Məhkəmə qərarları › İş №1(003)-206/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-206/2021

06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-206/2021 06.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X10, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1988-ci ildə Lənkəran rayonu, Əşlə kəndinə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Lənkəran rayonu, Əşlə kəndində qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yeni yaşayış massivində nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1986-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış massivində nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə 26.11.2020-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, tanışı Şahid2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Xəzər rayonu Bunuzovna qəsəbəsi Çiləgər YYM-də yerləşən Zərərçəkmiş şəxs9 məxsus bir mərtəbəli evə qapısı olmayan çərçivədən qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs9 məxsus 01 ədəd 200 manat dəyərində laqondanı, 01 ədəd 300 manat dəyərində kondisioneri, 01 ədəd 200 manat dəyərində ədyalı, hər birinin dəyəri 70 manat olmaqla ümumi dəyəri 210 manat olan 3 top elektrik naqilini, həyətdə olan digər iki mərtəbəli evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq evin divarlarına çəkilmiş ümumilikdə 380 manat dəyərində elektrik naqillərini gizli talayaraq Zərərçəkmiş şəxs9 ümumilikdə 1290 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən 02.12.2020-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, tanışları Şahid2 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq YYM-də yerləşən həyətə hasardan keçməklə Zərərçəkmiş şəxs1 məxsus bir mərtədəli evinə həyətdə götürdüyü armatur parçası ilə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla taxta pəncərəsinin şüşəsini çıxartmaqla qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd dəyəri 350 manat olan “LG” markalı 42LN540V modelli televizoru, 01 ədəd 100 manat dəyərində DVD playeri, 01 ədəd 50 manat dəyərində video playeri, 01 ədəd 80 manat dəyərində ət çəkən maşını, 40 manat nağd pulu və həmin tarixə məzənnəsi 8,50 manat olan 5 ABŞ dollarını gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 628,50 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən 04.12.2020-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xəzər rayonu, Buzovna qəsəbəsi, Sidqi Ruhulla küçəsi, döngə 2, ev 14 ünvanında yerləşən həyətə hasardan keçməklə X3 məxsus evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan Ülviyyə Hüseynovaya məxsus 01 ədəd dəyəri 700 manat olan “LG” markalı televizoru, hər birinin dəyəri 50 manat olan ümumi dəyəri 100 manat olan 2 ədəd modemi, hər birinin dəyəri 250 manat olan ümumi dəyəri 500 manat olan 2 ədəd samovarı, 01 ədəd dəyəri 100 manat olan “Philps” markalı ət çəkən maşını, hər birinin dəyəri 50 manat olan ümumi dəyəri 100 manat olan 2 ədəd vintilyatoru, 01 ədəd 60 manat dəyərində dreli, 100 manat dəyərində yataq dəstini və 200 manat dəyərində təmir alətlərini gizli talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 1860 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən 07.12.2020-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq YYM-də yerləşən həyətə hasardan keçməklə X12 məxsus bir mərtəbəli evinin zirzəmisininin dəmir qapısının qıfılını sındırmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oradan Sadət Tağıyevaya məxsus 01 ədəd dəyəri 100 manat olan “Arshia” markalı 3 predmentdən ibatər istifadədə olmamış qazan dəstini, 01 ədəd dəyəri 50 manat olan “Arshia” markalı 2 predmentdən ibarət olan istifadədə olmamış tava dəstini, 01 ədəd dəyəri 60 manat olan “Geffild” markalı 3 predmentdən ibarət istifadədə olmamış qazan dəstini, 01 ədəd dəyəri 10 manat olan üzəri bəzəkli istifadədə olmamış çaydanı, hər birinin dəyəri 100 manat olan ümumilikdə 200 manat dəyərində iki ədəd "Tefal" markalı qazanı, bir ədəd 100 manat dəyərində boşqab dəstini, bir ədəd 100 manat dəyərində stakan dəstini, bir ədəd 50 manat dəyərində tavanı və bir dəst dəyəri 250 manat olan hamam ləvazimatlarını gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən 09.12.2020-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Xəzər rayonu Buzovna qəsəbəsi Xanlar masivində yerləşən Zərərçəkmiş şəxs4 məxsus evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan evin birinci mərtəbəsindən Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 500 manat dəyərində samovarı, evin ikinci mərtəbəsindən 01 ədəd dəyəri 150 manat olan “Gepas” markalı ət çəkən maşını, 01 ədəd 100 manat dəyərində “Gepas” markalı mikseri, 01 ədəd 60 manat dəyərində “Tefal” markalı çaydanı, 01 ədəd 150 manat dəyərində “Toshiba” markalı DVD playeri, 01 ədəd 70 manat dəyərində “TP Link” markalı modemi, 01 ədəd 20 manat dəyərində əl fənərini, 01 ədəd 200 manat dəyərində “Bosch” markalı dreli, 01 ədəd 250 manat dəyərində “Tefal” markalı qazan dəstini, 01 ədəd 150 manat dəyərində qazan dəstini, 01 ədəd 200 manat dəyərində qazanı, 01 ədəd 30 manat dəyərində əl fənərini, 01 ədəd 200 manat dəyərində qaşıq-çəngəl dəstini, 01 ədəd 400 manat dəyərində xrustal materiallı qab-qacaq dəstini, hər birinin dəyəri 150 manat olan ümumilikdə 450 manat dəyərində 3 ədəd türk istehsalı süfrəni, hər birinin dəyəri 50 manat olan ümumilikdə 300 manat dəyərində 6 dəst türk istehsalı yataq dəstini, hər birinin dəyəri 30 manat olan ümumilikdə dəyəri 450 manat olan 15 dəst türk istehsalı dəsmal dəstini, 01 ədəd 100 manat dəyərində ədyalı və hər birinin dəyəri 250 manat olan ümumilikdə dəyəri 500 manat olan iki dəst türk istehsalı çarpayı dəstini gizli talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 4280 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən 09.12.2020-ci il tarixdə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq YYM-də yerləşən X5 məxsus mağazaya barmaqlıqlarını sındırmaqla pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan Lamiyə Ələsgərova məxsus ümumilikdə 33,90 manat dəyərində 15 ədəd “Vinçester” göy kompakt, ümumilikdə 56,50 manat dəyərində 25 ədəd “Vinçester” boz kompakt, ümumilikdə 40,68 manat dəyərində 18 ədəd “Pallmall” boz nazik, ümumilikdə 51,98 manat dəyərində 23 ədəd “Pallmall” mentol nazik, ümumilikdə 11,30 manat dəyərində 5 ədəd “Pallmall” göy nazik, ümumilikdə 32,40 manat dəyərində 9 ədəd “Sobrania” qırmızı xətt, ümumilikdə 28,80 manat dəyərində 8 ədəd “Sobrania” göy xətt, ümumilikdə 17,60 manat dəyərində 10 ədəd “Prima” sarı, ümumilikdə 35,20 manat dəyərində 20 ədəd “Prima” göy, ümumilikdə 36 manat dəyərində 20 ədəd “Vant” boz nazik, ümumilikdə 54,20 manat dəyərində 30 ədəd “Vant” qara nazik, ümumilikdə 60,90 manat dəyərində 30 ədəd “Vant” qırmızı Xline, ümumilikdə 16,10 manat dəyərində 7 ədəd “Vant” nazik Xline, ümumilikdə 41,20 manat dəyərində 20 ədəd “Vest” qalın, ümumilikdə 35,20 manat dəyərində 20 ədəd “Viceroy” göy, ümumilikdə 12,80 manat dəyərində 8 ədəd “Kingston” boz qalın sarı, ümumilikdə 44,50 manat dəyərində 25 ədəd “Magna” boz nazik, ümumilikdə 35,60 manat dəyərində 20 ədəd “Magna” qara, ümumilikdə 17,80 manat dəyərində 10 ədəd “Magna” boz kampakt, ümumilikdə 12,40 manat dəyərində 7 ədəd “Magna” göy, ümumilikdə 67,20 manat dəyərində 20 ədəd “Kent 8” qalın, ümumilikdə 67,20 manat dəyərində 20 ədəd “Kent 4” qalın, ümumilikdə 66,40 manat dəyərində 20 ədəd “Kent 4” nazik, ümumilikdə 16,60 manat dəyərində 5 ədəd “Kent 1” nazik, ümumilikdə 55,20 manat dəyərində 20 ədəd “LD” nazik gümüşü, ümumilikdə 47,10 manat dəyərində 15 ədəd “Vinston” nazik gümüşü, ümumilikdə 63,20 manat dəyərində 20 ədəd “Vinston” boz kampakt, ümumilikdə 38,80 manat dəyərində 12 ədəd “Vinston XS” göy, ümumilikdə 31,90 manat dəyərində 10 ədəd “Davidoff” sarı uzun, ümumilikdə 15,80 manat dəyərində 5 ədəd “Vinçester” nazik göy, ümumilikdə 45,20 manat dəyərində 20 ədəd “Vinçester” boz nazik, ümumilikdə 45,20 manat dəyərində 20 ədəd “Rotmans” mentol, ümumilikdə 45,20 manat dəyərində 20 ədəd “Rotmans” boz, ümumilikdə 22,60 manat dəyərində 10 ədəd “Rotmans” göy, ümumilikdə 39,40 manat dəyərində 20 ədəd “Klasik” boz kompakt, ümumilikdə 19,70 manat dəyərində 10 ədəd “Klasik” qara kompakt, ümumilikdə 25,80 manat dəyərində 20 ədəd “LD” ağ kompakt, ümumilikdə 17,60 manat dəyərində 10 ədəd “More” göy, ümumilikdə 10,50 manat dəyərində 6 ədəd “More” ağ, ümumilikdə 26,70 manat dəyərində 15 ədəd “Maqna” ağ siqaretlərini və ümumilikdə 25,80 manat dəyərində 3 kq-lıq “Manqal sosisi” gizli talayaraq zərərçəkmiş şəxs L.Y.Ələsgərovaya ümumilikdə 1468,16 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən 10.12.2020-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq YYM-də yerləşən Zərərçəkmiş şəxs3 məxsus evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd dəyəri 200 manat olan “Samsung” markalı televizoru və 01 ədəd 140 manat dəyərində “Ariston” markalı su qızdırıcısını gizli talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 340 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən 14.12.2020-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs7 məxsus bağ evinə pəncərənin metal barmaqlıqlarını sındırıb taxta pəncərəsinin şüşəsini sındırmaqla pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq ikinci mərtəbədən Zərərçəkmiş şəxs7 məxsus 01 ədəd dəyəri 900 manat olan “Samsung” markalı televizoru, yataq otağından 01 ədəd dəyəri 240 manat olan “Samsung” markalı tozsoranı, dəhlizdə divara quraşdırılmış 01 ədəd 40 manat dəyərində gəminin lövbəri formasında taxta divar saatını, mətbəxdən hər birinin qiyməti 40 manat olan ümumi dəyəri 240 manat olan 6 ədəd “Tefal” markalı qazan dəstlərini, bir ədəd qiyməti 80 manat olan stəkannəlbəki dəstini, bir ədəd qiyməti 165 manat olan elektrik ətçəkən maşını, hər birinin qiyməti 20 manat olmaqla ümumi dəyəri 40 manat olan iki ədəd ədyalı, bir ədəd qiyməti 30 manat olan yorğanı və bir ədəd qiyməti 150 manat olan yataq dəstini gizli talayaraq Zərərçəkmiş şəxs7 ümumilikdə 1885 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən 14.12.2020-ci il tarixdə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Xəzər rayonu Buzovna qəsəbəsi Məlik Dadaşov küçəsində yerləşən həyətə hasardan keçməklə Zərərçəkmiş şəxs8 məxsus bağ evinə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs8 məxsus 01 ədəd 3x4 ölçüdə 700 manat dəyərində xalçanı, 01 ədəd 2,5x2 ölçüdə 300 manat dəyərində xalçanı, 01 ədəd 500 manat dəyərində oyma divar saatını, hər birinin dəyəri 100 manat olan ümumilikdə 200 manat dəyərində 2 ədəd ədyalı, 01 ədəd 30 manat dəyərində parça örtüyü, 01 ədəd 30 manat dəyərində divar saatını, həmin tarixə məzənnəsi 240 manat olan 200 ABŞ dollarını, 01 ədəd 200 manat dəyərində “Samsung” markalı notebooku, 01 ədəd 40 manat dəyərində nərdivanı, 01 ədəd 250 manat dəyərində isidici sobanı və 01 ədəd 30 manat dəyərində ütünü gizli talayaraq Zərərçəkmiş şəxs8 ümumilikdə 2520 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə 02.12.2020-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, tanışları Şahid2 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq YYM-də yerləşən həyətə hasardan keçməklə Zərərçəkmiş şəxs1 məxsus bir mərtədəli evinə həyətdə götürdüyü armatur parçası ilə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla taxta pəncərəsinin şüşəsini çıxartmaqla qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd dəyəri 350 manat olan “LG” markalı 42LN540V modelli televizoru, 01 ədəd 100 manat dəyərində DVD playeri, 01 ədəd 50 manat dəyərində video playeri, 01 ədəd 80 manat dəyərində ət çəkən maşını, 40 manat nağd pulu və həmin tarixə məzənnəsi 8,50 manat olan 5 ABŞ dollarını gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 628,50 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən 07.12.2020-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq YYM-də yerləşən həyətə hasardan keçməklə X12 məxsus bir mərtəbəli evinin zirzəmisininin dəmir qapısının qıfılını sındırmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oradan Sadət Tağıyevaya məxsus 01 ədəd dəyəri 100 manat olan “Arshia” markalı 3 predmentdən ibatər istifadədə olmamış qazan dəstini, 01 ədəd dəyəri 50 manat olan “Arshia” markalı 2 predmentdən ibarət olan istifadədə olmamış tava dəstini, 01 ədəd dəyəri 60 manat olan “Geffild” markalı 3 predmentdən ibarət istifadədə olmamış qazan dəstini, 01 ədəd dəyəri 10 manat olan üzəri bəzəkli istifadədə olmamış çaydanı, hər birinin dəyəri 100 manat olan ümumilikdə 200 manat dəyərində iki ədəd "Tefal" markalı qazanı, bir ədəd 100 manat dəyərində boşqab dəstini, bir ədəd 100 manat dəyərində stakan dəstini, bir ədəd 50 manat dəyərində tavanı və bir dəst dəyəri 250 manat olan hamam ləvazimatlarını gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən 14.12.2020-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs7 məxsus bağ evinə pəncərənin metal barmaqlıqlarını sındırıb taxta pəncərəsinin şüşəsini sindırmaqla pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq ikinci mərtəbədən Zərərçəkmiş şəxs7 məxsus 01 ədəd dəyəri 900 manat olan “Samsung” markalı televizoru, yataq otağından 01 ədəd dəyəri 240 manat olan “Samsung” markalı tozsoranı, dəhlizdə divara quraşdırılmış 01 ədəd 40 manat dəyərində gəminin lövbəri formasında taxta divar saatını, mətbəxdən hər birinin qiyməti 40 manat olan ümumi dəyəri 240 manat olan 6 ədəd “Tefal” markalı qazan dəstlərini, bir ədəd qiyməti 80 manat olan stəkannəlbəki dəstini, bir ədəd qiyməti 165 manat olan elektrik ətçəkən maşını, hər birinin qiyməti 20 manat olmaqla ümumi dəyəri 40 manat olan iki ədəd ədyalı, bir ədəd qiyməti 30 manat olan yorğanı və bir ədəd qiyməti 150 manat olan yataq dəstini gizli talayaraq Zərərçəkmiş şəxs7 ümumilikdə 1885 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən 14.12.2020-ci il tarixdə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Xəzər rayonu Buzovna qəsəbəsi Məlik Dadaşov küçəsində yerləşən həyətə hasardan keçməklə Zərərçəkmiş şəxs8 məxsus bağ evinə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs8 məxsus 01 ədəd 3x4 ölçüdə 700 manat dəyərində xalçanı, 01 ədəd 2,5x2 ölçüdə 300 manat dəyərində xalçanı, 01 ədəd 500 manat dəyərində oyma divar saatını, hər birinin dəyəri 100 manat olan ümumilikdə 200 manat dəyərində 2 ədəd ədyalı, 01 ədəd 30 manat dəyərində parça örtüyü, 01 ədəd 30 manat dəyərində divar saatını, həmin tarixə məzənnəsi 240 manat olan 200 ABŞ dollarını, 01 ədəd 200 manat dəyərində “Samsung” markalı notebooku, 01 ədəd 40 manat dəyərində nərdivanı, 01 ədəd 250 manat dəyərində isidici sobanı və 01 ədəd 30 manat dəyərində ütünü gizli talayaraq Zərərçəkmiş şəxs8 ümumilikdə 2520 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməllərin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 26.11.2020-ci il tarixdə saat 01 radələrində Adil ilə birlikdə Çiləgər yaşayış massivində işıqları yanmayan ev görmüşlər. Həmin evin pəncərəsi küçəyə baxmış və onlar plastik pəncərəni açaraq evə daxil olmuş və evdən bir ədəd laqonda, bir ədəd kondisioner, bir ədəd ədyal, 3 top elektrik naqilini götürmüş və evdən çıxmışlar. Bundan sonra həmin həyətdə olan digər ikimərtəbəli evə plastik pəncərədən girərək evə quraşdırılmış xeyli miqdarda elektrik naqillərini sökmüş və oradan çıxaraq oğurladıqları əşyaları götürərək uzaqlaşaraq Xanlar massivində yerləşən evinə getmişlər. Sabahsı gün o 8-ci km bazarına getmiş və oğurladıqları əşyaların hamısını birlikdə 140 manata tanımadığı şəxsə satmışdır. Əldə etdikləri pulları isə Adillə o yarı bölmüşlər. Bundan başqa, 01 dekabr 2020-ci il tarixdə yaşadığı Xanlar massivində Adillə görüşmüş və oğurluq etməklə bağlı hər ikisi razılaşmışlar. Bu səbəbdən gecənin düşməyini gözləmək üçün yaşadığı Xanlar massivində yerləşən evinə getmişlər. Onlar evdə bir müddət gözləmiş və 02.12.2020-ci il tarixdə saat təxminən saat 01 radələrində oğurluq etmək üçün Albalılıq yaşayış massivinə getmişlər. Təxminən saat 02 radələrində Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində işığı yanmayan birmərtəbəli ev görmüşlər. Onlar həmin evə hasardan boylanmış və evdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan həyətə keçmişlər. Bundan sonra onlar həyətdən armatur parçası tapmış və köməkləşib evin yan pəncərəsinin dəmir barmaqlıqlarını sındırmışlar. Bundan sonra onlar evin taxta pəncərəsinin şüşəsini çıxardaraq hər ikisi evə daxil olmuşlar. Onlar evin qapısını içəri tərəfdən bağlamışlar ki, gələn olsa xəbərləri olsun. Bundan sonra evi axtarmışlar və evdən bir ədəd LG markalı televizor və LG markalı DVD, bir ədəd video aparat, bir ədəd ət çəkən maşın, bir qədər qəpik pullar və 5 ABŞ dolları götürmüşlər. Onlar götürdükləri əşyaları evə girdikləri pəncərədən əvvəlcə həyətə yığmış, bundan sonra həmin əşyaları hasardan küçəyə çıxarmış və piyada onun yaşadığı Xanlar massivinə aparmışlar. Sabahsı gün oğurladıqları əşyalardan LG markalı televizoru Adil götürərək yaşadığı evə aparmış, qəpik pulları və 5 ABŞ dollarını isə o, götürmüşdür. Yerdə qalan LG markalı DVD, bir ədəd video aparat, bir ədəd ət çəkən maşını ortaq tanışları olan Mirağa adlı şəxsə 70 manat verərək satmışlar. Belə ki, o Mirağaya zəng vuraraq özünə məxsus əşyalar olduğunu bildirmiş və Mirağa yaşadığı evə gələrək əşyaların hamısına ümumilikdə 70 manat verərək almışdır. Həmin pulu Adillə o, hərəsinə 35 manat olaraq bölmüşlər. Bundan başqa, 07.12.2020-ci il tarixdə təxminən saat 02 radələrində Albalılıq yaşayış massivində işığı yanmayan ev görmüş və hasardan həyətə keçmişlər və evin pəncərəsindən evə baxdıqda evin təmirsiz olduğunu və evdə oğurlamalı heçnə olmadığından evə girməmişlər. Lakin evin zirzəmisinin qapısında olan qıfılı sındırmış və zirzəmiyə daxil olmuşlar. Oradan müxtəlif məişət əşyaları, qazan dəstləri götürərək zirzəmidən çıxmış və hasardan küçəyə keçərək oğurladıqları əşyaları yaşadığı Xanlar massivində yerləşən evinə aparmışlar. Qeyd etmişdir ki, həmin əşyaların bir qismi istintaqa təqdim etdiyi əşyalardır. Bir qismini isə sabahsı gün 8-ci km bazarına apararaq tanımadığı şəxsə 60 manata satmış və həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 09.12.2020-ci il tarixdə gecə saat 02 radələrində Çiləgər yaşayış massivində olarkən Adillə birlikdə oğurluq etmək üçün ev axtarmışlar. Həmin vaxt işığı yanmayan ev görmüş və evin küçəyə baxan pəncərəsini əlləri ilə açaraq evə daxil olmuşlar. Həmin evdən 01 ədəd samovar, 01 ədəd gidrafon və müxtəlif növ çoxlu sayda ev üçün məişət əşyaları və yataq süfrə dəstləri götürərək evə girdikləri yerdən çıxmışlar. Həmin əşyaları onlar təxminən 200 metr aralıda boş sahəyə hasarın dibinə yığmış və geri qayıdaraq oğurluq etdikləri evin yaxınlığındakı mağazaya girmişlər. Belə ki, təxminən saat 03 radələrində mağazanın pəncərəsinin dəmir barmaqlıqlarını sındırmış və plastik pəncərəni açaraq içəriyə daxil olmuşlar. Onlar mağazadan vitrindən müxtəlif markalı çoxlu sayda siqaretlər və bir paçka sosiska götürmüş və oradan çıxaraq boş sahəyə hasarın dibinə yığdıqları əşyaları götürmüş və onun yaşadığı evə getmişlər. Qeyd etmişdir ki, oğurladıqları siqaretləri onlar birlikdə çəkib qurtarmış, sosisi isə yemişlər. Sabahsı gün isə o oğurladıqları əşyaları götürərək sabunçu rayonu ərazisində hamısını bir yerdə 280 manata satmışdır. Həmin pulu isə Adillə o yarı bölərək öz ehtiyaclarına xərcləmişlər. Bundan başqa, o, Adil ilə 10.12.2020-ci il tarixdə təxminən saat 02 radələrində Albalılıq yaşayış massivində olarkən işığı yanmayan ev görmüş və hasardan həyətə keçmişlər. Bundan sonra evin plastik pəncərəsini açaraq içəriyə daxil olmuşlar. Həmin evdən bir ədəd televizor və bir ədəd su qızdırıcı aparat götürmüşlər. Bundan sonra onlar yaşadığı Xanlar massivində yerləşən evinə getmişlər. Sabahsı gün oğurladıqları su qızdırıcısını Adil evlərinə aparmışdır. Televizoru isə o 8-ci km bazarında tanımadığı şəxsə 40 manata satmışdır. Lakin, təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda olan digər oğurluq cinayətləri hissəsində özünü təqsirli bilmədiyini, həmçinin etmiş olduğu oğurluq cinayətlərinin heç birində Təqsirləndirilən şəxs2 iştirak etmədiyini və həmin oğurluq cinayətləri üzrə olan epizodları etiraf etməsi və etmiş olduğu oğurluq cinayətlərini Təqsirləndirilən şəxs2la etdiyini etiraf etməsi üçün polis əməkdaşları tərəfindən onlara təzyiq edildiyini qeyd etmişdir. Bu səbəbdən də məcbur qalaraq həmin epizodları öz üzərinə götürmüş və etmiş olduğu cinayət əməllərini Təqsirləndirilən şəxs2la etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi oğurluq əməllərindən səmimi peşman olduğunu, həmin əməlləri səmimi olaraq etiraf etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilmədiyini və həmin oğurluq cinayətləri üzrə olan epizodları etiraf etməsi üçün polis əməkdaşları tərəfindən onlara təzyiq edildiyini qeyd etmişdir. Bu səbəbdən də məcbur qalaraq həmin epizodları öz üzərinə götürmüşdür. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 bildirdi ki, ünvan 4 ünvanda yerləşən ikimərtəbəli bağ evi vardır. Həmin bağ evi təxminən 5 il olar ki onun istifadəsindədir. Bildirmişdir ki, 13 dekabr 2020-ci il tarixdə saat 16:00 radələrindən 20 dekabr 2020-ci il tarixdə saat 11:00 radələrindək olan müddət ərzində evdə olmadığı vaxt naməlum şəxs və ya şəxslər ona məxsus Xəzər rayonu Buzovna qəsəbəsi Məlik Dadaşov küşəsi ev 3 ünvanda yerləşən bağ evinə evin birinci mərtəbəsindəki pəncərənin metal barmaqlığını sındırıb yerindən çıxardaraq taxta pəncərənin şüşəsini sındırıb pəncərəni açmaqla evə daxil olub ikinci mərtəbədə yerləşən otaqlardan oğurluq etmişlər. Belə ki, həmin şəxs və ya şəxslər dəhlizdə stolun üzərinə qoyulmuş ona məxsus bir ədəd qiyməti 900 manat olan “Samsung” markalı televizoru, yataq otağında olan şkafdan ona məxsus bir ədəd qiyməti 240 manat olan “Samsung” markalı tozsoranı, dəhlizdə divara quraşdırılmış qiyməti 40 manat olan bir ədəd gəminin lövbəri formasında taxtadan düzəldilmiş divar saatını, mətbəxdən hər birinin qiyməti 40 manat olan ümumi dəyəri 240 manat olan 6 ədəd “Tefal” markalı qazan dəstlərini, bir ədəd qiyməti 80 manat olan stəkan-nəlbəki dəstini, bir ədəd qiyməti 165 manat olan elektriklə işləyən ətçəkən maşını, yataq otağından hər birinin qiyməti 20 manat olmaqla ümumi qiyməti 40 manat olan iki ədəd ədyalı, bir ədəd qiyməti 30 manat olan yorğanı, bir ədəd qiyməti 150 manat olan yataq dəstini oğurlayıb aparmışlar. Bundan başqa hadisə nəticəsində metal barmaqlığın, pəncərənin ətrafının divarının uçurdulması və pəncərənin sındırılması nəticəsində ona təxminən 100 manat məbləğində ziyan dəymişdir. Təqsirləndirilən şəxslər ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxslərə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X7 bildirdi ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xanlar yaşayış massivində ona məxsus mağaza işlədir. 08.12.2020-ci il tarixdə təxminən saat 20:30 radələrində o mağazanı bağlayaraq evinə getmişdir. 09.12.2020-ci il tarixdə saat 06 radələrində mağazanı açmaq üçün getdikdə mağazanın pəncərəsinin dəmir barmaqlıqlarının sındırılmış olduğunu və mağazaya oğruların girdiyi ona məlum olmuşdur. Bundan sonra o hadisə barədə polisə məlumat vermişdir. Ona məxsus mağazadan ümumilikdə 33,90 manat dəyərində 15 ədəd Vinçester göy kompakt, ümumilikdə 56,50 manat dəyərində 25 ədəd Vinçester boz kompakt, ümumilikdə 40,68 manat dəyərində 18 ədəd Pallmall boz nazik, ümumilikdə 51,98 manat dəyərində 23 ədəd Pallmall mentol nazik, ümumilikdə 11,30 manat dəyərində 5 ədəd Pallmall göy nazik, ümumilikdə 32,40 manat dəyərində 9 ədəd Sobrania qırmızı xətt, ümumilikdə 28,80 manat dəyərində 8 ədəd Sobrania göy xətt, ümumilikdə 17,60 manat dəyərində 10 ədəd Prima sarı, ümumilikdə 35,20 manat dəyərində 20 ədəd Prima göy, ümumilikdə 36 manat dəyərində 20 ədəd Vant boz nazik, ümumilikdə 54,20 manat dəyərində 30 ədəd Vant qara nazik, ümumilikdə 60,90 manat dəyərində 30 ədəd Vant qırmızı Xline, ümumilikdə 16,10 manat dəyərində 7 ədəd Vant nazik xline, ümumilikdə 41,20 manat dəyərində 20 ədəd Vest qalın, ümumilikdə 35,20 manat dəyərində 20 ədəd Vikeroy göy, ümumilikdə 12,80 manat dəyərində 8 ədəd Kingston boz qalın sarı, ümumilikdə 44,50 manat dəyərində 25 ədəd Maqna boz nazik, ümumilikdə 35,60 manat dəyərində 20 ədəd Magna qara, ümumilikdə 17,80 manat dəyərində 10 ədəd Magna boz kampakt, ümumilikdə 12,40 manat dəyərində 7 ədəd Maqna göy, ümumilikdə 67,20 manat dəyərində 20 ədəd Kent 8 qalın, ümumilikdə 67,20 manat dəyərində 20 ədəd Kent 4 qalın, ümumilikdə 66,40 manat dəyərində 20 ədəd Kent 4 nazik, ümumilikdə 16,60 manat dəyərində 5 ədəd Kent 1 nazik, ümumilikdə 55,20 manat dəyərində 20 ədəd LD nazik gümüşü, ümumilikdə 47,10 manat dəyərində 15 ədəd Vinston nazik gümüşü, ümumilikdə 63,20 manat dəyərində 20 ədəd Vinston boz kampakt, ümumilikdə 38,80 manat dəyərində 12 ədəd Vinston XS göy, ümumilikdə 31,90 manat dəyərində 10 ədəd Davidoff sarı uzun, ümumilikdə 15,80 manat dəyərində 5 ədəd Vinçester nazik göy, ümumilikdə 45,20 manat dəyərində 20 ədəd Vinçester boz nazik, ümumilikdə 45,20 manat dəyərində 20 ədəd Rotmons mentol, ümumilikdə 45,20 manat dəyərində 20 ədəd Rotmans boz, ümumilikdə 22,60 manat dəyərində 10 ədəd Rotmans göy, ümumilikdə 39,40 manat dəyərində 20 ədəd Klassik boz kampakt, ümumilikdə 19,70 manat dəyərində 10 ədəd Klassik qara kampakt , ümumilikdə 25,80 manat dəyərində 20 ədəd LD ağ kampakt, ümumilikdə 17,60 manat dəyərində 10 ədəd More göy, ümumilikdə 10,50 manat dəyərində 6 ədəd More ağ, ümumilikdə 26,70 manat dəyərində 15 ədəd Maqna ağ, ümumilikdə 25,80 manat dəyərində 3 kq-lıq Manqal sosis oğurlanmışdır. Ümumilikdə oğurluq nəticəsində ona 1468,16 manat maddi ziyan dəymişdir. Mağazanın dəmir barmaqlıqarının yarasız vəziyyətə salınması ilə bağlı ona 150 manat maddi ziyan dəymişdir. Oğurluq nəticəsində ona 1468,16 manat maddi ziyan dəymişdir. İlkin olaraq o, oğurlanmış əşyaların siyahısını dəqiq bilməmiş, sonradan o, mağazaya baxış keçirərkən oğurlanmış əşyaları dəqiqləşdirmiş və ona 1468,16 manat maddi ziyan dəydiyini dəqiqləşdirmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 bildirdi ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Məlik Dadaşov küçəsində ona məxsus iki mərtəbəli bağ evi vardır. Həmin bağ evi tam təmirli və yaşamaq üçün tam yararlı olmuşdur. Sadəcə olaraq həmin bağ evində o ailəsi ilə birlikdə yay aylarında yaşamışdır. Sonuncu dəfə o həmin bağ evində 13.12.2020-ci il tarixdə olmuşdur. 20.12.2020-ci il tarixdə o bağ evinə gəldikdə evin mətbəx otağına açılan pəncərənin dəmir barmaqlığının sındırıldığını görmüşdür. O evə baxış keçirtmiş və evdən oğurluq olduğunu görmüşdür. O dərhal oğurluq barədə polisə məlumat vermişdir. Ona məxsus evdən 01 ədəd 3x4 ölçüdə 700 manat dəyərində xalça, 01 ədəd 2,5x2 ölçüdə 300 manat dəyərində xalça, 01 ədəd dəyəri 500 manat dəyərində oyma divar saatı, hər birinin dəyəri 100 manat olan ümumilikdə 200 manat dəyərində 2 ədəd ədyal, 01 ədəd 30 manat dəyərində parça örtük, 01 ədəd 30 manat dəyərində divar saatı, 200 ABŞ dolları pul, 01 ədəd 200 manat dəyərində “Samsung” markalı notebook, 01 ədəd 40 manat dəyərində nərdivan, 01 ədəd 250 manat dəyərində isidici soba və 01 ədəd 30 manat dəyərində ütü oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 2520 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xanlar yaşayış massivində ona məxsus ikimərtəbəli yaşayış evi vardır. Bildirmişdir ki, həmin ev tam təmirlidir və yaşayış üçün yararlıdır. Lakin uşaqları şəhərdə təhsil aldığından onlar şəhərdəki evlərində yaşamışlar. Sonuncu dəfə oğurluq baş verdiyi evdə 04.12.2020-ci il tarixdə olmuşdur. 09.12.2020-ci il tarixdə saat 09 radələrində evinə gəldikdə evin birinci mərtəbəsindəki qonaq otağına açılan pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. O evə baxış keçirtdikdə ona məxsus evdən oğurluq baş verdiyini görmüş və hadisə barədə polisə məlumat vermişdir. Bildirmişdir ki, ona məxsus evin birinci mərtəbəsindən 01 ədəd dəyəri 500 manat olan samovar, evin ikinci mərtəbəsindən 01 ədəd 100 manat dəyərində “Gepas” markalı mikser, 01 ədəd 60 manat dəyərində “Tefal” markalı Çaydan, 01 ədəd 150 manat dəyərində “Toshiba” markalı DVD player, 01 ədəd 70 manat dəyərində “TP link” markalı modem, 01 ədəd 20 manat dəyərində əl fanarı, 01 ədəd 30 manat dəyərində əl fanarı, 01 ədəd 200 manat dəyərində “Bosch” markalı drel, 01 ədəd 250 manat dəyərində “Tefal” markalı qazan dəsti, 01 ədəd 200 manat dəyərində qazan, 01 ədəd 150 manat dəyərində qazan dəsti, 01 dəst 200 manat dəyərində qaşıq-çəngəl dəsti, 01 dəst 400 manat dəyərində xrustal materiallı qab-qacaq dəsti, 01 ədəd 150 manat dəyərində “Gepas” markalı ət çəkən maşın, hər birinin dəyəri 150 manat olan ümumilikdə 450 manat dəyərində 3 ədəd türk istehsalı süfrə, hər birinin dəyəri 50 manat olan ümumilikdə 300 manat dəyərində 6 dəst türk istehsalı yataq dəsti, hər birinin dəyəri 30 manat olan ümumilikdə dəyəri 450 manat olan 15 dəst türk istehsalı dəsmal dəsti, 01 ədəd 100 manat dəyərində ədyal, hər birinin dəyəri 250 manat olan ümumilikdə dəyəri 500 manat olan türk istehsalı çarpayı dəsti oğurlanmışdır. Ümumilikdə oğurluq nəticəsində ona 4280 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X16 bildirdi ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində onlara məxsus birmərtəbəli yaşayış evləri vardır. Həmin evdə təmir işləri yenicə bitdiyindən yaşayış olmamış, lakin o cehizlik əşyalarını evin zirzəmisinə yığaraq zirzəmini qıfılla bağlamışdır. 05.12.2020-ci il tarixdə o evdə olmuş və zirzəmini və evin qapılarını bağlayaraq çıxmışdır. 13.12.2020ci il tarixdə o evə nəzər salmaq üçün gəldikdə zirzəminin qapısının qıfılının sınılı vəziyyətdə olduğunu görmüşdür. Zirzəmiyə baxış keçirtdikdə ona məlum olmuşdur ki evdən oğurluq baş vermişdir. Qeyd etmişdir ki, ona məxsus evin zirzəmisindəki saxlanc yerindən bir dəst dəyəri 300 manat olan "Arshia" markalı 3 hissədən ibarət qazan dəsti, bir dəst dəyəri 250 manat olan "Arshia" markalı 2 hissədən ibarət tava dəsti, bir dəst dəyəri 200 manat olan 3 hissədən ibarət "Geffild" markalı qazan dəsti, bir ədəd dəyəri 50 manat olan bəzəkli çaydan, hər birinin dəyəri 100 manat olan ümumilikdə 200 manat dəyərində iki ədəd "Tefal" markalı qazan, bir ədəd 100 manat dəyərində boşqab dəsti, bir ədəd 100 manat dəyərində stakan dəsti, bir ədəd 50 manat dəyərində tava və dəyəri 250 manat olan bir dəst hamam ləvazimatları oğurlanmışdır. Ümumilikdə ona 1500 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmiş, ondan şikayət və tələbi yoxdur. Bu səbəbdən də təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X8 bildirdi ki, ünvan 5 ünvanında ona məxsus evi vardır. 03.12.2020-ci il tarixdə təxminən saat 19:00 radələrində o həmin evdən çıxaraq şəhərdə yerləşən evinə getmişdir. 05.12.2020-ci il tarixdə saat təxminən 13 radələrində Buzovna qəsəbəsində yerləşən evinə getdikdə evinin yataq otağına açılan pəncərəsinin dəmir barmaqlıqlarının sındırılmış vəziyyətdə olduğunu və plastik pəncərəsinin açıq olduğunu görmüşdür. O evə daxil olmuş və evdən oğurluq baş verdiyini görərək bu barədə polisə məlumat vermişdir. Bildirmişdir ki, ona məxsus evdən 01 ədəd dəyəri 700 manat olan “LG” markalı televizor, hər birinin dəyəri 50 manat olan ümumi dəyəri 100 manat olan 2 ədəd modem, hər birinin dəyəri 250 manat olan ümumi dəyəri 500 manat olan samovar, 01 ədəd dəyəri 100 manat olan “Philps” markalı ət çəkən maşın, hər birinin dəyəri 50 manat olan ümumi dəyəri 100 manat olan vintilyator, 01 ədəd 60 manat dəyərində drel, 100 dəyərində yataq dəsti və 200 manat dəyərində müxtəlif təmir alətləri oğurlanmışdır. Oğurluq nəticəsində ona 1860 manat maddi ziyan dəymişdir. Bundan başqa bildirmişdir ki, dəmir barmaqlıqların sındırılması nəticəsində ona 100 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində ona məxsus birmərtəbəli yaşayış evi vardır. 08.12.2020ci il tarixdə saat 11:30 radələrində evdən çıxıb işə getmişdir. 10.12.2020-ci il tarixdə evimə qayıtdıqda evin plastik qapısının açıq olduğunu görmüş və evin dağınıq olduğundan evdən oğurluq olduğu ona məlum olmuşdur. Bildirmişdir ki, ona məxsus evdən 01 ədəd 200 manat dəyərində “Samsung” markalı televizor və 01 ədəd 140 manat dəyərində “Ariston” markalı su qızdırıcısı oğurlanmışdır. Oğurluq nəticəsində ona 340 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmiş, ondan şikayət və tələbi yoxdur. Bu səbəbdən də təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 bildirdi ki, o, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 78, mənzil 27 ünanında qeydiyyatda olmaqla yaşayır. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yaşayış massivində bir həyətdə yerləşən biri bir mərtəbəli, biri isə iki mərtəbəli olmaqla iki ədəd şəxsi evi vardır. O həmin evləri özü tikdirmişdir. Bir mərtəbəli evi yaşayış üçün hazır olsa da, iki mərtəbəli evin təmir işləri tamamlanmamışdır. 25 noyabr 2020-ci il tarixdə saat 18 radələrində evində işləyən ustalar evin və həyətin qapısını bağlayaraq çıxıb getmişlər. Həmin günün səhəri təxminən saat 08 radələrində ustalardan bir ona zəng edərək evdən oğurluq olduğunu bildirmişdir. Daha sonra o polisə hadisə barədə məlumat verərək oğurluq olmuş evinə getmişdir. Evdə olarkən aşkarlamışdır ki, həyətdəki bir otaqdan ibarət birmərtəbəli evin açıq qapı yerindən içəriyə daxil olaraq naməlum şəxslər ona məxsus 200 manat dəyərində bir ədəd laqondanı, 300 manat dəyərində bir ədəd kondisioneri, 200 manat dəyərində 01 ədəd ədyalı və hər birinin qiyməti 70 manat olan ümumilikdə 210 manat dəyərində 3 top elektrik naqillərini aparmışlar. Bundan başqa həyətdə olan digər iki mərtəbəli evə pəncərədən daxil olaraq 380 manat dəyərində elektrik naqillərini divardan sökərək aparmışlar. Oğurluq nəticəsində ona 1290 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Aparılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində ona məxsus birmərtəbəli yaşayış evi vardır. 01.12.2020-ci il tarixdə saat 15 radələrində evdən çıxıb Türkan qəsəbəsinə qohumları evinə getmişdir. 02.12.2020-ci il tarixdə saat 10 radələrində evinə qayıtdıqda evində oğurluq baş verdiyini görmüş və o polisə hadisə barədə məlumat vermişdir. Bildirmişdir ki, ona məxsus evdən 01 ədəd dəyəri 550 manat olan “LG” markalı televizoru, 01 ədəd 100 manat dəyərində DVD playeri, 01 ədəd 50 manat dəyərində video playeri, 01 ədəd 80 manat dəyərində ət çəkən maşını, 40 manat nəğd pulu və həmin tarixə məzənnəsi 8,50 manat olan 5 ABŞ dolları oğurlanmışdır. Ümumilikdə oğurluq nəticəsində ona 1028,5 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, o, törətmiş olduğu cinayət hadisələrini Təqsirləndirilən şəxs1 ilə birlikdə törətmişdir, bu oğurluqların heç birində Təqsirləndirilən şəxs2 olmamışdır. Təqsirləndirilən şəxs1 ilə birlikdə törətdikləri oğurluq hadisələrində Təqsirləndirilən şəxs2 iştirakını qeyd etməkləri üçün polis əməkdaşları tərəfindən onların hər üçünə təsir və təzyiqlər edilmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində izahatı alınmış X9 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X2 ibtidai istintaq zamanı verdiyi izahatında qeyd edilmişdir ki, o, Sakit, Adil və Ramini məhəllə uşaqları kimi tanımışdır. Adili isə uşaqlıqdan tanımışdır. Bildirmişdir ki, 09 dekabr 2020-ci il tarixdə Maştağa qəsəbəsində olduğu zaman Adil ilə görüşmüş və Adil ona özünə məxsus su qızdırıcısı olduğunu və 8-ci km bazarına su qızdırıcısını satmağa getdiyini bildirmişdir. Həmçinin Adil ona onunla birlikdə 8-ci km bazarına getməyini bildirmişdir. O, Adildən su qızdırıcısını haradan aldığını soruşduqda Adil özünə məxsus olduğunu bildirmişdir. Onlar birlikdə 8-ci km qəsəbəsinə getmiş və orada olarkən Adil tanımadıqları şəxsə su qızdırıcısını 45 manat satmış, həmin pula özü üçün bazarlıq etmiş və ona həmin puldan xərclik üçün 7 manat vermişdir. Bundan sonra onlar yaşadıqları Xanlar massivində evlərinə getmişlər. İş materiallarında olan 17.12.2020-ci il tarixli və 25.12.2020-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 etmiş olduğu oğurluq cinayətlərini həmin ünvanlarda göstərərək təsdiq etmişdir. İş materiallarında olan 17.12.2020-ci il tarixli və 25.12.2020-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokollardan sifadənin yerində yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 etmiş olduğu oğurluq cinayətlərini həmin ünvanlarda göstərərək təsdiq etmişdir. İş materiallarında olan 17 dekabr 2020-ci il tarixli götürmə aparılması barədə protokoldan görünür ki, 01 dəst “Arshia” markalı 3 hissəli qazan dəsti, 01 dəst “Arshia” markalı iki hissəli tava dəsti, 01 dəst “Geffild” markalı 3 hissəli qazan dəsti və 01 ədəd çaydan Təqsirləndirilən şəxs1 götürülmüşdür. İş materiallarında olan 17 dekabr 2020-ci il tarixli götürmə aparılması barədə protokoldan görünür ki, 01 ədəd 107 diaqonallı “LG” markalı televizor Şahid2 götürülmüşdür. İş materiallarında olan 22 dekabr 2020-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə əldə olunmuş 01 ədəd 107 diaqonallı “LG” markalı televizora baxış keçirib əlamətlərindən tanıyaraq ona məxsus oğurlanmış əşyalar olduğunu bildirmişdir. İş materiallarında olan 23 dekabr 2020-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, zərərçəkmiş şəxs X16 iş üzrə əldə olunmuş 01 dəst “Arshia” markalı 3 hissəli qazan dəsti, 01 dəst “Arshia” markalı tava dəstinin iki hissəsi, 01 dəst “Geffild” markalı 3 hissəli qazan dəsti və 01 ədəd çaydana baxış keçirib əlamətlərindən tanıyaraq ona məxsus oğurlanmış əşyalar olduğunu bildirmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 13 yanvar 2021-ci il tarixli, 9/135 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, istifadədə olmamış, “Arshia” markalı, 3 predmentdən ibarət qazan dəsti - 1 dəst - bir ədədinin qiyməti 100 manat - ümumi dəyəri 100 manat İstifadədə olmamış, “Arshia” markalı, 2 predmentdən ibarət tava dəsti - 1 dəst - bir ədədinin qiyməti 50 manat - ümumi dəyəri 50 manat İstifadədə olmamış, “Geffild” markalı, 3 predmentdən ibarət qazan dəsti - 1 dəst - bir ədədinin qiyməti 60 manat - ümumi dəyəri 60 manat İstifadədə olmamış, üzəri bəzəkli çaydan - 1 ədəd - bir ədədinin qiyməti 10 manat - ümumi dəyəri 10 manat İstifadədə olmuş, “LG” markalı, 42LN540V modelli televizor - 1 ədəd bir ədədinin qiyməti 350 manat - ümumi dəyəri 350 manat Ekspertizaya təqdim edilmiş malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 570,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 28.12.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1986-cı ildə Yevlax rayonunda doğulmuş Təqsirləndirilən şəxs2 Qazax Hərbi Məhkəməsinin 14.02.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddasinə əsasən təqsirli bilinərək barəsində 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs2 Sabunçu Rayon Məhkəməsinin 08.05.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddalərinə əsasən təqsirli bilinərək barəsində 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Nizami Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 Sabunçu Rayon Məhkəməsinin 08.05.2015-ci il tarixli hökmü ilə təyin edilmiş 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. 18.10.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 28.12.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1988-ci ildə Lənkəran rayonunda doğulmuş Təqsirləndirilən şəxs1 Əzizbəyov Rayon Məhkəməsinin 24.11.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 29,177.2.1, 177.2.2, 177.2.3 və 66.4-cü maddalərinə əsasən təqsirli bilinərək barəsində 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 17.01.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs1 Xəzər Rayon Məhkəməsinin 21.06.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddalərinə əsasən təqsirli bilinərək barəsində 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Nizami Rayon Məhkəməsinin 15.02.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Xəzər Rayon Məhkəməsinin 21.06.2013-cü il tarixli hökmü ilə təyin edilmiş 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 04 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. 22.04.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs1 Suraxanı Rayon Məhkəməsinin 19.02.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 29,177.2.3-cü maddalərinə əsasən təqsirli bilinərək barəsində 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 01.06.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə olunmuş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərəçəkmiş şəxs X11 məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda olan epizodlar üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X16, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 qızı və Zərərçəkmiş şəxs9 məxsus əmlakların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177- 183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini qismən etiraf etməsini, səmimi peşman olmasını, Zərərçəkmiş şəxs3 və X16 ilə barışmasını, ondan şikayət və tələblərinin olmamasını, dəymiş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08.07.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25.05.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06.09.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Təqsirləndirilən şəxs1 etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X16, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 qızı və Zərərçəkmiş şəxs9 məxsus əmlakların oğurlanması hissəsində törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda olan 4 epizod yəni, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, X8, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 məxsus əmlakların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4-cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda olan 4 epizod yəni, Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 500 manat dəyərində samovarın, evin ikinci mərtəbəsindən 01 ədəd dəyəri 150 manat olan “Gepas” markalı ət çəkən maşının, 01 ədəd 100 manat dəyərində “Gepas” markalı mikserin, 01 ədəd 60 manat dəyərində “Tefal” markalı çaydanın, 01 ədəd 150 manat dəyərində “Toshiba” markalı DVD playerin, 01 ədəd 70 manat dəyərində “TP Link” markalı modemin, 01 ədəd 20 manat dəyərində əl fənərinin, 01 ədəd 200 manat dəyərində “Bosch” markalı drelin, 01 ədəd 250 manat dəyərində “Tefal” markalı qazan dəstinin, 01 ədəd 150 manat dəyərində qazan dəstinin, 01 ədəd 200 manat dəyərində qazanın, 01 ədəd 30 manat dəyərində əl fənərinin, 01 ədəd 200 manat dəyərində qaşıqçəngəl dəstinin, 01 ədəd 400 manat dəyərində xrustal materiallı qab-qacaq dəstinin, hər birinin dəyəri 150 manat olan ümumilikdə 450 manat dəyərində 3 ədəd türk istehsalı süfrənin, hər birinin dəyəri 50 manat olan ümumilikdə 300 manat dəyərində 6 dəst türk istehsalı yataq dəstinin, hər birinin dəyəri 30 manat olan ümumilikdə dəyəri 450 manat olan 15 dəst türk istehsalı dəsmal dəstinin, 01 ədəd 100 manat dəyərində ədyalın və hər birinin dəyəri 250 manat olan ümumilikdə dəyəri 500 manat olan iki dəst türk istehsalı çarpayı dəstininin, X3 məxsus 01 ədəd dəyəri 700 manat olan “LG” markalı televizorun, hər birinin dəyəri 50 manat olan ümumi dəyəri 100 manat olan 2 ədəd modemin, hər birinin dəyəri 250 manat olan ümumi dəyəri 500 manat olan 2 ədəd samovarın, 01 ədəd dəyəri 100 manat olan “Philps” markalı ət çəkən maşının, hər birinin dəyəri 50 manat olan ümumi dəyəri 100 manat olan 2 ədəd vintilyatorun, 01 ədəd 60 manat dəyərində drelin, 100 manat dəyərində yataq dəstinin və 200 manat dəyərində təmir alətlərinin, Zərərçəkmiş şəxs7 məxsus 01 ədəd dəyəri 900 manat olan “Samsung” markalı televizorun, yataq otağından 01 ədəd dəyəri 240 manat olan “Samsung” markalı tozsoranın, dəhlizdə divara quraşdırılmış 01 ədəd 40 manat dəyərində gəminin lövbəri formasında taxta divar saatının, mətbəxdən hər birinin qiyməti 40 manat olan ümumi dəyəri 240 manat olan 6 ədəd “Tefal” markalı qazan dəstlərinin, bir ədəd qiyməti 80 manat olan stəkannəlbəki dəstinin, bir ədəd qiyməti 165 manat olan elektrik ətçəkən maşının, hər birinin qiyməti 20 manat olmaqla ümumi dəyəri 40 manat olan iki ədəd ədyalın, bir ədəd qiyməti 30 manat olan yorğanın və bir ədəd qiyməti 150 manat olan yataq dəstinin və Zərərçəkmiş şəxs8 məxsus 01 ədəd 3x4 ölçüdə 700 manat dəyərində xalçanın, 01 ədəd 2,5x2 ölçüdə 300 manat dəyərində xalçanın, 01 ədəd 500 manat dəyərində oyma divar saatının, hər birinin dəyəri 100 manat olan ümumilikdə 200 manat dəyərində 2 ədəd ədyalın, 01 ədəd 30 manat dəyərində parça örtüyün, 01 ədəd 30 manat dəyərində divar saatının, həmin tarixə məzənnəsi 240 manat olan 200 ABŞ dollarının, 01 ədəd 200 manat dəyərində “Samsung” markalı notebookun, 01 ədəd 40 manat dəyərində nərdivanın, 01 ədəd 250 manat dəyərində isidici sobanın və 01 ədəd 30 manat dəyərində ütünün oğurlanması hissəsində təqsirləndirilən şəxs həmin əşyaları oğurlamadığını bildirmişdir. Məhkəmə həmin 4 epizod üzrə oğurluq cinayətlərinin Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlar: - Təqsirləndirilən şəxsin ifadəsindən - Zərərçəkmiş şəxslərin ifadələrindən - Şahid ifadələrindən - İfadənin yerində yoxlanılması protokollarından - Baxış və götürmə aparılması protokollarından - Ekspert rəyindən ibarətdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş təqsirləndirilən şəxsin ifadəsinə qiymət verərkən bildirir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı yuxarıda göstərilən 4 epizod üzrə özünü təqsirli bilmişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 vermiş olduğu ifadəsində həmin 4 epizod üzrə edilmiş oğurluq hadisələrinin onun tərəfindən törədilmədiyini, bu epizodları etiraf edilməsi üçün polis əməkdaşları tərəfində ona təzyiq və təsir edildiyini qeyd etmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən “Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.” Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş zərərçəkmiş şəxslərin ifadələrinə qiymət verərkən bildirir ki, zərərçəkmiş şəxslər iş üzrə marağı olan şəxslərdir və onlar yalnız dəymiş ziyanın ödənilməsində maraqlıdırlar. Cinayətin hansı şəraitdə və kimlər tərəfindən törədilməsi onlara məlum deyildir, onların ifadələri yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş şahid ifadələrinə qiymət verərkən bildirir ki, Şahid2 özünün də həmin cinayət işi üzrə təqsirləndirilən şəxs olduğunu və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsir və təzyiq altında verdiyini, Təqsirləndirilən şəxs1 və özünün göstərilmiş 04 epizod üzrə törədilmiş oğurluq cinayətlərinin heç birində iştirak etmədiklərini qeyd etmişdir. Şahid Aləkbər Şirəliyevin həm ibtidai istinaq zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri yalnız Şahid2 aid olan oğurluq cinayəti ilə bağlıdır. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş şahid ifadələri Təqsirləndirilən şəxs1 aid olmadığından sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması protokollarına qiymət verərkən bildirir ki, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi oğurluq cinayətlərinin ünvanlarını göstərərək ifadəsini təsdiq etmişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 həmin 4 epizod üzrə ifadəsinin yerində yoxlanılması zamanı polis əməkdaşları tərəfindən ona təzyiq edildiyini və oğurluq hadisələrinin haradan və necə edilməsi ilə bağlı polis əməkdaşları tərəfindən ona göstərişlər verildiyini qeyd etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, ifadənin yerində yoxlanılması təqsirləndirilən şəxsin ifadəsidir, onlar yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş yuxarıda adı çəkilən 04 epizod üzrə ifadənin yerində yoxlanılması sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş 17 dekabr 2020-ci il tarixli götürmə aparılması protokollarına və 22 dekabr 2020ci il tarixli və 23 dekabr 2020-ci il tarixli baxış keçirilməsi protokollarına qiymət verərkən bildirir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş 17 dekabr 2020-ci il tarixli götürmə aparılması barədə protokoldan görünür ki, 01 dəst “Arshia” markalı 3 hissəli qazan dəsti, 01 dəst “Arshia” markalı iki hissəli tava dəsti, 01 dəst “Geffild” markalı 3 hissəli qazan dəsti və 01 ədəd çaydan Təqsirləndirilən şəxs1 götürülmüşdür. 17 dekabr 2020-ci il tarixli götürmə aparılması barədə protokoldan görünür ki, 01 ədəd 107 diaqonallı “LG” markalı televizor Şahid2 götürülmüşdür. 22 dekabr 2020-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə əldə olunmuş 01 ədəd 107 diaqonallı “LG” markalı televizora baxış keçirib əlamətlərindən tanıyaraq ona məxsus oğurlanmış əşya olduğunu bildirmişdir. 23 dekabr 2020-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, zərərçəkmiş şəxs X16 iş üzrə əldə olunmuş 01 dəst “Arshia” markalı 3 hissəli qazan dəsti, 01 dəst “Arshia” markalı tava dəstinin iki hissəsi, 01 dəst “Geffild” markalı 3 hissəli qazan dəsti və 01 ədəd çaydana baxış keçirib əlamətlərindən tanıyaraq ona məxsus oğurlanmış əşyalar olduğunu bildirmişdir. Aşkar edilib götürülmüş əşyalar cinayət işi üzrə zərərçəkmiş şəxslər olan Zərərçəkmiş şəxs1 və Sadət Tağıyevaya aid epizodlara aiddir. Həmin epizodlar üzrə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilmişdir və onun təqsiri hökmün təsviri-əsaslandırıcı hissəsində sübuta yetirilmişdir. Bu sübutun yuxarıda adı çəkilən 4 epizod üzrə törədilmiş oğurluq cinayətlərinə heç bir aidiyyəti yoxdur. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 yanvar 2021-ci il tarixli, 9/135 saylı ekspert rəyinə qiymət verərkən bildirir ki, ekspert rəyində göstərilmişdir ki, istifadədə olmamış, “Arshia” markalı, 3 predmentdən ibarət qazan dəsti - 1 dəst - bir ədədinin qiyməti 100 manat - ümumi dəyəri 100 manat İstifadədə olmamış, “Arshia” markalı, 2 predmentdən ibarət tava dəsti - 1 dəst - bir ədədinin qiyməti 50 manat - ümumi dəyəri 50 manat İstifadədə olmamış, “Geffild” markalı, 3 predmentdən ibarət qazan dəsti - 1 dəst - bir ədədinin qiyməti 60 manat - ümumi dəyəri 60 manat İstifadədə olmamış, üzəri bəzəkli çaydan - 1 ədəd - bir ədədinin qiyməti 10 manat - ümumi dəyəri 10 manat İstifadədə olmuş, “LG” markalı, 42LN540V modelli televizor - 1 ədəd bir ədədinin qiyməti 350 manat - ümumi dəyəri 350 manatdır. Ekspertizaya təqdim edilmiş malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 570,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Belə olan halda məhkəmə bildirir ki, ekspert rəyində iş üzrə zərərçəkmiş şəxslər Sadət Tağıyevaya və Zərərçəkmiş şəxs1 məxsus əşyalar qiymətləndirilmişdir. Həmin epizodlar üzrə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilmişdir və onun təqsiri hökmün təsviri-əsaslandırıcı hissəsində sübuta yetirilmişdir. Bu sübutun yuxarıda adı çəkilən 4 epizod üzrə törədilmiş oğurluq cinayətlərinə heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 məxsus evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan evin birinci mərtəbəsindən Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 500 manat dəyərində samovarı, evin ikinci mərtəbəsindən 01 ədəd dəyəri 150 manat olan “Gepas” markalı ət çəkən maşını, 01 ədəd 100 manat dəyərində “Gepas” markalı mikseri, 01 ədəd 60 manat dəyərində “Tefal” markalı çaydanı, 01 ədəd 150 manat dəyərində “Toshiba” markalı DVD playeri, 01 ədəd 70 manat dəyərində “TP Link” markalı modemi, 01 ədəd 20 manat dəyərində əl fənərini, 01 ədəd 200 manat dəyərində “Bosch” markalı dreli, 01 ədəd 250 manat dəyərində “Tefal” markalı qazan dəstini, 01 ədəd 150 manat dəyərində qazan dəstini, 01 ədəd 200 manat dəyərində qazanı, 01 ədəd 30 manat dəyərində əl fənərini, 01 ədəd 200 manat dəyərində qaşıq-çəngəl dəstini, 01 ədəd 400 manat dəyərində xrustal materiallı qabqacaq dəstini, hər birinin dəyəri 150 manat olan ümumilikdə 450 manat dəyərində 3 ədəd türk istehsalı süfrəni, hər birinin dəyəri 50 manat olan ümumilikdə 300 manat dəyərində 6 dəst türk istehsalı yataq dəstini, hər birinin dəyəri 30 manat olan ümumilikdə dəyəri 450 manat olan 15 dəst türk istehsalı dəsmal dəstini, 01 ədəd 100 manat dəyərində ədyalı və hər birinin dəyəri 250 manat olan ümumilikdə dəyəri 500 manat olan iki dəst türk istehsalı çarpayı dəstini gizli talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 4280 manat maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilməli, Təqsirləndirilən şəxs1 04.12.2020-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xəzər rayonu, Buzovna qəsəbəsi, Sidqi Ruhulla küçəsi, döngə 2, ev 14 ünvanında yerləşən həyətə hasardan keçməklə X3 məxsus evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan Ülviyyə Hüseynovaya məxsus 01 ədəd dəyəri 700 manat olan “LG” markalı televizoru, hər birinin dəyəri 50 manat olan ümumi dəyəri 100 manat olan 2 ədəd modemi, hər birinin dəyəri 250 manat olan ümumi dəyəri 500 manat olan 2 ədəd samovarı, 01 ədəd dəyəri 100 manat olan “Philps” markalı ət çəkən maşını, hər birinin dəyəri 50 manat olan ümumi dəyəri 100 manat olan 2 ədəd vintilyatoru, 01 ədəd 60 manat dəyərində dreli, 100 manat dəyərində yataq dəstini və 200 manat dəyərində təmir alətlərini gizli talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 1860 manat maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilməli, Təqsirləndirilən şəxs1 14.12.2020-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs7 məxsus bağ evinə pəncərənin metal barmaqlıqlarını sındırıb taxta pəncərəsinin şüşəsini sındırmaqla pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq ikinci mərtəbədən Zərərçəkmiş şəxs7 məxsus 01 ədəd dəyəri 900 manat olan “Samsung” markalı televizoru, yataq otağından 01 ədəd dəyəri 240 manat olan “Samsung” markalı tozsoranı, dəhlizdə divara quraşdırılmış 01 ədəd 40 manat dəyərində gəminin lövbəri formasında taxta divar saatını, mətbəxdən hər birinin qiyməti 40 manat olan ümumi dəyəri 240 manat olan 6 ədəd “Tefal” markalı qazan dəstlərini, bir ədəd qiyməti 80 manat olan stəkannəlbəki dəstini, bir ədəd qiyməti 165 manat olan elektrik ətçəkən maşını, hər birinin qiyməti 20 manat olmaqla ümumi dəyəri 40 manat olan iki ədəd ədyalı, bir ədəd qiyməti 30 manat olan yorğanı və bir ədəd qiyməti 150 manat olan yataq dəstini gizli talayaraq Zərərçəkmiş şəxs7 ümumilikdə 1885 manat maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilməli, Təqsirləndirilən şəxs1 14.12.2020-ci il tarixdə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xəzər rayonu Buzovna qəsəbəsi Məlik Dadaşov küçəsində yerləşən həyətə hasardan keçməklə Zərərçəkmiş şəxs8 məxsus bağ evinə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs8 məxsus 01 ədəd 3x4 ölçüdə 700 manat dəyərində xalçanı, 01 ədəd 2,5x2 ölçüdə 300 manat dəyərində xalçanı, 01 ədəd 500 manat dəyərində oyma divar saatını, hər birinin dəyəri 100 manat olan ümumilikdə 200 manat dəyərində 2 ədəd ədyalı, 01 ədəd 30 manat dəyərində parça örtüyü, 01 ədəd 30 manat dəyərində divar saatını, həmin tarixə məzənnəsi 240 manat olan 200 ABŞ dollarını, 01 ədəd 200 manat dəyərində “Samsung” markalı notbooku, 01 ədəd 40 manat dəyərində nərdivanı, 01 ədəd 250 manat dəyərində isidici sobanı və 01 ədəd 30 manat dəyərində ütünü gizli talayaraq Zərərçəkmiş şəxs8 ümumilikdə 2520 manat maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilməli, həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılmalı və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər Rayon Prokuroruna göndərilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda olan 4 epizod yəni, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X16, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 məxsus əmlakların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” “İnsan Hüquqları haqqında Ümumi Bəyənnamə”nin 3-cü maddəsinə görə hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsinin birinci bəndinə əsasən hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs zorla həbs və yaxud dustaq edilə bilməz. Heç kəs qanunla müəyyən olunmuş əsaslar olmadan və müvafiq proseduralara əməl olunmadan azadlıqdan məhrum edilməməlidir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Medvedev və digərləri Fransaya qarşı (№ 3394/03) iş üzrə 29 mart 2010-cu il tarixli qərarında bildirmişdir ki, Konvensiyanın 5-ci maddəsi azadlıq və toxunulmazlıq hüququnu müdafiə edir. Konvensiyanın tələbinə görə bu hüquq demokratik cəmiyyətdə ən mühüm əhəmiyyət kəsb edir. Hər kəsin bu hüququnun müdafiəsi təmin edilməlidir. Məhkəmə həmin 4 epizod üzrə oğurluq cinayətlərinin Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlar: - Təqsirləndirilən şəxsin ifadəsindən - Zərərçəkmiş şəxslərin ifadələrindən - Şahid ifadələrindən - İfadənin yerində yoxlanılması protokollarından - Baxış və götürmə aparılması protokollarından - Ekspert rəyindən ibarətdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş təqsirləndirilən şəxsin ifadəsinə qiymət verərkən bildirir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı yuxarıda göstərilən 4 epizod üzrə özünü təqsirli bilmişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 vermiş olduğu ifadəsində həmin 4 epizod üzrə edilmiş oğurluq hadisələrinin onun tərəfindən törədilmədiyini, bu epizodları etiraf edilməsi üçün polis əməkdaşları tərəfində ona təzyiq və təsir edildiyini qeyd etmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən “Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.” Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş zərərçəkmiş şəxslərin ifadələrinə qiymət verərkən bildirir ki, zərərçəkmiş şəxslər iş üzrə marağı olan şəxslərdir və onlar yalnız dəymiş ziyanın ödənilməsində maraqlıdırlar. Cinayətin hansı şəraitdə və kimlər tərəfindən törədilməsi onlara məlum deyildir, onların ifadələri yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş şahid ifadələrinə qiymət verərkən bildirir ki, Şahid2 özünün də həmin cinayət işi üzrə təqsirləndirilən şəxs olduğunu və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsir və təzyiq altında verdiyini, Təqsirləndirilən şəxs2 törədilmiş oğurluq cinayətlərinin heç birində iştirak etmədiyini qeyd etmişdir. Şahid Aləkbər Şirəliyevin həm ibtidai istinaq zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri yalnız Şahid2 aid olan oğurluq cinayəti ilə bağlıdır. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş şahid ifadələri Təqsirləndirilən şəxs2 aid olmadığından sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması protokollarına qiymət verərkən bildirir ki, Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi oğurluq cinayətlərinin ünvanlarını göstərərək ifadəsini təsdiq etmişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 həmin 4 epizod üzrə ifadəsinin yerində yoxlanılması zamanı polis əməkdaşları tərəfindən ona təzyiq edildiyini və oğurluq hadisələrinin haradan və necə edilməsi ilə bağlı polis əməkdaşları tərəfindən ona göstərişlər verildiyini qeyd etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, ifadənin yerində yoxlanılması təqsirləndirilən şəxsin ifadəsidir, onlar yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş ifadənin yerində yoxlanılması protokolları sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş 17 dekabr 2020-ci il tarixli götürmə aparılması protokollarına, 22 dekabr 2020-ci il tarixli və 23 dekabr 2020-ci il tarixli baxış keçirilməsi protokollarına qiymət verərkən bildirir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş 17 dekabr 2020-ci il tarixli götürmə aparılması barədə protokoldan görünür ki, 01 dəst “Arshia” markalı 3 hissəli qazan dəsti, 01 dəst “Arshia” markalı iki hissəli tava dəsti, 01 dəst “Geffild” markalı 3 hissəli qazan dəsti və 01 ədəd çaydan Təqsirləndirilən şəxs1 götürülmüşdür. 17 dekabr 2020-ci il tarixli götürmə aparılması barədə protokoldan görünür ki, 01 ədəd 107 diaqonallı “LG” markalı televizor Şahid2 götürülmüşdür. 22 dekabr 2020-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə əldə olunmuş 01 ədəd 107 diaqonallı “LG” markalı televizora baxış keçirib əlamətlərindən tanıyaraq ona məxsus oğurlanmış əşya olduğunu bildirmişdir. 23 dekabr 2020-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, zərərçəkmiş şəxs X16 iş üzrə əldə olunmuş 01 dəst “Arshia” markalı 3 hissəli qazan dəsti, 01 dəst “Arshia” markalı tava dəstinin iki hissəsi, 01 dəst “Geffild” markalı 3 hissəli qazan dəsti və 01 ədəd çaydana baxış keçirib əlamətlərindən tanıyaraq ona məxsus oğurlanmış əşyalar olduğunu bildirmişdir. Aşkar edilib götürülmüş əşyalar cinayət işi üzrə zərərçəkmiş şəxslər olan Zərərçəkmiş şəxs1 və Sadət Tağıyevaya aid epizodlara aiddir. Həmin epizodlar üzrə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilmişdir, lakin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində etmiş olduğu oğurluq cinayətlərinin heç birində Təqsirləndirilən şəxs2 iştirak etmədiyini qeyd etmişdir. Həmçinin həmin əşyalara Təqsirləndirilən şəxs1 və Şahid2 məxsus yaşayış evindən götürülmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş 17 dekabr 2020-ci il tarixli götürmə aparılması protokolları, 22 dekabr 2020-ci il tarixli və 23 dekabr 2020-ci il tarixli baxış keçirilməsi protokolları Təqsirləndirilən şəxs2 aid olan hissədə sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 yanvar 2021-ci il tarixli, 9/135 saylı ekspert rəyinə qiymət verərkən bildirir ki, ekspert rəyində göstərilmişdir ki, istifadədə olmamış, “Arshia” markalı, 3 predmentdən ibarət qazan dəsti - 1 dəst - bir ədədinin qiyməti 100 manat - ümumi dəyəri 100 manat İstifadədə olmamış, “Arshia” markalı, 2 predmentdən ibarət tava dəsti - 1 dəst - bir ədədinin qiyməti 50 manat - ümumi dəyəri 50 manat İstifadədə olmamış, “Geffild” markalı, 3 predmentdən ibarət qazan dəsti - 1 dəst - bir ədədinin qiyməti 60 manat - ümumi dəyəri 60 manat İstifadədə olmamış, üzəri bəzəkli çaydan - 1 ədəd - bir ədədinin qiyməti 10 manat - ümumi dəyəri 10 manat İstifadədə olmuş, “LG” markalı, 42LN540V modelli televizor - 1 ədəd bir ədədinin qiyməti 350 manat - ümumi dəyəri 350 manatdır. Ekspertizaya təqdim edilmiş malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 570,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Belə olan halda məhkəmə bildirir ki, ekspert rəyində iş üzrə zərərçəkmiş şəxslər Sadət Tağıyevaya və Zərərçəkmiş şəxs1 məxsus əşyalar qiymətləndirilmişdir. Həmin epizodlar üzrə Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməmiş, lakin Təqsirləndirilən şəxs1 özünü təqsirli bilmişdir və törətmiş olduğu cinayət əməllərinin heç birində Təqsirləndirilən şəxs2 iştirak etmədiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 yanvar 2021-ci il tarixli, 9/135 saylı ekspert rəyi Təqsirləndirilən şəxs2 aid olan hissədə sübutlar siyahısından çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0.4cü maddəsinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut növü kimi qəbul edilən şahidlər X9 və Şahid2 ifadəsi, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması protokollar, 17 dekabr 2020-ci il tarixli götürmə aparılması barədə protokollar, 22 dekabr 2020-ci il tarixli və 23 dekabr 2020-ci il tarixli baxış keçirilməsi barədə protokollar və iş üzrə keçirilmiş ekspert rəyi sübut kimi qəbul edilə bilməz və onlar sübutların siyahısından çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair” 12.05.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” 17.06.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” İş üzrə maddi sübut olan 01 dəst “Arshia” markalı 3 hissəli qazan dəsti, 01 dəst “Arshia” markalı tava dəstinin iki hissəsi, 01 dəst “Geffild” markalı 3 hissəli qazan dəsti və 01 ədəd çaydan zərərçəkmiş şəxs X12 və 01 ədəd 107 diaqonallı “LG” markalı televizor Zərərçəkmiş şəxs1 qaytarılmış hesab edilməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs1 04.12.2020-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 6 ünvanında yerləşən həyətə hasardan keçməklə X3 məxsus evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan Ülviyyə Hüseynovaya məxsus 01 ədəd dəyəri 700 manat olan “LG” markalı televizoru, hər birinin dəyəri 50 manat olan ümumi dəyəri 100 manat olan 2 ədəd modemi, hər birinin dəyəri 250 manat olan ümumi dəyəri 500 manat olan 2 ədəd samovarı, 01 ədəd dəyəri 100 manat olan “Philps” markalı ət çəkən maşını, hər birinin dəyəri 50 manat olan ümumi dəyəri 100 manat olan 2 ədəd vintilyatoru, 01 ədəd 60 manat dəyərində dreli, 100 manat dəyərində yataq dəstini və 200 manat dəyərində təmir alətlərini gizli talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 1860 manat maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs1 09.12.2020-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Xanlar masivində yerləşən Zərərçəkmiş şəxs4 məxsus evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan evin birinci mərtəbəsindən Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 500 manat dəyərində samovarı, evin ikinci mərtəbəsindən 01 ədəd dəyəri 150 manat olan “Gepas” markalı ət çəkən maşını, 01 ədəd 100 manat dəyərində “Gepas” markalı mikseri, 01 ədəd 60 manat dəyərində “Tefal” markalı çaydanı, 01 ədəd 150 manat dəyərində “Toshiba” markalı DVD playeri, 01 ədəd 70 manat dəyərində “TP Link” markalı modemi, 01 ədəd 20 manat dəyərində əl fənərini, 01 ədəd 200 manat dəyərində “Bosch” markalı dreli, 01 ədəd 250 manat dəyərində “Tefal” markalı qazan dəstini, 01 ədəd 150 manat dəyərində qazan dəstini, 01 ədəd 200 manat dəyərində qazanı, 01 ədəd 30 manat dəyərində əl fənərini, 01 ədəd 200 manat dəyərində qaşıq-çəngəl dəstini, 01 ədəd 400 manat dəyərində xrustal materiallı qab-qacaq dəstini, hər birinin dəyəri 150 manat olan ümumilikdə 450 manat dəyərində 3 ədəd türk istehsalı süfrəni, hər birinin dəyəri 50 manat olan ümumilikdə 300 manat dəyərində 6 dəst türk istehsalı yataq dəstini, hər birinin dəyəri 30 manat olan ümumilikdə dəyəri 450 manat olan 15 dəst türk istehsalı dəsmal dəstini, 01 ədəd 100 manat dəyərində ədyalı və hər birinin dəyəri 250 manat olan ümumilikdə dəyəri 500 manat olan iki dəst türk istehsalı çarpayı dəstini gizli talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 4280 manat maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs1 14.12.2020-ci il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs7 məxsus bağ evinə pəncərənin metal barmaqlıqlarını sındırıb taxta pəncərəsinin şüşəsini sındırmaqla pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq ikinci mərtəbədən Zərərçəkmiş şəxs7 məxsus 01 ədəd dəyəri 900 manat olan “Samsung” markalı televizoru, yataq otağından 01 ədəd dəyəri 240 manat olan “Samsung” markalı tozsoranı, dəhlizdə divara quraşdırılmış 01 ədəd 40 manat dəyərində gəminin lövbəri formasında taxta divar saatını, mətbəxdən hər birinin qiyməti 40 manat olan ümumi dəyəri 240 manat olan 6 ədəd “Tefal” markalı qazan dəstlərini, bir ədəd qiyməti 80 manat olan stəkan-nəlbəki dəstini, bir ədəd qiyməti 165 manat olan elektrik ətçəkən maşını, hər birinin qiyməti 20 manat olmaqla ümumi dəyəri 40 manat olan iki ədəd ədyalı, bir ədəd qiyməti 30 manat olan yorğanı və bir ədəd qiyməti 150 manat olan yataq dəstini gizli talayaraq Zərərçəkmiş şəxs7 ümumilikdə 1885 manat maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs1 14.12.2020-ci il tarixdə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Məlik Dadaşov küçəsində yerləşən həyətə hasardan keçməklə Zərərçəkmiş şəxs8 məxsus bağ evinə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs8 məxsus 01 ədəd 3x4 ölçüdə 700 manat dəyərində xalçanı, 01 ədəd 2,5x2 ölçüdə 300 manat dəyərində xalçanı, 01 ədəd 500 manat dəyərində oyma divar saatını, hər birinin dəyəri 100 manat olan ümumilikdə 200 manat dəyərində 2 ədəd ədyalı, 01 ədəd 30 manat dəyərində parça örtüyü, 01 ədəd 30 manat dəyərində divar saatını, həmin tarixə məzənnəsi 240 manat olan 200 ABŞ dollarını, 01 ədəd 200 manat dəyərində “Samsung” markalı notebooku, 01 ədəd 40 manat dəyərində nərdivanı, 01 ədəd 250 manat dəyərində isidici sobanı və 01 ədəd 30 manat dəyərində ütünü gizli talayaraq Zərərçəkmiş şəxs8 ümumilikdə 2520 manat maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılsın və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 16.12.2020-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs2nın barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut olan 01 dəst “Arshia” markalı 3 hissəli qazan dəstinin, 01 dəst “Arshia” markalı tava dəstinin iki hissəsinin, 01 dəst “Geffild” markalı 3 hissəli qazan dəstinin və 01 ədəd çaydanın zərərçəkmiş şəxs X12 və 01 ədəd 107 diaqonallı “LG” markalı televizorun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 35 saata görə 210 (iki yüz on) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 300 (üç yüz) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 35 saata görə 210 (iki yüz on) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar