Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-200/2025 13.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Məmmədova Rəqsanə Sulidin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi –X6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə və 2600 manat cərimə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan özgənin avtomobilini qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz ələ keçirməklə qaçırmaq üçün tanışları digər şəxslərlə qabaqcadan razılaşmaqla əlbir olub bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 ünvanın qarşısında hərəkətsiz saxlanılmaqla dayandırılmış Zərərçəkmiş şəxs2 məxsus olan “VAZ 21011” minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını Təqsirləndirilən şəxs açıb mühərriki işə saldıqdan sonra qrup üzvləri ilə birlikdə əyləşdikləri avtomobili saxlanc yeri olan yük yerində hər hansı bir əmlakın alob-olmadığını yoxlamadan idarə etməklə oradan ünvan 3 ünvanda yerləşən “Dərnəgül bazarı” deyilən ticarət mərkəzinə gətirərək oradan oğurluq edib götürəcəkləri əmlakları daşımaq üçün istifadə etmək niyyəti ilə talama məqsədi olmadan özgənin avtomobilini qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz ələ keçirməklə qaçırmışdır. Bundan başqa, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları digər şəxslər ilə qabaqcadan razlaşmaqla əlbir olub bir qrup şoxs halda Zərərçəkmiş şəxs2 məxsus olan "Vaz 21011" minik markali **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırdaraq xx.xx.2024-cü il tarixdə saat 02 radələrinda ünvan 4 ünvanda yerləşən “Dərnəgül bazarı” deyilən ticarət mərkəzinə X4 icarə əsasında işlətdiyi metal qəbulu məntəqəsinin qarşısına gələrək oradakı konteynerin qapısının kilidini sındırıb qapını açma yolu ilə saxlanc yeri hesab edilən konteynerin içərsinə qanunsuz daxil olaraq oradan X12 məxsus ümumi dayəri 4000 manat təşkil edən 360 kilogram mis metalı digər şəxslər ilə birlikdə "Vaz 21011" minik markalı, **-GV-***- dövlat qeydiyyat nişanlı avtomobilin salonuna yığmaqla, onun yaşadığı Bakı şəhəri Suraxanı rayonu 2-ci mədən ev 20 nvanına gedib boşaldaraq özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb zrərçəkmiş şəxs X7 4.000 manat məbləğində ziyan vurmagla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları ilə qabaqcadan razlaşmaqla olbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 məxsus olan "Vaz 21011" minik markalı 10GV-156 dövlət qeydiyyat nişanlı avtomobillə X8 məxsus oğurladıqları əmlakları boşaldıqdan sonra xx.xx.2024cü il tarixd saat 05 radələrində onun yaşadığı ünvan 5 ünvanında həmin avtomobilin yük yerini açaraq saxlanc yeri olan yük yerinə qanunsuz daxil olmaqla oradan avtomobil sahibi Zərərçəkmiş şəxs2 məxsus olan dəyəri 40 manat olan 01 ədəd kiçik laqondanı, dayəri 80 manat olan 01 ədəd böyük lagondanı, dəyəri 50 manat olan 01 ədəd dreli, dəyəri 40 manat olan 01 ədəd kuvaltı, dəyəri 30 manat olan 01 adad lomu, dəyəri 25 manat olan 01 ədəd böyük ölçüdə baltanı, dəyəri 150 manat olan 01 ədəd rezak uduğunu, dəyəri 70 manat olan 01 ədəd aftogen ulduzunu, ümumi dəyəri 150 manat olan 02 komplekt açar dəstini, 1 metri 8 manat 50 qəpik olan ümumi dəyəri 297 manat 50 qəpik təşkil edən 35 metr uzunluğunda kəndiri, ümumi dəyəri 160 manat olan 80 ədəd Rusiya istehsal olan açarları, dəyəri 10 manat olan 01 adəd təkər açarını və dəyəri 30 manat olan 30 metr uzunluğunda 01 top elektrik naqilini yaşadığı həmin ünvana boşaldaraq özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1132,50 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə xx.xx.2024-cü il tarixdə gecə saat 05 radələrində Zərərçəkmiş şəxs1 məxsus olan Xəzər rayonu Binə qəsəbəsi “Bakavtomat yolu” adlanan ərazidə yerləşən nömrəsiz evin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq oradan isə həyətdəki saxlanc yeri olan zirzəmiyə açıq qapıdan qanunsuz daxil olmaqla zirzəmidən Zərərçəkmiş şəxs1 məxsus bir ədədinin dəyəri 350 manat olan ümumi dəyəri 1050 manat təşkil edən 03 ədəd su matorunu, dəyəri 500 manat olan 01 adəd preperatoru, hər birinin dəyəri 100 manat olan ümumi dəyəri 1600 manat ləşkil edən 16 top 4-lük elektrik nagilini, ümumi dayəri 300 manat olan 3 top 2,5- lik elektrik naqilini, 1 metrinin dəyəri 8 manat olan 200 metr uzunluğunda ümumi dəyəri 1600 manat olan 10luq elektrik kabelini, 1 torunun dayəri 600 manat olan ümumi dəyəri 1800 manat təşkil edən 6x4 ölçülü 03 top elektrik kabelini götürüb aparmağla özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayib Zərərçəkmiş şəxs1 ümumilikdə 6850 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, istintaga malum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,315 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təmiz çəkisi 0,386 qram olan kustar üisulla hazırlanmış narkotik vasitə heroini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 1 noyabr 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi 2-ci Mədən küçəsinə kimi daşımış, 04 noyabr 2024-cü il saat 17:00 radələrində Xəzər RPi- nin 3-cü PS-nin əməkdaşları tərəfindən Haşimov Siyab isa oğluna məxsus evin zirzəmisindən oğurluq etməsinə görə saxlanılaraq həmin Polis Şöbəsinin inzibati binasına aparılmış, həmin gün Xəzər RPl-nin 3-cü PŞ-nin inzibati binasında növbətçi hissədə üzərində yoxlanış aparılan zaman əynində olan göy rəngli şalvarin sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisindən 01 ədəd üzərində "Diamed" yazısı olan kağız kəsiyi bükümündən təmiz çəkisi 0,315 qram olan həmin kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,386 qram olan kustar üsulla hazirlanmış həmin narkotik vasitə heroin Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, bir müddətdir ki, psixotrop maddə metamfetamin və narkotik vasitə heroini qarışdıraraq tüstü yolu ilə istifadə edirmiş. Həmin maddələri Bakı şəhərində müxtəlif yerlərdən ayrı-ayrı tanımadığı şəxslərdən alırmış. xx.xx.2024-cü il tarixdə axşam saatlarında evdə olarkən qonşuluqda yaşayan Totu ləqəbi ilə tanıdığı Şahid2 onun yanına gəlmişdir. Onlar evdə olarkən Cəbrayıl ondan pul istəmiş o, da Babək prospektində tanışının olmasını, həmin şəxsdən pul götürüb verə biləcəyini bildirmişdir. O və Cəbrayıl Babək prospektinə getməyə razılaşmışlar. Piyada Suraxanı dairəsi deyilən yerə gəldikdə yolda əvvəldən tanıdıqları, dəmir yığmaqla məşğul olan X5 görmüşlər. Bəhruz onada Babək prospektinə getməyi təklif etmişdir. İntiqam razılaşıb onlara qoşulmuşdur. Onlar birlikdə Suraxanı qəsəbəsində avtobusa minmişlər və Neftçilər metrosuna gətmişlər. Oradan piyada Babək prospektinə gedərkən yolda “Vaz 21011” markalı avtomobil görmüşlər. Həmin avtomobil yararsız vəziyyətdə olubmuş. İntiqamla razılığa gəlmişlər ki, avtomaşını qaçırsınlar, lakin həmin avtomaşını qaçırmalarını Cəbrayıl bilməsin. Belə ki, onlar Cəbrayıla etibar edib avtomaşını qaçıracaqlarını bildirməmişlər. Buna görə də, Cəbrayıla bildirmişlər ki, guya yaxında dostlarının avtomaşını var, onlar Cəbrayıla kənarda gözləməsini və həmin avtomaşını götürüb gələcəklərini demişlər. O, İntiqamla avtomaşının yaxınlığına gəlmişdir. O, avtomobilin qapısını açıb əyləşmiş və avtomobili işə salmışdır. Daha sonra İntiqam və Cəbrayılda avtomobilə əyləşmişlər. Birlikdə Bakı şəhəri, Nərimanov rayon, Dərnəgül bazarı adlanan yerə gəlmişlər. Orada İntiqamla razılaşaraq obyektdən əlvan metal oğurlamaq qərarına gəlmişlər. O və İntiqam avtomobildən düşmüş, Cəbrayıl isə avtomaşında qalmışdır. İntiqam və o, getmiş orada olan konteynerin qapısını qırmışlar. Qırdıqdan sonra içəridən misləri oğurlayıb avtomobilə yükləmişlər. Bundan sonra birlikdə həmin avtomobil ilə onun yaşadığı ünvana gətmişlər. Daha sonra İntiqam avtomobili yerinə qoymaq üçün onlardan uzaqlaşmışdır. Cəbrayılda evə getmişdir. Səhər o və İntiqam birlikdə nömrə nişanını və markasını xatırlamadığı taksi ilə misləri Bakı şəhəri, Binə qəsəbəsi Atçılıq deyilən yerdə Sadiq adlı şəxsə sataraq 770 manat pul əldə etmişlər. Onlar həmin puldan İntiqama 70 manat vermişlər. Qaçırdıqları avtomobilin baqajını açdıqdan sonra baqajda laqonda, direl, açar dəstini və sair ışyaları görmüş və həmin əşyaları götürüb öz evinə aparmışdır. Daha sonra isə o, həmin əşyaları avtomaşının sahibinə qaytarmışdır. Bundan sonra pulu olmadığından istifadə etməyə narkotik vasitə və psixotrop maddə ala bilməmişdir. Buna görə də, Bakı şəhəri, Binə qəsəbəsində olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu zaman o, 3 mərtəbəli evin yaxınlığında olduğundan həmin evin həyətinə hasarı aşmaq yolu ilə düşərək orada zirzəminin qapısının açıq olduğunu görüb içəri daxil olmuşdur. Həmin yerdən preporatoru və 6 top elektrik naqillərini götürüb getmişdir. Sonradan bilmişdir ki, ona məxsus telefon hadisə yerində düşmüşdür. Bir müddət sonra Babək prospektində olan zaman tanımadığı bir nəfər şəxsdən 20 manat verərək öz istifadəsi üçün 1 büküm psixotrop maddə metamfetamin və 1 büküm narkotik vasitə heroin almışdır. Sonra yaşadığı məhəllədə olan zaman mülki geyimdə olan polis əməkdaşları onu tutaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirmişlər. Polis şöbəsində növbətçi hissəsində üzərini yoxlayan zaman əynində olan şalvarın sağ yan cibindən 01 büküm heroin və 01 büküm metamfetamin aşkar edilmişdir. Polis əməkdaşları onu Xəzər RPİ-nin 3-cü polis şöbəsinə aparanda və polis bölməsində olan zaman ona heç bir formada zor tətbiq etməmişlər. Etdiyi əməlindən peşmandır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolunda 3 mərtəbəli evində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə təxminən saat 08 radələrində yuxudan durduqdan sonra həyətə yendikdə həyətinin hasarın kənarında zirzəmidə olan 3 ədəd hər birinin dəyəri 350 manat olan su matorunu görmüşdür. O, dərhal zirzəmiyə getmiş və orada olan həmin əşyalarını və dəyəri 500 manat olan 1 ədəd preperatorunu, hər birinin dəyəri 100 manat olan ümumi dəyəri 1600 manat olan 16 ədəd 4-llik elektrik kabelini, ümumi dəyəri 300 manat olan 2,5-lik elektrik naqillərini və 1 metrinin dəyəri 8 manat olan 200 metr uzunluğunda ümumi dəyəri 1600 manat olan 10-luq elektrik kabellərini, 1 torunun dəyəri 600 manat olan ümumi dəyəri 1800 manat olan 3top 6x4 ölçülü elektrik kabeli oğurlandığını müəyyən etmişdir. Həyətdə olan zaman bir ədəd Redmi markalı mobil telefon tapmış və bundan sonra polisə zəng edərək bu barədə məlumat vermişdir. Ona oğurluq nəticəsində ümumilikdə 6850 manat maddi ziyan dəymişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, təxminən 10 il olar ki, ünvan 6 ünvanında əlvan metalların qəbulu ilə məşğul olur. Hər gün saat 09:00-da məntəqəni açır, 19:00-da bağlayaraq gedirmiş. Məntəqənin fəaliyyəti əlvan metalların qəbulu və satışından ibarətdir. xx.xx.2024-cü il tarixdə məntəqəni bağlayaraq evinə getmişdir. xx.xx.2024-cü il tarixdə səhər saat 09 radələrində işə gələrkən məntəqənin qapılarının qırıq olmasını görmüşdür. İçəri daxil olduqda müəyyən etmişdir ki, naməlum şəxs(lər) 5-6 gün ərzində yığılmış, əlvan metal olan 360 kq misi oğurlamışlar. Ona məxsus olan 360 kq mis metalının oğurlanması nəticəsində 4000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Zərərçəkmiş şəxs2 məlumat verilsədə məhkəmə iclasında iştirak etməmiş və onun ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs2 bildirmişdir ki, təxminən 25 il müddətdir ki, Bakı şahəri, Nizami rayonu, Qara Qarayev 126 sayl ünvanda yerləşən sexdə fərdi qaydada avtomobil təmiri ilə məşğul olur. Axşamlar iş vaxtı bitdikdən sonra özünə məxsus Vaz 21011 markalı, **-GV-*** d.q.n.li avtomobilin nasaz və istifadəyə yararsız olması, yaşadığı ünvanın məsafəsinin işlədiyi sexdən uzaq olması səbəbindən həmin avtomobili işlədiyi sexin qarşısında saxlayıb ictimai nəqliyyat ilə yaşadığı evə gedirmiş. Bundan əlavə evə getdiyi zaman Sexində olan avto təmirdə istifadə etdiyi usta alətlərini avtomobilin yük və salon hissəsində qoyurmuş. Avtomobilin qapılarının kilidlərinin nasaz olmasi səbəbindən qapıları kilidləyə bilməmişdir. xx.xx.2024-cü il tarixdə axşam saat 18 radələrində avtomobili işlətdiyi sexin qarşısında saxlayıb, yaşadığı Qobu qəsəbəsinə getmişdir. xx.xx.2024-cü il tarixdə səhər saat 09:45 radələrində qardaşı oglu ilə birlikdə işə gedərkən Bakı şəhəri, Nizami rayonu. Babək prospekti 67 ünvanında hərəkətdə olduğu zaman anidən ona məxsus Vaz 21011 markalı, 10-GV- 156 d.q.n.l avtomobilin yol kənarında sahibsiz vəziyyətdə olduğunu görmüşdür. Qardaşı oğlu dərhal avtomobilin hərəkətini dayandırdıqdan sonra avtomobilə yaxınlaşmışdır. O, avtomobilinə yaxınlaşdıqdan sonra aytomobilin ön və arxa dövlət qeydiyyat nişanlarının görünməsini məhdudlaşdırmaq səbəbindən qəsdən palçıqlandığını, ön dövlət qeydiyyat nişanının yararsız vəziyyətdə avtomobilin salonunun ön hissəsində olduğunu, daha sonra salonun arxa hissəsinə baxdığı zaman, avtomobili ilə mis metal daşındığını, bu səbəbdən salonun arxa hissəsinin mis metal tozu olması, salonun natəmiz olduğunu aşkar etmişdir. Daha sonra yük hissəsinə baxdığı zaman avtomobilin yük hissəsində və salonun arxa hissəsində olan özünə məxsus işdə istifadə etdiyi 01 ədəd dəyəri 40 manat olan kiçik laqondanı, 01 ədəd 80 manat olan böyük laqondanın, 01 ədəd dəyəri 50 manat olan drelin, 01 ədəd dəyəri 40 manat olan kuvalun, 01 adəd dəyəri 30 manat olan lomun, 01 ədəd dəyəri 25 manat olan böyük ölçüdə baltanın, 01 ədəd dəyəri 150 manat olan rezak uduğunun, 01 ədəd dəyəri 70 manat olan aftogen ulduzunun, 02 ədəd ümumi dəyəri 150 manat olan komplekt açar dəstinin, 1 metri 8 manat 50 qəpik olan ümumi dəyəri 297 manat 50 qəpik olan 35 metr uzunluğunda kəndirin, 80 ədəd ümumi dəyəri 160 manat olan Rusiya istehsalı olan açarların, 01 adəd dəyəri 10 manat olan təkər açarının va 01 ədəd dəyəri 30 manat olan 30 metrlik udinlitelin yerində olmadığını, naməlum şəxs(lər) tərəfindən oğurlandığını aşkar etmişdir. Bu səbəblərdən və dövlat qeydiyyat nişanlarının məhdudlaşdırılmasını, arxa salon hissədə mis metal tozlarının olduğunu görməyi səbəbindən, naməlum şəxslərin ona məxsus avtomobili qaçırıb hansısa oğurluq və ya digər cinayat hadisəsi törədə biləcəklərini ehtimal edib, DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. xx.xx.2024-cü il tarixdə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən oğlu tutulduqdan sonra o, yaşadığı evə baxan zaman orada 1 ədəd Preperator görmüş və həmin preparatoru Bəhruzun Binə qəsəbəsində oğurladığını sonradan öyrəndiyindən polis əməkdaşlarına təhvil vermək istəmişdir. Buna görə də, o, dəstəyi göy rəngli olan həmin preperatoru Polis İdarəsinə gətirərək təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid5 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində əlvan metalların qəbulu məntəqəsində işləyirmiş. Onun işi şəxslər tərəfindən məntəqəyə gətirilmiş əlvan mettaları tərəzi vasitəsi ilə çəkərək çəkisini müəyyən edib metalların dərəcəsinə görə qimətləndirib pullarını vermək və sonra isə topdan satış məntəqəsinə təhvil vermək olmuşdur. xx.xx.2024-cü il tarixdə o, işdə olan zaman markası və dövlət nömrə nişanı yadında olmayan avtomaşınla əvvəllər tanımadığı, lakin sonralar adını bildiyi Bəhruz adlı şəxs mis materialı gətirmiş və o, həmin misi tərəziyə yığaraq çəkmişdir. Həmin mis 93 kq etmiş və o, misin 1 kiloqramını 11 manatdan hesablayaraq 1023 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid6 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsbəsində yerləşən evindən oğurluq etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulması istiqamətində keçirilmiş əməliyyat tədbirləri nəticəsində məlum olmuşdur ki, o, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən evindədir. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə o, şöbənin sahə rəisi Şahid7, sahə inspektoru Şahid10, əməliyyat müvəkkilləri Şahid8 və Şahid9la birlikdə göstərilən ünvana getmişlər. Orada məlum olmuşdur ki, Təqsirləndirilən şəxs evindədir. Onlar Bəhruzu tutaraq Xəzər RPİ-nin 3-cü PŞnə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin 3-cü PŞ-nin inzibati binasında növbətçi hissədə baxış keçirilən zaman onun əynində olan göy rəngli şalvarın sağ yan cibindən kibrit qutusunun içərisində üzərində “Diamed” yazısı olan ağ rəngli kağıza bükülmüş 01 büküm narkotik vasitə heroinə bənzər və 01 büküm psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Onun üzərindən həmin narkotik vasitə və psixotrop maddə aşkar olunduqdan sonra polis şöbəsinə vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə videoçəkiliş aparılmışdır. Videoçəkiliş zamanı Ona üzərindən aşkar edilmiş narkotik və psixotrop maddənin vasitə kimə məxsus olması barədə sual verilmiş və o, həmin narkotik vasitə və psixotrop maddənin öziinə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid8 verdiyi ifadəsində Şahid6 ifadəsinə oxar məzmunda ifadə vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində şahidlər Şahid1, Şahid2, Şahid4, Şahid7, Şahid9 və Şahid10 məlumat versələrdə məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında onların istintaq zamanı vermiş olduqları ifadələr elan edilmişdir. Şahidlər Xəzər Rİ-nin 3-cü PŞ-nin əməkdaşları olan Şahid7, Şahid9 və Şahid10 ibtidai istintaq zamanı verdiklər və məhkəmə iclasında elan edilmiş ifadələrində Şahid6 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun bildirdiyi xüsusatları bir daha təsdiq etmişlər. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, maddi ehtiyaclarını ödəmək və ailəsinə baxmaq üçün dəmir yığıb satmaqla məşğul olurmuş. O, evlidir hal-hazırda 3 azyaşlı övladı vardır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Suraxanı dairəsi deyilən yerdə olduğu zaman əvvəldən tanıdığı Totu ləqəbi ilə bildiyi Şahid2 və Təqsirləndirilən şəxs ilə qarşılaşmışdır. Onlarda dəmir yığmaqla məşğul olurlar. Bəhruz ona təklif etdi ki, Babək prospektinə gedək oda razılaşmışdır və onlara qoşulub birlikdə Suraxanı qəsəbəsində avtobusa minmişlər və Neftçilər metrosuna gətmişlər. xx.xx.2024-cü il tarixdə saat təxminən 01 radələrində piyada Babək prospektinə gedərkən yolda, yəni Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 ünvanının qarşısında **- GV-*** dövlət qeydiyyat nişanlı “Vaz 21011” markalı avtomobil görmüşlər. Həmin avtomobil yararsız vəziyyətdə olub. Bəhruz avtomobilin qapısını açıb əyləşdi və hansısa üsulla avtomobili işə salıbmış. O, və Şahid2 də təklif etmişlər ki, həmin avtomobilə əyləşək, onlar onun avtomobili qaçırdığını anlayıb və avtomobilə əyləşmişlər. Həmin gün saat 02 radələrində birlikdə Bakı şəhəri, Nərimanov rayon, Dərnəgül bazarı adlanan yerə gəlmişlər. Bəhruz təklif etmiş ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Abışov küçəsi 20/93 ünvanında olan obyektdən əlvan metal oğurlasınlar. O, Bəhruzla razılaşmiş, lakin Cəbrayıl avtomobildən düşməmiş. O, və Bəhruz avtomobildən düşmüşlər və gedib orada olan konteynerin qapısını qırmışlar. Qırdıqdan sonra içəridən misləri oğurlayıb avtomobilin arxa oturacaq hissəsinə yükləmişlər. Yükləmə zamanı Cəbrayılda onlara kömək edibmiş. Bundan sonra birlikdə həmin avtomobil ilə Bəhruzun yaşadığı ünvana gəlmişlər. Orada oğurladığları misi Bəhruzun yaşadığı evin həyətinə boşaltmışlar. Bundan sonra aralarında olan razılaşmaya əsasən avtomobili yerinə qoymaq üçün oradan uzaqlaşmış və avtomobili götürdükləri yerdən əks tərəfdə saxlayaraq çıxıb getmişdir. Səhər o, və Bəhruzla birlikdə nömrə nişanını və markasını xatırlamadığı taksi ilə misləri Bakı şəhəri, Binə qəsəbəsi Atçılıq deyilən yerdə Sadiq adlı şəxsə sataraq 770 manat əldə etmişlər. Bəhruz həmin puldan ona 70 manat vermişdir. Cəbrayıla isə nə verməsi barədə məlumatı olmayıb. Qeyd edib ki, mislər çəkilən zaman 70 kq idi. Bundan əlavə qaçırdığları avtomobili baqaj hissəsindən avtomobil düzəltmək üçün istifadə olunan açarlar, drel, laqonda çıxmışdır ki, həmin əşyaları Bəhruz götürüb evinə qoymuş və həmin əşyaların aqibəti barədə məlumatı yoxdur. İlkin izahatlarında avtomobilin Cəbrayıl tərəfindən açılmasını bildirsə də bu düzgün deyil, bir daha qeyd edib ki, avtomobilin qapısı Təqsirləndirilən şəxs tərəfindən açılmışdır. Əlavə olaraq qeyd etmişdir ki, ilkin izahatlarında mis metallarını 200 manata satdığını, Bəhruzun ona verdiyi məbləğin 50 manat olmasını bildirsə də bu düzgün deyil, biz həmin metalları 770 manata satmışlar və ona 70 manat vermişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saatlarında evdən çıxıb qonşusu Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. O, Təqsirləndirilən şəxs "kakos adi ilə tanınan metamfetamin almaq istədiyini bildirmiş və Bəhruza 15 manat vermiş ki, onun üçün narkotik vasitə təşkil etsin. Oda həmin pulu alıb mobil telefonda qumar oyunu oynayıb uduzdu. O, Bəhruzdan narkotik vasitəni tələb etdikdə bildirmiş ki, gedək Babək prospektindən narkotik vasitəni alıb ona verəcəkmiş. Oda Bəhruzla birlikdə getmək üçün razılaşmış, onlar piyada Suraxanı kruqu deyilən yerə gəldikdə yolda əvvəldən tanıdıqları, dəmir yığmaqla məşğul olan X5 görmüşlər. X15 prospektinə getməyi təklif etmişdir, onlar birlikdə Suraxanı qəsəbəsində avtobusa minmiş və Neftçilər metrosuna gətmişlər. Oradan piyada Babək prospektinə gedərkən Bəhruz İntiqamı kənara çəkərək söhbət etdilər və ona yaxınlaşım dedilək ki, onları burda gözləyim, dostu Bəhruza avtomobilini verib ki, piyada hərəkət etməsinlə avtomaşınla adamdan pul almağa getsinlər. Mən onları olduğum yerdə gözlədim və bir neçə dəqiqədən sonra **-GV- *** d.q.n. “Vaz 21011” markalı avtomobil ilə Bəhruzla İntiqamın gəldiyini görmüşdür. Həmin avtomobil yararsız vəziyyətdə idi. Birlikdə Bakı şəhəri, Nərimanov rayon, Dərnəgül bazarı adlanan yerə gəlmişlər. Bəhruz yolda İntiqamla nə barədə isə danışırdılar, o, avtomaşında arxa oturacaqda əyləşdiyindən maşının səsindən heç nə eşidə bilmirdi. Həmin yerdə Bəhruz avtomaşını saxladı. İntiqam və Bəhruz avtomobildən düşdülər va gedib orada olan konteynerin qapısını qırdılar. Konteynerin içərisindən misləri oğurlayıb avtomobilə yüklədilər. O, həmin zaman avtomaşından düşməmişdir. Onlar avtomaşına gəldikdən sonra onlar mənə oğurluq etdiklərini bildirdilər. Bundan sonra birlikdə həmin avtomobil ilə Bərhuzun yaşadığı ünvana getmişlər. Daha sonra İntiqam avtomobili yerinə qoymaq üçün onlardan uzaqlaşmışdır. O, ds Bəhruzdan ayrılaraq evə gəlmişdir. Səhər o, Bəhruzun yaşadığı ünvana gəldikdə onun evdə olmadığını görmüşdür. Bəhruz və İntiqam səhər tezdən həmin misləri satmaq üçün aparmışdırlar. Daha sonra onlar gəldikdə misləri satdıqlarını bildirdilər. Onlar ona əldə etdikləri puldan vermədilər. O, da onlardan pul barəsində heç nə soruşmamışdır. Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsində yerləşən metal qəbulu məntəqəsində işləyirmiş. xx.xx.2024-cü il tarixdə təxminən saat 17 radələrində yanına bir nəfər sonradan adını bildiyi Bəhruz adlı şəxs yaxınlaşaraq mis satdığını bildirmişdir. O, da Bəhruzun gətirdiyi misi tərəziyə qoymuş və 18 kiloqram olmuşdur.O, həmin misə görə Bəhruza 250 manat pul vermişdir. O, Bəhruzu qaraçılar məhəlləsindən tanıdığından sənədlərini tələb etməmişdir. Belə ki, Bəhruzun heç bir sənədinin olmamasını bilirmiş. Misi isə zibilliklərdən yığdığı kabellərin içərisindən əridərək çıxartdığını dediyindən o, Bəhruzdan həmin misi qəbul etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında 25 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, X9 məxsus olan ünvan 3 ünvanda yerləşən metal qəbulu məntəqəsində oğurluq hadisəsi ilə bağlı baxış keçirilmişdir; - Hadisə yerinə baxış keçirilməsi haqqında 25 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 126 ünvanında VAZ 21011 markalı avtomobilin qaçırılması ilə ilə bağlı baxış keçirilmişdir; - Hadisə yerinə baxış keçirilməsi haqqında 27 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bakovtomat yolu ərazisində Zərərçəkmiş şəxs1 məxsus evdə oğurluq hadisəsi olmuşdur; - Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında 27 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bakovtomat yolu ərazisində Zərərçəkmiş şəxs1 məxsus evin həyətindən götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefona Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və o, bildirmişdir ki, həmin mobil telefon ona məxsusdur və xx.xx.2024-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolunda yerləşən evdən oğurluq etdikdən sonra həmin həyətdə cibindən düşərək qalan mobil telefonudur; - 26 oktyabr 2024-cü il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Coşqun Qədiməliyev tərəfindən X17 oğlu ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 ünvanında quraşdırılmış müşahidə kameralarından götürülmüş görüntüyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 1-ci pancərə açıldiqda ərazinin piyada səkisi olduğu, səkinin sol tərəfi avtomobil yolu, səkidə 2 ədəd avtomobilin park edildiyi göriintülənir. Həmin vaxt əynində qara rəngli idman şalvarı, qara rəngli gödəkçə olan şəxs öndə, əynində qara rəngli şalvar, qara rəngli gödəkçə, birinin baş nahiyyəsində kapşon olan şəxslərin piyada hərəkət etdikləri görüntülənir.2-ci pəncərə açildıqda ərazinin avtomobil yolu, yolun sol torəfı körpüyə bənzər divar, sağ tərəfi isə səki olduğu görüntülənir. Həmin vaxt qeyd olunan ərazidən ağ rəngli, üzərində yük yeri olan, nömrə nişanı seçilməyən, VAZ 21011 markalı avtomobilin hərəkət etdiyi görüntülənir.Baxışda iştirak edən Bədalov intiqam Tahir oğlu, 1-ci görüntüdə arxa tərəfdə gedən, baş nahiyyəsində kapşon olan şəxsin onun özü, yanındakı səxsin Bəhruz, ondə gedən şəxsin Cəbrayil olduğunu, həmin ərazinin VAZ 21011 markal, **-GV-*** nömrə nişanlı avtomobili qaçırdiqları ərazi olduğunu, 2-ci görüntüdə olan ağ rəngli VAZ 21011 markalı avtomobilin isə qeyd olunan ərazidən qaçırdıqları avtomobil olduğunu bildirdi; -Cinayət işi üzrə 04 noyabr 2024-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs və 08 saylı vəkil bürosunun vəkili X2 və polis əməkdaşları Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6, həmin şöbənin polis sahə rəisi polis kapitanı Şahid7, həmin şöbənin polis sahə inspektoru, polis mayoru Şahid10, həmin şöbənin əməliyyat müvkkili polis kapitanı Şahid8 və həmin şöbənin əməliyyat müvkkili polis mayoru Şahid9 iştirakı ilə üzərinə şəxsi axtarış və baxış keçirildi, lakin şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədlər aşkar edilmədi. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, 3-cü Polis Şöbəsinin növbətçi hissəsində üzərini yoxlayan zaman əynində olan göy rəngli şalvarının sağ yan cibindən kibrit qutusunun içərisində üzərində “Diamed” yazısı olan ağ rəngli kağızlara bükülmüş 01 büküm olan kakos və 01 büküm şüşə aşkar edilmişdir.Həmin narkotik maddələri 01 noyabr 2024-cü il tarixdə Babək prospektində tanımadığı İran İslam Respublikası vətəndaşından 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirdi; -04 noyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2024-cü il tarixdə Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Elvin Hacıyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur; - İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 05 noyabr 2024-cü il tarixli, 6/5135 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: AR DİN “Zərflər üçün №244” möhür əksi və «yeddi-imza; qablaşdırıldı: E.Hacıyev -imza» yazı əlavəsi qeyd edilmişbir ədəd kağız 01 ədəd kibrit qutusunun içərisində kibrit dənələri, 01 ədəd ağ rəngli boş kağız parçası; 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi - 0, 386 qram qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi - 0,315 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ayrı növ narkotik vasitə və psixotrop maddələr olduğundan onlar arasında eyniləşdirmə təqdidatını aparmaq mümkün deyildir.Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş«Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ), metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildirlər; - Cinayət işinin başlanılması haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CM-nin 177.2.3 və 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; -Təqdim edilmiş əşyaya baxış keçirilmə haqqında protokoldan görünür ki, iş üzrə Şahid3 götürülmüş 01 ədəd prepotatora Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilmiş, Zərərçəkmiş şəxs1 həmin preporatorun ona məxsus olduğunu bildirmişdir; -xx.xx.2024-cü il tarixli 01 ədəd DVD diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs və 08 saylı vəkil bürosunun vəkili X2 və polis əməkdaşları Xəzər RPİnin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6, həmin şöbənin polis sahə rəisi polis kapitanı Şahid7, həmin şöbənin polis sahə inspektoru, polis mayoru Şahid10, həmin şöbənin əməliyyat müvkkili polis kapitanı Şahid8 və həmin şöbənin əməliyyat müvkkili polis mayoru Şahid9 iştirakı ilə üzərinə şəxsi axtarış və baxış keçirildi, lakin şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədlər aşkar edilmədi. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, 3-cü Polis Şöbəsinin növbətçi hissəsində üzərini yoxlayan zaman əynində olan göy rəngli şalvarının sağ yan cibindən kibrit qutusunun içərisində üzərində “Diamed” yazısı olan ağ rəngli kağızlara bükülmüş 01 büküm olan kakos və 01 büküm şüşə aşkar edilmişdir.Həmin narkotik maddələri 01 noyabr 2024-cü il tarixdə Babək prospektində tanımadığı İran İslam Respublikası vətəndaşından 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirdi; - ********* saylı cinayət işi Nərimanov RPİ-nin baş müstəntiqi, polis mayoru Şahmar Qurbanov tərəfindən 28 oktyabr 2024-cü il tarixdə fakta görə başlanılmışdır; - ********* saylı cinayət işi Suraxanı RPİ-nin müstəntiqi, polis kapitanı Pərvin İbrahimov tərəfindən 19 oktyabr 2024-cü il tarixdə fakta görə başlanılmışdır; - Cinayət işinin icraata qəbul etmə, cinayət işinin bir icraatda birləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Suraxanı RPİ-nin İş-dən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi daxil olmuş və həmin tarixdə icraatımda olan ********* saylı cinayət işinə birləşdirilərək sonuncu nömrə altında istintaqı davam etdirilmişdir; - 24 dekabr 2024-cü il tarixdə Suraxanı RPİ-nin İş-dən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 185.2.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi daxil olmuş və həmin tarixdə icraatımda olan ********* saylı cinayət işinə birləşdirilərək sonuncu nömrə altında istintaqı davam etdirilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin,177.2.3 və 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin,177.2.1, 177.2.2, 177.2.3 və 185.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - xx.xx.2025-ci il tarixli “ifadənin yerində yoxlanılması” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa vermiş olduğu ifadələrini təsdiq edərək əyani şəkildə Zərərçəkmiş şəxs1 məxsus evdən əmlakın oğurlanması mexanizmini göstərmiş və həmin vaxt fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - İş üzrə məhkəmə-narkoloji ekspertizasının 13 dekabr 2024-cü il tarixli, 7821 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; -İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının 06 yanvar 2025-ci il tarixli 224 saylı rəyindən görünür ki, təqdim olunmuş 1 ədəd perforatorun hazırkı bazar qiymətləri ilə təqribi dəyəri 420.00(dörd yüz iyirmi) manat məbləğində müəyyən edilir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrindən həmin məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4,185.2.1 və 234.1-ci maddələrinəı tövsif edilmişdir; -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixindən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 185.2.1, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Əməlin tövsif edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.1-ci maddəsindən CM-nin 185.2.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, X13 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 15 dekabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək əmək haqqısının 10% miqdarında pul tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa o, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 29, 177.2.1 və 69.4-cü maddələri ilə təqsirli bilinərək 2800 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.3.2, 67.1 və 68.2-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 2800 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 aprel 2013-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2013-cü il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 67.1-ci maddəsinə əsasən 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 2800 manat cərimə cəzasına məhkum edilmişdir. Ali Məhkəmənin 16 aprel 2013-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 16 aprel 2013-cü il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar 2014-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2013-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyul 2016-cı il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə olan əməli CM-nin 01 iyun 2016-cı il tarixdə qüvvədə olan 177.2.1, 177.2.4-cü maddəsinə tövsif edilmiş və ona CM-nin 177.3.2-ci maddəsinə əsasən təyin edilmiş 09 il azadlıqdan məhrumetmə cəzası CM-nin 177.2.1 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın 07 il həddində azaldılmış və hökm qalan hissədə dəyişdirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyul 2016-cı il tarixli qərarı dəyişdirilmiş və ona 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nə dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli qanunu tətbiq edilərək cəzası 05 il müəyyən edilmiş və azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardığı üçün azad edilmişdir. Bundan başqa o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 67.1 və 68.2-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə və 2800 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 69.3, 66.5 və 68.2-ci maddələri ilə təqsirli bilinərək 04 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 2600 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən 07 ay 10 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş və 25 iyun 2024-cü il tarixdə cəzası bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə və 2600 (ikimin altı yüz) manat cərimə cəzası təyin edilmişdir; - Sübutların qiymətləndirilməsi haqqındaxx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, X3 və Şahid2 cinayət məuliyyətinə cəlb olunmaları üçün ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama hesab edilir. Eyni əməllər: - 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; - 177.2.2. təkrar törədildikdə; - 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; - 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185-ci maddəsinə görə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə - 185.2.1-ci maddəsinə görə avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə — üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «psixotrop maddə » adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,386 heroin və 0,315 psixotrop maddə metamfetamin olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.2., 177.2.3, 177.2.4, 185.2.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.2.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin residivi təhlkəli sayılır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlinin törədilməsindən sonra yarandığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında təqsirini etiraf etməsini, oğurlanmış əşyaların bir qisminin qaytarılmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar və CMnin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə yaranmış məhkumluqlarının ödənilməməsi cinayətin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivi Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə ona təyin edilmiş 08 il müddətə azadlıqdan məhrum etmə cəzası və 2600 manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi saxlanılan qalıq 0,336 qram heroin və 0,265 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 3 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 92 manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 1772.2, 177.2.3, 177.2.4, 185.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 185.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 05 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə və 2600 (iki min altı yüz) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 05 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 09 il 06 ay müddətinə azadlıqdan məhrumetmə və 2600 (ikimin altı yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1(101)-636/2025 nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində qəti olaraq 09 (doqquz) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 2600 (iki min altı yüz) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 2600 (iki min altı yüz) manat cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,336 qram çəkidə narkotik vasitə heroin və 0,265 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 92 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********). Maddi sübut olan 03 (üç) ədəd disk iş materiallarında saxlanılsın, 01 ədəd preporatorun zərərçəkmiş şəxsə qaytarılması və 01 ədəd mobil telefonun təqsirləndirilən şəxsin yaxın qohumlarına təhvil verilməsi nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 240 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X14 tərəfindən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 110 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində (Təqsirləndirilən şəxs rəsmi təqdim edildiyi) andan Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-200/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-200/2025
13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver