Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-205/2025 27.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Nümayəndə, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X4 iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Qobustan rayonunda anadan olmuş, orta təhsilli, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Xəzər rayonu, Qala qəsəbəsi yeni sahədə yaşayan X4 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X7 xx.xx.2025-ci il tarixdə yaşadığı evdə oğlu Zərərçəkmiş şəxs əynindən çıxartdığı dəri kəmərlə bədən və ayaq nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq sonuncuya sağ və sol bazunun, sağ dirsəyin, sağ və sol saidin, hər iki budun, sağ dizin, hər iki baldırın qaçırıarı, sağrı sindiromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ və sol bazunun və sol aşıq-baldır oynaqlarının yumşaq toxumalarının əzilməsi kimi sağlamlığa qəsdən yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında iştirak edən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X7 törətdiyi əməli etiraf edərək ifadəsində qeyd etdi ki, Nümayəndə qız ilə 2009-cu il tarixdə ailə həyatı qumuş, birgə nigahdan 3 övladları vardır. Zərərçəkmiş şəxs onun oğludur. xx.xx.2025-ci il tarix saat təxminən 21 radələrində yaşadığı Xəzər rayonu, Qala qəsəbəsi nömrəsiz evə gəlmişdir. Evdə olan zaman oğlu Zərərçəkmiş şəxs ondan icazəsiz dərsə getmədiyi üçün sonuncuya hirslənmişdir. Bu vaxt yaşadıqları Xəzər rayonu, Qala qəsəbəsəbəsində yerləşən nömrəsiz evdə əynindən çıxardığı dəri kəmərlə Zərərçəkmiş şəxs bədən və ayaq nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X7 əlavə olaraq əməlindən səmimi peşman olmasını, şikayət vermiş şəxs Nümayəndə və oğlu Zərərçəkmiş şəxs ilə barışdığını bildirərək barəsində olan iş üzrə icraata bəraətverici əsas olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarix saat təxminən 21 radələrində yaşadığı Xəzər rayon, Qala qəsəbəsi yeni sahədə yerləşən nömrəsiz evdə olan zaman atası Təqsirləndirilən şəxs onun məktəbə getmədiyini əsas gətirərək əynindən çıxardığı dəri kəmərlə onun bədən və ayaq nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq xəsarət yetirdmişdir. X2 ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 2009-cu il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurub birgə nigahdan 3 övladları vardır. xx.xx.2025-ci il tarix saat təxminən 21 radələrində yaşadığı Xəzər rayonu, Qala qəsəbəsində yerləşən nömrəsiz evdə olan zaman Təqsirləndirilən şəxs az yaşlı oğlu Zərərçəkmiş şəxs məktəbə getmədiyinə görə ona iradını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindən çıxardığı dəri kəmərlə Yusifin bədən və ayaq nahiyəsindən vuraraq xəsarət yetirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 59 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ və sol bazunun, sağ dirsəyin, sağ və sol saidin, hər iki budun, sağ dizin, hər iki baldırın qaçırıarı, sağrı sindiromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ və sol bazunun və sol aşıqbaldır oynaqlarının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə- tibbi müayinəsindən 1 gün əvvəl olmaqla, qərarada göstərilən xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq aşkar olunmuş həmin xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur; - Zərərçəkmiş qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs şəxs qismində tanınmışdır. - Qanuni nümayəndə qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X3 iş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndə qismində tanınmışdır; - X7 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən aydın olur ki, o, şikayət vermiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X3 ilə barışmasını və şikayət vermiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsi xahiş etmişdir; - Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X7 ilə barışmasını, ona vurulmuş ziyanın ödənilməsini və heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsi xahiş etmişdir; - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə əsasən X4 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X7 tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. X4 əməli düzgün olaraq istintaq orqanı tərəfindən CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar işə xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və şikayət vermiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X4 böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, şikayət vermiş şəxslə barışmasını, şikayət vermiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə iş üzrə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X7 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən X4 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 06 saata görə 36 (otuz altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-205/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-205/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver