Məhkəmə qərarları › İş №1(003)-208/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-208/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-208/2022 27.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Ağstafa rayonunun Yenigün kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta ixtisas təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi 10 dekabr 2021-ci il tarixdə, gecə saat 01:00 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi olan bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub həyətdəki saxlanc otaqlarının qapısının qıfılını sındırmaqla oradan dəyəri 150 manat təşkil edən 01 ədəd “Stels 710” markalı velosipedi, dəyəri 300 manat təşkil edən 01 ədəd stolüstü kompyüter dəstini (01 ədəd “LG Flatron L1734S” markalı monitor, 01 ədəd “Genius” markalı maus, 01 ədəd “Genius” markalı klaviatura, 01 ədəd “Super Power” markalı sistem bloku), dəyəri 150 manat təşkil edən 01 ədəd “X1 18 V” markalı elektrik süpürgəni (tozsoran), dəyəri 400 manat təşkil edən 01 ədəd “Samsung C105AFR” markalı mikrodalğalı sobanı, dəyəri 250 manat təşkil edən 01 ədəd “Coltolux 50 Coltene” markalı stomatoloji fen dəstini, dəyəri 180 manat təşkil edən 01 ədəd stomatoloji lazeri, dəyəri 30 manat təşkil edən 01 ədəd elektrik tənzimləyicini, hər cütünün dəyəri 15 manat təşkil edən 30 manat dəyərində 02 cüt uzunboğaz qadın ayaqqabısını, hər cütünün dəyəri 15 manat təşkil edən 30 manat dəyərində 02 cüt qısaboğaz qadın ayaqqabısını, dəyəri 10 manat təşkil edən 01 cüt qısaboğaz kişi ayaqqabısını, hər birinin dəyəri 10 manat təşkil edən 20 manat dəyərində 02 ədəd beli (lapatka), dəyəri 100 manat təşkil edən 01 ədəd “Dunlop” markalı qara rəngli əl çemodanını, hər birinin dəyəri 200 manat təşkil edən 600 manat dəyərində 03 ədəd elektrik mühərrikini, dəyəri 150 manat təşkil edən 01 ədəd su nasosunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, fərdi işlə məşğul olub dolanışığını təmin edir. Lakin son zamanlar maddi imkanı olmadığından pul əldə etmək məqsədi ilə oğurluq etmək qərarına gəlmişdir. Qərarlaşdırmışdır ki, onunla eyni məhəllədə yaşayan doktor Tahirin evindən oğurluq etsin. Tahir həmin evə gec-gec gəlir və orada heç kim yaşamır. Bu məqsədlə 10 dekabr 2021-ci il tarixdə, gecə saat 01:00 radələrində Tahirə məxsus evin qonşuluğunda yerləşən boş torpaq sahəsinə gəlmiş və ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra həmin evin həyətinə hasardan keçməklə daxil olmuşdur. Həmin həyətdə yerləşən 2 əl damından birinə açıq qapısından, digərinə isə qapısındakı açıq vəziyyətdə olan asma qıfılı çıxartmaqla daxil olmuşdur. Oradan 01 ədəd işlənmiş “Stels” markalı velosipedi, 01 ədəd işlənmiş stolüstü kompyüter dəstini, 01 ədəd elektrik süpürgə tozsoranı, 01 ədəd qutuda olan “Samsung” markalı mikrodalğalı sobanı, 01 ədəd stomatoloji feni, 01 ədəd stomatoloji lazeri, 01 ədəd elektrik tənzimləyicini, 04 cüt qadın ayaqqabısını, 01 cüt kişi ayaqqabısını, 02 ədəd lapatkanı, 01 ədəd qara rəngli əl çemodanını, 03 ədəd matoru və 01 ədəd nasosu oğurlamışdır. Həmin əşyaları hissə-hissə həyətin hasarının yaxınlığına daşıyıb çox da hündür olmayan hasardan keçirərək əvvəlcə boş torpaq sahəsinə yığmış, daha sonra öz həyətindən araba gətirib həmin əşyaları həyətlərinə daşıyıb gizlətmişdir ki, sonra onları satıb pul əldə edər. Lakin həmin əşyalardan yalnız 03 ədəd matoru və 01 ədəd nasosu səyyar metal qəbul edən şəxslərə ümumilikdə 100 manata satıb əldə etdiyi pulu xərcləmişdir. Oğurladığı digər əşyaları isə münasib vaxt tapıb aparıb sata bilməmişdir. Sonradan polis əməkdaşlarının onu axtardığını bilib evdən qaçaraq müxtəlif ünvanlarda gizlənmiş, lakin bir müddət sonra, yəni 14 fevral 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən Buzovna qəsəbəsi ərazisində saxlanılaraq Xəzər RPİ-nin İstintaq Şöbəsinə təhvil verilmişdir. Hətta sonradan ona məlum olmuşdur ki, oğurladığı əşyalar polis əməkdaşları tərəfindən yaşadığı ünvandan aşkar olunaraq götürülmüşdür. İlk dəfə törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır və hazırda onun ondan heç bir şikayəti və ya digər tələbləri yoxdur. Himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs 26 aprel 2022-ci il tarixdə məhkəməyə Ərizə ünvanlayaraq təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmiş, bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə qanunvericiliklə nəzərdə tutulmuş yüngül cəzanın verilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs həmin Ərizəsi nəzərə alınaraq məhkəmə iclasında onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə müəyyən edildi ki, o, mütəmadi olaraq Xəzər rayonu Buzovna qəsəbəsi M.A.Əliyev küçəsi ev 57 ünvanında yerləşən bağ evinə baş çəkirmiş. 05 dekabr 2021-ci il tarixdə səhər saatlarında həmin bağa gəlib hər bir şeyin qaydasında olduğunu görüb bir qədər bağda bir qədər istirahət edib çıxıb getmişdir. 12 dekabr 2021-ci il tarixdə, saat 15:00 radələrində bağa gəldikdə ona məlum olmuşdur ki, bağa hasardan aşmaqla daxil olan naməlum şəxs və ya şəxslər həyətdə olan iki köməkçi otağın qapılarına vurulmuş kilidləri sındıraraq həmin otaqlardan dəyəri 150 manat olan 01 ədəd “Stels 710” markalı velosipedi, dəyəri 300 manat olan 01 ədəd stolüstü kompyüter dəstini (01 ədəd “LG Flatron L1734S” markalı monitor, 01 ədəd “Genius” markalı maus, 01 ədəd “Genius” markalı klaviatura, 01 ədəd sistem bloku), dəyəri 150 manat olan 01 ədəd “Rowenta” markalı elektrik süpürgəni (tozsoran), dəyəri 400 manat olan 01 ədəd təzə “Samsung” markalı mikrodalğalı sobanı, dəyəri 250 manat olan 01 ədəd “Coltolux 50 Coltene” markalı stomatoloji fen dəstini, dəyəri 180 manat olan 01 ədəd stomatoloji lazeri, dəyəri 30 manat olan 01 ədəd elektrik tənzimləyicini, hər cütünün dəyəri 15 manat olan 30 manat dəyərində 02 cüt uzunboğaz qadın ayaqqabısını, hər cütünün dəyəri 15 manat olan 30 manat dəyərində 02 cüt qısaboğaz qadın ayaqqabısını, dəyəri 10 manat olan 01 cüt qısaboğaz kişi ayaqqabısını, hər birinin dəyəri 10 manat olan 20 manat dəyərində 02 ədəd beli (lapatka), dəyəri 100 manat olan 01 ədəd “Dunlop” markalı qara rəngli əl çemodanını, hər birinin dəyəri 200 manat olan 600 manat dəyərində 03 ədəd elektrik mühərrikini, dəyəri 150 manat olan 01 ədəd su nasosunu oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 2400 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş 14 dekabr 2021-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan 01 ədəd işlənmiş “Stels 710” markalı velosiped, 01 ədəd işlənmiş stolüstü kompyuter dəsti (01 ədəd “LG Flatron L1734S” markalı monitor, 01 ədəd “Genius” markalı maus, 01 ədəd “Genius” markalı klaviatura, 01 ədəd “Super Power” markalı sistem bloku), 01 ədəd işlənmiş “X1 18 V” markalı elektrik süpürgə (tozsoran), 01 ədəd işlənməmiş “Samsung C105AFR” markalı mikrodalğalı soba, 01 ədəd işlənmiş “Coltolux 50 Coltene” markalı stomatoloji fen dəsti, 01 ədəd işlənmiş stomatoloji lazer, 01 ədəd işlənmiş elektrik tənzimləyici, 02 cüt işlənmiş uzunboğaz qadın ayaqqabısı, 02 cüt işlənmiş qısaboğaz qadın ayaqqabısı, 01 cüt işlənmiş qısaboğaz kişi ayaqqabısı, 02 ədəd işlənmiş bel (lapatka), 01 ədəd işlənmiş “Dunlop” markalı qara rəngli əl çemodanı götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 fevral 2022-ci il tarixli, 9/618 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 8 adda malın 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 351,00 manat müəyyən edilir. Digər 4 ədəd malın texniki göstəriciləri (markası, modeli, istismar müddəti və s.) haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manatdır. İş materiallarına əlavə olunmuş əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə əldə olunmuş 01 ədəd işlənmiş “Stels 710” markalı velosipedə, 01 ədəd işlənmiş stolüstü kompyüter dəstinə (01 ədəd “LG Flatron L1734S” markalı monitor, 01 ədəd “Genius” markalı maus, 01 ədəd “Genius” markalı klaviatura, 01 ədəd “Super Power” markalı sistem bloku), 01 ədəd işlənmiş “X1 18 V” markalı elektrik süpürgəyə (tozsoran), 01 ədəd işlənməmiş “Samsung C105AFR” markalı mikrodalğalı sobaya, 01 ədəd işlənmiş “Coltolux 50 Coltene” markalı stomatoloji fen dəstinə, 01 ədəd işlənmiş stomatoloji lazerə, 01 ədəd işlənmiş elektrik tənzimləyicisinə, 02 cüt işlənmiş uzunboğaz qadın ayaqqabısına, 02 cüt işlənmiş qısaboğaz qadın ayaqqabısına, 01 cüt işlənmiş qısaboğaz kişi ayaqqabısına, 02 ədəd işlənmiş belə (lapatka), 01 ədəd işlənmiş “Dunlop” markalı qara rəngli əl çemodanına baxış keçirmiş və həmin əşyaların ona məxsus qeyd etdiyi oğurlanmış əşyalar olduğunu bildirmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, 01 ədəd işlənmiş “Stels 710” markalı velosiped, 01 ədəd işlənmiş stolüstü kompyuter dəsti (01 ədəd “LG Flatron L1734S” markalı monitor, 01 ədəd “Genius” markalı maus, 01 ədəd “Genius” markalı klaviatura, 01 ədəd “Super Power” markalı sistem bloku), 01 ədəd işlənmiş “X1 18 V” markalı elektrik süpürgə (tozsoran), 01 ədəd işlənməmiş “Samsung C105AFR” markalı mikrodalğalı soba, 01 ədəd işlənmiş “Coltolux 50 Coltene” markalı stomatoloji fen dəsti, 01 ədəd işlənmiş stomatoloji lazer, 01 ədəd işlənmiş elektrik tənzimləyicisi, 02 cüt işlənmiş uzunboğaz qadın ayaqqabısı, 02 cüt işlənmiş qısaboğaz qadın ayaqqabısı, 01 cüt işlənmiş qısaboğaz kişi ayaqqabısı, 02 ədəd işlənmiş bel (lapatka), 01 ədəd işlənmiş “Dunlop” markalı qara rəngli əl çemodanı maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarına əlavə olunmuş və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış 26 aprel 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Buna görə də təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 21 yanvar 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 16 fevral 2022-ci il tarixdə ona CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdən 16 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübutlar – Zərərçəkmiş şəxs məxsus 01 ədəd işlənmiş “Stels 710” markalı velosipedin, 01 ədəd işlənmiş stolüstü kompyuter dəstinin (01 ədəd “LG Flatron L1734S” markalı monitorun, 01 ədəd “Genius” markalı mausun, 01 ədəd “Genius” markalı klaviaturanın, 01 ədəd “Super Power” markalı sistem blokunun), 01 ədəd işlənmiş “X1 18 V” markalı elektrik süpürgənin (tozsoran), 01 ədəd işlənməmiş “Samsung C105AFR” markalı mikrodalğalı sobanın, 01 ədəd işlənmiş “Coltolux 50 Coltene” markalı stomatoloji fen dəstinin, 01 ədəd işlənmiş stomatoloji lazerin, 01 ədəd işlənmiş elektrik tənzimləyicisinin, 02 cüt işlənmiş uzunboğaz qadın ayaqqabısının, 02 cüt işlənmiş qısaboğaz qadın ayaqqabısının, 01 cüt işlənmiş qısaboğaz kişi ayaqqabısının, 02 ədəd işlənmiş belin (lapatka), 01 ədəd işlənmiş “Dunlop” markalı qara rəngli əl çemodanının sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdən 16 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar – Zərərçəkmiş şəxs məxsus 01 ədəd işlənmiş “Stels 710” markalı velosipedin, 01 ədəd işlənmiş stolüstü kompyuter dəstinin (01 ədəd “LG Flatron L1734S” markalı monitorun, 01 ədəd “Genius” markalı mausun, 01 ədəd “Genius” markalı klaviaturanın, 01 ədəd “Super Power” markalı sistem blokunun), 01 ədəd işlənmiş “X1 18 V” markalı elektrik süpürgənin (tozsoran), 01 ədəd işlənməmiş “Samsung C105AFR” markalı mikrodalğalı sobanın, 01 ədəd işlənmiş “Coltolux 50 Coltene” markalı stomatoloji fen dəstinin, 01 ədəd işlənmiş stomatoloji lazerin, 01 ədəd işlənmiş elektrik tənzimləyicisinin, 02 cüt işlənmiş uzunboğaz qadın ayaqqabısının, 02 cüt işlənmiş qısaboğaz qadın ayaqqabısının, 01 cüt işlənmiş qısaboğaz kişi ayaqqabısının, 02 ədəd işlənmiş belin (lapatka), 01 ədəd işlənmiş “Dunlop” markalı qara rəngli əl çemodanının sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar