Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-202/2025 14.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində yaşadığı Sabunçu rayonunun Maştağa qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq xeyli miqdarda, 6,94 qram qurudulmuş marixuana narkotik vasitəsini və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, tərkibindəki preqabalin güclü təsiredici maddəsinin ümumi miqdarı 3,6 qram təşkil edən 2 blisterdə 12 kapsul "Preqabalin 300mq’’ göstəricili dərman preparatını əldə etmiş, malların aşkar edilməsinin çətinləşdirən üsullardan istifadə etməklə qurudulmuş marixuana narkotik vasitəsini şəffaf sellofana qablaşdırıb 1 bükümdə quru çay paketinin içərisində və preqabalin dərman preparatını şəffaf sellofan paketə bükərək 1 bükümdə içərisində əncir mürəbbəsi olan plastik qabda saxlamış, bəxşiş kimi Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan tanışına göndərilməsi üçün 1 bağlamaya yerləşdirib 19 oktyabr 2024-cü il tarixdə yaşadığı Sabunçu rayonunun Maştağa qəsəbəsində fəaliyyət göstərən "Azərpoçt” MMC-yə məxsus 39 saylı poçt şöbəsinə təhvil vermiş və X19nın adına ayaqqabı, şəkər, siqaret, cem və çay göndərilməsinə dair gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks etdirən CP029029456AZ nömrəli gömrük bəyannaməsi tərtib etdirərək həmin narkotik vasitə və güclü təsir edən maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirilərək “Azərpoçt" MMC poçtdaşıma şirkəti vasitəsilə Türkiyə Respublikasına daşınmasına nail olmuş, lakin təhvil alınmadığı üçün İstanbulun Sarıyer rayonundakı təyinat məntəqəsindən geri qaytarılmış CP029029456AZ izləmə kodlu bağlamaya 27 noyabr 2024-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşən X13 Aeroportunda fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Logistika Mərkəzi" gömrük postunda keçirilmiş gömrük yoxlaması zamanı həmin narkotik vasitə və güclü təsiredici maddə gizlədildikləri yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və əlavə ifadə vermək istəmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Ağaveri oğlu məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyi üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsilə birgə yaşayır. Müxtəlif vaxtlarda oğurluq və narkotik maddələrdən qanunsuz istifadəyə görə məhkum olunmuşdur. Sonuncu dəfə 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkumluğu olmuşdur. Oğlu Şahid6 İİ Qarabağ müharibəsi iştirakçısı olduğu üçün adı amnistiya aktına salınmış və 2021 -ci il tarixdə vaxtından əvvəl cəza çəkməkdən azad olunmuşdur. X18 uzun müddətdir Türkiyə Respublikasının İstanbul şəhərində yaşayır. X14 bir cüt qadın ayaqqabısı və kəllə qənd göndərməyi xahiş etdiyi üçün xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən poçt məntəqəsindən beynəlxalq poçt göndərişləri vasitəsilə qızının yaşadığı ünvana bir ədəd karton bağlama göndərmişdir. Həmin əşyalarla birlikdə qızının əri, əvvəllər onunla birlikdə 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş Məmmədtağı adlı şəxsə şəxsi istifadəsi üçün dörd qutu “Winston” markalı siqaret, şəffaf sellofan paketə bükülmüş vəziyyətdə əncir mürəbbəsinin içərisində gizlədilmiş 12 kapsul “Preqabalin” güclü təsiredici maddəsini və bir qutu çayın içərisində gizlədilmiş qurudulmuş marixuana narkotik vasitəsini də göndərmişdir və qızına bu barədə heç nə deməmişdir. Lakin, onun əri Məmmədtağıya telefonla məlumat verərək bildirmişdim ki, əncir mürəbbəsinin və çay qutusunun içərisinə baxsın, orada onun üçün “sürpriz" var. Daha sonra qızı ona zəng edərək bildirmişdir ki, karqo məntəqəsi onun olduğu yerdən iki saatlıq məsafədə yerləşir, bu səbəbdən də həmin yerə gedərək bağlamanı götürə bilmir. O da qızına demişdir ki, bağlamanı götürə bilmirsə daşıyıcı şirkət vasitəsilə geri qaytarsın. Qızı bağlamanı götürmədiyi üçün həmin bağlama daşıyıcı şirkət tərəfindən geri göndərilmişdir. 28.11,2024-cü il tarixdə, saat təxminən 22 radələrində polis əməkdaşları yaşadığı evə gələrək onlarla birlikdə getməli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə gətirərək burada gömrük əməkdaşlarına təhvil vermişlər. Verilən suallara cavab olaraq Şamil Verdiyev bildirmişdir ki, Azərpoçt” MMC vasitəsilə CP029029456AZ izləmə kodu ilə Azərbaycan Respublikasından Türkiyə Respublikasına göndərilən bağlama ona məxsusdur, həmin maddələri yaşadığı Maştağa qəsəbəsində tanımadığı şəxsdən əldə etmişdir və həmin şəxsin kimliyi barədə heç bir məlumatının olmadığını bildirmişdir. Bağlamanı Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan X19ya göndərmişdir, lakin karqo şirkətinin ünvanı uzaq məsafədə yerləşdiyi üçün qızı həmin bağlamanı götürə bilməmiş və bu səbəbdən də karqo şirkəti vasitəsilə bağlama geri qaytarılmışdır. Hava Nəqliyyatında Baş Gömrük İdarəsində həmin bağlamaya keçirilmiş baxış zamanı aşkar edilmiş xeyli miqdarda, 6,94 qram qurudulmuş marixuana narkotik vasitəsi və 12 həb preqabalin güclü təsiredici maddəsi ona məxsusdur, həmin maddələri o bağlamaya yerləşdirmişdir. Qızının əri Məmmədtağı narkotik vasitə istifadəçisi olduğu həmin maddələri də onun üçün göndərmişdir. Bu barədə qızının xəbəri olmasa da, onun ərinə məlumat vermişdir.Qızı elə fikirləşirmiş ki, əri Məmmədtağı müalicə aldığı üçün narkotik vasitə qəbul etmir, bu səbəbdən də onun bağlamada narkotik vasitə olması barədə xəbəri olmamışdır. Bağlamanın içərisində narkotik vasitə və preqabalin güclü təsiredici maddəsinin olması barədə onun və qızının əri Məmmədtağının xəbəri olmuşdur. Halhazırda da narkotik vasitələrdən istifadə etdiyini, Türkiyə Respublikasından geri qaytarılmış, bağlamada olan xeyli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini və preqabalin güclü təsiredici maddəsini də özünün istifadə edəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, narkotiki vasitəni Maştağa qəsəbəsində yerləşən Narkoloji Dispanserin qarşısında tanımadığı şəxsdən almışdır. Narkotiki Türkiyə Respublikasında yaşayan kürəkəninə pay göndərmək istəmişdir. Narkotiki çayın və mürəbbənin içərisinə qoymuşdur. Bəyannaməni özü etmişdir. Kürəkəni ona nə göndərildiyindən xəbəri olmamışdır. Zəng edəcəkdi, o da bağlamanı qəbul edəcəkdi. Sonra kürəkəninin barəsində tədbir görüləcəyindən qorxub, göndərişi geri qaytartdırmışdır. 22 ilə yaxındır həbs həyatı yaşamışdır. Kürəkəni də əvvəllər narkotik vasitə istifadə edən olmuşdur. Kürəkəni və özü ancaq nəşə istifadə edir. Bağlamanı poçta təqdim etmişdir. Cinayət hadisəsi barədə ibtidai istintaqda ifadəsində göstərmişdir. Həmin vaxt ifadə verərəkən ona qarşı heç bir təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş HNBGİ-nin Gömrük dəyərləndirmələri şöbəsinin baş inspektoru Şahid1 ifadəsində bildirmişdir ki, karqo terminalda xidmətdə olan zaman “Azərpoçta” məxsus bağlamanı xidməti itlə yoxlayan zaman itin reaksiyası nəticəsində bağlama açılmış, bağlamada olan çayın və mürəbbənin içərisindən narkotik vasitə aşkarlanmış və xidməti qaydada təhvil verilmişdir. Həmin bağlama geri qayıtmışdı. Bağlama göndərilən zaman ola bilər ki, skan aparatında görünməmiş, həmçinin it reaksiya verməmişdir. Ancaq o, itlə yoxlayan zaman it reaksiya vermişdir. Bağlamanın üzərində mütəmadi olaraq göndərən şəxsin rekvizitləri qeyd olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş HNBGİ Əməliyyat və Təhqiqat idarəsinin Əməliyyat şöbəsinin instruktor-kinoloqu Şahid3 ifadəsində bildirmişdir ki, instruktor-kinoloq vəzifəsində işləyir. O, xidmətdə olan zaman it bağlamaya reaksiya vermişdir. İnspektor ilə birlikdə bağlama açılmış, içərisindən ayaqqabı, mürəbbə qabı və çay çıxmış, çay və mürəbbənin içərisində isə narkotik vasitə aşkarlanmışdır. Sonra aidiyyəti şəxslərə xidməti qaydada təhvil vermişdirlər. Məhkəmə istintaqı zamanı şahid X4 Təqsirləndirilən şəxs onun əri olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və hazırda ifadə verməkdən imtina etdiyini bildirdi. Şahid X4 məhkəmə iclasında ifadə verməkdən imtina etdiyi üçün, onun ibtidadi istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında əri Təqsirləndirilən şəxs, oğlu Şahid6 və qaynanası X9 ilə birlikdə yaşadığını və hal-hazırda X2 xadimə işlədiyini bildirmişdir. X19 nikahda olduğu Məmmədtağı adlı şəxslə təxminən iki ay öncə Türkiyə Respublikasının İstanbul şəhərinə köçmüş və bir ay bundan əvvəl qızı Nəcibə mürəbbə, qənd və evdə olan ayaqqabısının onun ünvanına poçt vasitəsilə göndərilməsini xahiş etmişdir. İşdə olduğu üçün həmin əşyaların göndərilməsini əri Şamilə tapşırmışdır. Əri Şamilin peşəsi pinəçi olsa da, halhazırda işləmədiyini qeyd etmişdir. İşdən qayıdandan sonra əri Şamil ona demişdir ki, əşyaları poçt vasitəsilə qızı Nəcibənin Türkiyə Respublikasının istanbul şəhərində yerləşən ünvanına göndərmişdir. Bir neçə gün sonra qızı Nəcibə onunla əlaqə saxlayaraq bildirmişdir ki, poçt məntəqəsi yaşadığı yerdən iki saatlıq məsafədə yerləşir və bu səbəbdən də bağlamanı həmin yerdən gedib götürə bilmir. Bu barədə əri Şamilə dedik də, ona demişdir kı, 'yaxşı oldu elə bağlamanın qayıtmağı, içərisində nəşə var özüm çəkərəm". Bunu eşitdikdə əri Şamillə mübahisə etmiş və ondan niyə qızı Nəcibənin ünvanına göndərdikləri yüklərin içərisinə narkotik vasitəni yerləşdirməsini soruşmuşdur. O, isə həmin narkotik vasitəni qızı Nəcibənin əri Məmmədtağı üçün göndərdiyini bildirmişdir. Bu barədə qızı Nəcibəyə məlumat verdikdən sonra, o da əsəbiləşərək atası Şamillə telefonda mübahisə etmişdir. Qızı Nəcibənin əri Məmmədtağının əvvəllər narkotik istifadəçisi olduğunu, lakin qızının dediyinə görə hal-hazırda müalicə aldığı üçün narkotik vasitələrdən istifadə etmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-də broker vəzifəsində işləyir. Gömrük postunda olan zaman bağlamanın içərisində skoça bağlı ot və mürəbbənin içərisində dərman vasitəsi aşkar edilmişdir. Bağlama açılan zaman hal şahidi qismində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid5 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəmə iclaslarında iştirak etmədiyi üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadədən görünür ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır, halhazırda Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Food Love" restoranında aşbaz işləyir. X8 iştirakçısı olmuş və Xocavənd rayonunun işğaldan azad edilməsi medalı ilə təltif olunmuşdur. 27 noyabr 2024-cü il tarixdə atası Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC poçtdaşıma şirkəti vasitəsilə Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan bacısı X6 ünvanına göndərilmiş bağlama barədə hər hansı məlumatı olmamışdır. 28 noyabr 2024-cü il tarixdə polis əməkdaşları yaşadığı mənzilə gələrək atası Şamil barəsində gömrük orqanlarında araşdırma aparılması barədə məlumat vermişdirlər və bu səbəbdən də atası Şamil onlarla birlikdə gömrük orqanına getmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, bacısı Nəcibənin ünvanına atası tərəfindən göndərilmiş, lakin Türkiyə Respublikasının İstanbul şəhərində təhvil alınmadığı üçün geri qaytarılmış bağlamanın içərisindən narkotik vasitə aşkar edilmişdir. Atası Təqsirləndirilən şəxs uzun müddətdir narkotik vasitələrdən istifadə etdiyini və bununla bağlı bir neçə dəfə də məhkumluğu olduğunu və bu səbəbdən də onunla dəfələrlə mübahisə etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -məhkəməyədək icraat dövründə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 7/1939 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş sarı rəngli kağız paketdəki faylıda 1(bir) ağız hissəsi bağlanan polietilen paketdə üzəri skoçla bağlanmış sellofan bağlamada təmiz çəkisi-6,94 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuana 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir (Siyahı). -məhkəməyədək icraat dövründə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024- cü il tarixli, 6/5028, 9/8854 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...3-33- 3100/032/032485 №-li iş üzrə maddi sübut...” sözləri olan kağız paketdəki üzərilərində “Прегаблин 300мг” göstəriciləri olan 2 ədəd blister kəsiyində 12 ədəd dərman kapsulunun əsas təsiredici maddəsi preqabalindir və həmin dərman kapsullarının tərkiblərində preqabalinin təsir maddəsinin ümumi miqdarının 3,6 qramdır. Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. -məhkəməyədək icraat dövründə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 7840 nömrəli məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu göstərilmişdir. Bu səbəbdən də ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. -DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə şərti olaraq vaxtında əvvəl cəzadan azad edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Milli Məclisinin 28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarına əsasən cəzadan azad edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(011)-151/2014 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 04 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə həmin məhkəmənin qərarı ilə cəzası 04 il 03 aya endirilmiş, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 05 ay 02 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2022-ci il tarixdə vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmiş və cəza müddəti xx.xx.2022-ci il tarixdə başa çatmışdır. -xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə 10:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsinə görə şübhəli şəxs qismində tutulmuşdur. -təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2024-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq İdarəsinin müstəntiqi, gömrük xidməti baş leytenantı X10 tərəfindən Azərbaycan Respublikasının CM-nin 206.2, 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin gün, saat 10:00-da qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. -HNBGİ-nin “Logistika Mərkəzi” gömrük postuna təhkim edilmiş, Baş İdarənin Gömrük Dəyərləndirmələri şöbəsinin baş inspektoru Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “yoxlama və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC poçtdaşıma şirkəti vasitəsilə Türkiyə Respublikasının İstanbul şəhərinə, X6 ünvanına göndərilmiş, lakin təhvil alınmadığı üçün təyinat məntəqəsindən geri qaytarılmış CP029029456AZ izləmə kodlu bağlamaya keçirilmiş baxış zamanı içərisində dörd qutu "Winston Caster” markalı siqaret, üzərində “ləzzət” yazısı olan kəllə qənd, bir cüt qəhvəyi rəngli qadın çəkməsi, bir ədəd ağ rəngli sellofan paketin içərisində quru çay və şəffaf sellofan paketin içərisində plastik qabda əncir mürəbbəsinin olduğu müəyyən edilmişdir. Daha sonra həmin mallara keçirilmiş ətraflı baxış zamanı quru çay paketinin içərisində gömrük nəzarətindən gizlədilmiş şəffaf sellofana qablaşdırılmış şəkildə qurudulmuş marixuana narkotik vasitəsi və plastik qabda yerləşdirilmiş əncir mürəbbəsinin içərisindən gömrük nəzarətindən gizlədilmiş şəffaf sellofana bükülmüş şəkildə hər birində 6 kapsul olmaqla iki konvalyutda üzərində "Прегабалин" və “Прегабалин 300mq” göstəricili dərman preparatları aşkar edilərək protokol əsasında götürülmüşdür. -Gömrük yoxlaması zamanı CP029029456AZ izləmə kodlu bağlamaya keçirilmiş baxış zamanı aşkar edilmiş xeyli miqdarda, 6,94 qram qurudulmuş marixuana narkotik vasitəsi və tərkibindəki preqabalin güclü təsiredici maddəsinin ümumi miqdarı 3,6 qram təşkil edən 2 blisterdə 12 kapsul “Preqabalin 300mq” göstəricili dərman preparatı tərəfimdən iş üzrə maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatına sərf edilən hissə çıxmaqla qalmış 6,92 qram qram qurudulmuş marixuana narkotik vasitəsi və 11 kapsul “Preqabalin 300mq” göstəricili dərman preparatı məhkəmənin yekun qərarına kimi saxlanılması üçün Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. -xx.xx.2024-cü il tarixdə X4 tərəfindən təhqiqat orqanına könüllü şəkildə verilmiş ərizə əsasında onun yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə keçirilmiş baxış zamanı aşkar edilmiş, əri Təqsirləndirilən şəxs Məmmədtağı oğluna məxsus olduğunu bildirdiyi bir ədəd yaşıl rəngli tərəzi iş üzrə maddi sübut qismində tanınaraq məhkəmənin yekun qərarına kimi saxlanılması üçün Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir”. Həmin qərarda həmçinin göstərilmişdir ki, “CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 206,2, 234.2 və 240.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi”- üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən “Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 206.2, 234.2 və 240.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrlə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206, 234.2 və 240.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Maddi süburlar-Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan qalıq 6,92 qram narkotik vasitə olan qurudulmuş marixuana, 11 ədəd kapsul “Прегаблин 300мг” göstəricili dərman preparatı və Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan bir ədəd yaşıl rəngli tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 153 (bir yüz əlli üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2, 234.2-ci və 240.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, 234.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 29 noyabr 2024-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübutlar-Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan qalıq 6,92 qram narkotik vasitə olan qurudulmuş marixuana, 11 ədəd kapsul “Прегаблин 300мг” göstəricili dərman preparatı və Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan bir ədəd yaşıl rəngli tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 153 (bir yüz əlli üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən ilham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-202/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-202/2025
14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver