Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-205/2022 23.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, mülki iddiaçı Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X4, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, bir azyaşlı uşağı olan, ali təhsilli, Azərbaycan Futbol Federasiyası Gənclərdən ibarət milli komandaların meneceri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, A.ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs külli miqdarda əmlakı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayının sonlarında X1 Lüksemburq şəhərində olarkən tamah məqsədi ilə əldə etdiyi xeyli miqdara – 55600 manat dəyərində “İphone” markalı müxtəlif modelli mobil telefonları, yəni 1 ədədinin qiyməti 1900 manat olmaqla 13300 manat dəyərində 7 ədəd “İphone 12 Pro Max”, 1 ədədinin qiyməti 2400 manat olmaqla 12000 manat dəyərində 5 ədəd “İphone 13 Pro 128 GB”, 1 ədədinin qiyməti 2650 manat olmaqla 5300 manat dəyərində 2 ədəd “İphone 13 Pro 256 GB”, 1 ədədinin qiyməti 3000 manat olmaqla 6000 manat dəyərində 2 ədəd “İphone 13 Pro Max 128 GB”, 1 ədədinin qiyməti 3200 manat olmaqla 6400 manat dəyərində 2 ədəd “İphone 13 Pro Max 256 GB”, 1 ədədinin qiyməti 1900 manat olmaqla 7600 manat dəyərində 4 ədəd “İphone 12 Pro 256 GB”, 1 ədədinin qiyməti 2500 manat olmaqla 5000 manat dəyərində 2 ədəd “İphone 13 Pro 256 GB” markalı mobil telefonları TK 338 saylı İstanbul- Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirmişdir. 19 noyabr 2019-cu il tarixdə, saat 06 radələrində X6 Aeroportunda fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirməyə nail olmuşdur. Həmin tarixdə keçirilmiş gömrük baxışı zamanı gömrük orqanına bəyan edilməmiş qeyd edilən mobil telefonlar aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Azərbaycan Futbol Federasiyası gənclərdən ibarət yığmaların meneceri vəzifəsində işləyir. 07 noyabr 2021-ci il tarixdə 19 yaşdan ibarət milli komandanın futbol üzrə UEFA 19 Avropa seçmə mərhələsində iştirak etmək məqsədilə Bakı-İstanbul-Lüksemburq aviareysi ilə Lüksemburq şəhərinə səfər etmişlər. 2021-ci ilin noyabr ayının 10, 13 və 16-sı tarixlərində milli komanda oyunlar keçirmişdir. Lüksemburqda olarkən telefon mağazasından satış məqsədilə 24 ədəd «İphone» markalı mobil telefon əldə etmişdir. Həmin satıcı ilə səmimi münasibəti yarandığından telefonlara görə ödənişi Azərbaycana gəlib onları satdıqdan sonra edəcəyi barədə razılaşmışdır. Həmin telefonlara görə təxminən 25000 avro ödəniş edəcəkdi. O, həmin telefonları kimə və hansı qiymətə satacağını əvvəlcədən müəyyən etməmiş, lakin ölkə daxilində həmin markalı telefonların orta bazar qiymətini bildiyi üçün telefonları satıb qazanc əldə etməyi düşünmüşdür. Komandanın üzvlərinə, o cümlədən Mirəli və Ehtirama həmin telefonların milli komandanın üzvlərinə Lüksemburq şəhərində oyun təşkilatçıları tərəfindən hədiyyə olunduğunu bildirdiyi üçün onlar həmin telefonların 1 ədədini özləri üçün götürmüşlər. Ehtiram isə digər komanda üzvünə çatacaq olan əlavə 1 ədəd telefonu özü ilə götürmüşdür. O, heç kimə həmin telefonları satış üçün Azərbaycana apardığını deməmişdir. 18 noyabr 2021-ci il tarixdə Lüksemburq-İstanbul aviareysi ilə İstanbul şəhərinə gəlmiş və İstanbul-Bakı avia reysi ilə Bakı şəhərinə qayıtmışlar. 19 noyabr 2021-ci ildə, saat 06 radələrində Bakı X8nda pasport qeydiyyatından keçdikdən sonra hava limanının 1-ci mərtəbəsindən baqajlarını götürüb gömrük nəzarət zonasını tərk etmək istəmişlər. Bu zaman gömrük əməkdaşı saxlayaraq həmin çantalara baxış keçirilməsi üçün rentgen qurğusuna aparmışdır. Monitorda mobil telefonların təsviri görsənmiş və o, çantasında 20 ədəd mobil telefon olduğunu, 4 ədəd mobil telefonun isə millinin üzvləri tərəfindən aeroportun binasından çölə çıxarıldığını söyləmişdir. Daha sonra həmin telefonları gedib gətirərək gömrük əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onu yoxlama otağına dəvət etmişlər və ona məxsus mavi rəngli idman əl çantasından 20 ədəd “İphone” markalı, milli komandanın üzvü Şahid6 tərəfindən çölə çıxarılmış 1 ədəd “İphone 12 Pro”, Şahid7 tərəfindən çölə çıxarılmış 2 ədəd “İphone 12 Pro” və özünə məxsus digər əl çantasından 1 ədəd “İphone 13 Pro Max” markalı mobil telefonlar aşkar olunaraq götürülmüşdür. Mobil telefonları gömrük orqanlarına əvvəlcədən yazılı və ya elektron qaydada bəyan etməli olması barədə məlumatı olmamışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu və bir azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən yüngül cəzasının verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri törətdiyi cinayət əməlində özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş mülki iddiaçının nümayəndəsinin izahatı, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında mülki iddiaçı Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X5 izahatında göstərdi ki, 19 noyabr 2019-cu il tarixdə, saat 06 radələrində Türkiyə Respublikasından Azərbaycan Respublikasına TK 338 nömrəli İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs X6 Aeroportunda fəaliyyət göstərən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” X8 gömrük postunda gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömürk əməkdaşı tərəfindən saxlanılmış və saxlama zamanı müşayiət etdiyi, üzərində “R.K” sözü yazılmış mavi rəngli əl çantasından gömrük orqanına bəyan edilməmiş xeyli miqdara, yəni 55600 manat dəyərində “İphone” markalı müxtəlif modelli mobil telefonlar aşkar edilərək götürülmüşdür. İstintaq zamanı həmin malların gömrük ödənişlərinin ekspert rəyinə əsasən 12330,99 (on iki min üç yüz otuz manat doxsan doqquz qəpik) manat təşkil etdiyi müəyyən edilmişidr. Qeyd olunanlara əsasən mülki iddianın təmin olunmasını və 12330,99 (on iki min üç yüz otuz manat doxsan doqquz qəpik) manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq Dövlət Gömrük Komitəsi vasitəsi dövlət büdcəsinə ödənilməsini məhkəmədən xahiş etdi. Həmçinin Təqsirləndirilən şəxs qarşı 12330,99 manat məbləğində mülki iddianı müdafiə etdiyini, mülki iddianın təmin olunmasını xahiş etdiyini, növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs hər hansı cəzanın təyin olunmasını məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə ərizə təqdim etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsi Əməliyyat şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Daxil olmuş əməliyyat məlumatı əsasında 19 noyabr 2021-ci il tarixdə, saat 06 radələrində TK 338 saylı İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs nəzarətə götürülərək ona məxsus çantalar rentgen qurğusundan keçirilmişdir. Bu zaman çantada mobil telefonların təsviri görsənmiş və Təqsirləndirilən şəxs mobil telefonların ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yoxlama otağına dəvət olunmuş və ona məxsus üzərində “R.K” sözü yazılmış mavi rəngli əl çantasına baxış zamanı içərisindən 1 ədəd göy rəngli portfel çıxarılmışdır. Portfelin içərisindən isə Təqsirləndirilən şəxs tərəfindən yazılı və ya elektron qaydada gömrük orqanlarına bəyan olunmayan 4 ədəd açıq vəziyyətdə (qutusuz) “İphone 12 Pro Max” markalı, 2 ədəd qutuda tam komplektləşmiş vəziyyətdə “İphone 13 Pro 128 GB”, 2 ədəd qutuda tam komplektləşmiş vəziyyətdə “İphone 13 Pro 256 GB” markalı və 1 ədəd qutuda tam komplektləşmiş vəziyyətdə “İphone 13 Pro 128 GB” markalı mobil telefonlar, bundan əlavə mavi rəngli üzərində “R.K” sözü yazılmış əl çantasının içərisindən 1 ədəd qutuda tam komplektləşmiş vəziyyətdə “İphone 13 Pro Max 256 GB”, 3 ədəd açıq vəziyyətdə (qutusuz) “İphone 12 Pro Max”, 1 ədəd açıq vəziyyətdə (qutusuz) “İphone 12 Pro 256 GB”, 4 ədəd qutuda tam komplektləşmiş vəziyyətdə “İphone 13 Pro 128 GB” və 2 ədəd açıq vəziyyətdə (qutusuz) “İphone 13 Pro 256 GB” markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən ölkə ərazisinə gətirilən və milli komandanın üzvləri tərəfindən gömrük nəzarəti zonasından çölə çıxarılan, daha sonra geriyə qaytarılan 1 ədəd qutuda tam komplektləşmiş vəziyyətdə “İphone 13 Pro Max 2568 GB” markalı və 3 ədəd açıq vəziyyətdə (qutusuz) “İphone 12 Pro 256 GB” markalı mobil telefonlar götürülmüşdür. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahidlər Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” X2 Baş Gömrük İdarəsi “Terminal 1” X8 gömrük postuna təhkim olunmuş texniki işçisi Şahid2 və Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsi Əməliyyat şöbəsinin əməliyyat müvəkkili Şahid3Mirhəşim oğlu Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişlər. 04 may 2022-ci il tarixdə Şahid1 məhkəməyə teleqram vuraraq məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərdi ki, X6 Hava Limanında fiziki imkanları məhdud olan sərnişinlərə xidmət üzrə agent vəzifəsində işləyir. 19 noyabr 2021ci il tarixdə, saat 07 radələrində X6 Aeroportunda iş yerində olarkən bir nəfər gömrük əməkdaşı yaxınlaşaraq İstanbul-Bakı avia reysi ilə gələn sərnişinin baqajlarının yoxlanılmasında hal şahidi qismində iştirak etməyi təklif etmiş və o, razı olmuşdur. Gömrük əməkdaşı Təqsirləndirilən şəxs adlı şəxsi təqdim edərək onun çantasını yoxlayacağını demişdir. Sonra həmin şəxsin əl çantası açılmış və içərisində 1 ədəd göy rəngli portfel çıxarılmışdır. Həmin portfelin içindən isə 20 ədəd “İphone” markalı mobil telefon aşkar edilmişdir. Sonra çölə çıxarılan 1 ədəd qutu geri qayatarılmış və həmin qutudan 1 ədədi bağlı, 3 ədədi isə açıq vəziyyətdə “İphone” markalı mobil telefonlar aşkar olunmuşdur. Bu barədə protokol tərtib olunmuş və o, həmin protokolu imzalamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid X6 Hava Limanında "xxxx" MMC-də yuyucu maşın operatoru vəzifəsində işləyən Şahid4 Şahid5 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərdi ki, Azərbaycanın futbol üzrə 19 yaşdan ibarət milli komandasının üzvüdür. Sonuncu dəfə 19 yaşlardan ibarət milli komandaların fuıbol üzrə Avropa Çempionatının seçmə mərhələsində iştirak etmək məqsədilə Lüksemburq şəhərinə səfər etmişlər. Luksemburq şəhərində olarkən menecer Təqsirləndirilən şəxs komandanın üzvlərinə mobil telefonlar göstərmiş və həmin telefonların təşkilatçılar tərəfindən hədiyyə olaraq verildiyini demişdir. O, istifadəsində olan “İphone X” markalı mobil telefon sıradan çıxdığı və telefona ehtiyacı olduğu üçün oradan “İphone 12 Pro” markalı mobil telefonu özünə götürmüşdür. 19 noyabr 2021-ci il tarixdə Luksemburq-İstanbul avia reysi ilə İstanbul şəhərinə, oradan isə İstanbul-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmişlər. Bakı Beynəlxalq Hava İdmanında pasport qeydiyyatından keçib baqajını götürərək gömrük nəzarət zonasını tərk etmişdir. Hava limanın dayanacağında olan milli komandaya məxsus avtobusa minərkən Təqsirləndirilən şəxs yaxınlaşaraq problem olduğunu bildirmiş və mobil telefonu ondan götürərək gömrük nəzarət zonasına qayıtmışdır. Həmin telefonların Təqsirləndirilən şəxs tərəfindən hansı səbəbdən gömrük orqanına bəyan edilməməsi barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahidlər Şahid7 Mirzəyeviç və Şahid8 Şahid6 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişlər. İş materiallarına əlavə edilmiş sərhədkeçmə hesabatından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Bakı Aeroportundan ölkə ərazisini Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətində tərk etmiş və xx.xx.2021-ci il tarixdə saat 06:18-də eyni istiqamətdən Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş Hava Nəqliyyatında Baş Gömrük İdarəsi “Terminal- 1” X8 gömrük postunda tərtib edilmiş “yoxlama, əşyaların və sənədin götürülməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus üzərində “R.K” sözü yazılmış mavi rəngli əl çantasının içərisindən 1 ədəd göy rəngli portfel çıxarılmış və həmin göy rəngli portfelin içərisindən 4 ədəd açıq vəziyyətdə (qutusuz) “İphone 12 Pro Max” markalı, 2 ədəd qutuda tam komplektləşmiş vəziyyətdə “İphone 13 Pro 128 GB”, 2 ədəd qutuda tam komplektləşmiş vəziyyətdə “İphone 13 Pro 256 GB” markalı və 1 ədəd qutuda tam komplektləşmiş vəziyyətdə “İphone 13 Pro 128 GB” markalı mobil telefonlar, bundan başqa mavi rəngli üzərində «R.K» sözü yazılmış əl çantasının içərisindən 1 ədəd qutuda tam komplektləşmiş vəziyyətdə “İphone 13 Pro Max 256 GB”, 3 ədəd açıq vəziyyətdə (qutusuz) “İphone 12 Pro Max”, 1 ədəd açıq vəziyyətdə (qutusuz) “İphone 12 Pro 256 GB”, 4 ədəd qutuda tam komplektləşmiş vəziyyətdə “İphone 13 Pro 128 GB” və 2 ədəd açıq vəziyyətdə (qutusuz) “İphone 13 Pro 256 GB” markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən ölkə ərazisinə gətirilən və milli komandanın üzvləri tərəfindən gömrük nəzarəti zonasından çölə çıxarılan, daha sonra geriyə qaytarılan 1 ədəd qutuda tam komplektləşmiş vəziyyətdə “İphone 13 Pro Max 2568 GB” markalı və 3 ədəd açıq vəziyyətdə (qutusuz) “İphone 12 Pro 256 GB” markalı mobil telefonlar götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-texniki ekspertizasının 24 dekabr 2021-ci il tarixli, 9/8469 nömrəli rəyindən görünür ki, ümumi orra bazar qiyməti 55600 manat təşkil edən həmin mobil telefonlardan ibarət olan malların gömrük rəsmiləşdirilməsi üçün ödənilməsli gömrük ödənişləri cəmi 12330,99 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 22 yanvar 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 206.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 15 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 55600 manat dəyərində 7 ədəd “İphone 12 Pro Max” markalı, 5 ədəd “İphone 13 Pro 128 GB” markalı, 2 ədəd “İphone 13 Pro 256 GB” markalı, 2 ədəd “İphone 13 Pro Max 128 GB” markalı, 2 ədəd “İphone 13 Pro Max 256 GB” markalı, 4 ədəd “İphone 12 Pro 256 GB” markalı, 2 ədəd “İphone 13 Pro 256 GB” markalı mobil telefonlar maddi sübut kimi tanınaraq məhkəmə tərəfindən yekun qərar qəbul edilənədək Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılması nəzərə alınmışdır. Məhkəmə Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində maddi sübut kimi saxlanılan və bəyan edilməmiş 55600 manat dəyərində 7 ədəd “İphone 12 Pro Max” markalı, 5 ədəd “İphone 13 Pro 128 GB” markalı, 2 ədəd “İphone 13 Pro 256 GB” markalı, 2 ədəd “İphone 13 Pro Max 128 GB” markalı, 2 ədəd “İphone 13 Pro Max 256 GB” markalı, 4 ədəd “İphone 12 Pro 256 GB” markalı, 2 ədəd “İphone 13 Pro 256 GB” markalı mobil telefonlara dair münasibət bildirərək hesab edir ki, həmin mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq gömrük rəsmiləşdirilməsi aparılaraq mülkiyətçisi və iş üzrə Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi dövlətin xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətləri cinayətkar qəsdlərdən qorumaqla bu obyektə vurulan zərərə görə cinayət məsuliyyəti müəyyən etmiş və göstərilən əməlin törədilməsinə görə həmin maddədə yalnız azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilmişdir. Yəni, qanunverici həmin maddənin sanksiyasında əmlak müsadirəsini əlavə cəza nəzərdə tutmamaqla cinayət cəzası ilə yanaşı təqsirkar barəsində əmlak xarakterli məhrumiyyətlərin tətbiqini zəruri saymamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.4-cü maddəsinə görə cinayət yolu ilə əldə edilmiş və ya cinayətin predmeti olan pul və qiymətli əşyalar məhkəmənin hökmü ilə cinayət nətiçəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilir, zərər çəkmiş şəxs məlum olmadıqda isə dövlətin nəfinə keçirilir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş mobil telefonlar onun təqsirli bilindiyi qaçaqmalçılıq cinayətinin predmetidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli Qərarında maddi sübut qismində tanınmış cinayətin predmetinin dövlət nəfinə alınması xüsusi müsadirə adlandırılmış, Cinayət-Prosessual Məcəlləsinin 132.0, 132.0.1 və 132.0.4-cü maddələri isə cinayətin predmeti olan pulun dövlət nəfinə keçirilməsini nəzərdə tutmuşdur. Lakin məhkəmə hesab edir ki, qanunun həmin normalarını tətbiq etməklə mobil telefonların Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməsi onun məcburi qaydada xüsusi mülkiyyətindən məhrum edilməsi deməkdir Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, fiziki şəxsin əldə edilmə mənbəyi mübahisələndirilməyən öz xüsusi mülkiyyətindən məcburi qaydada məhrum edilməsi məsələsi həll olunduğundan, bu cür məhrumetmənin cinayət-hüquqi anlamda cinayət cəzası kimi və ya cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada xüsusi müsadirə kimi tətbiq edilməsinin elə də böyük əhəmiyyəti yoxdur. Belə ki, hər iki müsadirə tədbiri şəxsin öz mülkiyyətindən faktiki olaraq məhrum edilməsi ilə nəticələnir ki, bu da fiziki şəxsin fundamental hüquqlarından sayılan mülkiyyət hüququnun pozulmasına səbəb olur. Ona görə də, məhkəmə hesab edir ki, bu cür müsadirənin hətta Cinayət Prosessual Məcəllənin 132.0, 132.0.1, 132.0.4-cü maddələri əsasında həyata keçirilməsi belə qərarı verən orqanı şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, eləcə də “İnsan Hüquqlarının və X3 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnu gözləmək və müsadirəni yalnız bu aktlarla yol verilən hallarda tətbiq etmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 2.2 və 2.3-cü maddələrində Azərbaycan Respublikası Konstitusiyasının normalarının Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə malik olduğu və birbaşa qüvvədə olduğu, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllədən fərqli digər qaydalar müəyyən olunduğu halda, beynəlxalq müqavilənin qaydalarının tətbiq edildiyi təsbit edilmişdir. Qaçaqmalçılıq cinayətinin predmetini təşkil edən cinayət törətmiş şəxsə məxsus olan pul vəsaitinin müsadirəsinin cinayət-prosessual hüquq tədbiri kimi hansı hallarda tətbiq edilməli olduğu, başqa sözlə bu cür müsadirə vasitəsilə şəxsin mülkiyyət hüququna müdaxiləyə hansı hallarda yol verildiyini İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “İsmayılov Rusiyaya qarşı” iş üzrə 06 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir. Həmin işdə Rusiya hökuməti İsmayılovun iddiasına qarşı etirazlarlarında qaçaqmalçılığın predmetini təşkil edən pul vəsaitinin maddi sübut kimi tanınmasına və bu cür predmetlərin müsadirəsinə nəinki milli prosessual qanunvericiliyin, hətta “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” BMT Konvensiyasının 12-ci maddəsinin yol verdiyinə istinad edilmişdir. Həqiqətən də, Avropa Məhkəməsi maddi sübut kimi tanınmış cinayətin predmetinin müsadirəsinə Rusiyanın Cinayət-Prosessual Məcəlləsinin 81-ci maddəsinin 3cü hissəsinin 1-ci bəndinin yol verdiyini, yəni bu cür hallarda 1 saylı Protokolun 1-ci maddəsinin tələbi baxımından mülkiyyətin toxunulmazlığına müdaxilənin qanuni olduğunu etiraf edir. Bununla belə, Avropa Məhkəməsi milli məhkəmə tərəfindən İsmayılova məxsus pul vəsaitinin məcburi qaydada dövlət nəfinə alınması ilə onun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat verilən mülkiyyətin müdafiəsi hüququnun pozulması haqqında nəticəyə gəlmişdir. Məhkəmə belə nəticəyə gələrkən İsmayılovun müsadirə olunmuş pul vəsaitini qanuni yolla əldə etməsinə əsaslanıb onun haqqında olan işi əvvəllər baxmış olduğu müsadirə tədbirinin cinayət yolu ilə əldə edilmiş, qeyri-qanuni olaraq əldə edilən hesab olunmuş və yaxud qanuna zidd fəaliyyət üçün nəzərdə tutulmuş əmlaka tətbiq olunduğu digər işlərdən fərqləndirmişdir (İsmayılov Rusiyaya qarşı iş üzrə qərarın 36-cı bəndi). Məhkəmə əlavə olaraq, həm də onu qeyd etmişdir ki, “ərizəçi əvvəllər məhkum edilməmiş və baxılan hadisəyə qədər hər hansı bir cinayətdə şübhəli bilinməmiş və yaxud təqsirləndirilməmişdir. Ərizəçi barəsində müsadirə tədbirinin tətbiq edilməsi ilə hakimiyyətin çirkli pulların yuyulması, narkotik alveri, terrorçuluğun maliyyələşdirilməsi, vergiləri ödəməkdən boyun qaçırma kimi hər hansı bir başqa hüquqa zidd fəaliyyətin qarşısını almağa çalışdığını göstərən də heç bir dəlil yoxdur. Onun daşıdığı pullar qanuni yolla əldə edilmiş və bu vəsaitin Azərbaycandan çıxarılması gömrük orqanına bəyan edilməsi şərti ilə yolveriləndir. Deməli, ona istinad edilən yeganə kriminal davranış aktı həmin əmlakın gömrük orqanına bəyan edilməməsi olmuşdur” (qərarın 37-ci bəndi). Bunları, eləcə də İsmayılov barəsində tətbiq olunmuş müsadirə tədbirinin zərərə görə maddi kompensasiya kimi çıxış etmədiyini nəzərə alan Avropa Məhkəməsi baxılan işdə ərizəçinin qaçaqmalçılıq əməlinə görə artıq cəzalandırılmasına – sınaq müddəti ilə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum olunmasına baxmayaraq, məqsədi onu “çəkindirmək, cəzalandırmaq” olan və bu səbəbdən əlavə sanksiya kimi çıxış edən müsadirəyə məruz qaldığını hüquq pozuntusu kimi qeyd etmiş və cəza ilə yanaşı müsadirənin də tətbiq edilməsini onun üzərinə ifrat yükün (cəzanın) qoyulması kimi qiymətləndirmişdir. Göründüyü kimi, Avropa Məhkəməsi müsadirənin prosessual-hüquq qaydaları əsasında xüsusi müsadirə şəklində tətbiq olunduğu hallarda da, onun mümkünlüyünü müsadirə predmetinin cinayət yolu ilə əldə olunması, qeyri-qanuni fəaliyyət üçün nəzərdə tutulması kimi faktorlarla şərtləndirmişdir. Avropa Məhkəməsinin göstərilən qərarının hazırkı işlə müqayisəsindən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs götürülmüş mobil telefonların müsadirə olunması, Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmadığı halda, onun faktiki olaraq əmlak xarakterli ikinci sanksiyaya məruz qalmasına səbəb ola bilər. Deməli, göstərilən prosessual tədbirin tətbiqi hazırkı iş üzrə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxsi ifrat yükə məruz qoyacaqdır. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İbtidai istintaqı zamanı Dövlət Gömrük Komitəsi mülki iddia verərək 12330,99 (on iki min üç yüz otuz manat doxsan doqquz qəpik) manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq Dövlət Gömrük Komitəsi vasitəsi ilə dövlət büdcəsinə ödənilməsini xahiş etmişdir. Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsinin müstəntiqi Arif Quliyevin 17 mart 2022-ci il tarixli qərarı ilə mülki iddia ərizəsi icraata götürülmüş, Dövlət Gömrük Komitəsi mülki iddiaçı, Dövlət Gömrük Komitəsi HNBGİ-nin Gömrük əməliyyatları idarəsinin gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru X5 mülki iddiaçının nümayəndəsi qismində tanınmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona qaytarılan əmlaklara görə gömrük ödənişləri ödəməklə yanaşı ondan həmin mallara münasibətdə mülki iddia şəklində pul tutulması “İsmayılov Rusiyaya qarşı” işi üzrə 06 noyabr 2008-ci il tarixli və “Adjiqoviç Rusiya Federasiyasına qarşı” işi üzrə 08 oktyabr 2009-cu il tarixli İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının mövqeyinə ziddir. Belə ki, həmin qərarların və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 02 iyun 2016-cı il tarixli qərarlarındakı mövqeyə görə qaçaqmalçılıq cinayəti törətmiş şəxsin həmin cinayətin predmeti olmuş malların onun özünə qaytarılması üçün gömrük rəsmiləşdirilməsini və ödənişlərin ödənilməsini şəxsin üzərinə vəzifə olaraq deyil, bir növ hüquq kimi müəyyən edilmiş və şəxs həmin mallara sahib çıxmaq istəmədiyi halda malların sonrakı taleyinin həll edilməsi və tənzimlənməsi qaydası qanunverici tərəfindən müəyyən olunmuşdur. İş üzrə maddi sübut kimi tanınmış və “Azərterminalkompleks Birliyin”in anbarında saxlanılan bəyan edilməmiş 55600 manat dəyərində 7 ədəd “İphone 12 Pro Max” markalı, 5 ədəd “İphone 13 Pro 128 GB” markalı, 2 ədəd “İphone 13 Pro 256 GB” markalı, 2 ədəd “İphone 13 Pro Max 128 GB” markalı, 2 ədəd “İphone 13 Pro Max 256 GB” markalı, 4 ədəd “İphone 12 Pro 256 GB” markalı, 2 ədəd “İphone 13 Pro 256 GB” markalı mobil telefonlar müvafiq gömrük rəsmiləşdirilməsi aparılaraq müvafiq gömrük ödənişləri ödənildikdən sonra Təqsirləndirilən şəxs qaytarıldığı üçün ondan həmin mallara görə mülki iddia qismində 12330,99 (on iki min üç yüz otuz manat doxsan doqquz qəpik) manat məbləğində pulun tutulması üçün əsas yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, mülki iddia rədd edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 5 (beş) saat vaxt sərf etmişdir. Ona görə də 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinərək cinayətin predmeti olan 55600 (əlli beş min altı yüz) manat məbləğində pulun qırx faizi miqdarında, yəni 22240 (iyirmi iki min iki yüz qırx) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan bəyan edilməmiş 55600 manat dəyərində 7 ədəd “İphone 12 Pro Max” markalı, 5 ədəd “İphone 13 Pro 128 GB” markalı, 2 ədəd “İphone 13 Pro 256 GB” markalı, 2 ədəd “İphone 13 Pro Max 128 GB” markalı, 2 ədəd “İphone 13 Pro Max 256 GB” markalı, 4 ədəd “İphone 12 Pro 256 GB” markalı, 2 ədəd “İphone 13 Pro 256 GB” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq gömrük rəsmiləşdirilməsi aparılaraq mülkiyətçisi və iş üzrə Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs 12330,99 (on iki min üç yüz otuz manat doxsan doqquz qəpik) manat məbləğində maddi ziyanın tutulmasına dair Dövlət Gömrük Komitəsinin mülki iddiası rədd edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesabAZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-205/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-205/2022
23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver