Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-197/2025 05.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Cabbar oğlunun, X1 iştirakları ilə, 07 avqust 1980-ci ildə Beyləqan rayonu, Şahsevən-1 kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 204.3.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2020-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə AR CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli qanunu tətbiq edilərək CM-in 204.3.2-ci maddəsi həmin Məcəllənin 204.2-ci maddəsinə tövsif olunaraq üzərində 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Beyləqan rayonu Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa Nuray Aslan kimi məlum olan türk vətəndaşı vasitəsi ilə 2015-ci ilin əvvəllərində görüşüb tanış olduğu Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsini göstərib özünə məxsus olduğunu bildirməklə ona 10.000 ABŞ dolları məbləğində pul verdiyi halda onunla şərikli iş birliyi qurub həmin torpaq sahəsində fərdi ev tikərək satıb əldə etdikləri qazancı aralarında bölüşdürəcəyinə dair yalan vəd verib aldadaraq inandırıb razılaşdıqdan sonra Zərərçəkmiş şəxs1 2015-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısında verdiyi həmin dövrün Azərbaycan məzənnəsi ilə 7.862 manat təşkil edən 10.000 ABŞ dolları pul vəsaitini almaqla verdiyi vədə əməl etməyib tikdirdiyi evi başqa şəxsə sataraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs1 10.000 ABŞ dolları olmaqla həmin dövrün Azərbaycan məzənnəsi ilə 7.862 (yeddi min səkkiz yüz altmış iki) manat məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin əvvəllərindən ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində 832 nömrəli bağ ünvanında yerləşən fərdi yaşayış evini satmaq istədiyini bildirməsini eşidən Zərərçəkmiş şəxs2 öz dayısı oğlu X8 ilə birlikdə 10 aprel 2022-ci il tarixdə onun yaşadığı həmin ünvanda yerləşən evinə gəlib evin qarşısında görüşərək tanış olduğu Zərərçəkmiş şəxs2 ev almaq istədiyini bilib öyrəndikdən sonra evini onlara göstərib Zərərçəkmiş şəxs2 30.800 manat dəyərində evini ilkin ödəniş olaraq 5.300 manat məbləğində pul ödəməklə və 43 ay ərzində hər ay 600 manat ödəmək şərtilə satacağına dair yalan vəd verib inandırmaqla aldadaraq razılaşmaqla 11 aprel 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 832 nömrəli bağ evində atası Şahid2 və dayısı oğlu Abas Şahmuradovun iştirakı ilə Zərərçəkmiş şəxs2 5.300 manat məbləğində pul almış, evi ona satacağına inandırmaq üçün 12 aprel 2022-ci il tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən kafedə görüşməklə evlərin alqısatqısı ilə məşğul olan Şahid3 və sonuncunun tanışı X4 iştirakları ilə Həmid Fətəliyelə ondan 5.300 manat alması və 43 ay ərzində hər ay 600 manat ödəmək şərtilə evini satacağına dair öz aralarında əl yazısı ilə “Müqavilə” bağlamaqla imzalayaraq həmin ayın sonunda evdən çıxacağını vəd etmiş, lakin uzun müddət evi boşaltmamış, müxtəlif bəhanələr gətirərək aldığı pulu şəxsi ehtiyaclarına sərf edərək verdiyi vədə əməl etməyib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs2 5.300 ( beş min üç yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, evini satmaq istəmişdir. Həmid dayısı oğlu ilə gəlmiş, aralarında müqavilə bağlanmış, ancaq müqavilə bağlandıqdan sonra həmin 5300 manat ona verilməmişdir. 2017-ci ildə Həmidi aldadıblar, buna görə görə də, Şüvələn qəsəbəsində qazilərin binasında oranın möhrü ilə təsdiqlənmişdir. İlkin istintaqda ifadəsində də, göstərmişdir. Abbas deyirdi ki, pul ondadır, ancaq ona pul çatdırılmadığından evi başqasına satmışdır. Sonradan 1 il keçəndən sonra Həmid onu aldadıb indi özünün yaşadığı Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayaq adlanan əraziyə aparıb girov saxlamışdır. Başına silah dayamışdırlar. Ayrıca bu barədə şikayət etmişdir. Həmidin pulun ona çatmamasından xəbəri olmuşdur. O, Zərərçəkmiş şəxs1 pul almamışdır. Belə ki, atası taksi sürücüsü olmuşdur. 2015-ci ildə Nefçilərdə telefon mağazası işlədirdi. Yavuzu tanımamış, onunla heç bir münasibəti olmamışdır. Onlar atası ilə iş görmüşdür. 2021-ci ilin mart ayının 18-də azadlığa çıxmışdır. 2021-ci ilin aprel ayında atası xəstəlikdən dünyasını dəymişdir. 2023-cü ildə polisə şikayət ediblər, orada izahat vermişdir ki, atası ilə iş görüblər. Ancaq onun bu işə aidiyyəti yoxdur. Yavuz xəbərsiz onun səsini yazmışdır. Belə ki, o səsdə də, anası ilə danışacağını, əgər rəhmətlik atasının borcu vardırsa, evini satıb həmin borcu ödəyəcəyini demişdir. Hazırda ona şər atırlar. Əlavə olaraq suallara cavab olaraq bildirmişdir ki, Həmidi 2022-ci ildə tanıyır. Evini Həmidi dayısı oğlunun vasitəsi ilə satdığa qoymuşdur. Dayısı oğlu əvvəllər evə müştəri gətirib-aparmışdır. Evi 18000 manata satmaq istəmiş, ilkin olaraq 5000 manat almalı olmuşdur. Buna görə müqavilə bağlansa da, pul ona çatmamışdır. Həmid dayısı oğluna pul versə də, ona pulu çatdırmamışdır. Müqavilə bağlayan zaman Həmid ona “müqaviləni evə göstərim, pulu evdən götürüb, gətirib sənə verəcəm” deyə onu aldatmışdır. Çünki onu 2017-ci ildə də aldatmışdılar. Həmidin dayısı oğlu deyirdi ki, “pul məndədi, sən qarışma, məndə qarışmamışam”. Həmidə şəxsən demişdir ki, pul ona çatmayıb, pulu dayısı oğlundadır, getsin pulunu ondan alsın. Pul alsaydı, boynuna alardı. Ancaq Həmiddən və ya onun dayısı oğlundan pul almamışdır. Söz verdiklərindən, müqaviləyə imza etmişdir. Həmid ona demişdir ki, evi təhvil ver, ona cavabında demişdir ki, ona pul verilməmişdir. Pulu həmin günü Həmid gətirib, ona verməli idi. Ancaq Həmid gəlməmişdir. Həmin vaxtlarda türmədən təzə çıxmışdır və pul lazım olduğu üçün evini satmaq istəmişdir. Abbas deyirdi ki, “mən Həmidin böyüyəm, söhbətini mənimlə et”. 5000 manat ilkin ödəniş etməli, hər ay 600 manat ödəməli idi. Abbas ona demişdir ki, pulu Həmidə qaytarmışdır. Abbasa şəxsə deyə bilər. Əvvəllər həmin evlə bağlı barəsində cinayət işi olmuşdur. Barəsində hökm çıxmışdır. Şirvanı tanıyır, ancaq onu Həmidlə Abbas tanış etmişdir. Təqsirləndirilən şəxs son sözündə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, ümumiyyətlə əvvəllər nə o, nədə ki, dayısı oğlu Abbas Təqsirləndirilən şəxs tanımamışdırlar. Yanvar ayından ev axtarmışdır. Kreditlə ev götürmüş, orada tikinti işləri görülmüş, həmin şəxslə aralarında anlaşılmazlıq olmuş, pulunun yarısını almışdır. 2022-ci ilin əvvəllərində yaşadığı ünvan yaxınlığında ev almaq qərarına gəlmiş və bununla bağlı Şüvəlan qəsəbəsində yaşayan dayısıoğlu Abbasdan həmin ərazidə ev satılması ilə bağlı maraqlanmasını xahiş etmişdir. Abbas həmin ərazidə yaşayan Şirvan adlı şəxslə əlaqə saxladıqdan sonra Şirvanla birlikdə bir neçə evlərə baxsalar da, ev tapa bilməmişlər. Sonradan isə Şirvan Təqsirləndirilən şəxs adlı şəxsin ev satmasını bildirərək, onun yaşadığı evə aparmışdır. Eminlə evin qarşısında danışdıqda Emin evi nağd qiymətə satdığını bildirsə də, ona ancaq kreditlə ev lazım olduğunu bildirmişdir. Onunla biraz söhbətlər apardıqdan sonra ilkin ödəniş olaraq 5.300 manat pul verə biləcəyini bildirmişdir. Eminlə razılaşdıqdan sonra atası Şahid2 bu barədə məlumat vermiş və ardınca xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Eminin yaşadığı ünvanda, evin içərisində atası Şahid2 və qohumu X5 iştirakı ilə Eminə 5300 manat pul vermişdir. Qalan məbləği isə aylıq 600 manat olmaqla 43 ay ödəməklə razılaşmışdırlar. Bir gün sonra yəni xx.xx.2022-ci il tarixdə həmin ərazidə yaşayan tanışı, ev alqı-satqısı ilə məşğul olan Şahid3 ilə danışan zaman kreditə ev almağını bildirərkən ilkin olaraq 5.300 manat pul verdiyini bildirmişdir. Bu zaman Səbuhi pulu verən zaman hər hansı müqavilə imzalanmasını soruşduqda o, heç bir sənəd tərtib edilməməsini bildirdikdə Səbuhi hər ehtimala qarşı Eminlə görüşüb yazılı sənəd tərtib etmələrini məsləhət görmüşdür. xx.xx.2022-ci il tarixdə Səbuhinin tanışı Şamil və Təqsirləndirilən şəxs Şüvəlan qəsəbəsində yerləşən adını xatırlamadığı kafedə görüşmüşlər və pulun verilməsi ilə bağlı sənəd tərtib edilməsini istəmişlər. Emin isə narahatçılıq olmamasını demiş və həmin sənədi imzalamışdır. Emin ona 2022-ci ilin aprel ayının sonunda evdən çıxacağını və evə köçə biləcəyini bildirmişdir. Ay sonu gəldikdə isə Emin müxtəlif bəhanələr gətirərək müddəti uzatmış və ondan bir ay vaxt istəmişdir. 1 ay da gözlədikdən sonra yenidən Emin bəhanələr gətirərək müddəti uzatmışdır. 3 ay keçdikdən sonra yaşadığı ərazidə yaşayan şəxslər Eminin dələduzluq etməsi ilə bağlı məlumat verdikdə o, artıq Eminə zəng edərək pulunu geri istəmişdir. Sonra ona Eminin 80000 ABŞ dollar aldatması ilə bağlı videogörüntü göstərmişlər. Dostları ilə birlikdə onunla görüşmüşdür. Görüş zamanı yenə müxtəlif bəhanələr gətirməsi səbəbindən, hirslənərək onun qarın nahiyyəsindən bir dəfə yumruqla vurmuşdur. Bundan sonra Emin çıxıb getmiş və polisə şikayət etmişdir. Onun səs yazısı belə onda olmuş, lakin telefonunu dəyişməsi səbəbindən həmin səs yazısını itirmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı ona ünvanlanmış suallara cavab olaraq bildirdi ki, Abbas dayısı oğludur. Hər ikisini Eminlə Şirvan eyni vaxtda tanış etmişdir. 5300 manatı Eminin şəxsən özünə vermişdir. Pulu verəndə Abbas və atası İlhamda orda olmuşdur. Şirvan isə çöldə olmuşdur. Müqaviləni bağlayanda isə O, Emin, Səbuhi və Şamil olmuşdur. Eminin şikayəti üzrə polis araşdırma aparmış və cinayət işinin başlanması rədd edilmişdir. Eminin həyətində başqa da ev olmuşdur. Emin evləri ayıracağını, ondan sonra evi sənədləşdirib verəcəyini bildirmişdir. Abbas hazırda rəhmətə getmişdir. Videogürüntü Abbasın telefonunda olmuş, ancaq onun telefonundan həmin görüntünü götürə bilməmişdir. Birinci pulu verəndə Abbas və atası İlham orda olmuşdur. Hər ayın axırında 600 manat verməli olmuşdur. Evi boşaltma məsələsi 6-7 ay davam etmişdir. Ondan sonra polisə şikayət etmişdir. Pulu verəndən bir gün sonra müqavilə bağlanmışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 bildirdi ki, mərhum Mirzə Abuşov taksi sürücüsü kimi tanımış, onunla görüşən zaman oğlu Təqsirləndirilən şəxs da onların yanında olmuş və bəzən onların evlərində görüşüb söhbət etmişdirlər. Söhbət əsnasında Təqsirləndirilən şəxs torpaq sahələri olmasını, həmin torpaq sahəsində ev tikib sata biləcəklərini demişdir. Ona Nurayla birlikdə 10.000 dollar olmaqla ümumilikdə 20.000 dollar pul verib iş qurmaq üçün pul vermişdirlər. Lakin Təqsirləndirilən şəxs onları aldatmışdır. Bundan sonra tanışı Hayreddin adlı şəxsdən öyrənmişdir ki, X20 Abuşovdan 1600 dollar almış, sonradan isə 8700 manat pul alaraq şikayəti olmaması ilə bağlı ərizə yazaraq ölkədən çıxıb getmişdir. O, bundan sonra bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Bundan başqa o, həmin pulu ona ev tikib satılması məqsədilə verdiyini, lakin Eminin sonradan evi başqasına sataraq pulu xərcləyib onun pulunu verməkdən imtina etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, 2015-ci il fevral ayında 10000 ABŞ dolları vermişdir ki, ev tikib satacaqlar. Pulu Eminə vermişdir. Atası və anası orda olmulşdur. Pulu onun evində vermişdir. Atası ona kömək edirdi. Ev tikilib satıldıqdan sonra kar əldə edəcəkdilər. Sosial şəbəkələrdən müəyyən etmişdir ki, artıq ev satılmışdır. Emin bu işləri görməyi təklif etmişdir. İlk öncə atası ilə tanışlıqları olmuşdur. Emin demişdir ki, torpaq sahəsi var, həmin torpaq sahəsində ev tikib satmaqla, oradan əldə etdikləri gəliri bərabər böləcəkdilər. 5000 ABŞ dollar Nurayda pulu olmuş, həmin pulu da Nuray Eminə vermişdir. Nuray pulu ona verəndə orda olmamışdır. Nuray ona pulu bank vasitəsi ilə göndərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, təqsirləndirilən şəxsi tanıyır, ancaq qohumluq münasibətləri yoxdur. Həmid isə onun oğludur. Emin evi oğluna satmış, oğlu ona 5300 manat vermiş, hər ay isə 600 manat kredit verməli olmuşdur. 2 ay keçsə də, Emin evi təhvil verməmişdir. Sonra Emin alacağı olduğunu, həmin pulu alıb onlardan aldığı pulu qaytaracağını demişdir. Şəxsi keçən ildən tanıyır. Pulu verəndə yanlarında Abbas və adını xatırlamadığı bir nəfər olmuşdur. Pulu Abbas sayıb Eminə vermişdir. Emin isə bir ay müddətinə evi boşaldıb təhvil verəcəyini demişdir. Lakin evi təhvil vermədiyindən, pulu geri tələb etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, hazırda dəqiq xatırlamadığı tarixdə müqavilənin bağlanmasında iştirak etmişdir. Müqavilə hazırlanmış və o da imza etmişdir. Sonrakı müddətdə Həmiddən işin yolunda olmasını soruşmuş, o isə heç bir problemin olmadığını bildirmişdir. Bu yaxınlarda isə Eminin tutulduğunu eşitmiş və onunla üzləşmişdir. Müqaviləni özü tərtib etmişdir. Orada onunla birlikdə hospitalda yatan dostu, Şamil də olmuşdur. Sadəcə orda Eminə sual vermişdir ki, həqiqətən Həmid sənə pulu vermişdirmi, sonuncu isə cavabında pulu aldığını təsdiq etmişdir. Həmin vaxt Abbas orda olmamışdır. Onun yanında Həmid Eminə pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X13 bildirdi ki, mərhum əri X11 2015-ci ildə Nuray Aslan adlı tanışı vasitəsilə Yavuz adlı türk vətəndaşı ilə tanış olmuş və həmin vaxt onların arasında ev tikilib satılması ilə sövdələşmə olmuşdur. Əri Mirzənin isə Nuray Aslan və Yavuzla hansıds iş görmələri barədə isə heç bir məlumatı olmamışdır. Ancaq onu bilir ki, Nuray Aslana pulu çatmışdır. Həmin pul da Suraxanı rayonunda körpünün altında verilmişdir. 500 manat pulu Yavuza vermişdirlər. Həmin pulu da ondan alacaqdır. Yavuzla oğlunun heç bir sövdələşmələri olmamışdır. Onların arasında olan alverdən məlumatı yoxdur. Yavuzu birdəfə Nurayla onun evinə gələndə görmüşdür. Evə daxil olmamışlar. Çöldə gözləyiblər. Yavuzun mərhum yoldaşına və oğluna pul verməsini görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. 2-3 il bundan öncə Abbasın atası Feyruzla münasibətləri olmuşdur. Onlarda olanda Həmid evə tapmağını xahiş etmişdir. O da Emin adlı şəxsin evini satdığını bildirmiş və Emin evini onlara göstərmişdir. Onlar evin 5300 manat ilkin ödənişlə kreditə satılması ilə bağlı razılığa gəlmişdirlər. 2 aydan sonra Emin evi boşaltmalı olmuşdur. Həmid isə hər ay 500 manat verməli olmuşdur. Sonra pulun verilib-verilməməsindən məlumatı yoxdur. 37 ildir həmin ərazini tanıyır. Emini də bu səbəbdən tanımışdır. Lakin yaxın münasibətləri olmamışdır. Məhkəməyədək icraat zamanı və məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki:- -“Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. -“Qətimkan tədbirinin nəzərə alınması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə Xəzər RM-nin hakimi Hüseyn Hüseynli tərəfindən seçilmiş azadlıqdan məhrumetmə cəzasının qüvvədə olması nəzərə alınmışdır. -“Cinayət işinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi icraatda olan sonuncunun Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi, eyni icraatda birləşdirilmiş cinayət işləri üzrə ********* nömrə altında istintaqının aparılması qərara alınmışdır. -xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi, bağ N 832 U unvanında yerləşən evin alqı satqısı ilə bağlıdır və müqavilədə Təqsirləndirilən şəxs ona məxsus olan evi ilkin ödəniş olaraq 5300 manat olmaqla Zərərçəkmiş şəxs2 ümumi məbləği 30800 manat, 43 ay müddətinə aylıq 600 AZN kredit olmaqla satışına tam razı olduğunu, heç bir narazıçılığının olmadığını bildirmişdir.Müqavilə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2, Şahid3 və X9 tərəfindən imzalanmışdır. “Məhkumluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 204.3.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2020-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə AR CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli qanunu tətbiq edilərək 204.3.2-ci maddəsi 204.2ci maddəsinə tövsif olunaraq üzərində 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 03 il 02 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. -“Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yeni ittiham elan edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-488/2023 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 (iki) il 09 (doqquz) ay müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddətin bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzaçəkmənin əvvəlinin 27 iyul 2024-cü il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qət edilmişdir. -Bakı şəhəri Xəzər Rayonu Şüvəlan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 186 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində yerləşən 832 nömrəli bağ sahəsi Bakı Bağlar İdarəsinin balansında olmaqla, həmin bağ sahəsində tikilmiş fərdi tikilinin heç bir sənədi yoxdur. Həmin fərdi tikili heç kimin adına qeydiyyatda deyildir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində yerləşən 832 nömrəli bağ sahəsinə görə Şüvəlan Bələdiyyəsi tərəfindən H.Ö.P-da qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CMnin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə çıxışları zamanı dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə sonuncunun Zərərçəkmiş şəxs1 10.000 ABŞ dolları olmaqla həmin dövrün Azərbaycan məzənnəsi ilə 7.862 (yeddi min səkkiz yüz altmış iki) manat məbləğdə xeyli miqdarda ziyan vurması əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyini, buna görə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə verimiş ittihamdan imtina etdiyini bildirmiş, cinayət təqibinin CM-in 178.2.4-cü maddəsi ilə davam etdirilməsini və təkrarlığıa dair müddəaların hökmdən xaric edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısının ittihamdan qismən imtina etməsi barədə çıxışını nəzərə alaraq hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə verilmiş ittihamdan onun təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa Nuray Aslan kimi məlum olan türk vətəndaşı vasitəsi ilə 2015-ci ilin əvvəllərində görüşüb tanış olduğu Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsini göstərib özünə məxsus olduğunu bildirməklə ona 10.000 ABŞ dolları məbləğində pul verdiyi halda onunla şərikli iş birliyi qurub həmin torpaq sahəsində fərdi ev tikərək satıb əldə etdikləri qazancı aralarında bölüşdürəcəyinə dair yalan vəd verib aldadaraq inandırıb razılaşdıqdan sonra Zərərçəkmiş şəxs1 2015-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısında verdiyi həmin dövrün Azərbaycan məzənnəsi ilə 7.862 manat təşkil edən 10.000 ABŞ dolları pul vəsaitini almaqla verdiyi vədə əməl etməyib tikdirdiyi evi başqa şəxsə sataraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs1 10.000 ABŞ dolları olmaqla həmin dövrün Azərbaycan məzənnəsi ilə 7.862 (yeddi min səkkiz yüz altmış iki) manat məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi hissəsi verilmiş ittiham xaric edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunmuş dələduzluq əməli ilə bağlı cinayət işinin başlanması da qanunsuz olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs1 10.000 ABŞ dolları olmaqla həmin dövrün Azərbaycan məzənnəsi ilə 7.862 (yeddi min səkkiz yüz altmış iki) manat məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq edilməsi əməli üzrə cinayət məsuliyyətinə cəlb edilmə müddəti həmin epizod üzrə cinayət işi başlanan vaxt artıq keçmişdir. Bu isə o deməkdir ki, qeyd olunan epizod üzrə cinayət işinin başlanması özü də qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 39.1-ci maddəsinə əsasən belə hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bununla belə qeyd olunan əməllə bağlı cinayət işi başlandığından və həmin epizod üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyindən məhkəmə hesab edir ki, təqsirəndirilən şəxsə cəza təyin edilərkən həmçinin nəzərə alınmamalıdır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən “Ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən “Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Əfvetmə müraciət əsasında tətbiq edildiyindən, məhkum edilmiş şəxsin işi Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası tərəfindən araşdırılır, onun əfv edilməsinin mümkünlüyü barəsində müvafiq qurumların rəyləri alınır, baxılmış sənədlər qəti qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunur. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş "Əfvetmə haqqında Əsasnamə"nin 36-cı bəndinə uyğun olaraq, cəzanı icra edən orqan əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını təxirə salınmadan icra etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 204.3.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə AR CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli qanunu tətbiq edilərək 204.3.2-ci maddəsi 204.2-ci maddəsinə tövsif olunaraq üzərində 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Həmin tarixdən cinayət qanunvericiliyinə əsasən altı il müddət keçmədiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə tənqidi yanaşır, özünü müdafiə etməyə və bununla da cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhd kimi qəbul edir və hesab edir ki, həmin ifadələr məhkəmə istintaqı zamanı araşdırılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və əldə edilmə halları şübhə doğurmayan, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan sübutların məcmusu ilə tam olaraq təkzib olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən “Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyinin qeyd olunan normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 5300 manatın onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tamah niyyəti ilə etibardan suiistifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin əvvəllərindən ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində 832 nömrəli bağ ünvanında yerləşən fərdi yaşayış evini satmaq istədiyini bildirməsini eşidən Zərərçəkmiş şəxs2 və sonuncunun dayısı oğlu X8 10 aprel 2022-ci il tarixdə yaşadığı həmin ünvanda yerləşən evin qarşısında görüşüb Zərərçəkmiş şəxs2 həmin evi almaq istədiyini bildikdən sonra, evi onlara göstərib 30.800 manat dəyərində evini ilkin olaraq 5300 manat pul ödəməklə və 43 ay ərzində hər ay 600 manat ödəmək şərti ilə satacağına dair yalan vəd verib inandırmaqla aldadıb razılaşmaqla 11 aprel 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsində 832 nömrəli bağ evində Zərərçəkmiş şəxs2 atası Şahid2 və dayısı oğlu Abas Şahmuradovun iştirakı ilə 5300 manat məbləğində pul almış, evi ona satacağına inandırmaq üçün 12 aprel 2022-ci il tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən kafedə görüşməklə evin alqı-satqısı ilə məşğul olan Şahid3 və X6 iştirakları ilə Zərərçəkmiş şəxs2 5300 manat pul alması və 43 ay ərzində hər ay 600 manat ödəmək şərti ilə evini satacağına dair öz aralarında əl yazısı ilə “Müqavilə” bağlamaqla imzalayaraq həmin ayın sonunda evdən çıxacağını vəd etmiş, lakin uzun müddət evi boşaltmamış, müxtəlif bəhanələr gətirərək aldığı pulu şəxsi ehtiyaclarına sərf edərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 xeyli miqdarda 5300 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. 5300 manat məbləğində maddi ziyanın əvəzinin, o cümlədən ödənilmiş 73 manat məbləğində dövlət rüsumunun mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə məhkəmə hökmü qəbul edilməlidir. Məhkəmə cinayət prosesində iştirak edən şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 65-ci bəndində qeyd edilir ki, “Məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Həmin qərarın qərarın 67-68-ci bəndlərində göstərilmişdir ki, “məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən “Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.” Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən “Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.” Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən “Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.” Həmin Məcəllənin 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: -181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; -181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan mülki qanunvericilik normalarının tələblərini, cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş dələduzluq cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs2 5300 manat məbləğində əmlakını (pul vəsaitini) ələ keçirməsi öz təsdiqini tapdığından və həmin məbləğdə pulun zərərçəkmiş şəxsə qaytarılmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Təqsirləndirilən şəxs 5300 manat maddi zərər, 73 manat dövlət rüsumu, cəmi 5373 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs2 ödənilməlidir. İş üzrə ekspertiza xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-488/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs digər cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-488/2024 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi və hazırda həbsdə saxlanılması nəzərə alınsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 5300 manat maddi zərər, 73 manat dövlət rüsumu, cəmi 5373 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs2 ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi cəmi 20 saata görə 120 manat məbləğində pul vəsaiti, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 16 saata görə 176 manat, cəmi 296 məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-197/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-197/2025
05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver