Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-204/2023 30.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi – Bakı şəhəri 36 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, 13 avqust 2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Cəfərov küçəsi ev 32-də qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcələrinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti törtəmişdir. Belə ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri Xəzər rayonu R.Cəfərov küçəsi ev 16-da yaşayan dostu X1 həyətində olarkən qolunda olan döymə ilə bağlı tanışı Zərərçəkmiş şəxs ona nalayiq sözlər dediyinə görə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əvvəlcə orada daha sonra isə həmin evin qarşısında küçədə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir neçə dəfə qəsdən yumruqla zərbələr vuraraq sonuncuya baş-beynin silkələnməsi halında olan qapalı kəllə beyin travması, alının qançırı və əzilmiş yarası, alın sümüyünün frontal sinusun lateral divarının basılmış sınığı kimi xəsarətlər yetirərək zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcələrinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 13 sentyabr 2022-ci il tarixdə saat təxminən 22:00 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Cəfərov küçəsində yaşayan Əjdər adlı dostunun evində qonaq olarkən, Əjdərin qohumu Saleh adlı şəxs qardaşı Valeh ilə birlikdə oraya qonaq gəlmişlər. Əvvəllər tanıdığı Saleh hamı ilə görüşdükdən sonra onunla da görüşmüş, sonra isə kinayəli tərzdə ondan nəyə görə qoluna döymə vurduğunu soruşmuşdur. O, Salehə heç bir söz deməmiş, Saleh isə bundan sonra ona demişdir ki, “həmin tatuirovkanı gərək kürəyinə vurardın, onda yaxşı yaraşardı”. O da Salehə cavab olaraq demişdir ki, “mənə yox, sənin kürəyinə yaxşı yaraşar”. Buna görə Saleh qəfildən yumruq zərbəsi ilə onun sifət nahiyəsinə vurmuş və aralarında münaqişə baş vermişdir. Münaqişə vaxtı o, Salehi əlləri ilə kənara itələmiş, Saleh isə təkrar başı ilə onun sifət nahiyəsinə vuraraq dişlərini sındırmışdır. Onun dişləri Salehin alın nahiyəsinə keçmiş və Saleh xəsarət almşdır. Həmin vaxt dostları-Əjdər və Fərid onları aralaşdıraraq kənara çəkmiş, bundan sonra Saleh yenə də onun baş nahiyəsinə yumruq zərbələri ilə vurmuş, o da özünü müdafiə edərək, Salehin yaxasından tutub iki dəfə yumruq zərbəsi ilə onun alın nahiyəsindən vurmuşdur. Saleh zərbələrin təsirindən yerə yıxılmışdır. Bu zaman Saleh əlini belinə tərəf aparmış, o, Salehin belindən bıçaq çıxaracağından şübhələnərək yenidən təxminən 3 dəfə qəsdən yumruqla onun alnından vurmuşdur. X10 qohumlarının evinə aparmışdır. Qardaşı Valeh isə Salehi maşına mindirərək evlərinə aparmaq istəmiş, lakin Saleh maşını onun evinin yanına sürərək nəyə görə qardaşını döydüyünü soruşmuş, bu vaxt Saleh yenə də onun üzərinə hücum edərək saçlarından tutub yerə yıxaraq sürümüş və təpiklə onun bədəninə zərbələr vurmuşdur. Həmin vaxt Əjdər onu Salehin əlindən alaraq dostu Fəridin yaşadığı evin həyətinə salmış və o, Fərid ilə həyətdə dayanmışdır. Bir neçə dəqiqə sonra həmin yerə Əjdərin anası gəlmişdir. Bundan sonra onlar ayrılmış və Saleh ilə onu xəstəxanaya aparmışlar. Hadisə təxminən 20 dəqiqə davam etmiş, həmin vaxt orada dostları-Əjdər, Fərid və Əli olmuşlar. İlk dəfə törətdiyi bu əməldən peşman olaraq Saleh ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də hazırda Salehin ondan heç bir şikayəti və ya tələbi yoxdur, həmçinin Saleh ona qarşı mülki iddiadan imtina etmişdir. Barışmalarının nəzərə alınaraq onun barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən təxminən 3 ay əvvəl tanımışdır, belə ki, Fərhad o işləyən yerə qardaşı Valehin qaynı Əjdər ilə gəlib-getmiş və orada işləmək istəmişdir. Əvvəllər aralarında heç bir mübahisə və ədavət olmamışdır. 13 sentyabr 2022-ci il tarixdə Valeh ilə birlikdə Valehin qaynanası Gülbacının(Gilanın) Mərdəkan qəsəbəsində yerləşən evinə Valehin arvadını və uşağını götürmək üçün getmişdir. Gilanın evinə gəldikdən orada Əjdər və dostu Fərhad, həmçinin tanımadığı, adını sonradan bildiyi Fərid də olmuşdur. Evin həyətində olarkən Fərhadın qolunda döymə görüb həmin döymənin nə mənası olduğunu soruşmuş, Fərhad ona cavab vermişdir ki, bu döymə şeytan döyməsidir. O, Fərhada demişdir ki, bu cür döymə vurmaq olmaz, ondansa gedib belinə döymə vurdursun. Fərhad cavabında demişdir ki, döymə ona yaraşır, o, özü belinə döymə vurdurmuşdur. Fərhadın bu sözündən əsəbiləşib bir dəfə sillə ilə onun üzündən vurmuş, bu zaman Əjdər onları ayırmışdır. Bundan sonra o, ayaqyoluna girib çölə, yəni küçəyə çıxmışdır. Küçədə Əjdərin evinin qarşısında dayanan zaman görmüşdür ki, Fərhad qaçaraq üzərinə gəlir. Fərhad ona çatandan sonra onun yaxasından tutmuş, o da onun yaxasından tutmuş və onlar yaxalaşaraq küçədə dayanmış “ZİL” markalı yük avtomobilinin arxasına keçmişlər. Orada Fərhad əlində olan “beşbarmaq” aləti ilə bir dəfə onun alnından vurmuş, bu zaman Əjdər və başqa bir şəxs onları ayırmışlar. Hadisə təxminən 5 dəqiqə davam etmiş, həmin vaxt oraya kənar şəxslər və vətəndaşlar toplaşmamışlar. Lakin həmin vaxt o, özündə olmamışdır və dəqiq kimlər olduğunu xatırlamır. Fərhad ilə ayrıldıqdan sonra o, əlini alnına sürtmüş və alnının içəri batdığını görmüş, özünü pis hiss etməyə başlamış, başı hərlənməyə və qan qusmağa başlamışdır. Bu zaman qardaşı Valeh həmin yerə gəlmiş və onu avtomobilə mindirib Sabunçu xəstəxanasına apamışdır. Hazırda Fərhad onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun Fərhaddan heç bir şikayəti və ya tələbi yoxdur, həmçinin Fərhada qarşı mülki iddiadan imtina edir. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Fərhadın barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs onun kürəkəninin qardaşı, Təqsirləndirilən şəxs isə onun qonşusudur. 13 sentyabr 2022ci il tarixdə səhər saatlarında Şahid3 ailəsini, yəni qızı Firuzəni və nəvələrini onun evinə gətirmişdir. Həmin gün saat 21 radələrində Valeh ona gəlib ailəsini aparmasını demişdir. Həmin vaxt oğlu Əjdər ilə dostları Təqsirləndirilən şəxs və digər qonşusu Fərid həyətdə söhbət edirmişlər. Saat təxminən 21:00 radələrində evdə olarkən o, həyətdə səs-küy səsləri eşitmişdir. Bayıra çıxıb oğlu Əjdərdən nə baş verdiyini soruşmuş, Əjdər ona demişdir ki, Saleh Fərhadın anasını söydüyünə görə onların aralarında dava baş verib. O, küçədə bir qədər irəli getdikdə Salehin küçədə dayanmış yük avtomobilinin arxasında əyilib qusduğunu görmüşdür. Salehin halının pis olduğunu görüb onun evinin həyətindəki hamama gedib əl-üzünü yumasını demiş və bundan sonra Saleh həyətə getmişdir. Saleh təxminən bir neçə dəqiqədən sonra küçəyə çıxmış və Valehdən tələb etmişdir ki, maşına oturub Fərhadın arxasınca aparsın, çünki həmin vaxt Fərhad hadisə yerindən getmişdir. Saleh və Valeh avtomobil ilə Fərhadın arxasınca getmişlər. O, ağır hadisə baş verməsinin qarşısını almaq məqsədi ilə avtomobilin arxasınca qaçmışdır. Təxminən 50 metr gedəndən sonra avtomobil dayanmış və Saleh avtomobildən düşüb həmin vaxt orada olan Fərhadı əli ilə itələyərək yerə yıxmış və əli ilə vurmağa başlamışdır. O, Əjdər və Fərid birlikdə Salehi ayırmışlar. Bundan sonra Fərid Fərhadı ayırıb yaxınlıqda yerləşən evlərinin həyətinə salaraq qapını bağlamışdır ki, girən olmasın. Bu zaman Saleh dayısı oğlu Xəyala zəng edib onu hadisə yerinə çağırmışdır. Təxminən bir neçə dəqiqədən sonra Xəyal işçisi Əli ilə hadisə yerinə gəlmişlər. Bundan sonra Xəyal, Əli və Saleh zor tətbiq edərək Fərhadı Fəridin evinin həyətindən küçəyə çıxarmış və məcburi qaydada Xəyalın idarə etdiyi “VAZ-2106” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə oturtmaq istəmişlər. Həmin vaxt Saleh Xəyala demişdir ki, “apar onu qaraja sal, Valeh ilə gəlirəm”. O, özünü irəli verərək Xəyala demişdir ki, Fərhadı aparmağa imkan verməyəcək. Lakin Xəyal, Əli, Saleh birlikdə Fərhad və Əjdəri məcburi şəkildə Xəyalın avtomobilinə oturtmuşlar. Sonra Saleh gedib Valehin avtomobilinə oturmuş, lakin Valeh avtomobili başqa istiqamətdə sürmüş və Xəyalın avtomobilinin ardınca getməmişdir. O, evə qaçıb telefonu götürərək Xəyala zəng etmiş və ondan tələb etmişdir ki, onun oğlunu və Fərhadı geri qaytarsın, əks halda barəsində şikayət edəcəkdir. Zəngdən təxminən 5 dəqiqə sonra Əli Xəyalın idarə etdiyi avtomobillə Əjdəri və Fərhadı onun həyətinə gətirmiş, sonra isə çıxıb getmişdir. Bundan sonra o, Fərhadın anasına zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 göstərdi ki, Zərərçəkmiş şəxs bacısının qayını, Təqsirləndirilən şəxs isə onun qonşusu və dostudur. 13 sentyabr 2022ci il tarixdə, təxminən saat 21:00 radələrində Fərhad onlara qonaq gəlmiş, bundan bir neçə dəqqiqə sonra Saleh və qardaşı Valeh birlikdə onun evinə qonaq gəlmişlər. Həmin vaxt o, Fərhad və dostu Fərid evin həyətində söhbət edirlərmiş. Valeh evə daxil olsa da, Saleh küçədə Valehin avtomobilində oturmuşdur. Valeh evə girdikdən sonra Saleh həyətə gəlmişdir. Saleh həmin vaxt içkili vəziyyətdə olmuşdur. X5 qolunda olan döyməni görüb ondan çoxdan həmin döyməni vurduğunu soruşmuş, Fərhad da döyməni çoxdan vurduğunu bildirmişdir. Bu zaman Saleh Fərhada sataşmaq məqsədi ilə ona demişdir ki, “fuck me” döyməsini kürəyivə vurdurarsan, sənə yaraşar. Fərhad isə cavabında həmin döymənin Salehə daha yaxşı yaraşacağını bildirmiş, bundan sonra onların arasında mübahisə yaranmışdır. Saleh küçəyə çıxıb Fərhadı küçəyə çağırmışdır ki, mübahisə etsin. Fərhad əvvəlcə küçəyə çıxmamış və həyətdə dayanmışdır. Bu zaman Saleh Fərhada yaxınlaşıb Fərhadın oturduğu yerdə ona bir dəfə sillə vurmuş və onu söyməyə və təhqir etməyə başlamış, Fərhad da bir dəfə yumruqla Salehin sinəsindən vurmuşdur. Bundan sonra onlar dava etməyə başlamışlar. Dava vaxtı Fərhad və Saleh yerdə birbirilərini vurmuşlar. Fərhad yumruqla əlbəyaxa dava etmiş və bir-birilərini vurmuşlar. O və Fərid Saleh və Fərhadı ayırmışlar. O, Fərhadın əlindən tutub küçəyə çıxarmış və demişdir ki, evinə getsin. Sonra Saleh əynindəki gödəkcəni çıxarıb Fərhadın arxasınca getmişdir. Küçədə Fərhad və Saleh yenidən dava etməyə başlamış, bir-birilərinin üz nahiyələrinə yumruq zərbələri vurmuşlar. O və Fərid onları güclə ayırmışlar. Fəridə Fərhadı evlərinə aparmasını demişdir. Həmin vaxt Fərhad və Salehin vəziyyəti pis olmuşdur. Saleh küçədə qusmağa başlamış, Fərhadın isə bədəni ağrımışdır. Fərid Fərhadı evlərinə apararkən hadisə zamanı yaranmış səs-küyə görə anası Gila və Valeh küçəyə çıxmışlar. Anası Salehə demişdir ki, həyətə daxil olub üzünü yusun və sakitləşsin. Saleh həyətə daxil olub əl-üzünü yuduqdan sonra yenidən küçəyə çıxmışdır. Saleh Valehin avtomobilinə minərək Valeh ilə birlikdə Fərhadın arxasınca getmişdir. O və anası da onların arxasınca getmişlər. O, anasından tez çatmış və görmüşdür ki, Saleh Fərhadı evlərinin yaxınlığında saçından tutub yıxaraq Fərhadı təpikləyir. O və Fərid Salehi ayırmışlar. Sonra anası da həmin yerə gəlmişdir. Fərid və o Fərhadı Fəridin həyətinə salaraq qapını bağlamışlar. X6 evinin qarşısı tərəfdə dayanmış və Fərhadı buraxmamışdır. Bir neçə dəqidən sonra hadisə yerinə Salehin dayısı oğlu Xəyal və onun işçisi Əli gəlmişlər. Xəyal, Əli və Saleh Fərhadı məcburi şəkildə küçəyə çıxarmış və onunla birlikdə Fərhadı Xəyalın avtomobilinə oturtmuşlar. Saleh isə Valehin avtomobilinə oturmuşdur. O və Fərhad isə Xəyalın avtomobilində oturmuş, Əli də orada olmuşdur. Xəyal onu və Fərhadı Xəyalın qarajına tərəf aparmışdır. Bir qədər getdikdən sonra görmüşdür ki, Valeh və Saleh arxalarınlca gəlir. Bu zaman Xəyala anası Gila zəng etmiş, zəngdən sonra Xəyal avtomobili dayandırmış və avtomobildən düşərək Valehin avtomobilinə minmişdir. Sonra onlar başqa istiqamətdə getmiş, Əli isə həmin avtomobili idarə edərək onu və Fərhadı evlərinə geri qaytarmışdır. Şahid3 30 mart 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və əlavəsinin olmadığını bildirmiş və bunun nəzərə alınmasını xahiş etmişdir. Buna görə də məhkəmə iclasında onun ifadəsi elan edilmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, Zərərçəkmiş şəxs onun qardaşı, Təqsirləndirilən şəxs isə qaynanası Gilanın qonşusudur. Əvvəllər aralarında heç bir mübahisə və ədavət olmamışdır. 13 sentyabr 2022-ci il tarixdə, təxminən saat 21:00 radələrində o, qardaşı Saleh ilə birlikdə idarə etdiyi “VAZ-2106” dövlət qeydiyyat nişanını xatırlamadığı, avtomaşınla ailəsini götürmək üçün qaynanası Şahid1 yaşadığı Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən evə gəlmişdir. Həmin vaxt küçədə Fərhadı görmüş və onunla görüşdükdən sonra qaynanasının yaşadığı evə qalxmışdır. Qardaşı isə evə qalxmamış və həyətdə qalmışdır. Bir neçə dəqiqədən sonra ailəsi ilə birlikdə pilləkənlərlə aşağı düşərkən görmüşdür ki, küçədə Fərhad ilə Saleh arasında münaqişə var və onlar əlbəyaxa dalaşırlar, orada olan Əjdər və Fərid onları ayırmağa çalışır. Bundan sonra o, aşağı düşərək Salehi və Fərhadı sakitləşdirmək istəyərkən görmüşdür ki, Fərhadla Fərid küçənin baş tərəfində olan yük avtomobili tərəfə gedirlər. Münaqişə vaxtı o, həmin şəxslərə çatmamış görmüşdür ki, Fərhad əlində olan beşbarmağa bənzər alət ilə Salehin alın nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Saleh bir neçə dəqiqə huşsuz vəziyyətdə qalmışdır. Salehin vəziyyətinin pis olduğunu görərək onu avtomaşına əyləşdirmiş və onunla birlikdə Fərhadın arxasinca getmişdir. Fərhadı bir qədər kənarda küçənin baş tərəfində görmüşdür. Fərhad onları gördükdə sag əlində olan beşbarmağa oxşar əşyanı çıxarmağa cəhd edərək qaçıb Fəridin yaşadığı həyətə girmiş və orada gizlənmişdir. Onlar Fərhadı sonra görməmişlər. O, Salehi avtomaşına əyləşdirərək xəstəxanaya aparmışdır. Fərhad və Əjdəri məcburi şəkildə avtomobilə əyləşdirməmişlər və belə də fıkrləri də olmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 Asim oğlunun elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o da şahid X2 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Xəzər rayon şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı 21 sentyabr 2022-ci il tarixli 1275 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, müayinə zamanı 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Valeh oğlunun məhkəmə-tibb ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlirəm:
1. Zərərçəkmiş şəxs bədəni üzərində baş-beynin silkələnməsi halında olan qapalı kəllə-beyin travması, alının qançırı, alın sümüyünün frontal sinusun lateral divarının basılmış sınığı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun "X7" X9 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən 13 sentyabr 2022-ci il tarixdə törənməsi istisna olunmur və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərər vurmaya aiddirlər.
2. S.R.Əİiyevin bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrini, xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, eləcə də kənar şəxs tərəfindən və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri istisna edilmir. Bu məsələnin dəqiq həllinin istintaq yolu ilə təyin edilməsi daha məqsədə müvafiqdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 14 sentyabr 2022-ci il tarixli 1238 saylı rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlirəm:
1. Təqsirləndirilən şəxs bədəni üzərində sağ bazunun, sağ saidin sıyrıqları, sağ bayır topuğun fluktasiyaedici hematoması aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibb müayinəsindən 1 günə qədər əvvəl törənmişlər, qərarda göstərilən 13 sentyabr 2022-ci il tarixdə törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər.
2. F.U.Nəcəzadənin bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyil. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Xəzər rayon şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı 28 oktyabr 2022-ci il tarixli 15-ə/1275 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, müayinə zamanı 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Valeh oğlunun məhkəmə-tibb ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlirəm: İ. Zərərçəkmiş şəxs bədəni üzərində baş-beynin silkələnməsi halında olan qapalı kəllə-beyin travması, alının qançırı və əzilmiş yarası, alın sümüyünün frontal sinusun lateral divarının basılmış sınığı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun "X7" X9 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən 13 sentyabr 2022-ci il tarixdə törənməsi istisna olunmur və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR dərəcəli zərər vurmaya aiddirlər.
2. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 25 noyabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 30 mart 2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, Fərhad ona dəymiş ziyanı tamamilə ödəmişdir, buna görə də onun Fərhaddan heç bir şikayəti, tələbi və iddiası yoxdur, mülki iddiasından imtina edir. Barışmalarının nəzərə alınaraq Fərhadın barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, MTE və PA Birliyinin aktı və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə və mülki iddia üzrə icraata xitam verilməsi, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsi məqsədə uyğundur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat üzrə material üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ilə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiadan imtina etdiyinə görə bu imtina qəbul olunsun və təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Əkrəm Qəhrəmanov