Məhkəmə qərarları › İş №1(003)-209/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-209/2020

30.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-209/2020 30.07.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs ƏliyevVasifGüləlioğlunun iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Res-pub-li-ka-sı-nın vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1-də qeydiyyatla yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsinə əsasən 1500 (bir min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, xx xxxx 2019-cu il tarixdə cəriməni ödədiyi üçün qeydiyyatdan çıxarılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 09 (doqquz) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx xxxxx 2020-ci il tarixə çəkilməmiş 10 (on) ay 29 (iyirmi doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmış, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 4(003)-115/2020 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanan, barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 121/2020 saylı xx xxxxx 2020-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli 1(003)-209/2020 saylı qərarı ilə ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 21 radələrində saxlanc yeri olan vətəndaş Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Firdovsi küçəsində yerləşən mağazaya qapının kilidini açma yolu ilə qanunsuz daxil olaraq mağazadan 1 ədədi 7,20 manat olan 3 ədəd 700 ml olan "Derevenskaya izba" markalı araq, 1 ədədi 7,50 manat olan 3 ədəd 700 ml olan "Ded" markalı araq, 1 ədədi 7,40 manat olan 3 ədəd 700 ml olan "Naşe Vremya" markalı araq, 1 ədədi 7,60 manat olan 3 ədəd 700 ml olan "Medallion" markalı araq, 1 ədədi 6,40 manat olan 4 ədəd 500 ml olan "Zolotoe Kolıço" markalı araq, 1 ədədi 6,20 manat olan 4 ədəd 500 ml olan "Alıpiyskaya" markalı araq, 1 ədədi 10,50 manat olan 2 ədəd 1000 ml olan "Xozyain Tayqi" markalı araq, 1 ədədi 6 manat olan 4 ədəd 500 ml olan "Xozyain Tayqi" markalı araq, 1 ədədi 9,50 manat olan 3 ədəd 700 ml olan ağ rəngli "Napoleon" markalı araq, 1 ədədi 7,50 manat olan 3 ədəd 500 ml olan ağ rəngli "Napoleon" markalı araq, 1 ədədi 9,50 manat olan 4 ədəd 700 ml olan qara rəngli "Napoleon" markalı araq, 1 ədədi 7,50 manat olan 4 ədəd 500 ml olan qara rəngli "Napoleon" markalı araq, 1 ədədi 12,50 manat olan 5 ədəd 1,745 kq olan "Super Sun" markalı əridilmiş bitki yağı, 1 ədədi 8,50 manat olan 5 ədəd 1,745 kq olan "Ana-Bala" markalı əridilmiş bitki yağı, 1 ədədi 8,20 manat olan 4 ədəd 1,745 kq olan "Teksun" markalı əridilmiş bitki yağı, 1 ədədi 4,30 manat 6 ədəd 0,910 kq olan "Teksun" markalı əridilmiş bitki yağı, 1 ədədi 4,50 manat olan 6 ədəd 0,910 kq olan "Ana-Bala" markalı əridilmiş bitki yağı, 1 ədədi 0,40 manat olan 30 ədəd 70qr olan "Çiko" markalı qara günəbaxan tumu, 1 qutusu 1,20 manat olan 30 qutu "Bakı markalı siqareti, 1 qutusu 1,20 manat olan 25 qutu "Prima Deluxe" markalı sarı rəngli siqareti, 1 qutusu 1,50 manat olan 20 qutu "X1" markalı siqareti, 1 qutusu 1,60 manat olan 15 qutu "Vest silver" markalı siqareti, 1 qutusu 1,50 manat olan 20 qutu "Maqna Carbon" markalı siqareti, 1 qutusu 1,50 manat olan 25 ədəd qutu "Argo" markalı siqareti, 1 qutusu 1,20 manat 20 qutu olan "Prime Deluxe" markalı mavi rəngli siqareti gizli yolla talayaraq zərərçəkmişə ümumilikdə 717,60 (yeddi yüz on yeddi, altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, əvvəllər də oğurluq cinayətinə görə məhkum olunmuş, 2019-cu ilin mart ayında Xəzər Rayon Məhkəməsi tərəfindən ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilərək məhkəmə zalından azad olunmuşdur. 2019-cu ilin may ayından etibarən Türkan qəsəbəsində yerləşən Elnur adlı şəxsə məxsus olan mağazada usta kimi işləməyə başlayaraq təxminən 3 ay ərzində orada 2110 manat dəyərində təmir-tikinti işlərini görmüşdür. İşlədiyi müddət ərzində Elnur ona 250 manat dəyərində ərzaq vermiş, 1860 manat borcu qalmışdır. Elnurdan dəfələrlə pulunu tələb etmiş, lakin ala bilmədiyi üçün fikirləşmişdir ki, mağazaya girib oradan borcunun əvəzinə gizli yolla ərzaq malları götürsün. xx xxxxx 2020-ci il tarixdə saat 21 radələrində mağazaya yaxınlaşaraq qapının qıfılını özü ilə gətirdiyi dəmir parçası ilə açıb içəri daxil olmuşdur. Bu zaman mağazanın qapısı çırpılaraq bağlanmış və onu içəridən aça bilmədiyi üçün mağazanın köməkçi otağında olan damı söküb bayıra çıxmış və yenidən qapını bayırdan açıb açıq saxlamışdır ki, bağlanmasın. Sonra mağazanın vitrinində olan spirtli içkiləri - yəni araqları, siqaretləri, semiçkaları və dəmir qablarda olan böyük, balaca yağları sellofan torbalara yığmış və mağazaya girdiyi yolla da oradan çıxmışdır. Həmin malları yaşadığı evə apararaq heç kimin bilmədiyi yerdə gizlətmiş, bu barədə heç kimə heç nə deməmişdir. Ertəsi gün oğurladığı siqaretlərdən bir blok “Prima Deluxe” markalı və bir blok “Arqo” markalı siqareti oğurluq etdiyi mağazanın yaxınlığında olan digər mağazaya 20 manata satmışdır. Qalan əşyalar isə yaşadığı evdə olmuşdur və o, onları İstintaqa təqdim etmişdir. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti yoxdur. Ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Xəzər rayonu Türkan qəsəbəsi Firdovsi küçəsində yerləşən ərzaq mağazasını işlədir. Mağaza bir neçə vaxtdır ki, “Covid 19” pandemiya virusu ilə əlaqədar olaraq işləmirmiş, orada hər şey olduğu kimi olmuşdur. xx xxxxx 2020-ci il tarixdə saat 17 radələrində mağazaya baş çəkmək üçün gedib içəri daxil olmuş və orada müəyyən ərzaqların dağınıq vəziyyətdə, həmçinin mağazanın köməkçi otağında olan damının sökülmüş vəziyyətdə oldğunu görmüşdür. Başa düşmüşdür ki, mağazadan oğurluq olmuşdur. Bundan sonra mağazada olan videokameranın yaddaşına baxmış və ona məlum olmuşdur ki, xx xxxxx 2020-ci il tarixdə saat 21 radələrində mağazaya bir cavan oğlan daxil olaraq oradan 1 ədədi 8,50 manat olan 3 ədəd 700 ml olan "Derevenskaya izba" markalı araq, 1 ədədi 8,40 manat olan 3 ədəd 700 ml olan "Ded" markalı araq, 1 ədədi 8,20 manat olan 3 ədəd 700 ml olan "Naşe Vremya" markalı araq, 1 ədədi 8,30 manat olan 3 ədəd 700 ml olan "Medallion" markalı araq, 1 ədədi 7,20 manat olan 4 ədəd 500 ml olan "Zolotoe Kolıço" markalı araq, 1 ədədi 7,50 manat olan 4 ədəd 500 ml olan "Alıpiyskaya" markalı araq, 1 ədədi 12 manat olan 2 ədəd 1000 ml olan "Xozyain Tayqi" markalı araq, 1 ədədi 7 manat olan 4 ədəd 500 ml olan "Xozyain Tayqi" markalı araq, 1 ədədi 10,80 manat olan 3 ədəd 700 ml olan ağ rəngli "Napoleon" markalı araq, 1 ədədi 8,20 manat olan 3 ədəd 500 ml olan ağ rəngli "Napoleon" markalı araq, 1 ədədi 10,80 manat olan 4 ədəd 700 ml olan qara rəngli "Napoleon" markalı araq, 1 ədədi 8,20 manat olan 4 ədəd 500 ml olan qara rəngli "Napoleon" markalı araq, 1 ədədi 13,50 manat olan 5 ədəd 1,745 kq olan "Super Sun" markalı əridilmiş bitki yağı, 1 ədədi 9,20 manat olan 5 ədəd 1,745 kq olan "Ana-Bala" markalı əridilmiş bitki yağı, 1 ədədi 9 manat olan 4 ədəd 1,745 kq olan "Teksun" markalı əridilmiş bitki yağı, 1 ədədi 5 manat 6 ədəd 0,910 kq olan "Teksun" markalı əridilmiş bitki yağı, 1 ədədi 5 manat olan 6 ədəd 0,910 kq olan "Ana- Bala" markalı əridilmiş bitki yağı, 1 ədədi 0,50 manat olan 30 ədəd 70 qr olan "Çiko" markalı qara günəbaxan tumu, 1 qutusu 1,20 manat olan 30 qutu "Bakı markalı siqareti, 1 qutusu 1,20 manat olan 25 qutu "Prima Deluxe" markalı sarı rəngli siqareti, 1 qutusu 1,50 manat olan 20 qutu "X1" markalı siqareti, 1 qutusu 1,60 manat olan 15 qutu "Vest silver" markalı siqareti, 1 qutusu 1,50 manat olan 20 qutu "Maqna Carbon" markalı siqareti, 1 qutusu 1,50 manat olan 25 ədəd qutu "Argo" markalı siqareti, 1 qutusu 1,20 manat 20 qutu olan "Prime Deluxe" markalı mavi rəngli siqareti oğurlamışdır. Oğurluq nəticəsində dəymiş maddi ziyanı ilkin təhqiqatda təxmin olaraq 1500 manat kimi göstərmişdir. Lakin sonradan dəqiq hesablayaraq ona dəymiş maddi ziyanın 753 manat olduğunu dəqiqləşdirmiş və xahiş edmişdir ki, ona dəymiş maddi ziyanın məbləği istintaq sənədlərində 753 manat göstərilsin, eləcə də baş vermiş oğurluq hadisəsini əks etdirən video görüntünü istintaqa təqdim etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 717,60 (yeddiyüzonyeddi, altmış) manat maddi ziyan dəymişdir. Ona məxsus olan mallar qaytarılmış, maddi ziyan tamamilə ödənilmişdir. Buna görə də o, təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən ƏliyevHəciElmanoğlugöstərdi ki, təxminən bir ay olar ki, Zərərçəkmiş şəxs məxsus Türkan qəsəbəsində Firdovsi küçəsində yerləşən ərzaq mağazasında satıcı işləyir. Mağazanı mütəmadi olaraq hər gün saat 08:00da açıb axşam saat 21:00-da bağlayır. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə mağazada işləmiş, “Covid 19” virusi ilə əlaqədar olaraq karantin rejmi nəzarətdə tutulduğu üçün mağazanın fəaliyyəti dayanmışdır. Bundan sonra müəyyən vaxtlarda mağazanın sahibi Elnur mağazaya gəlib baş çəkirmiş. Elnur xx xxxxx 2020-ci il tarixdə saat 17 radələrində mağazaya baş çəkmək üçün gəlib içəri daxil olanda mağazanın dağınıq vəziyyətdə, eyni zamanda mağazanın köməkçi otağında olan dam örtüyünün müəyyən hissəsinin sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Məlum olmuşdur ki, mağazadan oğurluq olub. Bundan sonra Elnur zəng vurub onu da mağazaya çağırmış, daha sonra polis əməkdaşları da oraya gəlmişlər. Mağazadan əridilmiş yağ məhsulları, siqaretlər, günəbaxan tumları və araqlar oğurlanmışdır. Həmin an təxmini hesablamalarla onlara məlum olmuşdur ki, mağazadan 1500 manat məbləğində ərzaq malları oğurlanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilən Şahid1 elan olunmuş ifadəsi ilə müəyyən edildi ki, o, Təqsirləndirilən şəxs bir kənd adamı kimi tanıyır və onunla normal münasibəti vardır. Belə ki, o, Türkan qəsəbəsində həyətinin qarşısında ərzaq mağazası işlədir. Vasif və onun ailəsi ondan dəfələrlə nisyə olaraq ərzaq götürmüşlər, hələ indiyə kimi də ona borcları vardır. xx xxxxxx 2020-ci il tarixdə Vasif onun mağazasına gələrək ona bildirmişdir ki, onda bir blok "Prima Deluxe" və bir blok "Arqo" markalı siqaretlər var və onları satmaq istəyir. O, Vasifin usta kimi evlərdə, mağazalarda işlədiyini bilmişdir. Vasif ona demişdir ki, bir mağazada təmir-tikinti işləri aparmışdır, mağaza sahibinin pulu olmadığından həmin iki blok siqareti ona pul əvəzi vermişdir. Vasifdən bir daha siqaretləri hansı yolla əldə etdiyini soruşduqda, o, ona eyni cavabı vermişdir. Vasifə həmin siqaretlərin hər bir ədədinə 1 manat olmaqla, 20 ədədinə 20 manat pul vermişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən göründüyü kimi, Təqsirləndirilən şəxsifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 9/914 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş malların 2020-ci ili naprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 140,90 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir: 700 ml olan "Derevenskaya izba" markalı araq - 7,20 manat; 700 ml olan "Ded" markalı araq - 7,50 manat; 700 ml olan "Ded" markalı araq - 7,50 manat; 700 ml olan "Naşe Vremya" markalı araq - 7,40 manat; 700 ml olan "Medallion" markalı araq - 7,60 manat; 500 ml olan "Zolotoe Kolıço" markalı araq - 6,40 manat; 500 ml olan "Alıpiyskaya" markalı araq - 6,20 manat; 1000 ml olan "Xozyain Tayqi" markalı araq - 10,50 manat; 500 ml olan "Xozyain Tayqi" markalı araq - 6,0 manat; 700 ml olan ağ rəngli "Napoleon" markalı araq - 9,50 manat; 500 ml olan ağ rəngli "Napoleon" markalı araq - 7,50 manat; 700 ml olan qara rəngli "Napoleon" markalı araq - 9,50 manat; 500 ml olan qara rəngli "Napoleon" markalı araq - 7,50 manat; 1,745 kq olan "Super Sun" markalı əridilmiş bitki yağı - 12,50 manat; 1,745 kq olan "Ana-Bala" markalı əridilmiş bitki yağı - 8,50 manat; 1,745 kq olan "Teksun" markalı əridilmiş bitki yağı - 8,20 manat; 0,910 kq olan "Teksun" markalı əridilmiş bitki yağı - 4,30 manat; 0,910 kq olan "Ana-Bala" markalı əridilmiş bitki yağı - 4,50 manat; 70 qr olan "Çiko" markalı qara günəbaxan tumu - 0,40 manat; "Bakı” markalı siqaret - 1,20 manat; "Prima Deluxe" markalı sarı rəngli siqaret - 1,20 manat; "X1" markalı siqaret - 1,50 manat; "Vest silver" markalı siqaret - 1,60 manat; "Maqna Carbon" markalı siqaret - 1,50 manat; "Argo" markalı siqaret - 1,50 manat; "Prime Deluxe" markalı mavi rəngli siqaret - 1,20 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manat təşkil edir. İş materiallarından görünür ki, əldə olunmuş araqlar, günəbaxan tumları, əridilmiş yağlar və siqaretlər maddi sübut kimi tanınmış, zərçəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğurluq etdiyini əks etdirən video görüntüolan 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan və Zərərçəkmiş şəxstərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Buna görə də o, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, ona yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 09 (doqquz) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş və Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsBakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsinə əsasən 1500 manat miqdarda cərimə cəzasına məhkum edilmiş, xx xxxx 2019-cu il tarixdə cəriməni ödədiyi üçün qeydiyyatdan çıxarılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 09 (doqquz) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxssaxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluqetməsi cinayətini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, ifadənin yerində yoxlanılması haqqında protokol, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsəməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxstörətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, maddi ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslə barışmasını və onun ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2020-cu il tarixli 1(003)- 115/2020 il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 1(003)-121/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(003)- 209/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində həbsli axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ 1-ci PŞ tərəfindən məhkəməyə ünvanlanmış xx xxxx 2020-ci il tarixli 056/8345 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saxlanılaraq 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası tərəfindən məhkəməyə ünvanlanmış xx xxxx 2020-ci il tarixli xx/xx-2482 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2020-ci il tarixli 510/4M saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxsBakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 09 (doqquz) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx xxxxx 2020-ci il tarixə çəkilməmiş 10 (on) ay 29 (iyirmi doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qismində xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 08 (səkkiz) gün, 28 apreldən xx xxxx 2020-ci il tarixə qədər ev dustaqlığında saxlanıldığı 01 (bir) ay 06 (altı) gün, xx xxxx 2020ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 17 (on yeddi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının xx xxxxx 2020-ci il tarixə çəkilməmiş qalan 10 (on) ay 29 (iyirmi doqquz) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə islas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1-də çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Maddi sübut - əldə olunmuş araqların, günəbaxan tumlarının, əridilmiş yağların və siqaretlərin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs oğurluq etdiyini əks etdirən video görüntüolan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsdövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxsnagöstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs qismində xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 08 (səkkiz) gün, 28 apreldən xx xxxx 2020-ci il tarixə qədər ev dustaqlığında saxlanıldığı 01 (bir) ay 06 (altı) gün, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 17 (on yeddi) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının xx xxxxx 2020-ci il tarixə çəkilməmiş qalan 10 (on) ay 29 (iyirmi doqquz) gün hissəsi Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə üzərində qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə islas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - əldə olunmuş araqların, günəbaxantumlarının, əridilmiş yağların və siqaretlərin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Maddi sübut - Təqsirləndirilən şəxs oğurluq etdiyini əks etdirən video görüntü olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx”ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar