Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-200/2020 07.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru X2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3, Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2020-ci il tarixdə, Bakı şəhərində Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1983-cü il tarixdə Masallı rayonunda anadan olmuş, orta təhsilli, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Yelağac kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu ünvanında yerləşən nömrəsiz evdə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münasibətləri zəminində baş vermiş münaqişə zamanı sonuncuya bədənin müxtəlif nahiyələrinə zərbələr vurmaqla müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuşəməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onunla 2012-ci ildə ailə həyatı qurmuş, rəsmi nikahları və birgə nigahdan 2 övladı vardır. Bildirmişdir ki, ailə qurduqdan sonra bir müddət həyat yoldaşı Cəlilabad rayonunda yaşamış, özü isə Bakı şəhərində yaşamışdır. Təxminən 8- 9 ay bundan əvvəl Binə qəsbəsinə fərdi yaşayış evinə ailəsi ilə birlikdə köçərək yaşadıqlarını bildirmişdir. Hal-hazırda günə muzd fəhləliklə məşğul olur. Qeyd tmişdir ki, Zərərçəkmiş şəxs onun ikinci həyat yoldaşıdır və aralarında indiyədək heç bir narazıçılıqlar olmamış, yalnız sözlə mübahisələr olmuşdur. Əvvəllər həyat yoldaşını döyməmişdir. Bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 10:00 radələrində yaşadığı evdən çıxaraq dayısının evinə getmişdir. Bundan sonra saat təxminən 16:00 radələrində yaşadığı evə qayıtmışdır. Yaşadığı evdə olan zaman həyat yoldaşı Zərərçəkmiş şəxs ilə ailə problemlərinə görə aralarında sözlə mübahisə yaranmışdır. Yaranmış sözlə mübahisə zamanı əsəbləşərək həyat yoldaşı Zərərçəkmiş şəxs baş nahiyyəsindən tutaraq divara bir dəfə vurmuş və həyat yoldaşı otağa qaçmaq istəyən zaman onun bel nahiyyəsindən bir dəfə yumruqla vurmuşdur. Bundan sonra həyat yoldaşı hamam otağına qaçaraq DİN-in 102 xidmətinə döyülməsi ilə bağlı məlumat vermişdir. Bildirmişdir ki, aralarında yaranmış münaqişə zamanı yaşadıqları evdə özlərindən başqa heç kim olmamışdır. Həmin zaman iki az yaşlı övladları evin həyətində olmuşlar. Aralarında yaranan münaqişənin 10-15 dəqiqə davam etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, ailə daxili problemlərə görə əsəbləşərək həyat yoldaşı Şəhanə Əlyevanı vuraraq döymüşdür. Bildirmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranan mübahisə zamanı onu vuraraq döymüş, lakin nalayiq ifadələr təhqir etməmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs ilə 2012-ci ildə ailə həyatı qurmuş, rəsmi nikahları və birgə nigahdan 2 az yaşlı övladları vardır. Bildirmişdir ki, ailə qurduqdan sonra bir müddət Cəlilabad rayonunda yaşamışlar, sonra isə təxminən 8-9 ay bundan əvvəl Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə köçmüşlər. Qeyd etmişdir ki, bundan əvvəl aralarında ailə daxili mübahisələr olurmuş, lakin Binə qəsəbəsinə köçdükdən sonra bu hallar mütəmadi olaraq davam etmişdir. Bildirmişdir ki, aralarında yaranan sözlə mübahisə zamanı həyat yoldaşı Təqsirləndirilən şəxs onu təhqir edərək döymüş, lakin indiyənədək döyülməyi barədə şikayət etməmişdir. Qeyd etmişdir ki, nikahlarının pozulması üçün məhkəmə orqanlarına müraciət etmiş, lakin iki az yaşlı övladının olmasına görə həyat yoldaşı Təqsirləndirilən şəxs bağışlamış və bu səbəbdən də şikayət etməmişdir. Bildirmişdir ki, buna baxmayaraq Təqsirləndirilən şəxs öz əməllərindən əl çəkməyərək mübahisə və münaqişə yaratmasını davam edirdi. Qeyd etmişdir ki, həyat yoldaşı Təqsirləndirilən şəxs günə muzd fəhləliklə məşğul olur. xx.xx.2020-ci il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxs yaşadıqları evdən çıxaraq dayısının yaşadığı evə getmiş, saat 16:00 radələrində yaşadıqları evə qayıtmışdır. Evdə olduğu zaman Təqsirləndirilən şəxs ilə aralarında heç bir səbəb olmadan yenidən sözlə mübahisə yaranmışdır. Aralarında yaranmış sözlə mübahisə zamanı Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs nalayiq sözlərlə təhqir etmişdir. Zərərçəkmiş şəxs həyat yoldaşı Təqsirləndirilən şəxs bu hərəkətlərinə görə öz etirazını və narazıçılığını bildirən zaman Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs bel nahiyyəsindən bir dəfə yumruq zərbəsi ilə və baş nahiyyəsindən tutaraq evin divarına vurmuşdur. Həyat yoldaşı onu döyən zaman iki az yaşlı uşaqlarının evin həyətində oynadıqlarını bildirmişdir. Aralarında yaranan münaqişə 15-20 dəqiqə davam etmiş və sonra hamam otağına qaçıb DİN-in 102 xidmətinə məlumat vermişdir. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 367 saylı rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs bədənində - təpə nahiyyəsinin hematoması, üst və alt dodağın selikli qişasının qansızmaları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayət olunan sol bazunun yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2020-ci il tarixə və şəraitə uyğun gələ bilər və sağlamılığın qısa müddət polzulmasına səbəb olduğuna görə bunlar sağlamlığa “YÜNGÜL” dərəcəli zərərvurmaya aiddir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, şikayət vermiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığı, Azər tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və şikayət vermiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, şikayət vermiş şəxslə barışmasını, şikayət vermiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını, habelə tərəflərin birgə nikahda olmalarını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni şikayət vermiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili X5 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X4 ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-200/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-200/2020
07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver