Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-207/2020 27.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru X4, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 Mübariz oğlunun Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxx 1997-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Lənkəran şəhəri, K.Kazımov küçəsi, döngə 1, ev 12-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yeni yaşayış sahəsi, fərdi evdə yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Mübariz oğlunun xx xxxxxx 1993-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2019-cu il tarixdə, saat 22:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs8 məxsus ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan hər birinin dəyəri 100 manat olan 400 manat dəyərində 04 ədəd radiatoru, dəyəri 100 manat olan 01 ədəd quruducu cihazı (suşilka), dəyəri 800 manat olan 01 ədəd «Fujihead» markalı kondisoneri mühərriki ilə birlikdə, dəyəri 1200 manat olan 01 ədəd «İmmerqaz» markalı kombi istilik cihazını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 2500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, xx xxxxxxx 2019-cu il tarixdə, gecə saat 05:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə yerləşən yaşayış sahəsi olan fərdi yaşayış evinə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 100 manat olan 01 ədəd aspiratoru, dəyəri 200 manat olan 01 ədəd qaz sobasını, dəyəri 80 manat olan 01 ədəd dəmir əlüzyuyanı, hər birinin dəyəri 80 manat olan 160 manat dəyərində 02 ədəd dolğunu, hər birinin dəyəri 75 manat olan 150 manat dəyərində 02 ədəd taxta lakını, ümumi dəyəri 90 manat olan müxtəlif şkurka və asetonları, dəyəri 80 manat olan müxtəlif ölçülü fırçaları, dəyəri 30 manat olan 01 ədəd peyk antenasının tunerini, dəyəri 30 manat olan 01 ədəd hidroforu ilə birlikdə «Marqius» markalı su nasosunu, dəyəri 50 manat olan 01 ədəd «Bosch» markalı dreli, dəyəri 40 manat olan 01 ədəd «Bosch» markalı laqondanı, hər birinin dəyəri 4 manat olan 40 manat dəyərində 10 ədəd elektrik açarını, dəyəri 25 manat olan 01 ədəd əlüzyuyan smistiteli gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs9 ümumilikdə 1075 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, xx xxxxxx 2019-cu il tarixdə, saat 15:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs13 məxsus ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi olan evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub həyətdə olan tövlədən hər birinin dəyəri 50 manat olan 500 manat dəyərində 10 ədəd hindquşunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs13 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, xx xxxxxx 2019-cu il tarixdə, saat 21:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yaşayış sahəsində olan fərdi yaşayış evinə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 400 manat olan 01 ədəd qızıl qadın boyunbağını, dəyəri 400 manat olan 01 cüt qızıl sırğanı, dəyəri 350 manat olan 01 ədəd qara rəngli «Toshiba» markalı notebooku, dəyəri 30 manat olan 01 ədəd «Samsung» markalı mobil telefonu, dəyəri 20 manat olan 01 ədəd göy rəngli cins şalvarı, hər birinin dəyəri 5 manat olan 10 manat dəyərində 02 ədəd ayaq kremini və 40 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 1250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, xx xxxxxx 2019-cu il tarixdə, saat 11:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda yerləşən yaşayış sahəsində olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olaraq oradan dəyəri 500 manat olan 01 ədəd «Shivaki» markalı televizoru, hər birinin dəyəri 200 manat olan 400 manat dəyərində 02 cüt qızıl qadın sırğasını, dəyəri 400 manat olan 01 ədəd qızıl qadın üzüyünü, dəyəri 40 manat olan 01 ədəd qızıl dişi, dəyəri 110 manat olan 01 ədəd samovarı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 1450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, xx xxxxxx 2019-cu il tarixdə, gecə saat 01:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Bağlar massivində yerləşən saxlanc yeri olan mağazaya plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan hər qutusunun dəyəri 19 manat olan 57 manat dəyərində 03 qutu «Winçestr» markalı siqareti, hər qutusunun dəyəri 15 manat olan 45 manat dəyərində 03 qutu «Want» markalı siqareti, 368 manat nağd pulu və 70 manat dəyərində qəpikləri gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs10 ümumilikdə 540 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, xx xxxxxx 2019-cu il tarixdə, gecə saat 03:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə yerləşən saxlanc yeri olan mağazaya plastik qapısının kilidini sındırmaqla qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 3 manat olan 36 manat dəyərində 12 ədəd «Kent 8» markalı siqareti, hər birinin dəyəri 3 manat olan 42 manat dəyrəində 14 ədəd «Kent 4» markalı siqareti, hər birinin dəyəri 3 manat olan 30 manat dəyərində 10 ədəd «Kent 1» markalı siqareti, hər birinin dəyəri 3 manat olan 24 manat dəyərində 8 ədəd «Kent Mentol» markalı siqareti, hər birinin dəyəri 2 manat 80 qəpik olan 28 manat dəyərində 10 ədəd «Winston XS» markalı siqareti, hər birinin dəyəri 2 manat 80 qəpik olan 44 manat 80 qəpik dəyərində 16 ədəd «Winston XS» markalı nazik siqareti, hər birinin dəyəri 2 manat 40 qəpik olan 31 manat 20 qəpik dəyərində 13 ədəd «LD» markalı gümüşü siqaret, hər birinin dəyəri 2 manat 20 qəpik olan 17 manat 60 qəpik dəyərində 8 ədəd «LD» markalı ağ kompakt siqareti, hər birinin dəyəri 2 manat 20 qəpik olan 48 manat 40 qəpik dəyərində 10 ədəd «LD» markalı boz kompakt siqareti, hər birinin dəyəri 1 manat 70 qəpik olan 10 manat 20 qəpik dəyərində 6 ədəd «West» markalı boz siqareti, hər birinin dəyəri 1 manat 90 qəpik olan 17 manat 10 qəpik dəyərində 9 ədəd «West» markalı qara siqareti, hər birinin dəyəri 1 manat 90 qəpik olan 47 manat 50 qəpik dəyərində 25 ədəd «Winçester» markalı kompakt göy və boz rəngli siqaretləri, hər birinin dəyəri 1 manat 90 qəpik olan 60 manat 80 qəpik dəyərində 32 ədəd «Winçester» markalı nazik göy və boz rəngli siqaretləri, hər birinin dəyəri 2 manat 40 qəpik olan 12 manat dəyərində 5 ədəd «LD» markalı meyvəli siqareti, hər birinin dəyəri 1 manat 90 qəpik olan 43 manat 70 qəpik dəyərində 23 ədəd «Pall Mall» markalı sadə və meyvəli siqaretləri, hər birinin dəyəri 1 manat 50 qəpik olan 67 manat 50 qəpik dəyərində 45 ədəd «Want» markalı siqareti, hər birinin dəyəri 1 manat 80 qəpik olan 30 manat 60 qəpik dəyərində 17 ədəd «Want Line» markalı siqareti, hər birinin dəyəri 3 manat 30 qəpik olan 42 manat 90 qəpik dəyərində 13 ədəd «Sobranie» markalı siqareti, hər birinin dəyəri 1 manat 40 qəpik olan 25 manat 20 qəpik dəyərində 18 ədəd «Keno» markalı siqareti, hər birinin dəyəri 1 manat 90 qəpik olan 49 manat 90 qəpik dəyərində 26 ədəd «Rothmans» markalı siqareti, hər birinin dəyəri 1 manat 20 qəpik olan 20 manat 40 qəpik dəyərində 17 ədəd «Argo» markalı siqareti, hər birinin dəyəri 80 qəpik olan 50 manat 40 qəpik dəyərində 63 ədəd (3 kaset x 21 ədəd) «Bizon» markalı enerji içkisini, hər birinin dəyəri 50 qəpik olan 21 manat dəyərində 42 ədəd «Dirol» markalı saqqızı, hər 1 kiloqramının dəyəri 10 manat olan 40 manat dəyərində 4 kiloqram kolbasanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 841 manat 20 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, xx xxxxxx 2019-cu il tarixdə, saat 15:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə pəncərəni sındırma yolu ilə qanunsuz daxil olaraq oradan 600 manat nağd pulu, dəyəri 250 manat olan 01 ədəd qızıl üzüyü, dəyəri 400 manat olan 01 cüt 583 əyarlı qızıl sırğanı və dəyəri 350 manat olan 01 ədəd qızıl klonu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, xx xxxxxx 2019-cu il tarixdə, saat 23:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs11 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 130 manat olan 01 ədəd su qızdırıcısını, dəyəri 120 manat olan 01 ədəd hidrofonu, dəyəri 180 manat olan 01 ədəd 4 gözlü qaz peçini, dəyəri 100 manat olan 01 ədəd yataq dəstini, dəyəri 25 manat olan 01 ədəd krantı, dəyəri 18 manat olan 01 ədəd krantı və dəyəri 400 manat olan qab-qacaq dəstini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs11 ümumilikdə 973 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, xx xxxxxx 2020-ci il tarixdə, gecə saat 01:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə X3 məxsus ünvan 4 ünvanda yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 200 manat 01 cüt «Svarovski» markalı qızıl sırğanı gizli olaraq talayıb zərərçəkmiş X3 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, xx xxxxxx 2020-ci il tarixdə, gecə saat 04:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xalası oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə icraçı olaraq Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsində yerləşən saxlanc yeri olan «Playstation» kluba qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 300 manat olan 2100 manat dəyərində 07 ədəd «Playstation 3» markalı oyun cihazını, dəyəri 700 manat olan 01 ədəd «Playstation 4» markalı oyun cihazını, hər birinin dəyəri 50 manat olan 700 manat dəyərində 14 ədəd «Playstation 3» markalı oyun cihazına məxsus idarəetmə pultunu, hər birinin dəyəri 100 manat olan 200 manat dəyərində 02 ədəd «Playstation 4» markalı oyun cihazına məxsus idarəetmə pultunu və dəyəri 400 manat olan 01 ədəd videomüşahidə cihazının yaddaş qurğusunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 4100 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, xx xxxxxx 2020-ci il tarixdə, gecə saat 02:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xalası oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə icraçı olaraq Zərərçəkmiş şəxs3 məxsus ünvan 5 ünvanında yerləşən saxlanc yeri olan mağazaya plastik qapısının qarşısında olan dəmir barmaqlığın qıfılını sındırıb plastik qapısını qırıb açmaqla qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 0,8 manat olan 48 manat dəyərində 60 ədəd «Snikers» markalı şokaladı, hər birinin dəyəri 1,6 manat olan 48 manat dəyərində 36 ədəd plitka şokaladı, hər birinin dəyəri 2,4 manat olan 12 manat dəyərində 05 ədəd böyük ölçülü «Lays» markalı çipsini, hər birinin dəyəri 1,5 manat olan 15 manat dəyərində 10 ədəd orta ölçülü «Lays» markalı çipsini, hər birinin dəyəri 0,4 manat olan 4 manat dəyərində 10 ədəd kiçik ölçülü «Lays» markalı çipsini, hər birinin dəyəri 0,9 manat olan 27 manat dəyərində 30 ədəd «Patron» markalı ləpəni, hər birinin dəyəri 1,2 manat olan 12 manat dəyərində 10 ədəd böyük ölçülü «Bizon» markalı energetik içkini, hər birinin dəyəri 0,8 manat olan 8 manat dəyərində 10 ədəd kiçik ölçülü «Bizon» markalı energetik içkini, dəyəri 40 manat olan 01 qutu «Tutku» markalı peçenyeni, hər birinin dəyəri 6 manat olan 12 manat dəyərində 02 ədəd 250 qramlıq «Berqa» markalı çayı, ümumi dəyəri 130 manat olan «Halal Nemət» markalı kolbasaları, hər bir qutusunun dəyəri 16 manat olan 32 manat dəyərində 02 qutu «Popkek» markalı keksi, ümumi dəyəri 25 manat olan «Çiko» markalı tumları, hər birinin dəyəri 0,5 manat olan 10 manat dəyərində 20 ədəd iran biskivitini, 45 manat dəyərində qəpik pulları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 468 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, xx xxxxxx 2020-ci il tarixdə, gecə saat 04:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xalası oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə icraçı olaraq Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən saxlanc yeri olan «Playstation» kluba qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 350 manat olan 3500 manat dəyərində 10 ədəd «Playstation 3» markalı oyun cihazlarını idarəetmə pultları ilə birlikdə gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 3500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020ci il tarixdə, gecə saat 04:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xalası oğlu Təqsirləndirilən şəxs1 Mübariz oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə icraçı olaraq Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsində yerləşən saxlanc yeri olan «Playstation» kluba qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 300 manat olan 2100 manat dəyərində 07 ədəd «Playstation 3» markalı oyun cihazını, dəyəri 700 manat olan 01 ədəd «Playstation 4» markalı oyun cihazını, hər birinin dəyəri 50 manat olan 700 manat dəyərində 14 ədəd «Playstation 3» markalı oyun cihazına məxsus idarəetmə pultunu, hər birinin dəyəri 100 manat olan 200 manat dəyərində 02 ədəd «Playstation 4» markalı oyun cihazına məxsus idarəetmə pultunu və dəyəri 400 manat olan 01 ədəd videomüşahidə cihazının yaddaş qurğusunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 4100 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən, xx xxxxxx 2020-ci il tarixdə, gecə saat 02:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xalası oğlu Təqsirləndirilən şəxs1 Mübariz oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə icraçı olaraq Zərərçəkmiş şəxs3 məxsus ünvan 5 ünvanında yerləşən saxlanc yeri olan mağazaya plastik qapısının qarşısında olan dəmir barmaqlığın qıfılını sındırıb plastik qapısını qırıb açmaqla qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 0,8 manat olan 48 manat dəyərində 60 ədəd «Snikers» markalı şokaladı, hər birinin dəyəri 1,6 manat olan 48 manat dəyərində 36 ədəd plitka şokaladı, hər birinin dəyəri 2,4 manat olan 12 manat dəyərində 05 ədəd böyük ölçülü «Lays» markalı çipsini, hər birinin dəyəri 1,5 manat olan 15 manat dəyərində 10 ədəd orta ölçülü «Lays» markalı çipsini, hər birinin dəyəri 0,4 manat olan 4 manat dəyərində 10 ədəd kiçik ölçülü «Lays» markalı çipsini, hər birinin dəyəri 0,9 manat olan 27 manat dəyərində 30 ədəd «Patron» markalı ləpəni, hər birinin dəyəri 1,2 manat olan 12 manat dəyərində 10 ədəd böyük ölçülü «Bizon» markalı energetik içkini, hər birinin dəyəri 0,8 manat olan 8 manat dəyərində 10 ədəd kiçik ölçülü «Bizon» markalı energetik içkini, dəyəri 40 manat olan 01 qutu «Tutku» markalı peçenyeni, hər birinin dəyəri 6 manat olan 12 manat dəyərində 02 ədəd 250 qramlıq «Berqa» markalı çayı, ümumi dəyəri 130 manat olan «Halal Nemət» markalı kolbasaları, hər bir qutusunun dəyəri 16 manat olan 32 manat dəyərində 02 qutu «Popkek» markalı keksi, ümumi dəyəri 25 manat olan «Çiko» markalı tumları, hər birinin dəyəri 0,5 manat olan 10 manat dəyərində 20 ədəd iran biskivitini, 45 manat dəyərində qəpik pulları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 468 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən, xx xxxxxx 2020-ci il tarixdə, gecə saat 04:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xalası oğlu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə icraçı olaraq Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən saxlanc yeri olan «Playstation» kluba qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 350 manat olan 3500 manat dəyərində 10 ədəd «Playstation 3» markalı oyun cihazlarını idarəetmə pultları ilə birlikdə gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 3500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 Mübariz oğlu özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə, gecə saat 04:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xalası oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə icraçı olaraq Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsində yerləşən saxlanc yeri olan “Playstation” kluba qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 300 manat olan 2100 manat dəyərində 07 ədəd “Playstation 3” markalı oyun cihazını, dəyəri 700 manat olan 01 ədəd “Playstation 4” markalı oyun cihazını, hər birinin dəyəri 50 manat olan 700 manat dəyərində 14 ədəd “Playstation 3” markalı oyun cihazına məxsus idarəetmə pultunu, hər birinin dəyəri 100 manat olan 200 manat dəyərində 02 ədəd “Playstation 4” markalı oyun cihazına məxsus idarəetmə pultunu və dəyəri 400 manat olan 01 ədəd videomüşahidə cihazının yaddaş qurğusunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 4100 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2020-ci il tarixdə, gecə saat 02:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xalası oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə icraçı olaraq Zərərçəkmiş şəxs3 məxsus ünvan 5 ünvanında yerləşən saxlanc yeri olan mağazaya plastik qapısının qarşısında olan dəmir barmaqlığın qıfılını sındırıb plastik qapısını qırıb açmaqla qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 0,8 manat olan 48 manat dəyərində 60 ədəd “Snikers” markalı şokaladı, hər birinin dəyəri 1,6 manat olan 48 manat dəyərində 36 ədəd plitka şokaladı, hər birinin dəyəri 2,4 manat olan 12 manat dəyərində 05 ədəd böyük ölçülü “Lays” markalı çipsini, hər birinin dəyəri 1,5 manat olan 15 manat dəyərində 10 ədəd orta ölçülü “Lays” markalı çipsini, hər birinin dəyəri 0,4 manat olan 4 manat dəyərində 10 ədəd kiçik ölçülü “Lays” markalı çipsini, hər birinin dəyəri 0,9 manat olan 27 manat dəyərində 30 ədəd “Patron” markalı ləpəni, hər birinin dəyəri 1,2 manat olan 12 manat dəyərində 10 ədəd böyük ölçülü “Bizon” markalı energetik içkini, hər birinin dəyəri 0,8 manat olan 8 manat dəyərində 10 ədəd kiçik ölçülü “Bizon” markalı energetik içkini, dəyəri 40 manat olan 01 qutu “Tutku” markalı peçenyeni, hər birinin dəyəri 6 manat olan 12 manat dəyərində 02 ədəd 250 qramlıq “Berqa” markalı çayı, ümumi dəyəri 130 manat olan “Halal Nemət” markalı kolbasaları, hər bir qutusunun dəyəri 16 manat olan 32 manat dəyərində 02 qutu “Popkek” markalı keksi, ümumi dəyəri 25 manat olan “Çiko” markalı tumları, hər birinin dəyəri 0,5 manat olan 10 manat dəyərində 20 ədəd iran biskivitini, 45 manat dəyərində qəpik pulları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 468 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2020-ci il tarixdə, gecə saat 04:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xalası oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə icraçı olaraq Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük savxozunda yerləşən saxlanc yeri olan “Playstation” kluba qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 350 manat olan 3500 manat dəyərində 10 ədəd “Playstation 3” markalı oyun cihazlarını idarəetmə pultları ilə birlikdə gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 3500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxxxx 2019-cu il tarixdə saat 22:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs8 məxsus ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan hər birinin dəyəri 100 manat olan 400 manat dəyərində 04 ədəd radiatoru, dəyəri 100 manat olan 01 ədəd quruducu cihazı (suşilka), dəyəri 800 manat olan 01 ədəd «Fujihead» markalı kondisoneri mühərriki ilə birlikdə, dəyəri 1200 manat olan 01 ədəd «İmmerqaz» markalı kombi istilik cihazını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 2500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxxx 2019-cu il tarixdə, gecə saat 05:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə yerləşən yaşayış sahəsi olan fərdi yaşayış evinə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 100 manat olan 01 ədəd aspiratoru, dəyəri 200 manat olan 01 ədəd qaz sobasını, dəyəri 80 manat olan 01 ədəd dəmir əlüzyuyanı, hər birinin dəyəri 80 manat olan 160 manat dəyərində 02 ədəd dolğunu, hər birinin dəyəri 75 manat olan 150 manat dəyərində 02 ədəd taxta lakını, ümumi dəyəri 90 manat olan müxtəlif şkurka və asetonları, dəyəri 80 manat olan müxtəlif ölçülü fırçaları, dəyəri 30 manat olan 01 ədəd peyk antenasının tunerini, dəyəri 30 manat olan 01 ədəd hidroforu ilə birlikdə «Marqius» markalı su nasosunu, dəyəri 50 manat olan 01 ədəd «Bosch» markalı dreli, dəyəri 40 manat olan 01 ədəd «Bosch» markalı laqondanı, hər birinin dəyəri 4 manat olan 40 manat dəyərində 10 ədəd elektrik açarını, dəyəri 25 manat olan 01 ədəd əlüzyuyan smistiteli gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs9 ümumilikdə 1075 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2019-cu il tarixdə, gecə saat 01:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Bağlar massivində yerləşən saxlanc yeri olan mağazaya plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan hər qutusunun dəyəri 19 manat olan 57 manat dəyərində 03 qutu «Winçestr» markalı siqareti, hər qutusunun dəyəri 15 manat olan 45 manat dəyərində 03 qutu «Want» markalı siqareti, 368 manat nağd pulu və 70 manat dəyərində qəpikləri gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs10 ümumilikdə 540 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2019-cu il tarixdə, saat 23:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs11 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 130 manat olan 01 ədəd su qızdırıcısını, dəyəri 120 manat olan 01 ədəd hidrofonu, dəyəri 180 manat olan 01 ədəd 4 gözlü qaz peçini, dəyəri 100 manat olan 01 ədəd yataq dəstini, dəyəri 25 manat olan 01 ədəd krantı, dəyəri 18 manat olan 01 ədəd krantı və dəyəri 400 manat olan qab-qacaq dəstini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs11 ümumilikdə 973 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2020-ci il tarixdə, gecə saat 01:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə X3 məxsus ünvan 4 ünvanda yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 200 manat 01 cüt «Svarovski» markalı qızıl sırğanı gizli olaraq talayıb zərərçəkmiş X3 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx xxxxxx 2019-cu il tarixdə, saat 15:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs13 məxsus ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi olan evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub həyətdə olan tövlədən hər birinin dəyəri 50 manat olan 500 manat dəyərində 10 ədəd hindquşunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs13 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktında yazılan digər epizodlar üzrə oğurluqların heç birindən xəbəri yoxdur. Həmin epizodları etiraf etməsi üçün ona təzyiqlər edilmişdir. Təqsirləndirilən şəxs1 Mübariz oğlu son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, X5 və Zərərçəkmiş şəxs13 dəymiş ziyanı ödədiyini, onlarla barışıq əldə etdiyini, həmin zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan xalasıgilə qonaq gəldiyi vaxt xalası oğlu Təqsirləndirilən şəxs1 Mübariz oğlunun təklifi ilə onunla birlikdə Xəzər rayonu ərazisində iki dəfə Playstation oyun klubundan və bir dəfə isə mağazadan oğurluq etmişdir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə, gecə saatlarında xalası oğlu Vüsalla birlikdə oğurluq etmək üçün münasib yer tapmaq məqsədi ilə Binə qəsəbəsini gəzməyə başlamışlar. Gəzərkən Binə qəsəbəsi Rizvan Məmmədhüseynov küçəsinə gəlmişlər. Həmin yerdə olan «Playsataion» klub diqqətlərini cəlb etmiş və həmin yerdən oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxt artıq saat 04:00 radələri olardı. O, Vüsalı çöldə gözləmişdir. Vüsal isə əvvəlcə həmin yerdə olan su çəninin üstünə, oradan isə kondisionerin üstünə çıxmış və oradan ikinci mərtəbədə olan eyvana keçmişdir. Bundan sonra eyvandakı plastik qapını açıb oyun klubuna daxil olmuşdur. Bir qədər sonra Vüsal kluba daxil olduğu yerdən çölə çıxmışdır. Həmin vaxt Vüsalın əlində bir ədəd kisə var idi. Vüsal oğurluq etdikləri oyun klubunun yanındakı başqa bir obyektin damına çıxmış və dam ilə hərəkət etməklə həmin yerdən məktəbin həyətinə tərəf gedərək onu səsləyib hasarın yanına həmin yerə çağırmışdır. O, həmin yerə gəlmiş və Vüsal kisənin içərisində olan oyun cihazlarını kisə ilə birlikdə ona vermişdir. Bundan sonra özü də hasardan yerə tullanmışdır. Daha sonra arxa məhəllə ilə piyada yaşadıqları evə getmişlər. Oğurladığı 8 ədəd «Playstation» oyun cihazını Vüsalın yaşadığı evin çöl tərəfində olan şam ağaclarının dibində görünməyən yerdə gizlətmişlər, özləri isə evə gedib yatmışlar. Həmin günün səhəri oğurladıqları oyun cihazlarını satmaq üçün Vüsal sosial şəbəkəyə girib «tap.az» saytında playstation cihazlarının qiymətləri ilə maraqlanmışdır. Həmin oyun cihazlarını satan bir nəfər şəxs rastına çıxmışdır. Onun mobil telefonuna zəng edib ondan cihazın alqısı ilə məşğul olub-olmadığını soruşmuşdur. Həmin şəxs də Vüsala bildirmişdir ki, oyun cihazları alır. Bundan sonra Vüsal oğurladığı oyun cihazlarından bir ədədini götürüb həmin şəxsin ona dediyi yerə, yəni Yasamal rayonuna getmiş və «Playstation» klub işlədən həmin şəxsi tapmış və bir ədəd «Playstation» oyun cihazını ona 170 manata satmışdır. Həmin günün səhəri və etrəsi gün isə Vüsal qalan oyun cihazlarını da tanımadığı şəxslərə satmışdır. Əldə olunan pulları birlikdə xəcləmişlər. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə, gecə saat 02:00 radələrində xalası oğlu Vüsal ilə birlikdə Binə qəsəbəsində piyada gəzib oğurluq etmək üçün münasib yer axtarırmışlar. Həmin vaxt bir mağaza diqqətlərini cəlb etdiyindən həmin mağazadan oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə mağazaya yaxınlaşıb özləri ilə gətirdikləri dəmir parçası ilə əvvəlcə mağazanın qapısının qarşısında olan dəmir barmaqlığın qıfılını sındırmışlar, daha sonra isə plastik qapını qırıb açmaqla mağazaya daxil olmuşlar. Mağazadan şokalad, çipsi, energetik içkilər, tum, ləpə, kolbasa, çay, biskivit və təxminən 45 manat dəyərində qəpik pul oğurlayıb özləri ilə gətirdikləri torbalara yığıb oradan uzaqlaşmışlar. Həmin ərzaqların bir qismini özləri istifadə etmişlər, bir qismini isə «8-ci kilometr» bazarına aparıb tanımadıqları şəxslərə satmışlar. Əldə etdikləri pulu şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 04:00 radələrində xalası oğlu Vüsalla birlikdə Binə qəsəbəsi Hövsan Südçülük savxozunda yerləşən «Playstation» klubundan oğurluq etmişlər. Belə ki, Vüsal özü ilə götürdüyü vintaçanla klubun qapısını açmış və birlikdə içəriyə daxil olmuşlar. İçəridə olan 10 ədəd «Playstation 3» markalı oyun cihazlarını pultları ilə birlikdə özləri ilə gətirdikləri kisəyə yığmışlar və oradan çıxıb evə getmişlər. Evdə şam ağacının yanında kisəni gizlətmişlər. Sonradan Vüsal oyun cihazlarının 5 ədədini pultları ilə birlikdə tanımadığı şəxslərə, 5 ədədini isə Yasamal rayonunda yerləşən əvvəlki «Playstation»ları satdığı şəxsə ümumilikdə 500 manata satdığını bildirmişdir. Həmin pulları bir yerdə xərcləmişlər. Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödədiyini, onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, 2015-ci ildən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük savxozunda birmərtəbəli kürsülü yaşayış evi var. xx.xx.2019-cu il tarixdə saat 08:00 radələrində evdən çıxaraq işə getmişdir. Həmin gün saat 17:00 radələrində evə gələrkən evin qabaq pəncərəsinin açıq olduğunu görmüşdür. Evdə oğurluq hadisəsi baş verdiyini bildikdə hadisə barədə polisə məlumat vermişdir. Ona məxsus evin yataq otağından şifonerin içərisində olan pul qabının içərisindən 600 manat nağd pul, həmin otaqda digər şifonerin içərisində olan pencəyin cibindən isə 01 ədəd 250 manat dəyərində 583 əyarlı qızıl üzük, 01 ədəd 350 manat dəyərində 583 əyarlı qızıl klon, 01 cüt 400 manat dəyərində 583 əyarlı qızıl sırğa oğurlanmışdır. Ümumilikdə ona 1600 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsində 2 mərtəbəli obyektin 2-ci mərtəbəsini kirayə götürüb «Playstation» oyun klubu işlədir. xx.xx.2020-ci il tarixdə, təxminən saat 12:00 radələrində işlətdiyi «Playstation» kluba gedərkən klubdan eyvana açılan qapının açıq olduğunu görmüşdür. O, həmin eyvana qalxıb baxdıqda görmüşdür ki, qapının içəri tərəfində olan dəmir barmaqlığın qıfılı sındırılmışdır. Oğurluq hadisəsinin olduğu başa düşmüş və hadisə barədə polisə məlumat vermişdir. Belə ki, naməlum şəxs klubdan ona məxsus hər birinin dəyəri 300 manat olan ümumilikdə 2100 manat dəyərində 07 ədəd “Playstation 3” markalı oyun cihazını, 01 ədəd 700 manat dəyərində “Playstation 4” markalı oyun cihazını, hər birinin qiyməti 50 manat olan ümumilikdə 700 manat dəyərində 14 ədəd “Playstation 3” markalı oyun cihazına məxsus idarəetmə pultunu, hər birinin qiyməti 100 manat olan ümumilikdə 200 manat dəyərində 02 ədəd “Playstation 4” markalı oyun cihazına məxsus idarəetmə pultunu oğurlamışdır. Bundan başqa klubdan 01 ədəd 400 manat dəyərində videomüşahidə cihazının yaddaş aparatını da oğurlamışlar. Oğurluq nəticəsində ona ümumilikdə 4100 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evdə yaşayır. Təxminən 2019-cu ilin dekabr ayının əvvəlində gündəlik çörək pulu qazanmaq məqsədi ilə yaşadığı evin həyətində «Playstation» oyun klubu açmışdır. Həmin oyun klubu həyətində olmaqla yalnız qapısı küçəyə açılır. Oyun klubunun içərisində 10 ədəd televizor və 10 ədəd Playstation cihazı quraşdırmışdır. xx.xx.2020-ci il tarixdə saat 01:00 radələrindən həmin gün saat 07:00 radələrinədək olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən şəxsi oyun klubuna naməlum şəxs və ya şəxslər plastik qapını sındırıb qanunsuz daxil olaraq oradan ona məxsus ümumilikdə qiyməti 3500 manat olan 10 ədəd “Playstation” oyun cihazını və oyun cihazının pultlarını oğurlayıblar. Oğurluq nəticəsində ona 3500 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, bu səbəbdən də təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini istəyir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, yaşadığı ünvan 5 ünvanının həyətində ərzaq dükanı var və həmin dükanı işlədir. Belə ki, dükan özü həyətdə yerləşsə də, qapısı küçəyə açılır, eləcə də dükanın arxa tərəfindən həyətə qapı var. Dükanı səhər saat 08:00 radələrində açıb gecə təxminən 23:00 radələrində bağlayır. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində dükanı bağlayıb evinə getmişdir. Evdə bir qədər yatıb dincəldikdən sonra saat təxminən 08:00 radələrində yenidən dükana gəlmişdirki, dükanı açsın. Həmin vaxt dükanın arxa qapısını açıb dükana girərkən dükanın küçəyə açılan qapısının açıq olduğunu görüb dükandan oğurluq olduğunu bildiyindən dərhal Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə zəng vuraraq məlumat vermişdir. Dükana baxarkən ona məlum olmuşdur ki, dükana küçəyə açılan qapısının qarşısında olan dəmir barmaqlığın qıfılını sındırıb plastik qapısını qırıb açmaqla daxil olan naməlum şəxs və ya şəxslər dükandan hər birinin dəyəri 0,8 manat olan 48 manat dəyərində 60 ədəd «Snikers» şokaladı, hər birinin dəyəri 1,6 manat olan 48 manat dəyərində 36 ədəd plitka şokaladı, hər birinin dəyəri 2,4 manat olan 12 manat dəyərində 05 ədəd böyük ölçülü «Lays» çipsini, hər birinin dəyəri 1,5 manat olan 15 manat dəyərində 10 ədəd orta ölçülü «Lays» çipsini, hər birinin dəyəri 0,4 manat olan 4 manat dəyərində 10 ədəd kiçik ölçülü «Lays» çipsini, hər birinin dəyəri 0,9 manat olan 27 manat dəyərində 30 ədəd «Patron» ləpəsini, hər birinin dəyəri 1,2 manat olan 12 manat dəyərində 10 ədəd böyük ölçülü «Bizon» energetik içkisini, hər birinin dəyəri 0,8 manat olan 8 manat dəyərində 10 ədəd kiçik ölçülü «Bizon» energetik içkisini, dəyəri 40 manat olan 01 qutu «Tutku» peçenyesini, hər birinin dəyrəi 6 manat olan 12 manat dəyərində 02 ədəd 250 qramlıq «Berqa» çayını, ümumi dəyəri 130 manat olan «Halal Nemət» kolbasalarını, hər bir qutusunun dəyəri 16 manat olan 32 manat dəyərində 02 qutu «Popkek» keksini, ümumi dəyəri 25 manat olan «Çiko» tumlarını, hər birinin dəyəri 0,5 manat olan 10 manat dəyərində 20 ədəd iran biskivitini, 45 manat dəyərində qəpik pulları oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 468 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirdi ki, xx.xx.2019-cu il tarixdə saat 07:30-dan saat 15:00-dək olan müddət ərzində evdə heç kimin olmadığı müddət ərzində naməlum şəxs onun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda yerləşən fərdi evinə dəmir barmaqlıqları olmayan plastik pəncərəni sındırmaqla daxil olub mətbəx otağından 500 manat dəyərində «Shivaki» markalı televizoru, yataq otağından isə 02 ədəd qadın qızıl sırğası hər biri 200 manat olmaqla ümumi 400 manat dəyərində, 1 ədəd qadın qızıl üzük 400 manat dəyərində və sonradan müəyyən etdiyi, bir ədəd 110 manat dəyərində samovar, 40 manat dəyərində bir ədəd qızıl diş oğurlunmışdır. Başqa heç bir əmlak və ya pul oğurlanmamışdır. Bundan sonra o polisə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1450 manat məbləğində ziyan vurulmuşdur. Ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvan küçəsində nömrəsiz fərdi evdə yaşayır. Bir neçə aydır ki, yaşadığı evin qarşısında xırda market açaraq kiçik ticarətlə məşğul olur. Həmin dükanı 2019-cu ilin oktyabr ayından işlədir. xx.xx.2019-cu il tarixdə saat 02:00 radələrində marketin qapısını bağlayaraq evə getmiş, səhər saat 08:00 radələrində isə marketə gələn zaman aşkar etmişdir ki, marketin küçə tərəfə açılan plastik qapısı açıq vəziyyətdədir. Əvvəlcə elə düşünmüşdür ki, qapı açıq qalmışdır, lakin sonradan məlum olmuşdur ki, marketdən naməlum şəxs oğurluq etmişdir. Dükanda pul saxlamadığını, pulu özü ilə apardığını bildirmişdir. Naməlum şəxs(lər) dükandan cəmi dəyəri 36 manat olan Kent 8 siqaretləri 12 ədəd hər birinin qiyməti 3 manat, cəmi dəyəri 42 manat olan Kent 4 siqaretləri 14 ədəd hər birinin qiyməti 3 manat, cəmi dəyəri 30 manat olan Kent 1 siqaretləri 10 ədəd hər birinin qiyməti 3 manat, cəmi dəyəri 24 manat olan Kent Mentol siqaretləri 8 ədəd hər birinin qiyməti 3 manat, cəmi dəyəri 28 manat olan Winston XS siqaretləri 10 ədəd hər birinin qiyməti 2 manat 80 qəpik, cəmi dəyəri 44 manat 80 qəpik olan Winston XS nazik siqaretləri 16 ədəd hər birinin qiyməti 2 manat 80 qəpik, cəmi dəyəri 31 manat 20 qəpik olan LD gümüşü siqaretləri 13 ədəd hər birinin qiyməti 2 manat 40 qəpik, cəmi dəyəri 17 manat 60 qəpik olan LD ağ kompakt siqaretləri 8 ədəd hər birinin qiyməti 2 manat 20 qəpik, cəmi dəyəri 48 manat 40 qəpik olan LD boz kompakt siqaretləri 10 ədəd hər birinin qiyməti 2 manat 20 qəpik, cəmi dəyəri 10 manat 20 qəpik olan Vest boz siqaretləri 6 ədəd hər birinin qiyməti 1 manat 70 qəpik, cəmi dəyəri 17 manat 10 qəpik olan West qara siqaretləri 9 ədəd hər birinin qiyməti 1 manat 90 qəpik, cəmi dəyəri 47 manat 50 qəpik olan Winçester kompakt göy və boz rəngdə siqaretlər 25 ədəd hər birinin qiyməti 1 manat 90 qəpik, cəmi dəyəri 60 manat 80 qəpik olan Winçester nazik göy və boz rəngdə siqaretlər 32 ədəd hər birinin qiyməti 1 manat 90 qəpik, cəmi dəyəri 12 manat olan LD meyvəli siqaretləri 5 ədəd hər birinin qiyməti 2 manat 40 qəpik, cəmi dəyəri 43 manat 70 qəpik olan Pall Mall və meyvəlisi siqaretləri 23 ədəd hər birinin qiyməti 1manat 90 qəpik olan, cəmi dəyəri 67 manat 50 qəpik olan Want 3 növdə siqaretlər 45 ədəd hər birinin qiyməti 1 manat 50 qəpik olan, cəmi dəyəri 30 manat 60 qəpik olan Want Line siqaretləri 17 ədəd hər birinin qiyməti 1 manat 80 qəpik olan, cəmi dəyəri 42 manat 90 qəpik olan Sobraniya 3 növdə siqaretlər 13 ədəd hər birinin qiyməti 3 manat 30 qəpik olan, cəmi dəyəri 25 manat 20 qəpik olan Keno 2 növdə siqaretlər 18 ədəd hər birinin qiyməti 1 manat 40 qəpik olan, cəmi dəyəri 49 manat 90 qəpik olan Rothmans 2 növdə siqaretlər 26 ədəd hər birinin qiyməti 1 manat 90 qəpik olan, cəmi dəyəri 20 manat 40 qəpik olan Arqo siqaretləri 17 ədəd hər birinin qiyməti 1 manat 20 qəpik olan, cəmi dəyəri 50 manat 40 qəpik olan Bizon enerji içkiləri 3 kasetdə hər kasetdə 21 (cəmi 63 ədəd) ədəd, hər birinin qiyməti 80 qəpik olan, cəmi dəyəri 21 manat olan Dirol saqqızları 42 ədəd hər birinin qiyməti 50 qəpik, cəmi dəyəri 40 manat olan kolbasa 4 kq, hər 1 kq çəkisi 10 manat olan oğurlamışdır. Hadisə nəticəsində ona cəmi 841 manat 20 qəpik maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 bildirdi ki, xx xxxxxx 2019-cu il tarixdə öz toy məclisi olduğu üçün, ailə üzvləri ilə birlikdə, saat 17:20 radələrində evin qapı və pəncərələrini bağlayıb evdən çıxıb getmişlər. Elə həmin günü təxminən saat 23:30 radələrində ailə üzvləri ilə birlikdə evə gəlmiş və evin qapısını açarla açıb evə daxil olmuşdur. Evə baxarkən evin dağıdılmış vəziyyətdə olduğunu görmüşlər və ona evə oğru girdiyi məlum olmuşdur. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə zəng vurub oğurluq barədə məlumat vermişdir. Aradan bir qədər keçmiş hadisə yerinə polis əməkdaşları gəlmişdir. Oğru evə mətbəxin plastik pəncərəsini açmaqla daxil olmuşdur. Evə daxil olan naməlum şəxs və şəxslər evin yataq otağında olan şkafın içərisindəki qadın əl çantasından dəyəri 400 manat olan 01 ədəd qızıl qadın boyunbağı, dəyəri 400 manat olan 01 cüt qızıl sırğa, elə həmin otaqdan dəyəri 350 manat olan 01 ədəd qara rəngli «Toshiba» markalı notebook, dəyəri 30 manat olan 01 ədəd «Samsung» markalı mobil telefon, dəyəri 20 manat olan 01 ədəd göy rəngli cins şalvarını, hər birinin dəyəri 5 manat olan 10 manat dəyərində 02 ədəd ayaq kremi və 40 manat pulu oğurlamışdır. Beləliklə də oğurluq nəticəsində ona ümumilikdə 1250 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində 5 il bundan əvvəl 2 sot torpaq sahəsi almış və həmin torpaq sahəsində bir mərtəbəli yaşayış evi tikdirmişdir. Hal-hazırda həmin evdə təmir işləri getdiyindən ora köçə bilməmişdir. xx xxxxxxx 2019-cu il tarixdə, saat 22:00 radələrində həmin evdə işlərini yekunlaşdırıb evin qapı və pəncərələrini bağlayıb çıxıb getmişdir. xx xxxxxxx 2019-cu il tarixdə, saat 10:00 radələrində yenidən qeyd olunan ünvana gələrkən evin giriş qapısından sağda yerləşən mətbəxin plastik pəncərəsinin açıq olduğunu görüb evdən oğurluq olduğundan şübhələnmişdir. Daha sonra qapını açıb evə daxil olarkən naməlum şəxs və ya şəxslərin evə həmin plastik pəncərədən daxil olaraq oradan dəyəri 100 manat olan aspiratoru, dəyəri 200 manat olan qaz sobasını, dəyəri 80 manat olan dəmir əlüzyuyanı (moyka), hər birinin dəyəri 80 manat olan 160 manat dəyərində 02 ədəd dolğunu, hər birinin dəyəri 75 manat olan 150 manat dəyrəində 02 ədəd taxta lakını, ümumi dəyəri 90 manat olan müxtəlfi şkulkaları, asetonları, dəyəri 80 manat olan müxtəlif ölçülü fırçaları (rolik), dəyəri 30 manat olan 01 ədəd peyk antenasının tunerini, dəyəri 30 manat olan 01 ədəd hidroforu ilə birlikdə «Marqius» markalı su nasosunu, dəyəri 50 manat olan 01 ədəd «Bosch» markalı dreli, dəyəri 40 manat olan 01 ədəd «Bosch» markalı laqondanı, hər birinin dəyəri 4 manat olan 40 manat dəyərində 10 ədəd elektrik açarı (razetka, kulçatr), dəyəri 25 manat olan 01 ədəd əlüzyuyan smistiteli oğurladığını bilmişdir. Beləliklə də oğurluq nəticəsində ona ümumilikdə 1075 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, bu səbəbdən də təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini istəyir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 bildirdi ki, xx.xx.2019-cu il tarixdə saat 19:30-dan xx.xx.2019-cu il saat 06:00-dək olan müddət ərzində ona məxsus olan mağazada heç kimin olmadığı müddət ərzində yəni bağlı olan zaman naməlum şəxs onun Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Bağlar massivində yerləşən mağazasına dəmir barmaqlıqları olmayan plastik pəncərəni sındırmaqla mağazanın içərisinə daxil olub oradan hər biri 19 manat olmaqla ümumi 57 manat məbləğində 3 qutu Wincester markalı siqaret, hər biri 15 manat olmaqla ümumi 45 manat məbləğində 3 qutu Want markalı siqaret, 368 manat nağd pulu, 70 manat dəyərində xırda qəpik pullar oğurlamışdır. Mağazadan bundan başqa heç bir əmlak və ya pul oğurlanmamışdır. Bundan sonra o polisə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 540 manat məbləğində ziyan vurulmuşdur. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, bu səbəbdən də təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini istəyir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 bildirdi ki, özünə məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mehriban qonşular küçəsində nömrəsiz fərdi tikili olan evi var. Oğurluq hadisəsi baş verməmişdən qabaq sonuncu dəfə evində xx.xx.2019cu il tarixdə olmuşdur. xx.xx.2019-cu il tarixdə saat 09:00 radələrində evinə gəldiyi zaman ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər evinin ilk olaraq hasarından aşaraq həyətinə sonra isə evin arxa tərəfində olan pəncərəsindən evə qanunsuz daxil olaraq evdən 01 ədəd dəyəri 130 manat olan su qızdırıcısını, 01 ədəd dəyəri 120 manat olan hidroforu, 01 ədəd dəyəri 180 manat olan 4 gözlü qaz peçini, 01 ədəd dəyəri 100 manat olan yataq dəstini, 01 ədəd dəyəri 25 manat olan krantı, 01 ədəd dəyəri 18 manat olan krantı və dəyəri 400 manat olan qab-qacaq dəstini oğurlamışlar. Evindən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 973 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, bu səbəbdən də təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini istəyir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 bildirdi ki, ünvan 6 ünvanında yerləşən bağ evi var. Həmin bağ evində yaşayış üçün zəruri əşyalar və hər bir şərait var. Əsasən yay mövsümündə bağda yaşayır. Sonuncu dəfə 2019-cu ilin dekabr ayının əvvəllərində həmin bağda olarkən hər bir şeyin qaydasında olduğunu görüb çıxıb getmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 14:00 radələrində yenidən bağa gələrkən evdə olan əşyaların dağınıq vəziyyətdə olduğunu görüb naməlum şəxs və ya şəxslərin evə daxil olaraq oğurluq etdiyini bilmişdir. Belə ki, naməlum şəxs və ya şəxslər evin yataq otağının plastik pəncərəsinin qarşısında olan dəmir barmaqlığı əyib plastik pəncərəni açmaqla oradan evə daxil olaraq yataq otağındakı paltar dolabındakı paltarların arasından dəyəri 200 manat olan 01 cüt «Svarovski» markalı qızıl sırğanı oğurlamışlar. Beləliklə də oğurluq nəticəsində ona ümumilikdə 200 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, bu səbəbdən də təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini istəyir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 Zəim qızı bildirdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat 11:00-da yaşadığı ünvan 3 ünvanında yerləşən evindən çıxıb Abşeron rayonu, Xocahəsən qəsəbəsində yerləşən qardaşıgilə getmişdir. Elə həmin gün saat 19:00 radələrində yaşadığı həmin ünvana qayıdaraq həyətindəki hində olan hindquşularını yemləmək istəyərkən onların yerində olmadığını, yəni oğurlandığını bilmişdir. Belə ki, o evdən çıxmamışdan qabaq hindquşlarını hinə salıb hinin qapısını örtmüşdür. Həyətə daxil olan naməlm şəxs(lər) həyətdə olan hindən hər birinin dəyəri 50 manat olan 500 manat dəyərində 10 ədəd hinquşunu oğurlamışdır. Oğurluq nəticəsində ona 500 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, bu səbəbdən də təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini istəyir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 bildirdi ki, ünvan 2 ünvanında yerləşən bağ evi ona məxsusdur. Həmin bağ evində təmir işləri tam başa çatmadığı üçün orada yaşayış yoxdur. Lakin o tez-tez həmin bağa baş çəkir. xx xxxxxxxx 2019-cu il tarixdə həmin bağ evinə gəlib darvazanın kilidini açıb həyət daxil olarknə görmüşdür ki, evin aşağı sağ tərfində yerləşən plastik pəncərə açıq vəziyyətdədir və pəncərənin setkası yerdədir. Daha sonra isə evə daxil olduqda ona məlum olmuşdur ki, birinci mərtəbədə sağ tərəfdə yerləşən qonaq otağından dəyəri 100 manat olan 01 ədəd radiatoru, hamamdan dəyəri 100 manat olan 01 ədəd quruducu cihazı (suşilka), 2-ci mərtəbədə 3 otaqda quraşdırılmış hər birinin dəyəri 100 manat olan 300 manat dəyərində 03 ədəd radiatoru, evin aşağı hissəsindən dəyəri 1200 manat olan 01 ədəd «İmmerqaz» markalı kombi istilik cihazı və dəyəri 800 manat olan 01 ədəd «Fujihead» markalı kondisoner mühərriki ilə birlikdə naməlum şəxs(lər) tərəfindən oğurlanmışdır. Sonuncu dəfə həmin bağ evində oğurluq hadisəsini aşkar etdiyi gündən 15 gün əvvəl olmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 2500 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmiş, təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, bu səbəbdən də təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini istəyir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid bildirdi ki, 2018-ci il tarixdən Yasamal rayonu, Şərifzadə 46 ünvanında «Playstation» klub işlədir. Eyni zamanda həmin klubda kluba aid oyun cihazları və aksesuarlarını alıb-satmaqla məşğuldur. Həmçinin onun Tap.az internet saytında TT elektroniks adı ilə olan ünvanı vardır. Həmin ünvanda öz mobil nömrəsini qeyd etmiş və orada oyun cihazlarının satışı ilə məşğul olduğunu qeyd etmişdir. Təxminən 2020-ci ilin yanvar ayının axırlarında bir nəfər şəxs ona zəng vuraraq nömrəsini Tap.az saytından götürdüyünü və playstation oyun cihazı satdığını bildirmişdir. O, həmin şəxsə həmin cihazı alacağını bildirmiş və yoxlamaq üçün işlədiyi obyektə gətirməsini bildirmişdir. Həmin gün axşam saat 20:00 radələrində həmin şəxs işlədiyi Yasamal rayonunda yerləşən «Playstation» kluba gəlmiş və çantasından bir ədəd «Playstation» oyun cihazı və iki ədəd idarəetmə pultu çıxartmışdır. O cihazı yoxlamış və işlək vəziyyətdə olduğu üçün həmin şəxsə 170 manat pul vermişdir. Həmin şəxs internet klub işlətdiyini kirayə haqqını verə bilmədiyi üçün satdığını bildirmişdir. Təxminən 15-20 gün sonra həmin şəxs yenə onun mobil nömrəsinə zəng vuraraq işlədiyi klubu bağladığını və oyun cihazlarını satdığını bildirmişdir. O, həmin şəxsə cihazları yoxlamaq üçün gətirməsini bildirmişdir. Həmin şəxs axşam saat təxminən 18:00 radələrində kluba yaxınlaşmış və 05 ədəd Playstation 3, 06 ədəd idarəetmə pultu gətirmişdir. O, həmin cihazları yoxlamış və onlardan ikisinin HDMİ çıxışı işlək olmadığını bilmişdir. O, həmin cihazların 5-nə və 06 ədəd idarəetmə pultuna birlikdə 500 manat pul təklif etmiş və onlar razılaşmışlar. Bundan sonra o birdə həmin şəxsi görməmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1997-ci ildə Lənkəran şəhərində doğulmuş Məmmədli X6 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunması hökm edilmişdir. xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar cəzası azaldılaraq 03 il azadlıqdan məhrumetmə cəzası təyin olunmuş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu ödənilməmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1993-cü ildə Lənkəran şəhərində doğulmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda olan 3 epizod yəni, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 məxsus əşyaların oğurlanması hissəsində və Təqsirləndirilən şəxs1 Mübariz oğluna elan edilmiş ittihamda olan 9 epizod yəni, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, X5, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 məxsus əşyaların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Mübariz oğlu və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs2 əməlini etiraf etməsini, səmimi peşman olmasını, Zərərçəkmiş şəxs2 ilə barışmasını, Zərərçəkmiş şəxs2 ondan şikayət və tələbinin olmamasını, Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən “Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 Mübariz oğlunun əməlini etiraf etməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, X5 və Zərərçəkmiş şəxs13 ilə barışmasını, həmin zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, həmin zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən “Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs1 Mübariz oğlunun əməlində cinayətlərin residivi olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayəthüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayəthüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadəsinə, şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 Mübariz oğlu tərəfindən təqsirli olaraq törədilməsi 9 epizod üzrə və Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi 3 epizod tam sübuta yetir, onların törətmiş olduqları cinayət əməli Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməlidir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 Mübariz oğluna cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Beləi ki, AR CM-nin 65.2-ci madəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Belə olan halda, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Mübariz oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Mübariz oğluna elan edilmiş ittihamda olan 4 epizod yəni, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1 məxsus əşyaların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4-cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Mübariz oğluna elan edilmiş ittihamda olan 4 epizod yəni, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1 məxsus əşyaların oğurlanması hissəsində təqsirləndirilən şəxs həmin zərərçəkmiş şəxslərə məxsus olan əşyaların oğurlamadığını bildirmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1 məxsus əşyaların təqsirləndirilən şəxs tərəfindən oğurlanması ilə bağlı elan edilmiş ittihamda hər hansı dəlil və ya sübut öz əksini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Mübariz oğlunun xx xxxxxx 2019-cu il tarixdə, saat 21 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan fərdi yaşayış evinə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 400 manat olan 01 ədəd qızıl qadın boyunbağısını, dəyəri 400 manat olan 01 cüt qızıl sırğanı, dəyəri 350 manat olan 01 ədəd qara rəngli «Toshiba» markalı notebooku, dəyəri 30 manat olan 01 ədəd «Samsung» markalı mobil telefonu, dəyəri 20 manat olan 01 ədəd göy rəngli cins şalvarı, hər birinin dəyəri 5 manat olan 10 manat dəyərində 02 ədəd ayaq kremini və 40 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 1250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod, xx xxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olaraq oradan dəyəri 500 manat olan 01 ədəd «Shivaki» markalı televizoru, hər birinin dəyəri 200 manat olan 400 manat dəyərində 02 cüt qızıl qadın sırğasını, dəyəri 400 manat olan 01 ədəd qızıl qadın üzüyünü, dəyəri 40 manat olan 01 ədəd qızıl dişi, dəyəri 110 manat olan 01 ədəd samovarı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 1450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod, xx xxxxxx 2019-cu il tarixdə, gecə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə yerləşən saxlanc yeri olan mağazaya plastik qapısının kilidini sındırmaqla qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 3 manat olan 36 manat dəyərində 12 ədəd «Kent 8» markalı siqareti, hər birinin dəyəri 3 manat olan 42 manat dəyrəində 14 ədəd «Kent 4» markalı siqareti, hər birinin dəyəri 3 manat olan 30 manat dəyərində 10 ədəd «Kent 1» markalı siqareti, hər birinin dəyəri 3 manat olan 24 manat dəyərində 8 ədəd «Kent Mentol» markalı siqareti, hər birinin dəyəri 2 manat 80 qəpik olan 28 manat dəyərində 10 ədəd «Vinston XS» markalı siqareti, hər birinin dəyəri 2 manat 80 qəpik olan 44 manat 80 qəpik dəyərində 16 ədəd «Vinston XS» markalı nazik siqareti, hər birinin dəyəri 2 manat 40 qəpik olan 31 manat 20 qəpik dəyərində 13 ədəd «LD» markalı gümüşü siqaret, hər birinin dəyəri 2 manat 20 qəpik olan 17 manat 60 qəpik dəyərində 8 ədəd «LD» markalı ağ kompakt siqareti, hər birinin dəyəri 2 manat 20 qəpik olan 48 manat 40 qəpik dəyərində 10 ədəd «LD» markalı boz kompakt siqareti, hər birinin dəyəri 1 manat 70 qəpik olan 10 manat 20 qəpik dəyərində 6 ədəd «Vest» markalı boz siqareti, hər birinin dəyəri 1 manat 90 qəpik olan 17 manat 10 qəpik dəyərində 9 ədəd «Vest» markalı qara siqareti, hər birinin dəyəri 1 manat 90 qəpik olan 47 manat 50 qəpik dəyərində 25 ədəd «Vinçester» markalı kompakt göy və boz rəngli siqaretləri, hər birinin dəyəri 1 manat 90 qəpik olan 60 manat 80 qəpik dəyərində 32 ədəd «Vinçester» markalı nazik göy və boz rəngli siqaretləri, hər birinin dəyəri 2 manat 40 qəpik olan 12 manat dəyərində 5 ədəd «LD» markalı meyvəli siqareti, hər birinin dəyəri 1 manat 90 qəpik olan 43 manat 70 qəpik dəyərində 23 ədəd «Pall Mall» markalı sadə və meyvəli siqaretləri, hər birinin dəyəri 1 manat 50 qəpik olan 67 manat 50 qəpik dəyərində 45 ədəd «Vant» markalı siqareti, hər birinin dəyəri 1 manat 80 qəpik olan 30 manat 60 qəpik dəyərində 17 ədəd «Vant Line» markalı siqareti, hər birinin dəyəri 3 manat 30 qəpik olan 42 manat 90 qəpik dəyərində 13 ədəd «Sabranie» markalı siqareti, hər birinin dəyəri 1 manat 40 qəpik olan 25 manat 20 qəpik dəyərində 18 ədəd «Keno» markalı siqareti, hər birinin dəyəri 1 manat 90 qəpik olan 49 manat 90 qəpik dəyərində 26 ədəd «Ront Mans» markalı siqareti, hər birinin dəyəri 1 manat 20 qəpik olan 20 manat 40 qəpik dəyərində 17 ədəd «Argo» markalı siqareti, hər birinin dəyəri 80 qəpik olan 50 manat 40 qəpik dəyərində 63 ədəd (3 kaset x 21 ədəd) «Bizon» markalı enerji içkisini, hər birinin dəyəri 50 qəpik olan 21 manat dəyərində 42 ədəd «Dirol» markalı saqqızı, hər 1 kiloqramının dəyəri 10 manat olan 40 manat dəyərində 4 kiloqram kolbasanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 841 manat 20 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod və xx xxxxxx 2019-cu il tarixdə, saat 15 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə pəncərəni sındırma yolu ilə qanunsuz daxil olaraq oradan 600 manat nağd pulu, dəyəri 250 manat olan 01 ədəd qızıl üzüyü, dəyəri 400 manat olan 01 cüt 583 əyarlı qızıl sırğanı və dəyəri 350 manat olan 01 ədəd qızıl klonu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1600 manat manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilməli, həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılmalı və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər Rayon Prokuroruna göndərilməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs1 Mübariz oğlunun xx xxxxxx 2019-cu il tarixdə, saat 21 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan fərdi yaşayış evinə plastik pəncərəni açmaqla qanunsuz daxil olub oradan dəyəri 400 manat olan 01 ədəd qızıl qadın boyunbağını, dəyəri 400 manat olan 01 cüt qızıl sırğanı, dəyəri 350 manat olan 01 ədəd qara rəngli «Toshiba» markalı notebooku, dəyəri 30 manat olan 01 ədəd «Samsung» markalı mobil telefonu, dəyəri 20 manat olan 01 ədəd göy rəngli cins şalvarı, hər birinin dəyəri 5 manat olan 10 manat dəyərində 02 ədəd ayaq kremini və 40 manat pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 1250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs1 Mübariz oğlunun xx xxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəni açmaqla qanunsuz daxil olaraq oradan dəyəri 500 manat olan 01 ədəd «Shivaki» markalı televizoru, hər birinin dəyəri 200 manat olan 400 manat dəyərində 02 cüt qızıl qadın sırğasını, dəyəri 400 manat olan 01 ədəd qızıl qadın üzüyünü, dəyəri 40 manat olan 01 ədəd qızıl dişi, dəyəri 110 manat olan 01 ədəd samovarı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 1450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs1 Mübariz oğlunun xx xxxxxx 2019-cu il tarixdə, gecə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə yerləşən saxlanc yeri olan mağazaya plastik qapının kilidini sındırmaqla qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 3 manat olan 36 manat dəyərində 12 ədəd «Kent 8» markalı siqareti, hər birinin dəyəri 3 manat olan 42 manat dəyərində 14 ədəd «Kent 4» markalı siqareti, hər birinin dəyəri 3 manat olan 30 manat dəyərində 10 ədəd «Kent 1» markalı siqareti, hər birinin dəyəri 3 manat olan 24 manat dəyərində 8 ədəd «Kent Mentol» markalı siqareti, hər birinin dəyəri 2 manat 80 qəpik olan 28 manat dəyərində 10 ədəd «Vinston XS» markalı siqareti, hər birinin dəyəri 2 manat 80 qəpik olan 44 manat 80 qəpik dəyərində 16 ədəd «Vinston XS» markalı nazik siqareti, hər birinin dəyəri 2 manat 40 qəpik olan 31 manat 20 qəpik dəyərində 13 ədəd «LD» markalı gümüşü siqaret, hər birinin dəyəri 2 manat 20 qəpik olan 17 manat 60 qəpik dəyərində 8 ədəd «LD» markalı ağ kompakt siqareti, hər birinin dəyəri 2 manat 20 qəpik olan 48 manat 40 qəpik dəyərində 10 ədəd «LD» markalı boz kompakt siqareti, hər birinin dəyəri 1 manat 70 qəpik olan 10 manat 20 qəpik dəyərində 6 ədəd «Vest» markalı boz siqareti, hər birinin dəyəri 1 manat 90 qəpik olan 17 manat 10 qəpik dəyərində 9 ədəd «Vest» markalı qara siqareti, hər birinin dəyəri 1 manat 90 qəpik olan 47 manat 50 qəpik dəyərində 25 ədəd «Vinçester» markalı kompakt göy və boz rəngli siqaretləri, hər birinin dəyəri 1 manat 90 qəpik olan 60 manat 80 qəpik dəyərində 32 ədəd «Vinçester» markalı nazik göy və boz rəngli siqaretləri, hər birinin dəyəri 2 manat 40 qəpik olan 12 manat dəyərində 5 ədəd «LD» markalı meyvəli siqareti, hər birinin dəyəri 1 manat 90 qəpik olan 43 manat 70 qəpik dəyərində 23 ədəd «Pall Mall» markalı sadə və meyvəli siqaretləri, hər birinin dəyəri 1 manat 50 qəpik olan 67 manat 50 qəpik dəyərində 45 ədəd «Vant» markalı siqareti, hər birinin dəyəri 1 manat 80 qəpik olan 30 manat 60 qəpik dəyərində 17 ədəd «Vant Line» markalı siqareti, hər birinin dəyəri 3 manat 30 qəpik olan 42 manat 90 qəpik dəyərində 13 ədəd «Sabranie» markalı siqareti, hər birinin dəyəri 1 manat 40 qəpik olan 25 manat 20 qəpik dəyərində 18 ədəd «Keno» markalı siqareti, hər birinin dəyəri 1 manat 90 qəpik olan 49 manat 90 qəpik dəyərində 26 ədəd «Ront Mans» markalı siqareti, hər birinin dəyəri 1 manat 20 qəpik olan 20 manat 40 qəpik dəyərində 17 ədəd «Argo» markalı siqareti, hər birinin dəyəri 80 qəpik olan 50 manat 40 qəpik dəyərində 63 ədəd (3 kaset x 21 ədəd) «Bizon» markalı enerji içkisini, hər birinin dəyəri 50 qəpik olan 21 manat dəyərində 42 ədəd «Dirol» markalı saqqızı, hər 1 kiloqramının dəyəri 10 manat olan 40 manat dəyərində 4 kiloqram kolbasanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 841 manat 20 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs1 Mübariz oğlunun xx xxxxxx 2019-cu il tarixdə, saat 15 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə pəncərəni sındırma yolu ilə qanunsuz daxil olaraq oradan 600 manat nağd pulu, dəyəri 250 manat olan 01 ədəd qızıl üzüyü, dəyəri 400 manat olan 01 cüt 583 əyarlı qızıl sırğanı və dəyəri 350 manat olan 01 ədəd qızıl klonu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1600 manat manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılsın və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı Şəhəri Xəzər Rayon Prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs1 Mübariz oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 Mübariz oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 Mübariz oğlunun hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 Mübariz oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (iki yüz qırx) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, ümumilikdə 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti, Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-207/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-207/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver