Məhkəmə qərarları › İş №1(003)-208/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-208/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-208/2023 05.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Salyan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, natamam orta təhsilli, evli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə hesab olunan heroini əldə edib saxlama cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədilə 05 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazindən 40 manata 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,536 qram, 0,141 qram, 0,132 qram, 0,201 qram, ümumi təmiz çəkisi 1,010 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edərək Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsinə daşıyaraq üzərində saxlamış və 06 oktyabr 2022-ci il tarixdə saat 11:50 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində o, qeyd olunan ünvanda narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış, baxış və götürmə aparılan zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən qeyd olunan bükümlərdə və çəkilərdə olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, iki ay budan əvvəl “satışla” yeni tutulmuş, üzərindən çıxmadığına görə buraxılmışdır. Onu bu iş üzrə yeni eyni adamlar tutmuşlar. O, həmin gün evində ailəsi və körpələri ilə birlikdə olan zaman, evində yatdığı yerdə 4-5 nəfər şəxs əllərində ağacla onu evindən aparmışlar. O, həyətində it saxlayır və həmin şəxslərin əllərində ağacın olma səbəbi onu döymək yox iti qovmaq olmuşdur. O, demir ki, “onda heçnə olmayıb... xeyr...” Ondan bir gün əvvəl 15 manata almış olduğu bir setin yarsını ondan bir gün əvvəl istifadə etmiş, digər yarsını isə səhər yuxudan duranda ağrıları olan zaman istifadəsi üçün saxlamışdır. Elə oldu ki, onu polis bölməsinə aparmışlar. Polis Bölməsində onu birinci müavinin otağına salmışlar. Orada ona təzyiq göstərmişlər, daha sonra orada “Balaca” adlı şəxsin otağına aparmışlar və “lomla”, “şlanqla”... Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərində 15 manata aldığı ən az çəkidə narkotik maddə olub, 1,010 qram olmayıb, müdafiəçinin iştirakı ilə məcbur qalıb qəbul etmiş, çəklişdəndə görsənir ki, o qədər olmayıb, onu evindən götürüblər, elə vəziyyətdə olub ki, uşağının şalvarını geyinib, o, narkotik maddənin istifadəçisidir, lakin satışı ilə məşğul olmur, heç kimə “mal” verməyib, gedib özü alıb özüdə Suraxanıdan yox Şüvəlandan almışdır, göstərilən 4 bükümdən 1 büküm ən az olan onun “malıdır”, 0,132 qram onundur, qalanını bilmir, o, günahsızdır, həqiqətən günahı yoxdur, heç kimə heçnə verməyib, onu döyüblər, MSY-də ona X12 da gəlmiş, bu hall orada qeydiyyatda var, oktyabr ayını 6-7 ona TTY gəlmiş, onu iki gün saxlamışlar, həmin bükümlərdən olan bir bükümünün onun olmasını etiraf edir, lakin digərlərini qəbul etmir, birinci dəfə tutulan zaman da ona “satışı” qəbul etməyi məcbur etsələr də o, qəbul etməmiş və bu səbəbdən də onunla qərəzlilik yaranmış, həmin vaxt da onun üstündən heç nə çıxmamışdır. O, bir gün ondan əvvəl Şüvəlanda bir büküm almışdır (15 manatlıq, 03-04 olaraq), yarsını istifadə etmişdir, ümumiyətcə narkotik maddəni ara-ara istifadə edir, narkoloji dispanserin xəstəsidir, qeydiyyatı vardır, evi Vidadi 49-da yerləşir, səhər 10 radələrində gəlmişlər, evinin qapısını döymüşlər, atası açmış qapını, atasını çölə atdıqdan sonra əllərində taxta ilə beş nəfər içəri daxil olmuş, onun başının üstündə beş nəfər olmuşdur. Orada dövlət kamerasi yoxdur, lakin məhəllə arası kameralar vardır, qonşunun kamerası var. Təqsirləndirilən şəxs son sözündə özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək, narkotik vasitələrdən istifadə etdiyini, aşkar edilmiş narkotik vasitələrin yalnız bir bükümünün ona aid olduğunu, onu öz istifadəsi üçün aldığını, ailəsini, himayəsində iki azyaşlı uşağının, yaşlı xəstə atasının olmasını bildirərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşı Şahid2 Təvəkgül oğlu bildirdi ki, ayın tarixi yadında deyil. Vidadi küçəsində Təvəkgül adlı şəxsin narkotik vasitə istifadə etməsi və satışı ilə məşğul olması barədə məlumat əldə edilmişdir. Onun əsasında əməliyyat qrupu yaradılmış və Təvəkgül adlı şəxs Vidadi küçəsində onlar tərəfindən saxlanılmışdır. Daha sonra o, polis şöbəsinə gətirilmiş və polis şöbəsində üzərinə baxış keçirilmiş, üzəridən maddə aşkar edilmiş, həmin maddə ekspertizaya göndərildikdən sonra onun narkotik maddə olduğu məlum olmuşdur. Şahid2 Təvəkgül oğlu verilən suallara cavab olaraq bildirmişdir ki, onlar onu Şüvəlanda səhv etmirsə Vidadi küçəsində saxlamışlar, günortaya yaxın saatlarda saxlamışlar, evinə yaxın yerdə Vidadi və Nizami küçəsinin kəsişməsində, üstündə neçə büküm olduğu tam yadında deyil çünki polis şöbəsində məlum olmuşdur, müəyyən müddət keçdiyinə görə yadından çıxıb, ona qarşı hər hansı təzyiq və təhsir göstərilməyib, o, özünə cavadehdi və onun tərəfindən heç bir şey olmayıb, videoçəkiliş olmuşdur, səhv etmirsə onu Vidadi küçəsində saxlamışlar... Vidadi və Nizami küçəsinin kəsişməsi... lakin o, oranı Vidadi küçəsi bilir, onun narkotik vasitə itifadə etməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur, əməliyyat aparatına daxil olmuş məlumat olmuş, o, sahə inspektoru olaraq cəlb edilmiş, onlar onu kiməsə satan yerdə tutmamışlar, sadəcə bununla bağlı məlumat olmuşdur, istifadəçilərdən şifahi şəkildə deyən olmuşdur, xeyr.. o, Təvəkgülün kiməsə narkotik maddə satdığını görməmişdir, səhv etmirsə günorta saat birə kimi olmuş, onu evinin qarşısında tutmuşlar, evinə az bir məsafə olmuş, o, evə gələrkən saxlanılmışdır, həmin vaxt əməliyyat qrupunda o, əməliyyat müvəkkili Əli və digərləri olmuş, lakin sırf çəkilişdə o və Əli olmuş, təhqiqatda baxış keçirilən zaman 3-4 nəfər olub, təqsirləndirilən şəxs onun tərəfindən hər hansı bir işgəncəyə məruz qalmamış... hər kəs özünə cavabdehdir, saxladıqdan 5-10 dəqiqə ərzində polis şöbəsinə aparmışlar, çox saxlamamışlar, təxminən 12 olardı saxlanılan zaman, vəkil iştirak etmişdir. Təqsirləndirilən şəxs hakimin çarpaz sualına cavab olaraq bildirmişdir ki, onu döyən Balaca adlı şəxs olmuş, Balaca, Xalıq, Əli və iki nəfər başqa şəxs onu evindən aparmışlar. Onu saat 10 da tutmuşlar. Bölmədə onu “şlanq, qaiş və lomla” vurmuşlar. O, məcbur olmuşdur. 10-15 dəqiqə ərzində onu döymüşlər və o, razılaşmışdır. Onu saat on, on birə işləmiş yattığı yerdə götürüb aparmışlar. Vidadi küçəsi ilə Nizami küçəsinin arası çoxdur, onlardan çox aralıdır, 1 km... 600-700 metr var. Vəkil gələn zaman o, işgəncəyə məruz qalmış və hər şeyə razı olmuşdur və qorxduğuna görə heçnə deməmişdir. Ağrıları ilə bağlı MSY-nə TTY gəlmiş, o, orada bir gün qalmış, səhəri gün isə gəlmişlər, bu barədə qeydə alınmışdır. TTY gələn zaman ağrılarının olduğunu demiş və səbəb olaraq döyüldüyünü, əzildiyini bildirmişdir. Evinin qarşısında kamera yoxdur, evindən 150-200 metr aralıda kamera var. Təqsirləndirilən şəxs müdafiəçi X2 çarpaz sualına cavab olaraq bildirmişdir ki, onların ünvanı Vidadi 49 gedir, onu evdən götürmüşlər, həmin vaxt ondan başqa evdə yoldaşı, uşaqları, qardaşı və o olmuşdur, anası işdə olmuş, atası isə evdə xəstə olmuşdur. Məhkəmə istintaqı zamanı əlavə şahid X7 bildirmişdir ki, o, Bakı şəhəri TTTY 10 saylı Bölməsində həkim kardioloq-reanimatoloq vəzifəsində işləyir. O, X12da işləyir, MSYyə tez-tez çağırışlar olur. Onlar mövcud 15 dəqiqə ərzində xəstənin səhətini qiymətləndirib və diaqnoz qoyub yardım edirlər. Həmin vaxt gözlə nəzərə çarpacaq məsələ olduqdan onların onu qeyd etməməkləri mümkün deyildir. Ümumiyyətlə onlar saxlanılan şəxslərə həssaslıqla yanaşırlar. 06 oktyabrda Xəzər RPİ-dən onlara çağırış daxil olmuşdur. Həmin vaxt onlar orada hər hansı xəsarət görməmişlər. Ondan sonra ona hər hansı bir xəsarət olunb isə o, onu bilmir. Lakin onların orada olduqları müddətdə onu sinir sistemi ilə bağlı narahatçılığı olmuş, misal olaraq “başım ağrıyır, bədənim ağrıyır, gərgilik..” bununla əlaqədar onlar ilkin yardım etmişlər. Daha sonra olanlardan məlumatsızdır. O, onu 15 dəqiqə görmüş, vəziyyəti qiymətləndirib, yardım edib və çıxmışlar. Əlavə şahid X7 verilən suallara cavab olaraq bildirmişdir ki, hər hansı xəsarət olan zaman onlar kartanın arxasına qeydlər aparırlar, lakin bu halın olduğunu hazırda xatırlamır. Belə ki, xəsarət olan zaman onlar mütləq qeyd edirlər. Hadisə bir il bundan öncə olduğuna görə onların ora gedən zaman şəxsin hər hansı bir xəsarətinin olubolmadığını xatırlamır. Belə insanlara həssaslıqla yanaşıldığına görə onlar xəsarət olduğu zaman daima qeyd edirlər. Təvəkgül konkret olaraq onun bədənin ağrıdığını onlara bildirmiş, lakin lokalizasiya olaraq hər – hansı bir nahiyəsini göstərməmişdir. Göstərmiş olduğu halda onlar həmin yerə baxırlar. Təqsirləndirilən şəxs müdafiəçi X2 çarpaz sualına cavab olaraq bildirmişdir ki, həkimlər gələn zaman o, həkimlərə bədənində əziklərin və ağrıların olduğunu demişdir, o, həkimlərə sağ tərəf ayağını və əlinə “lom” dəydiyinə görə əlini göstərmiş, lakin həkim baxdıqda ona xəsarətinin olmadığını demişdir. Əlavə şahid X7 verilən suallara cavab olaraq bildirmişdir ki, ona o, diaqnoz sinir sistemi ilə əlaqədar qoyulmuş, belə ki, o, həssas olmuşdur, bütöv bədənin və başının ağrıdığını, tənginəfəs olduğunu bildirmişdir. O ki, qaldı şəxsin ayağında olan xəsarətlərlə bağlı onlar baxan zaman orada elə bir hal olmamış, şəxsin dedikləri mümkün deyil. Onlara orada çağırış olan zaman əksəriyyəti bu cür şikayətlər olur, onlar ona ağrıkəsici vurmuşlar, səhv etmirsə analqin-dimedrol vurmuşlar, səhv etmirsə şəxsin təzyiqi bir balaca aşağı olmuş, halsız olmuş, lakin ayaq üstə durmağa normal qabiliyyəti olmuşdur. Məhkəmə istintaqı zamanı əlavə şahid X5 bildirmişdir ki, o, 5 saylı xəstəxanada xadimə işləyir, əvvəllər məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Səhər saat 10 radələrində onlar yatmışlar. Qapının möhkəm döyüldüyünü eşitmişlər, qaynatası qapını açmışdır. O, 5 nəfər hündür şəxsi görmüşdür. O, əynini geyinmiş, yoldaşını oyatmışdır. Həyətdə itlər olduğuna görə həmin şəxslər yubanmış, lakin daha sonra çox pis şəkildə, əllərində taxta parçası ilə içəri daxil olmuşlar. Yataq otağına daxil olmuş, “... Təvəkgül...Təvəkgül...” səsləyərək onu oyatmışlar. Həmin vaxt uşaqlar da yatmışlar. Onlar həmin şəxslərdən məsələnin nə olduğunu soruşmuşlar, lakin həmin şəxslər cavab vermədən yoldaşının üstünə hücum çəkmişlər. O, yuxudan duraraq tələsik olaraq uşağın şalvarını geyinmişdir. O, uşaqların yanında belə bir halın baş verməsinə görə həmin şəxslərə ira bildirsə də, onlar məhəl qoymamış, onları çölə çıxartmışlar. Əlavə şahid X5 verilən suallara cavab olaraq bildirmişdir ki, beş nəfər hündürboy şəxs hamsı içəri daxil olmuşlar. Onlar adi vətəndaş (mülki) geyimində idilər. Həmin vaxt evdə o, uşaqlar, qaynatası olmuşdur, səhər saat 10 radələri olmuş, içəridə nə baş verdiyini bilmir, bəzən qışqırırdı, onları içəri qoymamışlar, o, uşaqları ilə çöldə olmuşdur, daha sonra həmin şəxslər həyətdə gəzmişlər və onu götürüb aparmışlar, həyətdə itlərin damı var onlar orada yoldaşı ilə birlikdə itlərin damına girmişlər, niyə girdiklərini bilmir, polislər içəri daxil olan zaman özlərini təqdim etməmişlər, kobud şəkildə içəri hücum çəkmişlər və bu vaxt uşaqlar qorxub qışqırmışlar, itin damından kibrit qutusunda nəisə götürmüşdülər, nə olduğunu bilmir, həmin vaxt yaşadığı evin həyətində olmuş, bir başa itin damına getdilər,yoldaşı onlarla birlikdə itin damına girdi, itin damı böyük otaqdı, sonra nə olduğunu bilmir, qutunun içində nə olduğunu bilmir, görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, ibtidai istintaq dövrüdə verdiyi ifadəsini təsdiq edir. O, 1-ci PŞ-də işləyən zaman PŞ-nə şəxsin barəsində əməliyyat məlumatı daxil olmuşdur ki, şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Məlumat daxil olduqdan sonra əməliyyat – axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunmuş və rəhbərliyə məruzə olunmuşdur. Daha sonra əməliyyat qrupu yaradılmışdır. 6 oktyabr 2023-cü il tarixində günorta radələrində məlumat əsasında şəxsin Şüvəlan qəsəbəsi ərazisində olduğu bildirildi və onlar Şüvəlan qəsəbəsi ərazisindən Nizami küçəsinə doğru getmişlər. Onlar Təvəkgül adlı şəxsə bənzər şəxsi görmüşlər və ona yaxınlaşmış, özlərini təqdim etmişlər və ona da özünü təqdim etməyi demişlər. Bundan sonra onlara aydın oldu ki, bu şəxs onların axtardıqları şəxsdir. Onlar onu əməliyyat axtarış keçirilməsi barədə qərarla tanış etdikdən sonra onu Polis Şöbəsinə dəvət etmişlər. PŞ-də olan zaman videoçəkilişdən istifadə etməklə və təhqiqatçının iştirakı ilə onun üzərinə baxış keçirilmiş, öncədən üzərində hər hansı bir maddənin olub-olmadığı soruşuldu və o, cibində olan narkotik vasitə heroini təqdim etdi, səhv etmirsə dörd büküm idi, daha sonra həmin bükümlər qablaşdırıldı, zərfləşdirildi və ekspertizaya göndərildi və onun narkotik vasitə olduğu məlum oldu. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, onunla birlikdə Şahid2 da iştirak edib, təxmini yadında deyil, lakin onu günorta təxmini 12, 1, 2 radələrində saxlamışlar, onlara əməliyyat məlumatı “dövriyyəsi” ilə bağlı daxil olmuşdur, o, baxışda iştirak etmişdir, o, baxış zamanı narkotik vasitəni istifadəsi üçün saxladığını dedi, onlar onu dəqiqləşdirmək üçün saxlamışlar, lakin o, ifadəsində özü istifadəsi üçün saxladığını bildirmişdir, onlar onun evinə baxış keçirməmişlər, belə ki, özündən soruşan zaman evdə heçnə olmadığını bildirmişdir, onlar onu Şüvəlan qəsəbəsi, Nizami küçəsində saxlamışlar, onun evinə yaxın yer olmuşdur, onlara “dövriyyə” ilə bağlı məlumat daxil olmuş, lakin konkret satış olmamışdır, döriyyə, satışla bağlı məlumat olsa da, fakt təsdiqini tapmamış, şəxsi saxlayan zaman ona qarşı heç bir fiziki və psixioloji təzyiq olmamışdır, baxış vəkilin iştirakı ilə keçirilmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 11:50 radələrində xx.xx.1984-ci ildə anadan olmuş, Salyan rayonu, 20 Yanvar küçəsi, ev 28-də qeydiyyatda olan, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, yeni sahədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar Mərdəkan qəsəbəsində saxlanılaraq qanuna müvafiq tədbir görülməsi üçün Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmişdir. İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:55-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Tutma protokolu saat 12:35-də saat 12:55-dək tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 6\5750 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №157” dairəvi möhür əksi olan, “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar....” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) çəhrayı rəngli lastik qutuda 4 (dörd) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,536 qram, 0,141 qram, 0,132 qram, 0,201 qram, ümumi təmiz çəkisi 1,010 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş 28 iyun 2005-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. Aşkar olunaraq götürülmüş təmiz çəkisi 1,010 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin maddi sübut kimi tanınmış və tədqiqat zamanı 0,200 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,810 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarına əlavə olunmuş cinayət əməlinin tövsif edilməsi barədə qərardan görünür ki, görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat təmin edilməmiş və o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış baxış və götürmə aparılmış, şəxsi axtarış baxış və götürmə təhqiqatçı tərəfindən videoçəkilişlə edilmişdir. Baxış zamanı müəyyən edildi ki, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Baxışda iştirak edən şəxslər özlərini təqdim edir, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir. Baxışda iştirak edən şəxslər özlərini təqdim etdikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanuna zidd əşya varsa təqdim edilməsi deyilir, bu zaman şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərində “Kokos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirir və təqdim edə biləcəyini deyir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd çəhrayı rəngli plastik qutunun içərisində 02 ədəd şəffaf rəngli selofanı və 02 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş qəhhvəyi rəngli kütləni təqdim edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat – sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7781 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Xəzər RPİ-nin MSY-nin xx.xx.2022-ci il tarixli aktının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə MSY-nə gətirilən zaman onun üstünə baxış keçirilmiş və xəsarət aşkar edilməmişdir. İş materiallarında olan Xəzər RPİ-nin MSY-nin “Tibbi Müayinə keçirilməsi və X1 Qeydiyyatı kitabının sürətindən görünür ki, ilkin müayinə zamanı onun üzərində xəsarət aşkar edilməmiş, xx.xx.2022-ci il tarixdə saat 12:50-də müayinə zamanı “narkomaniyadan asılı vəziyyət” müşahidə edilmişdir. İş materiallarında olan “Bakı şəhəri Təcili və X6 Stansiyası” PHŞ-nin xx.xx.2023-cü il tarixli PHŞ-6-96/2-89/2023 saylı məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:51-də “103” xidmətinə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Polis İdarəsi ünvanından Təvəkgülün adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 10 saylı bölmənin X10 icra edərək, xəstə Təqsirləndirilən şəxs “Nevrasteniya. Nevrotik reaksiya” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Təqsirləndirilən şəxs narkotikdən asılı vəziyyət müşahidə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən “Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən “Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.” Əməldə cinayətin əlamətləri yalnız sübutlara əsasən müəyyən edildiyindən və iş üzrə mümkün sübutların həcmi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermədiyindən məhkəmə hesab edir ki, toplanmış sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət etmir və məhkəmənin müəyyən etdiyi hallara uyğun deyil. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs verilən ittihamdan göründüyü kimi, o, istintaqa məlum olmayan mənbədən satış məqsədilə 05 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazindən 40 manata 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,536 qram, 0,141 qram, 0,132 qram, 0,201 qram, ümumi təmiz çəkisi 1,010 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edərək Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsinə daşıyaraq üzərində saxlamış və 06 oktyabr 2022-ci il tarixdə saat 11:50 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində o, qeyd olunan ünvanda narkotik vasitələrin dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış, baxış və götürmə aparılan zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən qeyd olunan bükümlərdə və çəkilərdə olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə ilk öncə qeyd edir ki, şahidlər Şahid1 və Şahid2 Təvəkgül oğlu həm ibtidai istintaq dövründə eyni məzmunda ifadə verərək göstərmişlər ki, Salyan şəhəri, 20 yanvar küçəsi ev 28-də qeydiyyatda olan, faktiki olaraq Xəzər rayonu Şüvəlan qəsəbəsi, Vidadi küçəsi, ev 49-da yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir yaxınlıq, qohumluq əlaqəsi yoxdur. Aralarında əvvəllər heç bir ədavəti, münaqişəsi olmamışdır. Təqsirləndirilən şəxs qeyri-aşkar şəraitdə narkotok vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 1-ci polis şöbəsinə əməliyyat məlumatları daxil olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmasını ifşa etmək məqsədilə 06 oktyabr 2022-ci il tarixdə tərəfindən “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qəbul edilmişdir. Əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdə saat təxminən 12- 13 radələrində Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi Nizami küçəsində müəyyən edilmişdir. Onlar polis əməkdaşları olaraq özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etməsini və özü haqqında məlumat verməsini tələb etmişlər. Təqsirləndirilən şəxs özü haqqında məlumatları bildirdikdən sonra onun haqqında daxil olmuş əməliyyat məlumatları əsasında ona hüquqlarını izah edərək onu 1ci polis şöbəsinə gətirmişlər. Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək ona müdafiəçi təyin edilmiş və videoçəkilişin müşaiyəti ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya digər qanunsuz əşya və ya predmet varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində “kokos” adlanan narkotik vasitə vardır. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd çəhrayı rəngli plastik qutunun içərisində 02 ədəd şəffaf rəngli selofanı və 02 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş spesifik iyə malik, qəhhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütləni təqdim etmişdir. Həmin bükümlərə baxış keçirilərkən onların narkotik vasitə heroinə oxşarlığı müəyyən olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtrış zamanı aşkar edilən həmin narkotik vasitə heroinə oxşar kütlələr ekspertiza tədqiqatı üçün götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs üzərinə tərəflərindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tutularkən, polisə gətirilərkən və onun üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Saxlanıldığı andan ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçi təyin olunmuş və videoçəklişin müşaiyəti ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı video çəkilişdə də görünüdüyü kimi üzərindən 4 büküm maddə aşkar edilmiş və o, həmin maddələrin ona aid olduğunu və şəxsi istifadəsi üçün saxladığını qeyd etmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı Şahid2 Təvəkgül oğlu verilən suallara cavab olaraq bildirmişdir ki, onlara Təqsirləndirilən şəxs narkotik vasitə itifadə etməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Onlar onu narkotik maddənin kiməsə satan yerdə tutmamışlar, sadəcə bununla bağlı məlumat daxil olmuşdur. O, Təvəkgülün kiməsə narkotik maddə satdığını görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, onlara “dövriyyə” ilə bağlı məlumat daxil olmuş, lakin konkret satış olmamışdır, döriyyə, satışla bağlı məlumat olsa da, fakt təsdiqini tapmamışdır. Onlar Təvəkgülü faktı dəqiqləşdirmək üçün saxlamışlar, lakin o, ifadəsində narkotik maddəni özü istifadəsi üçün saxladığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.” Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.” Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi təqsirləndirilən şəxs narkotik vasitəni 05 oktyabr 2022-ci il tarixdə almış, 06 oktyabr 2022-ci il tarixdə isə şübhəli şəxs kimi saxlanılmışdır. Şahidlər məhkəmə istintaqında vermiş olduqları ifadələrində təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitələri satmaq məqsədini və ya satmasını müəyyən edə bilməmişlər. Həmçinin məhkəmə bildirir ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə başlanılmış, xx.xx.2022-ci il tarixli qərar ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə tövsif edilmişdir. Tövsif olunmanın əsası kimi şəxsin üzərindən aşkar edilmiş narkotik vasitələrin 4 bükümdə olması göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarından göründüyü kimi təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki iş üzrə plenum qərarında göstərilən əsaslardan yalnız narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi müəyyən edilmişdir. Digər əsasların heç biri cinayət işində öz əksini tapmamışdır. Yalnız narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi əməlin Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinə tövsif edilməsinə əsas yaratmır. Belə ki, satış məqsədinin olması narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi ilə yanaşı iş materiallarında olan digər sübutlarla da əhatə olunmalıdır. Məhkəmə bundan başqa qeyd edir ki, ittiham Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 4 ədəd bükümdə narkotik vasitə olan heroin əldə edib üzərində saxlayaraq daşıması hissəsində sübuta yetirilmir. Belə ki, Təqsirləndirilən şəxs üzərində olan 4 bükümdə olan narkotik vasitə olan heroin əldə edib üzərində saxlayaraq daşımasında satış məqsədinin olması təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri və tədqiq olunan digər sübutlardan və cinayət işinin materiallarından müəyyən olunmur. Belə ki, Təqsirləndirilən şəxs verdiyi ifadəsində üzərində 1 bükümdə narkotik vasitənin olduğunu, lakin onu satmaq məqsədinin olmadığını və öz istifadəsi üçün aldığını bildirmişdir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş Şahid2 Təvəkgül oğlu və Şahid1 vermiş olduğu ifadələrində təqsirləndirilən şəxsin narkotik vasitələri satdığını və ya satış məqsədinin olmasını müəyyən etmədiklərini bildirmişlər. Bunun əksini təsdiq edən sübutlar olmadığından məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərində 4 bükümdə olan narkotik vasitələri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi və ya saxlaması sübuta yetirilmir və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs üzərində 4 bükümdə olan narkotik vasitələri satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi və ya saxlaması təqsirləndirilən şəxsin və şahidlərin ifadələri və digər sübutlarla öz təsdiqini tapmışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs öz ifadəsində ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən döyüldüyünü, təzyiq və işgəncə altında cinayət əməlini etiraf etməsini bildirsə də məhkəmə istintaqı zamanı onun döyülmə faktı öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə MSY-nə gətirilən zaman onun üstünə baxış keçirilmiş və xəsarət aşkar edilməmiş, ilkin müayinə zamanı onun üzərində xəsarət aşkar edilməmiş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotikdən asılı vəziyyət müşahidə olunmuş, xx.xx.2022-ci il tarixdə saat 12:50-də müayinə zamanı “narkomaniyadan asılı vəziyyət” müşahidə edilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 15:51-də “103” xidmətinə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Polis İdarəsi ünvanından Təvəkgülün adına “halı pis” səbəbi ilə çağırış daxil olmuş, çağırışı 10 saylı bölmənin X10 icra edərək, xəstə Təqsirləndirilən şəxs “Nevrasteniya. Nevrotik reaksiya” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir. X10 məhkəmə istintaqı zamanı şahid qismində dəvət olunmuş və dindirilmiş və o, ifadəsində müayinə zamanı Təqsirləndirilən şəxs bədənində hər hansı xəsarətin aşkar edilmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə düzgün tövsif olunmamış, onun əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri vardır və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsinə əsasən ilk dəfə olaraq az ağır cinayət əməli törədilməsini, 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2ci maddəsinə əsasən əməlini qismən etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmənin əvvəli 05 dekabr 2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,810 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut olan 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs 65,00 (altmış beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı (120 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 06 oktyabr 2022-ci il tarixdən 08 oktyabr 2022-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,810 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65,00 (altmış beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı (120 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar