən olmaqla 150 manata razılaşmışlar. Lakin həmin zaman Rizvanın özünün işi olduğundan daş karxanasına gəlməsi gecikmişdir. Bundan sonra onun idarə etdiyi texnika daş karxanasına Bakirin tapdığı qoşqulu tır vasitəsi ilə daşınmışdır. 21 aprel 2021-ci il tarixdən səhər saat 08:00-dan axşam saat 18-19 radələrinə qədər operatoru olduğu “Hyundai R 250 LG-7” markalı 10-X-019 dövlət qeydiyyat nişanlı ekskavatorla Türkan qəsəbəsində Bakirin texnikasını apardığı və göstərdiyi yerdə yeri qazmağa, gələn müxtəlif yük avtomobillərinə yükləməyə başlamışdır. Gün ərzində öz hesablamalarına görə təxminən 300-400 ton həcmində torpaq kütləsini yerdən qazıb gələn avtomobillərə yükləmişdir. 24 aprel 2021-ci il tarixdə isə Rizvana məxsus olan və idarə etdiyi buldozer o işlədiyi karxanaya gətirilmiş və 25 aprel 2021-ci il tarixdən Rizvan gəlib buldozerlə yerdə olan torpaq qatını sıyırma işlərini görməyə başlamışdır. 28 aprel 2021-ci il tarixdə polis əməkdaşları işlədiyi yerə gəlib fəaliyyəti dayandırmışlar. O, əvvəldən işləyən zaman Bakirin bütün işləri gördüyünü və işin qanuni olduğunu bilmişdir. Çünki Bakir bir gündən bir, bəzən hər gün işlədiyi əraziyə gəlir, sorğu-sual edir, bundan başqa, hər gün onun istifadəsində olan ********** mobil nömrəsinə hazırda yadında qalmayan mobil nömrəsi ilə zəng edərək gördüyü işləri soruşurmuş. Bakir ona söz vermişdir ki, hər 10 gündən bir onun pulunu verəcəkdir, lakin vədinə əməl etməmiş, sifarişi ilə gördüyü işə görə ona 1400 manat pul verməlidi. Araşdırma zamanı o, bilmişdir ki, Bakir onu və Rizvanı aldatmışdır. Belə ki, əvvəldən işləri özünün gördüyünü, bütün işlərin qanuni olduğunu, sənədlərinin qaydasında olduğunu, çıxarılan torpaq kütləsinin göl qurutmasında istifadə olunacağını bildirsə də, araşdırma zamanı o, bilmişdir ki, Bakir Tərlan adlı şəxsin göstərişi ilə bu işləri görmüş, onun Türkan qəsəbəsi ərazisində qazıb yük avtomobillərinə yüklədiyi torpaq kütləsini Binə qəsəbəsində Tərlan adlı şəxsin işlətdiyi qum ələmə yerinə aparılmış və orada ələkdən keçirildikdən sonra satılmışdır. Araşdırma zamanı Bakir ilkin olaraq Tərlanın göstərişi ilə bu işləri gördüyünü desə də, sonradan Nicad adlı şəxsin adını çəkməyə başlamışdır. Tərlan Bakirin üzərinə təzyiq edib demişdir ki, “məni tanıyırsan?” həmin zaman Bakir sözünü dəyişmiş və Tərlanı tanımadığını bildirmişdir. Lakin sonradan o, bilmişdir ki, Bakir Tərlanın evində kirayə yaşayan şəxs olmaqla, Tərlandan çəkindiyi üçün ilkin dediklərini danmışdır. Şahid11 2021-ci ilin aprel ayının əvvəllərindən etibarən tanıyır. Belə ki, 2021-ci ilin aprel ayının ilk günlərində Şahid11 onun durduğu “Elite” ticarət mərkəzinin yaxınlığındakı yerə gəlib ona müraciət edərək bildirmişdir ki, iş görmək lazımdır, daş karxanasında artıq qazılaraq kənara atılmış tullantı torpağı yük avtomobillərinə doldurmaq lazımdır, gündəlik 4-5 yük maşını tullantı torpaqla doldurulmalıdır, bu işi bacarıb-bacarmayacağını ondan soruşanda bildirmişdir ki, razılaşdırılmış məbləğə bunu edə bilər. Beləliklə, qiyməti Nicadla razılaşdırmışlar və Nicad ağır tonajlı texnikanın daşınmasında istifadə olunan “Dayman” markalı avtomobili onun durduğu “Elite” ticarət mərkəzinin yaxınlığındakı yerə göndərmiş, idarə etdiyi ekskavator həmin “Dayman” markalı yük avtomobilinə yüklənmiş və Nicad oradan onu Türkan qəsəbəsi ərazisində yerləşən daş karxanasına gətirmişdir. Həmin daş karxanasını işlədən Şahid12 adında şəxs olmuşdur, belə ki, onlar ora gələndə o, onları qarşılamış, işlər aparılacaq yeri göstərmişdir. Həmin yerdə torpaq sahəsi artıq qazılıbmış və tullantı torpaq kənara atılıbmış, həmin tullantı torpaq sahəsi yük avtomobillərinə yüklənməli imiş. Beləliklə, 05 aprel 2021-ci il tarixdən işə başlamış və 7 gün orada işləyib gündəlik 4-5 yük avtomobilini tullantı torpaqla doldururmuşdur. Bir həftə sonra, 12 aprel 2021-ci il tarixdən 14 aprel 2021-ci il tarixədək olan müddət ərzində Nicad ona zəng vuraraq bildirmişdir ki, işi dayandırır, artıq işləməyəcək və hesabat aparıb işə görə pulu ona ödəmək üçün onu Binə qəsəbəsindəki torpaq ələmə yerinə çağırmışdır. O da tullantı torpaq daşıyan yük avtomobillərinin birinə əyləşib həmin yerə getmiş, onda bilmişdir ki, karxananın ərazisində işləyib yük avtomobillərinə yüklədiyi tullantı torpaq karxanadan məhz həmin torpaq ələmə yerinə gətirilib orada emal edilirmiş. Binə qəsəbəsindəki torpaq ələmə yerində Nicad onu qarşılamış, hesabat aparmışlar və Nicad gördüyü iş üçün pulunu ödədikdən sonra, o, oradan çıxıb getmişdir. Həmin gün yenidən “Dayman” markalı yük avtomobili ilə idarə etdiyi ekskavator “Elite” ticarət mərkəzinin yaxınlığındakı duracaq yerinə aparılmışdır. Təxminən bir həftə sonra, xatırladığı qədər 20 aprel 2021-ci il tarixdə “Elite” ticarət mərkəzinin yaxınlığındakı duracaq yerində olarkən ona bir nəfər Təqsirləndirilən şəxs2 adlı şəxs yaxınlaşıb Türkan qəsəbəsindəki daş karxanasında iş olduğunu və orada ekskavatorla iş görmək lazım olduğunu bildirmişdir. O, nə iş olduğunu soruşanda, bildirmişdir ki, yer səthinin üzərindəki qum buldozerlə kənara yığılacaq, sonra altındakı tullantı torpaq sahəsini qazıb çıxararaq yük avtomobillərinə yükləmək lazım olacaqdır. Razılaşmışdır, yenə Bakirin gətizdirdiyi “Dayman” markalı yük avtomobili ilə onun ekskavatoru Türkan qəsəbəsindəki çöllük əraziyə gətirilmişdir. Həmin ərazi, yəni Bakirin onun gətirdiyi ərazi buna qədər, bir həftə öncə Şahid11 işini yerinə yetirdiyi yerdən təxminən 1 kilometr aralıda yerləşirmiş. O, orada işin qanuni olub-olmadığını, işi görmək üçün müvafiq sənədlərin olub-olmadığını soruşanda Bakir bildirmişdir ki, iş tam qanunidir, bütün sənədləri də vardır, lakin sonrakı dövrdə Bakirdən dəfələrlə sənədləri ona göstərməsini xahiş etməsinə baxmayaraq, sənədləri göstərməmişdir. İşə başlamazdan əvvəl ödənişi istəyəndə Bakir bildirmişdir ki, özü də onun kimi işçidir, işin sahibi isə Təqsirləndirilən şəxs1dur, iş gününün sonunda Tərlan pulu ödəyəcək və gündəlik pul ödəniləcəkdir. Razılaşıb işə başlamışdır. Lakin günün sonunda da pul ödənilməmişdir, razılığa gəlmişlər ki, 10 gündən bir ona pul ödəniləcəkdir. İşin icrası prosesində həmin əraziyə gətirilmiş və tanışı Şahid5 idarə etdiyi buldozer yer səthinin üzərindəki qumu kənara yığandan sonra, o, ekskavatorla qumun altındakı tullantı torpağı qazıb çıxararaq ora gəlmiş yük avtomobillərinə yükləməyə başlamış, gündəlik olaraq 12- 14 arası yük avtomobilinə tullantı torpaq doldurmuşdur. 8 gün orada işləmiş və gündəlik olaraq 12-14 yük avtomobilini doldurmuşdur. Həmin müddətdə dəfələrlə göstərdiyi işləri görmək üçün icazə verən sənədləri Bakirdən ona göstərməsini istəməsinə baxmayaraq, Bakir sənədlərin iş sahibi Təqsirləndirilən şəxs1 olduğunu deyib vaxtı uzatmışdır. 28 aprel 2021-ci il tarixdə isə iş gördüyü vaxt həmin əraziyə polis əməkdaşları gəlmiş, məlum olmuşdur ki, orada iş görmək üçün heç bir icazə alınmamışdır və görülən iş tam qanunsuzdur. Polis əməkdaşları gələndə Bakir və ya Tərlan orada olmamışlar, yalnız işçilər orada olub iş görürmüşlər. Cinayət işinin materiallarına əlavə edilmiş və tanışlıq üçün ona nümayiş olunmuş videogörüntü ilə tanış olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı videogörüntüdə olan sarı rəngli ekskavator onun idarə etdiyi ekskavatordur, həmin yer də buna qədər, 2021-ci ilin aprel ayının 5-dən 14-nə qədər Şahid11 sifarişi əsasında iş gördüyü yerdən təxminən 1 kilometr aralıda yerləşir. Bakirin sifarişi ilə 20 aprel 2021-ci il tarixdən 28 aprel 2021-ci il tarixədək olan müddət ərzində iş gördüyü dövrdə Nicadı bir dəfə belə olsun həmin ərazidə görməmiş və onunla hər hansı bir əlaqəsi olmamışdır. Həmin müddətdə, yəni 20-28 aprel 2021-ci il tarixdə gördüyü işin sahibi Təqsirləndirilən şəxs1 olmuş və işinə nəzarət edən Bakir adlı şəxs olmuşdur. Bakir gündə bir neçə dəfə ora gəlib yoxlayır və zəruri tapşırıqlarını verirmiş. Təqsirləndirilən şəxs1 ilk dəfə polisdə araşdırma gedəndə, 28 aprel 2021-ci il tarixdə görüb tanımışdır. O, görülən işin qanunsuz olduğunu qəti bilməmişdir, əks halda bu işi yerinə yetirməzmiş. Tərlan və Bakir onu və digər işçiləri aldadıb guya işin qanuni olduğunu onlara yalandan deyərək bu işə cəlb etmişlər. Şahid4 məhkəmə iclasında düzgün ifadə verdiyini bildirdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X6 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, tikinti, qazıntı və söküntü işlərinin aparılmasında istifadə olunan ağır texnikaları işlədir, həmin texnikaları “Elit” ticarət mərkəzi ilə üzbəüz yerləşən dayanacaqda saxlayır və adətən müştərilər texnika kirayələmək üçün həmin ünvana gəlirlər. 25 aprel 2021-ci il tarixdə Bakir adlı şəxs onun texnikaları olan dayanacağa yaxınlaşmış və onunla birlikdə işləyən dostu Şahid2 Şöhlət oğlundan kirayə üçün ekskavator istəmişdir. Bundan sonra günlük 250 manata, texnikanı idarə edən operatorun əmək haqqı onların tərəfindən ödənilmək şərti ilə Bakir ilə razılıq əldə edilmişdir. O, şəxsən bu proseslərdə birbaşa iştirak etməsə də, bütün hadisələrdən xəbərdar olmuşdur. Bakir ilə razılıq əldə edildikdən sonra faktiki olaraq ona məxsus, lakin dostu Şəmsinin adına rəsmiləşdirilmiş “Hyundai R 300LC-9S” markalı ekskavator Bakirin qeyd etdiyi Bakı şəhəri Suraxanı rayonu Binə qəsəbəsi ərazisində Tərlan və Nicat adlı şəxslərin kirayə götürüb işlətdikləri qum ələmə yerinə çatdırılmışdır. 28 aprel 2021-ci il tarixdə qeyd olunan texnikanın operatoru olan Şahid3 bildirmişdir ki, Tərlan və Nicat adlı şəxslərin müvafiq icazə sənədləri olmadığından fəaliyyətləri dayandırılmışdır. Texnika icarəyə götürülən zaman heç o, özü də bilməmişdir ki, qum ələmə yerinə texnika verilir. Çünki, adətən qeyd etdiyi texnika qazıntı işləri üçün kirayə götürülür. Bakir isə onun texnikasını qum ələmə yerində dəmir ələyə torpaq tökülüb ələməsində istifadə etmişdir. Binə qəsəbəsində daş əzmə və qum üyütmə yerlərinə gətirilən torpaq xammalının haradan gətirilməsi ilə bağlı onun heç bir məlumatı və xəbəri yoxdur. Çünki, onlar texnikanı icarəyə verən zaman öz işçiləri, yəni operator texnikanı idarə edir və operatora etibar etdiklərindən, işin təfərrüatını tam bilmirlər, belə ki, texnika olan yerdə nümayəndələri olur. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, özünə məxsus olan “Shacman” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomaşını ilə müxtəlif ünvanlara yük daşıyaraq ailəsinə çörək pulu qazanır. Avtomaşını etibarnamə əsasında idarə etsə də, faktiki sahibi və sürücüsü özüdür, avtomaşın oğlu X3 adınadır. O, əsasən yük daşımalarını Bakı şəhəri və Bakı ətrafında deyil, əsasən yaşadığı Ağdaş rayonu ətrafında edirmiş. Təqsirləndirilən şəxs2 üzdən həmyerli kimi tanıyırmış. Bakirin əsasən qardaşı X19 ilə tanışlıq əlaqəsi olmuşdur. Bakir bilirmiş ki, o, qardaşı Elçin ilə birlikdə yükdaşıma işi görürlər. 20 aprel 2021-ci il tarixdə qardaşı Elçin ona bildirmişdir ki, Bakir zəng edərək Bakı şəhərində iş təklif etmişdir, həmin işi görsələr, gəlir əldə etmiş olarlar. Belə ki, onların işi Türkan qəsəbəsində olan daş karxanasından yük avtomaşınlarına doldurulmuş torpaq kütləsini gətirib Binə qəsəbəsində Bakirin işlədiyi qum ələmə yerinə çatdırmaqdan ibarət olacaqdır. Yol məsafəsi təxminən 18 kilometr olmaqla hər reys üçün 40 manat pul verəcəkdir. Bundan sonra onlar iş olmadığı üçün razılaşmış, o, qeyd etdiyi öz idarə etdiyi avtomaşınla, qardaşına məxsus olan “Howo” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomaşınının sürücüsü olan Şahid7 ilə birlikdə 21 aprel 2021-ci il tarixdə Bakirin istifadə etdiyi ********** nömrəsi ilə Tehran istifadəsində olan ********** mobil nömrəsi vasitəsi ilə əlaqə saxlayıb Bakirin təsvir etdiyi Binə qəsəbəsində yerləşən qum ələmə yerinə gəlmişlər. Həmin zaman o və Tehran Bakir ilə tanış olmuşlar. Bakir bildirmişdir ki, burada olan bütün işlərə özü nəzarət edir, Türkan qəsəbəsində daş karxanasında olan qum-torpaq kütləsini olduqları Binə qəsəbəsindəki qum ələmə yerinə gətirəcəklər. Türkan qəsəbəsində hazır ekskavator vardır, onlar oraya getdiyi zaman ekskavator yük avtomaşınlarına qum-torpaq kütləsini yükləyəcəkdir, bundan sonra həmin kütləni qum ələmə yerinə çatdıracaqlar. Onlar işə başlamaq istəyən zaman təxminən iki saat Bakir onlara hərəkət etməyə imkan verməmişdir. Bakir bildirmişdir ki, müdiri Tərlan adlı şəxsdir, Tərlan avtomobillərin “qeydiyyatı” məsələlərini həll edəcəkdir ki, yolda heç bir problem olmasın. O, Bakirdən yolda olduqları zaman hər hansı bir sənəd veribverməyəcəyini soruşduqda bildirmişdir ki, yolda heç bir problem olmayacaqdır, Tərlanın gördüyü işin bütün sənədləri qaydasındadır. Razılaşmaya əsasən hər reys üçün 40 manat pul verilməli imiş, həmin 40 manat pula yanacaq və qida xərcləri də daxil imiş. Bakir onları tam arxayın etmişdir ki, heç bir qanunsuz iş görmür, bütün işlər tam qaydasında və icazəli, sənədlidir. Bakir qeyd etdiyi kimi, təxminən iki saat keçdikdən sonra Bakir özü şəxsən Türkan qəsəbəsinin giriş hissəsindən bir-neçə kilometr sonra yolun sol tərəfi istiqamətində konkret ünvanı və ətrafda yaşayış olmayan məkana aparmışdır. Həmin yerin yaxınlığında daş karxanası olmuşdur. Lakin onları apardığı yer konkret daş karxanası olmamış, yerdən torpaq və qum kütləsi qazılaraq çıxarılmış və üzəri kürünmüş sahə olmuşdur. Həmin yerdə bir ekskavator və bir buldozer olmuşdur. Ekskavatorun sürücüsü yer səthini qazır və yerdən əldə olunan torpaq-qum kütləsini onların idarə etdiyi yük avtomaşınlarına doldurmalı və onlar da yük dolu vəziyyətdə Binə qəsəbəsində yerləşən qum ələmə yerinə çatdırmalı idilər. Bakirin dediyi kimi etmişlər, gün ərzində təxminən 6-7 reys edirmişlər. Onun idarə etdiyi yük avtomaşını 28 kub metr həcmində yük götürmə qabiliyyətinə malikdir. Gətirdikləri kütləni isə qum ələmə yerində orada olan eskavatorun yanında olan sahəyə boşaldır, ekskavator isə həmin torpaq-qum kütləsini yerdən qovşu ilə götürərək dəmir ələyin üzərinə töküb ələyirmiş. Onun və Tehranın işi Bakirin dediyi kimi, Türkan qəsəbəsində göstərdiyi yerdən torpaq-qum kütləsini daşıyıb Binə qəsəbəsində qum ələmə yerinə çatdırmaq olmuşdur. Binə qəsəbəsində qum ələmə yerindən isə ələnmiş və satış üçün yararlı, hazır olan qum kütləsini tanımadıqları başqa şəxslərin idarə etdiyi yük avtomoşınları Bakı və Bakı ətrafında yerləşən qum bazarlarına çatdırırmışlar. Bakir əsasən qum ələmə yerində olur, orada yük gətirən, yük aparan avtomaşınların qeydiyyatını aparırmış. Hətta Bakir onlara Tərlan adlı şəxsin istifadəsində olan ********** mobil nömrəsini vermişdir ki, əgər birdən yolda kimsə saxlasa, problem olsa, Tərlana zəng etsinlər. Qum ələmə yerində o, bir dəfə Tərlan adlı şəxsi görmüş, həmin yerə gəlmiş və həmin yerdə o, Tərlanın, Bakirin və Gülərin arasında olan söhbətin mahiyyətini bilməsə də, Tərlan orada Gülər və Bakir adlı şəxslə əllərində dəftər və vərəq üzərində hesabat apardıqlarının şahidi olmuşdur. Bundan başqa, Bakirdən işin rəhbəri olan Tərlan ilə onları tanış etməsini dəfələrlə xahiş etsə də, bunu etməmişdir. Qum ələmə yerində olan Gülər ilə isə təması, söhbəti olmasa da, Gülərin həmin yerdə hesabat işləri görməsinin şahidi olmuşdur. 28 aprel 2021-ci il tarixdə o, Tehran ilə birlikdə qum ələmə yerində olan zaman əraziyə polis əməkdaşları gəlmiş və həmin zaman məlum olmuşdur ki, Tərlan, Bakir və Gülərin gördüyü yerin səthindən torpaq-qum kütləsinin çıxarılması, qum ələmə və satışı işi qanunsuzdur. Polis əməkdaşları Gülərdən həmin zaman kim olduğunu soruşduqda, o, cavab vermişdir ki, çayçıdır. Halbuki, bu yalandır, Gülər bütün görülən işlərin hesabatlarını aparmışdır. O, gördüyü bu işin qanunsuz olduğunu bilməmiş, Bakirin verdiyi sözə arxayın olub çörək pulu üçün qum daşımışdır. Qum ələmə yerini işlədən şəxs Tərlan adlı şəxs olmuş, həmin yerə və Türkan qəsəbəsindən gətirdikləri torpaq-qum kütləsinə də Bakir nəzarət etmiş, qeydiyyat aparmış, Gülər isə hesabat işləri görmüşdür. Bundan başqa, Tərlanı qum ələmə yerində görməmişdən qabaq, o, yolda Tehranın idarə etdiyi yük avtomaşınını saxlatmış və soruşmuşdur ki, “bu kimin qumudur”, Tehran cavabında isə “Tərlan müəllimin” dedikdə Tərlan gülümsəyərək əl ilə əla işarəsi göstərmişdir. Bakir də onlara demişdir ki, sizdən soruşan, soraqlaşan olan zaman Tərlan müəllimin adını versinlər. Tərlan isə qum ələmə yerində olan zaman qeyd etdiyi kimi Tehran görüb tanımışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, X14 məxsus “Howo” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomaşınının sürücüsü işləyir, bu yolla ailəsinə çörək pulu qazanır. Əsasən yük daşımalarını Bakı şəhəri və Bakı ətrafında deyil, yaşadığı Ağdaş rayonu və həmin rayonun ətrafında edirmiş. Təqsirləndirilən şəxs2 həmyerli olaraq uzun müddətdir ki, tanıyırmış. Bakirin özü İmişli rayonundan olsa da, arvadı Ağdaş rayonundadır. Bakir də, əvvəllər onu kimi yük avtomaşını sürücüsü işləmişdir. 3 il olar ki, Bakiri tanıyır. Bakiri ondan başqa idarə etdiyi yük avtomobilinin sahibi Elçin də tanıyır. 20 aprel 2021-ci il tarixdə X19 ona bildirmişdir ki, Bakir zəng edərək Bakı şəhərində iş təklif etmiş, həmin işi görsələr gəlir əldə etmiş olarlar. Belə ki, iş Türkan qəsəbəsində olan daş karxanasından yük avtomaşınlarına doldurulmuş torpaq kütləsini gətirib Binə qəsəbəsində Bakirin işlədiyi qum ələmə yerinə çatdırmaqdan ibarət olacaqdır. Yol məsafəsi təxminən 18 kilometr olmaqla hər reys üçün 40 manat pul verəcəkdir. Bundan sonra onlar iş olmadığı üçün razılaşmış, o qeyd etdiyi öz idarə etdiyi avtomaşınla, Elçinin qardaşı X8 məxsus olan “Shacman” markalı 99RX828 dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomaşınını Səfəralı ilə birlikdə 21 aprel 2021-ci il tarixdə Bakirin istifadə etdiyi ********** nömrəsi ilə istifadəsində olan ********** mobil nömrəsi vasitəsi ilə əlaqə saxlayıb Bakirin təsvir etdiyi Binə qəsəbəsində yerləşən qum ələmə yerinə gəlmişlər. Həmin zaman o və Səfəralı Bakir ilə görüşmüşlər. Bakir bildirmişdir ki, burada olan bütün işlərə özü nəzarət edir, Türkan qəsəbəsində daş karxanasında olan qumtorpaq kütləsini olduqları Binə qəsəbəsindəki qum ələmə yerinə gətirəcəklər. Türkan qəsəbəsində hazır ekskavator vardır, onlar oraya getdiyi zaman ekskavator yük avtomaşınlarına qum-torpaq kütləsini yükləyəcəkdir, bundan sonra həmin kütləni qum ələmə yerinə çatdıracaqlar. Onlar işə başlamaq istəyən zaman təxminən iki saat Bakir onlara hərəkət etməyə imkan verməmişdir. Bakir bildirmişdir ki, müdiri Tərlan adlı şəxsdir, Tərlan avtomobillərin “qeydiyyat”ı məsələlərini həll edəcəkdir ki, yolda heç bir problem olmasın. Bakirin həmin zaman avtomaşınların “qeydiyyat”ı dedikdə konkret nəyi nəzərdə tutduğunu bilməmişdir. O, Bakirdən yolda olduqları zaman hər hansı bir sənəd veribverməyəcəyini soruşduqda bildirmişdir ki, yolda heç bir problem olmayacaqdır, Tərlanın gördüyü işin bütün sənədləri qaydasındadır. Onların razılaşmalarına əsasən hər reys üçün 40 manat pul verilməli imiş, həmin 40 manat pula yanacaq və qida xərcləri də daxil imiş. Bakir onları tam arxayın etmişdir ki, heç bir qanunsuz iş görmür, bütün işlər tam qaydasında və icazəli, sənədlidir. Bakir qeyd etdiyi kimi təxminən iki saat keçdikdən sonra özü şəxsən Türkan qəsəbəsinin giriş hissəsindən bir-neçə kilometr sonra yolun sol tərəfi istiqamətində konkret ünvanı və ətrafda yaşayış olmayan məkana onları aparmış, həmin yerin yaxınlığında daş karxanası olmuş, lakin həmin yer konkret daş karxanası olmamış, yerdən torpaq və qum kütləsi qazılaraq çıxarılmış və üzəri kürünmüş sahə olmuşdur. Həmin yerdə bir ekskavator və bir buldozer olmuşdur. Ekskavatorun sürücüsü yer səthini qazır və yerdən əldə olunan torpaq-qum kütləsini onların idarə etdiyi yük avtomaşınlarına doldurmalı və onlar da yük dolu vəziyyətdə Binə qəsəbəsində yerləşən qum ələmə yerinə çatdırmalı imişlər. Bakirin dediyi kimi etmişlər, gün ərzində təxminən 6- 7 reys edirmişlər. Onun idarə etdiyi yük avtomaşını 28 kub metr həcmində yük götürmə qabiliyyətinə malikdir. Gətirdikləri kütləni isə qum ələmə yerində orada olan eskavatorun yanında olan sahəyə boşaldır, ekskavator isə həmin torpaq-qum kütləsini yerdən qovşu ilə götürərək dəmir ələyin üzərinə töküb ələyirmiş. Onun və Səfəralının işi Bakirin dediyi kimi, Türkan qəsəbəsində göstərdiyi yerdən torpaq-qum kütləsini daşıyıb Binə qəsəbəsində qum ələmə yerinə çatdırmaq imiş. Binə qəsəbəsində qum ələmə yerindən isə ələnmiş və satış üçün yararlı, hazır olan qum kütləsini tanımadığı başqa şəxslərin idarə etdiyi yük avtomaşınları Bakı və Bakı ətrafında yerləşən qum bazarlarına çatdırırmışlar. Bakir əsasən qum ələmə yerində olur, orada yük gətirən, yük aparan avtomaşınların qeydiyyatını aparırmış. Hətta Bakir onlara Tərlanın istifadəsində olan ********** mobil nömrəsini vermişdir ki, əgər birdən yolda kimsə saxlasa, problem olsa Tərlana zəng etsinlər. Qum ələmə yerində o, bir dəfə Tərlanı görmüş, həmin yerə gəlmiş və həmin yerdə o Tərlanın, Bakirin və Gülərin arasında olan söhbətin mahiyyətini bilməsə də, Tərlanın orada Gülər və Bakir adlı şəxslə əllərində dəftər və kağız üzərində hesabat apardıqlarının şahidi olmuşdur. Bundan başqa, gördükləri işin rəhbəri olan Tərlan ilə onları tanış etməsini Bakirdən dəfələrlə xahiş etsələr də, bunu etməmişdir. Qum ələmə yerində olan Gülər adlı qadınla isə təması, söhbəti olmasa da, həmin yerdə hesabat işləri görməsinin şahidi olmuşdur. 21 aprel 2021-ci il tarixdən 28 aprel 2021-ci il tarixə kimi göstərdiyi işi Səfəralı ilə birlikdə görmüşdür. İş vaxtı hər gün saat səhər saat 08 radələrindən axşam saat 19 radələrinə kimi olmuşdur. 28 aprel 2021-ci il tarixdə o, Tehran ilə birlikdə qum ələmə yerində olan zaman əraziyə polis əməkdaşları gəlmiş və həmin zaman məlum olmuşdur ki, Tərlan, Bakir və Gülərin gördüyü yerin səthindən torpaq-qum kütləsinin çıxarılması, qum ələmə və satışı işi qanunsuzdur. Polis əməkdaşları Gülərdən həmin zaman kim olduğunu soruşduqda, o, cavab vermişdir ki, çayçıdır. Halbuki, bu yalandır, Gülər bütün görülən işlərin hesabatlarını aparmışdır. O, gördüyü bu işin qanunsuz olduğunu bilməmiş, Bakirin verdiyi sözə arxayın olub çörək pulu üçün qum daşımışdır. Qum ələmə yerini işlədən şəxs Tərlan adlı şəxs olmuş, həmin yerə və Türkan qəsəbəsindən gətirdikləri torpaq-qum kütləsinə də Bakir nəzarət etmiş, qeydiyyat aparmış, Gülər isə hesabat işləri görmüşdür. Bundan başqa, Tərlanı qum ələmə yerində görməmişdən qabaq, o, yolda Tehranın idarə etdiyi yük avtomaşınını saxlatmış və soruşmuşdur ki, “bu kimin qumudur”, Tehran cavabında isə “Tərlan müəllimin” dedikdə Tərlan gülümsəyərək əl ilə əla işarəsi göstərmişdir. Bakir də onlara demişdir ki, sizdən soruşan, soraqlaşan olan zaman Tərlan müəllimin adını versinlər. Tərlan isə qum ələmə yerində olan zaman qeyd etdiyi kimi, o, Tərlanı görüb tanımışdır ki, onu yolda saxladıb əli ilə əla işarəsi göstərən şəxsdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, X12 “Hyundai R 260LC-9S” markalı 10-R-957 dövlət qeydiyyat nişanlı ekskavatorunun operatorudur, həmin ekskavatoru idarə edir və texniki qulluğunu həyata keçirir. İdarə etdiyi texnika Bakı şəhəri Dərnəgül şossesinin üzərində “Elit” ticarət mərkəzi ilə üzbəüz yerləşən dayanacaqda dayanır. Adətən texnika axtaran müştərilər ora gəlir. 21 aprel 2021-ci il tarixdə Bakir adlı şəxs ona yaxınlaşaraq bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Binə qəsəbəsində iş vardır, oraya getmək lazımdır. Bakir bildirmişdir ki, Binə qəsəbəsində qum, torpaq ələmə yerində ondan kirayə götürəcəyi ekskavatordan ələyin üzərinə torpaq atmaq üçün istifadə edəcəkdir. Bakir onu arxayın etmişdir ki, gördüyü işlər sənədli və icazəlidir. Bundan sonra o, Bakir ilə günlük 200 manata, yanacaq Bakir tərəfindən təmin edilməsi şərti ilə razılıq əldə etmişdir. Texnika onun iştirakı ilə Bakı şəhəri Suraxanı rayonu Binə qəsəbəsində qum ələmə yerinə çatdırılmışdır. Texnika tırtıllı olduğundan qoşqulu tır vasitəsi ilə həmin ünvana çatdırılmışdır. Həmin qoşqulu tır Bakir tərəfindən tapılmış və sifariş verilmişdir. Qeyd etdiyi qum ələmə yerində 21 aprel 2021-ci il tarixdən 28 aprel 2021-ci il tarixə kimi 7 gün müddətində hər gün səhər saat 9 dan axşam saat 6-ya qədər işləmişdir. Bakir söz vermişdir ki, bir həftədən bir zəhmət haqqını verəcəkdir. Onun işi müxtəlif markalı və tanımadığı sürücülər tərəfindən idarə olunan yük avtomaşınları ilə qum ələmə yerinə gətirilən torpaq, qum və daş qarışıq olan kütləni üçkünc formada olan dəmir ələyin üzərinə yerdən götürüb atmaqdan ibarət olmuşdur. Atılan kütlənin bir hissəsi tullantı qalan hissəsi ilə ələnmiş formada qum halına gətirilirmiş. Ələnmiş qumu isə aşağı hissədə olan tırtıllı yer hamarlayıcısı oradan götürüb yük avtomobillərinə yükləyir və oradan yük avtomobilləri sifariş yerlərinə gedirmişlər. Həmin yerdə işləyən zaman o, Bakiri işlərə nəzarət edən, qeydiyyat aparan şəxs kimi tanımışdır. Tərlan adlı şəxsi bir dəfə görmüş, həmin yerə gəlmişdir, lakin nə üçün gəldiyini nə iş gördüyünü konkret bilməmişdir. Onun bu hadisədə Bakir və yaxud digər bir şəxslə telefon əlaqəsi olmamışdır. O, ********** mobil nömrəsini istifadə edir. 28 aprel 2021-ci il tarixdə o, qum ələmə yerində işləyən zaman polis əməkdaşları ora gəlib görülən işlərin qanunsuz olduğunu bildirmiş və o, oradan həmin zaman aralanmışdır. Polis əməkdaşları orada olan zaman Bakir demişdir ki, bu işin sahibi var və gələcəkdir. Bundan sonra baş verən hadisələrin şahidi olmamışdır. Gülər adlı qadını qum ələmə yerində görmüş, lakin konkret olaraq nə işlə məşğul olduğunu bilməmişdir. Lakin konkret olaraq bilməmişdir ki, nə işlə məşğul olur. Gülər çox vaxt Bakirin yanında gəzirmiş. Bakir isə ora gələn gedən avtomobillərin, gətirilən və yüklənib aparılan qumun qeydiyyatını aparırmış. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid14 Aslan oğlunun elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, 19 aprel 2021-ci il tarixdə xalası Firdusə ona bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs2 daş karxanasında qum sulamaq və qeydiyyat aparmaq üçün işçi axtarır, o da həmin ərəfədə işsiz olduğu üçün ona təklif etmişdir ki, həmin işə düzəlib işləsin, aylıq qazanc kimi ona 400 manat pul veriləcəkdir. Razılaşmış, xalası Firdusə Təqsirləndirilən şəxs2 mobil telefon nömrəsini ona vermiş, həmin gün zəng vurub Bakir ilə danışmış, Bakir ona bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Binə Sovxozu ərazisindəki qum emalı yerində qumun ələnməsi prosesində toz qalxmaması üçün qumu sulamaq və həmin yerə girib-çıxan yük avtomobillərinin qeydiyyatını aparmaq lazımdır, o da razılaşmışdır. 20 aprel 2021-ci il tarixdə səhər saatlarında həmin yerə getmiş və Bakir ilə tanış olmuşdur. İşi 24 saat ərzində olduğundan, bir gün işdə olub bir gün istirahət edirmiş və beləliklə, 20 aprel 2021-ci il tarixdən 28 aprel 2021-ci il tarixədək bir gündən bir olmaqla cəmi 4 gün orada işləmişdir. İşi qeyd etdiyi kimi, tullantı torpağın ələnməsi prosesində toz qalxmaması üçün qumu sulamaq və həmin yerə gələn və çıxan yük avtomobillərinin qediyyatını aparmaqdan ibarət olmuşdur. Ondan başqa eyni işi Hüseyn adlı şəxs də görürmüş, yəni bir gün o göstərdiyi işi görür, bir gün isə Hüseyn adlı şəxs. O, iş saatlarında yalnız həyətdə olub işini görürmüş, torpağı sulayırmış və ona verilmiş qeydiyyat dəftərində həmin yerə gələn və çıxan yük avtomobillərinin dövlət qeydiyyat nişanlarını, sutka ərzində, yəni işlədiyi saatlarda neçə dəfə gəlib yüklə dolu getdiklərini qeyd edirmiş. İşlədiyi müddətdə bilmişdir ki, oranın sahibi Təqsirləndirilən şəxs1dur və Təqsirləndirilən şəxs2 Tərlan müəllimin işçisi, yəni iş icraçısıdır. Bakir də gündəlik olaraq orada olur, bəzən çölə çıxıb işə nəzarət edir, əsasən çox vaxtlarda ofis kimi istifadə olunan fərdi yaşayış evində olurmuş. Şahid11 tanımır və heç vaxt görməmişdir, lakin işlədiyi müddətdə eşitmişdir ki, Nicad əvvəllər orada işləmişdir, sonra isə işdən çıxmışdır. Onun işlədiyi əraziyə gələn sürücülər artıq emal olunmuş qumu daşımaq üçün boş vəziyyətdə yük avtomobillərini həyətdə saxlayıb ofis kimi istifadə olunan fərdi yaşayış evinə daxil olurmuşlar, həmin müddətdə ekskavator onların boş vəziyyətdə yük avtomobillərinə emal olunmuş qumu yükləyəndən sonra sürücülər qumu daşıyıb çıxıb gedirmişlər. İşlədiyi müddətdə işin qanunsuz olduğunu bilməmiş, onu işə cəlb edən Bakir olmuş və işin qanuni olduğunu ona söyləmişdir. 28 aprel 2021-ci il tarixdə isə polis əməkdaşları gəlib işi dayandırmış, polisə dəvət edilmişlər və orada onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir icazə olmadan qanunsuz olaraq bu işlə məşğul olub pul qazanmışlar. Orada işlədiyi müddətdə yalnız dəftərdə qeydiyyat aparmış, heç bir qaimə tərtib etməmişdir. İş materiallarında olan ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid13 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid13 istintaqa vermiş olduğu ifadəsini tam təsdiq edib 2021-ci ilin mart ayının ortalarında Nicada bir şirkətdən təklif gəldiyini, həmin təklifin tullantı torpaqla bağlı olduğunu, onun Suraxanı rayonu Binə Sovxozu ərazisində torpaq sahəsinin olduğunu, Nicadın sifarişi alandan sonra oranı ondan icarəyə götürdüyünü, hətta ona da birlikdə işləmək barədə təklif etdiyini, Təqsirləndirilən şəxs1 adında şəriki ilə bu işi görəcəyini ona bildirdiyini, 05 aprel 2021-ci il tarixdən işə başladıqlarını, Tərlan və Nicadın bir gündən bir ondan icarəyə götürülmüş əraziyə gəlib işin gedişi ilə maraqlandıqlarını, Tərlan tərəfdən işə nəzarət edən və hesabat aparan şəxsin Bakir olduğunu, Nicad tərəfdən isə onun olduğunu, 10 aprel 2021-ci il tarixdə Nicadla mübahisəsi olduğundan işdən ayrıldığını, 16 aprel 2021-ci il tarixdə Bakirin ona zəng vuraraq həmin işi davam etdirməyi təklif etdiyini, Bakirin 12 aprel 2021-ci il tarixdə Nicadın işi Tərlana təhvil verdiyini və işin artıq bütövlükdə Tərlanın olduğunu, buna görə Tərlanın həmin işlə bağlı müzakirə aparmaq üçün onunla görüşmək istədiyini ona bildirdiyini, həmin gün, yaxud ertəsi gün Tərlanın bağ evinə getdiyini, üçünün söhbət etdiyini və Tərlanın ona işi davam etdirmək istədiyini, satış nöqtələrini o bildiyindən bu işi onunla görmək istədiyini bildirdiyini, növbəti ayın birinə kimi işləyəcəklərini və gəlirdən asılı olaraq ona müəyyən faiz pul ayrılacağını vəd etdiyini, onun razılaşdığını, 19-20 aprel 2021-ci il tarixdə onun Türkan qəsəbəsindəki daş karxanasını işlədən Şahid12 zəng vurub Tərlanın işi davam etdirmək istədiyini, tullantı torpağı vardırsa daşımağa hazır olduqlarını bildirdiyini, Abbasın isə işlətdiyi karxananın ərzisində olan tullantı torpağın Nicad tərəfindən artıq daşındığını və karxanada hələ ki, tullantı torpaq olmadığını bildirdiyini, bunu həmin gün Tərlana və Bakirə dediyini, həmin şəxslərin isə göstərilən ərazidə çoxlu sayda daş karxanaları olduğunu, Abbasın yeri olmasını, başqa yerdən tullantı torpaq götürəcəklərini ona bildirdiklərini, 20 aprel 2021-ci il tarixdən 28 aprel 2021-ci il tarixədək işin davam etdirildiyini, 28 aprel 2021-ci il tarixdə isə polis əməkdaşlarının işi dayandırdıqlarını, Tərlan və Bakirin dövlətin torpağını qanunsuz qazıb tullantı torpaq çıxartdıqlarını bilmədiyini, polisdə araşdırma aparılan müddətdə bunu öyrəndiyini, 28 aprel 2021-ci il tarixdən 29 aprel 2021-ci il tarixə keçən gecə, saat 01:00 radələrində Tərlanın ***-***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsinə zəng vuraraq təcili görüşmək üçün bağ evinə dəvət etdiyini, ora getdiyini və Tərlanın ona izahat verərkən polisdə adını hallandırmamasını xahiş etdiyini, Nicadın həmin işdən aralaşandan sonra onlara, yəni ona və Bakirə kömək etdiyini izahatında yazmasını, narahat olmamağı, yuxarılarla bu işi danışdığını və polisdə işin bağlanılacağını dediyini, onun da inanıb buna görə izahatında guya Nicad işdən uzaqlaşandan sonra onlara köməklik etdiyini yazdığını Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmişdir. Üzləşdirmə zamanı Şahid13 müdafiəçilərin suallarına cavab verib bildirmişdir ki, bu işlə 2017-2019-cu illərdə, həmçinin 2021-ci ilin aprel ayında 7 gün Nicadla, həmin ayın 20-28 aralığı isə Tərlan müəllimlə işləmişdir, hazırda həmin işlə məşğul deyil. Satışın necə təşkil olunması ilə bağlı suala cavab olaraq bildirmişdir ki, o, satış nöqtələrini bilmiş, malın satışını təşkil etdiyi üçün hər yük avtomobilində cəmi 10 manat pul qazanmalı imiş, tullantı torpaq kimə lazımdırsa göndərilməsini təmin etmişdir. İş görülən müddətdə hansı məbləğdə pul vəsaitinin daxil olduğunu bilməmişdir, çünki həmin işə Təqsirləndirilən şəxs2 baxırmış, əlində dəftərlə qeydiyyatını aparırmış, onu bilir ki, həmin müddətdə 40-50 yük avtomobilində torpaq satılmışdır. O yalnız özünün satışını təşkil etdiyi maldan pul qazanmalı imiş, misal üçün gündəlik 3 avtomobil satış aparmışdırsa hər avtomobildə 10 manat qazanmalı imiş. Ondan başqa da satış təşkil edənlər olmuş, buna görə dəqiq olaraq hansı məbləğdə pul vəsaitinin daxil olduğunu bilmir. Ondan icarəyə götürülmüş torpaq sahəsində emal baş verirmiş və ümumi emal olmuşdur, yəni fərqi olmamışdır onun satdığı və ya başqasının satdığı torpaq sahəsi birlikdə emal olunurmuş. Göstərdiyi kimi, 7-8 gün ərzində orada işlədiyi müddətdə cəmi 20-25 yük avtomobilində emal olunmuş torpaq sahəsini o satmışdır, satışdan əldə edilmiş pulu o, tam şəkildə Təqsirləndirilən şəxs2 vermiş, Bakir isə yanacaq, texnika və sair xərclər üçün ödəmişdir. Gəlir növbəti ayın birindən olmalı imiş, lakin buna qədər polis işi dayandırmışdır. İfadəsində qeyd etdiyi kimi ona hər avtomobildən 10 manat pul çatası imiş, həmin pulu da o növbəti ayın birində hesabat aparılarkən almalı imiş, lakin bu baş verməmiş, mala görə aldığı məbləği (onun hər avtomobildə 10 manat gəliri olmaq şərti ilə) Bakirə vermişdir, 1 manat pul almamışdır. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 üzünə səsləndirilənlərin çoxunun səhv olduğunu bildirib Nicadla bu işdə heç bir şərikliyinin olmadığını, Nicadın sadəcə olaraq dost kimi ondan bu işdə, sənədləşdirmə hissəsində köməklik etməsini xahiş etdiyini, 05 aprel 2021-ci il tarixdən Nicadın Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi ərazisində yerləşən karxananın üzərindən tullantı torpaq kütləsinin öz qum ələmə yerinə daşıtdırıb orada ələtdirəndən sonra satışı işinə başladığını, həmin işə başlayan zaman Nicadın işçiyə ehtiyacı olduğundan tanışı Təqsirləndirilən şəxs2 işə götürməsini Nicaddan xahiş etdiyini, bir neçə gündən sonra Nicadın işi dayandırdığını, sonra Nicadın işə aid olan sənədləri ona verib Gülərə çatdırmasını xahiş etdiyini, daha sonra Gülərin qum ələmə yerində öz fəaliyyətini davam etdirdiyini, Nicadla və ya digər şəxslə yerin təkindən qanunsuz torpaq kütləsinin çıxarılmasını və satılmasını təşkil etmədiyini, həmçinin heç bir texnika və yük avtomobillərini qeyd olunan iş üçün göndərmədiyini, Nicadla və ya onsuz, başqa kiminləsə heç bir torpaq sahəsində qazıntı işləri aparmadığını, bu işi görən şəxsin Nicad olduğunu, onun bu işə heç bir aidiyyətinin olmadığını, bu işə pul yatırım etmədiyini və mənfəət əldə etmədiyini, Nicadın işdən çıxandan sonra belə guya səhhətinin buna imkan vermədiyini bildirsə də, Gülərlə daimi əlaqə saxladığını və bu işi Nicadın gördüyünü, Gülərin isə Nicada bu işdə kömək etdiyini, bu işdə işləyən bütün texnikanı da Nicadın tapıb gətirdiyini, Bakirin isə orada cəmi 500 manat pula fəhlə işlədiyini Şahid13 üzünə qarşı bildirmişdir. İş materiallarında olan ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid13 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid13 istintaqa vermiş olduğu ifadəsini tam təsdiq edib Təqsirləndirilən şəxs1 ilə üzləşmə zamanı dediklərini, həmçinin 28 aprel 2021-ci il tarixdən 29 aprel 2021-ci il tarixə keçən gecə, saat 01:00 radələrində Tərlanın ***-***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng vuraraq təcili görüşmək lazım olduğunu deyib onu öz bağ evinə dəvət etdiyini, ora gəldikdə Bakirin də orada olduğunu, hətta onun yanında Tərlanın Bakirə əsəbləşib nədən ilkin izahatda adını hallandırdığını soruşanda Bakirin boyununu büküb “axı bütün sürücülər mənim adımı verirdi, mən nə etməli idim?” dediyini, bundan başqa sonrakı izahat verən zaman artıq adını çəkməyib bütün işi Nicadın təşkil etdiyini göstərdiyini, həmin yerdə tullantı torpağın çıxarılması və sonra satışı işini Bakir və Tərlanın təşkil etdiklərini, onun isə bu işin qanunsuz olduğunu bilmədiyini Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 üzünə səsləndirilənlərin hamısının yalan olduğunu, 04 aprel 2021-ci il tarixdə Tərlan Adığözəlovun ona iş tapa biləcəyini, Şahid11 adlı tanışı olduğunu və Suraxanı rayonu Binə qəsəbəsi sovxoz adlanan ərazidə karxanası olduğunu, orada məsul şəxs kimi yük gətirib-aparan avtomobillərin qeydiyyatını aparmaq lazım olduğunu, bu işə görə Nicadın ona 500 manat maaş verəcəyini bildirdiyini, razılıq verdiyini, Nicadın onu Suraxanı rayonunda olan karxanaya apardığını, ora gəldikdə karxana deyil qum, torpaq ələmə yeri olduğunu gördüyünü, Nicadın onu Gülərlə tanış edib sonuncunun hesabatları apardığını və işlərə nəzarət etdiyini, Nicadın gələn bütün yük avtomobillərinin hər birinin dövlət qeydiyyat nişanını yazmaqla neçə dəfə kütlə gətirməsini qeyd etməli olduğunu ona bildirməsini, həmçinin ələnən qumun yükləndiyi və satışa gedən qum kütləsini daşıyan yük avtomobillərinin də eyni qaydada qeydiyyatını aparmasını dediyini, 12 aprel 2021-ci il tarixə kimi ona həvalə edilmiş işi gördüyünü, 12 aprel 2021-ci il tarixdən sonra Nicadın qum ələmə yerinə gələrək artıq bu işlə məşğul olmayacağını ona dediyini, 20 aprel 2021ci il tarixə kimi heç bir iş olmadığını, işin dayandığını, 20 aprel 2021-ci il tarixdən isə qum ələmə yerində yenidən işin bərpa olunduğunu, həmin tarixdən Gülərin qum ələmə yerini işlətməyə və orada texnikaların işini təşkil etməyə başladığını, Gülərin ondan bir neçə özüboşaldan yük avtomobili tapmağı xahiş etdiyini, onun da Ağdaşdan olan tanışları Rövşən və Tehranı tapdığını, həmin zamana qədər xammalın Türkan qəsəbəsindən gətirildiyini eşitdiyini, lakin yerini dəqiq bilmədiyini, sonra bir neçə yük avtomobilinin sürücüsünün avtomobillərinin həddindən artıq çox yükləndiyini bildirməklə narazılıq etdiklərindən Gülərin tapşırığı ilə Türkan qəsəbəsinə xammal torpaq kütləsinin daşındığı yerə getdiyini və Qismət adlı ekskavator operatoruna yük avtomobillərini çox yükləməməsini xahiş etdiyini, 28 aprel 2021-ci il tarixdə qum ələmə yerinə polis əməkdaşları gələrək işi dayandırdıqlarını, həmin zaman göstərilən fəaliyyətin qanunsuz olduğunu bildiyini, müdiri kimi Nicadı tanıdığını və Gülərin də işçisi olduğunu bildiyini, 12 aprel 2021-ci il tarixə kimi hər gün Nicadın qum ələmə yerində olduğunu, 20 aprel 2021ci il tarixdən isə Nicadın deyil, bütün işlərə Gülərin rəhbərlik etdiyini, Tərlanın cəmi 2 dəfə qum ələmə yerinə gəldiyini, birinci dəfə Nicad işləyən zaman, sonra isə 20 aprel 2021-ci il tarixdən sonra gəlib onu yoxladığını Şahid13 üzünə qarşı bildirmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 istintaq orqanının “üzləşmə zamanı Şahid13 bildirmişdir ki, 16 aprel 2021-ci il tarixdə siz ona zəng vuraraq təklif etmişdiniz ki, həmin işi davam edəsiniz, bundan ötrü iş yerinə gəlməsini və əvvəlki qaydada işləməyinizi xahiş etmişdiniz. Bu doğrudurmu və həmin tarixlərdə aranızda danışıq olmuşdurmu?” sualına cavab verib bildirmişdir ki, bu yalandır, o, Gülərə bu təklifi etməmiş və aralarında həmin tarixlərdə heç bir danışıq olmamışdır. **********17 mobil telefon nömrəsinin ona məxsus olduğunu və özünün istifadə etdiyini bildirmişdir. İstintaq orqanının “üzləşmə zamanı bildirirsiniz ki, 16 aprel 2021-ci il tarixdə və ərəfədə Şahid13 ilə heç bir danışığınız olmamışdır. Lakin “Azercell” rabitə operatorundan alınmış zənglərin çıxarışına əsasən 17 aprel 2021-ci il tarixdə saat 11:21:16-da **********17 mobil telefon nömrəsindən Gülər Hüsenovanın istifadə etdiyi **********1565 mobil telefon nömrəsinə zəng vurularaq 26 saniyyə danışıq aparılmışdır. Bu barədə nə deyə bilərsiniz?” sualına cavab verib bildirmişdir ki, həmin tarixdə o, Şahid13 ilə telefonla danışmış və işləyib-işləməyəcəyi, işi davam edib-etməyəcəyini Gülərdən soruşmuş, Gülərə mesajlar da göndərdiyini və təzədən işləməyi Gülərə təklif etdiyini etiraf etmişdir. 20 aprel 2021-ci il tarixdən 28 aprel 2021-ci il tarixədək işi Gülərin gördüyünü, Nicadın da gəlib-getdiyini, lakin Gülərin bu işi tək gördüyünü, onun da bütün işi Gülərə dediyi və tapşırığı ilə hərəkət etdiyini, iş materiallarına əlavə edilmiş və 07 dəqiqə 15 saniyə vaxtı əhatə edən AUDİO-2022-02- 02-15-07-26 audioofaylı dinlədiyini, danışığın onunla Gülər arasında aparıldığını və orada dediklərinin doğru olduğunu bildirmişdir. İş materiallarından görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş, Şahid13 istintaqa təqdim etdiyi bir ədəd DVD-R diskə baxışla diskin yaddaşında 549 KB yaddaş tutumlu AUDİO-2022-02-02-15-07-20, 332 KB yaddaş tutumlu AUDİO-2022-02-02-15- 07-21(1), 280 KB yaddaş tutumlu AUDİO-2022-02-02-15-07-21(2), 184 KB yaddaş tutumlu AUDİO-2022-02-02-15-07-21, 132 KB yaddaş tutumlu AUDİO-2022-02-02-15- 07-22(1), 264 KB yaddaş tutumlu AUDİO-2022-02-02-15-07-22(2), 420 KB yaddaş tutumlu AUDİO-2022-02-02-15-07-22, 396 KB yaddaş tutumlu AUDİO-2022-02-02-15- 07-23(1), 196 KB yaddaş tutumlu AUDİO-2022-02-02-15-07-23, 156 KB yaddaş tutumlu AUDİO-2022-02-02-15-07-24(1), 156 KB yaddaş tutumlu AUDİO-2022-02-02-15-07- 24(2), 288 KB yaddaş tutumlu AUDİO-2022-02-02-15-07-24, 120 KB yaddaş tutumlu AUDİO-2022-02-02-15-07-25(1), 240 KB yaddaş tutumlu AUDİO-2022-02-02-15-07- 25(2), 272 KB yaddaş tutumlu AUDİO-2022-02-02-15-07-25, 684 KB yaddaş tutumlu AUDİO-2022-02-02-15-07-26 və 508 KB yaddaş tutumlu AUDİO-2022-02-02-15-07-26 adlı ümumilikdə 17 audiofaylın olduğu müəyyən edilmişdir. AUDİO-2022-02-02-15-07-20 adlı audioofayl açıldıqda 01 dəqiqə 03 saniyyə vaxtı əhatə edən audio danışığın olduğu, audiofaylın dinlənilməsi zamanı kişi cinsli bir nəfər şəxsin (Təqsirləndirilən şəxs1 olması ehtimal edilir) “Gülər! Bunların hamısını mən ona səhər atacam, çünki indi atsam biləcək ki, səninlə danışıram. Səhər saat 11, 12-də atacam ona. Danışacam onunla. Burdan sən yazmısan cəmi 9 HOVO, 3 ekskavator, bir smen gündüzə, 1 kon isə iki smen, gecə və gündüz. 1 kon, 3 ekskavator, 9 HOVO və 1 S. Mən belə başa düşdüm də, həə?” Düzdü? Bunları istəyim ondan?” ifadələrini işlətməsi məlum olmuşdur. AUDİO-2022-02-02-15-07-21(1) adlı audioofayl açıldıqda 00 dəqiqə 35 saniyə vaxtı əhatə edən audio danışığın olduğu, audiofaylın dinlənilməsi zamanı kişi cinsli bir nəfər şəxsin (Təqsirləndirilən şəxs1 olması ehtimal edilir) “Bakirlə də əlaqə saxla, Bakirin də maşınları vardır, danış Bakirlə, gör hansı texnikanı Bakir gətirə bilir. O, ucuz gətirir hamısını. S və sair, hamısını. Danış onunla, sonra mənimlə xəbərləş. Sabah səhər zəng et, Bakirlə danış, mənə də xəbər et. Mən ona deyəcəm texnikaları, siz də axtarın, Nicada arxayın olmayaq. Nə verərsə verər, qalanlarını Bakirlə danış.” ifadələrini işlətməsi məlum olmuşdur. AUDİO-2022-02-02-15-07-21(2) adlı audioofayl açıldıqda 00 dəqiqə 28 saniyə vaxtı əhatə edən audio danışığın olduğu, audiofaylın dinlənilməsi zamanı kişi cinsli bir nəfər şəxsin (Təqsirləndirilən şəxs1 olması ehtimal edilir) “o 9 HOVO-nun 4ü Elşəndə var, qalanı da bunun xalası oğludur, onlar da işləyirlər, onları da danışmaq olar, amma söhbət gedir ki, bunlarla danışanda malı satıb pulu vermək lazımdır bunlara. İndi bunlara kimsə nağd pul gətirib verəsi deyil ki, mən bildiyim qədər.” ifadələrini işlətməsi məlum olmuşdur. AUDİO-2022-02-02-15-07-21 adlı audioofayl açıldıqda 00 dəqiqə 16 saniyə vaxtı əhatə edən audio danışığın olduğu, audiofaylın dinlənilməsi zamanı kişi cinsli bir nəfər şəxsin (Təqsirləndirilən şəxs1 olması ehtimal edilir) “Bakiri tələsdirin ki, tez cavab versin, yoxsa elə bilər ki, sabah, ya birisi gün cavab demək olar.” ifadələrini işlətməsi məlum olmuşdur. AUDİO-2022-02-02-15-07-22(1) adlı audioofayl açıldıqda 00 dəqiqə 09 saniyə vaxtı əhatə edən audio danışığın olduğu, audiofaylın dinlənilməsi zamanı kişi cinsli bir nəfər şəxsin (Təqsirləndirilən şəxs1 olması ehtimal edilir) “Gülər! Zəng et bunlara, bu iki nəfərə, bunlarda HOVO var, gör nə deyirlər? Bir maraqlan, söhbət ellə.” ifadələrini işlətməsi məlum olmuşdur. AUDİO-2022-02-02-15-07-22(2) adlı audioofayl açıldıqda 00 dəqiqə 26 saniyə vaxtı əhatə edən audio danışığın olduğu, audiofaylın dinlənilməsi zamanı kişi cinsli bir nəfər şəxsin (Təqsirləndirilən şəxs1 olması ehtimal edilir) “Başa düşdüm Gülər. Amma yaxşı olardı ki, bu ayı Elşənin maşınları işləsin. Nəyə görə? Çünki Elşənin maşınlarının nömrələri də verilib onlara. Başa düşdün? Qoy 15 gün işləsin, heç olmasa gələn aydan dəyişərik onları. Başa düşdün necə? Bax belə.” ifadələrini işlətməsi məlum olmuşdur. AUDİO-2022-02-02-15-07-22 adlı audioofayl açıldıqda 00 dəqiqə 47 saniyə vaxtı əhatə edən audio danışığın olduğu, audiofaylın dinlənilməsi zamanı kişi cinsli bir nəfər şəxsin (Təqsirləndirilən şəxs1 olması ehtimal edilir) “Problem yoxdu. Deməli, ay Gülər! Sən elə elə, mən danışaram o maşınları. Onda mən heç kimə hələ heç nə demirəm, sən bir aydınladır, nə qədər maşın gəlir səndən, texnika nə qədərdir, ondan sonra mən danışaram camaatla. İndidən deyim sal aşağı, sabah bizə lazım olmayacaq Elşən məsələn, mən onu boş-boşuna niyə saldırım? Ya da Qoşqarın maşınlarını. Başa düşdün? Sən danış, dəqiqləşdir, nə qədər texnika var, nə qədər maşın var, ondan sonra mən camaatla danışım. Anladın məni? Boş- boşuna indi nəyi danışım mən onunla? Xəbərləş, onda, mən axşama kimi heç kimə heç nə demirəm. Oldu Gülər.” ifadələrini işlətməsi məlum olmuşdur. AUDİO-2022-02-02-15-07-23(1) adlı audioofayl açıldıqda 00 dəqiqə 43 saniyə vaxtı əhatə edən audio danışığın olduğu, audiofaylın dinlənilməsi zamanı kişi cinsli bir nəfər şəxsin (Təqsirləndirilən şəxs1 olması ehtimal edilir) “yığ bu nömrəni, Rəşad müəllimdir, mənim dostum. O Xəzəri ona başa sal, mənə dediklərini başa sal ki, o da bilsin ki, bizə necə lazımdır daa maşın. De ki, Tərlan müəllim dedi ki, sizi yığım, başa sal onu, bizə necə lazımdır. Xəzər də dedi ki, maşınlar Şahdağdadır. Başa sal həm arendanı, həm də beləni. Yaxşı? Öz uşağımızdır bu, qardaşdır. Yığ başa sal, bu da çalışır tapsın. Xəzəri-zadı bu dedi mənə. Zəng et, danış Rəşadla, sonra mənə xəbər et”. ifadələrini işlətməsi məlum olmuşdur. AUDİO-2022-02-02-15-07-23 adlı audioofayl açıldıqda 00 dəqiqə 17 saniyə vaxtı əhatə edən audio danışığın olduğu, audiofaylın dinlənilməsi zamanı kişi cinsli bir nəfər şəxsin (Təqsirləndirilən şəxs1 olması ehtimal edilir) “Gülər! Birinci Xəzəri yığ, bunu mənə bir dostum var, o atdı nömrələrini, adı da Rəşaddır. Onun adından danış, nə lazımdır bizə izah et. Maşınları var bu Xəzərin. Sonra o biriləri yığarsan.” ifadələrini işlətməsi məlum olmuşdur. AUDİO-2022-02-02-15-07-24(1) adlı audioofayl açıldıqda 00 dəqiqə 12 saniyə vaxtı əhatə edən audio danışığın olduğu, audiofaylın dinlənilməsi zamanı kişi cinsli bir nəfər şəxsin (Təqsirləndirilən şəxs1 olması ehtimal edilir) “Gülər! Bir dənə bu nömrəni yığ, soruş bundan maşınları. Mənə atdılar ki, bu adamda maşınlar var, amma bilmirəm nə maşınlardır. Bir dənə yığ danış, gör nə deyir?” ifadələrini işlətməsi məlum olmuşdur. AUDİO-2022-02-02-15-07-24(2) adlı audioofayl açıldıqda 00 dəqiqə 12 saniyə vaxtı əhatə edən audio danışığın olduğu, audiofaylın dinlənilməsi zamanı kişi cinsli bir nəfər şəxsin (Təqsirləndirilən şəxs1 olması ehtimal edilir) “Gülər! Bu yoldaşlardan səssəmir çıxmadı? Bu Rəşad müəllim dediyi adamlardan? Yəni, maşınlar barədə bir söz demədilər sənə? Alındıra bilirlər, yoxsa yox?” ifadələrini işlətməsi məlum olmuşdur. AUDİO-2022-02-02-15-07-24 adlı audioofayl açıldıqda 00 dəqiqə 30 saniyə vaxtı əhatə edən audio danışığın olduğu, audiofaylın dinlənilməsi zamanı kişi cinsli bir nəfər şəxsin (Təqsirləndirilən şəxs1 olması ehtimal edilir) “ Gülər! Bunu da yığ, bunun adı Rəşaddır. Denən Rəşad müəllim verdi nömrənizi. O, Rəşadın adaşıdır. Bunu yığ, bunda hər şey var, KON, HOVO-lar, nə bilim ağır texnikalar, S-dər, ekskavator, bunda hər şey var. Yaxşı? Bir dənə bunu yığ, Xəzəri yığdığın kimi bir dənə bunu da yığ, de Rəşad müəllim verib nömrənizi, bunun da adı Rəşaddır, denən nə lazımdır və necə lazımdır, yaxşı? Oldu, gözləyirəm.” ifadələrini işlətməsi məlum olmuşdur. AUDİO-2022-02-02-15-07-25(1) adlı audioofayl açıldıqda 00 dəqiqə 07 saniyə vaxtı əhatə edən audio danışığın olduğu, audiofaylın dinlənilməsi zamanı kişi cinsli bir nəfər şəxsin (Təqsirləndirilən şəxs1 olması ehtimal edilir) “buraxdılar, buraxmalıdırlar. Bir dənə mənə xəbər et, görüm buraxdılar ya buraxmadılar? Çünki ikisinə də dedim, ikisinə də atdım nömrələri.” ifadələrini işlətməsi məlum olmuşdur. AUDİO-2022-02-02-15-07-25(2) adlı audioofayl açıldıqda 00 dəqiqə 23 saniyə vaxtı əhatə edən audio danışığın olduğu, audiofaylın dinlənilməsi zamanı kişi cinsli bir nəfər şəxsin (Təqsirləndirilən şəxs1 olması ehtimal edilir) “Gülər! Bu kamera ustasıdır, Əli, istəyirsən mən danışım onunla, başa salım, gəlsin parolu dəyişsin, ya necə deyirsən? Yəni gələndə ora gərək sən də olasan, mən də olum ki, telefonları dəyişsin və təzə parol qoysun. Yaxşı? Mənə xəbər et zəhmət olmasa.” ifadələrini işlətməsi məlum olmuşdur. AUDİO-2022-02-02-15-07-25 adlı audioofayl açıldıqda 00 dəqiqə 27 saniyə vaxtı əhatə edən audio danışığın olduğu, audiofaylın dinlənilməsi zamanı kişi cinsli bir nəfər şəxsin (Təqsirləndirilən şəxs1 olması ehtimal edilir) “Gülər! Bu nömrəni yığ, bu mənim dostumun qarajının böyüyüdür, bu adamın əlaqələri əladır, deyir HOVO, Şaqman nə istəyirsən, düz-qoş edirəm. Bir dənə yığ bununla danış, sonra maşınların yiyəsi ilə də danışarsan bizə lazımdırsa. Yığ danış, gözləyir.” ifadələrini işlətməsi məlum olmuşdur. AUDİO-2022-02-02-15-07-26 adlı audioofayl açıldıqda 00 dəqiqə 58 saniyə vaxtı əhatə edən audio danışığın olduğu, audiofaylın dinlənilməsi zamanı kişi cinsli bir nəfər şəxsin (Təqsirləndirilən şəxs1 olması ehtimal edilir) “Odboy getdi, zəng ellədilər, ona görə. Dedim qardaş, biz hələ orda işləyib-işləməyəcəyimizi dəqiq bilmirəm. O evin məsələsi də hələ sual altındadır. Sənin mənə verəcəyin vardır, mənim də səndən alacağım vardır. İndi onunla hesab-kitab edərik lazım olarsa. Vobşem bu mallarını götürmək istəyir və pulunu çıxartmaq istəyir. Bunları yazdı. Sən bir dənə baş gör, xahiş elləyir, başa düşdün dəə. Düzdür, məni podvodit elləyib elləməyinə, bu adam, açığı sənə deyirəm, şəriklikdən çıxmaqla məni podvodit ellədi. İndi bax gö nə köməklik elləyə bilərik, elləyək. Mən demirəm ki, biz onun KON-unu məcburi əlindən almalıyıq, amma otçotdur onu elləmək olar. Nə isə, başın açılanda zəng edərsən, danışarıq. Oldu Gülər, sağ ol.” ifadələrini işlətməsi məlum olmuşdur. AUDİO-2022-02-02-15-07-26 adlı audioofayl açıldıqda 07 dəqiqə 15 saniyə vaxtı əhatə edən audio danışığın olduğu, audiofaylın dinlənilməsi zamanı kişi cinsli bir nəfər şəxsin (Təqsirləndirilən şəxs2 olması ehtimal edilir) qadın cinsli bir nəfər şəxslə (Şahid13 olması ehtimal edilir) danışıq aparması müəyyən edilmişdir. Danışan şəxslərdən Şahid13 şərti olaraq Q1, Təqsirləndirilən şəxs2 isə K2 adlandırılmışdır. Danışığın mənti aşağıdakılardan ibarət olmuşdur: Q1- dayı, nətərsən, nə var, nə yox? şofer zəng elləmişdir mənə, dayı, başa düşürəm, mən idarəyə gedənəm, maşın çıxardanam? Mənim üstümə niyə atırsan ki, Gülər xanım gedəcək, maşın çıxardacaq. K2- yox, yox, elə deməmişəm. Q1- sən özün məni axtardın tapdın, gətirdin, dedin ki, gəl iş quraq və işləyək. Düzdür? Sən də şoferlərə mənim adımı verib mənə yönəldirsən ki, Gülər xanım həll edəcək. O nə deməkdir ki? Mənim adımı bir daha çəkmə dayı, xahiş edirəm. K2- yox, mən demişəm ki, gəlmisən, işləmisən, pulunu alıb çıxıb getmisən. Q1- mənə də deyirlər ki, Bakir müəllim deyir ki, sən həll edəcəksən. K2- qələt edirlər, mən onlara elə söz deməmişəm. Orda alınan texnikalar da bizlik deyil, şöbə saxlayıb, biz nə edək. Q1- mənə zəng edirlər sənin rayondan çağırdıqların, deyirlər ki, Bakir kişi onlara deyibdir ki, Gülər idarəyə gedib həll edəcək, maşınları çıxardacaq. Gülər mal yerləşdirəndir, yoxsa idarəyə gedəndir? K2- yox, qələt edirlər, mən elə söz deməmişəm. Onlar öz başından deyir, mən demişəm ki, biz qanuni işləmişik, sənədlərimizi də vermişik, araşdırırlar. Q1- bəli, araşdırırlar, mən bu gün müəllimlə də danışdım, ya bu gün, ya sabah xəbər çıxacaq ki, gedin işinizi işləyin. K2- mən də deyirəm ki, araşdırırlar, hamının texnikası ordadır. Onlara deyirəm ki, mən çağırmışam ki, iş var, gəl, gəlib işləmisən, pulunu da alıb getmisən. Q1- yəni polisdir, idarədir, bunlar mənlik deyil, danışığımız da belə olmuşdur. Mən burda mal yerləşdirənəm, qalan heç bir şey mənlik deyil. Danışığımıza uyğun hərəkət edək, onların da yanında bir-birimizi satmayaq. Müəllimlə də danışmışam, o da vəkillə danışıb, araşdıracaqlar, görəcəklər ki, düz işləmişik, buraxacaqlar, işimizi işləyəcəyik. Söhbətin əslinə qalanda sən məni tapıb çağırmısan və işləmişik, burda Nicadlıq bir şey yoxdur ki, Nicad təhvil verib bizə gedibdir. Biz işləmişik. K2- bəli. Q1- yeddi sənəd vermişik, ora, yeddi sənədi araşdırıb bizə deyəcəklər ki, gedin, işinizi işləyin. 5 günə biz neyləmişik ki, 5 günə biz texnikaların pulunu belə bağlamamışıq. Biz nə qazanmışıq ki, kiməsə də nə isə verək? K2- şofer mənə zəng vurub, ona da demişəm ki, araşdırma gedir, mən kiməm ki, maşınları buraxdıram. Q1- müəllim sağ olsun, qai-dən buraxdırırdı, yolda buraxdırırdı, indi də araşdırırlar. K2- mən şoferlərə deməmişəm ki, qorotdel gəlib maşınları saxlatdıracaq, mən də onları buraxdıracam? Q1- bildim dayı, bir-birimizin üstünə atmayaq, hamını başa salaq ki, narahat olmasınlar, araşdırma gedir, qanun-qayda ilə hərəkət edib, işimizi işləyəcəyik. Şoferlər müəllimin adını verirlər, onları başa salmaq lazımdır ki, narahat olmasınlar, müəllim maşınları buraxdıracaqdır, yoxsa müəllimə ziyan olacaqdır. Nicad ayın 5-dən 12-nə kimi işləyib, sonra təhvil verib. Sonra sən Bakir dayı mənə zəng edib çağırmısan, gəlmişəm, müəllim, mən, sən söhbət etmişik ki, burda Nicadlıq bir iş yoxdur, özümüz işləyəcəyik. İş də biz tərəfdən sorvat olunmayıb ki, gəlib işi dayandırıblar, indi də araşdırma gedir. Nicad yazıq 5 gün işləyibdir, ayın 5 işə başlayıb, 12-si işi bizə saxlayıb gedibdir, 22-si də biz işə başlamışıq, 5 gün də biz işləmişik, sən, mən və müəllim. K2- Hə. Q1- beş gündə biz nə etmişik ki? Heç nə də etməmişik. Bizim malımız qalıb yerdə. K2- yaxşı, mənə zəng gəlir. Q1- sağ ol. Bax iş: cild 02 vərəq 95-102 Həmin DVD-R disk öz xüsusiyyətinə və üzərində cinayətin izini saxladığına görə (cinayətin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsini təsdiq edən səs fayllarını özündə əks etdirir) cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halın müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilmişdir və cinayət işinin materiallarında saxlanılır. İş materiallarından görünür ki, məhkəmənin qərarı əsasında “Azercell”, “Bakcell” və “Azerfon” rabitə operatorlarından əldə edilmiş elektron məlumat daşıyıcısı-CD disklərin yaddaşına baxışla Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi, Şahid13 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri arasında 2021-ci ilin aprel ayı ərzində mütəmadi uzunmüddətli danışıqların aparılması, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin 2021-ci ilin aprel ayı ərzində anten əhatə dairəsinə əsasən Bakı şəhəri Türkan Binə və Hövsan qəsəbələri ərazisində aktiv istifadədə olması, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin 2021-ci ilin aprel ayı ərzində anten əhatə dairəsinə əsasən Bakı şəhəri Türkan Binə və Şüvəlan qəsəbələri ərazisində aktiv istifadədə olması, Şahid11 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi, Şahid13 və Təqsirləndirilən şəxs2 ilə mütəmadi danışıqlar aparması, həmçinin Şahid13 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə xx-xx-2021-ci il tarixdə saat 12:04:13-də **********44 mobil telefon nömrəsindən “Mənəm, Bakir”, həmin tarixdə saat 13:22:06-da “Gülər, Bakirdi, təzədan işləmək olar, mənə zeng et” mətnli SMS göndərildiyi müəyyən edilmişdir. İş materiallarından görünür ki, “Azercell”, “Bakcell” və “Azerfon” rabitə operatorlarından əldə edilmiş elektron məlumat daşıyıcısı olan ümumilikdə 3 ədəd CD disklər öz xüsusiyyətinə və üzərində cinayətin izini saxladığına görə (cinayətin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsini təsdiq edən məlumatları özündə əks etdirir) cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halın müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilmişdir və cinayət işinin materiallarında saxlanılır. İş materiallarından görünür ki, Araşdırma zamanı videoçəkiliş aparılmaqla hadisə yerinə və oradan torpaq kütləsinin daşınıb boşaldıldığı torpaq ələmə yerinə baxış keçirilib hadisə yerinin Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi keçmiş X15nun ərazisi, torpaq ələmə yerinin isə Bakı şəhəri Suraxanı rayonu südçülük sovxozu olduğu müəyyən edilmiş, müvafiq protokollar tərtib edilmişdir. İş materiallarından görünür ki, araşdırma zamanı Xəzər rayon İcra Hakimiyyəti, Xəzər rayonu Türkan qəsəbəsi bələdiyyəsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X26 X1 əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla hadisə yerinə baxış keçirilmiş, müvafiq protokol tərtib edilmişdir. İş materiallarından görünür ki, hadisə yerinə baxış protokolları və onlara əlavə edilmiş CD disklər sübutetmə predmeti baxımından cinayət təqibi üçün əhəmiyyət kəsb etdiyindən, ittihamedici sübut mənbəyi hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X26 X2 tərəfindən verilmiş məktubdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən və müvaiq icazə sənədi ilə hər hansı fiziki və ya hüquqi şəxsə yerin təkindən istifadə məqsədi ilə ayrılmamış əraziyə baxışla həmin ərazinin “Şüvəlan Daşı” kiçik müəssisəsinə ayrılmış ərazidən təxminən 130 metr məsafədə yerləşməsi müəyyən edilmiş, ərazidə bir ədəd ekskavator, bir ədəd tırtıllı yer hamarlayıcısı texnikaları aşkar edilmiş, ərazidə ölçmə işləri aparılarkən 910 m2 sahədə orta istismar dərinliyi 2,5 metr olmaqla ümumilikdə 2275 m3 həcmdə qazıntı işlərinin aparılması, yerin təkindən çıxarılmış qarışıqdan itki və tullantılar (təxminən 50%) nəzərə alınmaqla 1137 m3 həcmdə xammalın hasil edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”ə uyğun olaraq hesablandıqda (1137 m3 x20 manat) həmin məbləğ 22740 manat təşkil etmişdir. Həmin məktub sübutetmə predmeti baxımından cinayət təqibi üçün əhəmiyyət kəsb etdiyindən sənəd olaraq ittihamedici sübut mənbəyi hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, icraçı (istintaqı aparan şəxs) Elçin Qurbanovun iştirakı ilə sözü gedən torpaq sahəsinə texniki baxış keçirilmiş, torpaq sahəsinin Abşeron rayonunun idarəçiliyində saxlanılmış kənd təsərrüfatı təyinatlı olmaqla keçmiş X15nun hüdudları daxilində yerləşdiyi və Bakı şəhəri Xəzər rayonunun inzibati ərazisinə aid olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”ə əsasən 1 m3 qanunsuz işlədilən faydalı qazıntı quma görə vurulmuş maddi ziyan 20.0 manat təşkil edir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi polis polkovnik-leytenantı Rüfət Allazovun “Cinayət əməlinin tövsif edilməsi haqqında” 08 fevral 2022-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş əməldə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olduğundan cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 255.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə-tikintitexniki ekspertizasının 10/5141 saylı, 29 avqust 2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi keçmiş X15nun hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təkindən çıxarıldığı qeyd edilən qarışıqda itki və tullantıların sahəsi 910 kv.m., hündürlüyü təqribən 60 sm olmaqla, ümumi həcmi təqribən 546 m3 təşkil edir. X26 X1 məktubuna əsasən, yerin təkindən çıxarılması qarışıqdan itki və tullantılar (50%) nəzərə alınmaqla 273 m3 həcmində xammalın hasil edilməsi ehtimal olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”ə əsasən 1 m3 xammal qiyməti 20 manat olmaqla, 273 m3 xammal təqribən 5460,00 (beş min dörd yüz altmış) manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manat təşkil edir. İş materiallarında olan 07 sentyabr 2022-ci il tarixli № FJB **********519 saylı nağd mədaxil üçün qəbzdən görünür ki, görünür ki, 10/5141 saylı, 29 avqust 2022-ci il tarixli ekspert rəyinə əsasən 5460,00 (beş min dörd yüz altmış) manat məbləğində dəymiş ziyan Təqsirləndirilən şəxs2 tərəfindən Dövlət Büdcəsinə ödənilmişdir. İş materiallarında olan və Abşeron Rayon İcra Hakimiyyəti Başçısının müavini Gülnar Rəhimova tərəfindən məhkəməyə ünvanlanmış 08 sentyabr 2022-ci il tarixli 389 saylı məktubdan görünür ki, 1(003)-197/2022 saylı cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinə dəymiş maddi zərər tam ödənilmişdir, əlavə heç bir tələbləri və iddiaları yoxdur. İş materiallarından görünür ki, 4 ədəd CD və DVD-R diski maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan “Oksigen” klinik xəstəxanası, X20 adına Milli Oftalmologiya Mərkəzi və digər tibb müəssisələri tərəfindən verilmiş müayinə və müalicə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs2 baş beyin və göz xəstəliklərindən əziyyət çəkir, mütəmadi olaraq müayinə və müalicə olunur. İş materiallarında olan Azərbaycan və Türkiyə tibb müəssisələri tərəfindən verilmiş müayinə və müalicə sənədlərindən görünür ki, X9 ağır göz xəstəliklərindən əziyyət çəkir, mütəmadi olaraq müayinə və müalicə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 09 fevral 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 09 fevral 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmələrini özləri etiraf etməsələr də, onların həmin əməli törətmələri zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməl üzrə məhkəmədə özünü təqsirli bilməmiş və öz müdafiəsi üçün dəlil gətirib bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Binə qəsəbəsi Sovxoz adlanan ərazidə yerləşən qum ələmə yerində aylıq əmək haqqı müqabilində işçi işləmiş, qeydiyyat aparmış, 20 aprel 2021-ci il tarixdən 28 aprel 2021-ci il tarixədək həmin işləri Şahid13 tapşırığı əsasında görmüş, polis əməkdaşları qum ələmə yerinə gələnədək qum ələmə yerinin fəaliyyətinin qanunsuz olduğunu bilməmişdir. Lakin, məhkəmə istintaqı zamanı əldə edilmiş mötəbər sübutlar məcmusu əsasında, yəni çox sayda şahid ifadələri, istintaq hərəkəti protokolları, üzləşdirmə protokolları, sübut hesab edilmiş sənədlər, maddi sübutlar (səs yazıları, telefon danışıqları, anten əhatə dairəsi və SMS yazışmaları), təqsirləndirlən şəxsin ziddiyyətli ifadələri və istintaq orqanının suallarına verdiyi məntiqsiz cavabları, üzləşdirmə zamanı 17 aprel 2021-ci il tarixdə saat 11:21:16-da Şahid13 zəng vurub danışıq aparması, işləyib-işləməyəcəyi, işi davam edibetməyəcəyini Gülərdən soruşması, Gülərə mesajlar da göndərərək təzədən işləməyi Gülərə təklif etdiyini etiraf etməsi, iş materiallarına əlavə edilmiş və 07 dəqiqə 15 saniyə vaxtı əhatə edən AUDİO-2022-02-02-15-07-26 audioofaylı dinləyərək danışığın onunla Gülər arasında aparıldığını və orada dediklərinin doğru olduğunu etiraf etməsi ilə, sair mötəbər dəlillərlə Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 aprel 2021-ci il tarixdən 28 aprel 2021-ci il tarixədək müddətdə dövlətin müstəsna mülkiyyətində olmaqla Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyinə verilmiş və Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi keçmiş X15nun hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 910 kvadrat metr hissəsində istismar dərinliyi 2,5 metr olmaqla ümumilikdə 2275 kub metr həcmdə qazıntı işləri aparıb yerin təkindən çıxarılmış itki və tullantılar nəzərə alınmaqla qarışıqdan ibarət torpağı yük avtomobilləri vasitəsilə Bakı şəhəri Suraxanı rayonu südçülük sovxozu ərazisindəki qum ələmə məntəqəsinə daşıtdırıb ələndikdən sonra satışının həyata keçirildiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün gətirdiyi bütün dəlillər cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə, yəni zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, çox sayda şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, üzləşdirmə protokolları, sübut hesab edilmiş sənədlər, maddi sübutlar (səs yazıları, telefon danışıqları, anten əhatə dairəsi və SMS yazışmaları), sair mötəbər dəlillərlə təkzib edilmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq belə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünümüdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməl üzrə məhkəmədə özünü təqsirli bilməmiş və öz müdafiəsi üçün dəlil gətirib ifadəsində bildirmişdir ki, tanışı Şahid11 sənədləşmə işlərində köməklik etmiş, bəzən isə xahiş əsasında yük avtomobilləri yol polisi tərəfindən saxlanılan zaman zəng edib sənədlər əsasında xahiş etmişdir ki, yük avtomobillərini buraxsınlar. Bundan başqa, bir-iki dəfə qum ələmə yerinə gedib Bakirin işi ilə maraqlanmışdır. Nicad və ya digər şəxslə yerin təkindən qanunsuz torpaq kütləsinin çıxarılmasını və satılmasını təşkil etməmişdir, sadəcə dost kimi Nicada qeyd etdiyi köməkliyi göstərmişdir. Lakin, məhkəmə istintaqı zamanı əldə edilmiş mötəbər sübutlar məcmusu əsasında, yəni çox sayda şahid ifadələri, istintaq hərəkəti protokolları, üzləşdirmə protokolları, sübut hesab edilmiş sənədlər, maddi sübutlar (səs yazıları, telefon danışıqları, anten əhatə dairəsi və SMS yazışmaları), təqsirləndirlən şəxsin özünü müdafiə xarakterli qeyri səmimi ifadələri, sair mötəbər dəlillərlə Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 aprel 2021-ci il tarixdən 28 aprel 2021-ci il tarixədək müddətdə dövlətin müstəsna mülkiyyətində olmaqla Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyinə verilmiş və Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi keçmiş X15nun hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 910 kvadrat metr hissəsində istismar dərinliyi 2,5 metr olmaqla ümumilikdə 2275 kub metr həcmdə qazıntı işləri aparıb yerin təkindən çıxarılmış itki və tullantılar nəzərə alınmaqla qarışıqdan ibarət torpağı yük avtomobilləri vasitəsilə Bakı şəhəri Suraxanı rayonu südçülük sovxozu ərazisindəki qum ələmə məntəqəsinə daşıtdırıb ələndikdən sonra satışının həyata keçirildiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün gətirdiyi bütün dəlillər cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə, yəni zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, çox sayda şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, üzləşdirmə protokolları, sübut hesab edilmiş sənədlər, maddi sübutlar (səs yazıları, telefon danışıqları, anten əhatə dairəsi və SMS yazışmaları), sair mötəbər dəlillərlə təkzib edilmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq belə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünümüdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir və onlar həmin maddələrlə təqsirli bilinərək barələrində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsinə baxmayaraq, zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi zərəri tamamilə ödəməsini və zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını, əvvəllər heç bir cinayət törətməməsini, artıq 64 yaşının olmasını, baş beyin və göz xəstəliklərindən əziyyət çəkərək mütəmadi şəkildə müayinə və müalicə olunmasını, təqdim etdiyi tibbi müayinə sənədlərinə əsasən gözünün birinin görmə qabiliyyətini tam, digər gözünün isə görmə qabiliyyətinin yarısını itirməsini, tezliklə əməliyyat olunacağını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 744Q nömrəli bağ evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsinə baxmayaraq, zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi zərəri tamamilə ödəməsini və zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını, əvvəllər heç bir cinayət törətməməsini, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan iki uşağının olmasını, oğlu Toğrulun ağır göz xəstəliklərindən əziyyət çəkməsini, mütəmadi olaraq Azərbaycan və Türkiyə tibb müəssisələrində müayinə və müalicə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 744Q nömrəli bağ evində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. Maddi sübut - 4 ədəd CD və DVD-R diski hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılmalıdır. İş üzrə zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 108,00 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 744Q nömrəli bağ evi ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 744Q nömrəli bağ evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - 4 ədəd CD və DVD-R diski hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 100,00 (bir yüz) manat ekspertiza xərci tutularaq Dövlət Büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar