Məhkəmə qərarları › İş №1(003)-20/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-20/2023

30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-20/2023 30.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi bağ evi 367 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi 24 yanvar 2022-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsində yerləşən yaşayış sahəsi olan təmirsiz obyektə alüminium qapısını açmaqla qanunsuz daxil olub oradan hər birinin dəyəri 40 manat təşkil edən 120 manat dəyərində 03 ədəd 5 metr uzunluğunda dəmir şvelleri, dəyəri 20 manat təşkil edən 01 ədəd 3 metr uzunluğunda dəmir borunu, hər birinin dəyəri 20 manat təşkil edən 200 manat dəyərində 10 ədəd alüminium pəncərəni, hər birinin dəyəri 30 manat təşkil edən 300 manat dəyərində 10 ədəd alüminium qapını və dəyəri 600 manat təşkil edən 01 ədəd 5 tonluq plasmas su çənini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1240 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir yerdə işləmədiyindən və maddi cəhətdən imkanı olmadığından oğurluq etmək qərarına gəlmişdir. 24 yanvar 2022-ci il tarixdə, saat 22 radələrində yaşadığı evlə üzbəüz təmirsiz obyektin alüminiumdan olan qapısını təpiklə açaraq içəri daxil olmuşdur. Oradan 5 tonluq plastmas su çəni, 03 ədəd dəmir sveller, 01 ədəd 3 metr uzunluğunda 4-lük dəmir turba, 10 ədəd alüminium qapı və 10 ədəd alüminium pəncərə söküb həyətə yaşadığı evin həyətinə yığmışdır. Səhəri gün 10 ədəd alüminium qapı və 10 ədəd alüminium pəncərəni hissələrə bölüb Buzovna qəsəbəsində əlvan metal qəbulu məntəqəsində işləyən Nurlan adlı şəxsə əlvan metal kimi ümumilikdə 200 manata satmışdır. Əşyalardan 03 ədəd dəmir şveller, 01 ədəd 3 metr uzunluğunda 4-lük dəmir turbanı və 5 tonluq plastmas su çənini isə «Qazel» markalı avtomobillə metal qəbul edən tanımadığı şəxsə ümumilikdə 250 manata satmışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhü küçəsində yerləşən iki mərtəbəli tikili onun mülkiyyətindədir. Həmin bina tamamilə köhnəlmiş və nəzarətsizdir. Sonuncu dəfə 05 aprel 2022-ci il tarixdə, saat 12:30 radələrində gəlib binaya baxarkən oradan hər birinin dəyəri 40 manat təşkil edən 120 manat dəyərində 03 ədəd 5 metr uzunluğunda dəmir şveller, 20 manat olan 01 ədəd 3 metr uzunluğunda dəmir boru, hər birinin dəyəri 20 manat olan 200 manat dəyərində 10 ədəd alüminium pəncərə, hər birinin dəyəri 30 manat olan 300 manat dəyərində 10 ədəd aliminium qapını və dəyəri 600 manat təşkil edən 01 ədəd 5 tonluq plasmas su çəninin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1240 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığın bildirdi və ona yüngül cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid istintaq zamanı ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən əlvan metal qəbulu məntəqəsində işləyir. 2022-ci ilin yanvar ayının sonlarında sonradan adını bildiyi Əhmədağa adlı şəxs işlədiyi məntəqəyə gələrək köhnə alüminium qapı və pəncərə hissələrindən ibarət əlvan metalı ona 200 manata satmışdır. O, da həmin metalları Dərnəgül qəsəbəsində yerləşən metal məntəqəsinə aparıb təhvil vermişdir. 31 oktyabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, əlavəsinin olmadığını, işi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini qeyd etmiş və nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 04 may 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 09 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanılıdığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin 22 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdə Xəzər rayonu ərazisində saxlanılaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdən 09 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı və 22 noyabr 2022-ci il tarixdən 30 yanvar 2023-cü il tarixədək həbsdə olduğu ümumilikdə 2 (iki) ay 9 (doqquz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt, ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, 180 (yüz səksən) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdən 09 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı və 22 noyabr 2022-ci il tarixdən 30 yanvar 2023-cü il tarixədək həbsdə olduğu ümumilikdə 2 (iki) ay 9 (doqquz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Bakı şəhəri Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi bağ evi 367 ünvanında yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar