Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-201/2022 31.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şükürlü Murad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 1(003)-201/2022 saylı qərarı ilə həbs qətimkan tədbiri ilə dəyişdirilmiş, həbsetmənin əvvəli tutulduğu 17 avqust 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs informasiya texnologiyalarından istifadə etməklə elektron məlumat daşıyıcısına daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsinin və elektron məlumat daşıyıcısı hesab olunan 5243 7544 1289 0038 nömrəli “Unibank” albalı kartının foto şəkillərini kredit götürməsində köməklik edəcəyi bəhanəsi ilə əldə etdikdən sonra Bakı şəhəri Xəzər rayonu Xaşaxuna qəsəbəsi ev 162 Q ünvanda yerləşən yaşadığı evdə informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı hesab olunan 5243 7544 1289 0038 nömrəli “Unibank” albalı kartından sonuncunun xəbəri olmadan vahid niyyətlə əhatə olunan qəsdlə 20 dekabr 2021-ci il tarixdə əvvəlcə 460 manat, ardınca isə 19,16 manat pulunu, cəmi 479,16 manat məbləğində özgə əmlakını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun və zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ünvan 1 ünvanda qeydiyyatda olmaqla anası X1 ilə birlikdə ünvan 3 ünvanda yaşayır. 2021-ci ilin dekabr ayının əvvəlində Xanım adlı bir şəxs onunla əlaqə saxlayaraq mobil telefon nömrəsini Zərnişandan aldığını bildirmiş və ona 6000 manat kredit götürmək üçün köməklik etməyini istəmişdir. O da problem olmadığını, əlindən gələn köməkliyi edəcəyini demişdir. Bundan bir neçə gün sonra Xanıma zəng edərək Mərdəkan qəsəbəsində yerləşən “Unibank”ın qarşısında görüşməklərini istəmiş, həmin gün saat 16 radələrində Xanım qaynanası Qəmərlə birlikdə Mərdəkan qəsəbəsində yerləşən “Unibank”ın qarşısında onunla görüşmüşdür. Həmin vaxt kredit götürmək üçün lazım olan Xanımın mobil nömrəsi evdə qaldığına görə onlar heç bir iş görə bilməmiş və razılaşmışlar ki, evə geri qayıdıb növbəti gün banka müraciət etsinlər. Evə geri qayıdandan sonra o, Xanımla telefonla əlaqə saxlayaraq şəxsiyyət vəsiqəsinin və “Unibank” albalı kartının şəkillərini ona atmasını istəmiş, o da göndərmişdir. Məqsədi Xanımın adına olan gecikmələri öyrənmək olmuşdur. Həmin günün səhəri saat 09 radələrində Xanımla əlaqə saxlamış və görüşüb taksi ilə “Leobank”a getmiş, yolda o, onlayn kart sifariş etmiş və banka çatana kimi kart artıq hazırlanmışdır. Onlar banka daxil olmuşlar və Xanım içərisində pul olmayan kartı götürmüşdür. O, Xanıma bildirmişdir ki, “VTB” bankda olan Emin adlı tanışı ilə danışmış və o, ona bildirmişdir ki, bu gün saat 15 radələrinə kimi Xanıma məxsus karta 6000 manat pul köçürüləcək və Xanım onu kredit kimi istifadə edə bilər. Həmin gün təxminən saat 16 radələrində Xanım onunla əlaqə saxlamış və kartına pulun köçürülmədiyini bildirmişdir. O da Xanıma aylıq kredit ödənişlərində olan gecikmə ilə bağlı problem yarandığını, lakin həll edəcəyini demiş, buna baxmayaraq, ona kredit ayrılması ilə bağlı köməklik edə bilməmişdir. Bundan iki gün sonra pula ehtiyacı olduğuna görə Xanıma məxsus “Unibank” albalı kartından gizli olaraq pul çəkmək qərarına gəlmiş və bu məqsədlə yaşadığı evdə mobil telefonunda olan milliön vasitəsilə Xanıma məxsus “Unibank” albalı kartından əvvəl 130 manat, ardınca isə 220 manat pulu özünə məxsus “Leobank” kartına atmışdır. Daha sonra özünə məxsus “Leobank” kartından Xanıma məxsus “Unibank” albalı kartından gizlin olaraq atdığı cəmi 350 manat pulu çıxardaraq şəxsi ehtiyaclarına xərcləmişdir. Təxminən 2022-ci ilin yanvar ayının ortalarında Xanım ona məxsus “Unibank” albalı kartından pulun çıxarılmasından xəbər tutmuş və ona zəng edərək bu barədə soruşmuş, o da etiraf edərək ona məxsus “Unibank” albalı kartından pulu onun çıxartdığını, şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. Həmin vaxt Xanım barəsində şikayət edəcəyini bildirmiş, o da ona demişdir ki, hazırda 80 manat ödəyə bilər, imkanı ona çatır. Lakin yenə də özü bilər, şikayət etsə də, etməsə də gücü çatan odur. Hətta ona kartından çəkdiyi pula görə gələn faizlərini də ödəyəcəyini bildirmişdir. Həmin günün səhəri o, Xanımın banka olan kredit borcundan 80 manat pul ödəmiş, bundan sonra maddi imkanı yaxşı olmadığına görə pul ödəyə bilməmiş və Xanım onun barəsində şikayət etmişdir. İlk dəfə törətdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, Göyçay rayonu Qarabaqqal kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Stansiya Qala adlanan ərazidə nömrəsiz fərdi evdə yaşayır. Ailəlidir, himayəsində üç azyaşlı övladı vardır. Yaşadığı evi təmir etmək üçün bankdan kredit götürmək istəyirmiş, lakin ödənişlərdə gecikməsi olduğuna görə bankdan ona bildirilmişdir ki, gecikmə ilə əlaqədar kredit verə bilmirlər, 2022-ci ilin may ayına kimi ödənişləri vaxtlı-vaxtında etdikdən sonra yenidən banka müraciət etsin, bəlkə həmin vaxt onun üçün bank kredit ayıra bilər. Bundan bir neçə gün sonra o, işdə olarkən iş yoldaşlarına bu barədə danışmış, bankdan ona kredit verilmədiyini bildirmişdir. Bu zaman iş yoldaşı Zərnişan Zaur adlı şəxsin mobil telefon nömrəsini verərək həmin şəxslə danışmağını və onun ona köməklik edə biləcəyini demişdir. O, Zaura zəng edərək kredit barədə danışmış, ona 2 dəfə gecikməsi olduğunu, lakin ödədiyini bildirmiş, Zaur da demişdir ki, problem yoxdur. Zaura 6000 manat pul götürmək istədiyini demiş, o da həll edəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra saat 16 radələrində Zaurun dəvəti ilə qaynanası Qəmərlə birlikdə Mərdəkan qəsəbəsində yerləşən “Unibank”ın qarşısına gəlmişdir. Zaur orada bank kartını qeydiyyata salmaq üçün şəxsiyyət vəsiqəsinin, “Unibank” kartının şəklini çəkmiş və mobil nömrə istəmiş, o da vermişdir. Bundan sonra Zaur gec olduğunu bildirmiş, evlərinə getmələrini, sabah görüşüb “Leobank”a gedəcəklərini demişdir. Həmin günün səhəri saat 09 radələrində Zaurla əlaqə saxlayaraq görüşüb taksi ilə “Leobank”a getmişlər. “Leobank”a çatandan sonra Zaur ona kartın hazır olduğunu bildirərək özü bankın qarşısında gözləmiş, ona isə banka daxil olub kartı götürməsini demişdir. O, banka daxil olub ad və soyadını deyərək kart sifariş verdiyini demiş, kart artıq hazır olmuş və imza edib kartını götürərək bankdan çıxmışdır. Zaur ona demişdir ki, həmin gün saat 15 radələrində kartına kredit kimi 6000 manat pul köçürüləcəkdir. Həmin gün saat 16 radələrində Zaurla əlaqə saxlamış, ona karta pul köçürülmədiyini demişdir. Zaur da aylıq kredit ödənişlərində olan gecikməsilə bağlı problem yarandığını bildirmiş və həll edəcəyini demişdir. Buna baxmayaraq, ona kredit ayrılmamışdır. 2022-ci ilin yanvar ayının sonunda “Unibank”dan ona zəng gəlmiş və nə üçün ödəniş etmədiyini soruşmuşlar. O, nə ilə bağlı ödəniş etməli olduğunu soruşmuş, ona bildirilmişdir ki, kartında olan pulu tam olaraq çəkdiyinə görə borcu vardır. Bu zaman o, başa düşmüşdür ki, kartında olan pulları Zaur onun xəbəri olmadan kartdan çəkmişdir. Kartından pul oğurlandığını biləndən sonra Zaurla bu barədə danışmış, nə üçün ona qarşı belə bir hərəkətə yol verdiyini soruşmuş və kartından çıxartdığı pulları geri qaytarmasını tələb etmişdir. Zaur ehtiyacı olduğu üçün kartında olan pulları ondan gizlin çıxartdığını etiraf etmiş və bildirmişdir ki, 02 fevral 2022-ci il tarxdə həmin pulları kartına geri köçürəcəkdir. 02 fevral 2022-ci il tarixdə Zaur onun kartına pul köçürməmiş, buna görə o, ona zəng etmişdir. Zaur maaşını almadığı üçün pulu köçürə bilmədiyini, 05 fevral 2022-ci il tarixdə pulu köçürəcəyini bildirmişdir. 05 fevral 2022-ci il tarixi də gözləmiş, lakin Zaur yenə də karta pul köçürtməmişdir. O, təkrar olaraq Zaurla əlaqə saxlamış və Zaur pulunun olmadığını, istəsə pulu ödəməyəcəyini bildirmiş və ona vaxt verməyini istəmişdir. Zaurun bu sözündən sonra ona barəsində polisə şikayət edəcəyini bildirmiş, Zaur da hara şikayət edirsə etməsini demişdir. Bundan sonra o, “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Həmin vaxt Zaur tərəfindən kartından çəkilən pulun təxminən 590 manat olduğunu güman etmiş və o, qədər pulunun çəkildiyini demişdir. Bundan tam əmin olmaq üçün “Unibank”a gedib kartından çıxarış etdirmiş, həmin vaxt elə bilmişdir ki, Zaur 17 dekabr 2021-ci il tarixdən 31 yanvar 2022-ci il tarixədək olan müddət ərzində ona məxsus 5243 7544 1289 0038 nömrəli “Unibank” albalı kartından ümumilikdə 704 manat 16 qəpik pulu çıxardaraq ələ keçirmişdir. Lakin daha sonra bilmişdir ki, Zaur ona məxsus 5243 7544 1289 0038 nömrəli “Unibank” albalı kartından 20 dekabr 2021-ci il tarixdə əvvəlcə 460 manat, ardınca isə 19,16 manat olmaqla ümumilikdə 479,16 manat pulunu oğurlamışdır. Zaur kartının şəklini çəkdikdən sonra ondan gizlin kartla öz nömrəsi ilə qeydiyyatdan keçmiş və onun bundan xəbəri olmamışdır. Ona görə də Zaur kartından pul çəkərkən ona heç bir sms kod gəlməmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan 16 mart 2022-ci il tarixli üzləşdirmə keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 27 aprel 2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də onun hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 23 mart 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs informasiya texnologiyalarından istifadə etməklə elektron məlumat daşıyıcısına daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi cinayətini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməlini etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 16 mart 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 1(003)-201/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində həbsli axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan və Xəzər RPİ-nin 1-ci Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 17 avqust 2022-ci il tarixli 056-11882 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs 17 avqust 2022-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən Qala qəsəbəsi ərazisində saxlanılaraq Xəzər RPİ MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 15 mart 2022-ci il tarixdən 16 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün və 17 avqust 2022-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə olduğu 14 (on dörd) gün, cəmi 15 (on beş) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə islas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Xaşaxuna qəsəbəsi ev 162 Q ünvanda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə maddi ziyanın tamailə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 15 (on beş) iş saatına görə 90,00 (doxsan) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 (on beş) iş saatına görə 90,00 (doxsan) manat olmaqla ümumilikdə 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 15 mart 2022-ci il tarixdən 16 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün və 17 avqust 2022-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək təqsirləndirilən şəxs qismində həbsdə olduğu 14 (on dörd) gün, cəmi 15 (on beş) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Xaşaxuna qəsəbəsi ev 162 Q ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 90,00 (doxsan) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90,00 (doxsan) manat olmaqla ümumilikdə 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-201/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-201/2022
31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver