Məhkəmə qərarları › İş №1(003)-199/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-199/2022

12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-199/2022 12.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Kordioloji sanatoriyasında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tədbiq olunması ilə habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 21 dekabr 2021-ci il tarixdə, saat 19:40 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq massivi, Nəriman Əliyev küçəsində X4 ilə birlikdə bir qrup şəxs halında cinayət əlaqəsinə girib özünü müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs1 avtomobili küçədə bir qədər yüksək sürətlə idarə etməsi səbəbindən-açıq aşkar cüzi səbəbdən Ural Hüseynov silah qismində istifadə etdiyi beş barmaqla Zərərçəkmiş şəxs1 vurub ona qəsdən sol alın-gicgah nahiyəsinin, sağ gicgah nahiyyəsinin, sol göz orbitinin qançırları, sol gözün ağlı qişasının qansızmasından ibarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs isə təpiklə Zərərçəkmiş şəxs1 boyun nahiyyəsinə vuraraq ona fiziki ağrı yetirmiş, Təqsirləndirilən şəxs onları ayırmağa çalışan-ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs2 itələyərək yerə yıxmışdır. Ural Hüseynov isə silah qismində istifadə etdiyi beşmarmaqla Zərərçəkmiş şəxs2 qəsdən vurub ona sağ gicgah nahiyəsinin qançırı ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, habelə Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi daş parçası ilə, Ural Hüseynov isə silah qismində istifadə etdiyi beşbarmaqla baş etibarnamə ilə Zərərçəkmiş şəxs1 məxsus olan «Mercedes Benz S 350» markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərbələr yetirərək 2500 manat dəyərində maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la birlikdə oradan uzaqlaşıb hadisə baş verən küçədə yerləşən “3 Qardaş” avtoservisinə getsələr də, Təqsirləndirilən şəxs və Ural Hüseynov öz xuliqanlıq hərəkətlərini davam etdirib onları təqib etmiş, orada Ural Hüseynov silah qismində istifadə etdiyi beşbarmaqla Zərərçəkmiş şəxs1 gicgah nahiyyəsinə vuraraq ona fiziki ağrı yetirməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişlər. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 5-6 il olar ki, tanıyır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaşadığı evin yaxınlığında avto servisdə usta işləyirlər. 21 dekabr 2021-ci il tarixdə, saat 19 radələrində Türkiyə Respublikasında yaşayan dostu X4 onlara qonaq gəlmişdir. Birlikdə evdə yemək yeyib spirtli içki araq içmişlər. Ural Hüseynovu yola salmaq üçün onun gedəndə dalandan yola çıxarkən Zərərçəkmiş şəxs1 idarə etdiyi qara rəngli «Mercedes Benz» markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili yüksək surətlə onlara tərəf sürmüş və avtomobilin sağ hissəsi onun gödəkçəsini sürtüb keçmişdir. Buna görə o, Zərərçəkmiş şəxs1 avtomobili saxlamasını demişdir. Zərərçəkmiş şəxs1 avtomobillə geriyə qayıdıb avtomobili saxlamış və Zərərçəkmiş şəxs2la birlikdə avtomobildən düşmüşlər. X11 Abdullayevə avtomobili yüksək surətlə onlara tərəf sürməsinə görə iradını bildirmişdir. Zərərçəkmiş şəxs1 Urala aqresiv cavab verdiyindən aralarında sözlə mübahisə baş vermiş və X11 Abdullayevin sifət nahiyəsindən yumruqla vurmuşdur. Onlara tərəf yaxınlaşarkən Zərərçəkmiş şəxs2 da, onlara tərəf getmişdir. O, Zərərçəkmiş şəxs2 dava edəcəyini düşündüyü üçün onu itələmiş və sonuncu yerə yıxılmışdır. Lakin Zərərçəkmiş şəxs2 da, onu kimi Uralı və Muradı aralamaq istədiyini başa düşüb onları aralamışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 avtomobilə əyləşib avto servisə getmişlər. Bundan sonra servisin sahibinə öz iradlarını bildirmək üçün o, da Ural iəl birlikdə avto servisə getmişdir. Lakin servis sahibi Tahir adlı şəxs orada olmamışdır. Servisdə işləyən ustalardan Tahirin harada olmasını soruşmuşlar, lakin adını bilmədiyi ustalar Tahirin orada olmadığını bildirdikləri üçün oradan çıxıb getmişlər. Təxminən bir həftə sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ondan və Uraldan Xəzər RPİ-nin 2-ci PŞ-nə şikayət etməsini bilmişdir. Lakin o, heç kimi vurmamış, Zərərçəkmiş şəxs1 Ural yumruqla vurmuş, o isə aralamışdır. Onun və Uralın üzərində bıçaq və beş barmaq olmamış, onlar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 beş barmaqla vurmamış, bıçaqla xəsarət yetirməmişlər. Zərərçəkmiş şəxs1 avtomobilinə də, heç bir maddi ziyan vurmamışlar. Himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən yüngül cəzanın verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 21 dekabr 2021-ci il tarixdə, saat 19:30 radələrində işlədiyi avtomobil sexindən çıxıb çörək almaq üçün idarə etdiyi qara rəngli «Mercedes Benz S 350» markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobillə marketə getmişdir. Onunla qonşuluqda yaşayan, sonradan adının Təqsirləndirilən şəxs bildiyi şəxs və onun yanında sonradan adının X4 bildiyi şəxsin yolun ortası ilə getdiklərini görmüşdür. O, onları avtomobillə vurmamaq üçün avtomobili yolun qırağı ilə sürüb keçmişdir. Bu zaman arxadan kiminsə onu səslədiyini eşidib avtomobillə geri qayıtmışdır. O, Təqsirləndirilən şəxs yanından keçdiyinə görə üzr istəmişdir. Bu zaman Ural Hüseynov qəfildən yumruqla ilə onun sol gicgah nahiyəsindən vurmuş, sonra əlində olan beşbarmaqla sifətinin sol nahiyəsindən zərbə endirmişdir. Zərbənin təsirindən özünü itirərək yaxınlıqda olan setkaya söykənmişdir. Bu vaxt Ural onun ünvanına nalayiq söyüşlər işlətdiyi üçün onun boğazından tutmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs onu təpiklə sağ boyun nahiyyəsindən güclü zərbə ilə vurmuşdur. Ural isə onu beş barmaqla sol gicgah nahiyəsindən bir dəfə də, vurmuş və yerə yıxılmışdır. Həmin vaxt iş yoldaşı Zərərçəkmiş şəxs2 onları ayırmaq istəyərəkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 itələmiş, Murad ayağa qalxanda isə Ural Hüseynov onu da, beş barmaqla vuraraq yerə yıxmışdır. X12 beş barmaqla, Təqsirləndirilən şəxs isə daşla onun avtomobilini vuraraq parpresini, damını, qapıları və kapotu əzmişlər. Bundan sonra o, avtomobilinə əyləşib sexə getmişdir. Həmin vaxt Uralın onun və avtomobilin foto şəkillərini çəkdiyini görmüşdür. O, sexə çatandan sonra Zərərçəkmiş şəxs2 da, sexə gəlmişdir. Həmin vaxt avtomobilin arxa parpresi çatlamış, sağ yan tərəfi, ön qanadı və damı batmışdır. Təxminən 5 dəqiqə sonra Ural və Surac onların ardınca sexə gələrək avtomobili yüksək surətlə sürməsinin səbəbini soruşmuşlar, o isə avtomobili yüksək surətlə sürmədiyini demiş və yenidən mübahisə olmaması üçün onlardan üzr istəmişdir. Həmin vaxt Ural onu iş yoldaşları Asim və Köçərinin yanında beşbarmaqla sifət nahiyəsindən vurmuşdur. Köçəri və Asim onları aralamışlar, Uralı isə kənara çəkmişlər, Ural isə gəlib F1 bombasını atıb sexi partladacağını demiş və üzərindən bıçağı çıxardıb onu bıçaqlayacağı ilə hədələmişdir. Asim və X2 nəyi olmasını soruşmuş, Surac isə Uralın onun dostu olduğunu, nə edibsə zor etdiyini, buranın palajeniyasına onların baxdığını, hamını onlardan soruşduqlarını demişlər və oradan çıxıb getmişlər. 25 aprel 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, avtomobilinə vurulmuş ziyana görə 2500 manat tələb etdiyini bildirmiş, növbəti məhkəmə iclaslarında iştirak edə bilməsə işə onsuz baxılmasını Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. 12 may 2022-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, avtomobilinə vurulmuş ziyana görə 2500 manat tələb etdiyini bildirmiş, lakin azyaşlı uşağı olduğundan Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, avtomobil təmir sexində usta işləyir 21 dekabr 2021-ci il tarixdə, saat 19:50 radələrində işdə olarkən təxminən 40-50 metr kənarda xalası oğlu Zərərçəkmiş şəxs1 məxsus avtomobilin yolun ortasında dayandığını və səs-küy gəldiyini eşidib həmin yerə getmişdir. Həmin məhlədə yaşayan Təqsirləndirilən şəxs və sonradan adının X4 olduğunu bildiyi şəxsin xalası oğlu Zərərçəkmiş şəxs1 yaxınlaşdıqlarını görüb onları aralamaq istəyərkən Təqsirləndirilən şəxs onu itələmiş və o, yerə yıxılmışdır. Ayağa qalxanda isə Ural Hüseynov əlində olan beş barmaqla onun sol gicgah nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmışdır. Həmin vaxt Ural Hüseynov əlində olan beş barmaqla, Təqsirləndirilən şəxs isə daş parçası ilə avtomobilin parpresini, damını və qapılarını əzmişlər. O, özünü pis hiss etdiyindən işlədiyi sexə getmişdir. Sexə çatandan sonra Zərərçəkmiş şəxs1 idarə etdiyi «Mercedes Benz» markalı avtomobili sexə salmışdır. Təxminən 5 dəqiqə sonra Ural və Surac sexə gəlmiş və Ural Muradla mübahisə etməyə başlamışdır. Ural «F1» qumbarası ilə sexi partladacağını bildirərək bıçağı çıxardıb Muradı hədələmişdir. Murad Urala acıqlı cavab verdiyindən Ural Muradı vurmuş və zərbənin təsirindən Murad yerə yıxılmışdır. Həmin vaxt sexdə olan Asim və Köçəri onları aralamışlar. Asim və Köçəri Suracdan yanında olan şəxsin kim olduğunu soruşmuşlar ki, Surac isə nə edibsə haq etdiyini, onların buranın palajeniyasına baxdıqlarını demişdir. 25 aprel 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, səhhətinə vurulmuş ziyana görə 300 manat tələb etdiyini bildirmiş, növbəti məhkəmə iclaslarında iştirak edə bilməsə işə onsuz baxılmasını Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Şahid1 Safayıl oğlu ifadəsində göstərdi ki, 2021-ci ilin oktyabr ayından Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən «3 qardaş avto servis»ində usta köməkçisi kimi işləyir. 21 dekabr 2021-ci il tarixdə, saat 20 radələrində sexdə olarkən sexdə işləyən Zərərçəkmiş şəxs2 sifətini tutaraq halsız vəziyyətdə sexə gəlmişdir. Həmin vaxt Muradın üzünün sol tərəfinin şişdiyini və qızardığını görmüşdür. O və X9 nə baş verməsini soruşmuş, Murad isə onu və Zərərçəkmiş şəxs1 başqa şəxslərin döydüklərini demişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs1 idarə etdiyi qara rəngli «Mercedes Benz» markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili servisə salmışdır. Həmin vaxt avtomobilin arxa şüşəsi çatlamışı, ön sağ qanadı, sağ qapıları, sol qapıları, kapotu əzilmiş vəziyyətdə olmuş, avtomobilin damı isə deşilmişdir. Zərərçəkmiş şəxs1 sol gözünün altı göyərmiş və halı pis olmuşdur. Murad böyrək və ciyər nahiyəsindən vurulduğunu demişdir. Həmin vaxt sexə sonradan adlarının X4 və Təqsirləndirilən şəxs bildiyi şəxslər gəlmişlər. Ural Hüseynov «siz kimsiz ki, bizim səhvimizi tutursuz, biz buranın vəziyətinə baxırıq, camaatı bizdən soruşurlar sexi partdadarıq» deyərək əlini belinə aparmışdır. Həmin vaxt Uralın belində bıçaq olmuşdur. Ural Hüseynov sağ əlində olan beş barmaqla Zərərçəkmiş şəxs1 vurmuş, lakin onlar araya girərək onları aralamışlar. Həmin vaxt X7 təpiklə sağ ayağından vurmuşdur. Təqsirləndirilən şəxs isə aranı qızışdıraraq Urala «bunlar kimdi ki, bizə söz deyillər» demişdir. Onlar mübahisə baş verməməsi üçün sexin qapısını bağlamışlar, bundan sonra Ural və Surac çıxıb getmişlər. Məhkəmədə Şahid2 Şahid1 Safayıl oğlunun ifadəsinə uyğun, eyni məzmunlu ifadə verdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin 22 dekabr 2021-ci il tarixli, 1575 nömrəli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol alın-gicgah nahiyəsinin, sağ gicgah nahiyəsinin. Sol göz orbitinin qançırları, sol gözün ağlı qişasının qansızması aşkar edildi. Qeyd oluna xəsarətlər küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibbi müayinəsindən 1 günə qədər əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2021-ci il tarixdə törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin 22 dekabr 2021-ci il tarixli, 1576 nömrəli rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol gicgah nahiyəsinin qançırı aşkar edildi. Qeyd olunan xəsarət küt əşya təsəirindən onun məhkəmə-tibbi müayinəsindən 1 günə qədər əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2021-ci il tarixdə törənməsi istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş üzləşmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs istintaqa vemiş olduqları ifadələrini təsdiq edərək bir-biriləri ilə üzləşmiş və üzləşmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs mübahisə zamanı onunla və X4 ilə mübahisə etdiyi zamanı sonuncular onu döydüyünü, təpik və yumruq zərbələri ilə eləcə də beş barmaqla bədənin müxtəlif nahiyələrinə vurduqlarını həmçinin Ural Hüseynov beş barmaqla və Təqsirləndirilən şəxs daşla onun idarə etdiyi avtomobili əzməklə maddi ziyan vurduqlarını bildirmişdir. İş materiallarına əlavə edilmiş üzləşmə protokolundan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə təqsirləndirlən şəxs X5 istintaqa vermiş olduqları ifadələrini təsdiq edərək bir-biriləri ilə üzləşmiş və üzləşmə zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs mübahisə zamanı onunla və X4 ilə mübahisə etdiyi zamanı Ural Hüseynov onu beş barmaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 18 fevral 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 12 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimat təmin edilməyərək onun barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 10 mart 2022-ci il tarixdən hesablanmaqla Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışlar. Eyni zamanda zərərçəkmiş şəxslər məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişlər. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt, Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 5 (beş) saat vaxt sərf etmişdir. Ona görə də, 180 (yüz səksən) manat məbləğində vəsait vəkil X1 və 30 (otuz) manat məbləğində vəsait vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Cəzasının əvvəli 10 mart 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X3 oğlu Təqsirləndirilən şəxs istintaqda göstərdiyi hüquqi xidmətə görə 180 (yüz səksən) manat, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil X1 və Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar