Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-20/2021 03.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxx 1987-ci il tarixdə ermənistan SSR-də doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, müğənni, əvvəllər məhkum olunmamış, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə və xx xxx 1985-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 mənzil 30 ünvanında qeydiyyatda olmaqla ünvan 34A ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs2 xx xxxxxxx 2019-cu il tarixdə, saat 02:35 radələrində ictimai yer hesab edilən X9 Aeroportunun T-1 Terminalının qarşısındakı avtodayanacaqda onu uçuşa yola salmaq istədiyi dostu Təqsirləndirilən şəxs1 avtomobilini park edərkən, heç bir əsaslı səbəb olmadan, yəni arxada öz avtomobili ilə hərəkətdə olan Zərərçəkmiş şəxs avtomobili park etməsinə imkan verməməsinə görə irad tutduqda onun kobud cavab verməsi bəhanəsi ilə, Zərərçəkmiş şəxs ilə mübahisə edərək Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında həmin vaxt ətrafda insanların çox olduğu vaxtda aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqla Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq söyüşlər söyməklə, ona zor tətbiq edərək hədələməklə, həmçinin Təqsirləndirilən şəxs1la birlikdə əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs vuraraq ona sol göz ətrafında qançır, ağlı qişaya qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə və avtodayanacaqda hərəkətdə olan avtomobillərin hərəkətinə mane olaraq təxminən 4-5 dəqiqə ərzində tıxac yaranmasına səbəb olmaqla, bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2019-cu il tarixdə, saat 02:35 radələrində ictimai yer hesab edilən X9 Aeroportunun T-1 Terminalının qarşısındakı avtodayanacaqda avtomobilini park edərkən, heç bir əsaslı səbəb olmadan, yəni arxada öz avtomobili ilə hərəkətdə olan Zərərçəkmiş şəxs avtomobilini park etməsinə imkan verməməsinə görə irad tutduqda onun kobud cavab verməsi bəhanəsi ilə, Zərərçəkmiş şəxs ilə mübahisə edərək, uçuşa yola salmaq istədiyi dostu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında həmin vaxt ətrafda insanların çox olduğu vaxtda aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqla Zərərçəkmiş şəxs zor tətbiq edərək hədələməklə, həmçinin Təqsirləndirilən şəxs2la birlikdə əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs vuraraq ona sol göz ətrafında qançır, ağlı qişaya qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə və avtodayanacaqda hərəkətdə olan avtomobillərin hərəkətinə mane olaraq təxminən 4-5 dəqiqə ərzində tıxac yaranmasına səbəb olmaqla, bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxslərin əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə Belarusiyanın Minsk şəhərinə getmək üçün taksi fəaliyyəti ilə məşğul olan dostu Təqsirləndirilən şəxs1la onun “Opel Astra” maşınıyla X9 Hava limanına gəlmişdir. Hava limanındakı avtodayanacaqda Müşfiq maşınını cərgəyə verən zaman arxada dayanan “TOYOTA” markalı avtomaşının sürücüsü ona cərgəyə girməyə yol verməmişdir. Müşfiq maşından enib ona bildirmişdir ki, bir az geri versin ki, maşını geri verib cərgəyə salsın. Sonra o, maşını bir az arxaya vermiş və Müşfiq cərgəyə girmişdir. Lakin cərgədə dayanmış digər maşına çox yaxın olduğu üçün bir az irəli verib, yenidən düzgün park etmək istəyəndə həmin “TOYOTA” avtomaşınının sürücüsü buna imkan verməyib maşını irəli sürmüşdür. Bu vaxt Müşfiq sağ şüşəni aşağı salıb onun eşidə bilməsi üçün bir qədər yüksək səslə yenə də bildirmişdir ki, bir az səbirli olsun. “TOYOTA”-nın sürücüsü isə bunun qarşılığında yüksək tonla “çəkil əəə qabağımdan, tələsirəm” demişdir. Müşfiq maşını park etdikdən sonra, həmin “TOYOTA” irəli sürüləndə, Müşfiq təşəkkür etmək mənasında ona siqnal vermişdir. “TOYOTA”-nın sürücüsü isə bunu təhqir kimi qəbul edib qarşıda saxlamış, əlini şüşədən çıxarıb onlara tərəf uzatmış və Müşfiqin ünvanına “əəə cındır, nə siqnal verirsən” deyib maşınından düşmüşdür. Bu zaman Müşfiq də maşından düşmüş və ona kobudluğu ilə bağlı iradını bildirmişdir. “TOYOTA”-nın sürücüsü yenə də Müşfiqi təhqir edərək, “cındır, nə siqnal verirsən” demişdir. Sonra o, özü də maşından enərək arada dava olmasın deyə, sağ əlini həmin sürücünün çiyninə qoymuş və ona problem yaratmamasını, çıxıb getməsini demişdir. “TOYOTA”-nın sürücüsü isə “cındırsız, adamı cırığa qoyub polisə verərsiz” demişdir. Müşfiq ona demişdir ki, hələ park etməmişdən əvvəl arxada gələndə də dirəmiş, sonra da imkan verməmişdir ki, park etsin. İndi də təşəkkür olaraq siqnal verəndə pis qəbul edir. Arada bir nəfər onları aralamağa çalışmışdır. Sonra “TOYOTA”-nın sürücüsü artıq ailə-nəsil söyüşü söymüş və maşına əyləşmək istəyəndə, Müşfiq əsəblərini idarə edə bilməyib ona yüngül bir yumruq zərbəsi vurmuşdur. Həmin adını sonradan bildiyi sürücü - Zərərçəkmiş şəxs Müşfiqin onu vurmasına cavab olaraq Müşfiqi vurmur, əksinə, o, onu vurmadığı halda, sağ əli ilə onun sol qaşının üstünə yumruq vurmuşdur. O, müğənnidir, səhnədə və el şənliklərində ifa elədiyi üçün, beyninə gələn o olmuşdur ki, ayağı ilə Anarı itələsin ki, Anar bir dava onu vurmasın. Sifətinin xəsarət almasından ehtiyat edib bir addım geri çəkilmişdir. Sonra Anar onun üstünə gələndə ayağının altını irəli verib onu geri itələmişdir, ona ayağı yavaş şəkildə toxunmuşdur. Lakin Anar ağır cüssəsi ilə üstünə gəldiyi üçün ayağı onu saxlamamış və yenə də zərbə almamaq üçün sol əli ilə onu sifətindən geri itələmişdir. Anar qızışdığı üçün Müşfiq irəli gəlmişdir ki, ona zərbə dəyməsin. Həmin vaxt ondan bir qədər qabaqda olan Anarı rahatca vurmaq imkanı olduğu halda, o, bunu etməmiş, yalnız özünü müdafiə etmiş, heç bir qaydanı pozmamış, Anarı vurmamış və söyməmişdir, həm də heç nə olmadan və əlində təyyarə bileti olan bir şəxs kimi reysə tələsdiyi vaxt niyə də onu söyməli imiş. Əksinə, Anar və Müşfiq arasında baş vermiş mübahisənin daha tez başa çatmasını istəmişdir, çünki o, özü də həmişə davadan qaçır. Anar və Müşfiq bir-birinə qarşılıqlı bir neçə zərbə vurduqdan sonra ətrafda olanlar aranı sakitləşdirmişlər. Həmin vaxt o, böyük xəsarət almışdır, hələ də baş ağrıları var. Anara “halallaşaq, gedin” demişdir. Anar maşınına minib getmiş, bu zaman polis əməkdaşları oraya gəlmişlər. Anar polis əməkdaşlarının gəlməsini gördükdə maşınını bir qədər irəlidə saxlayıb yenidən oraya qayıtmışdır. Həmin vaxt polislər Anara dəfələrlə sakitləşməsini demiş, lakin Anar sakitləşməyərək müqavimət göstərdiyindən, onlar onun kəmərindən tutub aparanda polislərə erməni demişdir. Polis işçiləri ona şahid qismində Polis İdarəsində ifadə verməsini demişlər, o da könüllü olaraq onların maşınına oturmuşdur. Polis İdarəsinə girəndə Anar orada qışqırırmış ki, onu döyürlər. Hava Limanının son qeydiyyatına düşmək üçün tez izahatını yazmışdır, lakin onun getdiyi gedişgəliş təyyarə bileti ləğv olunmuş, sonradan öz pulu ilə təyyarə bileti almış və bununla büdcəsinə ziyan dəymişdir. Gözündə qaraltı da olmuşdur, qrim çəkib Belarusiyada səhnəyə çıxmışdır. Dava-dalaş zamanı Anarın sağ əlinin daraq sümüyünün sınması ilə nəticələnən az ağır dərəcəli xəsarət alması barədə heç nə deyə bilməz, çünki nə o, nə də Müşfiq ona belə bir xəsarət yetirməmişdir. Ola bilər ki, dava-dalaş zamanı Anarın əli harasa dəyib xəsarət almışdır. Himayəsində bir azyaşlı uşağı vardır, özünü təqsirli bilmir, ona görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, özünü Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilir və hesab edir ki, ona CM-nin 221.2.1-ci maddəsi ilə ittiham düzgün verilməmişdir və həmin ittihamda özünü təqsirli bilmir, lakin zərərçəkmiş şəxsi vurduğuna görə özünü təqsirli bilir. Belə ki, xx xxxxxxx 2019-cu il tarixdə dostu Təqsirləndirilən şəxs2 Belarusiyanın Minsk şəhərinə yola salmaq üçün özünə məxsus olan “Opel Astra” **-DK-*** dövlət nömrə nişanlı avtomaşınla X9 Hava limanına gətirmişdir. Hava limanındakı avtodayanacaqda maşınını cərgəyə verən zaman arxasında dayanan “TOYOTA” markalı avtomaşının sürücüsü cərgəyə girmək üçün ona yol verməmişdir. Ona görə də maşından enib ondan xahiş etmişdir ki, bir az geri versin ki, o, maşınını geri verib cərgəyə salsın. Sonra “TOYOTA” bir az arxaya verilmiş və o, cərgəyə girmişdir. Lakin cərgədə yanında dayanmış maşına çox yaxın olduğu üçün bir az irəli verib, yenidən düzgün park etmək istəyəndə həmin “TOYOTA” avtomaşınının sürücüsü buna imkan verməyib irəli sürmüşdür. Bu vaxt o, sağ şüşəni aşağı salıb onun eşidə biləcəyi dərəcədə səslə ona yenə də bildirmişdir ki, bir az səbirli olsun. “TOYOTA”-nın sürücüsü isə bunun qarşılığında yüksək tonla “çəkil əəə qabağımdan, tələsirəm” demişdir. Maşını park etdikdən sonra “TOYOTA” irəli sürüləndə, o, yenə də insanlığını göstərib təşəkkür mənasında ona siqnal vermişdir. “TOYOTA”-nın sürücüsü isə bunu təhqir kimi qəbul edib qarşısında saxlamış, əlini şüşədən çıxarıb onlara tərəf uzatmış və onun ünvanına “əəə cındır, nə siqnal verirsən” deyib maşınından düşmüşdür. Bu zaman o, maşından enib ona iradını bildirmişdir ki, nə istəyir, niyə təhqir edir. Həmin sürücü yenə də onu təhqir edərək, “cındır, nə siqnal verirsən” demişdir. Sonra Elnar da maşından enərək ona bildirmişdir ki, problem yaratmasın, çıxıb getsin. “TOYOTA”-nın sürücüsü isə “cındırsız, adamı cırığa qoyub polisə verərsiz” demişdir. Sonra ona bildirmişdir ki, hələ park etməmişdən əvvəl arxasınca gələndə də dirəmiş, park etməyə də imkan verməmişdir. İndi də təşəkkür olaraq siqnal verəndə pis qəbul edir. Arada bir nəfər onların mübahisəsini aralamağa çalışmışdır. Sonra “TOYOTA”-nın sürücüsü artıq ailə-nəsil söyüşü söymüş və maşına əyləşmək istəyəndə, əsəblərini idarə edə bilməyib ona yüngül bir yumruq zərbəsi vurmaqla ara qarışmışdır. Çünki, həmin an ətrafda qadınlar olmuşdur. Onun əxlaq səviyyəsinə enib söyüşlə cavabını qaytara bilməmiş, ürəyini boşaltmaq və onlara qarşı nalayiq ifadələrini susdurmaq üçün onu vurmalı olmuşdur. “TOYOTA”-nın sürücüsü söyüş söyməsəydi, o da onu vurmazdı. Həmin vaxt ətrafda olan insanlar onları aralaşdırmışlar. “TOYOTA”-nın sürücüsünü - sonradan adını bildiyi Zərərçəkmiş şəxs o vurduğu halda, Anar heç bir səbəb olmadan Elnarı vurmuşdur. Elnar müğənnidir, səhnədə və el şənliklərində ifa elədiyi üçün, ayağı ilə Anarı itələmişdir ki, bir dava onu vurmasın, sifətinin xəsarət almasından ehtiyat edib bir addım geri çəkilmişdir. X17 üstünə gələndə Elnar ayağının altını irəli verib onu geri itələmişdir və həmin vaxt ayağı yavaş şəkildə Anara toxunmuşdur. Lakin Anar yenə Elnarın üstünə gəldiyi üçün Elnar yenə də zərbə almamaq üçün sol əli ilə onu sifətindən geri itələmişdir. Bu vaxt o, irəli çıxmışdır ki, Elnara zərbə dəyməsin. Elnarın ondan bir qədər qabaqda olan Anarı rahatca vurmaq imkanı olduğu halda, Anarı vurmamış və söyməmiş, yalnız özünü müdafiə etmiş və heç bir qaydanı pozmamış, təyyarəyə tələsdiyindən, onunla Anarın arasında baş vermiş mübahisənin tez başa çatmasını istəmişdir. Anar polislərə də müqavimət göstərmiş, polisin əlindən vurmuş, onlara erməni demişdir. Buna görə də polislər Anarın qolunu burub aparmışlar, Anar polislərdən şikayətçi olmuşdur. Anarın qardaşı gəlmiş və 102-yə zəng etmişdir. Sonra Anar onlardan şikayətçi olmuşdur. Anar maşınına gedərək yenidən oraya qayıtdıqda elə bilmişdir ki, o, maşından hər hansısa bir əşya götürüb onu vura bilər. Sonra polis əməkdaşları onlara yaxınlaşmış və onları Polis idarəsinə gətirmişlər. Dava-dalaş zamanı Anarın sağ əlinin daraq sümüyünün sınması ilə nəticələnən az ağır dərəcəli xəsarət alması barədə heç nə deyə bilməz. Nə o, nə də Elnar Anara belə bir xəsarət yetirməmişlər. Ola bilər ki, dava-dalaş zamanı Anarın əli harasa dəyib xəsarət almışdır. Adi anlaşılmazlıq nəticəsində belə bir hadisənin baş verməsini heç vaxt istəməmiş və bunun bu cür nəticələnə biləcəyini təsəvvür etməmişdir. Ona görə də ilk dəfə törətdiyi bu əməldən peşmançılıq çəkir. Zərərçəkmiş şəxslə barışıq əldə etməyə çox çalışmış, lakin buna nail ola bilməmişdir. Onun atası, sonra da həyat yoldaşı vəfat etmişdir, hazırda ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində bir azyaşlı uşağı vardır, onu təkbaşına böyüdür. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, müalicə almaq üçün xx xxxxxxxx 2019-cu il tarixdə Ukrayna Respublikasının Truskaveç şəhərinə getmişdir. Müalicəsini başa vurduqdan sonra xx xxxxxxx 2019-cu il tarixdə təyyarə ilə X9 Hava limanına uçub gəlmiş və artıq xx xxxxxxx 2019-cu il tarixdə saat təqribən 02:20 radələrində təyyarədən enmişdir. Hava limanının avtodayanacağında oranı tərk etmək üçün özünə məxsus “TOYOTA” markalı **-MK-*** dövlət nömrə nişanlı avtomaşınına əyləşmişdir. Maşını yaxınları əvvəlcədən dayanacağa gətirmiş, açarı da danışdıqları kimi arxa təkərin üstündəki yayın alt çaşkasına qoymuşlar. Avtodayanacaqda qarşısında “OPEL” markalı maşın dayanmış və sürücü maşını geriyə vermişdir. Ona görə maşını təqribən 2-3 metr arxaya vermişdir. Arxada da maşın olduğu üçün maşını saxlamışdır. “OPEL” cərgəyə girdikdən sonra o, tərpənəndə “OPEL” yenidən maşını irəli sürüb onu sol yanından sıxmış və keçməyinə mane olmuşdur. Məcbur qalıb təkrar maşını arxaya vermiş və həmin maşın cərgəyə girib saxlamışdır. Sürüb gedərkən həmin maşının qarşısından keçəndə sürücü onun üçün əlini siqnala qoyub saxlamışdır. O, sola çevrilib baxanda, həmin sürücü əlini qapının şüşəsindən çıxarıb “rədd ol” və yaxud da buna bənzər əl və sifət hərəkətləri etmişdir. Həmin vaxt o, əsəblərindən və sair müalicələr alıb yenicə qurtarmış vəziyyətdə evə tələsdiyi halda, həmçinin də dayanıb ona maşınını park etməyə şərait yaratdığı üçün, onun bu hərəkətini haqlı olaraq təhqir kimi qəbul etmişdir. Maşının pəncərəsindən ona səslə və əl işarəsi ilə “nə olub” sualını vermişdir. Sürücünün yanında əyləşmiş sərnişin də həmin hərəkətləri təkrarlamışdır. Bu zaman o, onların qarşısından artıq keçmiş, maşını saxlayıb yerə enmişdir. Həmin maşında olan, adlarını sonradan bildiyi sürücü Müşfiq və sərnişin Elnar maşından enərək ona tərəf gəlmişlər. Elnar bir neçə dəfə dəfə ardıcıl olaraq sağ əli ilə onun sol qoluna təzyiq edərək təkrar olunması mümkün olmayan “...... burdan” formasında söyüş söyərək onu ətrafdakı insanların arasında alçaltmışdır. O, yenə də əsəblərinə hakim kəsilmiş və sadəcə onlara iradını bildirmişdir. Buna baxmayaraq, sürücü Müşfiq də Elnara qoşularaq onu nalayiq formada, təkrar edə bilməycəyi söyüşlərlə söymüşdür. O, əsəblərinə hakim kəsilib özünü sakit apardıqca, onlar onun qorxduğunu zənn edib daha da aktiv hərəkətlərə başlamışlar. Hər ikisi əlləri ilə onu geriyə itələyib həm “sənin başına oyun açarıq, səni yer üzündən yox edərik, sən adam tutduransan”, həm də təkrar edə bilmədiyi “səni belə-belə edərik” kimi söyüş və hədələrə başlamışlar. Konkret olaraq sərnişin Elnar demişdir ki, “heç bilirsən mən kiməm, məni bütün Azərbaycan tanıyır”. Sonradan bilmişdir ki, o, müğənnidir. Sonra bir nəfər onların mübahisələrini sakitləşdirməyə çalışan şəxs aralarında olan vəziyyətdə çıxıb getmək üçün maşının qapısını açarkən onlardan sürücü Müşfiq gözləmədiyi halda onun sifətinin sol tərəfindən əli ilə zərbə endirmişdir. Əsəbləri artıq tab gətirməmiş və iki nəfərin ona qarşı olduğunu və alçaldığını görüb onların üzərinə getmiş, artıq nə etdiyini bilməmişdir. Bu halda onu ancaq alçaldılmış şəxsiyyətinin müdafiəsi maraqlandırmışdır. Onlardan hansının qarşısında olduğunu hiss etmədən, affekt vəziyyətdə özünü müdafiə etmək üçün zərbələr endirməyə çalışmışdır. Lakin zərbələri tutarlı alınmamış və əksinə, sonda sürücü Müşfiq sağ əli ilə onu yumruqla gözünün altına vurmuşdur. Sonradan həmin hissə qaralmışdır. Bu vaxt o, bədəninin müxtəlif yerlərindən zədə almışdır və burnundan qan açılmışdır. Hiss etmişdir ki, ağrıları vardır, getmək istəmişdir, çünki qalsaydı, daha böyük problem olacaqmış. Maşına əyləşib gedərkən güzgüdən görmüşdür ki, oraya polis əməkdaşları yaxınlaşmışlar. Ona görə maşını kənarda saxlayıb oraya qayıtmışdır. Məqsədi o olmuşdur ki, vəziyyəti polislər bilsin. Lakin utanaraq və bunun pis qələmə veriləcəyindən ehtiyat edərək birbaşa polisə yaxınlaşıb bu barədə bildirməmişdir. Onlara yaxınlaşıb “məni niyə təkləmisiniz, niyə vurursunuz” sözlərini elə tərzdə demişdir ki, polislər vəziyyəti anlasınlar. Balaca bir səs-küy yaranmış və polislər vəziyyətə görə onları Polis idarəsinə gətirmişlər. Yolda o, buna etiraz etmişdir, çünki maşınını işlək vəziyyətdə qoymuş, telefonu və 400 ABŞ dolları maşında qalmışdır. Həmin dava-dalaş zamanı bədəninin müxtəlif yerlərinə, həmçinin də əllərinə zərbələr dəymişdir. Əlləri ilə onların zərbələrinin qarşısını almağa çalışmışdır. Maşına əyləşəndən sonra əlində və sol üz hissəsində ağrılar hiss etmişdir və sonradan onlar kəskinləşmişdir. Qarışıqlıqda bilə bilməmişdir ki, onların hansının və hansı zərbəsi nəticəsində həmin sınıq xəsarətini almışdır. Həkim və ekspert müayinəsi nəticəsində məlum olmuşdur ki, sağ əlinin 3-cü daraq sümüyü sınmışdır. Təqsirləndirilən şəxslərlə barışmamışdır, onlardan şikayətçidir, buna görə də onlara törətdikləri əməllərəinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, xx xxxxxxx 2019cu il tarixdə tanışını yola salmaq üçün X9 Aeroportuna gəlmişdir. Onu yola saldıqdan sonra saat 02:35 radələrində dayanacaqdan avtomaşınıyla çıxan vaxt görmüşdür ki, qarşısında olan “TOYOTA” markalı avtomaşın dayanıb maşınların hərəkətini saxlamışdır, həmin vaxt arxada olan maşınlar siqnal verməyə başlamışlar. “Opel” markalı maşın park etmək istəmiş və anlaşılmazlıq baş vermişdir, “TOYOTA” markalı avtomaşın qabağa sürmüş, fikir verməmişdir, sonra mübahisə olunmasının səsi gəlməyə başlamış, musiqinin səsindən mübahisəni çox eşitməmişdir. Əvvəl Müşfiq maşından düşmüş, sonra maşındakı ikinci şəxs də düşmüş, çox kobud, təhqiredici, alçaldıcı sözlər demiş, bundan sonra mübahisə düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 proses iştirakçılarının suallarına cavab verərək göstərdi ki, hadisə zamanı birinci Elnar Anarı vurmuş və söyüş işlətmişdir, bu barədə videogörüntü də vardır, Anarın vurulduğunu görmüş, davadan kənara çəkilmiş, sonra nə olduğunu, başqa şəxsin vurduğunu görməmişdir. Sonradan Elnarın “Space” kanalında gedən verlişlərin birində ona şər ataraq onu yalançı şahid adlandırmasını eşitmiş, buna görə bu formada ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 Şahid1 ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri arasında ziddiyyət olduğunu göstərib şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan edilməsi barədə verdiyi vəsatəti əsasında həmin ifadə elan olunmuş və müəyyən edilmişdir ki, həmin ifadəsində şahid göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə tanışını yola salmaq üçün X9 Aeroportuna gəlmişdir. Onu yola saldıqdan sonra saat 02:35 radələrində dayanacaqdan avtomaşınıyla çıxan vaxt görmüşdür ki, qarşısında olan “TOYOTA” markalı avtomaşın dayanıb hərəkəti saxlamışdır. Arxada olan maşınlar siqnal verməyə başlamışlar. Onlar görməsə də, o, görmüşdür ki, “TOYOTA” qaşısındakı park olunmaq istəyən “OPEL” markalı avtomaşını gözləyir. “OPEL” bir qədər gec park etdikdən sonra “TOYOTA” bir neçə metr hərəkət edib dayanmış və sürücü yerə enmişdir. “OPEL”-də olan sürücü və sərnişin də düşmüş, bununla da mübahisə başlamışdır. Onların mübahisəsinin davaya çevrilməsindən ehtiyat edərək, həm də belə vəziyyətdə yolu bağlamış olduqlarına görə düşüb onları sakitləşdirməyə çalışmışdır. Eyni zamanda “TOYOTA”-nın sürücüsündən xahiş etmişdir ki, yolu boşaltsın. Həmin vaxt “TOYOTA”-nın sürücüsü onlara iradını bildirmişdir ki, dayanıb onların park olunmasına şərait yaratmışdır, nəyə görə onlar ona qarşı kobudluq edirlər. “OPEL”-in sürücü və sərnişini isə əksinə olaraq guya “TOYOTA”-nın onların park olunmasına maneçilik yaratdığını bildirirmişlər. Eyni zamanda onlar yüksək tonla olmasa da “qanmaz” və sair bu kimi sözlərlə bir-birini təhqir edirdilər. Mübahisə onun köməkliyilə sakitləşəndən sonra “TOYOTA”-nın sürücüsü maşınına oturmaq istəyərkən “OPEL”-in sürücüsü yenə də onu təhqir etmiş, “TOYOTA”-nın sürücüsü ona “özünsən” cavabını qaytarmışdır. Bu vaxt “OPEL”-in sürücüsü qəflətən “TOYOTA”-nın sürücüsünün sifətinin sağ tərəfinə sol əli ilə zərbə endirmiş və bununla da dava-dalaş düşmüşdür. O, zərbə alacağından ehtiyat edərək geri çəkilmişdir. Dava bir neçə saniyə çəkmişdir. Ətrafda olanlar onları sakitləşdirmişlər. Sonra “TOYOTA” irəli sürüb yolu boşaltmış və o, oradan getmişdir. “TOYOTA”-nın sürücüsünün sağ əlinin daraq sümüyünün sınması barədə dəqiq heç nə deyə bilməz. Onlar əlbəyaxa olmuşlar, heç birinin əlində hər hansı küt alət və yaxud silah olmamışdır. Mübahisə zamanı onların hər hansı birinin yüksək tonla söyüş və yaxud nalayiq ifadələr işlətməsini eşitməmişdir. Maşından düşənədək belə söyüş işlədilməsini deyə bilmir. Çünki onlar yavaş danışmışlar. Amma düşüb onlara yaxınlaşandan sonra onların belə bir yüksək tonla söyüş və yaxud nalayiq ifadələr işlətməsini eşitməmişdir. Onlar zəif sürücü kimi bir-birini təhqir etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra o, proses iştirakçılarının suallarına cavab verərək göstərdi ki, Elnar sağ əli ilə Anarı vurmuşdur, o, dönüb getmişdir, Müşfiqin Anarı vurduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Hava NPİ İTŞ-nin polis nəfəri Şahid2 Srac oğlu göstərdi ki, tərtib olunmuş qrafikə əsasən xx xxxxxxx 2019-cu il tarixdə gecə növbədə olmuşdur. Həmin gün saat təqribən 02:45 radələrində X9 Hava Limanının yeni terminalının qarşısındakı avtodayanacaqda polis serjantı Şahid3la gəzişərək xidmət aparan zaman, dayanacağın T1 terminalının qarşısı tərəfdə təxminən 200 metr uzaqlıqdan yüksək tonla mübahisə səsləri eşitmişlər. Onlardan əvvəl mübahisə olmuşdur. Əvvəl zərərçəkmiş şəxs ağ maşina minmişdir, ona görə də elə bilmişdir ki, o, qaçır. Məsafə uzaq olduğundan konkret kimin-kimi vurduğunu görməmişdir, söyüşü eşitmiş, ancaq vurduqlarını görməmişdir. Anarın gözünün altı göyəribmiş, o, onu Polis İdarəsinə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Srac oğlu proses iştirakçılarının suallarına cavab verərək göstərdi ki, hər iki təqsirləndiridən şəxsi hadisə vaxtı tanımışdır, xidmət aparan zaman ucadan gələn səsə getmişdir. Onlardan əvvəl mübahisə olmuşdu. Əvvəl zərərçəkmiş şəxs ağ maşina minmiş, o da əvvəl elə bilmişdir ki, o, qaçır. Onlar oraya gələndə dava-dalaş qurtarmışdır. Anar Müşfiqə yaxınlaşaraq soruşmuşdur ki, niyə vurursan, ba zaman yenə dava düşmüşdür. Anarın gözünün altında göy olmuşdur. Elnargil Anarı söymüşlər, Anar isə söyüş söyməmişdir. Anar polis əməkdaşlarına müqavimət göstərməmiş, onlar da ona qarşı müqavimət göstərməmişlər. Anar onların yanında heç yerə zəng etməmişdir, onlar telefonları alırlar. Anarın yanında telefonun olub-olmadığını bilmir, Polis idarəsinə yaxınlaşanda Anar demişdir ki, telefonu maşında qalmışdır. Orada kamera olduğuna görə Anara bildirmişdir ki, narahat olmasın. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 Şahid2 Srac oğlunun ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri arasında ziddiyyət olduğunu göstərib şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan edilməsi barədə verdiyi vəsatəti əsasında həmin ifadə elan olunmuş və müəyyən edilmişdir ki, həmin ifadəsində şahid göstərmişdir ki, tərtib olunmuş qrafikə əsasən xx xxxxxxx 2019-cu il tarixdə gecə növbədə olmuşdur. Həmin gün saat təqribən 02:45 radələrində X9 Hava Limanının yeni terminalının qarşısındakı avtodayanacaqda polis serjantı Şahid3la gəzişərək xidmət aparan zaman, dayanacağın T1 terminalının qarşısı tərəfdə uzaqdan yüksək tonla mübahisə səsləri eşitmişlər. Maşınların arasından həmin tərəfə boylanıb baxanda orada, yəni birinci yolda insanların və maşınların dayanmasını görmüşlər. Yüksək tonla mübahisə, hədə və söyüş səsləri eşidilmişdir. Görmüşlər ki, orada artıq dava-dalaş düşüb, iki nəfər bir nəfəri təkləyib dalaşırlar. Dərhal yüyürərək oraya yaxınlaşdıqda məlum olmuşdur ki, oradakı şəxsiyyətlərini tanımadıqları, uçüşa gedən və onu yola salan iki nəfər birlikdə başqa bir nəfərlə dalaşmışlar. Həmin bir nəfər onlar oraya çatana kimi ağ rəngli maşına əyləşib sürmüşdür. Bu vaxt o, istəmişdir ki, ratsiya ilə turniketdəki posta məlumat versin və həmin maşın orada saxlanılsın. Elə bu vaxt bir nəfər oraya yaxınlaşıb, həmin iki nəfərə “məni niyə vurdunuz” deyə mübahisə etməyə başlamışdır. Məlum olmuşdur ki, o, maşına əyləşib sürən həmin bir nəfərdir, irəlidə maşınını saxlayıb ki, yol açılsın. Çünki dayanacaqda təqribən 4-5 dəqiqə tıxac yaranmışdır. Həmin şəxs onları görüb oraya yenidən yaxınlaşmışdır ki, hər şey məlum olsun. Onlar həmin şəxslərin mübahisəsinə imkan verməmiş və Polis idarəsinə gətirmişlər. Sonra məlum olmuşdur ki, uçuşa gedən Təqsirləndirilən şəxs2 və onu yola salan tanışı Təqsirləndirilən şəxs1, dava-dalaşın digər iştirakçısı isə uçub gəlmiş Zərərçəkmiş şəxsdur. Avtodayanacaqda Zərərçəkmiş şəxs getmək istəyərkən, Təqsirləndirilən şəxs2 və onu yola salan tanışı Təqsirləndirilən şəxs1 maşını park etmək istəyərkən aralarında mübahisə baş vermiş, davaya çevrilmişdir. Zərərçəkmiş şəxs sol gözünün altı qaralmış olmuşdur. O, Təqsirləndirilən şəxs2 demişdir ki, nəyə görə onu vurub bu hala salmışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə cavabında ona yüksək tonla “sənə bu da azdı, sən cındırsan, adamın üzünə durub tutdurarsan” deyə cavab verirmişlər. Həmin şəxslər mübahisə edərkən səslərini eşidəndə hədə formasında söyüşlər səslənmişdir. Həmin söyüşü təkrar edə bilmir. Aydın olmuşdur ki, iki nəfərin sən deyə səslənməsinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin söyüş və hədələri Zərərçəkmiş şəxs qarşı demişdir. Sonradan onlar idarəyə gətirilərkən bir-birini ittiham etmişlər ki, guya kimdə günah olmasını aydınlaşdırsınlar. Həmin vaxt Zərərçəkmiş şəxs maşınının orada qalmasına etiraz etdikdə, ona bildirmişlər ki, dayanacaq kamera nəzarətindədir, maşına dəyən olmaz. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Srac oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra o, proses iştirakçılarının suallarına cavab verərək göstərdi ki, onlar oraya gələndə artıq dava-dalaş düşmüşdü. Məsafə uzaq olmuşdur. Konkret bilməmişdir, kimin-kimi vurduğunu görməmişdir, söyüşü eşidirmiş, ancaq vurduqlarını görməmişdir. Onlardan əvvəl dava-dalaşları olmuşdu, Anarın gözünün altı göy olmuşdur. O, Anarı Polis idarəsinə aparmışdır, hamını isə birdən apara bilməzdi, bunun üçün onlara icazə yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Hava NPİ İTŞ-nin polis nəfəri Şahid3 göstərdi ki, gecə növbəsində xidmətdə olarkən iki nəfərlə bir nəfərin mübahisəsini, sərnişinlərin oraya yığıldıqlarını görmüşlər. Onlar oraya yaxınlaşanda bir nəfər maşina minib getmiş, ona görə də ratsiya vasitəsilə Hava Limanının qapısına xəbər etmişlər ki, onu buraxmasınlar. Maşın irəli gedib dayanmışdır. Əl zərbələri görmüşlər, iki nəfərin bir nəfəri vurduğu görünürmüş, ancaq yanlarında vurulmamışdır. Təhqiredici ifadələr işlədilmişdir. Uzaq olduğuna görə çox səs gəlməmişdir. Onun yanında təhqiramiz sözlər işlədilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 Şahid3 ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri arasında ziddiyyət olduğunu göstərib şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan edilməsi barədə verdiyi vəsatəti əsasında həmin ifadə elan olunmuş və müəyyən edilmişdir ki, o da oxşar, eyni məzmunlu ifadə verərək Şahid2 Srac oğlunun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən X14 göstərdi ki, jurnalist kimi fəaliyyət göstərir, tanışı Yaqubov Hafiz tanışları olan Təqsirləndirilən şəxs2la bir yerdə işləyir, şou proqramlara birlikdə gedirlər. Həmin gün Hafizlə Hava limanına bir qədər tez getmişlər, orada oturub yemək yeyəndən sonra Hafiz həyətə getmişdir ki, bir az gəzsin. Həyətdə təxminən 15-20 metr məsafədən görmüşlər ki, Elnar ilə zərərçəkmiş şəxs bir-biriləri ilə mübahisə edirlər. Bir nəfər yaxınlaşıb Elnarı əli ilə vurmuş, Elnar da ayağı ilə onu sadəcə itələmişdir. Elnarı polis aparmışdır. Hafiz ona yaxınlaşmış, Elnar demişdir ki, heç nədən işə düşdük. Elnar Belarusiyadan qayıdandan sonra yenə onunla görüşmüşlər, onun üzü göy olmuş, demişdir ki, orada səhnəyə çıxanda qrim etmişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən X10 göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə tədbirdən çıxıb evə gedirmişlər, o, aeroporta getməli imiş, Belarusiyaya gedəcəkmiş. Dostu Ayaz ona onlarda qalmasını demiş, səhər aeroporta gəlmişdir. Əməliyyat olunduğu üçün vaxtında yemək yeməlidir. Aeroportda yemək yemiş, sonra ürəyi bulanmış və həyətə gəzməyə çıxmışdır. Elnara zəng etmiş, o, ona maşını park etdiklərini demişdir. Təxminən 15-20 metr məsafədən o, Elnarın səsini eşitmiş, Ayaz onu oraya yaxınlaşmağa qoymamışdır, çünki onu da vurardılar. Qarşı tərəf söyüş söymüş, bundan sonra sürücü zərərçəkmiş şəxsi vurmuş, zərərçəkmiş şəxs isə Elnarı vurmuşdur. Həmin vaxt Elnar zərərçəkmiş şəxsi ayağı ilə sadəcə itələmişdir. Polis Elnarı aparanda Elnar demişdir ki, “çıxıb gedəsi olmadım”. Məhkəmə iclasında hadisənin videogörüntüsünə baxış keçirilərək müəyyən edildi ki, xx xxxxxxx 2019-cu il tarixdə, saat 02:35 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “OPEL” markalı avtomaşını park etmək istəyir. Təqsirləndirilən şəxs1 idarə etdiyi maşından düşüb Zərərçəkmiş şəxs əl ilə işarə edərək maşınını geri verməsini xahiş edir. Zərərçəkmiş şəxs idarə etdiyi “TOYOTA” markalı avtomaşınını geri verib ona park etməyə şərait yaradır, lakin onun arxasında digər avtomaşınlar dayandığı üçün, o, çox geriyə verə bilmir. Bu vaxt maşınların arasında dayanmış başı görsənən bir nəfər ona maşını bir az da geri verməyə baxıb köməklik edir. “OPEL” arxaya hərəkət edib dönməklə cərgəyə girmək istəyir, lakin birbaşa cərgəyə girə bilmədiyi üçün irəli-geri hərəkət edib cərgəyə girir. Bundan sonra “TOYOTA” onun qarşısından keçib dayanır, sürücü Zərərçəkmiş şəxs “OPEL”-i idarə edən Təqsirləndirilən şəxs1 iradını bildirir, Təqsirləndirilən şəxs1 da ona irad bildirir. Onların hər ikisi maşından enir və yaxınlaşıb üzbəüz dayanırlar. “OPEL”-in sərnişini Təqsirləndirilən şəxs2 da maşından enir, əl hərəkətləri edərək Zərərçəkmiş şəxs yaxınlaşır və sağ əli ilə onun sol çiyninə bir neçə dəfə toxunaraq nəsə deyir. Bu zaman mübahisə yaranır və “TOYOTA”-nın arxasında dayanmış “MİTSUBİHSİ İO” markalı avtomaşının sürücüsü düşüb onların mübahisəsini aralaşdırmağa çalışır. Zərərçəkmiş şəxs ayaq üstə dayanmışdır, sağ əli şalvarının cibindədir, Təqsirləndirilən şəxs2 isə yenə də sağ əlini Zərərçəkmiş şəxs sol çiyninə qoyaraq nə isə deyir. Zərərçəkmiş şəxs sol əli ilə onun əlini geri itələyir. Bu vaxt “MİTSUBİHSİ İO” markalı avtomaşının sürücüsü onların arasına girərək Zərərçəkmiş şəxs maşınına əyləşdirir, Təqsirləndirilən şəxs1 qəflətən sol əli ilə Zərərçəkmiş şəxs sağ tərəfinə zərbə endirib geri çəkilir və dava-dalaş düşür. Zərərçəkmiş şəxs birinci qarşısında dayanan Təqsirləndirilən şəxs2 əli ilə zərbə endirir, Təqsirləndirilən şəxs2 sifətinin xəsarət almasından ehtiyat edib bir addım geri çəkilir. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 üstünə gedib əli ilə ona zərbə endirir, sonra da Təqsirləndirilən şəxs2 üstünə gəlir, Təqsirləndirilən şəxs2 ayağının altını irəli verib onu geri itələyir, ayağı yavaş şəkildə ona toxunur, ayağı Zərərçəkmiş şəxs saxlamır və yenə də zərbə almamaq üçün sol əli ilə Zərərçəkmiş şəxs sifətindən geri itələyir. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 da Zərərçəkmiş şəxs əl və ayaq zərbələri endirir. Bu vaxt ətrafa insanlar toplaşır, həmçinin onların yanından bir kişi və bir neçə nəfər qadın keçir. Sonra Zərərçəkmiş şəxs maşınına əyləşib sürüb irəlidə saxlayır və düşüb yenidən onlara yaxınlaşır, artıq oraya gəlmiş polis əməkdaşları onu oradan aparırlar. İş materiallarından görünür ki, ilkin araşdırma zamanı, həmçinin cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində məhkəmətibbi ekspertiza təyin edilmiş, lakin onlar ərizə ilə müraciət edərək heç bir xəsarət almadıqlarını bildirib ekspertizadan keçməkdən imtina etmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 1287 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində – sol üst göz qapağının, sol gözaltı nahiyənin qançırları, sol gözün ağlı qişasının qansızması, sağ əlin İİİ daraq sümüyünün yerdəyişməyən sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə tibb müayinəsindən 1 günədək əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxxx 2019-cu il tarixə və şəraitə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR dərəcəli zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş komisyon məhkəmə-tibbi ekspertizasına əsasən, Məhkəmə-Tibbi Ekspertiza və X11 Təcrübi və Tədris Birliyinin 19/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs sol göz ətrafında qançır, ağlı qişaya qansızma, sağ əlin İİİ barmağında çəp sınığı olmuşdur. Qeyd edilən xəsarətlər küt əşya (əşyalar) tərəfindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx xxxxxxx 2019-cu ilə uyğun gəlir, sol göz ətrafının qançırı və ağlı qişaya qansızma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığın yüngül, sağ əlin İİİ daraq sümüyünün qapalı çəp sınığı isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Sağ əlin İİİ daraq sümüyünün sınığı həkim travmatoloq tərəfindən repozisiya olunduğundan ekspert tərəfindən düzgün olaraq yerdəyişməyən kimi qiymətləndirilmiş və həmin sınıq CD disk görüntülərində müəyyən edildiyi kimi, həmin əllə digər şəxsin baş nahiyəsinə yetirilən zərbə nəticəsində yaranmasına daha çox uyğun gəlir. İş materiallarında olan üzləşdirmə protokollarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs istintaq zamanı vermiş olduqları ifadələrini üzləşdirmə zamanı bir-birinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağı vardır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağı vardır. İş materiallarında olan Gəncə MKTİB 8 saylı MİS tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixə qədər Gəncə şəhəri Dədə Qorqud küçəsi ev 23 mənzi 30-da yaşamış və həmin dövrdə onun barəsində 8 saylı MİS-ə nə yazılı, nə də şifahi surətdə şikayət daxil olmamışdır. İş materiallarında olan Bakı Qarnizonu MİH-in 4 saylı MİS tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayır və onun barəsində 4 saylı MİS-ə nə yazılı, nə də şifahi surətdə şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2019-cu il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2019-cu il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, Təqsirləndirilən şəxs2 özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin və ittiham tərəfinin şahidlərinin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş şəxslərin ifadələri əsasında Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etməsi sübuta yetirilmir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 göstərdi ki, hadisə vaxtı Zərərçəkmiş şəxs artıq ailə-nəsil söyüşü söymüş və maşına əyləşmək istəyəndə, Müşfiq əsəblərini idarə edə bilməyib ona yüngül bir yumruq zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs1 onu vurmasına cavab olaraq Müşfiqi vurmur, o, onu vurmadığı halda, sağ əli ilə onun sol qaşının üstünə yumruq vurmuşdur. O, müğənnidir, səhnədə və el şənliklərində ifa elədiyi üçün, beyninə gələn o olmuşdur ki, ayağı ilə Anarı itələsin ki, bir dava onu vurmasın, sifətinin xəsarət almasından ehtiyat edib bir addım geri çəkilmişdir. Sonra Anar onun üstünə gələndə ayağının altını irəli verib onu geri itələmişdir, ona ayağı yavaş şəkildə toxunmuşdur. Lakin Anar ağır cüssəsi ilə üstünə gəldiyi üçün ayağı onu saxlamamış və yenə də zərbə almamaq üçün sol əli ilə onu sifətindən geri itələmişdir. Anar qızışdığı üçün Müşfiq irəli gəlmişdir ki, ona zərbə dəyməsin. Ondan bir qədər qabaqda olan Anarı rahatca vurmaq imkanı olduğu halda, o, yalnız özünü müdafiə etmiş, heç bir qaydanı pozmamış, Anarı vurmamış və söyməmişdir, həm də heç nə olmadan və əlində təyyarə bileti olan bir şəxs kimi reysə tələsdiyi vaxt niyə də onu söyməli imiş. Əksinə, Anar və Müşfiq arasında baş vermiş mübahisənin daha tez başa çatmasını istəmişdir, çünki o, özü də həmişə davadan qaçır. Anar və Müşfiq bir-birinə qarşılıqlı bir neçə zərbə vurduqdan sonra ətrafda olanlar aranı sakitləşdirmişlər. Həmin vaxt o, böyük xəsarət almışdır, hələ də baş ağrıları var. Bundan başqa, məhkəmə iclasında hadisənin videogörüntüsünə baxış keçirilərək müəyyən edildi ki, hadisə vaxtı hər iki sürücü maşından enir və yaxınlaşıb üzbəüz dayanırlar. “OPEL”-in sərnişini Təqsirləndirilən şəxs2 da maşından enir, əl hərəkətləri edərək Zərərçəkmiş şəxs yaxınlaşır və sağ əli ilə onun sol çiyninə bir neçə dəfə toxunaraq nəsə deyir. Bununla da mübahisə yaranır. Bu vaxt “TOYOTA”-nın arxasında dayanmış “MİTSUBİHSİ İO” markalı avtomaşının sürücüsü düşüb onların mübahisəsini aralaşdırmağa çalışır. Zərərçəkmiş şəxs ayaq üstə dayanmışdır, sağ əli şalvarının cibindədir, Təqsirləndirilən şəxs2 isə yenə də sağ əlini Zərərçəkmiş şəxs sol çiyninə qoyaraq nə isə deyir. Zərərçəkmiş şəxs sol əli ilə onun əlini geri itələyir. Bu vaxt “MİTSUBİHSİ İO” markalı avtomaşının sürücüsü onların arasına girərək Zərərçəkmiş şəxs maşınına əyləşdirir, Təqsirləndirilən şəxs1 qəflətən sol əli ilə Zərərçəkmiş şəxs sağ tərəfinə zərbə endirib geri çəkilir və dava-dalaş düşür. Zərərçəkmiş şəxs birinci qarşısında dayanan Təqsirləndirilən şəxs2 əli ilə zərbə endirir, Təqsirləndirilən şəxs2 sifətinin xəsarət almasından ehtiyat edib bir addım geri çəkilir. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 üstünə gedib əli ilə ona zərbə endirir, sonra da Təqsirləndirilən şəxs2 üstünə gəlir, Təqsirləndirilən şəxs2 ayağının altını irəli verib onu geri itələyir, ona ayağı yavaş şəkildə toxunur, ayağı Zərərçəkmiş şəxs saxlamır və yenə də zərbə almamaq üçün sol əli ilə Zərərçəkmiş şəxs sifətindən geri itələyir. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 da Zərərçəkmiş şəxs əl və ayaq zərbələri endirir. Həmin videogörüntüdən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs vurması və onu söyməsi görünmür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 bir neçə dəfə dəfə ardıcıl olaraq sağ əli ilə onun sol qoluna təzyiq edərək təkrar olunması mümkün olmayan “...... burdan” formasında söyüş söyərək onu ətrafdakı insanların arasında alçaltmasını göstərmiş, lakin Təqsirləndirilən şəxs2 onu vurması və söyməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 göstərmişdir ki, hadisə zamanı o, özü də maşından enərək arada dava olmasın deyə, sağ əlini Zərərçəkmiş şəxs çiyninə qoymuş və ona problem yaratmamasını, çıxıb getməsini demişdir. Məhkəmə qeyd edir ki, videogörüntüdən də göründüyü kimi, hadisə vaxtı Təqsirləndirilən şəxs2 ondan bir qədər qabaqda olan Zərərçəkmiş şəxs rahatca vurmaq imkanı olduğu halda, o, bunu etmir, ayağı ilə zərərçəkmiş şəxsi itələyərək zərbədən qaçmaq istəyir, daha sonra isə ümumiyyətlə oradan aralanır. Bundan sonra orada olan şəxsin onları aralamasına baxmayaraq, Zərərçəkmiş şəxs hərəkətlərini davam etdirir. Təqsirləndirilən şəxs2 sifətinin xəsarət almasından ehtiyat edib bir addım geri çəkilməklə və ayağının altını irəli verib Zərərçəkmiş şəxs geri itələməklə yalnız özünü müdafiə etmiş, heç bir qaydanı pozmamış, Zərərçəkmiş şəxs vurmamış və söyməmişdir. Göründüyü kimi, məhz Zərərçəkmiş şəxs qanunsuz hərəkətləri nəticəsində Təqsirləndirilən şəxs2 onu yalnız itələyir, yəni, əvvəlcədən onu vurmur, ona hər hansı xəsarət yetirmir. Məhkəmə onu da qeyd edir ki, ittiham tərəfindən müəyyən edilərək dindirilmiş şahidlərin ifadələri də kifayət qədər ziddiyyətlidir. Belə ki, məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş polis əməkdaşı Şahid2 göstərmişdir ki, təxminən 200 metr məsafədən təqsirləndirilən şəxslərin yüksək səslə zərərçəkmiş şəxsi söydüklərini eşidərək dərhal oraya gəlmişlər. Əvvəla, 200 metr məsafədən hər hansı səsi eşitmək və obyektləri dəqiq görmək inandırıcı deyil, ikincisi, həmin məsafədən polis əməkdaşının mübahisə edənlərin kimliyini, həmin vaxt gələcəkdə kimin zərərçəkən və kimin təqsirləndirilən şəxs olacaqlarını bilməsi, onları səslə yadında saxlaması mümkün deyildir. Digər tərəfdən, videogörüntüdən də görünür ki, mübahisədən kifayət qədər vaxt keçdikdən sonra polis əməkdaşları hadisə yerinə yaxınlaşır və məhz iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxsi harayasa məcburi şəkildə aparırlar. Bundan başqa, Şahid2 ifadə verdikdən sonra məhkəmə zalına gələn digər şahid, polis əməkdaşı Şahid3 isə onun tam əksinə ifadə verərək bildirmişdir ki, o, heç bir hadisəni görməmiş və heç bir söyüş eşitməmişdir, adamların toplaşdığını görərək hadisə yerinə gəlmişlər. Məhkəmə iclasında Şahid1 isə ümumiyyətlə məhkəmədə verdiyi ifadəsində istintaq zamanı verdiyi ifadəsini təkzib edərək tamamilə başqa ifadə vermişdir. Halbuki, o hadisə baş verən zaman bilavasitə Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs aralayan şəxs olmuşdur. O, isintaq orqanına vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs1 ilk olaraq Zərərçəkmiş şəxs vurmasını bildirsə də, məhkəmə istintaqı zamanı məhz Təqsirləndirilən şəxs2 ilk olaraq Zərərçəkmiş şəxs vurmasını və kobud söyüşlərlə sonuncunu söydüyünü bildirmişdir. Halbuki, istintaq vaxtı Təqsirləndirilən şəxs2 hər hansı söyüş söymədiyini göstərmişdir. Lakin, zərərçəkmiş şəxsdən fərqli olaraq məhkəmə baxışında niyə görə bu cür ifadə verdiyinin səbəbini göstərib demişdir ki, Təqsirləndirilən şəxs2 “Space” kanalında gedən verlişlərin birində guya ona şər ataraq onu yalançı şahid adlandırmış, o da buna görə məhkəmədə bu formada ifadə vermişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş və hadisə baş verən zaman orada olmuş X14 və X10 hadisəni təxminən 15-20 metr məsafədən gördüklərini, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs vurmadığını, söyüş söymədiyini, yalnız tərəfləri sakitləşdirməyi, nəticədə özünün də zərərçəkmiş şəxs tərəfindən döyüldüyünü qeyd etmişlər. Görünüdüyü kimi, ittiham tərəfinin təqdim etdiyi heç bir şahid məhkəmə baxışı zamanı qərəzsiz ifadə verməmiş, verdikləri ifadələr kifayət qədər şübhə yaratmışdır. Eyni zamanda istər iş materillarına əlavə edilmiş videogörüntüdən, istərsə də şahidlərin verdikləri ifadələrdən və digər sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs2 baş vermiş hadisədə hər hansı təqsiri olmamış, onun Təqsirləndirilən şəxs1la hadisəni törətməkdə heç bir əlbirliyi yaranmamışdır. Təqsirləndirilən şəxs1 avtomobili idarə etmiş, onunla digər sürücü arasında məhz avtomobilin idarə edilməsi ilə bağlı mübahisə yaranmış, sonradan münaqişəyə çevrilmişdir. Belə ki, videogörüntülərdən də görünür ki, Təqsirləndirilən şəxs2 yalnız baş vermiş hadisənin qarşısını alır və nəticədə özü də bədən xəsarətləri alır. İş üzrə toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs2 ona verilmiş ittihamda təqsirinin kifayət qədər olmasına bəs etmir. Yalnız iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 onu vurmasını və təhqir etməsini göstərir, lakin, nə videogörüntülərdə, nə də ki, iş üzrə dindirilmiş digər şahid ifadələrində bu hal öz təsdiqini tapmır. Yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli olmasına əsaslı şübhələr yaradır ki, ittiham tərəfi də bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Kolnstitusiyasının 63-cü maddəsinə, Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə və Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bu şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Ümumiyyətlə isə, ittiham tərəfi Təqsirləndirilən şəxs2 ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olmasını sübut edən, ziddiyyət yaratmadan işin hallarını birmənalı şəkildə təsdiq edən və heç bir şübhə yeri qoymadan birmənalı nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, bu cinayət əməli üzrə onun təqsirli olmasını sübut edə bilməmişdir. Halbuki, qanuna görə verilən ittihamı sübut etmək vəzifəsi ittiham tərəfnin üzərinə düşür. Bu xüsusda məhkəmə X12 Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) “X2rşı” iş üzrə qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, ibtidai istitntaq orqanının məhkəməyə təqdim etdiyi sübutlar şəxsin ittiham olunduğu əməldə təqsirli bilinməsinin müəyyən edilməsi üçün deyil, şəxsin məhkəməyə çıxarılması üçün əsas ola bilər. Azərbaycan Respublikası CPM-nin 349.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxx 2009cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayət tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası CPM-nin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. X13 Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır vəəldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. X13 Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir vəümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı”şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı”şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa Məhkəməsi “X3rşı” qərarında istintaqın natamamlığı və birtərəfli aparılmasına istinad edərək təqsirləndirilən şəxs haqqında çıxarılmış bəraət hökmünün yuxarı məhkəmə instansiyasında ləğv edilməsinə nail olan prokurorluq orqanlarının hərəkətləri ilə bağlı bildirmişdir ki, şikayətçinin işi üzrə “istintaqın natamam və birtərəfli olması və səhvən bəraətə gətirib çıxarması” haqqında bəyanat mahiyyət etibarilə– məhkəmə səhvləri olmadığı, səlahiyyətlərdən sui-istifadə edilmədiyi, maddi hüququn tətbiqində səhvlər olmadığı təqdirdə - məhkəmə araşdırmasında əhəmiyyətli pozuntunun mövcudluğunu göstərmir (“X1rşı”şikayətlə bağlı qərar). Əks təqdirdə istintaq orqanları tərəfindən ibtidai istintaqın lazımi səviyyədə keçirilməməsinin nəticələrinin yükü tamamilə şikayətçinin üzərinə qoyulardı və ən əhəmiyyətlisi odur ki, yalnız istintaq prosedurunda qüsurların və ya səhvlərin olması ilə bağlı təkcə mülahizə, onların kiçik vəəhəmiyyətsiz olduğundan asılı olmayaraq, ittiham orqanları üçün artıq baxılmış və yekun qərar çıxarılmış işlər üzrə icraatın təzələnməsi haqqında vəsatətlər verməklə səlahiyyətlərindən sui-istifadə üçün sərhədsiz imkanlar yaradardı. Bu prosedurdan sui-istifadə imkanının təhlükəli olması hazırkı şikayətə əsas olan işlər kimi işlərdə xüsusilə ciddidir, çünki ittiham tərəfi istintaqın qüsurlarını görərək və məhkəmədən həmin işin əlavə istintaq edilməsi üçün qaytarılması haqqında vəsatət vermək imkanına malik olduqları halda bu imkandan istifadə etməməyə üstünlük vermiş, bunun əvəzinə (kassasiya) nəzarət qaydasında hüquqi müdafiə vasitəsinə müraciət etmişlər. Bu işlə bağlı Avropa Məhkəməsi hesab etmişdir ki, dövlət hakimiyyət orqanlarının səhvləri və ya qüsurları təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Başqa sözlə, istintaq orqanlarının və ya hətta məhkəmələrin səhvləri ilə bağlı riskləri dövlət daşımalıdır və belə səhvlər maraqlı şəxsin (təqsirləndirilən şəxsin) hesabına aradan qaldırıla bilməz. Beləliklə, bu işdə Avropa Məhkəməsi hesab etmişdir ki, şikayətçinin işi üzrə bəraət hökmünün ləğv edilməsi məhkəmə səhvinin və ya ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yol verilən səhvin aradan qaldırılması məqsədini daşımamış, sadəcə, təkrar məhkəmə araşdırması və işin yenidən baxılması məqsədi üçün istifadə edilmişdir. Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsiri şəkildə bərpa olunmasını təmin etməlidir” (“Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2002-ci il tarixli qərarı). Bu baxımdan məhkəmə hesab edir ki, təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. Azərbaycan Respublikası CPM-in 350.1 və 350.2-ci maddələrinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Yuxarıda göstərilənləri ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-nin 56.0.1 və 91.5.40-cı maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri, səhvi və ya sui-istifadəsi nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq və ya ziyanın ödənilməsini tələb etmək hüququnun olduğu izah edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 baş vermiş hadisədə hər hansı təqsiri olmamış, onun Təqsirləndirilən şəxs1la hadisəni törətməkdə heç bir əlbirliyi yaranmamışdır. Təqsirləndirilən şəxs1 avtomobili idarə etmiş, onunla digər sürücü arasında məhz avtomobilin idarə edilməsi ilə bağlı mübahisə yaranmış, sonradan münaqişəyə çevrilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə deyil, CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilmiş, törətdiyi əməli etiraf etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2004-cü il tarixli 1 saylı Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. CM-nin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq Cinayət Məcəlləsinin 128 -ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməl müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən CM-nin 221.1-ci maddəsinə tövsif edilməli və barəsində ittiham hökmü çıxarılaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Belə ki, məhkəmə, Təqsirləndirilən şəxs1nın ilk dəfə törətdiyi əməli etiraf edərək peşman olmasını, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1nın cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 34A-da çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, hadisə vaxtı Zərərçəkmiş şəxs da cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində zor tətbiq etmiş, sağ əlinin İİİ daraq sümüyünün qapalı sınığı nəticəsində az ağır xəsarət almışdır. Məhkəmə- Tibbi Ekspertiza və X11 Təcrübi və Tədris Birliyinin 19/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli rəyi ilə isə müəyyən edilmişdir ki, sağ əlin İİİ daraq sümüyünün sınığı həkim travmatoloq tərəfindən repozisiya olunduğundan ekspert tərəfindən düzgün olaraq yerdəyişməyən kimi qiymətləndirilmiş və həmin sınıq CD disk görüntülərində müəyyən edildiyi kimi, həmin əllə digər şəxsin baş nahiyəsinə yetirilən zərbə nəticəsində yaranmasına daha çox uyğun gəlir. Lakin istintaq orqanı zərərçəkmiş şəxsin əməlinə düzgün hüquqi qiymət verməmişdir. Ona görə də məhkəmə zərərçəkmiş şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsindən ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X7 Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 240,00 (iki yüz qırx) manat, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X7 ümumilikdə 30 iş saatına görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seşilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-nin 56.0.1 və 91.5.40-cı maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri, səhvi və ya sui-istifadəsi nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq və ya ziyanın ödənilməsini tələb etmək hüququnun olduğu izah edilsin. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 34A ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ 2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-20/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-20/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver