Məhkəmə qərarları › İş №1(003)-20/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-20/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-20/2024 12.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1967-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan dörd uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.4 və 188.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmiş, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini başqa üsullarla özbaşına tutub mülkiyyət hüququnu pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi “Mayak” bağlar massivi adlanan ərazidə 0,055 ha torpaq sahəsində 2020-ci ildən başlayaraq qanunsuz olaraq özbaşına hasarlama işləri aparmaqla hazırki dövrə qədər davam edən cinayətlə əhatə olunan qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini başqa üsullarla özbaşına tutub torpaq üzərində mülkiyyət hüququnu pozmuş və tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək əmlakını ələ keçirmək məqsədi ilə həmin torpaq sahəsinin ona məxsus olmasını inandırmaqla aldatmış və 2021-ci ilin sentyabr ayında 11000 manata sataraq Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxs və mülki iddiaçının, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4 və 188.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü məhkəmə iclasının əvvəlində təqsirli bilməyərək göstərdi ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində “Mayak” bağları adlanan ərazidə 0,06 ha bağ torpaq sahəsi 1994-cü ildən onun istifadəsində olmuş və heç vaxt heç həs gəlib torpaq sahəsinin ona məxsus olduğunu bildirməmişdir. 1997-1998-ci ildən həmin torpaq sahəsini hasara almış, 1999-2000-ci illərdə orada ağaclar əkmişdir. Lakin torpağın sahibinin kim olduğunu bilmədiyi üçün, həmin torpaq sahəsini sənədləşdirə bilməmişdir. Belə ki, torpağı ona satan qohumu Şahkişi Bağırov 2018-ci ildə vəfat etdikdən sonra həmin torpaq sahəsinin sənədinin harada olmasını bilməmiş və torpaq sahəsinin kimin adına sənədləşdirilməsini də məlumatı olmamışdır. Bu səbəbdən də torpaq sahəsində özəlləşdirmə apara bilməmişdir. Torpağın sənədləşdirilməsi üçün sonradan aidiyyəti qurumlara müraciət etsə də, həmin torpaq sahəsinə dair hər hansı bir sənəd olmamışdır. Bu səbəbdən torpaq sahəsini satmaq qərarına gəlmişdir. Torpağa makler Şahid3 nəzarət etmiş və özü də qonşuluqda yaşamışdır. O, bu barədə Şahid3 bir neçə dəfə müraciət etmiş və onun vasitəsilə Zərərçəkmiş şəxs1la tanış olmuşdur. Onu da bildirir ki, maklerlər Şahid3 və Şahid1 torpağın sənədinin olmadığını bilmiş, Çingiz Rüstəmovun bu tarpaq sahəsini almaq istədiyini də onlar ona demişlər. Həmin torpaq sahəsində heç bir tikili olmamışdır. Zərərçəkmiş şəxs1 torpaq sahəsini almaq istədiyini bildirmişdir. O, Çingizi aldatmamışdır. Birlikdə torpaq sahəsinə gedib baxmışlar və torpağın sənədinin olmadığını Çingizə bildirmişdir. Çingiz torpaq almaq istədiyini və sənədi özü düzəldəcəyini bildirmiş, Çingizin yanında özünü vəkil kimi təqdim edən Elşən adlı bir şəxs də olmuşdur. Alqı-satqı zamanı iştirak edən digər şəxsləri görməmişdir. Razılaşdıqdan sonra Çingiz torpağa görə ona 10000 (on min) manat pul vermişdir. Həmin Elşən adlı şəxs sənəd almaq istədikləri vaxt ona zənglər etmiş, yazışmalar aparmışdır. 2022-ci ilin may ayında Çingiz pulunu ondan tələb etməyə başlamış, səbəbini isə torpağa sənəd düzəldə bilməməsi ilə izah etmişdir. Məhkəmə iclasının sonunda təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs göstərdi ki, törətdiyi əməllərdən peşmandır, himayəsində yetkinlik yaşına çatmayan dörd uşağı vardır. Hazırda o, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Buna görə də zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, həmçinin Zərərçəkmiş şəxs1 ona qarşı mülki iddiadan imtina etmişdir. Bundan başqa, cinayət nəticəsində vurulmuş 11000,00 (on bir min) manat məbləğində ziyanın 25 (iyirmi beş) faizi miqdarında (2750,00 (iki min yeddi yüz əlli) manat) Dövlət Büdcəsinə ödəniş etmişdir. Bütün bunların nəzərə alınaraq onun Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə icraata xitam verilməsini, Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-in 75.1, 75.1.1-ci maddələri ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən onun Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və həmin maddə ilə ona cəza təyin edilmməəsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Şüvəlan qəsəbəsi “Mayak” bağları adlanan ərazidə kirayədə yaşayarkən Şahid1 və Eldəniz Rüstəmovu tanımışdır. Həmin şəxsləri təxminən 2001-ci ilin sentyabr ayından tanıyır. Onlarla söhbət zamanı torpaq sahəsi almaq istədiyini bildirmişdir. Eldəniz tanışı olan Təqsirləndirilən şəxs Şüvəlan qəsəbəsi “Mayak” bağlar massivində boş torpaq sahəsinin olduğunu bildirmişdir. Eldənizin sözünü Şahid1 də təsdiq etmişdir. Daha sonra X1 İsmayılova zəng edərək onun torpaq sahəsini almaq istədiyini bildirmişdir. Təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərində Eldəniz və Şirvanla görüşərək Şüvəlan qəsəbəsi “Mayak” bağlar massivində Təqsirləndirilən şəxs məxsus olan torpaq sahəsinə baxmağa getmişlər. Təqsirləndirilən şəxs da oraya gəlmişdir. Təqsirləndirilən şəxs torpaq sahəsinin ona məxsus olduğunu, lakin torpağın sənədlərini gətirmədiyini bildirmiş, 0,035 ha torpaq sahəsinə görə ondan ilkin olaraq 10000 manat pul istəmişdir. O da razılaşaraq Eldəniz Rüstəmov və Şahid1 iştirakı ilə 10000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Pulu verdikdən sonra Təqsirləndirilən şəxsla alqı-satqıya dair müqavilə bağlamışlar. Lakin həmin müqaviləni heç bir notariat kontorunda təsdiq etdirməmişlər. Daha sonra tanışları Rəsul Əskərov və Əhliman Məmmədov həmin müqaviləyə şahid kimi imza etmişlər. Təqsirləndirilən şəxs növbəti gün onunla əlaqə saxlayaraq həmin 0,035 ha torpaq sahəsinin yanında 0,020 ha boş torpaq sahəsinin olduğunu, həmin 0,020 ha torpaq sahəsini almaq istədiyi təqdirdə əlavə olaraq 1000 manat ödəməli olduğunu bildirmişdir. O, razılaşaraq 0,020 ha torpaq sahəsi üçün 1000 manat Təqsirləndirilən şəxs vermişdir. Pulu Təqsirləndirilən şəxs verərkən yanlarında heç kəs olmamışdır. Təxminən 2022-ci ilin may ayında Təqsirləndirilən şəxs aldığı 0,055 ha torpaq sahəsində tikinti işlərinə başlamışdır. Səhəri gün Şüvəlan qəsəbə kənd sovetindən Rauf adlı şəxs yaxınlaşaraq həmin ərazinin dövlətə məxsus olduğunu və həmin ərazidə tikinti aparılmasının qanunsuz olmasını bildirərək tikintini dayandırmağını demişdir. Həmin vaxt o, torpaq sahəsinin Təqsirləndirilən şəxs məxsus olmadığını bilmiş və ona zəng edərək torpağın sənədini verməsini, əks təqdirdə 11000 manatı geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs torpağın sənədlərini itirdiyinə görə sənədləri verə bilməyəcəyini bildirmiş, daha sonra isə zənglərinə cavab verməmişdir. Onu da bildirir ki, o, Təqsirləndirilən şəxs inanmış, fikirləşmişdir ki, Təqsirləndirilən şəxs sənədləri itirmiş olsa da, yəqin ki, kötüyü vardır. Lakin sonradan aidiyyəti orqana müraciət etdikdə torpağın dövlətə məxsus olduğunu bildirmişlər. Bundan sonra isə o, aldadıldığını başa düşüb polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs əvvəlcə ona 6000 manat qaytarmış, qalan 5000 manat pulu qaytarmadığına görə məhkəmə baxışı zamanı həmin məbləğin Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun Təqsirləndirilən şəxs heç bir şikayəti və ya tələbi yoxdur, həmçinin Təqsirləndirilən şəxs qarşı mülki iddiadan imtina edir. Bu barədə yazaraq notarial qaydada təsdiq etdirdiyi ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi “Mayak” bağlar massivi adlanan ərazidə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus 0,055 ha torpaq sahəsini qanunsuz zəbt etmiş, bununla da qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini başqa üsullarla özbaşına tutub mülkiyyət hüququnu pozmuşdur. Bununla bağlı Xəzər RİH-nin nümayəndələri tərəfindən 27 aprel 2024-cü il tarixdə müvafiq akt tərtib edilmiş, torpaq sahəsinin koordinatları dəqiq göstərilmişdir. Həmin aktın tərtib edilməsində o da iştirak etmişdir. Sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Bu səbəbdən sözügedən torpaq sahəsinin boşaldılaraq dövlətə qaytarılmasına köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, təxminən 2021-ci ilin yay aylarında yaşadığı ərazidən tanıdığı Şahid1 və Zərərçəkmiş şəxs1 ilə Şüvəlan qəsəbəsində yerləşən kafelərin birində olarkən görüşmüş, orada Şahid1 onu öz stoluna dəvət etmişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs1 boş torpaq şahəsi olarsa almaq istədiyini drdikdə, Şüvəlan qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs özünə məxsus torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 və Şahid1 ilə birlikdə torpaq sahəsinə baxmağa getmişlər. Həmin boş torpaq sahəsinə baxdıqdan sonra Zərərçəkmiş şəxs1 torpaq sahəsini almaq istədiyini bildirərək ona torpağın sahibi ilə görüşərək danışmaq istədiyini bildirmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs1la həmin satışda olan torpaq sahəsi olan əraziyə gedərək Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Onlar öz aralarında razılığa gəldikdən sonra, yenidən Şüvəlan qəsəbəsində yerləşən notariat kontorunun yaxınlığında görüşərək aralarında olan razılığa əsasən Zərərçəkmiş şəxs1 10000 manat pulu 0,035 ha torpağın müqabilində Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt onun və Şahid1 iştirakı ilə Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs öz aralarında alqı-satqı müqaviləsi bağlayaraq imza etmişlər. Həmin günü alqı-satqıdan sonra Təqsirləndirilən şəxs onu çağıraraq torpaq satıldığına görə 200 manat pul verdikdə, o, həmin pulu almaqdan imtina etmiş, lakin Füzuli İsmaylıov israrla pulu verərək bu günə qədər həmin torpaq sahəsinə baxdığına görə şəxsi ehtiyacları üçün xərcləməyi bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, yaşadığı ərazidən tanıdığı Zərərçəkmiş şəxs1 onunla əlaqə yaradaraq Şüvəlan qəsəbəsində boş torpaq sahəsi almaq istədiyini bildirmiş, təxminən 2021-ci ilin yay aylarında Zərərçəkmiş şəxs1la Şüvəlan qəsbəsində yerləşən kafelərin birində görüşmüşdür. Kafedə olduğu müddətdə Şüvəlan qəsəbəsindən tanıdığı Şahid3 (Şüvəlan qəsəbəsində Eldəniz Rüstəmov kimi tanınır) da həmin kafeyə gəlmişdir. Söhbət zamanı burada boş torpaqların olması ilə bağlı Şahid3 məlumatı olduğunu bildirərək, onu stola dəvət etmişdir. Şahid3 söhbət zamanı Şüvəlan qəsəbəsində yerləşən bağda bağban işlədiyini, həmin bağın sahibi Təqsirləndirilən şəxs 0,035 ha torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 və Şahid3 sonuncunun dediyi torpaq sahəsinə bağa getmişlər. Həmin boş torpaq sahəsinə baxdıqdan sonra Zərərçəkmiş şəxs1 torpaq sahəsini almaq istədiyini bildirərək Şahid3 torpağın sahibi ilə görüşərək danışmaq istədiyini bildirmişdir. Bir müddət sonra Şahid3 ilə Zərərçəkmiş şəxs1 həmin satılan torpaq sahəsi olan əraziyə gedərək Təqsirləndirilən şəxsla görüşmüşlər. Öz aralarında razılığa gəldikdən sonra Zərərçəkmiş şəxs1 onunla əlaqə yaradaraq Təqsirləndirilən şəxs ilə razılaşdığını bildirdikdə, o, Zərərçəkmiş şəxs1 həmin torpağın sənədinin olmadığını, gələcəkdə hər hansı bir problem yaşaya biləcəyəni bildirmişdir. Çünki, Təqsirləndirilən şəxs həmin torpağın sənədinin olmadığını bildirmiş və sənədi görmədiyindən həmin torpağın faktiki olaraq kimə məxsus olması barədə məlumatsız olmuşdur. Lakin buna baxmayaraq, Zərərçəkmiş şəxs1 həmin torpaq sahəsini almaq üçün Şüvəlan qəsəbəsində yerləşən notariat kontorunun yaxınlığında görüşərək öz aralarında olan razılığa əsasən 10000 manat pulu 0,035 ha torpağın müqabilində Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt özü, Şahid3, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs öz aralarında alqı-satqı müqaviləsi bağlayaraq imza etmişlər. Həmin günü alqı-satqıdan sonra Təqsirləndirilən şəxs onu çağıraraq torpaq satıldığına görə 200 manat pul verdikdə, həmin pulu almaqdan imtina etdikdə, Füzuli İsmaylıov israrla pulu verərək şəxsi ehtiyacları üçün xərcləməyi bildirmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs1 zəng edərək aldığı torpaq sahəsində tikinti işləri apararkən icra nümayəndəsi Rauf adlı şəxs tərəfindən həmin tikintinin qanunsuz olması səbəbilə sökdüklərini bildirmiş və həmin torpağın dövlət mülkiyyətində olan torpaq sahəsi olduğunu bildirmişdir. O, həmin vaxt ona torpağı almamışdan əvvəl sənədsiz olduğunu dediyini xatırlatmışdır. Zərərçəkmiş şəxs1 ilə telefon danışığı zamanı Təqsirləndirilən şəxs zəng etməsini və pulu geri qaytarmasını tələb etməyini bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər Rayon İcra Hakimiyyətinin Şüvəlan inzibati ərazi vahidliyinin nümayəndəsi Şahid2 elan edilmiş ifadəsi ilə müəyyən edilmişdir ki, 2022-ci ilin aprel ayının əvvəllərində Xəzər RİH-nin Şüvəlan inzibati ərazi vahidliyinin nümayəndəsi kimi “Mayak” bağlar massivində olarkən, həmin ərazidə dövlətə məxsus təxminən 0,05 ha boş torpaq sahəsinin iki yük maşını mişar daşı ilə qanunsuz olaraq hasara alınaraq zəbt olunduğunun şahidi olmuşdur. Dərhal işçi qüvvəsini dəvət edərək həmin torpaq sahəsində qanunsuz olaraq tikilmiş hasarı sökdürmüşdür. Orada olduğu müddətdə Zərərçəkmiş şəxs1 həmin əraziyə gələrək hansı səbəbdən tikilini sökdürdüyünü soruşduqda, o, torpaq sahəsində tikinti aparılması üçün heç bir sənədin olmadığını bildirmiş və Çingizə şifahi xəbərdarlıq etsmişdir. Hasar söküldükdən bir müddət sonra həmin ərazini tərk etmişdir. 27 aprel 2022-ci il tarixdə yenidən ərazidə olarkən “Mayak” bağlar massivində həmin əraziyə getmişdir. O yenidən həmin dövlətə məxsus torpaq sahəsinin qanunsuz olaraq hasara alındığını görmüşdür. Bundan başqa, həmin ərazidə fəhlələrə istirahət üçün nəzərdə tutulmuş 1 ədəd vaqon qoyulubmuş. O, orada olduğu müddətdə hasarın sökülməsi üçün əlavə texnika gətizdirmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs1 yanında tanımadığı şəxs ilə yaxınlaşmışdır. Həmin şəxs özünün Təqsirləndirilən şəxs olduğunu və həmin torpağın ona məxsus olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin torpaq sahəsini Zərərçəkmiş şəxs1 satdığını bildirdikdə, o, Təqsirləndirilən şəxs həmin torpağın çıxarışı, orderi və ya bağlar idarəsi tərəfindən verilmiş müqaviləni tələb etmişdir. Təqsirləndirilən şəxs torpağın heç bir sənədinin olmadığını, sadəcə şifahi olaraq ona məxsus olduğunu bildirmişdir. O, hər iki şəxsə torpağın dövlətə məxsus olduğunu və həmin ərazidə heç bir tikinti aparılması üçün icazələrinin olmadığını qeyd etmişdir. Onlar razılaşmadıqları təqdirdə orada müavini Ağabəyov Anar, Xəzər RİH-nin təsərrüfat şöbəsinin müdirinin iştirakı ilə akt tərtib edərək, həmin aktı imzalamışlar. 06 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 anası Niyarxanım Yusubova aidiyyəti qurumlara müraciət edərək Bakı şəhəri Xəzər rayonu “Mayak” bağlar massivində dövlətə məxsus həmin torpaq sahəsində tikinti aparmaq istədiyini bildirmişdir. Müraciətə cavab olaraq Niyarxanım Yusubova və oğlu Zərərçəkmiş şəxs1 ilə əlaqə yaradaraq onlarla görüşmüşdür. Görüş zamanı Zərərçəkmiş şəxs1 ona həmin torpaq sahəsini Təqsirləndirilən şəxs 11000 manata aldığını bildirmişdir. O, Zərərçəkmiş şəxs1 həmin torpaq sahəsinin Təqsirləndirilən şəxs məxsus olmadığını və sonuncuya verdiyi 11000 manatı geri almasını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 ümumiyyətlə boş torpaq sahəsi almaq üçün Dövlət Əmlak Komitəsinə rəsmi qaydada müraciət etməsini və onlara dövlət tərəfindən boş torpaq sahəsi ayrılandan sonra tikinti apara biləcəklərini bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 elan edilmiş ifadəsi ilə müəyyən edilmişdir ki, təxminən bir il əvvəl dostu Çingiz zəng vurub demişdir ki, Şüvəlan qəsəbəsində yerləşən 3,5 sot torpaq sahəsini almaq istəyir. O, nə sənədi olmasını soruşanda bildirmişdir ki, heç bir sənəd verilməyib. Mərdəkanda yerləşən 7 saylı notariusun həyətində Çingiz ilə görüşmüşlər. Bir müddət sonra torpağı satan Füzuli adlı şəxs gəlmişdir. Füzulinin yanında iki nəfər tanımadığı şəxs olmuşdur. O, Füzulidən soruşanda ki, torpağa aid sənəd nədir, Füzuli bildirmişdir ki, torpağın rəhmətlik qardaşının adına sənədi vardır, həm də uzun illər istifadəsində olan torpaq sahəsidir. Füzuli əlavə olaraq bildirmişdir ki, “heç bir problem olmadan tikinti işi apara bilərsiz”. Torpağın sənədi rəhmətlik qardaşının adınadır, lakin itirilmişdir. Arxivdən çıxarmaq olar. Həmin vaxt torpağın sənədi əlində olmadığından, yazılı əqd formasında müqavilə tərtib etmişdir. Onlar öz aralarında həmin müqaviləni imzalayaraq alqı-satqı etmişlər. Çingiz 10000 manat pulu Füzuliyə vermişdir. Onlar tərəfdən müqaviləyə orada iştirak etməyən iki nəfər tanımadığı şəxsi adını Çingizin xahişi ilə adlarını qeyd etmişdir. Sonradan Çingiz həmin şəxslərə imza etdirmişdir. Bir müddət sonra Çingiz həmin yerə daş töküb tikinti aparmaq isitəyəndə icra nümayəndəliyi yaxınlaşıb bildirmişdir ki, bu torpaq dövlətə məxsus oldduğunda tikinti apara bilməzsiniz. Ona məlum olmuşdur ki, Çingiz iştirakı olmadan sonradan Füzuliyə vermişdir. Sonra müxtəlif dövlət orqanlarına Çingiz ilə birlikdə müraciət ünvanlamışlar və məlum olmuşdur ki, torpaq dövlətin balansındadır və Füzuliyə məxsus olmamışdır. Füzuliyə 1 il ərzində dəfələrlə müraciət etmişlər ki, pulu qaytarsın ki, şikayət etməsinlər. Lakin Füzuli müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. İş materiallarında olan 17 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan 26 may 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş 11000 (on bir min) manat məbləğində ziyanın 25 (iyirmi beş) faizi miqdarında (2750 (iki min yeddi yüz əlli) manat) Dövlət Büdcəsinə ödəniş etmişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim olunmuş notarial qaydada təsdiq edilmiş 12 fevral 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilməsinə etiraz etmir. İş materiallarında olan müvafiq sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan dörd uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 17 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 2003-cü ildə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə, 2007-ci ildə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə, sonuncu dəfə Gəncə Hərbi Məhkəməsinin 13 may 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 31 iyul 2014-cü il tarixli qərarı ilə cəzası 7 (yeddi) ilə endirilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli qanun tətbiq edilərək əməli Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.3-cü maddələrinə tövsif edilərək cəzası 5 (beş) ilə endirilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli qərarı ilə 1 (bir) il 1 (bir) ay 7 (yeddi) gün vaxtından əvvəl şərti azad edilmiş, 13 may 2019-cu il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü madəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmiş, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini başqa üsullarla özbaşına tutub mülkiyyət hüququnu pozması zərərçəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqının əvvəlində təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin, zərəçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşaraq həmçinin qeyd edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.4 və 188.1ci maddələri ilə tövsif edilmişdir. İş materiallarından görünür ki, Məhkəmənin 13 iyun 2024-cü il tarixli 1(003)-20/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına və cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət büdcəsinə ödəniş etdiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilmiş və o, Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasının sonunda özünü təqsirli bilərək törətdiyi əməllərdən peşmançılıq çəkməsini bildirməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını, həmçinin zərərçəkmiş şəxsə vurduğu ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət Büdcəsinə ödəniş etməsini, himayəsində yetkinlik yaşına çatmayan dörd uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə iclasında müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs qeyd olunan torpaq sahəsini 2020-ci ildən başlayaraq qanunsuz olaraq hasarlamaqla zəbt etmiş, həmin torpaq sahəsini 2021-ci ilin sentyabr ayında zərərçəkmiş şəxsə satmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz torpaq zəbt etməyi ilə bağlı əməli 2021-ci ilin sentyabr ayında başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən 2 (iki) il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi isə CM-nin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir və həmin maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 2 (iki) ilədək müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs torpaq zəbt etmə ilə bağlı əməlinə münasibətdə Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Lakin təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqının əvvəlində özünü təqsirli bilməmiş, törətdiyi cinayət əməli tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinin tələbinə əsasən, həmin Məcəllənin 39.1.3-cü maddəsində göstərilən əsaslar olduqda, təqsirləndirilən şəxsə cəza təyin edilməməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-in 75.1, 75.1.1-ci maddələri ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, o, Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və həmin maddə ilə ona cəza təyin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə müdafiəçi xərci, maddi sübut, ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351-353, 356-358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-in 75.1, 75.1.1-ci maddələri ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona cəza təyin edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar