Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-206/2020 09.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi X4, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, mülki cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Tanrıqulular kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi yeni yaşayış sahəsində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarətlər yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxsxx xxxxxx 2020-ci il tarixdə saat 17:50 radələrində etibarnamə əsasında idarə etdiyi “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai HD-78 yük” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi istiqamətində saatda 60 km sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara əməl etməmiş və Bakı şəhəri Xəzər rayonu Hava Limanı-Buzovna yolunun 7-ci kilometrliyində “Şağan-2” adlanan hissəsində həmin vaxt yolu soldan sağa keçən piyada azyaşlı Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan zərərçəkmişə sol bazunun, sol baldırın qançırları, sol baldırın sıyrığı, daxili qanaxma, İİ dərəcəli travmatik şokla və qarnın küt travması ilə müşaiyət olunan dərəcəsinə görə sağlalığın uzun müddətə polzulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək yol hərəkəti qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə baxışının əvvəlki iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, xx xxxx 2019-cu il tarixdən “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də sürücü vəzifəsində işləyir, MMC-nin etibarnaməsi əsasında MMC-yə məxsus olan “Hyundai HD- 78 yük” markalı **-AC-*** dövlət nömrə nişanlı avtomaşını idarə edir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 17:50 radələrində idarə etdyi avtomobillə iş yoldaşı Şahid1la birlikdə Mərdəkan qəsəbəsindən Buzovna qəsəbəsinə Hava Limanı - Buzovna yolu ilə 1ci zolaqla saatda 60 km sürətlə hərəkətdə olan zaman “Şağan-2” deyilən yerin yaxınlığında qarşıda hərəkət edən marşrut avtobus dayanacaqda dayanmışdır. İdarə etdiyi avtomaşının dönmə işıqlarını yandıraraq 2-ci zolağa keçmiş və avtobusun arxa sol küncünə çatan zaman yolun sol tərəfindən 2 azyaşlı uşaq yolun hərəkət hissəsinə tərəf qaçmışdır. O, həmin azyaşlı uşaqları vurmamaq üçün əyləci basmışdır, lakin aralarında olan məsafə az olduğundan, idarə etdiyi avtomobil dayanmadığı üçün avtobusu keçdikdən sonra manevr edərək yolun sağ tərəfinə - 1-ci yola çəkmişdir. Həmin zaman o, uşaqlara toxunmayaraq həmin ərazini keçmiş və avtomobili yolun 1-ci zolağında saxlamışdır. Güzgüdən görmüşdür ki, həmin uşaqlardan biri oğlan uşağı gələrək avtomaşının sol arxa hissəsində olan ayaqaltına çırpılmışdır. Muradla birlikdə avtomaşından düşüb həmin uşağa yaxınlaşmışlar və o, uşağı qucağına götürərək yolun kənarına aparmışdır. Uşağa su verdikdən sonra onu idarə etdiyi avtomobilə əyləşdirərək yaxınlıqda Buzovna qəsəbəsində olan xəstəxanaya aparmışdır. Orada uşağa tibbi yardım göstərdikdən sonra həmin uşağın valideynləri gəlmişlər. O, uşağın valideynləri ilə birlikdə uşağı rentgendən keçirmək üçün digər xəstəxanaya aparmışlar. Baş vermiş yolnəqliyyat hadisəsində özünü təqsirli bilmir, mülki iddianı qəbul etmir, hesab edir ki, barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə baxışının xx xxxxxxxx 2020-ci il tarixli iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs göstərdi ki, baş vermiş yol-nəqliyyat hadisəsində əvvəllər özünü təqsirli bilməmiş, lakin hazırda bildirir ki, ehtiyatsızlıqdan ilk dəfə törətdiyi bu əməldən səmimi peşman olmuşdur, böyük mənəvi sarsıntı keçirir. Məhkəmənin gedişində zərərçəkmiş şəxslə barışaraq ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir və onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Ailəsinin yeganə qazanc gətirənidir, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında mülki cavabdeh qismində dindirilən “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X5 göstərdi ki, Təqsirləndirilən şəxsetibarnamə əsasında idarə etdiyi “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus olan “Hyundai HD-78 yük” markalı **- AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx xxxxxx 2020-ci il tarixdə saat 17:50 radələrində yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarətlər yetirmişdir.“xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus həmin nəqliyyat vasitəsi texniki cəhətdən saz vəziyyətdə olmuş, yol-nəqliyyat hadisəsi isə sürücünün ehtiyatsızlığı üzündən baş vermişdir. Hesab edirlər ki, bu hadisədə onların heç bir təqsiri yoxdur, onlar bu yol-nəqliyyat hadisəsi üzrə cavabdeh ola bilməzlər, həmçinin, iddia ərizəsində onlara qarşı yönələn konkret tələb yoxdur. Buna görə də iddia tələbinin “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı olan hissəsinin rədd edilməsini xahiş edirlər. Məhkəmə baxışının əvvəlki iclasında iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilən yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxsgöstərdi ki, o, Buzovna qəsəbəsində yerləşən 26 saylı tam orta məktəbin 5g sinfində oxuyur, məktəbə bacısı Ayan ilə birlikdə gedib-gəlir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 17 radələrində məktəbdən həmişə olduğu kimi Ayanla birlikdə çıxıb 171 saylı marşrut avtobusuna minib Bakı şəhəri istiqamətində gələrək yaşadıqları evin yolunun qarşı tərəfində düşmüşlər. Həmin zaman yolu tanımadığı şəxs də keçirmiş. Ovə bacısı Ayan həmin şəxslə birlikdə yolu soldan sağa keçmiş, yolun hər iki istiqamətini ayıran arakəsmədə dayanmışlar ki, qarşıdan gələn avtomaşınları buraxıb yol boşalan kimi yolu keçsinlər. Təxminən saat 17:45 radələrində onlar tanımadıqları həmin şəxslə yolu keçən zaman yolun 1-ci zolağında dayanmış avtobusun arxasından bir yük avtomaşını çıxmışdır. Bu zaman o, bacısı və tanımadığı şəxs 1-ci xətt ilə sarı xəttin arasına çatanda yanlarında olan şəxs Ayanı kənara çəkmişdir. Həmin avtomaşının qabaq hissəsi ona dəydikdən sonra qabağa gedərək saxlamışdır. Bu zaman onun sol ayağı avtomaşının arxa dəmir hissəsinə dəymiş və o, yerə yıxılmışdır. Avtomaşının tanımadığı sürücüsü yerə düşmüş və onu yerdən götürərək yolun kənarına aparmışdır. Orada onun üzünə su vurduqdan sonra bacısının təkidi ilə onu avtomaşına qoyaraq Buzovna qəsəbəsində yerləşən poliklinikaya aparmışdır. Həmin avtomaşının “Hundai” markalı olduğunu bilmişdir, lakin dövlət nömrə nişanını xatırlamır. Valideynləri onun müalicəsinə indiyə qədər xeyli məbləğdə pul vəsaiti xərcləmişlər, müalicəsi hələ davam edir və bundan sonra da davam edəcəkdir. Xərclənən pulları təqsirləndirilən şəxsin ödəyəcəyinə ümidvar olaraq müalicə olunduğu bəzi yerlərdən qəbz almamışdır. Valideynləri imkansız adamlardır, çox böyük çətinliklə dolanır və onun müalicəsindən ötrü pul tapırlar. Təqsirləndirilən şəxs isə onunla maraqlanmamış və müalicə xərclərinə köməklik göstərməmişdir. Buna görə də o, təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir, ona və “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə qarşı 9300,00 (doqquz min üç yüz) manat maddi və 10000,00 (on min) manat mənəvi zərərin tutulması barədə mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki iddianın təmin edilməsini və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə baxışının xx xxxxxxxx 2020-ci il tarixli iclasında yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxsgöstərdi ki, hazırda təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödədiyindən, o, onunla barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır, həmçinin, mülki iddiasından imtina edərək onun baxılmadan geri qaytarılmasını istəyir. Bu barədə qanuni nümayəndəsi X4 yazdığı ərizəni məhkəməyə təqdim edərək mülki iddiasının baxılmadan geri qaytarılmasını və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxs barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında valideyninin iştirakı ilə dindirilən yetkinlik yaşına çatmayan Şahid2 qızı da Zərərçəkmiş şəxs ifadəsinə uyğun, eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, 2019-cu ilin oktyabr ayından “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də sürücü köməkçisi vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai HD-78 yük” markalı **-AC-*** dövlət nömrə nişanlı avtomaşında onun köməkçisi olmuşdur. 2020-ci ilin mart ayında MMC-dən işdən çıxdıqdan sonra fərdi əməklə məşğul olur. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 17:50 radələrində Eminin idarə etdiyi həmin avtomaşınla Mərdəkan qəsəbəsindən Buzovna qəsəbəsinə gedərkən Bakı-Buzovna yolunda olan zaman o, avtomaşında yatmış, yuxuda olanda qulağına siqnal səsi gəldiyi üçün yuxudan oyanmışdır. Bu zaman Emin avtomaşını yolda dayanmış avtobusun qarşısına vermiş və dayanmışdır. Eminlə birlikdə avtomaşından aşağı düşdükdə avtomaşının arxa hissəsində olan dəmirin tanımadıqları balaca uşağın ayağından dəyərək uşağın yerə yıxıldığını görmüşdür. Onlar həmin uşağa su verdikdən sonra yanında olan balaca qız ilə birlikdə xəstəxanaya aparmışlar. O, yolda Eminin idarə etdiyi avtomaşında yatdığından avtomaşının surətini bilməmiş, avtomaşınla piyadanı hansı şəraitdə vurmasını da görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 göstərdi ki, o, xx xxxxxxx 2003-cü il tarixdə X3 ilə ailə həyatı qurmuş və həmin nikahdan 4 övladı vardır. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 18:00 radələrində tanımadığı nömrədən ona zəng gəlmiş, o, mobil telefonu açdıqda tanımadığı bir nəfər ona bildirmişdir ki, uşağı Davudu avtomaşın vurmuşdur. O, həmin şəxsin dediyi yerə getdikdə digər tanımadığı mobil nömrədən ona zəng gəlmiş və zəng edən şəxs ona bildirmişdir ki, “uşağını maşınla mən vurmuşam, qızın da yanımdadır, poliklinikanın yanındayıq”. Qonşusu ilə həmin şəxsin göstərdiyi yerə getmiş və qızı Ayanı qonşusu ilə evə yola salmış, oğlu Davudu isə həmin yerə gəlmiş tanımadığı şəxsin avtomaşını ilə xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 göstərdi ki, o, “xxxxxxxxx” MMCnin direktoru vəzifəsində işləyir. X12 uşaq xəstəxanasında yatmış və ona yazılan reseptlərə əsasən dərmanlar onlara məxsus aptekdən alınmışdır. Bəzən Davudun atası Bilalın dərman almağa pulu çatmayanda onların ona yazıqlığı gəlmiş və lazımi dərmanları nisyə verib pulunu sonradan almışlar. Bilal tez-tez onların aptekinə müraciət etdiyi üçün aptekin bütün işçiləri onu tanıyır və ondan həmişə uşağın vəziyyətini soruşmuşlar. Ümumilikdə Bilal uşağı Davudun müalicəsindən ötrü onların aptekindən 4800-5000 manat məbləğində dərman almışdır və bu məlumatı aptekin bütün işçiləri təsdiq edə bilərlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmişxx xxxxxx 2020-ci il tarixdə saat 22:30 radələrində keçirilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nin 1/357 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2020-cı il tarixli, 09-ə/139 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol bazunun, sol baldırın qançırları, sol baldırın sıyrığı, daxili qanaxma, İİ dərəcəli travmatik şokla müşayət olunan qarnın küt travması aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya(əşyalar) təsirindən onun “X16”ə müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna olunmur və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmişməhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 10mart 2020-ci il tarixli, 5509 saylı rəyindən görünür ki, “Hyundai HD-78” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70,00 (yetmiş) manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmişAzərbaycan Respublikası DİN Baş Dövlət X15 X6 xx xxxxx 2020-ci il tarixli 016- 37731-1220 saylı məktubundan görünür ki, İdarənin kompyuter uçot bazasının məlumatlarına əsasən xx xxxx 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx xxxx 2017-cş il tarixdə AF 008153 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarından görünür ki,Azərbaycan Respublikası DİN “Təhlükəsiz şəhər” xidmətindən götürülmüş video görüntülər iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi qəbul edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarından görünür ki,Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsini dəqiqləşdirmək məqsədi ilə Azərbaycan Respublikası CPM-nin 260 və 261-ci maddələrin tələblərinə əsasən onun ifadəsinin yerində yoxlanılması keçirilmiş və o, ifadəsində qeyd etdikləri xüsusatları bir daha təsdiq etmişdir. Bununla bağlı Azərbaycan Respublikası CPM-nin 51-ci maddəsinə əsasən müvafiq protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdanzərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarətlər yetirməklə yol-nəqliyyathadisəsitörətməsi faktı tam sübuta yetirildi. İş materiallarında olan və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X8 tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş xx xxxxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs onunla barışaraq dəymiş maddi ziyanı tamamilə ödəmişdir, hazırda onun ondan heç bir şikayəti və ya tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq mülki iddianın baxılmadan geri qaytarılmasını və təqsirləndirilən şəxsin barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsi ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə təqsirləndirilən şəxsin və yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsi ilə əlaqədar xitam verilməsinə razılığını, təqsirləndirilən şəxsin ehtiyatsızlıqdan ilk dəfə törətdiyi əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını, mülki iddiadan imtina etməsini və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübut - Azərbaycan Respublikası DİN-nin “Təhlükəsiz şəhər” xidmətindən götürülmüş - qeyd olunan yol-nəqliyyat hadisəsini əks etdirən video görüntülər olan 01 ədəd disk Qərar qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70,00 (yetmiş) manat Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiadan imtina etdiyinə görə məhkəmə hesab edir ki, bu imtina məhkəmə tərəfindən qəbul olunmalı və Təqsirləndirilən şəxs qarşı mülki iddia üzrə icraata xitam verilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq və məhkəmə baxışı zamanımüdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 20 saat) cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş maddi ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Maddi sübut - Azərbaycan Respublikası DİN-nin “Təhlükəsiz şəhər” xidmətindən götürülmüş - qeyd olunan yol-nəqliyyat hadisəsini əks etdirən video görüntülər olan 01 ədəd disk Qərar qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 70,00 (yetmiş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiadan imtina etdiyinə görə bu imtina qəbul olunsun və Təqsirləndirilən şəxs və “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə qarşı mülki iddia üzrə icraata xitam verilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx”ASCXəzərfilialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-206/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-206/2020
09.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver