Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-20/2022 17.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2nvanda nömrəsiz fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə mağazaya qanunsuz daxil olub zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək qərarına gələrək 28 iyul 2021-ci il tarixdə, gecə saat 03 radələrində ünvan 3 ünvanda yerləşən 3364 "xxxx" mağazasının elektrik enerjisini kəsərək həmin mağazaya məxsus videomüşahidə kameralarının çəkilişi qeyd etməməsinə əmin olduqdan sonra dəmir jalüzün və giriş qapısının qıfılını qabaqcadan özü ilə gətirdiyi metal ling parçası ilə qıraraq qanunsuz daxil olmuşdur. Mağazadan "xxxx" MMC-yə məxsus hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə qiyməti 153 manat olan 51 ədəd Kent HD 4 Neo siqaretini, hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə qiyməti 30 manat olan 10 ədəd Kent HD 8 Futura siqaretini, hər birinin qiyməti 2.8 manat olmaqla ümumilikdə qiyməti 25.2 manat olan 9 ədəd Winston XS Silver siqaretini, hər birinin qiyməti 2.3 manat olmaqla ümumilikdə qiyməti 32.2 manat olan 14 ədəd LD Club Platinum LSS siqaretini, hər birinin qiyməti 1.9 manat olmaqla ümumilikdə qiyməti 17.1 manat olan 9 ədəd West Silver siqaretini, hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə qiyməti 51 manat olan 17 ədəd Kent Nanotek İNFN 01 siqaretini, hər birinin qiyməti 3.6 manat olmaqla, ümumilikdə qiyməti 97.2 manat olan 27 ədəd X20 04 siqaretini, hər birinin qiyməti 3.4 manat olmaqla ümumilikdə qiyməti 105.4 manat olan 31 ədəd Winston XS Style Silver siqaretini, hər birinin qiyməti 3.9 manat olmaqla ümumilikdə qiyməti 31.2 manat olan 08 ədəd X2 siqaretini, hər birinin qiyməti 3.9 manat olmaqla ümumilikdə qiyməti 46.8 manat olan 12 ədəd X6 siqaretini, hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə qiyməti 28 manat olan 14 ədəd X7 siqaretini, hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə qiyməti 56 manat olan X15 siqaretini, hər birinin qiyməti 2.8 manat olmaqla ümumilikdə qiyməti 78.4 manat olan 28 ədəd LD X21 siqaretini, hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə qiyməti 8 manat olan 04 ədəd X16 siqaretini, hər birinin qiyməti 2.5 manat olmaqla ümumilikdə qiyməti 52.5 manat olan 21 ədəd X11 siqaretini, hər birinin qiyməti 2.5 manat olmaqla ümumilikdə qiyməti 50 manat olan 20 ədəd X3 siqaretini, hər birinin qiyməti 2.5 manat olmaqla ümumilikdə qiyməti 40 manat olan 16 ədəd Winchester Comp. Blue siqaretini, hər birinin qiyməti 2.5 manat olmaqla ümumilikdə qiyməti 55 manat olan 22 ədəd Winchester Comp. Silver siqaretini, hər birinin qiyməti 2.5 manat olmaqla ümumilikdə qiyməti 17.5 manat olan 07 ədəd Winchester KSSS Blue siqaretini, hər birinin qiyməti 2.5 manat olmaqla ümumilikdə qiyməti 132.5 manat olan 53 ədəd Winchester KSSS Silver siqaretini, hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə qiyməti 10 manat olan 05 ədəd X24 Silver siqaretini, hər birinin qiyməti 2.2 manat olmaqla ümumilikdə qiyməti 37.4 manat olan 17 ədəd X22 siqaretini, hər birinin qiyməti 2.2 manat olmaqla ümumilikdə qiyməti 4.4 manat olan 02 ədəd X23 siqaretini, hər birinin qiyməti 2.2 manat olmaqla ümumilikdə qiyməti 169.4 manat olan 77 ədəd X25 siqaretini, hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə qiyməti 26 manat olan 13 ədəd X12 Nights siqaretini, hər birinin qiyməti 1.8 manat olmaqla ümumilikdə qiyməti 18 manat olan 10 ədəd X26 siqaretini, hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə qiyməti 38 manat olan 19 ədəd X8 siqaretini, hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə qiyməti 46 manat olan 23 ədəd X13 siqaretini, hər birinin qiyməti 2.5 manat olmaqla ümumilikdə qiyməti 112.5 manat olan 45 ədəd X4 siqaretini, bir ədəd qiyməti 1.8 manat olan X17 siqaretini, hər birinin qiyməti 0.6 manat olmaqla ümumilikdə qiyməti 6.6 manat olan 11 ədəd Dirol X-Fresh saqqızı, hər birinin qiyməti 0.6 manat olmaqla ümumilikdə qiyməti 7.8 manat olan 23 ədəd Dirol qarpız təravətli saqqızı, hər birinin qiyməti 0.6 manat olmaqla ümumilikdə qiyməti 18 manat olan 30 ədəd Dirol nanə təravətli saqqızı, 01 ədəd qiyməti 70 manat olan istifadədə olmuş üzərində Toshiba Capacity 500 GB JAN-2019 yazıları olan Çin istehsalı hard diski, 01 ədəd qiyməti 650 manat olan istifadədə olmuş qara rəngli M3 OX10 model olan Koreya Respublikası istehsalı Portable Data collection Terminalını, 01 ədəd qiyməti 25 manat olan istifadə olmuş adapter ilə birlikdə TL-WR840N 300 Mbps Wireless N Router model 2 antenalı Tp-link cihazını, 150 manat nəğd pulu, cəmi 2497 manat 90 qəpik məbləğində özgə əmlakını gizli olaraq talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, maddi cəhətdən imkanı olmadığından oğurluq etmək qərarına gəlmişdir. Buna görə də, 28 iyul 2021-ci il tarixdə, gecə saat 02 radələrində radələrində bir ədəd vintaçan və bir ədəd dəmirkəsən mişar götürərək piyada yaşadığı evin yaxınlığında yerləşən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qaçaq Nəbi küçəsində yerləşən "xxxx" mağazasına gəlmişdir. Gecə saat 03 radələrində mağazanın arxa tərəfində sayğacdan mağazanın işıqlarını söndürüb giriş qapısının üzərində olan qıfılı dəmirkəsən mişarla kəsərək jalüz qapını açdıqdan sonra mağazanın giriş qapısını vintaçanla açaraq mağazaya daxil olmuşdur. Oradan 1 ədəd “TP-link” modem cihazını, bir ədəd əl terminalını və bir ədəd prosessor cihazını götürmüşdür. Sonra mağazanın anbarının qapısını vintaçanla açaraq oraya daxil olub şkafdan siqaretlər və saqqızları götürüb çıxaraq yaşadığı evə getmişdir. Oğurladığı siqaretlərdən bir neçəsini 2 gün sonra Bayıl qəsəbəsində Şanxay deyilən məhlədə xatırlamadığı ərzaq mağazasına 700 manata satmışdır. Siqaretləri satarkən siqaretlərin bağlanmış mağazaya aid olduğunu və satmaq üçün ona verdiyini bildirmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs göstərdi ki, o, "xxxx" MMC-nin idarə işləri üzrə bölmə rəisi vəzifəsində işləyir. 27 iyul 2021-ci il saat 22:30-dan 28 iyul 2021-ci il saat 07:30-dək olan müddət ərzində ünvan 4 ünvanında yerləşən 3364 "xxxx" mağazasından 360 manat dəyərində pul seyfi, 644 manat dəyərində «Lenovo» markalı prosessor sındırılmış və prosessorun içərisindəki qiyməti 440 manat olan hard disk oğurlamışdır. Bundan başqa mağazadan 150 manat nəğd pul, 1320 manat dəyərində müxtəlif markalı siqaretlər, 25 manat dəyərində müxtəlif növ saqqızlar, 41 manat dəyərində “Tp-link” internet modemi, 998 manat dəyərində M3 əl terminalı oğurlamışdır. Bundan başqa qapıların sındırılmasına görə mağazaya ümumilikdə 95 manat ziyan dəymişdir. Hadisə nəticəsində "xxxx" MMC-yə məxsus ümumilikdə 2973 manat məbləğində əmlak oğurlanmış, 1099 manat olan əşyalar isə sındırılıb dağıdılmışdır. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduqlarını, dəymiş ziyanın ödənilməsini tələb etdiklərin, cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 istintaq zamanı göstərmişdir ki, atası ilə birlikdə Bakı şəhəri, Səbayıl rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsində icarə əsasında ərzaq mağazası işlədir. 31 iyul 2021-ci il tarixdə, saat 20 radələrində bir nəfər şəxs mağazaya gələrək bağlanmış mağazada qalmış siqaretləri bir qədər ucuz qiymətə satdığını demişdir. O, siqaretlərin oğurluq olub-olmamasını soruşmuş, həmin şəxs isə oğurluq olmadığını bildirmiş və şəxsiyyət vəsiqəsini də, təqdim etmişdir. O, şəxsiyyət vəsiqəsininin şəklini mobil telefonla çəkib özünə qaytarmışdır. Sonra 52 ədəd Kent 4 qalın siqaretini 166 manat, 20 ədəd Kent 4 nazik siqaretini 64 manat, 10 ədəd Kent 1 nazik siqaretini 32 manat, 60 ədəd Rotmons siqaretini 138 manat, 30 ədəd Vinçester siqaretini 69 manat, 20 ədəd Vikeroy siqaretini 36 manat, 20 ədəd Maqna siqaretini 36 manat, 10 ədəd Vant siqaretini 20 manat, 20 ədəd LD siqaretini 50 manat, 10 ədəd Vinston siqaretini 32 manat, 10 ədəd Sobraniya siqaretini 35 manat, 10 ədəd Vinçester siqaretini 46 manat olmaqla, ümumilikdə 724 manat pul verməklə almışdır. 18 noyabr 2021-ci il tarixdə Şahid1 məhkəməyə ərizə göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 istintaq zamanı göstərmişdir ki, "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qaçaq Nəbi döngə, 3 ünvanında yerləşən "xxxx" mağazasında administrator vəzifəsində işləyir. 28 iyul 2021-cı il tarixdə səhər mağazanı açmağa gələrkən giriş qapısında olan jalüzün açıq olduğun və qıfılın sındırıldığını görüb içəri daxil olmuşdur. Mağazadakı məhsullar və əşyaların dağıdılmış vəziyyətdə olduğunu, bir çox satış üçün məhsullar və invertarların yerində olmadığını görüb oğurluq olduğunu başa düşmüş və DİN 102 xidmətinə zəng edərək oğurluq haqqında məlumat vermişdir. Mağazadan 1423,70 manat dəyərində müxtəlif növ siqaretlər, 150 manat nəğd pul, 70 manat dəyərində Wife aparatı, 1500 manat dəyərində əl terminalı və 1000 manat dəyərində prosesor aparatı oğurlanmışdır. Bundan əlavə olaraq 5 ədəd ümumilikdə 25 manat dəyərində olan qapı qıfılları sındırılmışdır. Mağazada video müşahidə kameraları olsa da, onlar yaddaşda olan məlumatlara baxmaq istəyəndə elektrik olmadığını görüb elektrik sayğacına baxarkən elektrikin kəsildiyini aşkar etmişlər. Buna görə də, oğurluq video müşahidə kameralarına düşməmişdir. 18 noyabr 2021-ci il tarixdə Şahid2 məhkəməyə ərizə göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ailə vəziyyəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini qeyd etmişdir. İş materiallarında olan götürmə aparılması haqqında 02 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 01 ədəd üzərində Toshiba sözü yazılmış Capacity 500 GB olan Çin istehsalı hard disk, 01 ədəd üzərində M3 yazısı olan Portable Data collection Terminal, 01 ədəd TL-WR84ON 300 Mbps Wireless N Router model Tp-link cihazı adapteri ilə birlikdə, 02 ədəd Dirol X-Fresh saqqız, 10 ədəd Dirol qarpız təravətli saqqız, 20 ədəd Dirol nanə təravətli saqqız iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan götürmə aparılması haqqında 03 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 könüllü olaraq təqdim etdiyi 08 ədəd X20 04 siqaretləri, 30 ədəd Winchester KSSS Silver siqaretləri, 20 ədəd X15 siqaretləri, 30 ədəd X4 siqaretləri, 10 ədəd X3 siqaretləri, 10 ədəd X11 siqaretləri, 10 ədəd X22 siqaretləri, 10 ədəd X8 siqaretləri, 10 ədəd X13 siqaretləri, 10 ədəd Winchester Comp. Silver siqaretləri, 10 ədə Winchester Comp. Blue siqaretləri, 10 ədəd Winston XS Style Silver siqaretləri, 16 ədəd LD X21 siqaretləri, 01 ədəd Winston XS Style Silver siqareti, 01 ədəd X5 siqareti, 01 ədəd X9 siqareti, 01 ədəd X7 siqareti, 01 ədəd X16 siqareti, 01 ədəd Winchester KSSS Blue siqareti, 01 ədəd X24 Silver siqareti, 01 ədəd X23 siqareti, 01 ədəd X25 siqareti, 01 ədəd X26 siqareti, 01 ədəd X17 siqareti, 01 ədəd X14 Nights siqareti iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan götürmə aparılması haqqında 18 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim olunmuş əşyaları, siqaret və saqqızları nəzərdən keçirib həmin əşyaların, siqaretlərin və saqqızların "xxxx" MMC-yə məxsus olmaqla 27 iyul 2021-ci il tarixdə saat 22:30 radələrindən 28 iyul 2021-ci il tarixdə saat 07:30 radələrinədək olan müddət ərzində ünvan 6 ünvanda yerləşən "xxxx" mağazasından oğurlanmış əşyalar, saqqızlar və siqaretlər olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 sentyabr 2021-ci il tarixli, 9/6806 nömrəli rəyindən görünür ki, “ - X20 04 siqaretinin qiyməti-1 ədəd 3.6 manat - Winston XS Style Silver siqaretinin qiyməti-1 ədəd 3.4 manat - X2 siqaretinin qiyməti-1 ədəd 3.9 manat - X6 siqaretinin qiyməti-1 ədəd 3.9 manat - X7 siqaretinin qiyməti-1 ədəd 2 manat - X15 siqaretinin qiyməti-1 ədəd 2 manat - LD X21 siqaretinin qiyməti-1 ədəd 2.8 manat - X16 siqaretinin qiyməti-1 ədəd 2 manat - X18 siqaretinin qiyməti-1 ədəd 2.5 manat - X10 siqaretinin qiyməti-1 ədəd 2.5 manat - Winchester Comp. Blue siqaretinin qiyməti-1 ədəd 2.5 manat - Winchester Comp. Silver siqaretinin qiyməti-1 ədəd 2.5 manat - Winchester KSSS Blue siqaretinin qiyməti-1 ədəd 2.5 manat - Winchester KSSS Silver siqaretinin qiyməti-1 ədəd 2.5 manat - X24 Silver siqaretinin qiyməti-1 ədəd 2 manat - X22 siqaretinin qiyməti-1 ədəd 2.2 manat - X23 siqaretinin qiyməti-1 ədəd 2.2 manat - X25 siqaretinin qiyməti-1 ədəd 2.2 manat - X19 Nights siqaretinin qiyməti-1 ədəd 2 manat - X26 siqaretinin qiyməti-1 ədəd 1.8 manat - X8 siqaretinin qiyməti-1 ədəd 2 manat - X13 siqaretinin qiyməti-1 ədəd 2 manat - X4 siqaretinin qiyməti-1 ədəd 2.5 manat - X17 siqaretinin qiyməti-1 ədəd 1.8 manat - Dirol X-Fresh saqqız qiyməti-1ədəd 0.6 manat - Dirol qarpız təravətli saqqız qiyməti- 1 ədəd 0.6 manat - Dirol nanə təravətli saqqız qiyməti- 1 ədəd 0.6 manat İstifadə olunmuş üzərində Toshiba Capacity 500 GB JAN-2019 yazıları olan Çin istehsalı harda disk qiyməti – 1 ədəd 70 manat; İstifadə olunmuş qara rəngli M3 OX10 model olan Koreya Respublikası istehsalı Portable Data collection Terminalı-1 ədəd 650 manat; İstifadə olunmuş adapter ilə birlikdə TL-WR840N 300 Mbps Wireless N Router model 2 antenalı Tp-link cihazı 1 ədəd 25 manat olmaqla ekspertiza təhqiqatına təqdim edilmiş malların (istifadə olunmuş malların istifadədə olması nəzərə alınmaqla) 2021-cı ilin iyul ayına olan orta bazar qiyməti ümumi dəyəri təxminən 806.10 manat müəyyən edilir”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 hüquqi şəxsin ambulator məhkəmə psixiatrik ekspertizasının 24 avqust 2021ci il tarixli, 1914 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törətdiyi vaxtda, yəni 28 iyul 2021-ci il tarixdə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmasına, yəni barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 16 avqust 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs 1) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 05 noyabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsinə əsasən 1500 manat cərimə cəzasına məhkum edilmişdir. 2) Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 dekabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına və 1500 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 fevral 2015-ci il tarixli qərarı ilə məsuliyyət cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməmişdir. 3) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qərarı ilə cəzası 2 ilə endirilmişdir. 08 noyabr 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir, məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyindən onun əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, dəymiş ziyanın bir hissəsinin ödənilməsini cəzasını yüngülləşdirən hallar kim nəzərə alır. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən, ağırlaşdıran və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 04 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanılıdığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixdən 04 avqust 2021-ci il tarixədək həbsdə olduğu 2 gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin 05 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 11 dekabr 2021-ci il tarixdə tutularaq Xəzər RPİ-nin İstintaq şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 13 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 11 dekabr 2021-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq 11 dekabr 2021-ci il tarixdə saxlanması üçün 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 11 dekabr 2021-ci il tarixdən hesab olunmalı və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi Ramil Mehdiyevin 24 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 01 ədəd üzərində Toshiba sözü yazılmış Capacity 500 GB olan Çin istehsalı hard diski, 01 ədəd üzərində M3 yazısı olan Portable Data collection Terminalı, 01 ədəd TL-WR84ON 300 Mbps Wireless N Router model Tp-link cihazı adapteri ilə birlikdə, 02 ədəd Dirol X-Fresh saqqızı, 10 ədəd Dirol qarpız təravətli saqqızı, 20 ədəd Dirol nanə təravətli saqqızı və 03 avqust 2021-ci il tarixli götürmə aparılması haqqında protokoldan götürülmüş Şahid1 könüllü olaraq təqdim etdiyi 08 ədəd X20 04 siqareti, 30 ədəd Winchester KSSS Silver siqareti, 20 ədəd X15 siqareti, 30 ədəd X4 siqareti, 10 ədəd X3 siqareti, 10 ədəd X11 siqareti, 10 ədəd X22 siqareti, 10 ədəd X8 siqareti, 10 ədəd X13 siqareti, 10 ədəd Winchester Comp. Silver siqareti, 10 ədəd Winchester Comp. Blue siqareti, 10 ədəd Winston XS Style Silver siqareti, 16 ədəd LD X21 siqareti, 01 ədəd Winston XS Style Silver siqareti, 01 ədəd X5 siqareti, 01 ədəd X9 siqareti, 01 ədəd X7 siqareti, 01 ədəd X16 siqareti, 01 ədəd Winchester KSSS Blue siqareti, 01 ədəd X24 Silver siqareti, 01 ədəd X23 siqareti, 01 ədəd X25 siqareti, 01 ədəd X26 siqareti, 01 ədəd X17 siqareti, 01 ədəd X14 Nights siqareti maddi sübut kimi tanınmış və və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 01 ədəd üzərində Toshiba sözü yazılmış Capacity 500 GB olan Çin istehsalı hard diski, 01 ədəd üzərində M3 yazısı olan Portable Data collection Terminalı, 01 ədəd TL-WR84ON 300 Mbps Wireless N Router model Tp-link cihazı adapteri ilə birlikdə, 02 ədəd Dirol X-Fresh saqqızı, 10 ədəd Dirol qarpız təravətli saqqızı, 20 ədəd Dirol nanə təravətli saqqızı və 03 avqust 2021-ci il tarixli götürmə aparılması haqqında protokoldan götürülmüş Şahid1 könüllü olaraq təqdim etdiyi 08 ədəd X20 04 siqareti, 30 ədəd Winchester KSSS Silver siqareti, 20 ədəd X15 siqareti, 30 ədəd X4 siqareti, 10 ədəd X3 siqareti, 10 ədəd X11 siqareti, 10 ədəd X22 siqareti, 10 ədəd X8 siqareti, 10 ədəd X13 siqareti, 10 ədəd Winchester Comp. Silver siqareti, 10 ədəd Winchester Comp. Blue siqareti, 10 ədəd Winston XS Style Silver siqareti, 16 ədəd LD X21 siqareti, 01 ədəd Winston XS Style Silver siqareti, 01 ədəd X5 siqareti, 01 ədəd X9 siqareti, 01 ədəd X7 siqareti, 01 ədəd X16 siqareti, 01 ədəd Winchester KSSS Blue siqareti, 01 ədəd X24 Silver siqareti, 01 ədəd X23 siqareti, 01 ədəd X25 siqareti, 01 ədəd X26 siqareti, 01 ədəd X17 siqareti, 01 ədəd X14 Nights siqaretinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, zərərçəkmiş şəxs "xxxx" MMC yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxs "xxxx" MMC dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat olmaqla ümumilikdə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, 210 (iki yüz on) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixdən 04 avqust 2021-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasının əvvəli 11 dekabr 2021-ci il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 01 ədəd üzərində Toshiba sözü yazılmış Capacity 500 GB olan Çin istehsalı hard diski, 01 ədəd üzərində M3 yazısı olan Portable Data collection Terminalı, 01 ədəd TL-WR84ON 300 Mbps Wireless N Router model Tp-link cihazı adapteri ilə birlikdə, 02 ədəd Dirol X-Fresh saqqızı, 10 ədəd Dirol qarpız təravətli saqqızı, 20 ədəd Dirol nanə təravətli saqqızı və 03 avqust 2021-ci il tarixli götürmə aparılması haqqında protokoldan götürülmüş Şahid1 könüllü olaraq təqdim etdiyi 08 ədəd X20 04 siqareti, 30 ədəd Winchester KSSS Silver siqareti, 20 ədəd X15 siqareti, 30 ədəd X4 siqareti, 10 ədəd X3 siqareti, 10 ədəd X11 siqareti, 10 ədəd X22 siqareti, 10 ədəd X8 siqareti, 10 ədəd X13 siqareti, 10 ədəd Winchester Comp. Silver siqareti, 10 ədəd Winchester Comp. Blue siqareti, 10 ədəd Winston XS Style Silver siqareti, 16 ədəd LD X21 siqareti, 01 ədəd Winston XS Style Silver siqareti, 01 ədəd X5 siqareti, 01 ədəd X9 siqareti, 01 ədəd X7 siqareti, 01 ədəd X16 siqareti, 01 ədəd Winchester KSSS Blue siqareti, 01 ədəd X24 Silver siqareti, 01 ədəd X23 siqareti, 01 ədəd X25 siqareti, 01 ədəd X26 siqareti, 01 ədəd X17 siqareti, 01 ədəd X14 Nights siqaretinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə zamanı göstərdiyi hüquqi xidmətə görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-20/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-20/2022
17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver