Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-203/2022 06.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 1) 27 noyabr 1993-cü il tarixdə Şəki rayonunun Aşağı Göynük kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Şəki rayonu Aşağı Göynük kəndində qeydiyyatda olmaqla ünvan 2də yaşayan, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 1(003)-203/2022 saylı qərarı ilə həbs qətimkan tədbiri ilə dəyişdirilmiş, həbsetmənin əvvəli tutulduğu 14 may 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə, 2) 04 avqust 1994-cü il tarixdə Şəki rayonunun Baş Şabalıd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Şəki rayonu Baş Şabalıd kəndində qeydiyyatda olmaqla ünvan 2də yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə və 3) 28 mart 1987-ci il tarixdə Şəki rayonunun Baş Göynük kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Şəki rayonunun Baş Göynük kəndində qeydiyyatda olmaqla ünvan 3də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1 və 177.2.3-2-ci maddələriilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və ictimai əhəmiyyətli rabitə xətlərini gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Qala-Pirallahı yolunun sağ hissəsində “Azbadam bağları”nın yaxınlığında yer altından keçən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC-nin 5 saylı Rabitə Xidmətləri Mərkəzinin balansında olan bir metrinin qiyməti 15,17 manat təşkil edən 230 metr uzunluğunda dövlət və ya ictimai əhəmiyyətli TPP 200x2 telefon rabitə naqillərini kəsib gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə cəmi 3489,1 manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və ictimai əhəmiyyətli rabitə xətlərini gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Qala-Pirallahı yolunun sağ hissəsində Azbadam bağlarının yaxınlığında yer altından keçən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC-nin 5 saylı Rabitə Xidmətləri Mərkəzinin balansında olan bir metrinin qiyməti 15,17 manat təşkil edən 230 metr uzunluğunda dövlət və ya ictimai əhəmiyyətli TPP 200x2 telefon rabitə naqillərini kəsib gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə cəmi 3489,1 manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və ictimai əhəmiyyətli rabitə xətlərini gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Qala-Pirallahı yolunun sağ hissəsində “Azbadam bağları”nın yaxınlığında yer altından keçən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC-nin 5 saylı Rabitə Xidmətləri Mərkəzinin balansında olan bir metrinin qiyməti 15,17 manat təşkil edən 230 metr uzunluğunda dövlət və ya ictimai əhəmiyyətli TPP 200x2 telefon rabitə naqillərini kəsib gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə cəmi 3489,1 manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməli məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ünvan 2də bir neçə aydır ki, tanışı və həmyerlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 isə Harunun tanışıdır, lakin Tərlan Qala qəsəbəsində yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi olaraq Türkan qəsəbəsində daş karxanasında karyerdə işləyir. Harunu da həmin daş karxanasında işləyən vaxtdan təxminən 1 ildir ki, tanıyır. 2022-ci ilin yanvar ayının təxminən 10-da o, Türkan qəsəbəsindən, işlədiyi daş karxanasından Harunun idarə etdiyi “ZİL” markalı yük avtomobili ilə Tərlanla birlikdə gələrkən söhbət əsnasında Tərlan onlara Qala yolunda yolun kənarından yeraltı kabellər keçdiyini bildirmiş və satıb pul əldə etmək üçün həmin kabellərin bir hissəsini kəsib oğurlamağı təklif etmişdir. O və Harun, Tərlanın bu təklifi ilə razılaşmış, lakin həmin vaxt oğurluq etməmişlər. Təxminən 15 yanvar 2022-ci il tarixdə Türkan qəsəbəsinə daş karxanasından saat 17 radələrində yenə Harunun idarə etdiyi “ZİL” markalı yük avtomobili ilə gələrkən Qala yolunda dörd yol adlanan yerdə Tərlanı da götürmüşlər. Tərlan yenə həmin yolda olan rabitə kabellərini kəsib oğurlamağı təklif etmiş, onlar da razılaşaraq bir qədər Qala qəsəbəsi Xaşaxuna bağlar massivində çayxanada əyləşib çay içmiş və gecə olmasını gözləmişlər. 16 yanvar 2022-ci il tarixdə saat 01 radələrində Harunun idarə etdiyi “ZİL” markalı yük avtomobili ilə Qala yolunda “Evqur” Ticarət mərkəzi ilə üzbəüz yolun kənarında maşını saxlamış və maşından düşüb yolu keçib kabellər yerin altından keçən yerə gəlmişlər. Tərlan lükdan içəri girib kabelləri kəsmiş, o və Harun isə kabelləri dartıb dolamış və “ZİL” markalı avtomobilə yükləmişlər. Daha sonra gecə həmin naqilləri Türkan qəsəbəsindəki daş karxanasında yandırmış və səhəri gün isə kabellərdən çıxan misi Türkan qəsəbəsində yoldan keçən markasını bilmədiyi köhnə avtomobillə metal qəbul edən tanımadıqları şəxsə cəmi 195 manata satmışlar. Həmin pulu aralarında bölmüş, ona həmin puldan 65 manat düşmüşdür. Həmin rabitə naqillərinin dövlət əmlakı olmasını bilməmişdir. İlk dəfə törətdiyi əməldən peşman olaraq zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Hazırda zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ünvan 2də həmyerlisi Təqsirləndirilən şəxs3la birlikdə yaşayır, Türkan qəsəbəsi daş karxanasında işləyir, “ZİL” markalı **-CA-*** dövlət nömrə nişanlı yük avtomobilini etibarnamə əsasında idarə edir. Təqsirləndirilən şəxs2 da onun həmyerlisidir, Qala qəsəbəsində yaşayır və başqa karxanada işləyir. 2022-ci ilin yanvar ayının təxminən 10-da o, Türkan qəsəbəsindən işlədiyi daş karxanasından idarə etdiyi “ZİL” markalı **-CA-*** dövlət nömrə nişanlı yük avtomobili ilə Tərlanla birlikdə gələrkən söhbət əsnasında Tərlan onlara Qala yolunda yolun kənarından yeraltı kabellər keçdiyini bildirmiş və satıb pul əldə etmək üçün həmin kabellərin bir hissəsini kəsib oğurlamağı təklif etmişdir. O və Əhməd, Tərlanın bu təklifi ilə razılaşmış, lakin həmin vaxt oğurluq etməmişlər. Təxminən 15 yanvar 2022-ci il tarixdə Türkan qəsəbəsinə daş karxanasından saat 17 radələrində yenə idarə etdiyi “ZİL” markalı yük avtomobili ilə Əhmədlə birlikdə gələrkən Qala yolunda dörd yol adlanan yerdə Tərlanı da götürmüşlər. Tərlan yenə həmin yolda olan rabitə kabellərini kəsib oğurlamağı təklif etmiş, onlar razılaşmış və bir qədər Qala qəsəbəsi Xaşaxuna bağlar massivində çayxanada əyləşərək çay içmiş və gecə olmasını gözləmişlər. 16 yanvar 2022-ci il tarixdə saat 01 radələrində onun idarə etdiyi “ZİL” markalı yük avtomobillə Qala yolunda “Evqur” ticarət mərkəzi ilə üzbəüz yolun kənarında maşını saxlamış və maşından düşüb yolu keçib kabellərin yerin altından keçən yerə gəlmişlər. Tərlan lükdan içəri girib kabelləri kəsmiş, o və Əhməd isə kabelləri dartıb dolamış və “ZİL” markalı avtomobilə yükləmişlər. Daha sonra gecə həmin naqilləri Türkan qəsəbəsindəki daş karxanasında yandırmış və səhəri gün kabellərdən çıxan misi Türkan qəsəbəsində karyer yolunda zibilxananın yanında yoldan keçən markasını bilmədiyi köhnə avtomobillə metal qəbul edən tanımadıqları şəxsə cəmi 195 manata satmışlar. Həmin pulu isə aralarında bölmüş, ona həmin puldan 65 manat düşmüşdür. Həmin rabitə naqillərinin dövlət əmlakı olmasını bilməmişdir. İlk dəfə törətdiyi əməldən peşman olaraq zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Hazırda zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ünvan 3də yaşayır. Təqsirləndirilən şəxs1 10 ildir ki, həmyerlisi kimi tanıyır və normal münasibətləri vardır. Təqsirləndirilən şəxs3 da 1 il olar ki Türkan qəsəbəsində daş karxanasından tanıyır, onun da Şəki rayonundan olduğunu, Harunun “ZİL” markalı **-CA-*** dövlət nömrə nişanlı yük avtomobili idarə etdiyini bilmişdir. 2022-ci ilin yanvar ayının təxminən 10-da o, Harunun idarə etdiyi “ZİL” markalı yük avtomobili ilə Harunla birlikdə gələrkən söhbət əsnasında Haruna və Əhmədə bildirmişdir ki, Qala yolunun kənarında yeraltı kabellər keçir və satıb pul əldə etmək üçün həmin kabellərin bir hissəsini kəsib oğurlamağı təklif etmişdir. Harun və Əhməd onun bu təklifi ilə razılaşmış, lakin həmin vaxt oğurluq etməmişlər. Təxminən 15 yanvar 2022-ci il tarixdə Türkan qəsəbəsinə daş karxanasından saat 17 radələrində Harunun “ZİL” markalı yük avtomobili ilə Əhmədlə birlikdə gələrkən, o, yenə Qala yolunda olan rabitə kabellərini kəsib oğurlamağı təklif etmiş, onlar da razılaşmış və bir qədər Qala qəsəbəsi Xaşaxuna bağlar massivində çayxanada əyləşərək çay içmiş və gecə olmasını gözləmişlər. 16 yanvar 2022-ci il tarixdə saat 01 radələrində Harunun idarə etdiyi “ZİL” markalı yük avtomobili ilə Qala yolunda “Evqur” Ticarət mərkəzi ilə üzbəüz yolun kənarında maşını saxlamış və maşından düşərək yolu keçib kabellərin yerin altından keçən yerinə gəlmişlər. O, lükdan içəri girib kabelləri kəsmiş, Harun və Əhməd isə kabelləri dartıb dolamış və “ZİL” markalı avtomobilə yükləmişlər. Daha sonra gecə həmin naqilləri Türkan qəsəbəsindəki daş karxanasında yandırmış və səhəri gün kabellərdən çıxan misi Türkan qəsəbəsində karyer yolunda zibilxananın yanında yoldan keçən markasını bilmədiyi köhnə avtomobillə metal qəbul edən tanımadıqları şəxsə cəmi 195 manata satmışlar. Həmin pulu isə aralarında bölmüş, ona həmin puldan 65 manat düşmüşdür. Həmin rabitə naqillərinin dövlət əmlakı olmasını bilməmiş, onun özü həmin kabellərin yerini Haruna və Əhmədə göstərmişdir. İlk dəfə törətdiyi əməldən peşman olaraq zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Hazırda zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 15 yanvar 2022-ci il tarixdə saat 18:00 radələrindən 16 yanvar 2022-ci il tarixdə saat 09:00 radələrinədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər "xxxx" MMC-nin 5 saylı Rabitə Xidmətləri Mərkəzinin xidməti ərazisi olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Qala-Pirallahı magistral yolunun sağ tərəfində 5 saylı RXM-nin balansında olan TPP 200x2 telefon rabitə kabelini 230 metr məsafədə kəsici alətlə kəsərək oğurlamışlar. Rabitə kabelinin bir metrinin qiyməti 15,17 manat təşkil edir. Baş vermiş oğurluq hadisəsi nəticəsində dövlət əmlakına ümumilikdə 3489,1 manat dəyərində maddi ziyan dəymişdir. Həmin ziyan hazırda tamamilə ödənilmişdir, buna görə də nümayəndəsi olduğu hüquqi şəxs təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarında olan və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 06 iyul 2022-ci il tarixli ərizədən görünür ki, onlara dəymiş ziyan hazırda tamamilə ödənilmişdir, buna görə də nümayəndəsi olduğu hüquqi şəxs təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 03 mart 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 01 mart 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 11 mart 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və ictimai əhəmiyyətli rabitə xətlərini gizli olaraq talayıb oğurluq etmələri onların özlərinin etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə tövsif edilmişdir və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə törətdiyi əməli etiraf edərək peşman olmasını, dəymiş ziyanı tamamilə ödəyərək zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməsini, zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 19 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 21 yanvar 2022-ci il tarixdə ona həmin maddələrlə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materialların olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-203/2022 saylı 27 aprel 2022-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 qətimkan tədbirinin şərtlərini pozduğuna görə onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilmiş, həbsetmənin əvvəlinin tutulduğu vaxtdan hesablanması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ-nin məhkəməyə ünvanladığı ***-*******2 saylı 14 may 2022-ci il tarixli məktubdan görünür ki, barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə axtarış işi olan 27 noyabr 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs3 keçirilmiş axtarış tədbirləri nəticəsində 14 may 2022-ci il tarixdə Şəki şəhərində yeri müəyyən edilərək saxlanılmış və aidiyyəti üzrə Xəzər RPİ MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 19 yanvar 2022-ci il tarixdən 21 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və təqsirləndirilən şəxs qismində 14 may 2022-ci il tarixdən 06 iyul 2022-ci il tarixədək həbsdə olduğu 01 (bir) ay 22 (iyirmi iki) gün, cəmi 01 (bir) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə islas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2də çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs3 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə törətdiyi əməli etiraf edərək peşman olmasını, dəymiş ziyanı tamamilə ödəyərək zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməsini, zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 19 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 21 yanvar 2022-ci il tarixdə ona həmin maddələrlə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2də çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə törətdiyi əməli etiraf edərək peşman olmasını, dəymiş ziyanı tamamilə ödəyərək zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməsini, zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 19 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 21 yanvar 2022-ci il tarixdə ona həmin maddələrlə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3də çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, X1, Müdafiəçi1 və Müdafiəçi2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 ümumilikdə 45 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 20 saat) 270,00 (iki yüz yetmiş) manat, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 25 iş saatına görə 150,00 (bir yüz əlli) manat və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 20 iş saatına görə 120,00 (bir yüz iyirmi) manat, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 45 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 20 saat) 270,00 (iki yüz yetmiş) manat olmaqla ümumilikdə 810,00 (səkkiz yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 19 yanvar 2022-ci il tarixdən 21 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və təqsirləndirilən şəxs qismində 14 may 2022-ci il tarixdən 06 iyul 2022-ci il tarixədək həbsdə olduğu 01 (bir) ay 22 (iyirmi iki) gün, cəmi 01 (bir) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 2 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs3 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 19 yanvar 2022-ci il tarixdən 21 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 19 yanvar 2022-ci il tarixdən 21 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 270,00 (iki yüz yetmiş) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 oğlu tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 150,00 (bir yüz əlli) manat və Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 120,00 (bir yüz iyirmi) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 270,00 (iki yüz yetmiş) manat olmaqla ümumilikdə 810,00 (səkkiz yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-203/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-203/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver